Uşaqlarda iradə tərbiyəsi Plan




Yüklə 158.36 Kb.
səhifə3/3
tarix23.02.2016
ölçüsü158.36 Kb.
1   2   3

NƏTİCƏ
Ümumiyyətlə, psixologiyanın inkişafında olduğu kimi yaş psixologiyasında da psixi inkişafın əsas mənbəyinin müəyyənləşdirilməsinə görə alimlər bir – birinə zidd olan biogenetik və sosiogenetik cərəyanlara bölünmüşlər. Biogenetik cərəyan tərəfdarları bəzən uşağın psixi inkişafında ətraf mühitin, təlim və tərbiyənin rolunu cüzi dərəcədə qəbul etsələr də bunları uşağın təməlinə təbiətən qoyulmuş keyfiyyət və xassələrin meydana çıxmasına əlverişli şərait yaradan zəmin kimi qiymətləndirirlər. Sosiogenetik nəzəriyyə tərəfdarları da düzgün elmi mövqedə dayanmırlar. Onlar inkişafın təbii əsaslarını anatomik – fizioloji zəminlərin mövcudluğunu tamamilə inkar edir, bununla da uşaq şəxsiyyətinin təlim və tərbiyə prosesində təşəkkülünün orqanizmin inkişafı və yetginliyindən ayırırlar. Bu isə öz növbəsində belə bir qeyri – elmi nəticəyə gətirib çıxarır ki, hər bir uşağı müəyyən müddət ərzində kim desən eləmək olar. Bu vaxt ictimai mühitin özü də dəyişilməz bir ehkam kimi götürülür.

Psixologiyada uşaq (insan), fərd və şəxsiyyət kimi öyrənilib səciyyələndirilir. Uşaqda bunlar vəhdətdə olub elə uzlaşır ki, bəzən onları fərqləndirmirik. Lakin fərd və şəxsiyyət bir – biri ilə üzvü surətdə bağlı olsalar da, onları eyniləşdirmək elmi cəhətdən düzgün deyildir. Dünyaya gələn uşaq fərd kimi insan nəslinə, onun növünə mənsub olub, psixoloji baxımdan biri digərinə oxşamır, fərdi xüsusiyyətləri ilə, o cümlədən, yaşı, cinsi, səsi, dəsti – xətti, manerası, mimikası, görünüşü, davranışı, hərəkəti ilə bir – birindən psixoloji mahiyyətinə görə fərqlənir, seçilir. Şəxsiyyət kimi inkişafında isə uşaq (insan) münasibətlər sisteminə daxil olur, ictimai tarixi təcrübəni, biliklər sistemini mənimsəyib sosial keyfiyyətlər kəsb edir, cəmiyyətin fəal üzvü kimi fəaliyyət göstərir, şüurlu məxluqa çevrilir. Sosiallaşan uşaq eyni zamanda bu prosesdə inkişaf edərək müstəqilləşir.

İnkişaf və yaş psixologiyasının əsas vəzifəsi şəxsiyyətin inkişaf prpblemlərini, müxtəlif yaş mərhələlərində onun xüsusiyyətlərini və psixi inkişafın bir mərhələsindən digərinə keçidin qanunauyğunluqlarını tədqiq etməkdən ibarətdir. O təlim - tərbiyənin, sosial amillərin təsiri altında inkişaf edən insanın ayrı – ayrı yaş dövrlərində psixi proses və xassələrinin dinamikasını, habelə şəxsiyyətin inkişafının hərəkətverici qüvvələri, mexaniza, şərait və amilləri və s. məsələləri araşdırır.

Milli təhsil qanununun həyata keçirdiyi indiki şəraitdə yetşməkdə olan nəslin ictimai tərbiyəsinin vahid sistemi əsasında ilk dəfə olaraq müəyyən yaş dövrlərinə ayrılmış, inkişaf etmiş uşaqlıq təşəkkül tapır. İndi qarşıda duran əsas nəzəri məsələ müasir uşaqlığın xüsusiyyətlərini müəyyənləşdirmək və onun dəyişilmələrini, uğrayacaqları təbəddülatları proqnozlaşdırmadan, əməli vəzifə isə uşaqda biliyə marağı və dərketmə qabiliyyəti, müstəqilliyi, mütəşəkkiliyi və intizamı inkişaf etdirməkdən ibarətdir.

Uşaqlığın özünün tarixən dəyişilməsi indi yaş psixologiyasının qarşısına yeni vəzifələr qoymuşdur. Əgər əvvəllər psixoloqlar uşaqlıq dövründə yalnız müxtəlif psixi funksiyaların dəyişilməsini öyrənirdilərsə, indi elm tələb edir ki, uşağın tam inkişafı, bir yaş dövründən digərinə keçidin şərt və xüsusiyyətləri, hər bir dövrdə psixi inkişafın məzmunu bütöv şəkildə, kompleks halda öyrənilsin.

Yaş psixologiyası öz inkişaf tarixində müəyyən nailiyyətlər qazanmışsa da, onun həll edəcəyi problemlər hələ də çoxdur. Təfəkkürə aid insanda ayrı – ayrı psixoloji funksiyaların və psixi keyfiyyətlərin inkişafında genetik amillərin rolu müəyyənləşdirilməmiş, şəxsiyyətin fizioloji və psixoloji hadisələrin, bioloji, psixoloji, sosioloji yaşın ontogenez prosesindəki nisbəti öyrənilməmiş, həmin prosesdə yaş və fərdi xüsusiyyətlərin münasibəti, habelə senzitiv dövrlərin az tədqiq olunmuşdur.



Beləliklə, uşaq dünyaya bir fərd kimi gəlir və təlim tərbiyə sayəsində, ictimai münasibətlərdə davamlı psixoloji sistemə - şəxsiyyətə çevrilir. Deməli, psixoloji xüsusiyyətlərin sosialllaşaraq sabitləşməsi, sistemləşməsi şəxsiyyətin başlıca göstəricisi, xarakteristikasıdır.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT:


  1. Ümumi psixologiya A.V.Petrovskinin red. Ali məktəb dərsliyi, Bakı, 1977.

  2. Q.Əzimov “XX əsrdə Azərbaycan psixoloji fikrin inkişafı” I hissə.

  3. Q.Əzimov “XX əsrdə Azərbaycan psixoloji fikrin inkişafı” II hissə.

  4. Ə.S. Bayramov, Ə.Ə. Əlizadə. “Psixologiya”. Bakı 2006.

  5. Ə.Ə. Əlizadə. “Məhəbbət aləmi”. Bakı 1995.

  6. Ə.Ə. Əlizadə, A. Abbasov. “Ailə”. Bakı 1989.

  7. Ə.Ə. Əlizadə, A.N. Abbasov. “Ailə həyatının etika və psixologiyası”. Bakı 1988.

  8. Мария Земска “Семья и личность”. Москва 1986.

  9. Ə.S. Bayramov “Etnik psixologiya məsələləri”, Bakı, 1996.

  10. Çələbiyev N.Z. “Psixodioqnostika məsələləri” B.,ADPU, 2003.

  11. Məmmədov A.U “Təlimin psixologiyası” Bakı, 1992.

  12. Həmzəyev M.Ə.,Babayev Ş.M.“Təlim psixologiyasının bəzi məsələləri” Bakı, 1965.

  13. Mehdizadə Z.M. “Uşaq psixologiyası” I hissə,B., APİ 1982.

  14. Mehdizadə Z.M. “Uşaq psixologiyası” II hissə,B., APİ 1982.

  15. Mehdizadə Z.M. “Uşaq psixologiyası” III hissə,B., APİ 1982.

  16. N.Tusi “Əxlaqi-nasiri”.B., “Elm”,1980.

  17. Qədirov Ə.Ə., İ.N.Məmmədov . “Yaş psixologiyası”.B., “Maarif”, 1986.

  18. İpə-sapa düzülməmiş incilər.B., “Azərnəşr”, 1981.

  19. Seyidov Ə.Y. Azərbaycan pedaqoji fikrin inkişaf tarixindən. B., “Maarif”, 1987.

  20. Nəcəfov C.Ə. və b. Uşaq anatomiyası və fiziologiyası. B.,2001.

  21. Suxomlinski V.A. “Ürəyimi uşaqlara verirəm”. B., “Maarif”, 1979.

  22. Ə.T.Baxşəliyev “XX əsrdə Azərbacanda psixoloji fikrin inkişafı III hissə”,B.,ADPU,1998.

  23. Ə.Ə.Əlizadə Uşaq və yeniyetmələrin cinsi tərbiyəsi. B., “Maarif” 1986.

  24. B.H.Əliyev “Məhkəmə-psixoloji ekspertizasının ümumi nəzəriyyəsi.” Bakı, 1997.

  25. Həmzəyev M.Ə. Yaş və pedaqoji psixologiyanın əsasları. B., 2000.

  26. Tomas İsmayılov “İdman psixologiyasının bəzi aktual problemləri” Bakı, 1994.

  27. Kərimov K.Ə. Altıyaşlıların iradi keyfiyyətlərinin inkişafı üzrə işin təşkili. B., 1985.

  28. Bayramov Ə.S. “Psixoloji düşüncələr”, Bakı, 1994.

  29. Quliyev E.M. Kiçik məktəblilərdə idrak fəaliyyətinin inkişaf xüsusiyyətləri.B.,ADPU,1995.

  30. Азаров Ю.П. Радость учить и учиться М., Изд-во политической литературы. 1989.

  31. Гребенников И.В. Основы семейной жизни. М., Просвещение 1991.

  32. 13.Детская практическая психология. М., «Гардарики» 2003.

  33. Мухина В.С. Психология дошкольника. М., Просвещение 1975.

  34. Мухина В.С. Детская психология. М., Просвещение 1985.

  35. Немов Р.С Психология (книга 2) М., «Владос», 1999.

  36. Немов Р.С Психология М., Просвещение, 1990.

  37. Максимов В.Г. Педагогическая диагностика в школе. М., «Академа», 2002.

  38. Кузнецова Л.В. Гармоническое равитие личности младшего школьника. М., Просвещение 1988.

  39. Байрамов А.С. “Психологические этюды”, Баку, 1989.

  40. Фридман Э.П. Занимательная приматология. М., «Знания», 1985.

  41. Bayramov Ə.S., Əlizadə Ə.Ə., - Psixologiya. Bakı, “Çinar-Çap”, 2006, - 620 səh.

  42. Гиппенрейтер Ю.Б. – Введение в общую психологию. Курс лекций. – М.: Черо, МПСИ, Омега-Л, 2006. – 336 с.

  43. Маклаков А.Г. – Общая психология. СПб.: Питер, 2006. – 583 с. Хэйес Н.,

  44. Оррелл С. – Что такое психология? – М.: Изд-во Эксмо, 2005. – 688 с.

  45. Лурия А.Р. – Лекции по общей психологии. СПб.: Питер, 2007. – 320с.

  46. Рубинштейн С.Л. – Основы общей психоогии. СПб., 1998 Аткинсон и др.,

  47. Введение в психологию – СПб, М., 2003. 232. с.

  48. Материал из Википедии – свободной энциклопедии.

  49. http://www.i-u.ru/

  50. http:// www.psixologiya.net/

  51. http:// www.koob.ru/

  52. Гальперин П.Я., Ждан А.Н. – Хрестоматия по истории психологии. М.1980.

  53. Bayramov Ə.S. Əlizadə Ə.Ə. Sosial psixologiya. Bakı: 2003.

  54. Cabbarova L.M. Psixologiyada tənhalıq problemi. Bakı.1997.

  55. Bayramov Ə.S. Psixoloji düşüncələr. Bakı:1994.

  56. Bayramov Ə.S. Etnik psixologiya. Bakı:2001.

  57. Əlizadə Ə.Ə. Etnik psixologiyaya giriş. Bakı:2004.

  58. Андреева Г.М. Социальная психология. М.1998.

  59. Немов Р.С . Психология. М: 2001.

  60. Маклаков С.Я. Общая психология. М: 2006.

  61. Həmzəyev M.Ə., Psixologiya. Bakı. “Nurlan” – 2007.

  62. Леонтьев А.Н. Деятельность. Сознание. Личность. М.,1982.

  63. Немов Р.С. Психология. кн.1. М., 1998.

  64. Məmmədov A.. Hafizə psixologiyası. Bakı: Azərbaycan Dцvlət Nəşriyyatı, 1974.

  65. Məmmədov A.. İdrak prosesləri. Bakı: 2005.

  66. Məhərrəmov M. Psixologiya. Bakı: 1963.

  67. Куприянович Л.И. Резервы улучшения памяти. «Наука», Москва,1970.

  68. Кроник А.А. Межличное оценивание в малых группах. – Киев, 1982.

  69. Цит. по Грузенберг С.О. Гений и творчество. – Л., 1924.

  70. Антология мировой философии. В 4 т. – М., Т.3, 1971.

  71. Маркс К., Энгельс Ф. Соч. Т. 23.

  72. Ворожейкин И.Е. и др. Конфликтология. – М., 2000.

  73. Хорни К. Невростическая личность нашего времени; Самоанализ. – М., 1993.

  74. Фромм Э. Психоанализ и этика – М., 1993.

  75. Андреева Г.М. и др. Зарубежная социальная психология XX столетия.

  76. Теоретические подходы. – М., 2001.

  77. Вейнингер О. Пол и характер – М., 1997.

  78. Мид М. Культура и мир детства – М., 1988.

  79. Cavadov R.Ə., Tağıyeva G.B. “Ekstremal şəraitlərdə psixoloji xidmət”. Bakı 2006.

  80. Qaragözov R.R., Qədirova R.H. “Psixoloji stress: özünü və uşağını xilas et!”. Bakı.

  81. Селье Ганс «Стресс без болезней». Москва 1994.

  82. «Стресс жизни: сборник». Составители Попова Л.М., Соколов И.В.

  83. Абрамова Г.С. Возрастная психология. –М.: Академия, 1999. –672 с

  84. Александрова М.Д. Проблема социальной и психологической геронтологии. – Л.: Изд-во Ленингр. ун-та, 1974.

  85. Бауэр Т. Психическое развитие младенца. (Пер. с англ.) – М.: Прогресс, 1979.


M Ü N D Ə R İ C A T

GİRİŞ----------------------------------------------------------------------------------------1

  1. İradə nədir?---------------------------------------------------------------------------2

  2. Fəaliyyət haqqında ümumi anlayış. Şəxsiyyət və iradi fəaliyyət-------------5

  3. Uşaqların iradi keyfiyyətləri və onların formalaşması-------------------------8

  4. Uşaqlarda iradə tərbiyəsi və bu sahədə aparılmış

tədqiqatların tarixi haqqında-------------------------------------------------------10

  1. Uşaq inkişafı psixologiyasının bir elm kimi təşəkkülü-------------------------13

NƏTİCƏ-------------------------------------------------------------------------------------16

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT-----------------------------------------------18


1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə