Uşaqlarda iradə tərbiyəsi Plan




Yüklə 158.36 Kb.
səhifə2/3
tarix23.02.2016
ölçüsü158.36 Kb.
1   2   3

Uşaqların iradi keyfiyyətləri və onların formalaşması

İradi fəaliyyət prosesində uşağın müvafiq iradi keyfiyyətləri təzahür edir və formalaşır. Uşaqlarda iradi fəaliyyət müxtəlif formada cərəyan edir. Biri təkidlilik göstərir, digərində bu keyfiyyət müşahidə olunmur, biri qəbul edərkən özünü çox müstəqil aparır, digəri, əksinə, tez təsir altına düşür, biri öz əzmi ilə hamını heyran edir, digəri isə öz qətiyyətsizliyi ilə fərqlənir və s. Beləliklə, qarşımızda şəxsiyyətin iradi fəaliyyəti müsbət və mənfi cəhətdən səciyyələndirən davranışında iradi işlərin icra üsulları müəyyənlik və sabitlik kəsb etdikdə, onlar şəxsiyyətin özünün səciyyəvi iradi keyfiyyətlərinə çevrilir. Belə keyfiyyətlər çoxdur. Mən burada onların yalnız ən mühümləri barədə - müstəqillik, qətiyyətlilik, təkidlilik, soyuqqanlılıq haqqında məlumat verəcəyəm.



  • Müstəqillik həm iradi hərəkətin motivində, həm də qərar qəbulunun xarakterində təzahür edir. Müstəqilliyin mahiyyəti ondan ibarətdir ki, insan öz davranışıını təsadüfi təsirlərə, ətrafdakıların təzyiqinə deyil, müvafiq şəraitdə necə hərəkət etmək haqqında öz bilik, əqidə və təsəvvürlərinə əsaslanaraq müəyyən edir. Meydana çıxmış məsələlərin həllində müstəqillik göstərmək inkişaf etmiş iradənin səciyyəvi xassəsidir. Bu xassənin əksinə təlqinə qapılma təşkil edir. Bu, insanın çox asanlıqla kənar təsirlər altına düşməsindən ibarətdir və onun hərəkət motivləri onun öz əqidə və fikirlərindən yox kənar təsirlər nəticəsində əmələ gəlir.

  • Qətiyyət. Bu iradi keyfiyyət öz vaxtında, lüzumsuz tərəddüdə yol vermədən kifayət qədər əsaslandırılmış qərar qəbul etmək və onu düşünülmüş bir şəkildə həyata keçirmək qabiliyyətində ifadə olunur.

Bu mühüm iradi keyfiyyətin əksini qətiyyətsizlik təşkil edir. Qətiyyətsizlik qərar qəbulu prosesində təzahür edə bilər. Belə ki, qətiyyətsiz adam tərəddüd edir, seçdiyi hərəkətin düzgünlüyünə inanmır, ona şübhə ilə baxır, motivlər mübarizəsi nəhayətsiz prosesə çevrilir. Qətiyyətsizlik qəbul olunmuş qərarın həyata keçirilməsində də təzahür edir. Son addım qarşısında qorxu ona gətirib çıxarır ki, qətiyyətsiz adam əvvəlcə qərarın qəbulunu yubandırır, sonra qəbul etdiyi qərarı bəzən dəfələrlə nəzərdən keçirir.

  • Qətiyyətlə yanaşı, nəzərdə tutulmuş qərarların müvəffəqiyətlə həyata keçirilməsini təmin edən olduqca mühüm iradi keyfiyyətlərdən biri təkidlilikdir. Təkidlilik insanın uzun müddət və zəifləməyən enerji gərginliyinə qabil olduğunu göstərir. Planlaşdırılmış məqsədə çatmaq yolunda meydana çıxan çətinliklər onu qorxutmur, o dönmədən qarşısına qoyduğu məqsədə doğru hərəkət edir. Təkidlilik ilə tərslik arasında böyük fərq vardır. Tərs adam əvvəlcədən nəzərdə tutduğu hərəkət planından, qəbul etdiyi, lakin dərin düşünülməmiş qərarından, əsaslı, ağlabatan səbəblərin belə olmasına baxmayaraq, əl çəkə bilmir. Tərslik real şəraiti düzgün qavrayıb qiymətləndirə bilməməkdə, dəyişmiş şəraitə çevik münasibət göstərə bilməməkdə ifadə olunur. İnsan iradəsinin zəifliyi bunda da özünü göstərir.

  • İradi fəaliyyətin yüksək səviyyəsi çox parlaq şəkildə insanın özünü ələ almaq (dözümlülük, soyuqqanlılıq), bacarığında təzahür edir. İnsan, bacarığı sayəsində özünü ələ alaraq tənbəllik, qorxu kimi maneələri aradan qaldırır və düşünülmüş, əsaslı surətdə qəbul etdiyi qərarı həyata keçirmək qabiliyyətini göstərir. Başqa sözlə desək, soyuqqanlılıq arzuedilməz, həm də güclü təhrikedici qüvvələri özünə tabe etmək bacarığından ibarətdir. İradə insanın özü tərəfindən bəyənilməyən hisslərin: əsəbiliyin, qorxu, hiddət, qəzəb, ümidsizlik affektlərinin və s.-nin təzahürünü cilovlamaq bacarığında ifadə olunur.

Belə bir sual meydana çıxır: qiymətli iradi keyfiyyətlər necə əmələ gəlir və necə formalaşır? Müxtəlif iradi keyfiyyətlərin formalaşması yolları haqqında sualın cavabı bir cür deyil. İradi keyfiyyətin xarakterindən asılı olaraq, onun konkret təşəkkül şəraitindən danışmaq olar. Lakin, şəxsiyyətin iradi keyfiyyətlər kompleksinin formalaşmasına kömək edən ümumi cəhətləri də yaddan çıxarmaq olmaz. Dəyərli iradi keyfiyyətlərin inkişafına şəxsiyyətin bir sıra mühüm xüsusiyyətləri təsir edir. Belə xüsusiyyətlərə ilk növbədə qüvvətli birc hissini, həyati məqsədlərin aydınlığını, bu məqsədlərə nail olmaq ehtirasını aid etmək olar. Bu xüsusiyyətlər insanı öz davranışında fəal, öz niyyətlərində təkidli olması üçün lazımi şərait yaradır, onu öz məqsədinə nail olmağa imkan verən hərəkətləri icra etməyə sövq edir. Həyat yolunun bütün mərhələlərində insanın öz qarşısında qoyduğu məqsədlərə nail olması üçün o, həmişə çətinliklərlə mübarizə aparmalı olur. Bəzən insan çətinliklər qarşısında geriyə çəkilməli, öz iddia səviyyəsini endirməli olur və bunu bir uğursuzluq sayaraq iztirab çəkir. Çətinliklərin aradan qaldırılmasında, məqsədə çatmaq üçün iradi səy göstərilməsində möhkəm əqidənin, həyat məsələləri haqqında yetkin, kamil görüşlərin və əsil insan ləyaqətinin böyük əhəmiyyəti vardır.

Müvafiq psixi proseslərin və xassələrin fəaliyyətdə təşəkkül etməsi prinsipi şəxsiyyətin iradəsi sahəsində son dərəcə əyani şəkildə əks olunur. İnsan iradi hərəkətlərə riayət etdiyi, səy göstərdiyi, öz daxilində (ətalət, tənbəllik, mənfi adətlər, təsadüfi əhvali-ruhiyyəyə qapılma) və ətraf mühitdə olan maneələrlə mübarizə etdiyi üçün onda əsaslı qərar qəbul etmək qabiliyyəti, təkidlilik, soyuqqanlılıq, təmkinlilik və s. kimi iradi keyfiyyətlər inkişaf edir. İnsanın özünə hakim olmaq (soyuqqanlılıq) kimi dəyərli iradi keyfiyyətini heç nə çətinliklərlə gündəik mübarizə praktikası kimi daha yaxşı formalaşdırmır.

Uşaqların iradi keyfiyyətlərinin formalaşmasında kollektivin rolu böyükdür. Əyər kollektivə mənsub olmaq uşaq üçün əzizdirsə və o, həmin kollektivin fikri, rəyi ilə hesablaşırsa, iradə tərbiyəsində belə kollektivin rolu daha böyük olur. Uşaq kollektivlə öz dərin bağlılığını hiss edirsə, o, həmin kollektivdə özü üçün davranış nümunələri görür. Hər bir yekdil kollektiv öz üzvlərindən müəyyən davranış qaydalarına riayət etməyi tələb edir. Bu tələblər götürülmüş vəzifələrin vaxtında yerinə yetirilməsindən, yoldaşlara fəal münasibət bəsləmək və qayğı göstərməkdən, kollektivi ləkələməməyə çalışmaqdan və s. ibarətdir. Bu tələblər kollektivin üzvü üçün elə bir şərait yaradır ki, o, yoldaşlar onun haqqında pis düşünməsin deyə özünü işdə göstərməyə, təmkinli, soyuqqanlı olmağa məcbur edir. Kollektivin verdiyi müsbət qiymət göstərilən səy və bəzən keçirilən xoşagəlməz emosiyalar müqabilində onun üçün mükafat olur.

Kollektivin keyfiyyətcə daha çətin tapşırıqlarını yerinə yetirdikcə, yüksək səviyyədə müstıqillik və təşəbbüskarlıq tələb edən hərəkətlər icra etdikcə uşağın lazımi iradi keyfiyyətləri də inkişaf edir. Müntəzəm surətdə icra edilən uğurlu iradi hərəkətlər sayəsində uşaqda öz qüvvələrinə inam əmələ gəlir və o, insanlarla birgə fəaliyyətdən razılıq hissi duyur.


Uşaqlarda iradə tərbiyəsi və bu sahədə aparılmış tədqiqatların tarixi haqqında
Prof. M.C.Məhərrəmovun elmi-pedaqoji fəaliyyətini xarakterizə edən görkəmli psixoloq prof. Ə.Ə.Əlizadə yazır: «Müəllifin «Məktəblilərin iradəsini tərbiyə etmək haqqında», «İradə tərbiyəsinin yolları», «Uşaqlarda iradə nöqsanlarını necə aradan qaldırmalı», «Məktəblilərin xarakterini tərbiyə etmək haqqında», «Yaxşı oxumağın sirri» kitabları bu cəhətdən diqəti cəlb edir ». (29, səh.3)

Prof.M.C.Məhərrəmov «Azərbaycan məktəbi» jurnalında silsilə məqalələr çap etdirmişdir. Onun bu məqalələri hafizə, iradə, hiss, temperament və qabiliyyətlərin tərbiyəsi və inkişafı məsələlrinə həsr olunmuşdur.

Prof.M.C.Məhərrəmovun pedaqoji psixologiyaya aid maraqla oxunan əsərlərindən biri « Yaxşı oxumağın sirri» (B., 1961) adlanır. Əsər orta məktəbin yuxarı sinif şagirdləri üçün nəzərdə tutulmuşdur. Əsərdə mürəkkəb təlim əməyini düzgün təşkil etməyin psixoloji məsələləri yığcam halda şərh edilib, yaxşı oxumağa kömək edən vacib məsləhətlər verilir. Müəllif adı çəkilən əsərində gənc dostlarına, şagirdlərinə müraciət edərək onların təlim fəaliyyəti sahəsində müvəfəqiyyət qazanması üçün istedada malik olmasını, güclü əmək sərf etməsini, diqqətini oxuduğu mətnə, materiala yönəldilməsini, onun üzərində cəmləşdirilməsini zəruri hesab edirdi. Prof.M.C.Məhərrəmov təlim zamanı fikirləşməyi, yenə də fikirləşməyi, psixi inkişafın guşə daşı olan hafizəyə yiyələnməyi, az vaxt və qüvvə sərf etməklə, yəni vərdişlərə və iradəyə malik olmağı zəruri hesab edirdi.

Müəllif təlimdə müvəffəqiyyətin zəhni dedikdə, buraya ilk növbədə iradə və müsbət iradi keyfiyyətlərin təzahür etməsini vacib hesab edirdi. Müəllif adı çəkilən əsərində yazır ki, iradə qüvvəsi insan fəaliyyətinin bütün sahələrində yüksək nailiyyətlərə çatmağı təmin edir. Təlim fəaliyyətin mürəkkəb növlərindəndir. Möhkəm iradə məlim işində də müvəffəqiyyət qazanmanın zəhnidir. Prof.M.C.Məhərrəmov yazır: « İradə, insanın öz fəaliyyətini şüurlu surətdə tənzib edib, qarşıya çıxan çətinlik və maneələrə üstün gəlməsində, özünü idarəetmə bacarığında təzahür edir». (13, səh.69)

İradə fəaliyyətdən ayrılmazdır. Fəaliyyəti şərtləndirən amillər iradədən güc alır. İnsanı mövcud maddi və mənəvi təlabatın ödənilməsi üçün hər hansı fəaliyyətə başlamağa onu davam etdirməyə təhrik edən amilləri motiv deyilir. Motivlər müxtəlifdir. Onlardan bəziləri fəaliyyətə daha dərin təsir göstərir. Bunlara əsas motivlər deyilir. Bəziləri də ikinci dərəcəli əhəmiyyətə malikdir. Bunlara isə əlavə motivlər deyilir. Ayrı-ayrı adamlarda motivlər müxtəlif olur. Məsələn, sinifdəki şagirdləri əla oxumağa vadar edən motivlər eyni deyil. Həmin şagirdlərdən bəziləri Vətənə və xalqa ləyaqətlə xidmət etmək, yaxşı mütəxəssis olmaq üçün, başqaları valideynlərini razı salıb sevindirməkdən ötrü; üçüncülər isə təriflənmək üçün əla oxumağa səy edə bilərlər. Birincilər üçün Vətən və xalqa xidmət etmək əsas, valideynini sevindirmək ikinci dərəcəli motiv olur. İkincilərdə bu, əksinədir. Üçuncülər isə şəxsi məqsədləri əsas, yerdə qalanları da ikinci dərəcəli motiv kimi qəbul edirlər. Şübhəsiz yüksək ictimai məna və əhəmiyyətə malik motivlər iradəyə qüvvət bəxş edir.

Hər bir fəaliyyət zamanı qarşıya qoyulmuş məqsədə nail olmağa səy göstərilir. Məqsədin aydınlığı, hər tərəfli və dərin dərk edilməsi çozx əhəmiyyətlidir. Bu, insanın qüvvələrinin səfərbər edir. Onun ciddi mübarizələrə təhrik edir. Məqsəd dərk edildikdən sonra ona nail olmaq arzusu doğur. Arzu müəyyən məqsədin əldə edilməsinə yönəlməkdir. O, həyati və fəal olmalıdır. Arzu etdiyimiz məqsədə nail olmaq üçün düşünür, yollar müəyyənləşdirir və vasitələr əldə edirik. İradi proseslərin cərayanındakı bu mərhələyə istək deyilir. İnsan öz istəyini dərhal həyata keçirməyə başlamır. Düşünür, yollar axtarır, bu zaman tərəddüdlər meydana çıxır, fikir müxtəlifliyi yaranır. Bunların müzakirəsi mürəkkəb, psixoloji cəhətdən maraqlı və mühüm olan bir haldır. Bu hal motivlər mübarizəsi adlanır. Möhkəm iradəli adamda motivlər mübarizəsi tez keçir, o, vaxtında və ağıllı qərar çıxarır. Zəif iradəli adam uzun müddət tərəddüd edir, müəyyən bir qərara gələ bilmir. İradi keyfiyyətlər çox və müxtəlifdir. Onlar müsbət və mənfi olur. Təşəbbüskarlıq, mütəşəkkillik, müstəqillik, qətiyyət, təkidlilik, işgüzarlıq, cəsarət, mərdlik və qəhrəmanlıq müsbət iradi keyfiyyətlərdəndir. Bir-biri ilə qarşılıqlı əlaqə və birlikdə olan iradi keyfiyyətlər konkret insan şəxsiyyətinə aiddir.

Təşəbbüskarlıq, öz əməyinə böyük ictimai əhəmiyyətə malik namus və şərəf işi, igidlik və qəhrəmanlıq işi kimi baxan, ona şüurlu münasibət bəsləyən adamlara xas olan iradi keyfiyyətdir. İradənin fəallığı öz ifadəsini təşəbbüskarlıqda tapır. Təşəbbüskar adam həmişə yüksək ictimai qiymətə malik işlər görür. Yüksək fəallıq göstərir, adamları öz arxasınca aparır. İradənin mütəşəkkilliyi, qarşıya qoyulmuş məqsədə nail olmaq üçün işi planlaşdırmaqda və fəaliyyət zamanı ardıcıllıq göstərməkdə ifadə olunur. Planlaşdırma zamanı vaxtı ciddi surətdə nəzərə almaq, onu düzgün təşkil etmək əhəmiyyətlidir. Müstəqillik, fəaliyyəti başlamaqda və ifa etməkdə asılı olmamaqdır. Müstəqillik iradənin qüvvəsini ifadə edir. Müstəqil adam qəbul etdiyi qərardan dönmür. Müstəqil adam tənqid və özünütənqidi sevir, səhvlərini etiraf edir, düzgün və ağıllı məsləhətlərə qulaq asır və ona əməl edir.

Qətiyyət çox mühüm iradi keyfiyyətlərdəndir. Qətiyyətli adam bu və ya başqa məsələ haqqında heç bir tərəddüdə yol vermədən vaxtında ağıllı qırar çıxarır. Bu iradənin möhkəmliyini ifadə edir. Məqsəd aydın olduqda insan qətiyyətli addımlar atır.

Təkidlilik, qərarın icrası əsnasında qarşıya çıxan çətinlik və maneələrə qalib gələrək, mütləq məqsədə çatmaq əzmində təzahür edir. Təkidli insan dözümlü və səbrli olur. Daxili maneələrə, tərəddütlərə də qalib gəltr.

İşgüzarlıq, başlanan hər hansı bir işi, fəaliyyəti tədriclə, ardıcıl olaraq axıra qədər icra etməkdir. O, ardıcıllıq və icraçılıq ilə sıx vəhdətdədir. İşgüzarlıq vurnuxmanın, boş-boşuna əlləşməyin əksidir.

Bəzən elə hallar olur ki, müəyyən bir vəzifəni, tapşırığı yerinə yetirərkən qorxu hissinə üstün gəlmək, təhlükəyə qarşı getmək lazım gəlir ki, bu cəsarət adlanır. Cəsarət, təhlükəni, lakin zəruri işə gedərkən qorxmamaqdır. Cəsarət düşüncəli olaraq, vəzifə hissi liə də yaranır ki, bu yüksək ictimai-əxlaqi məzmuna malik olan mərdlikdir. Mərdlik mürəkkəb iradi keyfiyyət olub, onun yüksək mənəvi inkişafa malik olmasıın təzahürüdür. Mərdlik müəyyən bir fəaliyyət zamanı qarşıda luran təhlükəyə, qorxu hissinə qalib gəlməkdə, şəxsi mənafeyi istimai vəzifəyə, dövlət mənafeyinə tabe etdirməkdə ifadə olunur. Mərdlik yüksək şüurluluğu ifadə edir. Mərd adam ruhi və əxlaqi cəhətdən büxtələşmişdir, onda möhkəm əxlaq əqidələri vardır. Mərdlik və cəsarət vəhdətdədir. Bir-birini şərtləndirir. Mərdliyin yüksək təzahürü qəhrəmanlıqdır.

İradəni tərbiyə etmək lazımdır. Ailədə, məktəbdə, istehsalatda tərbiyə olunmalıdır. Özünütərbiyənin iradə tərbiyəsində rolu böyükdür. İnsan özünü dərk edir, müsbət və nöqsan cəhətləini görür, yüksək iradə nümayiş etdirərək şəxsiyyətində müşahidə etdiyi nöqsanı islah edir. Özünütərbiyə ümumi sözdən ibarətolaraq qalmamalıdır. Əsl məsələ, özünütərbiyə sahəsində ardıcıl olaraq müəyyən əməli işlər görməkdən ibarətdir.

Prof. M.C.Məhərrəmov fikrini davam etdirərək yazır: «Özünütərbiyənin müvəffəqiyyəti üçün əsas şərtlərdən biri adamın özünü dərk etməsi, müsbət və mənfi cəhətlərini görə bilməsi, özünə tənqidi yanaşmanı bacarmasıdır. Bu da başlıca olaraq, yeniyetmə yaşlarından başlayaraq təzahür edir. Bunun üçün adamın özünün özünə obyektiv yanaşa bilməsi tələb olunur. Bu həm çətin, həm də çox mühüm bir məsələdir. Bu, adamdan yüksək əqli və əxlaqi inkişaf tələb edir.» (2, səh.75).

Prof.M.C.Məhərrəmovun elmi yaradıcılığının bir çox maraqlı səhifələri dərs vəsaitləri və dərslikləri yaradılmasına həsr edilmişdir. O, 1952-ci ildə orta məktəb üçün «Psixologiya» dərsliyini tərcümə etdikdən sonra, «Orta məktəbdə psixologiyanın tədrisinə dair qeydlər» (1955), « Psixologiyoa oçerkləri» (1960, I hissə; 1961, I hissə) adlı elmi-tədqiqat xarakterləri maraqlı əsərlərini yazdı. 1964-cü ildə M.C.Məhərrəmovun redaktorluğu ilə müəlliflər kollektivi ilə birlikdə yazılmış «Psixologiya» dərsliyi çap olunmuşdur ki,tələbələr həmin dərslikdən yetərincə faydalanmışlar.

Məhərrəmovun ali məktəb tələbələri üçün yazdığı «Psixologiya» (1968) dərsliyə müəllifin bu sahədə uzun illər ərzində apardığı gərgin yaradıcılıq axtarışlarının fərəhli bəhrəsidir. Dərslik özünün elmi-nəzəri səviyyəsinə görə indi də diqqəti cəlb edir. Adı çəkilən dərsliyin yenidən təkrar çap olunaraq ali məktəb tələbələrinin istifadəsinə verilməsi günün tələblərindən biridir.

Prof. M.C.Məhərrəmovun psixoloji irsinin araşdırıcısı prof. Ə.Ə.Əlizadə yazır: «İstər bir tərcüməçi kimi, istərsə də orjinal dərsliklər müəllifi kimi mühüm bir çətinliklə- terminologiya problemi ilə rastlaşan müəllifin bu sahədəki nailiyyətlərii də təqdirəlayiqdir. Bu gün Azərbaycan psixoloji ədəbiyyatında geniş yayılmış və sözün əsl mənasında vətandaşlıq hüququ qazanmış bir çox terminlər M.C.Məhərrəmovun adı ilə bağlıdır »(29, səh.5)

Prof. Ə.Ə.Əlizadənini qeyd etdiyi kimi, M.C.Məhərrəmovun yaradıcılığında «İzahlı psixoloji lüğət»in tərtibi önəmli yer tutur. Məlum olur ki, respublikanın görkəmli psixoloqlarından biri kimi, prof.M.C.Məhərrəmovu terminologiya məsələləri çoxdan və yaxından düşündürür, eyni zamanda narahat edirdi. Bu dövrdə, xüsusilə 60-cı illərdə Azərbaycan elmi dili aktual problemlərdən biri kimi meydana çıxırdı. Respublikada ayrı-ayrı elm sahələri üzrə terminoloji lüğətlər nəşr olunurdu.

M.C.Məhərrəmov mahir tərcüməçi idi. O, təcrübəli tərcüməçi kimi öz fəaliyyətində hər zaman terminoloji çətinlliklərlə rastlaşırdı.

M.C.Məhərrəmov bu illərdə Azərbaycan Dövlət Universitetinin müəlimi idi. Psixologiya kaıedrasının müdiri idi. O, həssas bir müəllim kimi həm özünün, həm də həmkarlarının Azərbaycan dilində izahlı lüğətlərə olan böyük ehtiyacını bütün aydınlığı ilə hiss edirdi.

Deyilən ehtiyacları nəzərə alaraq «İzahlı psixoloji lüğət» xoş bir məramla tələbələrə, müəllimlərə, tərbiyəçilərə, valtydeynlərə, psixologiya elmi ilə maraqlanan geniş oxucu kütləsinə bu elmi öyrənməkdə yaxından kömək məqsədilə yazılmışdır. Müəllifin yazdığı «İzahlı psixoloji lüğət öz dövrünün elmi uğurlarının və psixologiya elminin başlıca inkişaf meyllərini ətraflı əks etdirir. Müəllif daha çox işlənən psixoloji terminlərin nisbətən geniş izah olunmasına çalışmış, ətraflı mənimsənilməsinə kömək edən bəzi fəlsəfə, fiziologiya, məntiq, pedaqogika, patopsixologiya və s. aid terminlərə də lüğətdə əsas yer vermişdəi. Beləliklə,qeyd etmək olar ki, 1960-cı ildə Azərbaycanda ilk dəfə nəşr olunan «İzahlı psixoloji lüğət» Azərbaycan dilində psixoloji terminlərin dəqiqləşdirilməsində və sabitləşməsində xüsusən mühüm rol oynamışdır. «İzahlı psixoloji lüğət» sadə və aydın dildə yazılmışdır. Oxucular tərəfindən rəğbətlə qarşılanmışdır.


Uşaq inkişafı psixologiyasının bir elm kimi təşəkkülü
Tarixdən məlumdur ki, psixologiya elmi XIX əsrin II yarısından müstəqil elm kimi yaranmışdır. Psixologiya elminin yarandığı dövrdən başlayaraq bir sıra sahələri mövcud olmuşdur. Həmin sahələrin içərisindən yaş psixologiyası və inkişaf psixologiyası önəmli yer tutur. Yaş psixologiyası təlim və tərbiyə şəraitində müxtəlif yaşlı uşaqların psixikasının inkişaf dinamikasının qanunauyğunluqlarını və psixoloji xüsusiyyətlərini öyrənir. İnkişaf psixologiyası psixoloji elm sahələrindən olmaqla uşaqların psixi xüsusiyyətlərinin yaşla bağlı inkişaf problemlərini özündə əks etdirən elm sahəsidir. İnkişaf psixologiyası bir yaşdan digər yaşa keçidin xüsusiyyətlərini, kəmiyyət və keyfiyyət dəyişmələrini tədqiq edir. Məlumdur ki, psixi inkişaf təlim və tərbiyənin təsiri altında inkişaf edir. Burada cəlbedici, təbriyəedici faktorlar nəzərə alınır və həmin təsirlərun nəticəsində xüsusilə sosial mühitin inkişaf etdirici və tərbiyəedici təsiri altında uşaqların şəxsiyyət keyfiyyətləri təzahür edir. Bir sözlə şəxsiyyət formalaşır. Psixoloqların tədqiqtlarından məlum olur ki, uşaqların psixikasına daxili və xarici faktorlar təsir edir. Bu isə psixi inkişafın hərəkətverici inkişafı adlanır. İnkişafın psixoloji problemlərini ön plana çəkmək lazımdır.Burada antomik, fizioloji inkişaf amilləri xüsusi rol oynayır.

XX əsrin 20 – 30 – cu illərində Rusiya, Ukrayna, Azərbaycan, Gürcüstan və başqa respublikaların elm mərkəzlərində çalışan B.G.Ananyev, M.Y.Basov, P.P.Blonski, A.P.Boltunov, L.S.Vıqodski, S.F.Hacıyev, L.V.Zankov, Ə.K.Zəkuyev, F.Ə.İbrahimbəyov, A.N.Leontyev, A.L.Luriya və başqaları bir – birini təkrar etmədən, hər biri yaş psixologiyasının müxtəlif sahələrinə dairapardıqları xüsusi tədqiqatlarla elmin bu sahəsinin sürətlə irəliləməsini təmin etmişlər.

Təlim və uşağın əqli inkişafının qarşılıqlı əlaqəsi sahəsində D.B.Elkonin mütərəqqi addım ataraq sübut etdi ki, uşağın əqli inkişafında təlim öz aparıcı rolunu hər şeydən əvvəl, uşağın mənimsədiyi biliklərin məzmunu sayəsində həyata keçirir. Burada uşaq tərəfindən mənimsənilmiş yeni biliklər onun əqli inkişafının mühüm meyarı kimi çıxış edir.

Psixoloqların yaşlı nəslinin yaş psixologiyası sahəsində apardıqları həmin tədqiqat işləri sonrakı illərdədaha da artmış, öz keyfiyyət və səmərəsini durmadan yüksəltmişdi. Biz bunu A.V.Zaporojestin rəhbərliyi altında həyata keçirilən məktəbəqədər yaşda uşaq psixologiyasının ümumi və xüsusi inkişaf qanunuauyğunluqlarını işıqlandıran; L.İ.Bojoviçin rəhbərliyi ilə tədqiq olunan, uşaq şəxsiyyəti təşəkkülünün müxtəlif dövrlərində onun psixoloji xarakteristikasını müəttənləşdirən, P.Y.Qalperin və onun şagirdlərinin müxtləif yaş dövrlərində əqli fəliyyətin mərhələlər üzrə təşəkkül problemlərini açan tədqiqatlarında aydın görsənir.

Yaş psixologiyasının inkişafında L.S.Vıqodskinin xidmətləri böyükdür. İnsanının psixi inkişafı haqqında onun işləyib hazırladığı mədəni – tarixi nəzəriyyə öz elmi aktuallığını bu gün də qoruyub saxlamaqdadır. Görkəmli psixoloq xüsusi qüvvə ilə qeyd edirdi ki, təlim proqramları və üsulları heç də yalnız uşağın əldə etdiyi əqli inkişaf səviyyəsinə deyil, həm də “onun inkişafının yaxın zonasına” müvafiq gəlməlidir.

Görkəmli rus fizioloqu İ.M.Seçenovun (1829 – 1905) əsərləri də təbii – elmi zəmin baxımından yaş psixologiyası üçün çox qiymətli əhəmiyyət kəsb edirdi. O göstərir ki, psixologiya elmi öz məzmunu etibarı ilə “psixi fəaliyyətin əmələ gəlməsi” haqqında təlim olmalıdır. İ.M.Seçenov psixi inkişafın reflektor nəzəriyyəsini yaratmış, onun fizioloji əsaslarının nədən ibarət olmasını göstərmişdir. Görkəmli fizioloq uşaqlarda psixi proseslərin və özünü dərketmənin inkişaf yollarının elmi təhlilini vermişdir. Lakin Seçenovun bu mütərəqqi işlərində şəxsiyyətin inkişafının ictimai, şəxsiyyətlərarası münasibətlərdən, qrupdan kənarda ancaq fərdi psixofizioloji varlıq təki öyrənilməsi kimi qüsurar mövcuddur.

Rusiyada K.D.Uşinskinin “İnsan tərbiyə mövzusu kimi” və ya “Pedaqoji antropologiya” (1868 – 1869) adlı kitabı, B.Preyerin “Uşaq qəlbi” adlı əsəri (1881) uşaq psixologiyası problemlərinə həsr olunmuş ilk fundamental psixoloji əsər kimi qiymətləndirilmişdir.

K.D.Uşinski sübut edir ki, bütün psixi proseslər həyati inkişafın qanunauyğun məhsulu və zəruri amilidir. Görkəmli alim orqanizmin inkişafını – insanın təşəkkülü, ictimai fərdiyyətin təşəkkülü kimi qiymətləndirir, insanı həm təbii və ictimai varlıq, həm də yerdə həyati təkamülün ən yüksək məhsulu hesab edirdi. K.D.Uşinski uşağın hissi idrakına xüsusi diqqət yetirməklə yanaşı, uşağın inkişafında, onun əqli və mənəvi qüvvələrinin formalaşmasında nitqin də böyük rol oynadığını qeyd edirdi. Hər bir uşaq ana dilində öz xalqının mənəvi aləmi ilə tanış olur. Buna görə də dilin mənimsənilməsi gənc nəslin istər əqli, istər mənəvi, istərsə də vətəndaşlıq inkişafının zəruri rəhnidir.

Jan Piaje özünün “Uşağın mənəvi mühakimələri” kitabında zəngin eksperimental material əsasında belə nəticəyə gəlir ki, uşaqda iki cür mənəviyyat mövcud olur. İlk mənəviyyat məcburiyyət sayəsində baş verir: yaşlı ilə uşağın qarşılıqlı münasibəti sayəsində uşaq yaşlıların göstərişlərinə əməl etməyə alışır. Mənəvi təhriketmə zamanı davranış tərzlərinin qiymətləndirilməsi onların ala biləcəkləri nəticələr əsasında həyata keçirilir. İnkişafın gedişi zmznı məcburi mənəviyyat, uşaq öz yaşıdları ilə qarşılıqlı münasibəti sayəsində yaranan əməkdaşlıq mənəviyyatı ilə əvəz olunur. Bu münasibətlər ikitərəfli dönmə xarakteri daşıyır. Uşaq öz hərəkətini qiymətləndirərkən davranış motivlərini daha çox nəzərə almağa başlayır. Qayda ağıllı razılaşmaya çevrilir.

Jan Piaje öz nəzəriyyəsini inkişaf etdirərək göstərir ki, ətraf aləmlə qarşılıqlı təsir prosesində uşağın psixi inkişafında bir sıra dəyişikliklər baş verir. Uşağın inkişafında bioloji və sosioloji amillərin rolundan danışan alim, onları – iki xarici və bir – birinə təsir göstərən daxili qüvvə kimi şərh edir.

Uşaqların psixi inkişaf və tərbiyəsi problemləri ilə yaş psixologiyasının xüsusi bölməsi uşaq psixologiyası uşağın psixikasını tədqiq edir.Uşaq psixologiyasını ontogenezdə uşağın psixi inkişafının faktlarını, qanunauyğunluqlarını, dinamikasını və spesifik xüsusiyyətlərini öyrənir. Uşaq psixologiyasının tədqiqat obyektini uşaqlar öyrənir. Uşaqların psixoloji xüsusiyyətləri problemi hələ qədim dövrlərdən alimləri maraqlandırmışdır. Demokrit, Platon, Aristotel, eləcədə digər görkəmli alimlər özlərinin psixika ilə bağlı görüşlərinin doğruluğunu sübut etmək üçün uşaqların bu və ya digər situasiyaya necə reaksiya verdiklərini, yeni anlayışları qavradıqlarını nümunə kimi gstərirdilər.

Uzun fasilədən sonra, XVIII əsrdə alimlər yenidən uşaq psixikasının təhlilinə diqqət yetirdilər. Bir tərəfdən təlim fəaliyyəti, digər tərəfdən isə böyüklərin fəaliyyət motivləri, təfəkkür və psixikalarının təşəkkülünün şərhi ilə bağlı idi. Lakin bu problem hələ də ayrıca tədqiqat obyekti deyildi və heç bir psixoloq yaradıcılığını sırf bu məsələlərə həsr etməmişdi.

Yalnız XIX əsrin sonlarına yaxın vəziyyət dəyişdi. Bu, tibb və təbiət elmləri ilə əlaqədə inkişaf edən uşaq psixologiyası ilə uşaqların oyunu, nitqi və s. problemləri öyrənən etnoqrafiyanın birləşməsi nəticəsindı mümkün oldu. Nəhayət ki, psixoloqlar yaş psixologiyasını psixologiyanın müstəqil sahəsi kimi qəbul etdilər. Bu pedaqoji təcrübənin, biologiyada inkişaf ideyası və eksperimental psixologiyanın təşəkkül tapmasının nəticəsində yarandı.

XIX əsrin ortalarında pedaqogikanın psixologiya ilə əlaqəsi məsələsi xüsusilə aktuallaşdı. Çünki bu dövrə qədər təhsil yalnız ailələrdə fərdi qaydada aparılırdı. Ona görə də tək uşağın marağı, qabiliyyətini və s. nəzərə almaq o qədər də çətin olmurdu. Yəni təlim ancaq bir uşağın xüsusiyyətlərini nəzərə almaqla qurulurdu.

Məşhur Amerika psixoloqu U.Cems hesab edirdi ki, psixologiya müəllimə uşağa necə öyrətməyi yox, onun mənəvi dünyasını dərk etməyi öyrətməlidir. Eləcə də digər psixoloqlar hesab edirdilər ki, müəllimlər öa işlərində psixoloji biliklərə istinad etməlidirlər. Psixi inkişafların genetik mərhələlərinin ayrılması yeni tədqiqat metodunun - genetik metodun yaranmasına səbəb oldu. Hələ vaxtilə Bena və Spenser göstərirdilər ki, psixika təkamülün və insanın ətraf mühitə adaptasiyasının məhsuludur.

Uşaq psixologiyasının yaradıcısı haqlı olaraq ingilis embrioloqu və psixoloqu V.Preyer hesab olununr. Əgər Preyerə qədər alimlər psixi inkişafın ayrı – ayrı problemlərini ötəri şəkildə tədqiq edirdilərsə, o, sistemli müşahidə apardı və problemin bütöv təhlilini verməyə çalışdı. Preyer təkamül nəzəriyyəsinin təsiri altında inkişafın ayrı – ayrı anlarını ardıcıllıqla təhlil edir. O, psixi inkişafın əsasını irsiyyətdə görürdü. Preyer uşağın psixi inkişafını, nitqini, emosiyalarını, böyüklərin bunları öyrənilməsinin də vacibliyini araşdırmışdır. Preyerdən sonra yaş psixologiyasında yeni – yeni problemlər alimlərin diqqətini cəlb etməyə başladı.

XIX əsrin sonu - XX əsrin əvvəllərində yaş psixologiyasının inkişafı pedaqogika, uşaq haqqında elmlə sıx bağlı idi. Onun yaradıcısı Amerika alimi S.Xolldur. Xoll öz laboratoriyasında uşaq, yeniyetmə və gənclərin psixi inkişafını tədqiq edir. Bunun üçün o xüsusi sorğu hazırlayır və müəllimlərə paylayır. Sorğuda məqsəd uşaqların ətraf aləm haqqında təsəvvürlərini öyrənməkdən ibarət idi. Tezliklə anket sorğularının məzmunu genişlənir, yeniyetmə, valideyn və müəllimləri əhatə edir. Uşaqlar suallara yalnız öz bilikləri, başqa adanlara münasibətləri, təssüratları barədə deyil həm də əxlaqi və dini hissləri, sevinc və kədərləri barədə də cavab verməli idilər. Cavabların statistik təhlili uşaqların yaş xüsusiyyətlərinin geniş mənzərəsini yaradırdı.

XX əsrin əvvələrindı qərbi Avropa və amerikan psixoloqlarının (Tideman, B.Preyer, Ament, Qaull, Qross, E.Meyman, B.Ştern və başqaları) yaş psixologiyası üzrə xeyli əsərləri nəşr olunmuşdur. Bu əsərlərdəki mütərəqqi fikirlərlə yanaşı bir sıra qeyri – elmi və idealist baxışlara da rast gəlinir. Bu dövrdə psixologiyada ruhi, psixi hadisələrin mahiyyətini düagün başa düşmək və onların qanunauyğunluqlarını öyrənmək üçün təbiət elmlərinin tədqiqat üsullarından istifadə olunurdu.

1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə