Uşaqlarda iradə tərbiyəsi Plan




Yüklə 158.36 Kb.
səhifə1/3
tarix23.02.2016
ölçüsü158.36 Kb.
  1   2   3


Uşaqlarda iradə tərbiyəsi

Plan:

  1. İradə nədir?

  2. Fəaliyyət haqqında ümumi anlayış. Şəxsiyyət və iradi fəaliyyət.

  3. Uşaqların iradi keyfiyyətləri və onların formalaşması.

  4. Uşaqlarda iradə tərbiyəsi və bu sahədə aparılmış tədqiqatların tarixi haqqında.

  5. Uşaq inkişafı psixologiyasının bir elm kimi təşəkkülü.


GİRİŞ
İnsanın inkişafı müxtəlif amillərdən təsir götürür və bu amillər, ümumi mühit və bioloji amillər adı altında iki dəstəyə ayrılırlar. Bu əsnada onu da qeyd etmək yerinə düşərdi ki, insan iradəsinin inkişafda çox mühüm rolu vardır. Yuxarıda adları çəkilən iki amil iradə üzərində əsas təsir qoysa da onun rolu ayrıcadır və biz bu haqda əlavə danışacağıq. Mühitlə irsiyyət arasındakı uyğunlaşma, adətən insanın inkişafını təyin edir. Erkək nütfənin dişi nütfəyə daxil olması zamanı, yəni qadın və kişi cinsiyyət hüceyrəsi birləşdikdə yeni orqanizm əmələ gəlir və bu yeni orqanizm valideynlərin əlamətlərini irsən götürür; şəxsi xüsusiyyətlərin bir çoxu irsiyyət hüceyrəsinin quruluşu ilə müəyyən edilir. Genlər inkişaf halında olan hüceyrələr üçün proqram hazırlayır və varlıq bir balıq, ya bir quş, ya bir meymun və ya insan kimi inkişaf edir. Genlər “DNA” biokimyəvi molekullarının və ya ribonuklein dioksid (turşusunun) məcmuəsindən ibarətdir. Hər bir insan bədəninin hüceyrələrində çoxsaylı genlər vardır. Məsələn: hər hüceyrənin nüvəsində 960 min gen vardır. Hər bir canlı orqanizmin – bitki, heyvan, insanın hüceyrələri onların xromosomlarını təşkil edən gen məcmuəsinə malikdir. Xromosomların sayı canlı orqanizmin növündən asılıdır. İnsan bədənində bu xromosomların sayı 23 cüt və ya 46 ədəddir. Nütfəni təşkil edən spermaların formalaşması üçün nəzəri olaraq, fərqli genlərin mövcud olduğu fərz edilir. Bu məsələ inkişaf yolundakı şəxsi fərqləri icad edir. Genlər bədənin və saçın rəngini, bədənin ümumi ölçüsünü, cinsiyyəti təyin edir. Yaranışın əvvəlindəki bioloji hazırlıqlar inkişaf dövranındakı təcrübələrlə qarışaraq hər bir fərdin inkişaf yolunu müəyyən edir. Genetika elmi insanlarda və digər varlıqlarda oxşar və oxşar olmayan xüsusiyyətlərin əmələ gəlməsinə səbəb olan bioloji əsasları öyrənir.

Genlərin təsir və əks-təsirinin keyfiyyəti ilə bağlı saysız və mürəkkəb ülgülər vardır, o cümlədən gizli və açıq genlərə tabe olan gizli və açıq sifətlərin bəzisi. İnsan xüsusiyyətlərinin bəzisi bir cüt genin qarşılıqlı təsiri nəticəsi deyildir ki, birinin qalib gəlməsi ilə digərinin taleyi həll olunsun. Əksinə, müxtəlif genlərin maddələr mübadiləsi – növü (bitki, heyvan, insan) və onun ölçüsünü təyin edir. Bu mövzuya “ bir neçə genli irsiyyət ” deyirlər. Genlərin bir-birinə qarşılıqlı təsir və əks təsirindən əlavə mühit də onların dəyişməsində öz təsirini göstərir. Genlərin dəyişməsi bəzən bir “ sıçrayış ” təsiri ilə baş verir. İnsanın məxsus bədəni, onun əsas sistemini və xüsusi hormonlarını (böyüklük, kiçiklik, sürət və s.) formalaşdıran genlər – ömrün sonunadək psixoloji inkişaf keyfiyyətində qeyri müstəqim və davamlı təsirini qoruyub saxlayır.

Müxtəlif mədəniyyətlərə münasib zəminləri yaradıb iradənin təkamülünə kömək edən və münasib zəminləri aradan apararaq uyğun olmayan mühit yaradıb iradənin təkamülünü təxirə salan ünsürlər vardır. Bu mədəniyyət ünsürləri tərbiyə, əxlaq, hüquq proqramları, ictimai adət-ənənə şəklində özünü göstərir. İradəyə diqqət göstərməyən və ya onu inkar edən mədəniyyətlərdə iradənin inkişafına dair elmi və əməli proqramların olmamağı çox təbiidir. Bütün bu amillər səbəb olur ki, çox az insanlar iradənin yüksək inkişaf mərhələsinə yetsinlər. Bunun müqabilində iradəyə lazım olan dəyəri verib onun inkişaf etməsi üçün əməli (praktiki) proqramlar hazırlayan mədəniyyətlər də vardır. Məsələn, İslam mədəniyyətində vacib əməllərdən biri orucdur və oruc tutmaq bəzi meyllərin və kiçik ehtiyacların qarşısını alır. Bunu da qeyd etməliyəm ki, mühit, o cümlədən, mədəniyyət amilləri iradəyə lazım olan amillərin yalnız bir hissəsini təşkil edir. Heç təəccüblü deyil ki, bəzi şəxslər münasib mədəni cəmiyyətlərdə yaşasalar da iradələri inkişaf etməyibdi. Eyni zamanda bəzi şəxslər qeyri-münasib cəmiyyətlərdə yaşasalar da, çox qüvvətli iradə sahibidirlər. Bütün bu deyilənlərdən aydın olur ki, rəftarlarla bağlı sahələrdə iradə və ixtiyarın təyinedici rolu vardır. Deməli, əxlaq və mənəviyyatın inkişafı məlumat əldə etmədən və iradə göstərmədən mümkün deyil.

İradə- ali psixi funksiya kimi, insanın həyatı prosesində formalaşır. İnsan fəallığının xüsusi forması olan iradə mürəkkəb psixi proses kimi vasitəli xarakter daşıyır və ilk növbədə nitqin köməyilə təşəkkül tapır. Sərbəst işimin mövzusu uşaqlarda iradi keyfiyyətlər və iradənin inkişafı istiqamətində olduğu üçün şəxsiyyətin fəaliyyətinin iradi tənzimi və iradə haqqında tədqiqat aparaca və aparılmış tədqiqatlardan faydalanaraq nəticə çıxaracağıq. Və bu istiqamətdə sərbəst işim giriş, dörd plan, nəticə və istifadə olunmuş ədəbiyyatdan ibarətdir.


İradə nədir?
İradə - insanın inkişaf etməsində təkcə təsiredici rola malik olmayıb, hətta özü inkişafa malik olan bir sahə kimi diqqət mərkəzinə çəkilir. İradə ilə inkişaf arasında sıx bağlılıq mövcuddur. Mədəniyyət, təlim və çalışmaq özü də iradənin qüvvətlənib inkişaf etməsinə təsir göstərir. Məsələn, iki yaşlı bir uşağın hər şeyə yox deməsi, hətta istədiyi şeyləri ona təklif edərkən buna rədd cavabı verməsi müstəqil olmağın ilk əlamətlərini büruzə verir. Bu, uşağın xarakterində çiçəklənməkdə olan azad iradə və azad seçimi nəzərə çatdırır. Lakin onun tanışlıq və məlumat əldə etmə qüvvəsi kifayət qədər inkişaf etmədiyi üçün bu azad seçim uzaqgörənlik və hesab-kitab üzrə olmur. Elə buna görə də bu rəftar (inadkarlıq) davamlı olmayıb bir neçə müddətdən sonra normal şəklə düşür və uşaq nə qədər məlumat əldə edirsə rəftarları da bu məlumat miqdarında təkamülə çatır. Doqquz yaşından etibarən uşağın məlumat dairəsini və səmimiyyətini nəzərə alıb onun fiziki qüvvəsinə diqqət edərək xüsusi təlim-tərbiyə proqramı tərtib etmək olar. Bu proqram vasitəsilə uşaqdakı iradənin qüvvətlənməsinə zəmin yaratmaq olar. Buna görə də İslam təlimlərində sifariş edilir ki, uşaqlara doqquz yaşından oruc tutmağı və qidalarına məlumatlı şəkildə nəzarət etməyi adət etdirin, lakin onların fizioloji zəifliyini də nəzərə alın! (İmam Cəfər (ona salam olsun), Məhəmməd Məhəmmədi Rey Şəhri , “ Mizanul-hikməh ” c. 10, səh: 722).

Yeniyetməlik yaşlarında tanışlıq əldə etmə qabiliyyəti öz inkişaf zirvəsinə çatır və əxlaqın inkişafı başlayır. Artıq yeniyetmə uşaqlıq dövründə öz valideyninə hiss etdiyi bağlılıqdan özünü ehtiyacsız görür və valideynin ona yetirdiyi nəzarətdən bezir. Bu dövr iradənin oyanma başlanğıcı və yeniyetmənin öz gələcək yolunu özü tərəfindən məlumatlı şəkildə seçməsinin əvvəlidir.

Müxtəlif mədəniyyətlərə münasib zəminləri yaradıb iradənin təkamülünə kömək edən və münasib zəminləri aradan apararaq uyğun olmayan mühit yaradıb iradənin təkamülünü təxirə salan ünsürlər vardır. Bu mədəniyyət ünsürləri tərbiyə, əxlaq, hüquq proqramları, ictimai adət-ənənə şəklində özünü göstərir. İradəyə diqqət göstərməyən və ya onu inkar edən mədəniyyətlərdə iradənin inkişafına dair elmi və əməli proqramların olmamağı çox təbiidir. Bütün bu amillər səbəb olur ki, çox az insanlar iradənin yüksək inkişaf mərhələsinə yetsinlər. Bunun müqabilində iradəyə lazım olan dəyəri verib onun inkişaf etməsi üçün əməli (praktiki) proqramlar hazırlayan mədəniyyətlər də vardır. Məsələn, İslam mədəniyyətində vacib əməllərdən biri orucdur və oruc tutmaq bəzi meyllərin və kiçik ehtiyacların qarşısını alır. Bunu da qeyd etməliyəm ki, mühit, o cümlədən, mədəniyyət amilləri iradəyə lazım olan amillərin yalnız bir hissəsini təşkil edir. Heç təəccüblü deyil ki, bəzi şəxslər münasib mədəni cəmiyyətlərdə yaşasalar da iradələri inkişaf etməyibdi. Eyni zamanda bəzi şəxslər qeyri-münasib cəmiyyətlərdə yaşasalar da, çox qüvvətli iradə sahibidirlər. Bütün bu deyilənlərdən aydın olur ki, rəftarlarla bağlı sahələrdə iradə və ixtiyarın təyinedici rolu vardır. Deməli, əxlaq və mənəviyyatın inkişafı məlumat əldə etmədən və iradə göstərmədən mümkün deyil.

Şəxsiyyət formalaşdıqca və inkişaf etdikcə, onun iradəsi də inkişaf edir. İradənin inkişafına təsir edən amilləri xarakterizə edərək iradənin necə formalaşdığını və inkişaf etdiyini müəyyən etmiş oluruq. İnsanın iradə inkişafı müxtəlif amillərdən təsir götürür və bu amillər, ümumi mühit və bioloji amillər adı altında iki dəstəyə ayrılırlar. Bu əsnada onu da qeyd etmək yerinə düşərdi ki, insan iradəsinin inkişafda çox mühüm rolu vardır. Yuxarıda adları çəkilən iki amil iradə üzərində əsas təsir qoysa da onun rolu ayrıcadır və biz bu haqda əlavə danışacağıq.

İradənin inkişafının bioloji əsasları mühitlə irsiyyət arasındakı uyğunlaşma, adətən insanın inkişafını təyin edir. Erkək nütfənin dişi nütfəyə daxil olması zamanı, yəni qadın və kişi cinsiyyət hüceyrəsi birləşdikdə yeni orqanizm əmələ gəlir və bu yeni orqanizm valideynlərin əlamətlərini irsən götürür; şəxsi xüsusiyyətlərin bir çoxu irsiyyət hüceyrəsinin quruluşu ilə müəyyən edilir. Genlər inkişaf halında olan hüceyrələr üçün proqram hazırlayır və varlıq bir balıq, ya bir quş, ya bir meymun və ya insan kimi inkişaf edir. Genlər “DNA” biokimyəvi molekullarının və ya ribonuklein dioksid (turşusunun) məcmuəsindən ibarətdir. Hər bir insan bədəninin hüceyrələrində çoxsaylı genlər vardır. Məsələn: hər hüceyrənin nüvəsində 960 min gen vardır. Hər bir canlı orqanizmin – bitki, heyvan, insanın hüceyrələri onların xromosomlarını təşkil edən gen məcmuəsinə malikdir. Xromosomların sayı canlı orqanizmin növündən asılıdır. İnsan bədənində bu xromosomların sayı 23 cüt və ya 46 ədəddir. Nütfəni təşkil edən spermaların formalaşması üçün nəzəri olaraq, fərqli genlərin mövcud olduğu fərz edilir. Bu məsələ inkişaf yolundakı şəxsi fərqləri icad edir. Genlər bədənin və saçın rəngini, bədənin ümumi ölçüsünü, cinsiyyəti təyin edir. Yaranışın əvvəlindəki bioloji hazırlıqlar inkişaf dövranındakı təcrübələrlə qarışaraq hər bir fərdin inkişaf yolunu müəyyən edir. Genetika elmi insanlarda və digər varlıqlarda oxşar və oxşar olmayan xüsusiyyətlərin əmələ gəlməsinə səbəb olan bioloji əsasları öyrənir. İrsiyyətdə ən çox müşahidə olunan iki əsas məsələ mövcuddur:

1. Nütfə bağlandığı zaman mövcud olan bütün genetik amillərin irsiyyətin təyin olunmasında payı vardır.

2. İrsi xüsusiyyətlərin özünü büruzə verməsində heç bir məşqə ehtiyac yoxdur.

Genlərin təsir və əks-təsirinin keyfiyyəti ilə bağlı saysız və mürəkkəb ülgülər vardır, o cümlədən gizli və açıq genlərə tabe olan gizli və açıq sifətlərin bəzisi. İnsan xüsusiyyətlərinin bəzisi bir cüt genin qarşılıqlı təsiri nəticəsi deyildir ki, birinin qalib gəlməsi ilə digərinin taleyi həll olunsun. Əksinə, müxtəlif genlərin maddələr mübadiləsi – növü (bitki, heyvan, insan) və onun ölçüsünü təyin edir. Bu mövzuya “ bir neçə genli irsiyyət ” deyirlər. Genlərin bir-birinə qarşılıqlı təsir və əks təsirindən əlavə mühit də onların dəyişməsində öz təsirini göstərir.

Genlərin dəyişməsi bəzən bir “ sıçrayış ” təsiri ilə baş verir. İnsanın məxsus bədəni, onun əsas sistemini və xüsusi hormonlarını (böyüklük, kiçiklik, sürət və s.) formalaşdıran genlər – ömrün sonunadək psixoloji inkişaf keyfiyyətində qeyri müstəqim və davamlı təsirini qoruyub saxlayır.

İnsanın iradi inkişafı bir çox sahələrdə inkişaf edir və insan müxtəlif sahələrə malik və ya çox sahəli bir varlıqdır. Biz yalnız ümumi sahələri xülasə şəklində göstərəcəyik:

Cisim – hərəkət inkişafı: Psixoloji inkişafa aid bəhsimizdə bədən inkişafının əhəmiyyəti bundan ibarətdir ki, bədənin inkişafı yaddaşın, hisslərin, şəxsiyyətin inkişafı ilə sıx bağlıdır. Çünki idrak inkişafı ilə faydalanan şəxslər bədən inkişafına da kifayət qədər sahib olurlar. Bədəndəki beş hiss üzvünün sağlam olmasının ətraf mühit haqqında düzgün məlumat əldə edilməsində birbaşa rolu var. İctimai və ülvi məsələlərdə də bədən üzvlərindən birinin nöqsanlı olması psixoloji sarsıntıya və özünü ictimada təhqir olunmuş hiss etməyə səbəb olur. Cismin inkişafı bütün ümumi sistemlərin - əsəb, linfa və tənasül sistemlərinin inkişafını əhatə edir. Bütün bu sistemlər südəmərlik, uşaqlıq və yeniyetməlik mərhələlərində inkişaf edib öz zirvəsinə çatdıqdan sonra tənəzzülə doğru gedirlər. Bu mərhələlər göstərilənlərdən ibarətdirlər:

Boy və çəki vəzninin inkişafı – adətən yeni dünyaya gələn uşağın boyu 50 sm, çəkisi 3,5 kq olur. Yeniyetməlik dövrünü başa vurduqdan sonra boy 160-170 sm, çəki isə 55-60 kq yetişir. Sözsüz ki, bütün yaş dövrlərində inkişafın sürəti eyni olmur. Çünki uşaq dünyaya gəldiyi gündən 6 aylığına qədərki inkişaf sürətilə irəliləsəydi, 10 yaşında onun boyunun uzunluğu 30,5 metrə çatardı. Arada boy və çəkinin tədricən səngiyən inkişaf sürəti yeniyetməlik dövründə yenə artır, hətta elə artır ki, ətrafdakıları heyrətə salır. Maraqlıdır ki, fərdi, cinsi, milli, irsi və sinfi fərqlərin də boy və çəki inkişafına təsiri var. Boy və çəki inkişafının isə xüsusilə, həmyaşıdlar arasında ictimai-psixoloji təsiri olur. Boyun həddindən uzun olması, eynilə həmin həddə psixoloji gərginlik yaradır. Bu çəki ilə əlaqədar məsələlərdə də belədir. Çünki boy, çəki yeniyetmələr arasında xüsusi əhəmiyyit kəsb edir. Oğlanlar nisbətən ucaboy olmağa həvəs göstərirlər, qızlar isə çox ucaboylu olmaqdan və çəkinin artmnasından çəkinirlər. Burada hər ölkənin öz mədəniyyəti də rol oynayır. Məsələn: Bəzi ölkələrin mədəniyyətində ucaboyluluq, bəzilərində bəstəboyluluq və s. daha üstün qiymətləndirilir.

Dişlərin inkişafı: Diş kökünün inkişafı rüşeymin üç aylığından başlayır, lakin dişlərin çıxması adətən 7 aylıqdan başlayır. Uşağın 1 yaşı tamam olduqda 6 dişi, 2 yaş -2 yaş 6 aylığında isə 20 süd dişi artıq çıxmış olur. Süd dişləri müvəqqəti olsalar da daimi dişlərin möhkəm yerləşməsində təsir qoyurlar. 6 yaşdan sonra daimi dişlər tədricən çıxmağa başlayırlar. 17-30 yaş arasında artıq tam şəkildə çıxmış olurlar (ən çox 32 diş çıxır).

Əsəb sisteminin inkişafı: Uşağın inkişaf etməsində əsəb sistemi bariz rola malikdir. Xüsusilə də onun hərəkətlərindəki inkişaf əsəb sistemi ilə sıx əlaqədardır. Bundan əlavə, əsəb-beyin sisteminin inkişafı ilə psixoloji inkişaf arasındakı bağlılıq digər bədən sahələri ilə olan bağlılıqdan daha çoxdur. Dünyaya yeni göz açan hər körpənin 10-100 milyarda qədər əsəb hüceyrəsi olur və bu say ömrün sonunadək sabit qalıb artmır.

Hərəkətin inkişafı da çox mühümdür. Uşaq və ya yeniyetmənin ətrafındakılar onun hərəkətliliyinə qarşı çıxmamağa çalışmalıdırlar ki, ondakı digər cəhətləri də bu hərəkətliliyin sayəsində inişaf etdirə bilsinlər.
Fəaliyyət haqqında ümumi anlayış. Şəxsiyyət və iradi fəaliyyət
Fəaliyyət sözü fəallıq sözündən əmələ gəlsədə ancaq еyni məzmunlu anlayış dеyildir. Fərq оndadır кi, fəaliyyət daha çох sоsial yönümlüdür, fəallıq isə təbii tələbatların ödənilməsini şərtləndirir. Fəaliyyət əsasən insan davranı¬şında və hərəкətlərində gеrçəкləşir. Fəallıq isə daha çох hеyvanlara məхsusdur. Insan fəaliyyətini hеyvan fəallığından fərqləndirən əsas mеyarlardan biri də insan fəaliyyəti yaradıcı хaraкtеr daşıyır. Hеç bir hеyvan təbiətin vеrdiyi hazır məhsullardan başqa özünə prеdmеt hazırlamır. Оnların qazandığı ictimai təcrübə hеç bir şəкildə digər məhsullara ötürülmür. Insan fəaliyyəti isə yaradılmış fəaliyyət məhsulları başqa nəsillər tərəfindən davam еtdirilir və mədəni sərvət кimi qоrunub saхlanır.

Fəaliyyət insanın dərк оlunmuş məqsədi ilə tənzim еdilən daхili (psiхi) və хarici (fiziкi) fəallığıdır. Insan fəaliyyəti bu və ya digər şəкildə özünəməхsus struкtura maliк оlur. Burada mоtiv və məqsəd fəaliyyətin əsas struкturunu yaradır. Fəallıqda isə bilavasitə оrqanizmin tələbatının ödənilməsində öz əкsini tapır. Aкtuallaşmış tələbat кimi çıхış еdir. Insan fəaliyyətində isə fəaliyyətin sоn nəticəsini müəyyənləşdirən məq-səd оlur.

Mоtivlər tələbatlarla sıх əlaqədədir. Mоtivlərin əsasında tələbatlar dayanır. Mоtiv insanı bu və ya digər fəaliyyətə və ya fəallığa sövq еdən, təhriк еdən qüvvədir. Ayrı-ayrı anlarda mоtiv məqsədə, məqsəd isə mоtivə çеvrilə bilər. Hеyvanın fəal-lığında bu cəhət nəzərə çarpmır. Burada özünü göstərən davranış хaоtiк хaraкtеrlidir. Insan fəaliyyəti isə sistеmatiк хaraкtеrlidir. Insanı fəaliyyətə təhriк еdən tələbatdır. Tələbat insanın nəyə isə оlan еhtiyacıdır. Laкin о еhtiyac tələbata çеvrilir кi, о, hazırкı коnкrеt şəraitdə aкtuallaşmış оlsun, başqa sözlə, isan üçün müstəsna, həyati əhəmiyyət кəsb еtsin. Tələbatlar mənşəyinə və prеdmеtinə görə təsnif еdilir. Mənşəyinə görə: 1)təbii və 2) mədəni. Prеdmеtinə görə: 1) maddi və 2) mənəvi.

Insanın fəaliyyəti də tələbatın əsasında qurulur. Ancaq insanın fəaliyyəti sоsiallaşmış tələbatlar üzərində qurulur. Fəaliyyətin tərкib hissələrinə aşağıdaкılar daхildir:

1. Mоtiv – məqsəd fəaliyyətin vекtоrunu əmələ gətirir.

2. Fəaliyyətin şəraiti

3. Хarici və daхili fəallıq

4.Intеriоrizasiya və екstеriоrizasiya - maddi (əşyavi) əməliyyatların fiкri əməliy- yatlara çеvrilməsi intеriоrizasiya, fiкri əməliyyatların хarici əməliy¬yatlara çеvrilməsi isə екstеriоrizasiya adlanır.

5. Vərdişlər və bacarıqlar - avtоmatlaşmış prоsеslərə vərdişlər dеyilir. Yəni, şüurun хüsusi nəzarəti оlmadan icra еdilir. Bütün vərdişlər məqsədyönlüdür. Adətlər də avtоmatlaşmış hərəкətlər birliyidir. Adətlər vərdişlərdən fərqli оlaraq tələbatlarla bağlıdır. Adətlərdən fərqli оlaraq vərdişlərdə «+» və «-»liк yохdur. Adətlər sönmür. Оnun sönməsi üçün tələbatlar aradan qaldırılmalıdır. Yеni şəraitdə qarşıya qоyulmuş məqsədə müvafiq оlaraq iş üsullarının sеçilməsi və həyata кеçirilməsi üçün mövcud biliк və vərdişlərdən istifadə оlunması bacarıq adlanır.

6. Fəaliyyətin nəticəsi - insanın bütün həyatı boyu istifadə etdiyi fəaliyyət növlərinə оyun, təlim və əməк daxildir. Fəaliyyətin bu növlərindən biri müəyyən yaş dövründə aparıcı fəaliyyət, digərləri isə köməkçi, yardımçı fəaliyyət kimi özünü göstərir. Belə ki, məktəbəqədər yaş dövründə oyun aparıcı fəaliyyət növü hesab olunur. Bu dövrdə uşaqlar öz tələbatlarını əsasən, oyunun köməyi ilə ödəyirlər. Bununla yanaşı olaraq həmin dövrdə uşaqlar həm öyrənir, həm də sadə özünüxidmət əməyindən istifadə edirlər. Məktəb yaşı dövründə aparıcı fəaliyyət təlim fəaliyyəti olur. Bu dövrdə şagirdlər həm oyundan, həm də əmək məşğələlərindən istifadə edirlər. Yaşlı adamlar üçün aparıcı fəaliyyət əmək fəaliyyəti olsa da bu dövrdə insanlar oyundan və təlim fəaliyyətindən istifadə edirlər.

Təlim fəaliyyəti - məktəblərin və tələbələrin nəzəri bilikləri və onlarla bağlı bacarıq və vərdişləri mənimsəmələrinə yönəlmiş fəaliyyət növlərindən biri aparıcı fəaliyyətləridir. Yaşlı adamlarda təlim özünütəhsil xarakteri daşıya bilər. Təlim insanın fəaliyyət və davranışını bəşıriyyətin ictimai təcrübəsini mənimsəməsinə yönəldən fəal bir prosesdir. Təlim fəaliyyəti təkcə məktəblilərdə və tələbələrdə bilik, bacarıq və vərdişlərin formalaşmasını təmin etməklə kifayətlənmir. Bu prosesdə onlarda psixi inkişafa, şəxsiyyətin formalaşmasına əsaslı təsir göstərir. Məhz buna görə də təlim fəaliyyətinin başlıca xüsusiyyəti ondan ibarətdir ki, o fərdin birbaşa psixi inkişafi vasitəsi kimi həyata keçirilir.

İnsan fəaliyyəti sistemində əmək xüsusi yer tutur. Əmək fəaliyyəti son nəticədə özünün məhsuldarlığı ilə fərqlənir. Buna görə də əməyi müəyyən ictimai faydalı maddi və ideal məhsullar istehsalına yönəldilmiş fəaliyyət kimi qəbul edirlər. Əmək fəaliyyəti təkcə insanın maddi və mənəvi tələbatlarını ödəməyə xidmət edir, o, eyni zamanda insanın bir şəxsiyyət kimi formalaşmasında aparıcı rol oynayır.

Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün subyektin öz fəaliyyəti və davranışı zamanı rast gəldiyi çətinlikləri, maneələri aradan qaldırma prosesinə iradə deyilir. İradi iş zamanı 2 cür meneələri aradan qaldırmalı olur: daxili(subyektiv) və xarici(obyektiv) maneələr. Daxili maneə insanın qarşısına qoyduğu məqsədə nail olmasını çətinləşdirən istək və meyylərindən ibarət ola bilər. Məsələn, şagird sabah müəllimə cavab vermək üçün hazırlaşmağa başlayır. Elə bu vaxt televizorda onun çoxdan baxmaq arzusunda olduğu bir film nümayiş etdirəcəklərini eşidir. Bu zaman o, öz istəyini boğaraq qonşu otağa keçib dərsə hazırlaşırsa daxili maneəni aradan qaldırmış olur.

Xarici maneə isə insanın qarşısına qoyduğu məqsədə nail olmasını çətinləşdirən obyektiv, onun istəyindən asılı olmayan maneədir. Məsələn, şagird sabahkı dərsə hazırlaşmaq məqsədini qarşısına qoyur. Bu zaman işıqlar sönür. Şagird öz məqsədinə çatmaq üçün yaxınlıqda yaşayan əmisigilə gedərək dərsi hazırlayırsa xarici maneəni aradan qaldıraraq öz məqsədinə nail olur.

İradə- ali psixi funksiya kimi, insanın həyatı prosesində formalaşır.İnsan fəallığının xüsusi forması olan iradə mürəkkəb psixi proses kimi vasitəli xarakter daşıyır və ilk növbədə nitqin köməyilə təşəkkül tapır.

İradənin fizioloji mexanizmi baş-beyin yarımkürələri qabığının fəaliyyəti ilə əlaqədardır. İ.P.Pavlovun nəzəriyyəsinə görə, insanın iradəsi söz qıcıqlandırıcıları ilə bağlıdır.İnsanın iradi davranışının fizioloji əsası birinci siqnal sistemi ilə qarşılıqlı təsirdə olan ikinci siqnal sistemidir. İradə-psixikanın tənzimedici vəzifəsidir. Bu vəzifə insanın öz davranış və fəaliyyətini idarə etmək qabiliyyətində, qarşısına qoyduğu məqsədə nail olmaq işində rast gəldiyi maneə və çətinlikləri aradan qaldırmaqda ifadə edilir.

İradi işin funksiyaları. İradə şəxsiyyəti xarakterizə edən ən mühüm psixi keyfiyyət kimi 2 mühüm funksiyanı yerinə yetirir: 1) təhriketmə funksiyası; 2) ləngitmə funksiyası. İnsanın qarşısına qoyduğu məqsədə nail olmaq üçün çalışması, bu yönümdə mübarizə aparması, qarşısına çıxan maneələri dəf etməsi , eyni zamanda özünün aktual tələbatı ilə bağlı olmayan işlər görməsi, dünyagörüşünə, əqidəsinə, inam və idealına uyğun gəlməyən fəaliyyətdən imtina etməsi təhriketmə və ləngitmə funksiyaları vasitəsilə gerçəkləşir. İradə şəxsiyyətin motivləri ilə bağlıdır. Lakin motivlərdən fərqli olaraq iradə insanı yalnız fəallığa təhrik etmir, həm də lazım gəldikdə onun gəallığını ləngidir.

İradə özündə şüurun 3 mühüm xassəsini birləşdirmişdir: idrak, münasibət və hiss.

İnsanın iradəsi məhz fəaliyyət prosesində təzahür edir. Psixoloji planda iradi iş fəaliyyətin strukturuna daxil edilir. Ümumi şəkildə iradi işi proses kimi təhlil etdikdə onun iki əsas mərhələdən ibarət olduğunu görə bilərik; 1. Zehni və yaxud intellektual mərhələ; 2. İcra və yaxud əsas iradi mərhələ.

Zehni və yaxud intellektual mərhələ tələbatın dərk olunması, həvəs və arzunun əmələ gəlməsi, məqsədin ayrılması, motivlər mübarizəsi, qərar qəbulu və işin planlaşdırılması ilə xarakterizə olunur. Həqiqi iradi başlanğıc işin məhz hansı şəkildə icra edilməsi haqqında qərarın qəbul edilməsində təzahür edir.

Zehni mərhələ, xüsusən onun motivlər mübarizəsi və qərar qəbulu mərhələsində təfəkkür aktivləşdirilir.

İcra mərhələsi iradi işin psixoloji məzmununu açıb göstərən mərhələ hesab olunur. Zehni mərhələ iradi işin icra mərhələsi ilə tamamlanır. İnsanın iradi keyfiyyətləri, onun nə dərəcədə iradəli olub-olmaması məhz ikinci mərhələdə aşkar olur. Adətən öz strukturuna görə iradi işlər 2 qrupa bölmək olar: sadə və mürəkkəb iradi işlər. Sadə iradi işlər qərar qəbulu və onun icrası ilə başa çatır. Məsələn, əgər dərsə hazırlaşmağı qərara alır və dərhal stolun arxasında əyləşərək hazırlaşmağa başlayırsansa, bu cür işi sadə iradi iş adlandırmaq olar. Mürəkkəb iradi iş zamanı qərarın qəbulu və icrası bir sıra mərhələlərdən keçir. Burada məqsəd, motivlər, qərar qəbulu, onun icrası üçün yol və vasitələrin axtarılması, qərarın icrası və s. mərhələlərdən keçmək zəruri olur.

Şəxsiyyətin iradi keyfiyyətləri elə iradi iş prosesində təzahür edir və formalaşır. İradi keyfiyyətlər-mürəkkəb psixi xüsusiyyətlər kimi insanın həyat prosesində formalaşır, psixoloji səciyyəsinə görə vasitəli xarakter daşıyır. Tərbiyə şəraiti, sosial mühit eləcə də, sinir tipi iradi keyfiyyətlərin formalaşmasında mühüm rol oynayır.

Şəxsiyyətin iradi keyfiyyətlərini 3 qrupda birləşdirkmək olar:

1. İlkin iradi keyfiyyətlər-iradi güc, təkidlilik.

2.Törəmə iradi keyfiyyətlər-qətiyyətlilik, cəsarət, özünü ələ almaq, inam.

3.Üçüncü iradi keyfiyyətlər-məsuliyyətlilik, intizamlılıq, işgüzarlıq, təşəbbüskarlıq.

İradi keyfiyyətləri mənfi və müsbət olmaqla 2 qrupa bölmək olar. Müsbət iradi keyfiyyətlərə təkidlilik, qətiyyət, cəsarət, özünü ələ almaq, məsuliyyətlilik, intizamlılıq, müstəqillik, səbrlilik və s. aid edirlər. Bunların hər birinin əksini mənfi iradi keyfiyyətlər təşkil edir. Mənfi iradi keyfiyyətlərə iradi nöqsan kimi təqlidçilik, təlqinə qapılmaq, neqativizm, tərsliyi aid etmək olar.

Təkidlilik- qəbul edilmiş qərarın icrası zamanı qarşıya çıxan çətinlik və maneələrə qarşı mübarizə aparıb, onlara qalib gəlmək və mütləq məqsədə çatmaq əzmində təzahür edir. Tərslik- isə iradi nöqsan kimi real şəraiti düzgün qavrayıb qiymətləndirə bilməmək və dəyişmiş şəraitə çevik münasibət bəsləyə bilməməkdə ifadə olunur. Tərslik çox vaxt bilərəkdən öz inadından dönməməkdə özünü göstərir.

Qətiyyət-hər hansı məsələ ilə bağlı heç bir tərəddüd etmədən, vaxtında düşünülmüş qərar qəbul etməkdə ifadə olunur. Qətiyyətlilik-məqsəd aydınlığı və inam hissi (yəqinlik) ilə sıx bağlıdır. Qətiyyətsizlik-inamsızlıq, zəiflik, qorxaqlıq və məqsədin aydın dərk olunmaması və s. səbəblərlə bağlı olur.

Cəsarət- iradənin çox mühüm keyfiyyəti olub, iradi işin mərhələsində özünü göstərən psixi xüsusiyyətdir. Qəbul edilmiş qərarın icrası zaman, tapşırığın, işin müvəffəqiyyətli həllindən ötrü qorxu hissinə qalib gəlmək, təhlükəyə qarşı getməkdə, risq etməkdə təzahür edir.Qorxaqlıq-insanın motivasiya sahəsi ilə bağlı olub, sosial keyfiyyət kimi, ətraf aləmdə baş verən hadisələrə münasibətdə özünü göstərir. Qorxaqlıq inamsızlıqla, cəsarətliliklə, qətiyyətsizliklə çulğalaşan keyfiyyətdir.

Özünü ələ ala bilmək-əsasən şəxsin iradi iş zamanı özünü ələ ala bilməsində, bütün fəaliyyətini qarşıya qoyulan məqsədin yerinə yetirilməsinə səfərbər etməsində, qorxuya üstün gəlib, bütün maneə və çətinlikləri aradan qaldırmasında ifadə olunur. Özünü ələ ala bilmək keyfiyyəti ən çətin situasiyada insan dözümlüyündə, soyuqqanlılıq və təmkinliyində ifadə olunur.

Məsuliyyətlilik- şəxsin yerinə yetirdiyi fəaliyyət, davranış və rəftarı qarşısında daşıdığı cavabdehlik hissi ilə bağlıdır.

İntizamlılıq-şəxsin qəbul edilmiş qayda və qanunlara əməl etməsi ilə xarakterizə olunan keyfiyyətdir.

İşgüzarlıq-mühüm iradə keyfiyyətlədən biri olub, başlanan hər hansı bir işi, fəaliyyəti tədriclə, ardıcıl olaraq, axıra qədər icra etməkdir.Tənbəllik-işgüzarlığın əksi hesab olunan xüsusiyyət kimi iradi zəifliyin təzahür formasıdır.

Müstəqillik-insanın hər hansı fəaliyyəti heç bir kömək, göstəriş olmadan həyata keçirmək qabiliyyətidir.

Müstəqilliyin əksini təqlidçilik və təlqinə qapılma təşkil edir. Təqlid başqalarının davranışını olduğu kimi yamsılamaqdan ibarətdir. Təlqinə qapılmaq isə dərk etmədən başqalarının təsiri altına düşməkdir.

Səbirlilik. Səbirli olmaq- iradi güc, təkidlilik, özünü ələ almaq, inam, dözümlülük kimi keyfiyyətlərdə təzahür edir.

Patopsixologiyada psixi vəziyyət, iradəsizlik, fəaliyyətə həvəs düşkünlüyü iradənin patopsixologiyasıdır və buna abuliya deyilir. Zəif iradəlilik - məqsədə uyğunluğun və yüksək niyyətlərin yoxluğudur.

  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə