Terminologiya məSƏLƏLƏRİ №1




Yüklə 1.54 Mb.
səhifə8/15
tarix22.02.2016
ölçüsü1.54 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   15

References
1. http://en.wikipedia.org/wiki/Meiosis_%28figure_of_speech%29

2. Adamson, Sylvia (2007). Renaissance Figures of Speech.Cambridge University Press.p. 149. ISBN 0521866405

3. Smyth, Herbert Weir (1920). GreekGrammar. Cambridge MA: Harvard University Press. p. 680. ISBN 0-674-36250-0

4. WordNet: An Electronic Lexical Database. Princeton University. Retrieved 1 July 2012

5. http://en.wikipedia.org/wiki/Litotes#CITEREFSmyth1920

6. Hollander, Lee M. (1938). "Litotes in Old Norse" 53.1. PMLA. pp. 1–33

7. Bernstein H, Bernstein C, Michod RE (2011). “Meiosis as an evolutionary adaptation for DNA repair.” In “DNA Repair”, IntechPubl (Inna Kruman, editor), Chapter 19: 357-382 DOI: 10.5772/1751 ISBN 978-953-307-697-3

8. http://www.seslisozluk.net/nedir/litote

9. http://az.wikipedia.org/wiki/Litota

10.http://www.enotes.com/homework-help/what-examples-alliterations-hyperboles-litotes-274788

11.http://www.cnrtl.fr/lexicographie/litote

12.https://ru.wikipedia.org/wiki/%D0%9B%D0%B8%D1%82%D0%BE%D1%82%D0%B0



Cavid Babayev

Meiosis anlayışının tibbi deyil, dilçilik termini

kimi spesifikası
Xülasə

Məqalədə litota və meiosis anlayışları üslubi vasitə kimi müqayisə olunur, eləcə də, onların bəzi ortaq cəhətləri vurğulanır. Araşdırmada vurğulanır ki, litota əşyanın keyfiyyətini zəiflətdiyi halda, meiosis əşyanın ölçüsünü kiçildir. Məqalədə həm litota həm də meiosisə aid misallar çəkilmişdir. Sonda nəzəri cəhətdən meiosisin litotanın qolu olmadığı müstəqil üslubi vasitə olduğu irəli sürülmüşdür.


Джавид Бабаев

Что это майосис не так как медицинский но kак лингвистический термин

Резюме

В статье сравниваются способы стиля литота и меиосисa, и так же подчёркиваются некоторые их общие свойства. В исследовании отмечаются, что меиосис уменьшает размер предмета, когда литота ослабляет его качества. В статье показаны примеры на литоты и меиозиса. В конце теоритически подтверждено, что литота самостоятельный способ стиля а не ветвь меиосиса.



Çapa tövsiyə edən: ADPU-nun İngilis dili və onun tədrisi metodikası

kafedrası
Rəyçilər: filologiya üzrə elmlər doktoru, N.Sadiqova

filologiya üzrə fəlsəfə doktoru, Ü.Hacıyeva


Ramil Bayramov

Bakı Dövlət Universiteti
AZƏRBAYCAN DİLİNDƏ LEKSİK-SEMANTİK YOLLA YARANAN PSİXOLOGİYA TERMİNLƏRİ
Açar sözlər: psixologiya terminləri, ümumişlək söz, leksik-semantik üsul, məna genişlənməsi, mənanın xüsusiləşməsi

Ключевые слова: психологические термины, общеупотребительные слова, лексико-семантический способ, расширение значения, специализация значения

Key words: psychological terms, widely used words, lexical-semantic way, broadening of meaning, specialization of meaning
Leksik-semantik yolla söz yaradıcılığı prosesini bəzi tədqiqatçılar leksik, bəziləri isə semantik üsul olaraq ayrı-ayrılıqda təqdim etmişlər. Məlumdur ki, semantika sözlərin mənasını, ümumiyyətlə, mənanı ifadə edirsə, leksika sözlərdən bəhs edir. Semantika sözsüz, söz də mənasız mövcud ola bilmədiyi üçün bu ifadənin“leksik-semantik”şəklində verilməsini daha məqsədəuyğundur.

Dilimizin lüğət fondunda mövcud olan və hamı tərəfindən anlaşılan bir sıra sözlər var ki, onlar ümumişlək sözlər olmaqla bərabər, həm də konkret bir elmi anlayışı ifadə və ya təyin edərək müəyyən elmlərə məxsus termin kimi çıxış edirlər.

S.Cəfərov söz yaradıcılığından danışarkən başqa üsullarla müqayisədə leksik-semantik üsula belə şərh verir: “Leksik yolla sözlərin əmələgəlmə prosesi morfoloji və sintaktik yolla əmələgəlmə prosesindən, əsasən, öz sadəliyi etibarilə fərqlənir. Lakin zahirən sadə görünən bu yol, həqiqətdə isə çox mürəkkəbdir. Çünki öz tarixi və mənşəyi etibarilə bu yolla əmələ gəlmiş yüzlərcə sözlər müasir ədəbi dilin tərkibində elə dəyişmiş və elə bir formaya düşmüşdür ki, onların nə zaman və necə əmələ gəldiyini müəyyənləşdirmək çox çətin olur” (5,121).

S.Sadıqova terminlərin leksik-semantik yolla yaradılmasını belə xarakterizə edir: “dilin daxilində işlənərək hər hansı bir ümumişlək anlayışı bildirən leksemin termin səciyyəsi qazanması üçün ümumilik çərçivəsindən çıxmalı, müəyyən elmi anlayışı dəqiq, konkret və birmənalı ifadə etməlidir”(11, 5).

D.S.Lotte isə yazır: “Adi söz elmi-texniki terminə çevrilərkən terminlərin müəyyən sistemində müəyyən məna kəsb edir; daha doğrusu, belə sözün əvvəl qeydə alınmış mənasına yeni bir məna əlavə olunur” (12, 38).

Göründüyü kimi, leksik-semantik yolla söz yaradıcılığı dildəki mövcud sözlərin müəyyən inkişaf prosesi keçirərək yeni məna qazanması və ya terminləşməsi kimi başa düşülür. Bu üsulun əsas mahiyyəti sözlərə yeni əlavə məzmun verilməsindən ibarətdir. Sözlərə əlavə yeni məna verilərkən sadəcə onların mövcud forması götürülür, ilkin mənasına toxunulmur, başqa sözlə sözün ilkin mənası saxlanılmaqla müvafiq terminoloji mənanın ifadəsində ondan istifadə olunur. Bu isə onu göstərir ki, bu cür termin yaradıcılığı prosesində anlayışıların zahiri oxşarlığı mühüm rol oynayır. Onu da qeyd edək ki, sözlərin bu cür semantik cəhətdən inkişaf etməsi, onlara yeni məna və məzmunların verilməsi birbaşa cəmiyyətdə baş verən sosial-iqtisadi, elmi-mədəni, ictimai-siyasi inkişafla, həmçinin elm və texnikadakı innovativ yeniliklərlə birbaşa bağlıdır.



Azərbaycan dili zəngin lüğət tərkibinə malik olan dillərdən biridir. Ancaq istənilən dildə olduğu kimi bizim də dilimizdə saysız-hesabsız hadisələri, əşyaları, yeni daxil olan anlayışları və s. adlandırmağa ehtiyac duyulduğu zaman bunları adlandırmağa dilin öz söz ehtiyatının gücü çatmır. Tədqiqatların aparılmasından sonra aydın olmuşdur ki, leksik-semantik üsul terminologiya sahəsində daim tətbiq olunan və tətbiq olunmağa ehtiyac duyulan bir üsuldur. Çünki dilin lüğət tərkibində nə qədər söz varsa onun mənasında və formasında bu və ya digər formada dəyişiklik olmuşdur və olacaqdır. Leksik-semantik üsuldan ayrı-ayrı dövrlərdə müxtəlif şəkildə istifadə olunmuşdur. Elm yeni-yeni təşəkkül etməyə başladığı andan etibarən bu üsulla termin yaradılması prosesi terminologiyanın formalaşmasında həlledici rol oynamışdır. Çünki termin yaradıcılığını sözlə anlayışın bir-birinə uyğun olması deyil, bir-birinə olan oxşarlıqlar təyin edirdi. Bu yolla termin yaradılması prosesi hər zaman aktuallığını qoruduğu kimi hal-hazırda da aktuallığını qorumaqda davam edir. Müasir dövrdə mövcud olan ədəbi dillərin terminologiyasında sözlərin semantik məna qazanaraq müəyyən bir anlayışı ifadə etməsi üsulu geniş tətbiq edilir. Bu zaman məna dəyişmələri əslində sözün, terminin mənaca inkişafına səbəb olur. Terminlərin mənasının dəyişdirilməsi isə onun məna çalarlarından birinə əsaslanaraq formalaşır. Bu məna dəyişmələri nəticəsində terminologiyada müxtəlif nitq hissələrində bir-birindən fərqli şəkildə meydana çıxır. Məna dəyişmələri daha çox fəal nitq hissələrində, daha dəqiq desək isim və sifətlərdən ibarət sözlərdə özünü göstərir. Belə ki, məna dəyişmələri daha çox termin-isim, termin-sifət olan birləşmələrdə mövcud olur. Ancaq diqqətlə nəzər yetirdiyimiz zaman aydın olur ki, terminlərə yaradıl­ma­sı­nın işlənmə tezliyi baxımından yanaşsaq leksik-semantik üsuldan morfoloji, sintaktik və kalka üsullarına nisbətən daha az istifadə olunur. Fikrimizcə, buna səbəb semantik üsulun morfoloji, sintaktik üsula nisbətən daha az istifadə olunmasıdır. Yəni Azərbaycan dili morfoloji quruluşuna əsasən iltisaqi dillər qrupuna daxil olduğu üçün bu üsul, yəni morfoloji üsul daha geniş istifadə edilmə imkanlarına sahibdir. Başqa sözlə, morfoloji üsul daha çox söz yaradıcılığına qadirdir. Digər tərəfdən terminlər, xüsusilə də alınma terminlər dildə daha çox istifadə edildiyinə, yəni başqa dillərdən həmin dildə olduğu kimi alınıb işlədilməsinə görə leksik-semantik üsulun digər üsullarla müqayisədə daha geniş şəkildə istifadə olunduğunu söyləmək də mümkündür. Buradan isə leksik-semantik üsulun önəmi bir daha diqqət önünə gəlmiş olur. Bir məsələni də qeyd edək ki, duyğu, qavrayış, sevgi və s. morfoloji cəhətdən düzəltmə olsa da, terminoloji leksikaya məna genişlənməsi yolu ilə gəldiyinə görə, onları morfoloji üsulla yanaşı, həm də leksik-semantik üsulla yaranmış terminlər hesab etmək məqsədəuyğundur. Yəni belə sözlərdə ümumi söz yaradıcılığının morfoloji prinsipini nəzərə alsaq morfoloji üsula, məna xüsusiyyətlərinə fikir yetirəndə isə leksik-semantik üsula aid etmək mümkündür.

M.Qasımov sözün leksik-semantik baxımdan inkişafı prosesində üç əsas məsələni xüsusi qeyd edir:

1) adi məişət sözlərinin terminləşməsi

2) sözlərin mənasının xüsusiləşməsi

3) yeni məcazi mənalar hesabına sözlərin mənasının genişlənməsi (6, 123)

S.Sadıqova isə leksik-semantik üsulla yaranan terminlərdə iki prosesin müşahidə olunduğunu qeyd edir:

1) ümumişlək məna daşıyan sözün məna cəhətdən genişlənib termin mənası ifadə etməsi

2) terminlərin özünün semantik cəhətdən genişlənib daha yeni elmi-texniki terminoloji məna ifadə etməsi (11, 125)

Azərbaycan dilində işlənən bir sıra psixologiya terminləri də leksik-semantik yolla yaranarkən qeyd edilən məsələlər bu və ya digər formada özünü göstərmişdir. Lakin təqdim etdiyimiz bölgülər ümumiyətlə termin yaradıcılığı prosesinə şamil edilir. Nəzərə almalıyıq ki, bu məsələlər ayrı-ayrı sahə terminologiyasında özlərini fərqli şəkildə göstərə bilirlər. Elə terminoloji sahə ola bilər ki, onlarda dialekt sözlərinin terminə çevrilməsi üstünlük təşkil etsin, bəzi sahələrdə isə bu hal heç cür özünü göstərməsin və ya əksinə. Məhz dilimizdə işlənən psixologiya terminlərinin də leksik-semantik yolla yaradılması digər sahə terminologiyalarından fərqli formada özünü göstərir. Psixologiya terminlərinin bu üsulla yaradılmasında dialekt sözlər əsasında yaranmaya rast gəlinmir. Psixologiyaya aid terminlərin leksik-semantik üsulu adi sözlərin terminləşməsi və digər sahə terminlərinin psixoloji məna kəsb etməsi prosesi müşahidə olunur. Özü də bu elm insanın ruhi aləmi ilə bağlı olduğundan buraya aid olan terminlərin yaradılmasında mücərrədlik əsas rol oynayır. Ona görə də tarixən xalqımızın dilində adi sözlər kimi işlənmiş ruhiyyatla, ümumilikdə ruhi aləmlə bağlı işlənən sözlər psixologiya elmi formalaşandan sonra bu elmdə konkret anlayışları ifadə edən terminlər kimi qəbul olunmuşdur. Burada qeyd edə bilərik ki, leksik-semantik yolla psixologiya terminləri yaradılarkən həm adi sözlər, həm də digər elm sahəsinə məxsus hər hansı bir termin psixologiya terminlərinə çevrilə bilirlər. Hər iki halda belə sözlər mənanın xüsusiləşməsi və genişlənməsi halı ilə müşayiət oluna bilər. Buna uyğun olaraq biz leksik-semantik yolla yaranan psixologiya terminlərinin semantik inkşafında iki cəhəti nəzərə almağı məqsədəuyğun hesab edirik:

1. Sözlərin mənasının xüsusiləşməsi

2. Sözlərin mənasının genişlənməsi

S.Sadıqova haqlı olaraq yazır ki, “semantik üsulla terminləşmə prosesində, dildə əvvəlcədən mövcud olan müxtəlif məzmunlu leksik vahidlərə yeni mənalar verilirsə, burada hansı məna daralmasından söhbət gedə bilər. Bu zaman termində mənanın xüsusiləşməsi təbiidir” (11, 124). Göründüyü kimi, bəzi tədqiqatçılar terminləşmədə məna daralmasını qeyd etsə də, əslində belə terminləşmə zamanı, xüsusilə də psixologiya terminologiyasında məna daralması ifadəsini işlətmək düzgün olmazdı. Mənanın xüsusiləşməsində müəyyən bir söz S.Sadıqovanın qeyd etdiyi kimi, psixologiya elminə aid olan hər hansı bir anlayışı ifadə edir, həmin söz ilkin mənasını saxlamaqla yeni bir xüsusi psixoloji məna qazanır və xüsusiləşir. Bu halda həmin söz formasını saxlamaqla, yeni yaranmış mənası ilə birlikdə əvvəlki mənasından tamamilə və yaxud qismən əlaqəsini kəsmiş olur. Məsələn, ümumişlək söz kimi işlənən çubuq sözünün mənası “Azərbaycan dilinin izahlı lüğəti”ndə 1. Elastik, yarpaqsız, nazik, düz budaq, şüy. 2. Nazik metal mil. 3. Tənbəki çəkmək üçün bir ucu ağızlıq, digər ucunda isə tənbəki tökməyə məxsus yeri olan içiboş nazik ağac parçasından ibarət cihaz; qəlyan. 4. məc. Arıq, nazik, incə (2, 500) şəklində izah olunsa da, bu sözün psixologiyadakı mənası tamamilə fərqlidir. “Çubuqlar – gözün tor qişasının mühiti sahələrində yerləşən və yüksək həssaslığa malik olan sinir uclarıdır” (8, 135). Deməli, ümum ədəbi dilə məxsus olan bir neçə anlayışı ifadə edən bu söz psixologiya sahəsinə keçib terminləşəndə onun mənası, psixoloji mənası xüsusiləşmiş olur və əvvəlki ümumişlək mənasından tamam əlaqəsini kəsir, sadəcə forma baxımından bənzərlik olur.



Məna xüsusiləşməsinə semantik quruluşundan yalnız xüsusiləşmiş terminoloji mənası mühafizə edilən, ümumişlək mənasına isə az hallarda rast gəlinən sözləri də aid etmək olar. Məsələn, öz mənşəyinə görə ərəb dilinə aid olan hafizə sözü bu tip sözlərdəndir. Bu söz mənbə dildə bir neçə məna ifadə etməsinə baxmayaraq Azərbaycan dilində xüsusilə də psixoloji terminologiyada, demək olar ki, bir mənada işlənir. Qeyd edək ki, bu söz adi danışıq dilində daha çox yaddaş sözü ilə ifadə olunduğundan məişətdə, çox az işlənir. Ona görə də hafizə terminini bu qəbildən hesab etmək olar. Fikrimizi əsaslandırmaq üçün bu sözün müvafiq olaraq “Azərbaycan dilinin izahlı lüğəti”ndə və izahlı psixoloji lüğətdəki izahlarına nəzər salaq. “Hafizə - bir şeyi zehnində, yadında saxlama və yenidən təsəvvüründə canlandırma qabiliyyəti; yaddaş” (3, 320). “Hafizə - insanın müxtəlif informasiyanı yadda saxlaması, yada salması və yenidən işləməsi prosesidir” (9, 35). Bu izahlar hafizə sözünün həm məişətdə, həm də psixologiyada məna baxımından eynilik təşkil etdiyini göstərir, bu anlayış məişətdə daha çox yaddaş, psixologiyada isə hafizə kimi səsləndirilir. Ona görə də hafizə sözünün məişətdə istifadə olunan mənası da elə yaddaş sözü ilə ifadəsini tapmış olur.

II. Terminin mənasının genişlənməsi dedikdə isə belə başa düşürük ki, məlum bir adi söz və yaxud müəyyən bir elmə məxsus olan termin ifadə etdiyi məna ilə yanaşı əlavə psixolji məna da ifadə etmiş olur. Fikrimizcə, bu zaman həmin sözlər müvafiq olaraq terminləşməklə və ya başqa elm sahəsinə məxsus bir termin ifadə etməklə öz əvvəlki mənasından tamamilə uzaqlaşmırlar. Yəni əvvəl ifadə etdiyi mənayla yanaşı, yeni əlavə məna qazanaraq genişlənir, həmçnin ilkin mənası ilə əlaqəsini bu və ya digər formada saxlamış olur. Ona görə də bəzi dilçilər bu cür genişlənməninin səbəbini çoxmənalılıqda görürlər (7). Qeyd edək ki, leksik-semantik üsulla termin yaradıcılığı prosesində mənanın genişlənməsi əsas faktorlardan biridir və deyə bilərik ki, bəlkə də birincisidir. Çünki termin yaradılmasında semantikada baş verən proseslərdən ən önəmlisi terminin mənasının genişlənməsidir. Bu üsulla elm və texnikanın bir çox sahələrində olduğu kimi, xeyli miqdarda psixologiya terminləri də yaradılmışdır. Məsələn: adət, hiss, iş, həvəs, diqqət, xəyal və s. kimi sözlər artıq psixologiya elmi inkişaf etdikdən sonra terminləşərək psixologiya terminlərinə çevrilmişdir. Adət sözü dilimizin izahlı lüğətində bu cür verilir: 1. Hər hansı bir xalqın həyatında qədimdən bəri qəbul edilmiş və kök salmış ənənə; 2. Bir adam üçün adi hal almış qayda, üsul, hərəkət tərzi (2, 47) Ancaq psixologiya elmində bu sözün tam izahı bu cür ifadə olunur: “Adət - müəyyən şəraitdə icra edilməsi insan üçün bir təlabat olan möhkəm mənimsənilmiş iş və hərəkətlər sisteminə deyilir” (8, 10). Xəyal sözünü götürək adi danışıqda hamı tərəfindən anlaşılan bu söz psixologiya termini kimi də işlənir. Bu söz izahlı lüğətdə 1. Bir şəxsin və ya şeyin insan fikrində, təsəvvüründə təcəssüm edən surət; təxəyyül. 2. Fikir, düşüncə. 3. məc. Arzu edilən, həsrəti çəkilən şey (3, 453) kimi üç mənası verilmişdir. İzahlı psixoloji lüğətdə isə “Xəyal - arzu eilən gələcəyə yönəlmiş təxəyyül surətlərinə deyilir. Həyat tələbatlarından doğan xəyal insanı fəaliyyətə təhrik edən, onu ruhlandıran, fəal, yüksək qüvvəyə, ixtiyari, şüurlu prosesə çevrilir” (8, 38). Gətirdiyimiz nümunələrdən də göründüyü kimi, bu cür sözlər ümumişlək səciyyə daşımaqla bərabər, həm də terminoloji funksiya da daşıyır. Lakin belə terminlərin ilkin mənasından tamamilə əlaqəsi kəsilməmişdir. Yəni bu sözlər terminlərə çevrildikdə özlərinin məna çalarlarından biri semantik cəhətdən inkişaf edərək psixologiyada yeni məna kəsb edir, belə ki, sözlərin əvvəl məlum olan müəyyən mənalarına daha bir məna da əlavə olunur. Buradan hətta o da aydın olur ki, sözün əsas mənası ilə terminoloji mənası üst-üstə də düşür və paralel işlənir. M.Qasımov bu məsələnin önəmini belə göstərir: “Ayrı-ayrı sözlərin əsil mənası ilə terminoloji mənasının paralel işlənilməsini Azərbaycan dilinin müasir inkişaf mərhələsində nöqsan hesab etmək olmaz. Çünki belə bir hal bu və ya digər terminin başa düşülməsi üçün çətinlik törətmir” (6, ) Bunun nəticəsidir ki, ümumişlək leksikamızda işlənən fikir, arzu, diqqət, hiss, yaş, yuxu, qorxu və s. kimi sözlər psixologiya termini kimi də asan anlaşılır.

Qeyd edək ki, adi danışıqda istifadə edilən sözlər leksik-semantik inkişaf nəticəsində psixologiya terminlərinə çevrildiyi kimi, digər elm sahələrinə məxsus olan terminlər də öz semantikasını genişləndirərək psixologiya elminin terminoloji sisteminə daxil olurlar. Bu məsələni dilçilikdə transterminləşmə kimi də adlandırırlar. İ.Qasımov yazır: “terminoloji səciyyə daşıyan ayrı-ayrı sözlər müəyyən bir terminoloji sahədən digərinə keçərək hər iki sahədə işlədilə bilir ki, bu da terminoloji qatda gedən əsas proseslərdən biri olmaqla transterminləşmə hesab edilir” (7, 143). Deməli, digər elm sahələrinə məxsus terminlər mənasını genişləndirmək yoluyla psixologiya terminləri kimi də çıxış edə bilirlər. Belə elm sahələrinə fəlsəfə, dilçilik, tibb, psixiatriya, fiziologiya və s. elmləri aid etmək olar. Nəzərə alsaq ki, psixologiya uzun müddət fəlsəfənin tərkibində mövcud olmuş və məlum vaxtdan sonra müstəqil elm kimi formalaşmağa başlamışdır onda bu məsələnin əlavə izahatına ehtiyac qalmaz. Psixologiya elmi diferensiasiya olunaraq fəlsəfədən ayrılandan sonra fəlsəfənin tərkibində mövcud olan bəzi terminlər fəlsəfə elminin müəyyən anlayışını ifadə etməklə yanaşı, ayrılıb psixologiya elminə məxsus məfhum kimi konkretləşən bir sıra anlayışları da ifadə etmiş oldular. Məsələn, idrak, təfəkkür, xarakter, şüur, təxəyyül, duyğu, düşüncə, assosiasiya, hiss, hipnozvə s. fəlsəfə terminləri həm də psixologiya terminləri kimi çıxış edirlər. Təxəyyül termininin həm fəlsəfi, həm də psixoloji anlamlarına fikir verək. Fəlsəfədə: “bir obyekti, o obyekt qarşımızda olmadan proqramlaşdırmaq bacarığı. Gerçəklikdən alınmış təəssüratların yenidən dəyişdirilməsi əsasında insan şüurunda yeni hissi və ya fikri obrazlar yaratmaq qabiliyyəti” (10, 192). Psixologiyada isə “təxəyyül – keçmiş qavrayış materialları əsasında yeni surətlərin yaradılmasından ibarət psixi prosesdir” (8, 116) kimi izah olunmşdur. Göründüyü kimi, təxəyyül ifadəsi psixologiya anlayışını ifadə edərkən özünün əvvəlki fəlsəfi mənasından tamamilə ayrılmamışdır. Psixologiya elminin dilçiliklə də ortaq terminləri mövcuddur. Məs. nitq, təfəkkür, assimilyasiya, sintez, analiz, hökm və s. terminlər hər iki elmdə işlənir. Psixologiya terminologiyasında digər elm sahələri ilə də ortaq terminlər işlənir.

Bütün bu deyilənlər bizə aşağıdakı nəticələrə gəlmək imkanı verir:

1. Termin yaradıcılığında digər yollarla yanaşı, leksik-semantik yolun da mühüm rolu vardır.



2. Sözlər və ya terminlər mənalarını genişləndirərək psixologiya elminin materialı olduğu zaman onlar arasında məna əlaqələri tam kəsilmir.
Ədəbiyyat

  1. Adilov Vahid. Termin və umumişlək söz. //Terminologiya məsələri. Bakı, “Elm”, 1990, 92 s. səh. 10-14

  2. Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2006, 744 səh.

  3. Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. II cild. Bakı, “Şərq-Qərb”, 2006, 792 səh.

  4. Bəşirova A. Məişət sözlərinin elmi-texniki terminlərə çevrilməsi. Terminologiya məsələləri, Bakı, “Elm”, 1987, səh: 58-62

  5. Cəfərov S., Müasir Azərbaycan dili. II hissə. Leksika. Bakı, “Şərq-Qərb”, 2007, 192 səh.

  6. Qasımov M.Ş., Azərbaycan dili terminologiyasının əsasları. Bakı, “Elm” nəşriyyatı, 1973, 186 səh.

  7. Qasımov İ., Azərbaycan terminologiyası. Bakı, “Mütərcim”, 2007, 264 səh.

  8. Məhərrəmov M.C. İzahlı psixoloji lüğət. (II nəşr). Bakı, Azərnəşr, 1999, 149 s.

  9. Məmmədov İ. İzahlı psixoloji lüğət. Bakı, “Təhsil”, 2002, 76 s.

  10. Nəzərova A.H. Fəlsəfə terminlərinin izahlı lüğəti. Bakı, “Elm və təhsil”, 2014, 224 s.

  11. Sadıqova S.A., Azərbaycan dilinin terminologiyası. Bakı, “Elm”, 2011, 380 səh.

  12. Лотте Д. Основы построения научно-технической терминологии. изд-во АН СССР, М., 1961, 158 с.


Рамиль Байрамов
Психологические термины, образованные лексико-семантическим способом, в азербайджанском языке
РЕЗЮМЕ
В статье исследуются психологические термины, образованные лексико-семантическим способом, в азербайджанском языке. Отмечается, что данный способ занимает особое место среди других способов терминообразования в азербайджанском языке. Дается классификация психологических терминов, образованных лексико-семантическим способом; каждая группа анализируется на основе конкретных примеров. Определяются также границы между общеупотребительными словами и терминами.

Ramil Bayramov
Psychological terms formed by the lexical-semantic way in the Azerbaijani language
SUMMARY
The article deals with the psychological terms formed by the lexical-semantic way in the Azerbaijani language. It is emphasized that this way takes an important place among the other ways of the term–formation in the Azerbaijani language. In the article is also given the classification of the psychological terms formed by the lexical-semantic way; each group is analysed on the basis of the concrete examples. The boundary between widely used words and term is determined.

Çapa tövsiyə edir: Bakı Dövlət Universiteti

“Azərbaycan dili və ədəbiyyatı” kafedrası
Rəyçilər: filologiya üzrə elmlər doktoru, professor H.Əsgərov

filologiya üzrə elmlər doktoru, professor Q.Məşədiyev



Xədicə Heydərova

AMEA Nəsimi adına Dilçilik İnstitutu

MİLLİ TERMİNLƏRİN YARANMA ÜSULLARININ LEKSİKOQRAFİK TƏSVİRİ
Açar sözlər: semantik üsul, morfoloji üsul, sintaktik üsul, kalka üsulu, abreviatura, lüğət məqaləsi.

Ключевые слова: семантический способ, морфологический способ, синтаксический способ, аббревиатура, словарная статья.

Key words: semanticway, morphologicalway, syntacticway, abbreviation, entry.
Termin hansısa elm və ya peşə-sənət sahələrinə aid məfhumları ifadə etməklə müəyyən terminlər sisteminin bir elementi kimi təzahür edir. Bir sistem daxilində o, birmənalıdır, heç bir ekspressiya ifadə etmir. Lakin bu heç də onun bütünlüklə üslubi cəhətdən neytrallığına dəlalət etmir. Hər bir leksik vahid kimi termin də üslubi rəngə (elmi üslub) malikdir və müvafiq lüğətlərdə üslub işarəsi ilə qeyd edilir. Bütün terminlərin siqnifikativ və denotativ (məfhum və “əşya”) mənalarından başqa, eyni zamanda konnotasiyası – müəyyən semantik təbəqələşməsi müşahidə olunur. Məsələn, botanika terminlərindən – dəvəqıran (karvanqıran), dilqanadan, dişqurtduyan, dombalankök; kimya terminlərindən – nəcib qazlar, nəcib metallar, aktiv metal, doymamış karbohidrogenlər və s.

Alınma terminlərin heç bir ekspressiv-emosional rəngi olmadığı halda, "ana dilinin lüğət tərkibi əsasında yaradılmış terminlərdə emosionallıq və ekspressivlik müəyyən dərəcədə muhafizə olunur. Bu, əsasən ictimai elmlərin terminologiyasına aiddir" [3, s.19].

V.N.Proxorova bildirir ki, ədəbi dildə bu tip sözlərin işlənməsi onun üslubi cəhətdən danışıq leksikasına aidliyini və ya loru dil üslubunda olduğunu göstərir. Sözlərin ekspressivliyi və emosionallığı məhz danışıq leksikasına xas xüsusiyyətdir və bu leksika ekspressiyanın konnotasiyası ilə assosasiya yaradır. Nəticə etibarı ilə terminlərin ekspressivliyinin konnotasiyasına gətirib çıxarır. Dialekt, loru dil, jarqon sözlərin terminlərdə işlənməsi adiliyin pozulması, dil elementlərinin ekspressivliyini müəyyənləşdirən qeyri-adiliklə əlaqədardır [4, s. 19].

Ümumiyyətlə, Azərbaycan filoloji lüğətlərində terminləri tədqiq edərkən, milli terminlərin əsasən dialekt və şivələr hesabına qismən isə sintaktik üsulla yaradıldığı müşahidə olunur. Bundan başqa, bu lüğətlərdə əsasən botanika və zoologiya terminlərinin verildiyinin şahidi olduq. Bu leksik vahidlər böyük əksəriyyətlə ana dilinin lüğət tərkibi əsasında yaradılmış terminlərdir. Məsələn, “Azərbaycan dilinin izahlı lüğəti”ndə verilmiş botanika və zoologiya terminlərindən aşağıdakıları misal gətirmək olar [1]:


1   ...   4   5   6   7   8   9   10   11   ...   15


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə