[yaqut] ismayilova (ismayilova) azərbaycana qarşI



Yüklə 63.71 Kb.
tarix14.04.2016
ölçüsü63.71 Kb.
[YAQUT] ISMAYILOVA (ISMAYILOVA) AZƏRBAYCANA QARŞI

(Şikayət18696/08)

QƏRAR


9 dekabr 2010

Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində göstərilən hallarda qəti qərara çevriləcək. О, redaktə xarakterli dəyişikliklərə məruz qala bilər.

İsmayılova Azərbaycana qarşı işdə,

Avropa İnsan Hüquqları Məhkəməsi (Birinci Bölmə),



hakimlər:

Kristos Rozakis (Christos Rozakis), Sədr,

Nina Vajiç (Nina Vajic),

Elizabet Ştayner (Elisabeth Steiner),

Xanlar Hacıyev (Khanlar Hajiyev),

Din Spilmann {Dean Spielmann),

Sverre Erik Cebens (Sverre Erik Jebens),

George Nikolau (George Nicolaou) Bölmə Katibi Sören Nilsendən (Soren Nielsen) ibarət tərkibdə Palatada iclas keçirərək,

18 noyabr 2010-cu ildə qapalı müşavirə keçirərək, həmin tarixdə qəbul edilmiş aşağıdakı qərarı elan edir:
PROSEDUR

1. İş İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın


("Konvensiya") 34-cü maddəsinə əsasən Azərbaycan vətəndaşı Yaqut Rəşid qızı
İsmayılova ("şikayətçi") tərəfindən 4 mart 2008-ci ildə Məhkəməyə təqdim edilmiş
Azərbaycan Respublikasına qarşı şikayət (№ 18696/08) əsasında başlanıb.
2. Şikayətçini Bakıda vəkillik fəaliyyəti ilə məşğul olan Cənab N.İsmayılov təmsil
edib. Azərbaycan Hökumətini ("Hökumət") onun nümayəndəsi Cənab Ç.Əsgərov
təmsil edib.


  1. Şikayətçi konkret olaraq iddia edib ki. onun xeyrinə çıxarılmış 9 iyun 1999-cu il tarixli qətnamənin icra edilməməsi onun Konvensiyanın 6-cı və 13-cü maddələri ilə təmin edilən ədalətli məhkəmə araşdırması hüququnu və səmərəli hüquqi müdafiə vasitələri hüququnu, habelə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyət hüquqlarını pozub.

  2. 4 sentyabr 2009-cu ildə Birinci Bölmənin Sədri şikayət barədə Hökumətə məlumat verməyi qərara alıb. Həmçinin qərara alınıb ki, şikayətə mahiyyəti üzrə baxılması onun qəbuledilənliyinə baxılması ilə eyni vaxtda həyata keçirilsin (29-cu maddənin 1-ci bəndi).


FAKTLAR

  1. Şikayətçi, Cənab Sabir Cəfərov, 1953-cü ildə anadan olub və Bakıda yaşayır.

  2. 22 yanvar 1998-ci ildə şikayətçi Bakı Şəhər İcra Hakimiyyətinin 19 yanvar 1998-ci il tarixli Sərəncamı ilə Bakıda yeni tikilmiş binadakı mənzilə yaşayış orderi aldı.

  3. Bu zaman şikayətçi xəbər tutdu ki, mənzilini Ermənistan və Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsindən sonra erməni hərbi qüvvələrinin işğal etdiyi Laçın rayonundan olan məcburi köçkün M. və ailəsi zəbt edib.

  4. Şikayətçinin bildirdiyinə görə dəfələrlə edilmiş tələblərə baxmayaraq M. məcburi köçkün olduğunu və yaşamaq üçün başqa yerinin olmadığını bildirərək mənzili boşaltmaqdan imtina etdi.

  5. 1999-cu ildə məlum olmayan tarixdə şikayətçi Yasamal Rayon Məhkəməsində id-dia qaldıraraq M. və onun ailəsinin mənzildən çıxarılmasını tələb etdi.




  1. 9 iyun 1999-cu ildə Yasamal Rayon Məhkəməsi şikayətçinin iddiasını təmin etdi. Məhkəmə bildirdi ki, 22 yanvar 1998-ci il tarixli yaşayış orderinə əsasən şikayətçi mənzilin yeganə qanuni sahibdir və bu səbəbdən M. və onun ailəsi mənzili qanunsuz zəbt ediblər. Bu qərardan şikayət verilmədi və həmin vaxt qüvvədə olan daxili qanunvericiliyə əsasən bu qərar çıxarıldığı gündən sonra 10 gün ərzində qüvvəyə mindi.

  2. Şikayətçinin bildirdiyinə görə M. və onun ailəsi bu qərarı yerinə yetirmədən imti­na etdi və səlahiyyətli orqanlar onun icrası üçün heç bir tədbir görmədilər.

  3. İşin hallarından məlum olur ki, 2008-ci ildə şikayətçi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı kompensasiya iddiası qaldıraraq məcburi köçkün ailəsinin onun mənzilindən qanunsuz istifadə etməsinə görə 72.000 AVRO tələb edib. 7 may 2008-ci ildə Yasamal Rayon Məhkəməsi şikayətçinin iddiasını əsassız hesab edərək rədd etdi. 7 iyul 2008-ci ildə Apellyasiya Məhkəməsi və 10 noyabr 2008-ci ildə Ali Məhkəmə Yasamal Rayon Məhkəməsinin 7 iyul 2008-ci il ta­rixli qərarını qüvvədə saxladı.

13. Şikayətçinin xeyrinə çıxarılmış 9 iyun 1999-cu il tarixli qərar şikayətçi ilə axırıncı
yazışmalar zamanı icra edilməmiş qalırdı.

MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK

  1. 14. Müvafiq daxili qanunvericilik Gülməmmədova (Gulmammadova) Azərbaycana
    qarşı
    (38798/07, 18-24-cü bəndlər, 22 aprel 2010) işdə ümumiləşdirilib.


HÜQUQ MƏSƏLƏLƏRİ

1. KONVENSİYANIN 6-cı MADDƏSİNİN 1-ci BƏNDİ, 13-cü MADDƏSİNİN VƏ KONVENSİYANIN 1 SAYLI PROTOKOLUNUN 1-ci MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU

15. Şikayətçi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi, 13-cü maddəsi və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsaslanaraq Yasamal Rayon Məhkəməsinin onun xeyrinə olan 9 iyun 1999-cu il tarixli qərarının icra olunmamasından şikayət


etdi. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində deyilir:

"1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən ... məhkəmə vasitəsi ilə, ... işinin ədalətli... araşdırılması hüququna malikdir ..."

Konvensiyanın 13-cü maddəsində deyilir:



"Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqan-ları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. "

1 saylı Protokolun 1-ci maddəsində deyilir:



"Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək ucun, yaxud vergilərin və ya digər rusum və ya cərimələrin ödənilməsini təmin etmək ucun zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır ".

A. Şikayətin qəbuledilənliyi

1. Məhkəmənin zamana görə (rationae temporis) səlahiyyəti

  1. Məhkəmə qeyd edir ki, şikayətçinin xeyrinə olan ölkədaxili qərar Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə mindiyi tarixdən, yəni 15 aprel 2002-ci ildən əvvəlki dövrə aiddir.

  2. Məhkəmə bildirir ki, səlahiyyətli orqanlar sözügedən qərarı icra etmədiyindən bu qərar hələ də yerinə yetirilməmiş qalır. Burada davamedici vəziyyət var və bu səbəbdən Məhkəmə şikayətin 15 aprel 2002-ci ildən sonrakı dövrə aid hissəsini araşdırmaq səlahiyyətindədir (bax: Gülməmmədovamn (Gulmammadova) işi, 26-cı bənd).

2. Ölkədaxili müdafiə vasitələri

18. Hökumət iddia edir ki, şikayətçi ölkədaxili müdafiə vasitələrini tükəndirməyib.


Daha doğrusu, Hökumət vurğulayır ki, şikayətçi ölkədaxili səlahiyyətli orqanların 9
iyun 1999-cu il tarixli qərarı icra etməməsinə qarşı ölkədaxili məhkəmələrdə iddia
qaldıra bilərdi.

  1. Şikayətçi Hökumətlə razılaşmadı və bildirdi ki, Hökumətin təklif etdiyi müdafiə vasitələri hazırkı işin hallarına müvafiq deyil.

  2. Мəhkəmə qeyd edir ki, Gülməmmədovanın işində də Hökumət oxşar etiraz bildirib və Məhkəmə onu rədd edib (bax: Gülməmmədovanın (Gulmammadova) işi, 30-cu bənd). Məhkəmə həmin işdəki əsaslandırmasına istinad edir və fərqləndirməyə heç bir əsas görmür. Bu səbəbdən Hökumətin etirazının bu hissəsi rədd edilməlidir.

3. Nəticə

21. Məhkəmə hesab edir ki, şikayətin qəbul olunmaması üçün hər hansı digər səbəblər yoxdur və o, Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulan mənada açıq-aşkar əsassız deyil. Buna görə də, şikayət qəbulolunan elan edilməlidir.

B. Şikayətin mahiyyəti

  1. Hökumət iddia edir ki, Azərbaycan və Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsi nəticəsində çoxlu sayda məcburi köçkünlərin olduğuna görə onların Azərbaycanda evlə təmin olunmasında ciddi problem var. Hökumət bildirib ki, sözügedən mənzildə məskunlaşmış məcburi köçkünlərin yaşamaları üçün başqa yaşayış yeri olmadığından şikayətçinin xeyrinə olan qərar icra edilməyib.

  2. Şikayətçi təkrar şikayət verib.

  3. Məhkəmə qeyd edir ki, şikayətçinin xeyrinə olan qərar on bir ildən çox müddətdir ki, icra edilməmiş qalıb.

  4. Мəhkəmə vurğulayır ki, bu işin faktiki hallan, şikayət və hüquq məsələləri Gülməmmədovanın işi ilə oxşardır. Məhkəmə bildirir ki, həmin işdə 6-cı maddənin 1-ci bəndinin və 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusunu aşkar edib.

  5. Bütün materialları araşdırdıqdan sonra Məhkəmə hesab edir ki, Hökumət bu işdə fərqli nəticə çıxarmaq üçün heç bir fakt və ya dəlil göstərməyib.

  6. Daha doğrusu, Məhkəmə razılaşır ki, Azərbaycanda çoxlu sayda məcburi köçkünlərin olması bu işdə şikayətçinin xeyrinə olan qərarın icrasında müəyyən çətinlik yaradır. Halbuki qərar qüvvədə qalıb, lakin onun icrası üçün səlahiyyətli orqanlar tərəfindən heç bir müvafiq tədbirlər görülməyib. Səlahiyyətli orqanlarının sözügedən qərarının icrası üçün davamlı və səylə tədbirlər gördüyü qeyd edilmir. Belə olan halda Məhkəmə hesab edir ki, Hökumət qərarın icrasında zəruri ləngitmə üçün heç bir ağlabatan səbəb göstərməyib.

  7. Mülkiyyət hüquqlarının iddia edilən pozuntusu ilə bağlı şikayətçinin arqumentlərinə gəldikdə, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə qorunan şikayətçinin öz mülkiyyətindən maneəsiz istifadə hüququ ilə məcburi köçkünlərin yaşayış yeri ilə təmin edilmək hüququ arasında balansı gözləmək üçün dövlət orqanları tərəfindən hər hansı konkret tədbirlərin görüldüyü nə ölkədaxili icraatlarda, nə də Məhkəmədəki icraatda müəyyən edildi. Belə olan halda, məhkəmə qərarının icrasının bir neçə il ərzində təmin edilməməsi şikayətçinin üzərinə həddən artıq fərdi yük düşməsi ilə nəticələnib. Məhkəmə hesab edir ki, şikayətçinin üzərinə düşən bu həddən artıq fərdi yükün müqabilində hər hansı kompensasiya olmadığına görə dövlət orqanları cəmiyyətin ümumi maraqlan ilə, yəni məcburi köçkünləri müvəqqəti yaşayış yeri ilə təmin etmək marağı ilə şikayətçinin öz mülkiyyətindən maneəsiz istifadə hüququ arasında zəruri və ədalətli balansa riayət etməyiblər (bax: Gülməmmədovanın (Gulmammadova) işi üzrə yuxanda adı çəkilən qərar, 43-50-ci bəndlər).

  1. Uyğun olaraq, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi pozulub.

  2. Məhkəmə Konvensiyanın 13-cü maddəsi üzrə şikayət barəsində qərar çıxarmağa ehtiyac görmür, çünki 6-cı maddə şikayətin bu hissəsi ilə bağlı xüsusi müddəadır (nümunə üçün bax: Əfəndiyeva (Efendiyeva) Azərbaycana qarşı, № 31556/03, 59-cu bənd, 25 oktyabr 2007-ci il).


II. KONVENSİYANIN 41-ci MADDƏSİNİN TƏTBİQİ

31. Konvensiyanın 41-ci maddəsində deyilir:



"Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir'

A. Ziyan

1. Maddi ziyan

  1. Şikayətçi maddi ziyana görə 76.893,00 AVRO, о cümlədən icarə haqqının itkisinə görə 14.916 AVRO, mənzilin iddia edilən indiki bazar dəyərinə görə 78.000 AVRO və məhkəmə qərarının icra edilməməsi səbəbindən götürdüyü iddia edilən şəxsi borclarına görə 4.595 AVRO tələb etdi. Şikayətçi itirilmiş icarə haqlarının məbləğini şəhərin həmin ərazisində yerləşən mənzillərin bazardakı aylıq icarə haqqı barədə informasiya əsasında hesablayıb. Həmin informasiya bu məsələlər üzrə ixtisaslaşmış assosiasiyadan əldə edilib.

  2. Hökumət bu məsələlər üzrə ixtisaslaşmış müxtəlif şirkətlərin hesablamalarına istinadən iddia etdi ki, 2002-ci ilin aprelindən 2009-cu ilin fevralınadək itirilmiş icarə haqlarının məbləği 7.450 ABŞ dolları olmalıdır. Hökumət daha sonra iddia etdi ki, sözügedən bina yarımçıq tikili olduğuna görə şikayətçi təmir işləri ilə bağlı müəyyən xərclər çəkməli idi və həmin xərclər yerli şirkətin bildirdiyinə görə 7.359 ABŞ dollarına bərabər ola bilərdi.

  3. Tələbin mənzilin bazar dəyərinə və şəxsi borclara aid hissəsinə gəldikdə, Məhkəmə bu hissəni rədd edir, çünki aşkar edilmiş pozuntu ilə tələbin bu hissəsi arasında hər hansı səbəb-əlaqə nəticəsi görmür.

  4. Tələbin icarə haqlarının itirilməsinə aid hissəsinə gəldikdə, Məhkəmə tələbin bu hissəsi ilə aşkar edilmiş pozuntular arasında səbəb-əlaqə nəticəsi görür və hesab edir ki, şikayətçi mənzil üzərində nəzarəti itirdiyinə görə, yəqin ki, maddi ziyana məruz qalıb. Məhkəmə tərəflərin arqumentlərini araşdıraraq icarə haqlarının itirilməsi ilə bağlı şikayətçiyə 7.000 AVRO təyin edir.

2. Mənəvi ziyan

  1. Şikayətçi mənəvi ziyana görə 25.000 ABŞ dolları tələb etdi.

  2. Hökumət iddia etdi ki, nəticə etibarilə məhkəmə qərarının icra edilməsi Konvensiyanın 6-ci maddəsinin iddia edilən pozuntusuna görə yetərli kompensasiya olardı.

  3. Məhkəmə hesab edir ki, onun xeyrinə çıxarılmış yekun məhkəmə qərarının uzun müddət icra edilməməsi nəticəsində, yəqin ki, müəyyən mənəvi ziyana məruz qalıb. Lakin tələb olunan məbləğ həddən yüksəkdir. Konvensiyanın 41-ci maddəsinin tələb etdiyi kimi qiymətləndirməni ədalətli əsasda həyata keçirərək, Məhkəmə şikayətçiyə bu bənd üzrə 4.800 AVRO məbləğini, üstəgəl bu məbləğdən tutula bilən hər hansı vergi məbləğini təyin edir.

  4. Bundan başqa, Məhkəmə hesab edir ki, 9 iyun 1999-cu il tarixli məhkəmə qərarı qüvvədə qaldığına görə, onun icrasını təmin etmək üzrə dövlətin yerinə yetirilməmiş öhdəliyi şübhə altına alına bilməz. Uyğun olaraq, şikayətçinin həb də qətnamənin icrası hüququ var. Məhkəmə bir daha xatırladır ki, 6-cı maddənin pozuntusu ilə bağlı ən münasib kompensasiya ondan ibarət olardı ki, öncədən 6-cı maddənin tələblərinə əməl edilmiş olduğu təqdirdə şikayətçi hansı durumda olacaqdısa, vəziyyətin mümkün qədər həmin duruma gətirilməsi təmin edilsin (bax: Pyersak (Piersack) Belçikaya qarşı (50-ci maddə), 26 oktyabr 1984-cü il, 12-ci bənd, A Seriyaları, № 85). Aşkar edilmiş pozuntunu nəzərə alaraq, Məhkəmə hesab edir ki, həmin prinsip bu işə də şamil olunur. Buna görə də, o, hesab edir ki, Hökumət 9 iyun 1999-cu il tarixli məhkəmə qərarının icrasını münasib vasitələrlə təmin etməlidir.

B. Məhkəmə xərcləri və digər məsrəflər

  1. Şikayətçi həmçinin Məhkəmədəki icraata çəkdiyi məhkəmə xərclərinə və digər məsrəflərə görə 1.500 AVRO tələb etdi. Bu tələb tərkib elementləri üzrə ətraflı bölünməyib və hər hansı sübutlarla təsdiqlənməyib.

  2. Hökumət bu məsələ barədə hər hansı şərh bildirmədi.

  3. Məhkəmənin presedent hüququna əsasən, şikayətçi məhkəmə xərclərinin və digər məsrəflərin əvəzinin ödənilməsi hüququna yalnız о halda malik olur ki, həmin xərclərin həqiqətən və zəruri olaraq çəkildiyi sübut edilsin və onlar miqdarca ağlabatan olsun. Bu işdə Мəhkəmə şikayətçinin hər hansı təsdiqedici sənəd təqdim etməməsi faktını nəzərə alaraq məhkəmə xərcləri və digər məsrəflərlə bağlı tələbi rədd edir.

C. İcranın gecikdirilməsinə görə faiz

43. Мəhkəmə məqsədəuyğun hesab edir ki, icranın gecikdirilməsinə görə faiz Avropa


Mərkəzi Bankındakı borc dərəcəsinin yuxan həddinə əsaslanmalıdır onun üzərinə
daha üç faiz əlavə olunmalıdır.
BU ƏSASLARA GÖRƏ MƏHKƏMƏ YEKDİLLİKLƏ

  1. Şikayəti qəbulolunan elan edir;

  2. Qərar alır ki, Konvensiyanın 6-cı maddəsi pozulub;

  3. Qərar alır ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi pozulub;

  4. Qərar alır ki, Konvensiyanın 13-cü maddəsi üzrə şikayətin araşdırılmasına ehtiyac yoxdur.

  5. Qərara alır ki, cavabdeh dövlət Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq bu qərarın qəti qərara çevrildiyi tarixdən sonra üç ay ərzində 9 iyun 1999-cu il tarixli məhkəmə qərarının icrasını münasib vasitələrlə təmin etməlidir;

  6. Qərar alır ki:




  1. cavabdeh dövlət Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq bu qərarın qəti qərara çevrildiyi tarixdən sonra üç ay ərzində şikayətçiyə maddi ziyana görə 7.000 (yeddi min) AVRO və mənəvi ziyana görə 4.800 (dörd min səkkiz yüz) AVRO ödəməlidir, şikayətçidən tutula bilən hər hansı vergi məbləği bu məbləğlərin üzərinə əlavə olunmalı və onlar ödəniş tarixində tətbiq edilən məzənnə üzrə Yeni Azərbaycan manatına çevrilməlidir;

  2. yuxanda qeyd edilən üç aylıq müddət bitdikdən sonra öhdəlik icra edilənə qədər yuxanda qeyd edilən ödənilməli məbləğlərin üzərinə Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxan həddinə bərabər olan adi faiz məbləği əlavə olunmalı və onun da üzərinə daha üç faiz əlavə olunmalıdır;

7. Əvəzin ədalətli ödənilməsi ilə bağlı şikayətçinin qalan tələblərini rədd edir.

Qərar ingilis dilində tərtib edilib və Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2-ci və 3-cü bəndlərinə uyğun olaraq, 9 dekabr 2010-cu ildə qərar barədə yazılı məlumat verilib.



Sören Nilsen Kristos Rozakis
Katib
Sədr

Yüklə 63.71 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2020
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin