Yemək qablari




Yüklə 19.07 Kb.
tarix26.04.2016
ölçüsü19.07 Kb.
YEMƏK QABLARI
Restoranlarda farfor, keramik, şüşə, büllur, saxsı, metal, taxta və plastmas qablar istifadə edilir. Restoranın növü, zalın həcmi, satılan məhsulun çeşidi, iş rejimi və xidmət formasından asılı olaraq yemək qablarının çeşidi və miqdarı müəyyən edilir. Normativlər bir yerə üç və ya dörd dəstə tələblər əsasında müəyyən edilir, bu zaman iki dəst zalda, bir dəst qab yuma yerində və bir dəst serviz sahəsində olur. Bu miqdar müştərilərin fasiləsiz xidmətinə imkan yaradır.

Farfor qabları qar rəngli ağ rəngdə olur və bir az işıqlıdır. Saxsı qablarla müqayisədə onlar istiliyə davamlı və örtükləri dözümlüdür. Kənarlarından asta zərbə zamanı onlar dəqiq davamiyyətli səs verirlər.

Fayans qablar hətta ən nazik sahələrdə belə işıqlanmırlar. Zərbə zamanı onlar küt səs çıxarır və bu da yanmanın aşağı temperaturundan xəbər verir.

Restoranlar üçün istehsal edilən saxsı və farfor qablar formaların sadəliyi və gigiyenikliyi ilə fərqlənirlər. Bu qabların ucu biz yerləri yoxdur və bu da onların sanitar işlənməsini asanlaşdırır.

Bir qayda olaraq bu qablar haşiyə və ya şəkillərlə bəzədilirlər, milli mətbəxlər üçün nəzərdə tutulmuş qablar milli naxışlarla bəzədilirlər.

Farfor qabları lyuk klasslı restoranlarda istifadə edilirlər-farfor yüksək keyfiyyətli olur və üzərində bədii işləmələr olur; yuxarı kateqoriyalı restoranlarda-restoranın monoqramması və emblemi əks etdirilir; birinci kateqoriyalı restoranlarda farfor üzərində işləmələr səkkizinci qrup dərəcəsindən aşağı deyil, 11 kateqoriyalı restoranlarda farfor altıncı qrupdan aşağı deyil.

Çörəyin, tostun və digər un məmulatlarının süfrəyə verilməsi üçün aşağıdakılar istifadə edilir:

Fərdi xidmət zamanı 175 mm diametrli pirojki ölçülü boşqablar;

Qrup xidməti zamanı 240 mm-li kiçik ölçülü çörək qabları; Xüsusi çörək vazaları olmadıqda qəlyanaltı qablarından istifadə etmək olar.
Soyuq qəlyanaltılar üçün aşağıdakılar tətbiq edilir:

200 mm diametrində qəlyanaltı boşqabları, bu qablar salat qabların altlığı kimi də istifadə edilir;

Salat, marinad və göbələklər üçün nəzərdə tutulmuş 240, 360, 480 və 720 sm3 ölçülü salat qabları;

250 və 300 mm uzunluqlu qayıq və ya siyənək boşqabları, 100 və 150 mm ölçüsündə seld, şprot və sardin üçün nəzərdə tutulmuş qablar;

Balıq və digər ətlərdən hazırlanmış və ya sifariş əsasında hazırlanmış qəlyanaltılar üçün nəzərdə tutulmuş 350-400 mm ölçülü qablar;

Ət və ya tərəvəz, sifariş edilmiş yeməklər və kanape üçün nəzərdə tutulmuş 300 və 350 mm ölçülü dairəvi qablar;

Firma salatı üçün, təzə pomidor, xiyar və ya turpdan hazırlanmış salatlar üçün nəzərdə tutulmuş 240 mm diametrli vazalar;

1-6 porsiya həcmində soyuq sous və ya xama üçün nəzərdə tutulmuş 100, 200 və ya 400 sm3 həcmində sous qabları;

Masanın servirovkası zamanı qəlyanaltı üçün nəzərdə tutulmuş qablar öncədən masada yerləşdirilir, digər qab növləri yeməklərin soyuq sexdən köməkçi masaya gətirilməsi üçün istifadə edilir.

Birinci yeməklərin verilməsi üçün:

300 sm3 ölçülü bulyon fincanları-bulyon və pure şəkilli şorbalar, xırda tikəli əti və ya toyuq əti olan şorbalar və ya digər məhsullar üçün istifadə edilir;

Tam porsiyalı şorbalar üçün 500 sm3 -ə qədər dərinliyi olan boşqablar və altlıq kimi kiçik boşqablardan istifadə edilir;

Yarım porsiyalı şorbalar üçün istifadə edilən 300 sm3 dərinliyi olan yemək boşqabları, altlıq kimi qəlyanaltı boşqablarından istifadə edilir.

4, 6, 8 və 10 porsiyalı şorba qabları

İkinci yeməklərin verilməsi üçün aşağıdakılar istifadə edilir:

Balıq, quş və digər quş ətləri üçün 240 mm diametrində yemək boşqablarından istifadə edilir;

Diametri 500 mm-ə qədər olan boşqablar quş, tərəvəz, rəngli kələm və toyuq kotletləri üçün istifadə edilir. Müştərilərə təqdim etməzdən öncə bu boşqablar paylaşdırma üçün nəzərdə tutulmuş masalarda yerləşdirilir.

Desertin verilməsi üçün:

200 mm diametrində pudinq üçün desert boşqabları;

Qaymaqlı çiyələk və digər şirin yeməklər üçün nəzərdə tutulmuş 200 mm diametrli dərin boşqablar.

İsti içkilərin verilməsi üçün aşağıdakılar istifadə edilir:

Çay, südlü kofe, kakao üçün istifadə edilən 200, 250 sm3 həcmli çay fincanları;

185 mm diametrli stəkan altı üçün nəzərdə tutulmuş çay boşqabları;

250, 400 və 600 sm3 həcmində dəmlənmə üçün nəzərdə tutulmuş çaydanlar;

1200-1600 sm3 həcmində qaynatma üçün nəzərdə tutulmuş fincanlar;

Yaşıl çay üçün nəzərdə tutulmuş 250 və 350 sm3 həcmində piyalələr;

Kofe üçün nəzərdə tutulmuş (hər porsiyaya 100 sm3) 800 sm3 həcmində kofe qabları;

Qara kofe, şərq kofesi və şokoladı üçün nəzərdə tutulmuş 100 sm3 ölçülü fincanlar;

Süd, kofe və çay üçün 200 sm3 həcmində süd qabları;

25, 50 və 100 sm3 həcmində qaymaq qabları;

Mürəbbə və şəkər üçün nəzərdə tutulmuş vazalar;

Cem, mürəbbə, limon və şəkər üçün nəzərdə tutulmuş 90 mm diametrli rozetkalar;

Meyvə və konditer məmulatlarının süfrəyə verilməsi üçün:

Alma, armud, üzüm v.s meyvələr üçün nəzərdə tutulmuş 200 mm diametrli desert boşqablar;

Dairəvi formalı tort və piroqlar üçün nəzərdə tutulmuş 300 mm diametrli hamar vazalar;
Konditer məmulatları üçün nəzərdə tutulmuş pirojki boşqabları;

Restoranda bir yer üçün nəzərdə tutulmuşdur: pirojki boşqabları-4-5 dəst, dərin boşqablar-1.5, yemək kiçik boşqablar-3, desert-1.5, qəlyanaltı-2-3.



Saxsı və farfordan açılan qapaqlı xardal qabları, qapalı solonka qabları, istiot qabları, külqabı, siqaret qabı və yumurta altlıqları istehsal edilir.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə