Vətəndaş Cəmiyyətində Debat




Yüklə 4.89 Kb.
tarix23.02.2016
ölçüsü4.89 Kb.
Azərbaycanda ilk dəfə təşkil olunan I Milli Tələbə Mübadiləsi baş tutdu
“Vətəndaş Cəmiyyətində Debat” İB, MİDEO Mingəçevir Gənclər Təhsil Mərkəzi və Gəncə Debat Mərkəzi Azərbaycanda ilk dəfə Milli Debat Şəbəkəsinin vasitəsi ilə Milli Tələbə Mübadiləsi Proqramına start verdilər. Proqram Azərbaycanın müxtəlif regionlarından olan tələbələr arasında fikir, mədəniyyət və təcrübə mübadiləsini özündə birləşdirir. Proqram əsas vəzifələri müxtəlif regionlardan olan tələbələrin intergrasiyanı və gənclərin səmərəli asudə vaxtını təşkil etmək, tələbələrin müxtəlifliyini nəzərə alaraq tolerantlıq dəyərini və vətənpərvərlik hisslərini inkişaf etdirməkdir. 04-06 may 2007-ci il tarixlərində Mingəçevirdə keçirilən tədbirdə Bakı, Gəncə, Naxçıvan və Mingəçevir şəhərlərin ümumilikdə 12 universitetdən (Azərbaycan Müəllimlər Universiteti, Mingəçevir Turizm Kolleci, Mingəçevir Politenik Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Xəzər Universiteti, Azərbaycan dövlət bədən tərbiyə və idman akademiyası, AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Kooperasiya Universiteitı, Azərbaycan dövlət Neft akademiyası) olan 30-a yaxın tələbə iştirak etmişdir. Tələbə Mübadiləsinin qaydalarına uyğun olaraq, Mingəçevirə gəlmiş tələbələr yerli tələbələrin evlərində qalırdılar. Tədbir zamanı gənclərin arasında işsizlik probleminə dair müzakirələr təşkil olunmuşdur. İçtimai debatlar “Gənclərin işszilik probleminin həllində gənclər QHT-lərinin rolu effektivdir” mövzusunda aparılmışdır. Növbəti Tələbə Mübadiləsi Gəncədə təşkil olunmağı planlaşdırılır.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə