ÜZRƏ ÖLKƏ TƏRƏfdaşliq strategiyasi




Yüklə 1.13 Mb.
səhifə13/25
tarix23.02.2016
ölçüsü1.13 Mb.
1   ...   9   10   11   12   13   14   15   16   ...   25

İstiqamət III: Sosial Xidmətlərin Keyfiyyətinin və onlara Çıxışın Yaxşılaşdırılması





  1. Bankın dəstəyi ilə Hökümət səhiyyəni genişləndirəcək; təhsil sistemini müasirləşdirəcək; social yardımı planlaşdıracaq; təqaüd sistemini təkmilləşdirəcək; və məcburi köçkünlərin yaşayış şəraitini və iqtisadi imkanlarını yaxşılaşdıracaq. Gələn on il ərzində Azərbaycanın qlobal rəqabətli bilik iqtisadiyyatına daxil olması və səhiyyə və social tələbatların düzgün qarşılanmasını təmin etmək üçün unikal imkan mövcuddur.


Yaxşı keyfiyyətli Səhiyyə Xidmətlərinin Əhatə dairəsinin Genişləndirilməsi


  1. BİA hal-hazırda beş pilot əyalətdə icra edilən Səhiyyə İslahatları LIL və bu yaxınlarda başa çatdırılmış Səhiyyə Sektorunun Təhlili layihələri ilə səhiyyə sektorunda fəal iştirak etmişdir. Səhiyyə nazirliyinin yeni rəhbərliyi ilə birgə BİA hal-hazırda səhiyyə sisteminin geniş sektormiqyaslı islahatlarını dəstəkləyir. Əsas mexanizm Səhiyyə Sektorunun İslahatı Layihəsidir. Əsas məqsədlər islahatlara rəhbərlik etmək, əsas və ikinci dərəcəli xidmətlərin göstərilməsini səmərəliləşdirmək və yaxşılaşdırmaq, davamlı səhiyyə maliyyələşdirməsini və vəsaitlərin ayrılmasını təmin etmək və səhiyyə sektorunda üzün müddətli kadrlar ehtiyacları problemini həll etmək üçün Səhiyyə nazirliyinin potensialını yaraqmaqdan ibarətdir. Bankın təmiz su və sanitariya və etibarlı enerji sisteminə də dəstəyi əhaliyini sağlamlığı üçün əhəmiyyətli yardım olacaq. Təklif edilən Ətraf Mühitin Təmizlənməsi Layihəsi sağlamlığa təhlükələri azaldacaq. BMK nüfuzlu və təcrübəli investorlarla bu sektora özəl investisiyaların yardımını müzakirə edəcək.


Təhsil Sistemnin Müasirləşdirilməsi


  1. Hökümət təhsil sistemində aparılan islahatları surətləndirmək niyyətindədir. Bankın Hökümət proqramının hal-hazırda icra edilən Təhsil Sektorunun İnkişafı APL layihəsi ilə dəstəkləyir ki, bu layihə çərçivəsində bütün tələbələr üçün təhsil nailiyyətlərini artırmaq və sistemdə səmərəliliyi yaxşılaşdırmaq üçün system miqyasında islahatlar dəstəklənir. Bu layihənin ilk mərhələsinin məqsədi (2003-07) keyfiyyətin yaxşılaşdırılmasından (təqvim planının islahatı, müəllimlərin inkişafı və dərsliklərin və oxu materiallarının təminatı vasitəsilə); səmərəliliyin və maliyyələşdirmənin təmin edilməsindən (büdcə islahatları, rasionalizasiya və məktəblərin yaxşılaşdırılması vasitəsilə); bərabərliyin və ümumi təhsilin əldə edilməsinin təmin ediməsindən (daha zəif imkanlara malik olan seçilmiş rayonlarda məktəblərə qrantlar verməklə); və idarəetmənin gücləndirilməsindən (tələbələrin qiymətləndirilməsi, idarəetmə məlumat sistemləri, planlaşdırma və monitoring potensialı vasitəsilə) ibarətdir. BİA-nın Təhsil Sektorunun İnkişafı APL II layihəsi çərçivəsində bu yanaşma davam etdiriləcək və bütün ölkə ərazisində uğurlu pilot məktəb rasionalizasiyası tədbirlərinin tətbiqi dəstəkləcək. Təklif edilən əlavə layihə Ali Təhsilin islahatı üzərində cəmləşdiriləcək ki, ikinci və üçüncü dərəcəli təhsilin keyfiyyəti və əhəmiyyəti yaxşılaşdırılsın və əldə etmə imkanları genişləndirilsin. İdeya Azərbaycanı qlobal biliklər iqtisadiyyatına güclü və rəqabətli partnyor kimi daxil olmasını təmin etməkdən ibarətdir. Xüsusi investisiyalar tələbata əsaslanan investisiya fondlarını cəlb edə bilər ki, bununla dövlət və özəl sektorda təhsil və təlim müəssisələri öz proqramlarını beynəlxalq standartlara uyğunlaşdıra bilər və öz proqramları ilə bağlı əhəmiyyəti və tələbatı yoxlaya bilər. Bank həmçinin Azərbaycanda bilik iqtisadiyyatının digər sahələrinə də investisiya qoya bilər, misal üçün dövlət kitabxana xidmətləri və ya mədəni irs müəssisələrinin müasirləşdirilməsinə.


Sosial Yardımın Ünvanlandırılması və Pensiya Sisteminin Təkmilləşdirilməsi


  1. ÖPS çərçivəsində social müdafiə şəbəkəsinin struktur islahatları dəstəklənəcək. Bank hal-hazırda icra edilən Pensiya və Sosial Yardım Layihəsi vasitəsilə Hökümətin islahatlar proqramında fəal iştirak edir. Bu layihənin məqsədi Hökümətə social müdafiə proqramlarının daha yaxşı icrasında, pensiya sisteminin daha sabit edilməsində, zəif qrupların çox hissəsi üçün social yardımı daha yaxşı planlaşdırmaq üçün potensialın yaradılmasında yardımdam ibarətdir. Həmçinin bu layihə kommunal sektorun islahatlarının social təsirini də azaldmağa yardım edəcək. Əlavə Bank yardımı çərçivəsində əlillərə xidmətlərin sadələşdirilməsi və yaxşılaşdırılmasında yardım edilə bilər, o cümlədən əlilliklərin təyin edilməsində potensialın yaxşılaşdırılması, digər zəif qruplar üçün social yardım xidmətlərinin hazırlanması, əmək bazarı xidmətlərinin yaxşılaşdırılması, gənclər üçün məktəbdən-işə nəqli asanlaşdırmaq və onların cəmiyyətə daxil edilməsinə şərait yaratmaq üçün social təminat xidmətlərinin hazırlanması və geniş miqyasda tətbiqi təmin edilə bilər. Həmçinin bu layihə çərçivəsində Səhiyyə Sektorunun İslahatı Layihəsi çərçivəsində hazırlanan müasir sağlamlıq sığortası sisteminə əsaslanan çoxpilləli pensiya sisteminin də hazırlanması dəstəklənə bilər. Belə yardım AAA, TY, və/və ya əlavə layihə şəklində təmin edilə bilər. Bank social müdafiə islahatında və social xidmətlərin və təhlükəsizlik şəbəkələrinin hazırlanmasında gedişatı izləməyə davam edəcək. Əmək və əhalinin social müdafiəsi nazirliyi ilə birgə Yoxsulluğun Proqramlaşdırılmış Qiymətləndirilməsi layihəsi çərçivəsində hazırlanmış Sosial Müdafiə Qeydi social keçidlərin və xidmətlərin yoxsulluğa təsirini qiymətləndirəcək.


Məcburi Köçkünlərin Yaşayış şəraitinin və İqtisadı İmkanlarının Yaxşılaşdırılması

103. Minlərlə məcburi köçkün və qaçqın pis vəziyyətdə olan məktəb yataqxanalarında, keçmiş mehmanxanalarda və yarıtikili dövlət binalarında məskunlaşmışdır. Minlərlə digərləri qeyri-rəsmi məntəqələrdə yaşayır ki, burada çox vaxt su və elektrik təchizatı, məktəblər və ya səhiyyə müəssisələri mövcud olmur. Xüsusilə Böyük Bakının xaricində iqtisadi imkanlar məhduddur və işsizliyin dərəcəsi yüksəkdir. Hal-hazırda icra edilən Məcburi Köçkünlərin İqtisadi İnkişafına Yardım Layihəsi bu yaxınlarda başa çatdırılmış Pilot Rekonstruksiya Layihəsinin təcrübəsi əsasında hazırlanmışdır ki, məcburi köçkünlərin yaşayış şəraiti yaxşılaşdırılsın və onların iqtisadi imkanları və sosial inteqrasiya perspektivləri gücləndirilsin. Baş elementlər əsas sosial və iqtisadi infrastruktur və müvəqqəti sığınacaq yerləri üçün mikrolayihələrin maliyyələşdirilməsini və mikromüəssisələr üçün maliyyələşdirmənin təmin edilməsini əhatə edir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll edilsə bərpa və köçürülmə üçün mümkün olan dəstəklə bağlı ÖTS-ə əlavə Şüraya təqdim olunacaq.20


İstiqamət IV: Ətraf mühit idarəetməsinin təkmilləşdirilməsi və iqlim dəyişməsi gündəliyinin davam etdirilməsi


  1. ÖTS ətraf mühitə iki əsas sahədə yardım edəcək. Bunlardan birincisi, neft sənayesinin inkişafı və daha geniş iqtisadi inkişafla bağlı olan ətraf mühit sınaqlarından keçmədir, xüsusilə də sahil yanı ərazilərdə, o cümlədən miraq qalmış torpaqların çirklənməsi (boz gündəlik). İkincisi isə, təbii ehtiyatların davamlı idarə edilməsi məsələsinin həll edilməsidir (yaşıl gündəlik). ÖTS həmçinin təbii fəlakətlərin idarə edilməsinə yardım edəcək.

Boz gündəliyin” (sənaye) dəstəklənməsi




  1. Potensial olaraq Bank, Qlobal Ekoloji Fond (QEF) və digər donorlar tərəfindən dəstəklənən təklif edilən Abşeron yarımadasında ekoloji təmizləmə layihəsi ərazi rezidentlərinin sağlamlığına təhlükənin azaldılması və dəyərli torpağın əhəmiyyətli sahələrinin yenidən istifadəsinə imkan yaradılması məqsədilə Bakı ətrafında ərazilərin bərpası üzrə genişmiqyaslı, uzunmüddətli proqrama başlanmasına kömək edəcək. Layihə 2006-cı maliyyə ilində bağlanılmış Təxirəsalınmaz Ətraf Mühit İnvestisiyaları Layihəsi cərçivəsində istifadələrinə başlanılmış texnologiyalar əsasında həyata keçiriləcəkdir. Layihənin əsas məqsədi neftlə çirkləndirilmiş torpaqların bərpa edilməsinə özəl sektor investisiyalarını istiqamətləndirmək və bütün gələcək neft hasilatının beynəlxalq ekoloji standartlara cavab verməsini təmin etmək məqsədilə tənzimləyici, institusional və həvəsləndirmə tədbirlərinin tətbiq edilməsinə kömək etməkdir. Layihə həmçinin yüksək prioritetli miras qalmış torpaqların çirklənməsinin təmizlənməsinə birbaşa investisiyaları daxil edə bilər.




  1. Bankın sektormiqyaslı infrastruktur layihələrinə cəlb edilməsi bu cür inkişafın beynəlxalq ekoloji standartlarına ciddi riayət edilməsi ilə baş verməsini və ekoloji yoxlama Azərbaycanda əsas istiqamət olmasını təmin etməyə kömək edəcək. Nəqliyyat Dəhlizi və Su təchizatı Layihələri infrastrukturun ətraf mühitə təsirini qiymətləndirəcək və nəzərdən keçirəcək. BMK Bakı-Tbilisi-Ceyhan boru kəmərinə davam edən investisiyası vasitəsilə ekoloji yoxlamanın təmin edilməsində lider rolunu üzərinə götürmüşdür və o, özünün bütün investisiyalarında ekoloji standartlara riayət edilməsini təmin etməyi davam edəcək. ÖTS həmçinin ətraf mühit sektorunda işi təmin edəcək, xüsusilə də ekoloji təmizləmədə özəl sektorun iştirakında (hansı ki Apşeron layihəsini dəstəkləyəcək) və ekoloji məsuliyyəti və icmalı tənzimləyən standartlar və qaydalarda (hansılar ki daha geniş infrastruktur gündəliyini dəstəkləyəcək).




  1. 100. Bank Azərbaycana Karbon Maliyyəsi çərçivəsində istilik effekti yaradan qazların emissiyasını azaltmaq üçün imkan yaradılması üzrə tədbirləri fəal şəkildə dəstəkləyəcək. Kioto Protokoluna əsasən, Azərbaycan qazın yandırılmasının azaldılması üçün maliyyələşdirmə, həmçinin istilik effekti yaradan qazların emissiyasını azaldan layihələrdən karbon tullantılarını satmaqla enerji, sənaye, bərk tullantılar, bələdiyyə və meşə sektorlarında təmiz texnologiya investisiyalarını cəlb edə bilərdi. Yaxınlarda Səmt Qazın Bərpası Layihəsinin hazırlanması üçün PHRD qrantı imzalanmışdır. Elektrik enerjisinin ötürülməsi, qaz hasilatı, ötürülməsi və paylanmasının yeniləşdirilməsi ilə bağlı və digər sahələrdə potensial karbon maliyyələşdirilməsi üçün imkanlar öyrəniləcək. Bu işi asanlaşdırmaq üçün Bank Qafqazda texniki ekspert yerləşdirə bilər.

Yaşıl gündəliyin” (ətraf mühit) dəstəklənməsi


108. BİA, QEF və Yapon qrantı tərəfindən dəstəklənən davam edən Kənd Ətraf Mühit Lahiyəsinin məqsədi biomüxtəlifliyin qorunmasının təkmilləşdirilməsi və iki dağ təbii ehtiyatında təbii ehtiyatların daha davamlı idarə edilməsinin və iqtisadi fəaliyyətin tətbiq edilməsindən ibarətdir. Bankın irriqasiya altsektoruna investisiyaları həmçinin kənd ekoloji davamlılığı baxımından faydalı olacaqdır. Davam edən İDİBL-ın məqsədlərindən biri əsas drenaj kollektorları boyunca yerləşən 36000 hektarda bataqlaşma və minerallaşmanın azaldılmasından ibarətdir. Davam edən İrriqasiya Sisteminin Yenidənqurulması Layihəsi təsərrüfatdaxili suyun idarəedilməsinin təkmilləşdirilməsinə kömək edir, və bu həmçinin torpağın ekoloji təkmilləşdirilməsinə uyğun su istifadəsini təkmilləşdirəcək. 2008-2009 maliyyə illəri üçün təklif edilən yeni İrriqasiya və Drenaj Layihəsi – II eyni dəstəyi təqdim edəcək. KTİKL-II fermerləri düzgün kənd təsərrüfatı təcrübəsində, o cümlədən torpaqların ekoloji davamlılığının təmin edilməsi ilə bağlı təcrübədə təlimləndirməyə kömək edəcək.
109. Davam edən Xəzər Regional Proqramında iştirakına əsaslanaraq Bank Xəzər ekosistemini dəstəkləməyə davam edəcək. Davamlı balıqçılıq idarəetməsi, transsərhəd çirklənmənin azaldılması və biomüxtəlifliyin qorunması məsələlərinin həll edilməsinə yönəlmiş siyasət islahatlarının və prioritet investisiyaların həyata keçirilməsində Azərbaycana və digər Xəzəryanı dövlətlərə kömək etmək məqsədilə BMT ƏMP ilə birlikdə Bank QEF Xəzər Ekoloji Proqramı üçün potensialları öyrənəcək. BMT-nin İnkişaf Proqramı və BMT-nin Ətraf Mühit Proqramı (BMT ƏMP) tərəfindən həyata keçirilən regional texniki yardım komponenti və Dünya Bankı tərəfindən həyata keçirilən İnvestisiya Fondu vasitəsilə Proqram kapital investisiyalarını, siyasət islahatlarının həyata keçirilməsini, dövlət institutlarının gücləndirilməsini dəstəkləyəcəkdir. Xəzər dənizi ilə bağlı çirklənmə və sahilyanı idarəetmə daxil olmaqla digər QEF imkanları tədqiq ediləcəkdir.
Təbii fəlakətlərin idarə edilməsinin gücləndirilməsi
110. ÖTS ətraflı Təbii Fəlakətlərin İdarə edilməsinin İcmalını daxil edir. İcmal hökuməti, özəl sektoru və mülki cəmiyyəti riskin azaldılması və təbii fəlakətlərin planlaşdırılması üçün institusional tədbirlərin gücləndirilməsinə, fövqəladə vəziyyət və təbii fəlakətlərin planlaşdırılması üçün hüquqi çərçivənin yeniləşdirilməsi və yenidən cəmləşməsinə, müasir standartlara cavab verməyən təhlükə monitorinqi və qabaqcadan xəbər vermə şəbəkələrinin yenidən təchiz edilməsi, restrukturizasiyası və yeniləşməsinə, sellərin qarşısının alınması infrastrukturunun istismarı və saxlanılması üçün maliyyələşdirmənin artırılmasına dair siyasət dialoquna cəlb edəcəkdir. İcmal Milli Təbii Fəlakət Riskinin İdarə edilməsi Strategiyasının və Milli Fəaliyyət Planının icra edilməsi statusuna toxunacaq; hərtərəfli çoxtəhlükəli risk qiymətləndirilməsi vasitəsilə riskləri müəyyən edəcək; böhranlı infrastrukturun qorunması yollarını müəyyən edəcək; və risklərin idarə edilməsində, xüsusilə də təhlükələrə nəzarət edilməsi, onların monitorinqi və erkən xəbərdarlıq və yayma sistemləri üçün regional əməkdaşlığı dəstəkləyəcək. Əgər hökumət Təbii Fəlakətlərin İdarə edilməsi Layihəsini faydalı taparsa, bu layihə icmalı davam etdirə bilərdi. Davam edən və təklif edilən irriqasiya layihələri silsiləsi əsas kanalların bərpa edilməsi vasitəsilə sellərin qarşısının alınması məsələsini həll edəcəkdir.
e. Biliklərlə bölüşmə, məsləhət xidmətləri və potensialın artırılması
Analitik iş
111. Sonuncu CAS dövründə Bank əsas məsələlərə dair cəmləşmiş və birgə siyasət dialoqu üçün əsas təmin təmin etmək məqsədilə proqramatik sektor işi istiqamətində dəyişikliyin təşəbbüskarı olmuşdur. Bu tendensiya davam edəcək və ehtiyacları olanlara yardım və biliklərlə bölüşmə fəaliyyətini artırmaq üçün əlavə səylər göstəriləcək (cədvəl 5). İdarəçilik üzrə Tədbirlər Planı vasitəsilə AMF və potensialın artırılması proqramı diaqnostika və monitorinq fəaliyyətinin müfəssəl diapazonunu daxil edir (aşağıdakı g bəndinə bax). Struktur islahatına texniki yardım ÖTS siyasət çərçivəsinin icra edilməsinə dair davam edən yüksəksəviyyəli dialoq üçün proqramatik alət təqdim edir. 2007-2008-ci maliyyə illəri üzrə Ölkənin İqtisadi Memorandumu qeyri-neft iqtisadiyyatında sürətli və geniş investisiyaya və inkişafa məcburi maneələri müəyyən etməyə və makroiqtisadi siyasət və struktur islahat seçimlərini prioritetləşdirməyə çalışacaqdır. DXPİ-lər effektiv və şəffaf büdcə və fidusiar tədbirləri, həmçinin ictimai xidmətlərin çatdırılmasında daha böyük effektivliyi dəstəkləyəcək. Vergi davamlılığı təhlili mütəmadi olaraq növbəti ilin büdcə zərfi, OMXP və DİP-ə dair hökumətlə dialoqa təqdim ediləcəkdir. ÖSQH və ÖMHQ yenilikləri Azərbaycanın fidusiar çərçivəsinin və satınalma sistemlərinin qiymətləndirməsini təqdim edəcək. Dərin Su Təchizatı Sektorunun Tədqiqatı bu sektorda artan maliyyələşdirməni dəstəkləyəcək. Nəqliyyatda Bank sektorun ətraflı icmalını aparan AİB-lə sıx əlaqədə işləyir. Proqramatik Yoxsulluğun Qiymətləndirilmələri səmərəli sosial təhlükəsizlik şəbəkəsinin inkişafını dəstəkləməyə və gəlirin paylanmasında bərabərsizliyin anlanmasını gücləndirməyə davam edəcək. 2005 maliyyə ilində başa çatdırılmış Səhiyyə Sektorunun icmalı Səhiyyə Sektorunun İslahatı Layihəsinin əsaslarını müəyyən edib. Təhsil Sektorunun İcmalı ali təhsildə təkmilləşdirmələrdə cəmləşəcəkdir. Ətraf Mühitin İcmalı Azərbaycanın təbii ehtiyatlarının optimal istifadəsi üçün effektiv rejimin təsis edilməsinə və ətraf mühitin qorunmasına dair davam edən dialoqu davam etdirəcək. ÖTS dövründə Bank həmçinin Azərbaycanla Birgə İqtisadi Tədqiqat Proqramına daxil olmaq imkanını nəzərdən keçirəcək.
Potensialın artırılması üzrə müstəqil fəaliyyət
112. İDF qrantı daha müfəssəl e-satınalmalar sistemini qurmağa kömək edir. İDF-nın Mühasibat və Audit İslahatı qrantı mühasibat və audit qanunvericilik islahatlarını həyata keçirməyə, mühasibat qaydaları mənbələrinin uyğunlaşdırmağa və Auditorlar Palatasını gücləndirməyə kömək edir. BMK biznes ətraf mühitini təkmilləşdirmək üçün, o cümlədən FİAS və PEP işi vasitəsilə, cari texniki və məsləhət xidmətlərini davam edəcək. Maliyyə Sektoruna Texniki Yardım Layihəsi Hökumətə və Azərbaycan Respublikasının Milli Bankına maliyyə sektorunun infrastrukturunu qurmaq, bank sektoru restrukturizasiyasının növbəti mərhələsini dəstəkləmək və milli bankda institusional potensialı daha da gücləndirmək üçün texniki və məsləhət xidmətlərini göstərir.

Cədvəl 6: Bank Qrupu tərəfindən Ölkə Tərəfdaşlıq Strategiyası çərçivəsində həyata keçirilməsi təklif edilən Analitik və Məsləhət Fəaliyyəti




ÖTS məqsədi


Yaxınlarda tamamlanıb

2006–07

2007–08

2008–10

Dövlət sektorunda idarəetmənin təkmilləşdirilməsi və korrupsiyanın azaldılması

    • DXPİ

    • BEEPS

    • Korporativ və Mühasibat Uçotu üzrə SNƏH

    • Statistik potensialın artırılması

    • PEFA qiymətləndirilməsi ilə DXPİ

    • Struktur islahatları üzrə analitik iş

    • Biznes mühiti üzrə analitik iş




    • PİFC qiymətləndirilməsi ilə DXPİ

    • CEM

    • Struktur islahatları üzrə analitik iş

    • BEEPS

    • ÖMHQ/ÖSQH yenilikləri ilə DXPİ

    • Sahibkarlıq mühiti üzrə analitik iş

    • FSAP-ın yeniləşdirilmiş versiyası

Qeyri-neft iqtisadiyyatının davamlı və tarazlı inkişafına dəstək

    • Enerji Sektorunun İcmalı

    • Kənd təsərrüfatının tədqiqatı

    • Su Təchizatı Sektorunun İcmalı



    • Nəqliyyat Sektorunun İcmalı
      (AİB ilə birlikdə)

    • Regional inkişaf strategiyası

İctimai xidmətlərin keyfiyyətinin və mümkünlüyünün artırılması



    • Yoxsulluğun proqramatik qiymətləndirilməsi

    • Yoxsullar üzrə təhsil xərcləri

    • Səhiyyə sektorunun icmalı

    • Komunal xidmətlər sektoru islahatının təsirinə dair PSİA

    • Əmək bazarlarına dair PSİA

    • Yoxsulluğun proqramatik qiymətləndirilməsi




    • Yoxsulluğun proqramatik qiymətləndirilməsi

    • Təhsil İcmalı

    • Yoxsulluğun proqramatik qiymətləndirilməsi

    • İctimai Sektorun İcmalı

Ətraf mühit idarəetməsinin təkmilləşdirilməsi







    • Ətraf mühit İcmalı

113. Azərbaycan Respublikasının Milli Bankı Dünya Bankının Xəzinədarlığı tərəfindən keçirilən Ehtiyatların idarə edilməsi üzrə məsləhət proqramında (RAMP) iştirak edir. Bir qayda olaraq üç il davam edən RAMP proqramının bir hissəsi olaraq, Xəzinədarlığın mütəxəssisləri Azərbaycan Respublikasının Milli Bankının personlaına ehtiyatların idarə edilməsinin müxtəlif sahələri üzrə yerində məsləhət və təlim təqdim edir. Məsləhət xidmətləri ilə bərabər texnologiyanın ötürülməsi üzrə proqramın ümumi məqsədlərini dəstəkləməyə nəzərdə tutulmuş aktivlərin idarə edilməsi proqramı keçirilir.


114. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycanda bir və ya bir neçə əsas pilot İnkişaf Məsələləri üzrə qlobal Tədris Şəbəkəsi (GDLN) Mərkəzlərini təsis etməkdə marağını bildirib. Video konfrans imkanları olan bir neçə universitet potensial mərkəzlər kimi müəyyən edilib və 2006-cı ildə Azərbaycanda birinci mərkəzin təsis edilməsi gözlənilir. GDLN proqramı hazırda Dünya Bankının Bakıdakı Ölkə Ofisi vasitəsilə həyata keçirilir və gənclik siyasəti, investisiya iqlimi, məhkəmə islahatı, elektron idarəetmə və mühasibat təlimi kimi mövzuları əhatə edir.


İnvestisiya layihələri çərçivəsində potensialın artırılması
115. Bankın kənd sektoruna texniki yardımı kənd təsərrüfatı sektorunda rəqabətliyin gücləndirməsi üzrə milli strategiya və investisiya planını hazırlamış Kənd Siyasəti Qrupunu təsis etməyə kömək etmişdir. Texniki yardım həmçinin kiçikmiqyaslı, icma tərəfindən həyata keçirilən kənd investisiya layihələrini hazırlayıb həyata keçirmək üçün yerli icmaların və Kənd Təsərrüfatının Özəl Sektorunun İnkişafına Dəstək Agentliyinin regional ofislərinin potensialının artırılması üçün təqdim edilir. Maliyyə Xidmətlərinn İnkişafı Layihəsi çərçivəsində texniki yardım Azərbaycan Poçtunun kənd ərazilərinə xidmət etmək potensialının korporativləşdirilməsi və gücləndirilməsinə kömək edir. İrriqasiya sahəsində Dövlət Meliorasiya və İrriqasiya Komitəsinə və Rayon İrriqasiya İstismar Bölmələrinə texniki yardım həmin institutların artmış əməliyyat effektivliyi və təkmilləşdirilmiş irriqasiya idarəetməsi istiqamətində ilkin addımlar atmasına kömək etmişdir. Bank tərəfindən maliyyələşdirilən texniki yardım Apşeron Regional Su Şirkətini səhmdar cəmiyyətinə yenidən təşkil etməyə, ikitərəfli razılaşma vasitəsilə potensialını artırmağa və onun əməliyyat və inzibati effektivliyini təkmilləşdirməyə kömək etmişdir. Enerji sektorunda texniki yardım dövlət enerji qenerasiya/ötürmə şirkəti – Azərenerjinin idarə edilməsini təkmilləşdirməyə və onu yenidən strukturlaşdırılmış enerji sektoruna hazırlamağa kömək edir. Potensialın artırılmasına yardım milli yolların inkişafı üçün cavabdeh olan əsas agentlik - Nəqliyyat Nazirliyinin Yol Nəqliyyatı Xidmətləri Departamentini restrukturizasiya etməyə, müasirləşdirməyə və idarəetmə potensialını gücləndirməyə kömək etmişdir.
116. Texniki yardım Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin potensialının artırılması üçün maliyyələşdirilir ki, biliklərə əsaslanan siyasət formalaşdırılması həyata keçirilsin, məqsədlərin müəyyən edilməsi mexanizmləri inkişaf etdirilsin və məqsədli sosial yardım effektiv şəkildə çatdırılsın. Dövlət Sosial Müdafiə Fondunun potensialı həmçinin artırılır ki, onun pensiya sistemini effektiv və şəffaf şəkildə idarə etmək qabiliyyəti təkmilləşdirilsin. Bankın texniki yardımı Təhsil Nazirliyinə maliyyələşdirməni, büdcənin hazırlanmasını, personalın idarə edilməsi və planlaşdırmanı gücləndirməyə kömək edir ki, sektorda maliyyə, insan və fiziki ehtiyatlardan istifadə təkmilləşdirilsin. Səhiyyə Sektoru İslahatı Layihəsi çərçivəsində texniki yardım səhiyyə islahatı və əsas səhiyyəyə dair milli dialoqu stimullaşdırır və Səhiyyə Nazirliyinin səhiyyə islahatlarını planlaşdırmaq, həyata keçirmək və qiymətləndirmək potensialını gücləndirir. Həm səhiyyə, həm təhsil sektorlarında Bank Maliyyə Nazirliyinin xətt nazirlikləri ilə proqram büdcəsinin tərtib edilməsin, desentralizasiya, İPSAS və daha yaxşı daxili maliyyə nəzarəti və xərclərin qeydiyyatı istiqamətində əməkdaşlığını dəstəkləyir. Bankın bir neçə layihəsi statistik potensialın artırılmasını dəstəkləyir.

1   ...   9   10   11   12   13   14   15   16   ...   25


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə