Terminologiya məSƏLƏLƏRİ №1




Yüklə 1.54 Mb.
səhifə4/15
tarix22.02.2016
ölçüsü1.54 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   15

Azərbaycan dili fonemlərinin səciyyəvi fono-akustik, anatomik-fizioloji əlamətləri əsasında tərtib olunmuş cədvəl :


S/

Fonem­lər

Sait/

Samit

Uzunluq

Ton

Mövqe

Dodaq-lanma

Samit tipi

Arti-kulyasiya

Tələffüz

1

a

+

S

3

3

-

0

0

0

2

a:

+

1

3

3

-

0

0

0

3

ə (aa)

+

S

3

1

-

0

0

0

4

ə: (aa)

+

1

3

1

-

0

0

0

5

e

+

S

2

1

-

0

0

0

6

e:

+

1

2

1

-

0

0

0

7

ı (ii)

+

S

1

3

-

0

0

0

8

i

+

S

2

1

-

0

0

0

9

i:

+

1

2

1

-

0

0

0

10

o

+

S

2

3

+

0

0

0

11

o:

+

1

2

3

+

0

0

0

12

ou

+

D

2

3

+

0

0

0

13

ö (oo)

+

S

2

1

+

0

0

0

14

ö: (oo)

+

1

2

1

+

0

0

0

15

öü(oouu)

+

D

2

1

+

0

0

0

16

u

+

S

2

3

+

0

0

0

17

u:

+

1

2

3

+

0

0

0

18

ü (uu)

+

S

2

1

+

0

0

0

19

h(he)

-

0

0

0

0

f

g

-

20

q(qe)

-

0

0

0

0

s

v

+

21

x(xe)

-

0

0

0

0

f

v

-

22

ğ(ğe)-(qq)

-

0

0

0

0

f

v

+

23

k(ke)

-

0

0

0

0

s

p

-

24

k(ka)

-

0

0

0

0

s

v

-

25

g(ge)

-

0

0

0

0

s

p

+

26

y(ye)

-

0

0

0

0

f

p

+

17

t(te)

-

0

0

0

0

s

a

-

28

d(de)

-

0

0

0

0

s

a

+

29

s(se)

-

0

0

0

0

f

a

-

30

z(ze)

-

0

0

0

0

f

a

+

31

ş(şe)

-

0

0

0

0

f

p

-

32

j(je)

-

0

0

0

0

f

p

+

33

ç(çe)

-

0

0

0

0

a

p

-

34

c(ce)

-

0

0

0

0

a

p

+

35

n(en)

-

0

0

0

0

n

a

+

36

l(el)

-

0

0

0

0

l

a

+

37

m(e)

-

0

0

0

0

n

l

+

38

r(er)

-

0

0

0

0

r

a

+

39

f(fe)

-

0

0

0

0

f

d

-

40

v(ve)

-

0

0

0

0

f

d

+

41

p(pe)

-

0

0

0

0

s

1

-

42

b(be)

-

0

0

0

0

s

1

+



Cədvəl beynəlxalq sistemdə qəbul olunmuş 8 ən mühüm fono-akustik və anatomik-fizioloji əlamət əsasında tərtib olunmuşdur.
Ədəbiyyat


  1. A.A.Kibrik, E.R.Tenishev, E.A.Poceluevskij, and I.V.Kormushin. 1997 Jazyki mira: Tjurkskie jazyki [Languages of the world: Turkic lan­guages]. Moscow: Indrik. 542 p.

  2. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublika­sının Qanunu (http:// files.preslib. az/projects/ remz/pdf/ atr_dil.pdf).

  3. Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (http://president.az/articles/4934).

  4. Fatullayev R, Abbasov A, Fatullayev A. 2008c. Dil­manc is the 1st MT system for Azerbaijani. In: Proc. of SLTC-08, Stockholm, Sweden, pp.63-64.

  5. Abbasov A, Fatullayev A. 2007. The use of syntac­tic and semantic valences of the verb for for­mal delimitation of verb word phrases. In: Proc. of L&TC’07, Poznan, Poland, pp. 468-472.

  6. Fatullayev R, Abbasov A, Fatullayev A. 2008a. Set of active suffix chains and its role in development of MT system for Azerbaycani. In: Proc. of IMCSIT-08, Wisla, Poland, pp.363-368

  7. Fatullayev R, Abbasov A, Fatullayev A. 2008b. Pecu­liarities of the development of the dictionary for the MT System from Azerbaijani. In: Proc. of EAMT-08, Hamburg, Germany, pp.35-40

  8. Axundov A. Azərbaycan dilinin fonemlər sistemi (Fizioloji, akustik, statistik, fonoloji tədqiqat təcrübəsi). Bakı, “Maarif”, 1973. -304 s.

  9. Azərbaycan dilinin orfoqrafiya lüğəti. 6-cı nəşr. Bakı, “Şərq-Qərb” Nəşriyyat evi, 2013.-840 s.

  10. Mahmudov M. Kompüter dilçiliyi. Bakı,” Elm və təhsil”, 2013.-356 s.

  11. Müasir Azərbaycan dili. I cild. Fonetika, əlifba, orfoq­ra­fi­ya, orfoepiya, leksikologiya. Bakı, “Elm”, 1978.-322 s.




А.Фатуллаев, М.Махмудов, Р.Мамедов,

Р.Фатуллаев, Т.Мамедов, С.Аббасов
Система озвучивания текста и фоно-акустический

блок фонем азербайджанского языка

Резюме
В статье впервые анализируются акустические и анатомо-физиологические особенности фонем азербайджанского языка в связи с созданием компьютерной программы (TTS-Text-To-Speech) озвучивания текста человеческим голосом. На основе этого подготовлена уникальная таблица. Эта таблица и полученные результаты используются для создания и усовершенст­во­ва­ния и создания системы озвучивания текстов в азербайджанском языке.

Работа осуществлена при финансовой поддержке Фонда Развития Науки при Президенте Азербайджанской Республики.



A.Fatullaev, M.Mahmudov, R.Mamedov,

R.Fatullaev, T.Mamedov, S.Abbasov
The system of voicing of the text and phone-acoustic block

of the phonemes of the Azerbaijani language

Summary

In the article for the first time has been investigated the computer programmei (TTS-Text-To-Speech) of voicing by humans of texts and in connection with it acoustic and anatomical-physiological peculiarities have been determined and on this base a unic table has been prepared. On the basis of this table and the results it will be possible to voice the texts of Azerbaijani language and provide a formation and further development of this sphere.

This work has been realized by the Fund of Scientific development with the finance suppat of the President of the Azerbaijan Republic.


Çapa tövsiyə edən: Azərbaycan Respublikası Rabitə vəYüksək

Texnologiyaları Nazirliyi
Rəyçilər: filologiya elmləri doktoru K.Vəliyeva

filologiya elmləri doktoru C.İsmayılov

İlhamə Hacıyeva

Bakı Dövlət Universiteti, professor
I ÜMUMİTTİFAQ TÜRKOLOJİ QURULTAYINDA

TERMİNOLOGİYAYA DİQQƏT
Açar sözlər: arxaizm, termin, terminologiya, siyasi cərəyanlar, qurultay, ədəbi dil, norma, termin bazası, alınma sözlər, əvəzlənmələr.

Ключевые слова: архаизм, термин, терминология, литературный язык, норма, терминологический база, замена, заимствованные слова

Key words: archaic, term, terminology, literary language, norm, terminology database, exchange, loan words.
Dilimizin qrammatikasına dair ən çox tədqiq olunmuş sahələrdən biri də terminologiyadır. İstər qrammatik, istərsə də leksiko­qrafik baxımdan ən çox araşdırılan, or­taq türk ədəbi dili üçün ümumi terminoloji bazaların yaranmasında terminoloji tədqiqatların xüsusi rolu var. Tarixilik baxımından araşdırılan əsərlərə nəzər yetirdikdə ümumtürk arealının ümumi termin bazasının olduğunun şahidi oluruq. Bu baxımdan, sözlük cəhətdən prof. Abdulkadır Donukun, terminlərin ya­ranma və mənbələrinin araşdırılması baxımından isə mərhum prof. M.Qasımovun və S.Sadıqovanın əsərləri diqqət çəkəndir [1.1-109; 5, 20-153]. Doğrudur, türk alimi A.Donuk yalnız titul, vəzifə və hərbi rütbə bildirən terminlərin izahını şərh edir. Buna baxmayaraq, digər sahələr üzrə də ümumtürk ter­minlərimizin və bu sahədəki araşdırmaların üzərində dayanmaq mümkündür. Lakin yalnız onu deyə bilərik ki, əlifba və imla məsələlərində olduğu kimi, terminologiya sahəsində də, daha doğrusu, onları düzgün işlətməklə bağlı ilk fikri, mütəfəkkir M.F.Axundzadə söyləmişdir.

Dilimizdə terminlərdən bəhs edənlər A.Bakıxanov, ya da M.F.Axundovun əsərlərindən örnək göstərməklə bu sahədəki tədqiqləri hələ keçən əsrin ortalarına aid edirlər. Doğrudur, hələ keçən əsrdən, xüsusilə də M.F.Axundzadə və H.Zərdabi bu işlə məşğul olmağa başlasalar da, ter­minlər məsələsi ilə ciddi və elmi təşkilati şəkildə XX əsrin əvvəllərində məşğul olmuşlar. XX əsrin əvvəllərindən, xüsusilə, 1905-ci ildən sonra Azər­baycanda mətbu əsərlərin artması istər-istəməz ictimai-siyasi terminologiy­a­mızın formalaşmasına gətirib çıxarırdı. Doğrudur, bu dövrdə siyasi və ədəbi cərəyanlar öz amallarına uyğun da termin yaradır və ya mənimsəyir­dilər. Buna baxmayaraq, Azərbaycan dilinin lüğət tərkibində termin qatı, terminoloji vahidlər layı yaranırdı. Milli-türk, rus-Avropa və ərəb-fars qolla­rına ayrılan ədəbi və siyasi cərəyanlar bir-birinə qarşı da ciddi mübarizə aparırdılar [4, 107-108]. Tarixilik baxımından ictimai-siyasi terminolog­iyanın yaranması, tarixi qaynaqları, mənbəyi və s. kimi məsələlər tədqiqatçı-alim İlhamə Mirtalıblı tərəfindən hərtərəfli işıqlandırılmışdır [6, 16-56]. Terminlərlə bağlı utilitarizmə qədəm basdığımız son 15-20 ildə bu sahədə xeyli dəyişikliklər, irəliləyişlər olmuşdur. Dilçi-alim Sayalı Sadıqova I Türkoloji qurultayla bağlı yazısında qeyd edir ki, XX əsrin 20-ci illərindən Azərbaycanda elm və mədəniyyətin inkişafı, ibtidai və orta təhsil müəssisələrinin yaranması, elmi-tədqiqat müəssisələrinin təşkili elmi terminologiyanın sistemli inkişafına zərurət yaratdı. Zamanın tələbinə uyğun bütün elm sahələrinə aid terminlər yaradılmalı, sürətlə inkişaf edən elmin tələblərinə cavab verməli idi. Terminologiya məsələsi ilə dövlət idarələri və elmi-tədqiqat müəssisələri məşğul olmasına baxmayaraq, terminlərin yaradılması prinsipləri müəyyənləşdiri­l­mə­miş­dir. Ona görə də lüğətlərdə Azərbaycan sözləri adı ilə təqdim edilən terminlər, əslində, Azərbaycan dilinə yabançı idi… Bu problemin həllində 1926-cı ildə Bakıda I Ümumittifaq Türkolji Qurultayın rolu böyükdür [8, 117].

Beləliklə, tarixdən, dilçi-alimlərin yazılarından görün­düyü kimi, terminlərlə bağlı respublikada gedən proseslər də maneəsiz ötüşmə­mişdir. XX əsrin əvvəlləri dildə yaranan cərəyanlar, müxtəlif mətbu orqanla­rın bu sahədəki çalışmaları buna əyani sübutdur. Azərbaycan Xalq Cümhu­riyyəti dövründə isə parlament səviyyəsində bəzən bir termin üzərində xüsusi mülahizələr olmuşdur. Məsələn, parlamentin 18 fevral 1919-cu il on beşinci iclasında «xassə qoruyu» yoxsa «qoruqçu bölüyü» ifadələri müzakirə mövzusuna çevrilir. Bu da həmin dövrdə istilahlara xüsusi diqqət yetirildiyindən xəbər verir. Bu kimi hallara parlamentin bir çox iclaslarında rast gəlmək olur [2, 270-271]. Deməli, terminlərlə xüsusi qərar, iclas və sərəncam verilməsi üçün ictimai şərait yaranmışdı ki, bu proses də 1920-ci il inqilabı çevrilişindən sonra qlobal şəkildə I Türko­loji qurultayda müzakirə olundu. Buna qədər isə bircə dəfə 29 aprel 1925-ci ildə SSRİ millətlər sovetində, SSRİ hərbi işlər üzrə hərbi komissarlıq, hərbi təhsil ocaqları idarəsi və siyasi katiblik 159611 nömrəli məktub gön­dərmişdir. Məktubda deyilir: «Ana dilində hərbi terminologiya olmadığından türk xalqları üçün hərbi əməliyyatlarda, qızıl ordunun təhsilində ləngimələr yaranır. Bu hal milli komandir tərkibinin yaradılmasına çətinlik yaradır. Bununla bağlı türk dilində hərbi terminologiyanın yaranması hərbi-tədris işlərimiz üçün ən aktual olub öz həllini gözləyir. Biz müxtəlif ləhcələrdə danışan türkdilli xalqlar üçün vahid hərbi terminologiya hazırlamalıyıq ki, burada iki əsas xətti gözləməliyik: a) müxtəlif türk ləhcələrinin sözlərinin vahid kökü olduğundan bütün türk dilləri üçün əlverişli termin tapmaq çə­tin deyil; b) türk dillərində hərbi terminologiya tərtib edilməlidir. Ümumtürk və milli terminologiya arasında böyük fərq olmayacaq, lakin hərbi terminologi­yanın hazırlanması, ümumiləşdirilməsi gücümüzə və vəsai­timizə qənaət olunardı; c) türk xalqlarının komandir tərkibinin fəaliyyətlə­rini genişləndirərdi. Əgər komandir tərkibində müxtəlifdillilik yaranarsa, onun müəyyən hissəsi kiçik milli tərkibdə bu hərbi terminologiyadan isti­fadə edər. Hərbi terminologiyanın hazırlanması bir xalqın nümayəndəsi­nin digər xalqın komandir tərkibinin daxilində qulluq etmək imkanı yara­dacaqdır» [3, 107]. Deqtyarev və İrtyuqanın imzaladığı və SSRİ Na­zirlər Kabinetinə ünvanlanan məktubdan anlaşılır ki, artıq yerlərdəki bütün səlahiyyət mərkəzi Moskvanın əlindədir. Deməli, bu sahədə əla­hiddə söz sahibi imperiyadır. I Türkoloji qurultayda terminologiya sahə­sində elə bir iş görülməmişdir.

Türkoloji qurultayın səkkizinci iclası mart ayının 2-də termi­nologiya ilə bağlı məruzələrin müzakirəsinə həsr edilmişdir.



Mart ayının 2-də doqquzuncu iclas da keçirilmiş­dir. Doqqu­zuncu iclasda terminologiya ilə bağlı məruzə­lərin müzaki­rəsi başlamış, Azərbaycan Həmkarlar İttifa­qının nümayəndəsinin təbriki və N.F.Yakovlevin “türk millətlərində əlifba məsələsinin ictimai, mədəni şərtləri və yazı probleminin qaydaya salınması” adlı məruzəsi ilə davam etdirilmişdir. Daha sonra martın 3-də onuncu iclas fəaliyyətə başlamışdır. Onuncu iclasda əlifba ilə bağlı aşağıdakı məruzələr dinlənilmişdir.

Yuxarıda qeyd etdiyimiz kimi Qurultayın 8-ci iclasında S.Ağamalıoğlunun sədrliyi ilə milliyətcə eston olan ədəbiyyatçı-tarixçi Artur Rudolf(iç) Zifeld Si­mumyaqi “Türk dillərində elmi terminologiyanın formalaşmasının prinsip­ləri” adlı məruzə ilə çıxış etmişdir. O, öz çıxışında əvvəlcə irq və dil məsələlərinin aydınlaşdırılmasına toxunur. Alim Darvinin təkamül nəzəriyyəsini dilə tətbiq edərək, dilin də təkamül yolu ilə inkişafına tərəfdar çıxmışdır. Lakin onu da əlavə etmişdir ki, oktyabr inqilabından sonra bizim gözləməyə haqqımız və vaxtımız yoxdur. Məhsuldar qüvvələrin gurultulu inkişaf dövründə biz tə­kamül nəzəriyyəsinə bağlana bilmərik. Burada inqilabın yeri var. Demokrat-xalqçılar terminləri öz dillərində axtarırlar. Əgər orada həmin sözlər olmasa rus dilində olduğu kimi (пара­воз, усовершенствование, развития, самолет və s.) ana dilinin söz köklərin­dən düzəltmək lazımdır. Biz xalq dilindən istifadə edərək anatomiya və tibbə dair terminləri hazır şəkildə qəssabların, baxıcıların dilindən, aqronomluq və botanikaya dair bağçıların, əkinçilərin dilindən, zoologiyaya dair ovçu və balıqçıların dilindən mənimsəyə bilərik. Əgər mürəkkəb sözləri ifadə etmək üçün termin yoxdursa, ədəbi dilin kütləviliyini qorumaq məqsədilə anadilli sözlərdən yeni söz düzəltməklə buna nail olmaq olar. Ərəbşünasların təklif etdikləri yerbil şəklində yox, yer-bilik («yerşünaslıq»-coğrafiyaya dair), yıl­dız-bilik (astoronomiya), su-bilik (hidrologiya), daş-bilik (petroqrafiya) və s. kimi yeni mürəkkəb termin yaratmalıyıq» [9, 185-189]. Sonra alim alınma termin məsələ­sinə toxunur. Birinci mənbə kimi qonşu türk dillərinin sözlərini, ikinci mənbə kimi Qərbi-Avropa və rus dillərindən söz almağın mümkünlüyünü irəli sürür. Bir şərtlə ki, söz əvvəlində dif­tonq olmasın və bütün alınmalar ahəng qanununa tabe etdirilsin: “Azərbaycan ziyalıları arasında belə bir mübahisə mövcuddur ki, mürəkkəb qısalt­malardan:-“komandarm”, “ispol­kom”, “NEP”, “VES” və s. istifadə olunmalıdırmı? Bizim fikrimizcə, la­zımdır, çünki o tipli sözlər az vaxtda böyük məna ifadə edir. Mən ərəb və fars sözlərinə qarşıyam. Məncə, dildə yalnız dini terminləri saxlamaq lazım­dır, əgər ana dilin bu sahədə tükənibsə, nadir hallarda, söz alımından isti­fadə etmək olar» [9, 183-189]. A.Zifeldin ardınca prof. Bəkir Çobanzadə «Elmi terminologiyanın əsasları barədə» məruzəsi ilə çıxış etdi. Alim rusca məruzə edərək çıxışını türk dilinə, nisbətən qısa formada tərcümə edir. B.Çobanzadə qeyd edir ki, “Avropa xalqları elmi terminologiyalarını artıq işləyib hazırlamışlar. Belə ki, Avropada təhsil alan türk həkimi fransız və ingilis həkimlərinin yazdıqlarını anlayacaq. Eyni fikri digər elm sahələri ba­rədə də demək olar. Bu ondan irəli gəlir ki, onların latın əsaslı elmi termin­lər sistemi mövcuddur. Mənim fikrimcə, əlifba sistemində olduğu kimi, elmi terminologiyada da bir söz bir məna bildirməlidir. Buna baxmayaraq, birpilləli məktəblərdə yerli ifadələrə, sözlərə üstünlük verilməlidir. Yəni, coğra­fiya, riyaziyyat və s. dərslərində öz terminlərimizdən istifadə etməliyik. Bu, Rusiyada da belədir. Bunu İbrahimov Qazanda, Baytursun Qazaxıstanda, Odabaş isə Krımda tətbiq etmişlər. İkinci pillədə isə Avropa mənşəli ter­minlərə keçmək lazımdır. Təklif edirəm türk dilləri qrup halında birləşərək terminologiya sistemlərini yaratsınlar. Məsələn, başqırd, qazax və özbək dialektləri, Azərbaycan və Osmanlı terminologiyası birlikdə götürülməlidir. Ümumiyyətlə isə türk xalqları birlikdə elmi termi­nologiyanı hazırlamalıdırlar. Bunun üçün biz 3 mənbəni- fars-ərəb, ümumtürk və Avropa sözlərini əsas götürməliyik. Avropa mənşəli söz­lərlə bağlı deməliyik ki, hamı bir mənbəyə əsaslanmalıdır. Əgər biz yunan əsilli sözləri qəbul ediriksə, onda bütün türk xalqları bu sözləri qəbul etməli­dirlər. Bu barədə həmməruzəçim H.Zeynallı danışacağından mən fikirlərimi tamamlamaq istəyirəm. Beləliklə, təklifim iki maddədən ibarət olacaq: 1. İn­zibati orqan və ya Xalq Maarif Komissarlığının nəzdində ümümtürk elmi tərcümə bürosu yaradılsın; 2. Həmin idarə yerlərdəki işləri nizamlayaraq terminoloji plan və məsələləri razılaşdırılmış şəkildə ortaya çıxarılmasına nəzarət etsin». Prof. Bəkir Çobanzadədən sonra onun həmməruzəçisi Hənəfi Zeynallı çıxış edir. O, «Türk dillərinin elmi terminologiyasının sistemi barədə» mövzusunda çıxışında əvvəlcə tarixi arayış verir: «1927-ci ilə qədər türk dillərinin nizamlı elmi terminologiyası olmamışdır. Hər müəllif özünə uyğun variant seçib, terminləri müxtəlif şəkildə işlədir və yazırdı. Məsələn, «əmək» sözü 5 şəkildə işlədilirdi. Həyatımızın iqtisadi-so­sial tələbi ilə biz bir formada terminologiya yaratmalıyıq. İkincisi, türk-ta­tar dilinin vahid təsnifatı olmadığından sabit terminologiya da yaratmaq olmur. Onunçun ilk əvvəl türk ləhcələrinin dəqiq təsnifatı qurulmalıdır. Üçüncü, bizim rəhbər tutacağımız prinsipləri sadalayacağam:

1. Eyni siyasi, sosial və iqtisadi məziyyətlərə malik olan türk dilləri üçün termin və mənbələr təxminən eyni olmalıdır.



2. Yeni terminlər yaranmadan köhnə ərəb-fars terminlərini atmamalı, xalq tərəfindən anlaşılanları isə saxlamalı.

Texnika və iqtisadiyyatda baş verən ümumdünya mədəniyyətinin gec-tez Şərqə sirayət edəcəyini nəzərə alıb motor, dinamo, sosializm, trest, sin­dikat kimi sözlərin öz sözlərimizlə əvəzlənməsi düzgün deyil. Yaxşı olardı ki, biz iqtisadi-təssərrüfat terminlərini İngiltərədən, hüquqa dair Fransa­dan, fəlsəfə terminlərini Almaniyadan və s. mənimsəyək. Mənimsəmə isə iki yolla olur: a) olduğu kimi (məsələn, metan, etan, fenol, asetil, ixtiozavr, brontozavr, bazofil, eyzonofill və s.), b) alınan dilin qayda qanunlarına tabe etdirilir və ya tərcümə olunur. Ərəb və fars mənşəli terminlərə isə qayıtmaq yaramaz. Azərbaycan hərfi tərcümədən qaçır, çünki bu anlaşılmaz sözlər yaradır. Hərfi tərcümə yalnız istisna hallarda ola bilər» [9, 189-190]. Qeyd edim ki, 1950-ci illərə qədər olan bir çox ədəbiyyatda kalka əvəzinə hərfi tərcümə kəlamı işlədilmişdir. Bu qurultay materiallarında da fiksə olunmuşdur. H.Zeynallı dördüncü maddə və ya hissədə elmi dilin sərhəddinin təyin olunmasının vacibliyindən bəhs edir. Beşinci bölmədə H.Zeynallı alınma terminlərin quruluşundan (konstruksiyasından) söz açır. O qeyd edir ki, «xarici dillərdən söz alarkən yalnız kök şəklində qəbul etmək lazımdır. Həmin alınmalar dilimi­zin artikulyasiyasına, qayda-qanunlarına tabe etdirilməlidir». Daha sonra H.Zeynallı beşinci bölmədə dediklərini əsaslandırmağa çalışır, dilimizin xüsusiyyətlərindən danışır. Altıncı bənddə (hissədə) qısaltma sözlərdən da­nışan məruzəçi qeyd edir ki, terminologiyanın maraqlı məsələlərindən biri də sözlərdəki ixtisar və ya bir neçə sözün bir sözlə ifadə olunmasıdır. Bu barədə mütləq danışılmalıdır, çünki kombinə olunmuş sözlər istər-istəməz termin olur. Məsələn, İcrakom (İspalkom), AzMİK (АзЦИК), Azərittifaq (Азсоюз), Azərbalıq (Azrıba), Azərneft (Азнефть), İŞCİ (SSSR). Bizim fikrimizcə, heç kim bu tipli terminləri təkcə yaratmamalıdır. Bütün bunlar komissiyaların işidir. Ən yaxşısı isə belə qısaltmalardan uzaq olmaqdır. Yeddinci hissədə isə H.Zeynallı hər bənddə dediyi fikirləri la­konik şəkildə nəticə kimi səsləndirir [9, 191-199]. Sonra məruzə ətrafında çı­xışlar olur. Krım tatarı H.Odabaş «Türk dillərində terminologiya» adlı məruzəsini tezis şəklində qurmuşdur. On beş maddəlik tezislərdə çıxışçı əsasən dövrün tələbindən fikir söyləyir. Dillərin daxili qayda-qanunlarına riayət olunmaqla daxili leksik materiallara nəzər salınmasını qeyd edərək H.Odabaş arxaizmləri və yeni sözyaratmanı önə çəkir. İstər köhnə, istərsə də yeni məna qazanmış arxaizmləri, öz sözlərimizlə düzələn mürəkkəb sözləri alqışlayır. Zəruri hallarda alınmalara qatılmağı məsləhət görür. Şübhəsiz, bu dövrdə purizm cərəyanı da qaçılmazdır. Bununla belə həmin cərəyanın da dildə müsbət rolu ola bilər. H.Odabaş –izm, -logiya(loji), -asiya(asion), -ist kimi alınma şəkilçilərin də işlənməsini türk dillərində ol­madığından məqbul sayır. H.Odabaş çıxışı ilə B.Çoban­zadə və H.Zeynallını dəstəklədiyini bildirir. Onun çıxışı türk dillərini, ayrı-ayrı dil qruplarını əhatə etdiyindən burada mübahisəli məsələlər də yer almışdır. Məsələn, alim qeyd edir ki, ərəb dilindən alınmış sözlərə elə ərəb şəkilçilə­rini də qoşub işlətmək olar və s. Qazax nümayəndəsi Ə.Baytursun termi­nologiyalarını necə qurmalarından, Qazaxıstanda bu prosesə münasibət­dən danışır. Tezis şəklində fikirlərini çatdıran natiq inkişafı mədəniyyətdə görür. Hər şeyin mədəniyyətlə ölçülüb-biçildiyini qeyd edir. O, İslam di­ninə qarşı çıxaraq geriliyin səbəbini dində görür. «Doğrudur, 1905-ci ilə­dək qazax dilində yazmaq bizə qadağan edilmişsə də, hazırda böyük irəli­ləyişlərimiz var», -deyə Baytursun çıxışına davam edir: «Bu səbəbdən də digər türk xalqları bizdən nümunə götürə bilər. Ümumişlək beynəlxalq termin­ləri isə dilimizin qayda-qanunlarına tabe etdirərək mənimsəyirik. Natiq qırğız dilindən başqa digər türk dillərində bu sahədə düzgün yol tutulma­dığını qeyd edir. Qırğızlar isə qazaxlardan nümunə götürdüyündən varva­rizmə yuvarlanıblar. İlk növbədə varvarizmdən azad olmaq lazımdır» [9, 203-207].

Kazan tatarı Q.Maksudovun tatar dilində stenoqrama düşməyən çıxı­şından sonra B.Berdiyev söz alaraq məruzəçilərdən tezislərini təqdim et­məyi, redaksiya heyətindən isə iclasdan sonra toplanmalarını xahiş edir. Axşam iclası S.Ağamalıoğlunun sədrliyi ilə terminologiya məsələlərinə dair çıxışlarla başlayır. Sonda H.İbrahimov terminologiya barədə qətnamə hazırlamaq üçün aşağıdakı yoldaşları təklif edir: -B.Çobanzadə (sədr), A.Zifeld, H.Zeynallı, H.Odabaş, Ə.Baytursun, M.Geldiyev, Q.Maksudov, Ş.Rahimi, Mahmud Nedim, H.Ayupov, Q.Sədi. Sonra B.Çobanzadə və H.Zeynallı termino­logiya məsələləri ilə bağlı yekun sözü söyləyirlər. Türk dilləri üçün elmi ter­minologiyanın sistemi barədə “Qətnamə” aşağıdakı şəkildə qəbul olunur:

1.Qohum türk sözlərindən elmi terminologiya yaradarkən başqa türk dil qrupunun üzvləri ilə əlaqəni kəsməmək üçün hər sözün müəyyən bir qrupa məxsus olduğu nəzərə alınmalıdır.

2. Bir əsas olaraq anlayışa daha münasib və geniş yayılmış sözü termin kimi qəbul etmək lazımdır.

3. Mövcud qrupda uyğun söz olmadıqda qeyri-türk sözlərinə yox, digər türk qruplarından söz almağa üstünlük verilməlidir.

4. Türk dillərində uyğun söz olmadıqda türk dilinin qrammatikasına uyğunlaşdırmaqla geniş kütlə tərəfindən mənimsənilmiş ərəb və fars mən­şəli terminlər dildə saxlanılmalıdır.

5. Yeni terminlərin seçilməsində ümumavropa istiqaməti tutulmalı, yenidən ərəb və fars mənşəli terminlərin işlənməsindən imtina etməli, ümumiyyətlə, türk dilləri üçün ərəb-fars alınmalarından istifadəni qeyri-mümkün saymalı.

6. Ümumavropa sözlərindən yalnız türk artikulyasiyasına uyğun olan sözlər kök şəklində qəbul edilməlidir. İndiyədək qeyri-türk dillərindən qəbul edilmiş terminlərdə səs və hecaların yerini tam, ya da nisbətən dəyiş­məklə uyğunlaşdırmalı, yaxud vaxtilə qəbul edilmiş şə­kildə saxlamaq lazımdır.

7. Alınma sözlərin sonrakı etimoloji təbəqələşməsi (törəmələri) türk dillə­rinin təbiətinə tabe etdirilməlidir.

8. Məktəb ədəbiyyatı üçün pedaqoji mülahi­zələrə görə terminlərin tərtibində (yaradılmasında) aşağıdakı istiqamət əsas tutulmalıdır:

Yerli şivələri nəzərdə tutan I pilləli məktəblər üçün;

Qrup halında II pilləli məktəblər üçün (yeni terminlər əlavə etməklə);

Ali məktəblər üçün ümumavropa mənşəli terminləri əlavə etməklə I pilləli məktəblərdə alınma terminlərin sayı azalmalıdır.

9. Geniş xalq kütlələrinin dilinə “söykənən” elmi dil sərhədləri müəyyənləşdirilərkən terminlər elə şəkildə sistemləşdi­rilməlidir ki, xalqın aşağı və ya yuxarı təbəqəsinin dili kimi formalaşma­dan qaçmaq lazımdır. Söz yaradıcılığının qanunlarına diqqət çəkməklə, hamının başa düşəcəyi şəkildə yeni anlayışlar üçün türk mənşəli iki kökdən mürəkkəb sözlər yaradılmalıdır.

10. Çoxmənalı sözlərdən, dəqiqləşdirmək məqsədilə anlayışa ən yaxın olanı işlətmək münasibdir.

11. Terminlər yaradılarkən kütlə tərəfindən işlənəcəyini nə­zərə alıb süni şəkildə qısaltmalara yol verməməli.

12. Hər bir respublikada daimi fəaliyyət göstərən terminoloji komissiyalar yaradılmalıdır. Bundan ötrü bu sahədəki uğurları, məsləhətləşmələri böl­üşmək üçün, bir-birilə təcrübə mübadiləsi aparmaq üçün hər birinin tə­şəbbüsü ilə vaxtaşırı iclaslar çağırılmalıdır.

13. Gələcək işlərimizi asanlaşdırmaq üçün hər bir ayrıca götürülmüş respubli­kada elmi terminlərdən ibarət ümumtürk sözlüyünün yaradılması vacib sayılsın [9, 406-407].

Göründüyü kimi, I Türkoloji qurultayda terminologiya sahəsində gələcəkdə görüləcək işlər barədə mühüm addımlar atılmışdır.
Ədəbiyyat
1.Abdulkadir Donuk. İdari-askeri ünvan ve terimler. İstanbul: “Uluğ Tekin Pizgi Merkezi”, 1998, 133с.

2.Azərbaycan Xalq Cümhuriyyəti (1928-1920). Parlament (stenoqrafafik hesabatlar). 2 cilddə. I c., Bakı,Azərnəşr, 1998, 976 с.

3. Azərbaycan Respublikası DA:f. 379, siy.3,iş.20.

4. Cəlilqızı Z. Azərbaycan dil quruculuğu. Bakı, Elm, 1980, 120 səh.

5. Qasımov M.Ş. Azərbaycan dili terminologiyasının əsasları. Bakı, Azərnəşr, 1973, 345 səh.

6. Mirtalıblı (Hacıyeva) İ.Ş. Azərbaycan dilinin ictimai-siyasi terminologiyası. Bakı, Bakı Universitetinin nəşriyyatı. 2003, 114 səh.

7.Məhərrəmqızı A. Dil quruculuğunun yeni mərhələsi. (Söz yara­dıcılığı). Bakı: Azərnəşr, 2004, 104 s.

8. Sadıqova S.A. Türkoloji qurultay və terminologiya məsələləri/I Türkoloji qurultayın 80 illik yubileyinə həsr olunmuş elmi konfransın tezisləri. Bakı, Təhsil, 2006, səh.117-123.

9.Первый Всесоюзный Тюркологический съезд. 26 февраля-5 марта 1926 г. (Стенографический отчет). Баку-АССР, изд. Бакинский рабочий, 432 с.
Илхама Гаджиева

Внимание терминологии начинается на I всесоюзном тюркологическом съезде

Резюме

На I Всесоюзном Тюркологическом Съезде были сделаны важные шаги в направлении будущих трудов в области терминологии. Однако сложившаяся после съезда общественно-политическая ситуация, репрессии против наших ученых не позволили завершить эту работу. Несмотря на это, терминология является одной из самых исследуемых областей грамматики Азербайджанского языка в ХХ веке. Необходимо отметить при этом создание общей для всех тюркских языков, а точнее, для общетюркского литературного языка терминологии.


Ilhama Hadjieva

Questions of terminology on I all-union

turkish congress

Summary

On I All-Union Turkish Congress the important steps in a direction of the future works have been made in the field of terminology. However the political situation developed after congress, reprisal against our scientists have not allowed to finish this work. Despite of it, terminology is one of the most researched areas of grammar of the Azerbaijan language in XX century. It is necessary to note thus creation of the general for all Turkic languages, to be exact, for a general-Turkic literary language of terminology.




Çapa tövsiyə edən: Bakı Dövlət Universiteti
Rəyçilər: filologiya elmləri doktoru,dos.L.Əfəndiyeva

filologiya elmləri doktoru,professor İ.Məmmədli

Cəmilə Abdullayeva

Azərbaycan Dillər Universiteti
İNGİLİS DİLİNDƏ TARİXİ-SOSİAL ŞƏRTLƏNMƏLİ “ŞAQULİ KONTEKST”Ə ƏSASLANAN EMOSEMİYALI FRAZEOLOGİZMLƏR
Açar sözlər: ingilis dili, emotiv frazeologizmlər, tarixi-sosial “şaquli kontekst”, allyuziya.

Key words: the English language, emotive phraseological units, the historic-social “vertical context”, allusion.

Ключевые слова: английский язык, эмотивные фразеологизмы, историко-социальный «вертикальный контекст», аллюзия.
Tarixi-sosial şərtlənməli “şaquli kontekst”ə əsaslanan emosemiyalı frazeoloji vahid­ləri 1) Qədim (antik) dövr tarixinə aid məlumatlara istinad edən; 2) İngiltə­rə, Böyük Britaniya və s. ingilisdilli ölkə tarixinə, bu ölkələrin əhalisinin həyat tərzinə aid məlumatlara istinad edən, 3) habelə digər xalqların həyat tərzi və tarixinə aid informasiyaya əsaslanan emosemiyalı frazeologizmlərə bölmək olar. Birinci yarım qrup çərçivəsində nəzərdən keçirə biləcəyimiz a Caesar’s wife, like Caesar's wife ifadələri Caesar's wife must be above suspicion [9] frazeoloji vahidi ilə semantik bağlılığa malik olub ümumavropa linqvokulturloji metaforasını təzahür etdirir. “Hör­­mət” frazeoseman­tik sahəsinə daxil olan bu emotiv frazeologizm öz metafo­rik kodlaş­masını antik tarixdən götürmüşdür. Roma imperiyasının ən böyük hökmdar­larından olan Yuliy Sezarın həyat yoldaşı Pompeyadan boşanması hadisəsindən gö­­türür. Tarixi mənbə­lərdən məlum olduğu kimi, Roma imperiyasının ən böyük hökmdarlarından olan Yuliy Sezarın ikinci həyat yoldaşı Pompeyanı yoldan çıxar­maq məqsədilə Publius Clodius Pulcher adlı döyüşçü onun (Pompeyanın) evi­nə qa­dın geyimində daxil olur. Bu hadisədən dərhal sonra boşanan Sezar keçmiş həyat yoldaşı­nın günahsız olma ehtimalı ilə bağlı suala “Sezarın arvadı şübhə­lər­dən kə­nar olmalıdır” cavabını verir [9] və bu ifadə tezliklə ümumavropa idiomuna çev­rilir. Bu anlamda “Sezarın arvadı olmaq” (be a Caesar's wife) frazeoloji vahidi “bü­­tün şübhələr­dən kənar, şayiələrin fövqündə olmaq” mənasını əks etdirir. Nümu­nəyə diqqət yetirək: When you go to a gun show, or a progun demonstration, you are an ambassador for the right to keep and bear arms. It is important that we be like Caesar’s wife—as decent as we can be. We want to win this fight, and that means using every trick in the book—including sneaky tactics such as clean language and clean clothes [23].

Antik tarixə dair məlumatlar əsasında yaranmış emosemiyalı frazeoloji vahidlərə “çətinlik”, “gərginlik” frazeosemantik sahələrinə daxil edilə bilən və “keçilməz həddi adlamaq, geri dönüşü olmayan addım atmaq, həddi keçmək, ifrata varmaq” və s. anlamları əks etdirən to cross the Rubicon, to pass the Rubicon [8] frazeoloji vahidini nümünə göstərmək olar. Bu frazeologizmin “şaquli konteksti” də Sezarın hökmranlıq dövrü ilə bağlıdr. Belə ki, məlum olduğuna görə, Rubikon Appennin yarımadasında Roma imperiyasının o zamankı sərhəddini qonşu Qalliyadan ayıran çayın adıdır. Sezarın həmin sərhəddi keçməyə ixtiyarı olmasa da, o senatın qərarına məhəl qoymadan bunu edir və nəticədə tez bir zamanda imperiyanın mütləq hakiminə çevrilir [2]. “A pause in which - I began to steady the palsy of my nerves and to feel that the Rubicon was passed; and that the trial, no longer to be shirked, must be firmly sustained.” [22]; One of the most traumatic aspects of publishing–next to not being published at all–is knowing you’ve passed the Rubicon. In other words, there’s not a darned thing you can do about it [30]. Həmin emosemiyalı frazeolo­gizmin digər variantının işlənmə mövqelərinə diqqət yetirək: Many of the criticisms made against Corso cross the Rubicon dividing objective criticism and outright debunking [28; 114, 116]; International pressure  may be  able to  prevent  the country  crossing the Rubicon to authoritarian rule [8].


1   2   3   4   5   6   7   8   9   ...   15


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə