ÜZRƏ ÖLKƏ TƏRƏfdaşliq strategiyasi




Yüklə 1.13 Mb.
səhifə11/25
tarix23.02.2016
ölçüsü1.13 Mb.
1   ...   7   8   9   10   11   12   13   14   ...   25

İstiqamət I: Dövlət sektorunun idarəçiliyində keyfiyyətin və şəffaflığın təkmilləşdirilməsi





ÖPS idarəçilik nəticələri

İstiqamət IV: Ətraf mühitin idarəedilməsinin təkmilləşdirilməsiianagement

  • Makroiqtisadi sabitliyin qorunması və neft mənbələrinin ağlabatan istifadəsi

  • Səmərəli dövlət xərclərinin planlaşdırılmasına və idarəedilməsinə yardım

  • Hesabat verən dövlət maliyyə vəsaitlərinin idarə edilməsi və satın almalar sistemlərinin yaradılması

  • Korporativ hesabatlılığın və auditin beynəlxalq standartlara qaldırılması

  • Məhkəmə sisteminin inkişafının gücləndirilməsi

  • Create a competitive business environment




a. İstiqamət I: Dövlət sektorunun idarəçiliyində keyfiyyətin və şəffaflığın təkmilləşdirilməsi





  1. İdarəetmə problemləri və təşkilati imkanların məhdud olmasından irəli gələn əsas dövlət xidmətlərinin göstərilməsində mövcud olan çatışmamazlıqlar Azərbaycanda davamlı inkişafa və yoxsulluğun azaldılmasına mane olan əhəmiyyətli faktorlar olaraq qalmaqdadır. Bu çatışmamazlıqların aradan qaldırılması Hökümətin dövlət sektorunun islahatı proqramının əsas orta müddətli məqsədidir və ÖPS-in əhəmiyyətli strateji məqsədini təşkil edir.


Sabit Marktoiqtisadi strukturun qorunması


  1. Hal-hazıradək makroiqtisadi idraəetmə tədbirli olaraq Holland xəstəliyinin qarşısını almaışdır. Cari investisiya bumu və gözlənilən neft gəlirləri şəraitində makroiqtisadi sabitliyin qorunması problem olaraq qalır. Beynəlxalq Valyuta Fondu Maddə İV məsləhətləri və TY çərçivəsində ciddi siyasi dialoq vasitəsilə dövlət orqanlarına makroiqtisadi idarəetmədə yardım etməyə davam edir. Valyuta məzənnəsi və pul siyasəti ilə bağlı məsləhətlərin verilməsində Fond təşəbbüskar qismində çıxış edir. Bank makroiqtisadi idarəetməyə orta müddətdə yardım göstərəcək və vaxtında siyasət sənədlərini və Ölkənin İqtisadi Memorandumunu (ÖİM) hazırlamaq vasitəsilə alternativ neft qiymətləri trayektoriyası altında sabit maliyyə və pul siyasəti ilə bağlı uzun-müddətli layihələr hazırlayacaq. Makroiqtisadi vəziyyətə nəzarət etmək üçün iki sektorlu RMSM-X, ətraflı işlənmiş Neft Modeli, BVF-in Maliyyə Proqramlaşdırması Modeli, aylıq seriyalara əsaslanan erkən xəbərdarlıq sistemləri istifadə olunacaq.



Dövlət Xərclərinin Planlaşdırılmasının və idarəedilməsinin təkmilləşdirilməsi


  1. Dövlətin icmal büdcəsindən və ARDNF-dən başlayaraq Proqramlaşdırılmış Dövlət Xərclərinin Təhlili (PDXT) büdcənin və maliyyə əməliyyatlarının səmərəli və şəffaf hazırlanmasına yardım göstərəcək. Məlumatlandırılmış strateji üstünlüyün müəyyən edilməsi və Parlamentə və civil cəmiyyətə vertikal, habelə horizontal hesabatlılıq uğulu idarəetmənin əsas meyarlarıdıdr. Əvvəlki CAS çərçivəsində müvafiq idarəetmə strukturları müəyyən edilmişdir. Hal-hazırda onların tam həcmdə tətbiq edilməsi və istifadəsi zəruridir.



  1. BİA-nın yardımı ilə büdcənin formalaşdırılması prosesi üçün Hökümət OMXP və DIP yaratmışdır. Digər ölkələrdə olduği kimi, bu strateji tapşırıqların qənaətbəxş keifiyyətini təmin etmək məqsədilə imkanların yaradılmasına bir neçə il sərf olunacaq. ÖPS müddətində YAİİDP-də müəyyən edilmiş siyasət məqsədləri ilə illik dövlət xərcləri proqramları arasında əlaqələri gücləndirməklə yanaşı maliyyə vəsaitlərinin prioritet ehtiyaclara xərcləməsini təmin etmək üçün texniki yardım və PPER OMXP və DIP mexanizmlərinə yardımçı olacaq. Bu mexanizmlərlə Hökümət srtateji cəhətdən prioritetləşdirilmiş xərclər strukturu və qabaqcadan hesablana biləcək vəsaitlər zərfi çərçivəsində bütün nazirliklərin işləməsini təmin edəcək əlaqələndirmə strukturunu gücləndirmək məqsədini güdür. Büdcə Sistemləri haqqında Qanunda nəzərdə tutulduğu kimi büdcə təqvimi sıra nazırliklərini və digər büdcə təşkilatlarını əhatə edən daha ciddi yanaşma prosesini tələb edir. Büdcə Sistemləri haqqında Qanunla bağlı qaydalar artıq qəbul edilmişdir, büdcə prosesi ilə bağlı təlimatlar təsdiq edilmişdir. Həmçinin Maliyyə nazirliyi və digər sıra nazırliklərində əhəmiyyətli təlimlər keçiriləcək. Bank Dövlət İnvestisiyaları Siyasəti və Səmərəliliyi Layihəsi çərçivəsində USAİD təşkilatı və ABŞ Xəzinəsinin büdcə üzrə müşaviri ilə sıx əməkdaşlıq edəcək. Bu müdaxilələrin nəticələri Dövlət Xərcləri və Maliyyə Hesabatlılığı qiymətləndirmə strukturu çərçivəsində nəzarət ediləcək.

  2. Hesablama Palatası yaradılmışdır və onun ilkin təşkilatı potensialı əvvəlki CAS çərçivəsində təmin edilmişdir. CAS çərçivəsində Hesablama Palatasına dövlət təşkilatlarının auditinin keçirilməsində və 2007-ci ildə tam fəaliyyət göstərəcək yeni kompüterləşdirilmiş Xəzinə Məlumatının İdarəedilməsi Sisteminə15 onlayn birləşməsinə yardım etmək üçün maraqlı təşkilatlar araşdırılacaq. Şəffaf satın alma proseslərini aparmaq imkanları sonradan Təşkilati İnkişaf Fondunun (TİF) e-satın alma (elektron satın alma) qrantı vasitəsilə gücləndiriləcək. Nəticələrə Dövlət Daxili Maliyyə Nəzarəti strukturu və CPAR Yeniləşdirilməsi vasitəsilə nəzarət ediləcək.


İdarəetmə Mexanizmlərinin Gücləndirilməsi və Maliyyə Şəffaflığının Artırılması


  1. Maliyyə və korporativ sektorda, o cümlədən dövlətə məxsus olan müəssisələrdə uğurlu idarəetməni təmin etmək üçün ÖPS, Beynəlxalq Maliyyə Hesabatlılığı Standartları (BMHS) və Beynəlxalq Audit Standartlarını (BAS) qəbul etməklə, səylərini yüksək keyfiyyətli maliyyə hesabatlılığını və mühasibatlıq və audit standartlarını təmin etməkdə cəmləşdirəcək. BİA, TASİS (MDB dövlətlərinə Texniki Yardım təşkilatı) və digər donorlar tərəfindən dəstəklənərək, Hökümət mühasibatlıqla bağlı yeni qanun qəbul etmişdir və onunla bağlı olan yardımçı qanunvericilik aktlarının hazırlanmasına başlamışdır.16 Həmçinin CAPSAP çərçivəsində qanunda nəzərdə tutulduğu kimi korporativ maliyyə hesabatlılığının beynəlxalq standartlara keçidi, o cümlədən mühasibatlıq şirkətlərinin cəlb edilməsi və əsas dövlət müəssisələrinin bu standartlara uyğunluğunu təmin edəcək sistemlərin quraşdırılması dəstəkləcək. ARDNF hal-hazırda BMHS-ni tətbiq edəcək mühasiblərin təlimini aparır və bunun nəticəsində ARDNF-də beynəlxalq standartlara uyğun olan audit və aşkarlama mümkün olacaq. Bank bu əhəmiyyətli transformasıyanı və təlim proqramlarını gələn bir neçə il ərzində dəstəkləyəcək.BVF bu səylərin müəyyən hissəsini özünün Korporativ İdarəçilik Layihəsi çərçivəsində dəstəkləməyə davam edəcək. Bu layihə öz korporativ idarəçilik təcrübəsinin təkmilləşdirilməsində maraqlı olan17, 18 bankları və birgə müəssisələri korporativ idarəçilik standartları ilə bağlı ən uğurlu beynəlxalq təcrübə ilə ümumi tanış etməkdən əlavə, layihə çərçivəsində həmçinin dövlət orqanlarına da korporativ idarəçiliklə bağlı qanunvericiliyin və tənzimləyici strukturun təkmilləşdirilməsinə yardım göstəriləcək. Bu proqramın nəticələri CFAA Yeniləşdirilməsi və korporativ idarəçilik və, mühasibatlıq və audit üzrə Standartların və Məcəllələrin Təhlili (SVMT) vasitəsilə nəzarət ediləcək.


Dövlət idarəçiliyinin və Dövlət Qulluğunun İslahatı


  1. Hökumətin yüksək təbəqələrində Azərbaycanı tez bir zamanda iyirmi birinci əsrin məlumat cəmiyyətinə çevirməklə bağlı ciddi maraq yaranmışdır. Prezident tərəfindən 2005-ci ilin oktyabr ayında təsdiq edilmiş Kommunikasiya və İnformasiya Texnologiyalarının İnkişafına dair Dövlət Proqramı e-höküməti də daxil olmaqla tədbirlərin geniş dairəsini müəyyən edir. ÖPS çərçivəsində dövlət sektorunun idarəçilik sistemlərinin müasirləşdirilməsinə və dövlət proqramına və AQS Tədbirlər Planına19 tam uyğun şəkildə təşkil edilməsinə yardım göstəriləcək. Bank tərəfindən həmçinin E-Hökümət və Dövlət Sektorunun İslahatı layihəsi çərçivəsində e-satın almalarının, kadrların və maliyyə vəsaitlərinin idarə edilməsi sistemlərinin və dövlət qulluğu interfeyslərinin hazırlanması və tətbiqi kimi sahələrdə tədbirlər dəstəklənəcək. Həmçinin təhsil sistemində məlumat və kommunikasiya texnologiyaları və regional məlumat təlim mərkəzlərinin yaradılmasına; İnternetə çıxış mərkəzlərinə; xüsusilə cavanlar arasında rəqəmli bölüşdürülmənin qarşısını almaq üçün xüsusi iqtisadi zonalara; və informasiya və kommunikasiya texnologiyası sektorunun inkişafına yardım göstəriləcək. Bankın dəstəyi analitik iş, texniki yardım və ola bilsin ki, layihənin icrası vasitəsilə göstəriləcək. Nəticələr Avropa Komissiyasının Ölkə Siyasəti və Təşkilati Qiymətləndirmə (ÖSTQ) və Dünya Bankı İnstitutunun (DBİ) İdarəçiliyin Göstəriciləri çərçivəsində yoxlanılacaq.



Məhkəmə Sisteminin Gücləndirilməsi





  1. Məhkəmə İslahatları Layihəsi çərçivəsində məhkəmə qurumlarının idarəetmə potensialının gücləndirilməsi, məhkəmə binalarının tikilməsi və bərpası və texnologiya və avadanlığın təmin edilməsi vasitəsilə məhkəmə binalarının yaxşılaşdırılması, təlimin təmin edilməsi və təlim müəssisələrinin təkmilləşdirilməsi vasitəsilə hakimlərin və ədliyyə sektorunun işçilərinin peşəkarlığının artırılması və vətəndaşların məlumata çıxışının yaxşılaşdırılması nəticəsində mülki, cinayət və iqtisadi məhkəmələrin işinin yaxşılaşdırılması istiqamətində hökümətin hal-hazırda həyata keçirdiyi islahatlar proqramına yardım göstərilir. Layihənın məqsədi məhkəmə işlərinin ümumi həcminin təxminən 60% Bakı ərazısındə mövcud olduğu üçün bu əraziyə, habelə hədəf diqqətinə layiq olan digər regionlara xüsusi diqqət yetirməklə milli miqyasda qiymətləndirilə bilən təsiri əldə etməkdən ibarətdir. Nəticələr Azərbaycanın Avropa Şurasında üzvlüyünün ümumi çərçivəsində və Məhkəmə İslahatları Layihəsinin nəticələri çərçivəsində yoxlanacaq.


Biznes mühitinin yaxşılaşdırılması



  1. Azərbaycan hal-hazırda DTT təşkilatına qoşulmaq prosesindədir. ABŞ Ticarət və İnkişaf Agentliyi (ABŞTİA) bu prosesə yardım etmək üçün resident müşaviri maliyyələşdirir ki, qanunvericiliyin dəyişdirilməsi tələb olunan sahələrin müəyyən edilməsinə və dəyişdirilməsinə yardım göstərilsin və standartların, siyasətlərin və təcrübələrin DTT-nin mandatına uyğunluğu təmin edilsin. Bank və XİMX siyasi dialoq və investisiya və rəqabətçiliklə bağlı yeni qanunlar kimi DTT-yə uyğun tənzimləyici sənədlərin hazırlanması üçün texniki yardımı göstərməklə bu prosesi dəstəkləməyə davam edəcək.




  1. BMK XİMX-la birgə biznes mühitini yaxşılaşdırmağa və xarici investisiyalara əsas maneələri müəyyən etməyə yardım göstərməyi davam edəcək. Biznesin təşkili və aparılmasına inzibati və tənzimləyici maneələrin aradan qaldırılması ÖPS-in yüksək prioritetli məqsədi olaraq qalır.Mİ 03-ə dair Bank/FİAS İNOTİS hesabatında ümumi strateji struktur və ətraflı tədbirlər planı müəyyən edilmişdir.Hal-hazırda XİMX Hökümətə lisenziyalarla bağlı prosedurun sadələşdirilməsi sahəsində məsləhətlər verir. 2006-cı ildə Biznesin aparılması Hesabatında müəyyən edilmiş digər maneə “biznesin” təşkil edilməsi üçün tələb olunan müddətin orta hesabla 115 gün təşkil etdiyi olmuşdur. PRSC tərəfindən dəstəklənərək hüquqi şəxslərin qeydiyyata alınması ilə bağlı qaydalar sadələşdirilmişdir və son Biznesin aparılması Hesabatında 2007-ci ildə müddətin qısaldılaraq 53 gün təşkil etməsini göstərir. Məhkəmə İslahatları Layihəsi çərçivəsində reyesr kompüterləşdiriləcək ki, bunun nəticəsində də iqtisadi məhkəmələr möhkəmləndiriləcək. Kadatsr və Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi çərçivəsində bütün respublika miqyasında daşınmaz əmlakın qeydiyyat sisteminin yaradılması dəstəklənəcək. Bu layihənin məqsədi mülkiyyət hüquqlarının daha təminatlı etməkdən və daşınmaz əmlakın kreditlə bağlı girov kimi istifadəsinə daha da yaxşı imkanları yaratmaqdan ibarətdir.




  1. XİMX inzibati maneələrin dərin təhlilini və Biznesin Aparılmasında cəmləşdirilmiş və lisenziyalaşdırma islahatları sahəsində, habelə tənzimləyici qanunvericilik sahəsində işini Hökümətlə davam etdirəcək. BMK da həmçinin investisiya mühitinin, korporativ idarəçiliyin gücləndirilməsində və maliyyə vasitəçilərinin potensialının yaradılmasında PEP Mərkəzi Asiya vasitəsilə fəal iştirak edir. BMK əsas qiymətləndirməni aparacaq və nəticələr SME Sorğuları və Siyasət Tövsiyyələri vasitəsilə yoxlanacaq kı, sonradan onların əsasında ÖPS siyasət müdaxilələrinə və Bankın Struktur İslahatlara Texniki Yardım proqramına istiqamət veriləcək. Biznes mühitinin islahatlarının gedişatına nəzarət etmək üçün mütəmadi olaraq BEEPS, FIAS və Biznesin Aparılması sorğuları keçiriləcək və sonradan onların əsasında ÖPS siyasət müdaxilələrinə və Bankın Struktur İslahatlara Texniki Yardım proqramına istiqamət veriləcək.



1   ...   7   8   9   10   11   12   13   14   ...   25


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə