ÜZRƏ ÖLKƏ TƏRƏfdaşliq strategiyasi




Yüklə 1.13 Mb.
səhifə17/25
tarix23.02.2016
ölçüsü1.13 Mb.
1   ...   13   14   15   16   17   18   19   20   ...   25

j. Məsləhətləşmələr


  1. ÖTS-i hazırlayarkən Bank və BMK bu ÖTS-nın hazırlanmasında geniş iştirakı təmin etmiş çoxlu sayda vətəndaş cəmiyyəti nümayəndələri, biznes assosiasiyalarının, hökumətin müxtəlif dairələrindən və Milli Məclisdən olan yüksək səviyyəli rəsmiləri ilə məsləhətləşmələr keçirmişdir (bax Qoşma 5).



  1. QHT nümayəndələri neft gəlirlərinin idarə edilməsində Bankın təcrübəsini və texniki yardımını yüksək qiymətləndirmişlər. İştirakçılar səhiyyə və təhsil sahələrini beynəlxalq içtimaiətin diqqətini tələb edən ən problemi sahələr kimi qeyd etmişdirlər. Qeyd edilən digər sahələrə aid edilir KOM-ların inkişafı və suvarma. İştirakçılar hökumətin yoxsulluğun azaldılması strategiyasının hazırlanması prosesində iştirak etmələrindən məmnun olduqlarını, lakin Bank tərəfindən maliyyələşdirilən layihələrin monitorinqi və icrasında QHN-ların məhdud iştirakını qeyd etmişdirlər.



  1. ÖTS-ın hazırlanması zamanı BMK biznes assosiasiyaları, QHN forumu, Sahibkarlığın İnkişaf Etdirilməsi Fondu və, eləcə də, aqrobiznes, İT və telekommunikasiya, turizm və tikinti materialları sahəsində çalışan iş adamları ilə məsləhətləşmələr keçirmişdir. Sahibkarlar BMK ilə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirmişlər. Assosiasiyalar BMK-dan biznes mühitinin təkmilləşdirilməsi və KOM-ların inkişaf etdirilməsi məsələlərində bir-başa olaraq daha yaxından iştirak etmələrini xahiş etmişlər. QHT-lar BMK iştirakı ilə keçirilən layihələr barədə rəhlərini bildirməkdə maraqlı oladuqlarını qeyd etmişdirlər.



  1. QHT-lar və biznes assosiasiyaları Bank layihələrinin bütün siklində, analitik işdə və həkumətlə siyasət dialoqlarında iştirak etmək istərdilər. Layihə nəticələri qiymətləndirildikdə vətəndaş cəmiyyətinin səsi nəzərə alınmalıdır. Eyni zamanda bu təcrübə, son vaxtlar açıq olsa da beləvətəndaş cəmiyyəti təşkilatlarını tərəfmüqabil kimi qəbul etməyə öyrənmək üçün hələ ki bir səylər etməli olacaq hökumət üçün də bir örnək olardı. Donorlar ÖTS infrastruktur investisiya layihələrinin həyata keçirilməsinə dair yerli potensial məsələsini qaldırmışdırlar. Həmin imkanların məhdud olması ilə bütün tədbirlərin qısa müddət ərzində başa çatdırılması siyasi təzyiqi nəticələrin keyfiyyət hesabına başa gələcəyi təhlükəsini yaradır.




  1. Son zamanlarda keçirilmiş Müştəri Sorğusu Azərbaycanın əsas inkişaf məsələlərinə və Bankın roluna dair yanaşmaların dəyişməsini üzrə çıxarmışdır. 2003-cü ildə əsas məsələlər sırasında yoxsulluq (22%), iqtisadiyyat (19%) və siyasi problemlər /qeyri-sabitlik (11%) qeyd edilmişdir. İndi isə əsas məsələlərə həll olunmamış regional münaqişə (39%), korrupsiya (18%) və təhsil (15%) aid edilmişdir. Bankın aşağıdakı sahələrdə səmərəli olacağı qeyd edilmişdir: (i) infrastruktur; (ii) maliyyə sistemi (son sorğu dövründən sonra bu sahə əhəmiyyətli dərəcədə genişlənmişdir) və (iii) yoxsulluğun monitorinqi. Bankın bilik xidmətlərinin rolu artan şəkildə qiymətləndirilir. Azərbaycanın inkişafında Bankın ümumiyyətlə münasib rol oynaması fikriləri müsbət olaraq qalır (1-10 bal şkalası üzrə 7 bal). Lakin, Bankın əsas dəyərinin onun ayırdığı maliyyə vəsaitindən ibarət olmasını düşününlərin sayı 2003-cü ildəki 38%-dən kəskin şəkildə 28%-dək azalmışdır. Respondentlərin Bankla işləməyi müsbət qəbul etdiklərini (8,5) və Bankın müştərilərə qarşı hörmətlə yanaşması (7,9) barədə güclü fikir formalaşmışdır.



VII.Risklərin idarə olunması





  1. Təklif edilmiş Ölkə Tərəfdaşlıq Strategiyası (ÖTS) ilə əlaqədar ilkin risklər aşağıdakılardan ibarətdir:




  • İslahat proqramının əsas elementlərinin icrasında gecikmələr riski və ya azalan konsensus. Keçid dövrü yaşayan MDB ölkələri sırasında “ilkin islahatçılar”dan biri olmayan Azərbaycanın həm iqtisadi, həm də sosial sahələrdə hələ də çox geniş islahatlar gündəliyi vardır. Son 5 ildə Bank tərəfindən dəstəklənən layihələr fasiləsiz olmuşdur, lakin tərəqqi bəzən asta olmuş və ona hər zaman ardıcıl nail olunmamışdır. İslahatların ləngidilməsi və/və ya təxirə salınması riskini azaltmaq üçün Bank, həm mahiyyət, həm də onun işlənib hazırlanması və monitorinqində ictimaiyyətin iştirakının təmin edilməsi baxımından, ölkədə Yoxsulluğun Azaldılması üzrə Strategiyası Sənədinə (YASS) əsaslanan aktiv məlumatlandırma prosesini dəstəkləyəcəkdir. Əlavə olaraq, Bank 7-ci Cədvəldə nəzərdə tutulmuş əsas ÖTS islahatları və monitorinq göstəriciləri sahəsində inkişafın yarımillik nəzərdən keçirilməsini həyata keçirəcək və bundan yalnız tərəqqini izləmək üçün deyil, eyni zamanda geniş ictimaiyyətin və özəl iştirakçıların strateji islahatlarda davamlı iştirakının təmin edilməsi və onlara nail olmanı gecikdirən maneələrin aradan qaldırılması imkanı kimi istifadə ediləcəkdir.

  • Dövlət qərarlarının qəbul edilməsinə müdaxilə (state capture) və korrupsiya riskləri. Bir neçə araşdırmalar sübut edir ki, Azərbaycanda dövlət qərarlarının qəbul edilməsinə müdaxilə və korrupsiyanın olmasına dair möhkəm fikir vardır, hansı ki, ÖTS-nin dəstəklədiyi inkişaf məqsədlərinə nail olmağın qarşısını ala bilər. Bu riski azaltmaq üçün, ÖTS, AMF və layihələri vasitəsilə, hakimiyyət qolları arasında balanslaşdırmanı aparan qurumların gücləndirilməsi vasitəsi ilə mülki cəmiyyətin nəzarəti altında siyasi hesabatlılığı, dövlət sektorunun effektiv idarəedilməsi, maliyyə hesabatlılğı və açıqlılığının hərtəfəli idarə edilməsi üzrə tədbirlər planını özündə ehtiva edir. İdarəetmə gündəliyinin icrasının monitorinqi və prioritetləşdirilməsi qlobal tərəfdaşlıqda ikitərəfli və çoxtərəfli donorlarla birgə bölüşülən çərçivədən və Hökümətin payı və mülki cəmiyyətin iştirakından asılı olaraq həyata keçiriləcəkdir. Layihələrin idarəedilməsi qruplarının gücləndirilməsi, qeydlərin şəffaf aparılması və Bankın satınalma və layihələrin maliyyə idarəetməsi sahəsində olan standartlarını qorumaq üçün xüsusi ehtiyyat tədbirləri görüləcəkdir. İdaəretmənin Monitorinqi Çərçivəsinə aşağıdakılar daxildir, məsələn: Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsü (HSŞT), Dövlət Xərclər və Maliyyə Hesabatı (DXMX) və Dövlət Daxili Maliyyə Nəzarəti (PİFC), Dövlət Xərclərinin İzlənilməsi Sorğusu (PETS), Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramı (MSQP), Standart və Normalara Əməl Olunması Haqqında Hesabat (SNƏH), Müəssisələrin Fəaliyyət Müddəti Haqqında Sorğu (MFMHS), Ölkənin Siyasət və İnstitusional Tərəfdən Qiymətləndirilməsi (ÖSİTQ), habelə Dünya Bankı İnstitutunun (DBİ) İdarəetmə Göstəriciləri. Çərçivə ÖTS-nın hərtərəfli qiymətləndirmə və monitorinqi mexanizminə daxil edilmişdir.

  • Resursların axını riski. Dəyişkən enerji qiymətləri --- və ya boru kəməri və ya qaz layihələrinin gözlənilməz pozulması yoxsulluğun azaldılması tədbirlərini gecikdirməklə resursların axınına və dövlət maliyyəsinə ciddi təsir göstərə bilər. Bu risklər neft ixracından əldə olunan büdcə gəlirlərini cəmləşdirən Dövlət Neft Fondu tərəfindən neft gəlirlərinin cari axını sahəsindəki potensial dəyişkənlikləri aradan qaldırılması ilə azaldılır.

  • Maliyyə İdarəetməsi Riski. Neft gəlirləri kəskin artmağa başladıqca, xərclər də təsir göstərəcəkdir. Neft gəlirlərinin səhv idarəedilməsi və Holland sindromu da islahat proqramlarının icrasını gecikdirə bilər. Bu risk Birbaşa Xarici İnvestisiyaların (BXI) axınının artması zamanı və böyük həcmdə xarici borc və səhv idarə olunmuş dövlət investisiyalarına yol verilməməsi də daxil edilməklə, 10 illik məsuliyyətli makroiqtisadi idarəetmə fonunda nəzərdən keçirilməlidir. Əlavə olaraq, risk Bankın və Fondun makroiqtisadi sabitlik və maliyyə davamlılığına dair davamlı siyasət diaqloqu ilə azaldılır. Azərbaycanın EİTİ-də fəal iştirakı yaxından izləniləcək və CAPSAP, ARDNŞ daxil olmaqla, hasilat sənayelərində gəlirlərin şəffaflığını və maliyyə hesabatlılığını dəstəkləyəcəkdir. Neft Fondunun vəsaitinin xərclənməsi qaydaları Büdcə Sistemi haqqında Qanunda və ARDNF-in tənzimləyici çərçivəsində dəqiq müəyyən edilib. Neft Fondundan vəsaitin xərclənməsi Milli Məclis tərəfindən təsdiq edilən icmal büdcənin hissəsini təşkil etməlidir. 22 Neft fondu vəsaiti hesabına ödənilən bütün xərclər vahid Xəzinə Hesabından həyata keçirilməlidir. Makroiqtisadi idarəetmə və fiskal davamlılıq haqqında dialoq, məqsədi yüksək inflyasiya riskinin qarşısının alınmasında və, Neft Fondundan vəsaitin xərclənməsi daxil olmaqla, dövlət vəsaitinin çox sürətli və ya qeyri-səmərəli şəkildə xərclənməsinin qarşısının alınmasında hökumətə kömək etməkdən ibarət olan DXPİ-lər tərəfindən davamlı olaraq dəstəklənəcəkdir. ÖTS-in iri infrastruktur layihələri dövlət vəsaitinin səmərəli idarə edilməsini birbaşa dəstəkləyəcək. Azərbaycnda infrastrukturun müasir standartlara uyğun şəkildə yenidən qurulmasının dəyəri gözlənilən neft və qaz gəlirlərinə nisbətən aşağıdır. Bununla, bizim prioritetimiz makroiqtisadi idarəetmə, hasilat sənayelərinin şəffaflığı, neft gəlirlərinin səmərəli uzun-müddətli idarə edilməsi, büdcənin hazırlanması prosesi, maliyyə hesabatlılığı və dövlət investisiya proqramının səmərəli icrası məsələlərində davamlı iştirakın təmin edilməsidir.

  • Regional təhlükəsizlik riski. Keçən illər ərzində Cənubi Qafqazda sabitliyin artırılması istiqamətində hərəkət olmuş, xüsusi ilə də Gürcüstanda “Qızıl Gül İnqilabı”-ndan sonrakı hadisələr regional nəqliyyat və enerji dəhlizlərinin inkişafı sahəsində imkanları genişləndirmişdir. Buna baxmayaraq, nə Dağlıq Qarabağla əlaqədar Ermənistanla münaqişənin uzanması potensialı, nə də münaqişənin ÖTS dövründə həll edilməsni potensialı istisna edilə bilməz. Beynəlxalq ictimaiyyət və xüsusi ilə də ATƏT-in Minsk Qrupu bu məsələdə ehtiyyatla vasitəçilik edir. Bank isə münaqişə nəticəsində məcburi köçkün olmuş əhalinin rifahının yaxşılaşdırılması məsələsində hökümətə köməklik göstərilməsi işini davam etdirəcəkdir.

  • Portfolionun idarəedilməsi riski. Portfolionun keyfiyyətinin yaxşı olduğu və heç bir açıq məsələninin olmadığı haqqında məlumatın olduğu şəraitində, korrupsiya riski diqqətlə nəzərdən keçiriləcəkdir. Bura, 2-ci cədvəldə göstərildiyi kimi, layihələrin satınalma və maliyyə idarəetməsi sahəsində çox ehtiyyatla davranma və nəzarət daxildir.

  • Bankın ÖTS tədbirlərinin tam həcmində iştirakının ehtimalı yüksəkdir. ÖTS Azərbaycanla əvvəlki CAS və YAYK üzrə uzun-müddətli tərəfdaşlığımızı dəstəkləyir. CAS-ın Tamamlanması Hesabatında (əlavə 3) qeyd edildiyi kimi, əvvəlki CAS üzrə təklif edilmiş bütün layihələr təsdiq edilib və başlanıb. 2006 maliyyə ili həmin gündəliyə digər çox önəmli 4 layihəni əlavə edib. Hökumət, CAPSAP daxil olmaqla, islahat gündəliyinin cəld surətdə həyata keçirilməsinə sadiqliyini nümayiş etdirib. E-hökumət və dövlət islahatı tədbirləri alətlərin seçilməsində çevik və realistik yanaşmanın seçilməsini tələb edir. Maliyyə sektorunda tədbirlər və infrasturktur gündəliyi əsasən artıq yaxşı icra olunan fəaliyyətlərin davamıdır. Sosial sektorlarda oxşar olaraq, təklif olunan təhsil layihələri mövcud APL-ın təbii növbəti addımlarıdır, və uğurla həyata keçirilən sosial müdafiə islahataı davam etdiriləcəkdir. Ətraf mühit gündəliyinə gəldikdə, 28 sentyabr 2006-cı il tarixdə ölkə prezidenti Abşeron yarımadasında və bütövlükdə ölkə ərazisində ekoloji davamlılığın bərpa edilməsi üzrə ətraflı planları və vaxt cədvəllərini müəyyən edən fərman imzalayaıb. ÖTS həmin proqramda birbaşa iştirak edəcək. Azərbaycanın ÖTS-də müəyyən edilmiş gündəliyi həyata keçirmək üçün maliyyə vəsaiti var. Bank və BMK üçün çağırış Azərbaycana sürətli inkişaf sahəsində uğurlu olmaqda davam etmək üçün tələb olunan keyfiyyətli exper məsləhəti və layihənin idarə edilməsi xidmətlərini vaxtında göstərməkdən ibarətdir.

Haşiyə 2: Bankın portfelinin dürüstlüyünün qorunması frame20

Qoşma 1
Azərbaycan üzrə Ölkə Tərəfdaşlığı Strategiyasına dair nəticələr matriksi, FY07–1023



Azərbaycanın Dünya Bankı tərəfindən dəstəklənən orta—müddətli inkişaf məqsədi

Məqsədə nail olunma qarşısında olan məsələlər və maneələr

ÖTS müddəti ərazində icrasına Bank Qrupu tərəfindən yardımın edilməsi gözlənilən nəticələr

İzləniləcək icra göstəriciləri

Bank Qrupunun töhfələri və əsas tərəf-müqabillərin rolu


İstiqamət I: Dövlət sektoru idarəçiliyinin keyfiyyətinin artırılması

1A. Makroiqtisadi sabitliyin saxlanılması və neft sərvətlərinin səmərəli istifadə edilməsi


Neft qəlirlərinin səmərəli idarə edilməsinin saxlanılması holland sindromundan yayınmaq və makroiqtisadi sabitliyin saxlanılması üçün olduqca vacibdir.

Neft Fondunda səmərli idarəetmə çərçivəsi təmin edilir (CEM, PER, CFAA)


ARDNF rüblük və audit yoxlamasından keçmiş illik hesabatlatı daimi dərc olunur (CEM, PER, CFAA) [EITI; qısa-, orta- və uzun müddətli makroekonomertik təhlillər]
EİTİ-nin rəsmi təsdiq və (EİTİ-nin) tövsiyələri üzrə iş


Təklif edilmiş AAA

CEM (FY07), PPER, CFAA Update (FY07)


Digər əsas donorlar

BVF (Maddə IV), USAID (DIP, Xəzinədarlıq sistemləri)




1B. Dövlət xərclərinin effektiv planlaşdırılmasının və idarə edilməsinin formalaşdırılması


Islahatlar büdcə sisteminin gücləndirmişdir, lakin gələcəkdə dövlət xərclərinin davamlığının, düzgünlüyünün və ayırma səmərəliliyinin təmin edilməsi üçün əlavə təkmilləşmələr tələb olunur

Strateji prioritetlərin müəyyən edilməsi və OMXÇ və DİP (PER) əsasında şəffaf orta-müddətli büdcə tərtibatı

Keyfiyyəti artmaqda olan OMXÇ və DİP illik büdcə prossesinin bir hissəsi kimi Milli Məclisə təsdiq edilməsi (PER) [PEFA, PETS]


Proposed AAA

PPER, CFAA Update (FY07)


Digər əsas donorlar

BVF (Maddə IV); USAID (DIP, Xəzinədarlıq sistemi);

ABŞ Xəzinəsi (büdcə sistemləri)


1C.Dövlət vəsaitlərinin idarə edilməsində şəffaflığın və məsuliyyətliliyin artırılması


Dövlət sektoru maliyyə cavabdehliyi çərçivəsinin şəffaflığın və təkmil idarəçiliyinin təmin edilməsi üçün gücləndirmədə ehtiyacı var. Hal-hazırda Maliyyə Nazirliyindən başqa heç bir büdcə təşkilatı müvafiq daxili audit funksiyasını yerinə yetirmir.

Dövlət maliyyə idarəetməsində şəffaflığın və cavabdehliyin artması (CGA)


Daxili audit funksiyası X büdcə təşkilatında bərpa edilmişdir (CGA) [PIFC, WBI]
Dövlət maliyyə idarəetmə çərçivəsinin yeniləşdirilməsi; dövlət sektoru üçün MMS-ın tətbiq edilməsi (CGA) [ROSC]

Icra olunan layihələr

IDF (satınalmalar),

IDF (mühasibatlıq və audit),

BMK (korporative idarəçilik)


Yeni layihələr

Korporativ idarəçilik / mühasibatlıq (FY07),

e-hökumət (FY08)
Təklif eidlmiş AAA

Mühasibatlıq üzrə SKRİ (ROSC) (FY06),

CFAA Update (FY07),

CPAR Update (FY07)


Digər əsas donorlar

EU TACIS


(muhasibatlıq islahatları)

Hökumət satınalmalar qaydalarını təkmilləşdirmişdir və hal-hazırda mövcud boşluqları müəyyən edərək aradan qaldırır. Hökumət monitorinqin və nəzarətin gücləndirilməsi və məlumatın yayılması vasitəsi ilə şəffaf və etibar qazanmış satınalmalar təcrübələrinin yayılmasını təmin etməlidir

Dövlət satınalmaları qanunlarının icrasının gücləndirilməsi (IDF qrantı)


İctimai agahlıq kampaniyası icra edilmişdir (IDF qrantı)
Satınalmalar qanununa uyğunluğunun müəyyən edilməsi üçün satınalmalar qurumlarının təsadüfi yoxlanılması (IDF qrantı, e-hökumət) [PEFA, CPAR]

1D. Korporative və maliyyə sektorlarında korporativ idarəçiliyin, mühasibatlığın və auditin təkmilləşdirilməsi


Hökumət yeni mühasibatlıq üçotu qanununu qəbul etmiş və normativ aktların hazırlanmasına başlamışdır. Hal-hazırda yüksək kefiyyətli maliyyə hesabatvermə, muhasibatlıq və audit standartlarının güvvəyə minməsi və ciddi tətbiq edilməsi təşviqlərinin gücləndirilməsində ehtiyac var

Maliyyə hesabatvermə, muhasibatlıq və audit standartlarının beynəlxalq səviyyəyə qədər təkmilləşdirilməsi (CGA)

Vaxt cədvəlinə əsasən ARDNŞ-də BMHS-ın icrası sahəsində tərəqqi.

Yeni muhasibatlıq standartlarına keçən digər müəssisələrin sayı x-dən y-dək artmışdır (CGA). [ROSC]
əsas istifadəçi qruplarının rəyinə görə audit yoxlamasından keçmiş maliyyə hesabatların keyfiyyətinin artması (sorğu məlumatı) (CGA) [ROSC]



1E. Məhkəmə sisteminin ən yaxşı beynəlxalq təcrübəyə cavab verməsi üçün gecləndirlməsi

Məhkəmə sisteminin beynəlxalq təcrübə səviyyəsinə gətirliməsi üçün əlavə tədbirlərin görülməsində ehtiyac var. Kadr texnologiyasının və məhkəmə infrastrukturunun təkmilləşdirlməsində ehtiyac var.

Məhkəmə orqanlarının daha güclü idarəetmə qabiliyyəti
Texnologiya və avadanlıq təchizatı daxil olmaqla məhkəmə binalarınaın təkmilləşdirilməsi
Hakimlərin və ədliyyə işçilətinin peşəkarlıqlarının artırılması

Işlərin baxılmasında texniki təkmilləşmələr (JMP). [Council of Europe , BEEPS, WBI]
Hakimlərin təlimi və sertifikatlaşdırılması, o cümlədən rəqabət və xarici investisiyalar sahəsində səriştəli qərarların verilməsi sahəsində (JMP). [Council of Europe , BEEPS]

Yeni layihələr

Məhkəmə sisteminin müasirləşdirilməsi (FY06)


Digər əsas donorlar

EU, GTZ, UNDP, USAID, ABA-CEELI



1F. Xüsusilə kənd razilərində kredit və maliyyə xidmətlərinə çıxışın genişlənməsi


Bank sektoru xirdadır və böyük struktur problemləri ilə qarşılaşır. Dövlət ABB ümumi bank sistemi aktivlərinin 55%-ni əhatə edir. Kənd ərazilərində rəsmi maliyyə xidmətlərinə çıxış olduqca aşağıdır. AMB tərəfindən işlədilən ödəniş sistemi öləkənin uzaq yerlərinə çatmır. Kənd ərazilərində kreditlərə çıxış əsas etibarı ilə donorlar tərəfindən maliyyələşdirilən mikro-maliyyə institutları tərəfindən təmin edilir.

Kən əraziləri və yoxsul əahlinin maliyyə xidmətlərinə çıxışlarının təkmilləşdirliməsi (PRSC/FSDP/FPSSP)
Ödəniş sistemlərinin gücləndirilməsi (FSDP/PRSC/FPSSP)
AMB-nın nəzarət imkanlarının gücləndirilməsi, xüsusilə banklarda aparılan təftişlərlə əlaqəli (MSTY)
Kapital Bankın əməliyyat strukturunun gücləndirilməsi və nəticə etibarı ilə özəlləşdirilməsi (MSTY)
Lizinq sənayyesinin əmələ gəlməsi

Rayonlarda mliyyə xidmətlərinə çıxış nöqtələrinin sayının artması (YAYK)
Milli ödəniş sisteminin arxitekturasının formalaşdırılmasının başa çatdırılması (YAYK FSDP/MSTY)
İpotekanın maliyyələşdirilməsi üçün təkmilləşdirlmiş mexanizmlər (BMK/FPSSP)
[FSAP]

İcra olunan layihələr

FSDP, MSTY


Yeni layihələr:

Maliyyə sektorunun yeniləşdirliməsi (FY08)


BMK

Maliyyə və mikromaliyyə institutlarında birbaşa investisiya və texniki yardım; lizinq və ipotekanın maliyyələşdirliməsində texniki yardım


Digər əsas donorlar

BVF, EU TACIS



1G. İşguzar fəaliyyətin başlanması və aparılması qarşısında olan maneələr də daxil olmaqla rəqabətli biznes tənzimlənməsi mühitinin yaradılması


Hökumət biznes mühitinin bəzi elementlərinin təkmilləşdirlməsində müəyyən irəliləyişə nail olsa da, vergilərin idarə edilməsi and biznes faəliyyətinin lisenziylaşdırılması və icazələrin veirlməsi də daxil olmaqla əsas hüquqi və tənzimləyici maneələr olmaqda qalır

Işguzar fəaliyyətin başlanılması və aparılması qarşısında olan inzibatı və tənzimləmə maneələrinin azalması (IFC/FIAS)

Biznes mehitinə dair dövrü sorğuların aparılması. [BEEPS, WBI, Doing Business]

Təklif edilmiş AAA

Ticarət və İnvestisiya tədqiqatı (Mİ07)


BMK

FIAS analitik və məşvərət xidmətləri


Digər əsas donorlar

EU TACIS, AİB



















İstiqamət II: Qeyri-neft iqtisadiyyatının davamlı və tarazlı inkişafının dəstəklənməsi


2A. Xüsusilə kkənd ərazilərində, kredit və maliyyə xidmətlərinə çıxışın artırılması


Bank sektoru kiçikdir və ciddi struktrur problemləri ilə üzləşib. Dövlətə məxsus ABB-nin aktivləri bank sistemində cəmi aktivlərinin 50% təşkil edir. Kənd və yoxsul ərazilərin formal maliyyə xidmətləri ilə əhatə olunması çox aşağı səviyyədədir. ANB-nin idarə etdiyi ödəniş sistemləri ölkənin uzaq ərazilərini əhatə etmir. Kənd ərazilərində kreditlər əsasən donorların maliyyələşdirdiyi mikromaliyyə qurumları tərəfindən verilir.

Kənd və yoxsul əhalinin maliyyə xidmətlərini əldə etmək imkanlaırnın artırılması (PRSC/FSDP/FPSSP)
Gücləndirilmiş ödəniş sistemləri (FSDP/PRSC/FPSSP)
Xüsusilə də obyektdə yoxlamalar münasibətdə, ANB-nin nəzarət potensialının artırılması (FSTA)
Kapital Bankın təşkilati strukturunun təkmilləşdirilməsi və onun özəllləşdirilməsi (FSTA)
Lizinq fəaliyyətinin başlanması

Regionularda maliyyə xidmətlərinə çıxış nöqtələrinin sayınını artırılması (YAYK)
Milli Ödəniş Sisteminin Arxitekturu başa çatdırılıb (YAYK / FSDP/FSTA)
İpoteka üçün təkmilləşdirilmiş çərçivə (IFC/FPSSP)
[FSAP Update]

Hal-hazırda həyata keçirilən layihələr

FSDP, FSTA


Yeni layihələr:

Maliyyə Sektorunun Müasirləşdirilməsi (FY08)


BMK

Maliyyə və mirkromaliyyə qurumlarına birbaşa investisiyaların qoyulması və texniki yardımın göstərilməsi; lizinq və ipoteka sahəsində texniki yardım; Təchizatçının Maliyyə Vasitəsi


Digər əsas donorlar

BVF, EU TACIS



2B. Sahibkarlıq fəaliyyətinə başlamaq və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi sahəsində maneələrin azaldılması daxil olmaqla, sahibkarlıq fəaliyyəti üzrə rəqabətli tənzimləyici çərçivəinin yaradılması


Hökumət işgüzar mühitin bəzi elemenlərinin təkmilləşdirilməsində yaxşı nəticələrə nail olsa da, vergiqoyma, lisenziyaların və icazələrin verilməsi kimi ciddi hüquqi və tənzimləyici maneələr qalıb.

Sahibkarlıq fəaliyyətinə başlamaq və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi sahəsində inzibati və tənzimləyici maneələrin azaldılması (IFC/FIAS)

Sahibkarlıq fəaliyyəti üçün əlverişli mühit üzrə müntəzəm sorğular. [BEEPS, WBI, Doing Business]

Təklif olunan AMF

Ticarət və İnvestisiya Tədqiqatı (FY07)


BMK

FIAS Analitk və Məsləhət xidmətləri


Digər əsas donorlar

EU TACIS, AİB



2C. Kənd xidmətlərinin və infrastrukturunun inkişaf etdirlməsi


  • Fermerlərin gəlir əldə etmə qabiliyyətlərinin artırılması

  • Kiçik və orta həcmli aqro-emal müəssisələrinin yaradılması



Pis yolları, dağılmış suvarma və drenaj sistemləri, elektrik enerjisi təchizatında kəsmələr və isitmə sistemi olmayan məktəblər kimi dağılmaqda olan infrastruktur bazar iqtisadiyyatına edən kənd ev təsərrüfatlarına baha başa gəlir.

Hədəf ərazilərdə yerli infrastrukturun təkmilləşməsi (KİL).
Kənd maliyyə və xidmətlərə çıxışın artırılması (KTİKL-II, MXİ)
Təkmil torpar qeydiyyatı sistemi (KTİKL-II)
KƏnd təsərrüfatı sistemi biliklərinin artırılması (KTİKL-II).
Hədəf ərazilərdə (daxili məcburi köçqünlər) suvarma sularının təchizatının və drenaj sisteminin təkmilləşdirilməsi
Kiçik və orta həcmli kənd emalı müəssisələrinin artması (KTİKL-II, Kiçik və orta həcmli kənd təsərrüfatı müəssisələri, BMK)

Müasirləşdirilmiş elmi-tədqiqat instituları; Müsabiqəli qrant proqramlarının genişlənməsi (KTİKLP-II).
Əsas maliyyə xidmətləri olan kəndlərin sayının artırılması (KTİKL-II , MXİ, BMK)
Faktiki suvarma suyunu alan potensial su istifadəçilərinin faizinin artması (IDSMIP).
Samur-Abşeron kanalının ilk 50 km-nin bərpası (RIDIP)

Icra olunan layhələr

Kənd İnfrastrukturu, Suvarma və Drenaj, İrriqasiya Paylama,

Kənd təsərrüfatı inkişaf və krediti, Maliyyə xidmətlərinin inkişafı.
Yeni layihələr

Suvarma II (Mİ08), KTİKL-II (Mİ06), Torpaq qeydiyyatı (Mİ09)


BMK

Lizing və kiçik və orta həcmli müəssisələri üçün kredit xətti


Digər əsas donorlar

AİB, USAID, IFAD, GTZ, KfW, EU TACIS, SDC



2E. Tranzit dəhlizinin təkmilləşdirliməsi


  • Ticərət və tranzit siyasətinin və sərhəd əməliyyatlarının təkmilləşdirlməsi

  • Tranzit dəhlizlərdə artmaqda olan ehtiyacların təmin edilməsi məqsədi ilə potensialın artırılması




Kənd ərazilərinin birləşdirlməsi, beynəlxalq bazarlara çıxış və tranzit ticarət imkanlarından tam istifadə etmə daha yüksək hərəkət intensivliyini təmin edə biləcək münasib nəqliyyat infrastrukturunun ollmasını tələb edir. əsas yol şəbəkəsinin təxminən 56%-i pis vəziyyətdədit və ya təxminən 1000 km (30%) dəmir yolu xəttinin təmirdə ehtiyacı var. Nəqliyyat administrasiyasında, siyasət və kommersiya vəzifələri arasında ayrılma yoxdur. Rəqabətin az olması da səmərəliliyə və nəqliyyat xidmətlərinin əldə edilməsinə əkgəllər törədir.

Siyasət, tənzimləmə və kommersiya vəzifələrinin ayrılmasını təmin edən nəqliyyat sektorun fəaliyyətini idarə edən yeni tənzimləyini çərçivə (TCPs).
Azərbayncanın Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində dəmir və avtoyol sahəsində çıxışın, tranzitin və təhlükəsizliyin artması (Yol I, TCPs, RTTF)
Milli yol administrasiyasında daha təkmill idarəetmə, səmərəlilik və istismar təcrübələri (Yol I, TCPs).

Gəncə-Qazax yolunun müvəffəqiyyətli təkmilləşdirilməsi (Yol I)
Bakı-İran avtoyolunun (M3) təkmilləşdirlməsinin və Bakı-Şamaxı yolunun bərpasının başlanılması (Yol II)
Azərbaycan dəmir yolunun tənzimləmə funksiyasının kommersiya funksiyasından ayrılması (RTTF).
Nəqliyyat sektorundakı dövlət müəssisələrində BMHS-ın tətbiq edilməsində irəliləyişlər (CGA, RTTF)

İcra olunan layihələr

Yol I
Yeni layihələr

Şimal-Cənub tranzit dəhlizi (Mİ06), Dəmir yolu və TTT (Mİ07), Şimal-Cənub tranzit dəhlizi (Mİ08), Şərg-QƏrb tranzit dəhlizi (Mİ09)
Digər əsas donorlar

AİB, AYİB



2F. Su təchizatı sistemlərinin xidmət ərazisinin genişləndirliməsi

Bakının su təchizatı sisteminə BİA yardımı ilə qoyulan sərmayələr sistemin bərpası və istismarın təkmilləşməsinə gətirmişdir. Lakin ölkənin başqa bölgələrində icməli suyun təchizatı hələ də ciddi narahatlıq doğurmaqda qalır. Su təchizatı əhatəliliyi kənd ərazilərində əhəmiyyətli dərəcədə azalmışdır və yalnız 58% icməli su əldə edə bilir. Sayğaclaşmanın olmaması pul yığımına və suyun istifadəsinin məhdudlaşdırılması təşəbbüslərinə mənfi təsir göstərir.

Hədəf şəhər mərkəzlərində və kiçik şəhərlərdə su təchizatı və kanalizasiya şəbəkəsinin təkmilləşməsi (NWSS)
Su nsektorunda pul yığımının və su istehlakının məhdudlaşdırılması təsəbbüslərinin təkmilləşməsi (NWSS)
Tam xərcləri əhatə edən tariflərə, korporativ idarəetməyı və muhasibatlığa (CGA) görə Azərsunun maliyyə mövqesinin (NWSS) güclənməsi


Seçilmiş ərazilərdə təkmilləşdirmiş su, sayğaclanma və kanalizasiya xidmətlərinin təkmilləşməsi (NWSS)
Su sektorunda islahatların aparılması (NWSS)

BMHS sahəsində irəliləyiş (CGA)





İcra olunan layihələr

Bakı Su və Kanalizasiya,

Kənd İnfrastrukturu
Yeni layihələr

Milli su təchizatı və kanalizasiya (Mİ07), ST/şəhər (Mİ09), Korporativ idarəetmə/ muhasibatlıq (Mİ06)


Təklif olunan AAA

Su sektoru tədqiqatı (Mİ06)


Digər əsas donorlar

AİB, KfW


2G. Elektrik enerjisinin və qaz təchizatının etibarlılığının təkmilləşdirliməsi


Elektrik enerjisi təchizatı. Elektrik enerjisi sisteminin Bakıdan kənarda həyat qabiliyyəti, etibarlılığı və əhatə dairəsi zəifdir. Məsələlərə daxildir daxili tələbatın təmin edilməsi üçün qeyri-adekvat istehsal imkanları; sistemin sub-optimal fəaliyyəti; qeyri-adekvat investisiya və təmir səviyyəsi; qeyri-adekvat tariflər və yığım; və sistemin köhnəlimiş strukturu.

Yüksək gərginlik xətlərində aparılan təkmilləşdirmə işləri hesabına elektrik enerjisi təchizatının xərclərinin azalması və etibarlılığının artması (EEÖ)
Tam xərcləri əhatə edən tariflərə, korporativ idarəetməyı və muhasibatlığa (CGA) görə Azərenerjinin maliyyə mövqesinin (PTI) güclənməsi

Elektrik dispeçer sisteminin təkmilləşdirilməsi (EEÖ).
Yüksək gərginlik xəttlərinin və seçilmiş alt-stansiyaların bərpası (EEÖ).
Azərenerji üçün idarəetmə yardımı texniki yardımı tan istifadə edilmişdir (EEÖ).
BMHS sahəsində irəliləyiş (CGA)

İcra olunan layihələr

Elektrik enerjisinin ötürülməsi


Yeni layihələr

Enerji/Qaz (Mİ08),

Korporativ idarəetmə / muhasibatlıq (Mİ06)
Digər əsas donorlar

JBIC, AİB





Qaz xidmətləri. Azərbaycanda Qalmazda və Qaradağda yerləşən iki yeraltı qaz ambarı var. Lakin, yaxınlarda Şah Dəniz yatağındakı yeni qaz sərvətlərin istismarı başlanacaqdır. Əlavə qaz ambarları Azərbaycana həmin sərvətlərdən tam bəhrələnməyə və qaz təchizatında olan gündəlik dəyişiklikləri bərabərləşdirməyə imkan verəcəkdir.

Expanded capacity to supply efficient energy to the region.
Tam xərcləri əhatə edən tariflərə, korporativ idarəetməyı və muhasibatlığa (CGA) görə Azəriqazın maliyyə mövqesinin (EQ) güclənməsi


Qaz infrastrukturunun bərpasında irəliləyişlər (EQ)
Qaz keyfiyyəti (EQ)
BMHS sahəsində irəliləyiş (CGA)


2H. Kommunal sektorun maliyyə həyat qabiliyyətinin təkmilləşdirilməsi


Kommunal sektorun əsas çatışmazlığına daxildir struktur çatışmazlıqlar və özəl sektorun iştirak etməməsi; kommunal xidmətlər üzrə yığım səviyyəsinin aşağı olması; tarif səviyyələrinin qeyri-kompensator səviyyəsid və müsəqil tənzimləmənin olmaması.

Kommunal sektorda təkmil tarif siyasəti
Tam funksional kommunal tənzimləmə çərçivəsi formalaşdırılmışdır.

Kommunal sektoru qanunvericiliyinin qüvvəyə minməsi və orta-müddətli tarif siyasətinin tətbiq edilməsi üçün qanunvericilik və institusional proseslər addımları.
Su və qaz sektorlarında kommunal sektoru islahatlarına müvafiq olaraq restrukturizasiya tədbirlərin görülməsi
Kommunal sahəyə ayrılan subsidiyaların azaldılması

İcra olunan layihələr

Elektrik enerjisinin ötürülməsi


Yeni layihələr:

Enerji/Qaz (Mİ08), Korporative idarəetmə / muhasibatlıq (Mİ07), Milli su təchizatı və kanalizasiya (Mİ07)


Təklif edilmiş AAA:

Mühasibatlıq ROSC (Mİ06), Su sektoru tədqiqatı


Digər əsas donorlar:

EU TACIS



İstiqamət III: Sosial xidmətlərə çıxışın və onların keyfiyyətinin artırılması


3A. Səhiyyə xidmətlərinin keyfiyyətinin və əhatəliliyinin təkmilləşdirilməsi


Səhiyyə müəssisələrinin və işçilərinin geniş yarımasına baxmayaraq, ilkin səhiyyə xidmətlərinin keyfiyyəti və onların əldə edilməsi sistemdə olan çatışmazlıqlar, vərdişlərin aşağı səviyyəsi və xidmətlərin göstərilməsində məhsuldarlığın aşağı olması səbəbindən aşağıdır.
Artıq sayda xəstəxanaların olmasına və üçüncü dərəcəli səhiyyə xidmətlərinin qeyri-səmərəli olmasına və eləcə də ilkin səhiyyə xidmətlərinin pərakəndəliliyinə və zəif maliyyələşdirilməsinə gətirmiş sovet tipli mərkəzləşdirilmiş maliyyələşdirmə sisteminin və vəsaitlərinin normativlərə əsasən ayrılmasının islah edilməsi üçün davamlı səylərin göstərilməsində ehtiyac var

Keyfiyyətli ilkin səhiyyə xidmətlərinin əhatə dairəsinin genişlənməsi (PRSC/HRL)
Səhiyyə sektorunda davamlı səhiyyə maliyyələşdirilməsi və vəsaitlərin ayrılması (SN/HS)

Səhiyyə sektoru islahatları strategiyası hazırlanmışdır (SN/HS)
Hədəf rayonlarda ilkin səhiyyə xidmətlərinin keyfiyyəti və çıxışı təkmilləşdirilmişdir (SN/HS)
Dövlət xərclərinin izlənilməsi tədqiqatı keçirilmiş və OMXÇ Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmişdir (PPER). [PEFA, PIFC, PETS]


İcra olunan layihələr

Səhiyyə ÖİK


Təklif edilmiş layihələr

Səhiyyə sektoru islahatları (Mİ06)


Təklif edilmiş AAA:

Səhiyyə sektoru icmalı, yoxsulluğun proqramatik qiymətləndirilməsi, PPER


Digər əsas donorlar

UNDP, UNICEF, USAID, USDA, GTZ, DST



3B. Təhsil sisteminin müasirləşdirilməsi


  • Təhsil nəticələri göstəricilərinin təkmilləşdirilməsi

  • Bazar iqtisadiyyatının tələbatını təmin etmək üçün bütün tələbələr üçün öyrənmə nailiyyətlərinin artırılması



Ümumi təhsilin keyfiyyəti və münasibliyi. Əsas məsələlər daxildir köhnəlmiş tədris planı və tədris üsulları; zəif öyrənmə mühiti (materiallar qıtlığı və fiziki infrastrukturun zəif olması; qeyri-səmərəli müəllimlərin inkişaf etdirilməsi və motivasiya.
Vəsaitlərin bölüşdürülməsi. Maaşlara edilən xərclər, tədirs materialları və əsaslə xərclər də daxil olmaqla digər əhəmiyyətli xərcləri üstələyir. Büdcə normalarının sərtliyi yerli təhsil orqanlarına prioritetləşdirməni və vəsaitlərin yerli ehtiyaclara görə bölüşdürülməsini aparmağa imkan vermir.
Təhsilə bərabər çıxış. Məktəblər, müəllimlərin və ilkin tədris materiallarının olması və keyfiyyəti müqabilində aşağı keyfiyyətdən və eləcə də məktəblərin fiziki vəziyyətindən əziyyət çəkir.

Tədris planı islahatları vasitəsi ilə ümumi təhsil keyfiyyətinin artırılması; müəllimlərin təhsili; seçilmiş tədris və öyrənmə materialların və avadanlığın təchiz edilməsi; və seçilmiş rayonlarda məktəblərin təkmilləşdirilməsi (ESDP)
Təhsil sahəsində vəsaitlərin ayrılmasında texniki və bölüşdürmə səmərəliliyin artması (ESDP)
İmkanları məhdud olan rayonlarda məktəb işinin keyfiyyətinin təkmilləşdirilməsi (ESDP)

6-16 yaş qrupunda davamiyyətin 2002-ci ilin 94%-dan 2007-ci ildə 96%-ə qədər artması (ESDP)

Üç pilot rayonda şagird-müəllim əmsalının 2002-ci ilin 10:1 nisbətindən 2007-ci ildə 12:1 nisbətinə qədər artırılması (ESDP)


1-11-ci siniflər üçün milli tədris planının hazırlanması (ESDP)
Yeni Tələblərin Qiymətləndirilməsi sisteminin yaradılması (ESDP)
Azı 9000 müəllimin təkmilləşdirmə kurslarından keçməsi (ESDP)
Dövlət xərclərinin islənilməsi tədqiqatının başa çatdırılması. (PPER)
Pilot əsaslarla yeni maliyyləşdirmə formulasının və mexanizmlərinin tətbiq edilməsi (ESDP)
Üç pilot rayonda rayon səmərəliləşdirmə planlarının hazırlanması (ESDP)
Məktəb qrantları proqramının müvəffəqiyyətli tətbiq edilməsi (ESDP)
[PEFA, PIFC, PETS]

İcra olunan layihələr

ESDP
Təlif edilən layihələr:

Təhsil rəqabətliliyi (ECP) (Mİ07)
Təklif edilmiş AAA

Yoxsulluğun proqramatik qiymətləndirilməsi


Digər əsas donorlar

Yaponiya, JBIC, OSI, USAID, UNICEF, SDC, Səudiyyə fondu




3C. Sosial müdafiə sisteminin səmərəliliyinin və əhatəliliyinin artırılması



  • Adekvat, maliyyə baxımından davamlı və etibarlı pensiya sisteminin yaradılması




  • Sosial yardımı gücləndirmək və yoxsullara daha dəqiq şəkildə yoxsullara hədəfləmək




  • Kommunal sektor islahatlarının mənfi təsirini minimallaşdırmaq


Pensiya sistemi. Əsas məsələlərə daxildir aşağı əhatəlilik və zəif münasiblik meyarlarına görə müavinatların aşağı olması; çətin idarə edilən mürəkkəb müavinatlar sistemi; qeydiyyatların qeyri dəqiq aparılması və maliyyə idarəetmənin zəif olması; və müavinatların təyin edilməsinin monitorinqini və ödənilməsini çətinləşdirən müəssisələrin müavinatların idarə edilməsində iştirakı.

Yerlərdə ödənişlər və müavinatlar arasında əlaqəni təmin edən maliyyə baxımından daha davamlı, xərclər baxımından münasib və şəffaf əmək (sosial sığorta) pensiyası sistemi (PSAP)

Sosial sığorta sistemin müəssisələrdən Dövlət Sosial Müdafiə Fonduna verilmişdir (PSAP).
Ümumi dövlət pensiya sistemi çərçivəsində yığım səviyyəsinin əhəmiyyətli dərəcədə artması (PSAP)
Pensiya sisteminə edilən ödənişlərinin əhəmiyyətli artım (PSAP)

İcra olunan layihələr

Pensiya və sosial yardım layihəsi


Təklif edilmiş AAA

Yoxsulluöun proqramatik qiymətləndirilməsi


Digər əsas donorlar

UNDP, AB



Sosial yardım. Sosial yardım sahəsində əsas məsələlər daxildir müavinatların zəif hədəflənməsi; müavinatların pərakəndəliyi; vəsaitlərin qıtlığı səbəbindən müavinatların aşağı olması; siyasətlərin təhlili, monitorinqi və qiymətləndirilməsi imkanlarının zəif olması.

Sosial transferlərin hədəflənməsinin dəqiqliyinin artması: sosial yardımların və sosial müavinatların hədəflənməsi üçün ayrılmış vəsaitlərin azı 50%-nin istehlak kvintilinin aşağı səviyyəsinə çatması (PSAP)

Bütün sosial yardım müqainatlarının bir müavinat formasına cəmləşdirilməsi (PSAP).
Vəsait və vasitələrin sınağının dəstəklənməsi üçün MİS-in tətbiq edilməsi (PSAP)
Uşaq müavinatlarının və yoxsulluğa görə hədəflənmiş ailə müavinatlarının respublika üzrə tətbiq edilməsi (PSAP).

3D. Məcburi köçkünlərin həyat şəraitinin və iqtisadi imkanlarının təkmilləşdirilməsi


  • Məcburi köçkünların sosial və iqtisadi inteqrasiyası

Hökumət hal-hazırda məcburi köçkünləri nağd qrantlar, qida subsidiyaları və pulsuz kommunal xidmətlər vasitəsilə dəstəkləyir və yeni qəsəbələr salır. Lakin onların bir çoxunun infrastruktur, mənzil-kommunal və xidmət tələbatı olduqca böyükdür. Iqtisadi imkanlar məhduddur və xüsusilə Bakından kənarda işsizlik səviyyəsi yüksəkdir.

Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və iqtisadi imkanların və sosial inteqrasiya perspektivlərinin gücləndirilməsi (EDS)

Mikro-kredit institutlarının məcburi köçkünlər üçün səmərəli fəaliyyəti (IDPEDS)
Mikro-layihələrin müvəffəqiyyətli başa çatdırılması (IDPEDS)

Icra olunan layihələri

Məcburi köçkünlərin iqtisadi inkişafına dəstək


Təklif edilmiş AAA

Yoxsulluğun proqramatik qiymətləndirilməsi


Digər əsas donorlar

UNHCR, AİB, WFP




Səviyyə IV: Ekoloji idarəetmənin təkmilləşdirilməsi

4A. Ekoloji idarəetmənin təkmilləşdirilməsi


  • Kənd ərazilərin inkişafı və ekosistemlərinin saxlanılması kontekstində təbii sərvətlərin davamlı idarə edilməsinin dəstəklənməsi

  • Neft ləkələrinin təmizlənməsi




Təbii sərvətlərin idarə edilməsi. Kommersiya məqsədi ilə meşəçiliklə məşğul olunması 2003-cü ildə qadağan edilməsinə baxmayaraq, meşələrin qeyri-qanuni kəsilməsi davam edir və meşə örtüyü azalmaqdadır. Monitorinqin və spesifik qanuni tələblərin olmaması səbəbindən dövlət torpaqlarında mal-qaranın həddindən artıq otarılması baş verir. Nərə balığın sayı azalmaqdadır.
Çirklənməyə nəzarət. Azərbaycan sovet vaxtında əhəmiyyətli ekoloji zədələnmələrə məruz qalmışdır. Nisbətən inkişaf etmiş ekoloji qanunvericilik sistemi, tənzimləmə və institutları yerindədir, lakin tətbiq etmə zəifdir. Neftlə çirklənmiş ərazilər sağlamlığa risk törədir və yeraltı suların çirklənməsi və Xəzər dənizinə axması riskinə gətirir.

Iki qlobal əhəmiyyətə malik bioloji biomüxtəliflikdə ekoloji sağlamlığın və məhsuldarlığın artırılması (REP)
Cavan nərə balıqlarının istehsalı imkankarının bərpa edilməsi (UEI)
Neft ləkələrinin təmizlənməsinə dair vəzifələrin və mənsubiyyəti hisslərini konkret tərəflərə tapşıran həyat qabiliyyətinə malik planın təsdiqlənməsi və təmizlənmiş torpaqların yenidən istifadə edilməsinin başlanılması.

ŞD milli parkının yaradılması və ordubad parkının genişləndirilməsi (REP)
Ekoloji cəhətdən münasib, maliyyə baxımından güclü kiçik və orta həcmli müəssisələrin sayı (REP).
Neft ləkələrin təmizlənməsi planının hazırlanması (ECUP)
Təmizlənmiş torpaqların akr-la həcmi (ECUP)

Icra olunan layihələr

Təcili ekoloji investisiyalar, kənd investisiyaları


Yeni layihələr

  • Ətraf mühitin təmizlənməsi (Mİ09)


Digər donor təşkilatları

  • GEF, karbon qazı fondu



1   ...   13   14   15   16   17   18   19   20   ...   25


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə