Terminologiya məSƏLƏLƏRİ №1




Yüklə 1.54 Mb.
səhifə9/15
tarix22.02.2016
ölçüsü1.54 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   15

Acəhrəis. bot. Dağlıq yerlərdə bitən qabığı zolaq-zolaq ağac.

Aşgülüis. bot. Rəngi ağ, ya sarı bir çiçək.

Ağdişis. zool. Məməlilərin cücüyeyənlər dəstəsinə mənsub, ev siçanından kiçik heyvan.

Başınağacıis. bot. Dağ-meşə rayonlarında bitən kol bitki.

Birbuğumlusif. zool. bot. Bir buğumu olan.

Arçansif. bot. Ardıc (ağac). Arçan ağacı daşa dönmüş, fəqət torpaq olmamışdır. S.Vurğun. Buxarıda alışır; Quru arçan odunu.R.Rza.

Sonuncu terminin “Azərbaycan dilinin izahlı lüğətin”də sifət kimi verilməsi müəyyən suallar yaradır. Çünki arçan ağacı, arçan odunu kimi II növ təyini söz birləşməsinə aid ismi birləşmələrdə I komponent hər zaman isim olur. Onu sifət hesab etmək təbii ki, düzgün deyil.

Adıçəkilən izahlı lüğətdə həm dialektizm, həm də botanika termini olduğu bildirilən milli leksik vahidlərə də rast gəlmək mümkündür:

Axtaxana is. bot. məh. Çayıra bənzər bir ot. Axtaxana, dağda dana böyüdü;Mən böyük ollam haçana, bilmirəm.M.Ə.Sabir.

Texniki terminlərdən:



Addımölçənis. xüs. Piyada gedilən məsafəni ölçmək üçün cihaz.

Axtarılanf.sif. riyaz. Hesablama yolu ilə təyin edilməli olan. Axtarılan kəmiyyət. Axtarılan ədəd.

Altıüzlüsif. hənd. Altı üzü olan həndəsi cisim.

Tibb terminlərindən:



Aşıq2 is. 1.anat. Diz qapaqlarından çıxan oynaq sümüyü.

Beyincikis. anat. Beynin, kəllənin dal hissəsində, böyük beyinin alt tərəfində yerləşən hissəsi.

Üslubi baxımdan elmi dil ilə danışıq dili arasında birbaşa və sıx əlaqə vardır. Hər bir elmin ifadə vasitəsi xalqın dili və düşüncəsindən yararlanaraq özünü ifadə etməyə çalışır, sonrakı inkişafında da xalqın dilindən ayrıla bilmir. Hətta dəqiq elmlər belə, ümumxalq dilindən götürülmüş terminləri öz lüğətində qoruyub saxlayır.

Məlumdur ki, milli terminlərin yaradılması üçün aşağıdakı üsullardan istifadə olunur:

1.Semantik üsul.

2.Morfoloji üsul

3.Sintaktik üsul.

4.Kalka üsulu.

5.Sözlərin ixtisarı və qısaldılmış üsulu (abreviatura).



Semantik üsul– öz lüğət tərkibində mövcud olan sözlərin mənasında dəyişiklik edilərək, yeni terminlərin yaradılması deməkdir. Bu zaman “termin kimi işlədilən sözlərin bir qismi əsas mənasından ya tamam fərqli bir mənada, ya az fərqli bir mənada, ya da sözün əsas mənasına, məna çalarlıqlarından birinə yaxın mənada olur” [5, s. 80]. Məsələn, çarpaz sözünün əsas mənası bir-birini kəsib keçən, xaç şəklində anlamı verdiyi halda, biologiyada çarpaz cütləşdirmə termini kimi işlənməkdədir. M.Ş.Qasımov yazır ki, bu üsulla terminlər yaradılarkən daha çox mücərrəd məna daşıyan sözlərdən istifadə olunur. Bu baxımdan “Azərbaycan dilinin izahlı lüğəti”ndəaparıcı sözünün lüğət məqaləsində üç müstəqil məna göstərilmişdir:

Aparıcısif. 1. Başda gedən, irəlidə gedən, qabaqda gedən. // Əsas, baş, ən mühüm. “Rast” ladının mayəsinə bütün pərdələr tabedir: alt kvarta, alt medianta, alt aparıcı ton, üst aparıcı ton, tersiya, üst kvarta, kvinta. Ü.Hacıbəyov. 2. tex. Mühərrik tərəfindən hərəkətə gətirilən və hərəkəti mexanizmin başqa hissələrinə keçirən. Aparıcı təkərlər. Aparıcı ox. 3. Radio və televiziya verilişlərində mətnin müəllifə aid və ya izahedici sözlərini söyləyən adam.

Lüğət məqaləsindən göründüyü kimi, birinci məna həqiqi olub nominativ anlam daşıyır. B.B.Vinoqradov yazır: “Sözdə əsas mənanın fərqlənməsi olduqca vacibdir. Çünki başqa mənalar onun ətrafına toplaşır. Bununla əlaqədar həmişə və hər zaman sözün tamlığını birinci növbədə sözün leksik-semantik özəyi təşkil edir [6, s.15].



Morfoloji üsul– kök və əsasa leksik şəkilçilər artırılması yolu ilə terminlərin – sözlərin yaradılmasına deyilir. Azərbaycan dilində termin yaradılarkən əlliyə qədər leksik şəkilçidən istifadə olunur. Məsələn, çəkilmə coğrafi termin kimi çəkilfeilinə-mə sözdüzəldicisi artırılaraq düzəldilmişdir. Bu leksemin lüğət məqaləsi adıçəkilən izahlı lüğətdə aşağıdakı şəkildə tərtib olunmuşdur:

Çəkilmə 1. “Çəkilmək”dənf.is. 2. is. coğr. Dəniz suyu səviyyəsinin vaxtaşırı olaraq enməsi, düşməsi, geriləməsi. Qabarma və çəkilmə hadisəsi[2].

Göründüyü kimi, birinci konseptem bu leksik vahidin leksik şəkilçi qəbul etməsi ilə əlaqədar qrammatik xüsusiyyəti göstərilmiş, ikinci bənddə isə coğrafi termin kimi definisiyasıverilmişdir.

“Azərbaycanca-rusca lüğət”də morfoloji üsulla yaradılmış milli terminlərdən aşağıdakıları misal gətirmək olar: “basmaçı1 сущ. тех...”, “basmaçı2 сущ. зоол.”, “qaraca2 сущ. бот., qaraca3 сущ. зоол. Qaraca odquyruq горихвосткачернушка” və s. [2].

“Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən morfoloji yolla yaranmış terminlərdən aşağıdakıları misal gətirmək olar: alətçi, alıcılıq, cəhətlənmiş, çapıqcıq, çapıqlaşma, çıxıq, qapayıcı, dağılma və s [7].

Azərbaycan filoloji lüğətlərində işlənən terminlər arasında -lıq4,-çı4, -laşdırma2 və -laşma2 şəkilçilərinin həm anadilli sözlərə, həm də Avropa mənşəli terminlərə də qoşulduğunu müşahidə etdik. Məsələn:

Epiqonluq is. Elmdə, siyasətdə, incəsənətdə və s.də təqlidçilik.

Epikürçü is. 1. Epikür fəlsəfəsi tərəfdarı. 2. məc. kit. Zövq və nəşəni hər şeydən üstün tutan adam[1].

Azotlaşdırma сущ. от глаг. Азотизация, азоторование [2].

Sintaktik üsul – iki və daha artıq sözün birləşdirilməsi yolu ilə mürəkkəb terminlərin yaradılmasına deyilir. M.Ş.Qasımovun qeyd etdiyinə görə, sintaktik üsulla yaradılan terminlərin sayı morfoloji üsulla yaradılan terminlərdən azdır. Onun fikrincə, Azərbaycan dilində çoxhecalı sözlərin yaradılması və işlədilməsi bu dilin ruhuna uyğun deyildir, çünki terminlərin qısalıq və konkretlik özəlliyi də bunu tələb edir. Bununla bağlı namizədlik işi üzərində aparılan tədqiqat əsnasında əks hal müşahidə olunur.(S.Sadıqova) İş burasındadır ki, induktiv metoddan istifadə edilərək lüğətlərdəki leksemlərin tədqiqata cəlb edilməsi göz qarşısında açıq bir mənzərə yaradır. Həqiqətən də, sintaktik üsulla yaradılan terminlərin sayı milli şəkilçilərin köməyi ilə yaradılan terminlərin sayından çoxdur (-izm, -ist, -ik, -loji, -iya, anti- kimi əcnəbi şəkilçiləri nəzərə almasaq).

Lüğətlərdəki sintaktik üsulla yaradılmış terminləri təhlil edərkən leksik-sintaktik üsulla (yalnız leksemlərin birləşərək terminləri əmələ gətirməsi) və morfoloji-sintaktik üsulla (leksik və qrammatik şəkilçilərin mürəkkəb terminlərdə işlənməsi) yaradılmasının şahidi oluruq. Leksik-sintaktik üsulla yaradılmış terminlərdən aşağıdakıları misal gətirmək olar:



Dəmirağac is. bot. Oduncağı çox bərk və ağır olan qiymətli ağac növü (Azərbaycanda Talış meşələrində bitir) [1].

Onikibarmaq onikibarmaq bağırsaqanat. – nazik bağırsağın mədədən başlanan hissəsi (köndələninə on iki barmaq uzunluğunda olduğundan belə adlandırılmışdır) [1].

“Azərbaycan dilinin izahlı lüğəti”ndə olan morfoloji-sintaktik yolla yaranan terminlərdən aşağıdakıları misal gətirmək olar:



Bircinsiyyətli sif. biol. Yalnız bir (ya erkək, ya dişi) cinsiyyət üzvünə malik olan (bitkilər haqqında).

Bircinsiyyətlilikis. bot. Yalnız bir cinsiyyət üzvünə malik olma; bircinsiyyətli olma xassəsi.

Birüz(lü)sif. riyaz. Bir üzü olan. Birüzlü səth.

Azqanlısif. tib. Qanı az olan, solğun (adam).

Azqanlılıqis. tib. Çoxlu qan itirmək və ya qanda qırmızı cisimciklərin (hemoqlobin) azlığı nəticəsində əmələ gələn xəstəlik hal.

Bazuönüis. anat. Qolun dirsək oynağından biləyə qədər olan hissəsi [1].

“Azərbaycanca-rusca lüğət”də də bir sıra morfoloji-sintaktik yolla terminlər verilmişdır:



Düztezlikli прил. физ., связь.Прямочастотныйконденсатор.

Birtumurcuqluприл. бот.Однопочковый.

Çoxmorfemliприл. лингв.Многоморфемный. Çoxmorfemli sözмногоморфемное слово. [2]

Birinci komponenti Avropa mənşəli, ikinci komponenti Azərbaycan dilində olan və morfoloji-sintaktik yolla düzələn terminlərə də rast gəlmək mümkündür:



Motoatıcıприл. Мотострелковый.Motoatıcı diviziya мотострелковая дивизия.

Motorqayıranприл. Моторостроительный. Motorqayıran zavod моторостроительный завод [2].

“Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə verilmiş morfoloji-sintaktik üsulla yaradılmış terminlər: istilikdəyişdirici, istiliktənzimləmə, işdənçıxarılma, itquyruğu, kələfəbənzər, kəllədaxili, hidrosiklon, mikroanaliz, mikrodozatorçu, mikrodamar, mikroyazılış, ümumdil, ümuməmtəə, diskşəkilli, dodaqçiçəkli, materikdaxili, nüvədaxili, nüvəyanı, obyektdaxili, önqəlsəməli, mikroəxlaqi, mikroəlavəli, örtülütoxumlu, çuğundurçıxaran, diskəbənzər, mayeqarışdırıcı, mərkəzdənqaçan, sudövretmə, rütubətölçən, səskeçirən, obliterasiyaedici, torpaqbərkidici, şəhərlərarası, dirsəkşəkillilik, beşbucaqlı, birdişicikli, birkomponentli, birməchullu, doqquzbucaq, doqquzbucaqlı, üçelektrodlu, üçerkəkcikli, özünəinduksiya, özünəkorreksiya, özündəncücərmə, özünümaliyyələşdirmə və s. [7]

Sintaktik üsulla yaradılmış terminlərə söz birləşməsi şəklindəki terminlər də daxildir. M.Ş.Qasımov bu cür terminlərin iki cəhətdən qruplaşdırılmasını daha düzgün hesab edir: 1) tərkibindəki elementlərin hansı əsasdan olmasına görə (məs.: iqtisadi baza, uçuş trayektoriyası, maqnit dedektoru, maliyyə xərcləri, istehsal vasitələri və s.; 2) nitq hissələrinə görə (məs.: şəhər təsərrüfatı, civə sütunu, akkumulyator tutumu, aktiv əməliyyat, təbii seçmə, nəzəri mexanika və s.) [3,s.133]. Bu tip terminlər filoloji lüğətlərdə terminoloji vahidlərin lüğət məqalələrinin tərkibində verilir.

“Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə sadə terminlər, bitişik yazılan mürəkkəb terminlər və qoşa sözlər şəklindəki terminlər yer almışdır.



Kalka üsulu ilə Azərbaycan dilində yaradılan terminlərin böyük bir qismini S.Sadıqovanın qeyd etdiyi kimi, “iki və daha artıq sözün birləşməsi, yaxud yanaşması nəticəsində əmələ gələn terminlər təşkil edir”[8, s.174].

“Azərbaycanca-rusca lüğət”dəbu şəkildə yaranmış terminlərdən aşağıdakıları misal gətirmək olar:



Çoxmənalılqсущ. грам. многозначность.

Çoxsəslıсущ. муз. многоголосный.

Ayağıqəlsəməlilərсущ. зоол.Лапчатоногие.

Daşlaşma2сущ. отглаг. 1. Окаменениедревесины; 2. Мед. Петрификация.

Damcıölçənсущ. мед. Капилляр.

Damcısalanсущ. мед. 1. Каплеотделитель; 2. Капельница [2].

Sözlərin qısaltma üsulu – abreviatura üsulu əsasən müəssisələrin, vəzifələrin, inzibati anlayışların adlarını bildirmək üçün istifadə olunur. Bu üsulun müasir Azərbaycan ədəbi dilində termin yaradıcılığı üçün xarakterik olmadığını qeyd edən M.Ş.Qasımov indiyədək bilavasitə Azərbaycan dilinin öz daxilində, onun öz qrammatik qanunları əsasında çox az abreviaturalar yarandığını bildirir [3, s.140-143]. Adətən filoloji lüğətlərdə verilməsə də, ingilis dilində çox geniş yayılmış abreviaturalar Azərbaycan dilinə keçdikdə öz ilkin leksikoloji funksiyasını itirərək konkret alınma terminlər şəklində dilimizə daxil olduğundan lüğətlərdə verilməsi vacibdir. Məsələn, votsap (WhatsApp), SPA-prosedur, SPF, GPS naviqator (GPS navigation) və s. Bildiyimiz kimi, XX əsrin sonu XXI əsrin əvvəllərində dilimizə saysız-hesabsız ingilis mənşəli sözlərin daxil olması olduqca intensiv şəkil almışdır. Əgər əvvəllər rus dili vasitəsilə alınan sözlər rus dilinin transliterasiya qaydalarına əsasən götürülürdüsə, Respublikamız müstəqillik əldə etdikdən sonra artıq öz dilimizin fonetik, qrammatik və qrafik qaydalarına uyğunlaşdırılaraq mənimsənilir. Məsələn, onlayn – On Line, kaps – Caps, vayn – Vine, vayfay – Wİ-Fİ, mayfay – Mİ-Fİ, kompüter – komputer, selfi – selfie, instaqram – instagram, skrin – skreen, blutuz - Bluetooth və s.

Təəssüf ki, internetdə və mətbuat orqanlarında bu tip sözlərin ingilis dilində yazıldığı kimi əks olunması halları ilə tez-tez özünü göstərir.

Azərbaycan filoloji lüğətləri üzərində aparılan tədqiqat nəticəsində məlum olur ki, sintaktik üsulla yaradılan terminlərin sayı milli şəkilçilərin köməyi ilə yaradılan terminlərin sayından çoxdur. Lüğətlərdəki sintaktik üsulla yaradılmış terminləri təhlil edərkən, onların leksik-sintaktik üsulla (yalnız leksemlərin birləşərək terminləri əmələ gətirməsi) və morfoloji-sintaktik üsulla (leksik və qrammatik şəkilçilərin mürəkkəb terminlərdə işlənməsi) yaradılmasının şahidi oluruq. Azərbaycan filoloji lüğətlərində terminləri tədqiq edərkən, milli terminlərin əsasən dialekt və şivələr hesabına yaranması, qismən isə sintaktik üsulla yaradıldığı müşahidə olunur. Adətən filoloji lüğətlərdə verilməsə də, ingilis dilində çox geniş yayılmış abreviaturalar Azərbaycan dilinə keçdikdə öz ilkin leksikoloji funksiyasını itirərək konkret alınma terminlər şəklində dilimizə daxil olduğundan, zənnimizcə, lüğətlərdə verilməsi vacibdir.

Ədəbiyyat


  1. Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. Bakı, Şərq-Qərb, 2006.

  2. Azərbaycanca-rusca lüğət. Dörd cilddə. Bakı, Şərq-Qərb, 2006.

  3. M.Ş.Qasımov. Azərbaycan dili terminologiyasının əsasları. Bakı, Elm, 1973.- 186 səh

  4. Прохорова В.Н. Русская терминология. Издательство: Москва. Филологический факультет МГУ им. М.В. Ломоносова. 1996, 126 səh.

  5. Dəmirçizadə Ə. Azərbaycan dilinin üslubiyyatı, Bakı-1962, 270 səh.,

  6. Виноградов В.В. Основные типы лексических значений слова. ВЯ, 1953, №5.

  7. Azərbaycan dilinin orfoqrafiya lüğəti. Bakı, Lider nəşriyyatı, 2004, 728 səh.

  8. Sadıqova S.A. Azərbaycan dilinin terminologiyası. Bakı, Elm, 2011. 378 səh.


Хадиджа Гейдарова
Лексикографическое представление способов

образования терминов на родном языке

Р е з ю м е

В статье подчёркиваются стилистические особенности терминообразования родного языка, а также ведётсяисследование способов образования терминовиз аспекта лексикографии, и подача этих терминовв словарях четырёхтомного «Толкового словаря азербайджанского языка», четырёхтомного «Азербайджанско-русского словаря» и «Орфографического словаря азербайджанского языка».



Khadija Heydarova
Lexicograp hicrep resentation of ways of education

term sinthenative language

S u m m a r y

Inarticlesty listicfeatures of a terminoobrazovaniye of thenative language areemp hasized, and alsoresearch of ways of formation of termsfromaspect of a lexicography, and submission of these termsin dictionariesfour-volume "Theexplanatory dictionary of the Azerbaijani language", four-volume "The Azerbaijani-Russiandictionary" and "The spelling dictionary of the Azerbaijani language" isconducted.




Çapa tövsiyə edən: AMEA Nəsimi adına Dilçilik İnstitutu,

Tətbiqi dilçilik şöbəsi
Rəyçilər: filologiya elmləri doktoru,professor İ.Məmmədli

filologiya elmləri doktoru T.Baxşıyeva


Səbinə Qasımova

Azərbaycan Memarlıq və İnşaat Universiteti
İNGİLİS DİLİNDƏ MORFOLOJİ ÜSULLA İNŞAAT TERMİNLƏRİNİN YARANMASI VƏ ONLARIN AZƏRBAYCAN DİLİNDƏKİ QARŞILIQLARI
Açar sözlər: morfoloji üsul, inşaat terminləri, sözdüzəldici şəkilçi.

Ключевые слова: морфологический путь, строительные термины, словообразовательные суффиксы.

Key words: morphological way, construction terms, derivational suffixes.
Hər bir xalqın ictimai, siyasi, iqtisadi və mədəni həyatında baş verən dəyişiliklər, yeniliklər qanunauyğun şəkildə onun dilində əks olunur. Bu təsirin nəticəsində həmin xalqın dilində yeni- yeni anlayışlar, məfhumlar yaranır və bu yaranış da həmin dildə təzə terminlərin təşəkkülünə səbəb olur. S. Cəfərov terminləri “elmin müxtəlif sahələrinə aid hər hansı bir əşya və ya mücərrəd anlayış məfhumunu bildirən söz və söz birləşmələri adlandırır” [1, 82]. Terminologiyanı hər bir dilin lüğət tərkibinin ən intensiv inkişaf edən hissəsi adlandıran İ. V. Arnold termini sözün çox xüsusi bir tipi hesab edir [2, 229-230]. Terminlər qeyd edildiyi kimi əmək fəaliyyəti prosesində yaranarkən ilk öncə çox az sayda adam- həmin sahənin mütəxəssisləri tərəfindən başa düşülür, anlaşılır, sonralar isə daha geniş spektrdə işləklik qazanaraq “dünya əhalisi tərəfindən işlənilir” [3, 103].

Terminlərin bir dilin materialları əsasında araşdırılması, yaxud qohum olan və qohum olmayan dillərin materialları əsasında qarşılaşdırılaraq müqayisəli tədqiqi bu sahəyə aid tədqiqatlarda bildirildiyi kimi “ayrı- aryı sahələrin terminlərinin başlıca xüsusiyyətləri, onların digər dillərin müvafiq sahə terminləri ilə ortaq və fərqli xüsusiyyətləri barədə təsəvvür yaradır” [4, 3]. Terminoloji leksikanın araşdırılıb öyrənilməsi “bu və ya digər sahənin elmi səviyyəsini müəyyənləşdirməklə yanaşı, həmin sahə terminologiyasının formalaşma yollarının linqvistik təhlili baxımından da xüsusi əhəmiyyət daşıyır” [5, 4].

Müasir dövrdə Azərbaycanın gündən- günə artan iqtisadi inkişafı inşaat sahəsində də öz əksini tapır. Ölkəmizdə inşaat sahəsində edilən inqilab ölkəmizi bəzəyən müasir standartlara uyğun tikililərin, yaşayış və sənaye binalarının inşa olunmasında özünü göstərir. Yeni tikililər yeni inşaat materialları, üsulları və proseslərinin zərurətini qaçılmaz edir. Azərbaycanın dünya ölkələri ilə artan iqtisadi əlaqələri dünya inşaat metodlarının, üsullarının, materiallarının və ən nəhayət mütəxəssislərinin ölkəmizdə iştirakını labüdləşdirir və eyni zamanda dünyanın qlobal dil səviyyəsinə qədər dəyərləndirilən ingilis dilində [6, 45]inşaat terminlərinin əxz olunmasını zəruriləşdirir. Bu baxımdan ingilis dilində inşaat terminlərinin yaradılmasının öyrənilməsi, araşdırılması və bu terminlərin Azərbaycan dilində olan qarşılıqlarının müəyyənləşdirilməsi leksikologiya üçün qiymətli materiallar ortaya qoyur və inşaat terminlərinin hər iki dildə yaranma yollarını və xüsusiyyətlərini aşkar etmək imkanı yaradır.

Hər bir dildə yeni terminologiyanın yaradılması və həmin dilin terminoloji bazasının zənginləşməsi üçün ən münasib, ən əlverişli yol, üsul S.Sadıqovanın qeyd etdiyi kimi “dilin daxili imkanları əsasında terminlərin, termin- söz birləşmələrinin yaradılmasıdır” [7, 3]. Daha sonra dilçi alim terminoloji leksikanın beynəlmiləl mahiyyətini müsbət bir hadisə kimi dəyərləndirən və ancaq ana dili materialı əsasında termin yaratmaq cəhdlərini birtərəfli təşəbbüs kimi qeyd edənlərdən fərqli olaraq [1, 84] onu da vurğulayır “...elm və texnikanın müxtəlif sahələrində meydana gələn yeni anlayışların ifadəsi üçün terminlər yaradılarkən ən əvvəl ana dilinin lüğət tərkibinə nəzər salmaq, onun daxili imkanlarından səmərəli istifadə etmək lazımdır”. [7, 3]. Termin yaradıcılığında başlıca üsullar kimi semantik, morfoloji, sintaktik, kalka və sözlərin ixtisarı və qısaldılması yolları qeyd olunur [7, 39].

Termin yaradıcılığında istifadə olunan üsullardan biri də morfoloji üsulla termin yaradıcılığı üsuludur. A. İ. Smirnitski bu üsulu affiksal söz yaradıcılığı adlandırır [8, 71]. Araşdırma obyekti kimi götürdüyümüz ingilis dilində inşaat terminlərinin yaranma vasitəsi, üsulu kimi affiksal üsul- morfoloji üsul geniş yayılmış, məhsuldar üsullardan biridir. Morfoloji üsulla inşaat terminlərinin yaranması zamanı ingilis dilində dilin lüğət tərkibində mövcud olan leksik vahidlərə- sözlərə sözdüzəldici şəkilçilərin əlavə olunması və bunun nəticəsində inşaat məzmunlu, semantikalı yeni dil vahidinin- terminin yaranması anlaşılır.

İngilis dilində inşaat sahəsində çalışan, fəaliyyət göstərən bir çox peşə adlarını yaratmaq üçün bu dildə olan müəyyən sözlərin sonuna sözdüzəldici şəkilçi əlavə edilir. İngilis dilinin analitik- flektiv quruluşuna baxmayaraq bu dildə olan bir çox tikinti, inşaatla bağlı peşə adları german mənşəli –er, [9, 25] yaxud bu şəkilçinin başqa variantı –or məhsuldar sözdüzəldici şəkilçinin iştirakı ilə yaranır.



-er, - or məhsuldar şəkilçilərinin köməyi ilə inşaatın müxtəlif sahələrində çalışanların peşə və sənətləri ilə bağlı anlayışları ifadə edən terminlər feil köklərinə artırılaraq yaranır. Məsələn: to build (tikmək)+ er builder- bənna, inşaatçı; to construct (tikmək)- constructor (konstruktor); to lay (qoymaq, sərmək, döşəmək)- layer (bənna, düzücü); bricklayer (kərpic düzən, kərpic ustası); carpenter- dülgər, xarrat; to join (qoşulmaq, birləşdirmək)- joiner- xarrat; to plumb (su kəməri çəkmək, lehimləmək)- plumber- su kəməri işçisi; lehimçi, lehimləyici usta; to glaze (1) şüşələmək, şüşə salmaq, aynalamaq; 2) mina çəkmək, şirləmək)- glazier (şüşəsalan); to plaster (malalamaq, suvamaq, suvaqlamaq)- plasterer- suvaqçı, malaçəkən; to paint (rəngləmək)- painter (rəngsaz); to cut (kəsmək)-glass- cutter (şüşəkəsən, süşəsalan); to slate (şifer düzmək)- slater (şifer düzən); to tile (1. kafel düzmək; 2. kirəmid düzmək)- tiler (kafel ustası; kirəmid ustası); to design (layihələşdirmək; layihə şəkmək)- designer (layihə çəkən, dizayner); to drive (maşın sürmək)- driver (sürücü); to weld (qaynaq etmək)- welder (qaynaqçı); to mould (formaya, qəlibə salmaq)- moulder (tökməçi, metal tökən fəhlə); to fit (bərkitmək)- fitter (çilingər); turner (xarrat, dəzgah ustası, tokar); engraver (oymaçı); to mould (formaya, qəlibə salmaq)– moulder (tökməçi (metal tökən fəhlə, cilalayıcı)); to decorate (bəzəmək)- decorator (dekorator, bəzək verən); to survey- yoxlamaq, araşdırmaq- surveyor [səː'veɪə] -yerölçən, torpaqölçən; topoqraf və s. Qeyd etmək lazımdır ki, bu şəkilçi bir çox terminlərlə bərabər rus dili vasitəsilə Azərbaycan dilinə də keçmişdir [10, 217]: dizayner, konstruktor, dekorator və s.

- er; –or; -ar sonluqlarının vasitəsilə ingilis dilində inşaat, tikinti ilə bağlı bir sıra adlar, alət adları, yaxud da proses bildirən inşaat terminləri yaranır. Məsələn: cement mixer (sement qarışdıran); finer tool (iti alət), sewer (kanalizasiya), rafter (çəp tir), ladder (nərdivan), stringer (uzununa tir, nərdivanın yan taxtası), banister (sürahi, məhəcərə), to gird (qurşamaq, bağlamaq (kəndirlə və s.))- girder (dayaq tiri, ana tir); to fill (doldurmaq)- filler (ağızlıq); elevator (elevator, hərəkət edən lent, lift), conductor (keçirici); mortar (məhlul, qarışıq), cellar (anbar, zirzəmi); boiler (house) (qazanxana);

-cian qeyri- məhsuldar şəkilçisinin köməyi ilə ingilis dilində inşaat sahəsi ilə bağlı peşə adları yaranır: technician (texnik); electician (elektrik);

ing. Terminoloji leksikada bu şəkilçi feil köklərinə artırılaraq yeni terminlər yaradır. German mənşəli [9, 19] bu məhsuldar şəkilçisinin vasitəsi ilə ingilis dilində inşaatla bağlı əşya adları, proses bildirən terminlər, əlamət bildirən sözlər yaranır. Məsələn: drawing (cizgi, çertyoj), pumping (station) (nasos stansiyası), (central) heating (mərkəzi qızdırıcı sistem), slanting (roof)- maili dam, stone cutting (daş kəsmə), building (1. bina, 2. tikinti, inşaat), bonding (hörgü), fitting (montaj, santexnika xətləri), landing (pilləkən hissəsi, pillələr arası dönüşdə balaca meydança), covering (örtük), bearing (wall) (aparıcı, daşıyıcı divar); insulating (təcridedici); binding (yapışdırıcı, birləşdirici), curing (tədarük); molding (tökmə (beton)); flooring (parket); housing (yaşayış evlərinin tikintisi); backbreaking (yorucu, üzücü); dwelling construction (yaşayış evlərinin tikintisi); running water (axar su (mənzildə)); bending (bükük, əyri, əyrilik); panelling (panellə üzləmə), veneering (fanerləmə, üzərinə faner çəkmə), sheathing (üz vurma, üz çəkmə (taxta ilə));

en. German mənşəli [9, 24] qeyri- məhsuldar olan bu şəkilçi sifət köklərinə artırılaraq inşaatla bağlı əsasən hərəkət bildirən sözlər- feillər, bəzən əlamət bildirən vahidlər yaradır: to harden (bərkitmək), to fasten (möhkəmləndirmək); to broaden (genişləndirmək); to lengthen (uzatmaq); to sharpen (itiləmək); wood (taxta (i))- wooden (taxta (s));

ed. German mənşəli [9, 21] bu qeyri məhsuldar şəkilçi adlara əlavə olunaraq nominativ vahidlər yaradır: advanced (inkişaf etmiş, qabaqcıl), tongued (taxtaları bir- birinə bitişdirmək üçün uzununa çıxıq); grooved (taxtada- oyuq, çuxur, girinti, qazıq), reinforced concrete (dəmir beton); skilled (ixtisaslı, bacarıqlı); air- cured gas concrete (açıq havada möhkəmlənən qazbeton); roomsized (otaq ölçüsündə); processed water (təmizlənilmiş su); equipped (təchiz olunmuş); a three- roomed (flat)- üç otaqlı mənzil;

y (-ry). German mənşəli [9, 20] bu qeyri-məhsuldar şəkilçi adlara qoşularaq inşaatla bağlı ad və əlamət bildirən terminlər yaradır: masonry (daş işi, daş hörgüsü), temporary (müvəqqəti); customary (adı, vərdiş edilən),

al. Roman mənşəli [9, 22] sifət düzəldən şəkilçi adlara artırılaraq adlardan inşaat, tikinti ilə bağlı əlamət, keyfiyyət, nov bildirən terminoloji sözlər yaradır: mechanical strength- (mexaniki güc); artificial materials (süni materiallar); ornamental (dekorativ), lateral (köndələn, yandan, çəpdən gələn); conventional (standart); archtectural (memarlıq (s)); constructional (tikinti (s)); residential (yaşayış); structural material (tikinti materialə);

ment. Roman mənşəli [9, 24] bu məhsuldar şəkilçi vasitəsi ilə ingilis dilində feil köklərindən ad bildirən inşaat termləri yaranır: reinforcement (möhkəmlətmə), settlement (çökmə); arrangement (düzəltmə, yoluna qoyma); equipment (ləvazimat); fulfilment (yerinə yetirmə); basement (zirzəmi, və ya yarımzirzəmi yer); requirement (tələb); shipment (yükləmə, yüklənmə);

ness. German mənşəli [9, 19] şəkilçi vasitəsilə inşaat materiallarına xas olan keyfiyyətlərin adlarını bildirən vahidlər yaranır: lightness (yüngüllük); compactness (qalınlıq); thickness (qalınlıq); highness- hündürlük;

ic. Yunan mənşəli [9, 21] sifət düzəldən şəkilçinin köməyi ilə inşaat sahəsində əlamət, keyfiyyət, xassə bildirən terminlər təşəkkül tapır: monolithic (monolit, ayrılmaz); electrolythic (elektrolit- içindən elektrik cərəyanı keçdikdə tərkib hissələrinə ayrılan məhlul); metallic (metal); hidraulic (hidravlik); thermoplastic (termoplastik); organic (orqanik); domestic (daxili, ev) və s. Azərbaycan dilinə rus dili vasitəsilə keçən şəkilçilər arasında bu sonluğu da görmək olar [10, 218]: hidravlik, termoplastik, orqanik və s.

ture. Roman mənşəli bu şəkilçi müxtəlif növ sözlərdən adlar yaradır: mixture (qatışıq); moisture (rütubət); archtecture (memarlıq)

tion. Roman mənşəli [9, 20] bu məhsuldar şəkilçi vasitəsilə feil köklərindən adlar- nominativ mənalı terminlər yaranır: to construct (tikmək)- construction (tikinti, inşaat); elimination (kənar etmə); excavation (qazma, oyuq, çuxur); foundation (özül, təməl); partition (arakəsmə); cementation (sementləmə); lamination (qat-qat qoyma, lay-lay yığma);

ous. Roman mənşəli [9, 25] bu əlamət mənalı adlar yaradan şəkilçi vasitəsi ilə növ, keyfiyyət mənalı terminlər formalaşır: specious (geniş); tremendous (nəhəng, iri, böyük); ferrous metal (qara metal); nonferrous metal (əlvan metal); numerous (saysız- hesabsız);

- able. Roman mənşəli [9, 21] –able məhsuldar şəkilçisi vasitəsi ilə xassə, keyfiyyət mənalı terminlər əmələ gəlir: inflammable (tez alışan); durable (davamlı); portable (yığcam, bükülən, yığılan, qatlanan);

ty. Sifət köklərinə qoşularaq bu şəkilçi onlardan nominativ mənalı xassə adları yaradır: porosity (məsaməlilik), durability (davamlılıq); ability (bacarıq); velocity (sürət); property (xüsusiyyət); porosity (məsaməlilik); variety (müxtəliflik); durability (davamlılıq);


1   ...   5   6   7   8   9   10   11   12   ...   15


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə