Terminologiya məSƏLƏLƏRİ №1




Yüklə 1.54 Mb.
səhifə13/15
tarix22.02.2016
ölçüsü1.54 Mb.
1   ...   7   8   9   10   11   12   13   14   15

Mənbələr

  1. http://www.cbc.ca/news/world/iraq-war-worth-the-cost-failure-would-embolden-enemies-bush-1.719957

  2. http://www.salon.com/2012/03/05/obama_iran_and_preventive_war/

  3. http://sites.duke.edu/wsa/papers/files/2011/05/wsa-preventativewarwhatisitgoodfor2007.pdf

  4. http://www.harvard-jlpp.com/wp-content/uploads/2009/05/YooFinal.pdf

  5. http://iml.jou.ufl.edu/projects/spring04/vance/yellowjournalism.html

  6. https://history.state.gov/milestones/1866-1898/yellow-journalism

  7. http://www.spanamwar.com/press.htm

  8. Kenneth Whyte Kid The Uncrowned King: The Sensational Rise of William Randolph Hearst https://books.google.ru/

  9. http://digitalcommons.law.seattleu.edu/cgi/viewcontent.cgi?article=1629&context=sulr

  10. http://definitions.uslegal.com/y/yellow-dog-clause/

  11. http://www.downsizinggovernment.org/labor/reforming-labor-union-laws

  12. http://digitalcommons.law.seattleu.edu/cgi/viewcontent.cgi?article=1629&context=sulr

  13. http://fee.org/freeman/detail/hayek-on-closed-shops-and-yellow-dogs

  14. http://www.amazon.com/J-S-B-Thompson-denies-charge-corruption/dp/B00087O54W

  15. http://chroniclingamerica.loc.gov/lccn/sn83030214/1905-09-28/ed-1/seq-1.pdf


M.Rəhimov

Об эвфемистических фразеологизмах с политико-социальной направленностью, имеющих место в американском варианте английского языка

Резюме
В статье исследуются эвфемистические фразеологизмы с политико-социальной направленностью, имеющие место в американском варианте английского языка. Автор отмечает тот факт, что некоторые фразеоло­ги­ческие единицы формируются на основе более гуманного отношения к больным и неимущим (например, вместо retarded children используется special children), а некоторые из данного рода фразеологизмов формируются на основе иронично-насмешливого отношения к недостаткам политических и деловых кругов (например, yellow dog contract, yellow dog clause, yellow dog rule). Автор также отмечает то, что в политико-военном дискурсе амери­канского английского языка для скрытия данных о дислокации войск и военных потерях используются эвфемизмы-фразеологизмы.

M.Rəhimov

About euphemistical Phrases with the political and social

orientation, existing in American English

Summary
The article investigates the euphemistic idioms with political and social orientation, existing in American English. The author notes that some phraseological units are formed on the basis of a more humane treatment of the sick and the poor (for example, instead of retarded children used special children), and some of this kind of phraseology are formed on the basis of ironic and mocking attitude towards the lack of political and the business community (for example, yellow dog contract, yellow dog clause, yellow dog rule). The author also notes that in the politico-military discourse of American English to hide information about the deployment of troops and military casualties are used euphemisms-phraseological units.

Çapa tövsiyə edən: Gəncə Dövlət Universiteti

Rəyçilər: filologiya elmləri doktoru Ə.Hacıyeva

filologiya elmləri doktoru,professor T.Quliyev

Pəri Əhmədova

Gəncə Dövlət Universiteti
MORFOLOJİ YOLLA YARANAN PEDAQOGİKA TERMİNLƏRİ
Açar sözlər: anlam, məzmun,termin, morfologiya,morfemika.

Ключевые слова: смысл,содержание,термин,морфология, морфемика.

Key words: sense,content,term,morphology,morphemics.
Söz və ya termin yaradıcılığında geniş istifadə olunan morfoloji üsulu tədqiqatçıların əksəriyyəti sözə şəkilçinin artırılması kimi qəbul edirlər. Məsələn, S.Sadıqova yazır: “Morfoloji üsulla terminlərin yaradılması kökə, əsasa müxtəlif şəkilçilər artırılması prosesidir” (4,77). İ.Qasımovun tədqiqat işində də bu fikrin başqa şəkildə ifadəsinə rast gəlinir. “Semantik üsuldan fərqli olaraq morfoloji üsulla termin yaradıcılığı zamanı forma və məzmunca yeni leksik vahidlər meydana çıxır ki, bu da dilimizə məxsus sözdüzəldici şəkilçilər və bəzi alınma şəkilçilərin köməyi ilə baş verir”. (6,22) Ümumiyyətlə, üsulun adından göründüyü kimi, yeni söz və ya terminin yaradılmasında morfoloji vasitədən istifadə olunması əsas götürülür. Morfoloji vasitələr isə yalnız şəkilçilər deyildir. Sözün nitq hissəsinə aidliyinə istinad etdikdə hər bir söz də morfoloji vasitə funksiyasını yerinə yetirir. Bəzi tədqiqatçılar morfoloji üsula bu yöndən yanaşırlar. Məsələn, rus dilçisi Morozova sözdüzəltmənin morfoloji üsulunun üç növünü ayırır: 1) affiksal sözdüzəltmə; 2) sözlərin qovuşması (cəmlənməsi); 3) şəkilçisiz sözdüzəltmə. Müəllif affiksal sözdüzəltməni prefiksal, suffiksal və prefiksal-suffiksal olmaqla üç yerə bölmüşdür.

Azərbaycan dilində olan lüğətdə morfoloji sözdüzəltmə belə izah olunur: “Morfoloji sözdüzəltmə - Müxtəlif morfemlərin birləşməsi şəklində özünü göstərən sözdüzəltmə; şəkilçilər qoşulmaqla, mürəkkəb sözlər şəklində, abreviaturalar şəklində sözdüzəltmə” (1,253).

Beləliklə, aydın olur ki, morfoloji üsulla sözdüzəltmə müxtəlif formal vasitələrdən istifadə etməklə mövcud sözün formasının dəyişdirilməsi ilə yeni sözün yaradılmasıdır. Mürəkkəb söz şəklində gedən sözdüzəltmədə iki və daha artıq sözün bir-biri ilə qovuşması baş verdiyindən burada formanın dəyişməsi bir qədər fərqli şəkildə baş verir. Abrevasiyada isə mövcud sözün formasının dəyişməsi çox zaman qeyri-aşkar forma alır. Məsələn, bir neçə sözün birinci hərfini birləşdirmək mövcud sözlərin formasının dəyişdirilməsi sayıla bilməz.

Daha bir məsələyə burada münasibət bildirmək lazım gəlir. Terminologiyada termin-element deyilən vahidin mövcudluğu ədəbiyyatda qeyd olunur. Termin-elementlərin morfem kimi qəbul edilməsi hələ ki, mübahisə obyektidir. Termin yaradıcılığında termin-elementlərin köməyi ilə yeni terminlərin düzəlməsi geniş yayılmışdır. Termin-elementlərlə yeni termin yaradılması sözlərin qovuşması kimi gedir və formanın dəyişməsi ilə nəticələnir. Eyni zamanda, termin-elementlərin morfemə yaxınlığı və ya onların termindüzəldici vasitə hesab olunması bu yolla termindüzəltmənin morfoloji üsula aidliyi fikrini irəli sürməyə imkan verir. Morfoloji üsulun ümumi nəzəri məsələlərinə dair bu qısa təhlil son nəticədə morfoloji üsuldan bəhs edərkən hansı formaları əhatə etməyi aydınlaşdırmağı tələb edir.

Söz yaradıcılığında olduğu kimi, terminologiyada da morfoloji üsul məhsuldarlığı ilə seçilir. Bu özünü pedaqoji terminlərin yaranmasında da göstərir. Azərbaycan dilində sözdüzəldici şəkilçilərin çoxluğu da bu üsulun məhsuldarlığına təsir edir. Təbii ki, bəzi şəkilçilər sözyaratmada çox işləndiyi kimi, termin yaradıcılığında da işləkliyi ilə seçilir. Bununla belə, söz yaradıcılığında məhsuldar olan şəkilçinin bu və ya digər sahə terminologiyasında da məhsuldar olacağını təsdiq etmir. Qeyd edilən cəhət onunla bağlıdır ki, sözdüzəldici şəkilçilər sözə artırılarkən ona müəyyən məna əlavə edir. Əgər sahədə bu məna cərgəsinə daxil olan terminlər çoxluq təşkil edirsə, onda həmin şəkilçi məhsuldarlığı ilə seçilir.

Terminologiya üzrə tədqiqat aparan dilçilərin əsərlərində bir sıra şəkilçilərin məhsuldarlığı qeyd olunur Məsələn, S.Sadıqova göstərir ki, -çı, -çi, -çu, -çü şəkilçisi “ayrı-ayrı terminoloji sahələrdə isimlərə artırılaraq sənət, ixtisas, vəzifə bildirən terminlər yaradır. Ümumiyyətlə, bu şəkilçi -lı, -li, -lu, -lü, -sız, -siz, -suz, süz, -lıq, -lik, -luq, -lük şəkilçilərinə nisbətən qeyri-məhsuldardır” (4,77).

X.Qasımova müstəqillik illərində termin yaradıcılığında istifadə olunan məhsuldar şəkilçilər ardıcıllığına dörd şəkilçini daxil edir və bu sırada -lıq şəkilçisindən sonra –çı4 şəkilçisini qoyur (2,58).

Təbii ki, hər hansı şəkilçinin söz və ya termin yaradıcılığında ən məhsuldar olmasını təsdiqləmək statistik tədqiqat tələb edir. Digər tərəfdən, məhsuldarlıq üzrə müəyyən dəqiq cərgənin və ya sıranın qurulması, zənnimizcə, vacib deyildir. Müasir Azərbaycan dilində söz, eləcə də terminologiyasında morfoloji yolla terminyaratma prosesində istifadə olunan və məhsuldarlığı ilə seçilən bütün şəkilçilər pedaqoji terminlərin yaradılmasında da iştirak edir. Söz yaradıcılığında olduğu kimi, termin yaradıcılığında da termin yaradılması yalnız məhsuldar şəkilçilər hesabına başvermir. Dildə sayca az termin yarada bilən şəkilçilər də ola bilər. Termin yaradıcılığında morfoloji vasitənin artırılması yaradılan yeni mənanın konkret və dəqiqliyini təmin etməlidir. Eyni zamanda, termin yaradıcılığında şəkilçinin istifadə olunması sahə termino­logiyasında şəkilçinin artırdığı mənaya olan tələbatdan da asılıdır. Söz yara­dıcılığında şəkilçinin artırılması ilə əmələ gələn mənalar qruplarının heç də hamısı termin yaradıcılığında tələb olunmur. Məsələn, -lı, -li, -lu, -lü şəkilçisi sözlərə artırılaraq soy adı, kənd adı bildirən leksik vahidlər əmələ gətirir. Terminologiyada qeyd olunan şəkilçinin belə mənalı vahidlər yaratmasına ehtiyac yoxdur. Çünki kənd və soy adı pedaqoji termin deyildir. Ona görə də terminologiyada onların şəkilçilərin arıtırlmasından sonra yaranan məna əsas götürülür.

Ümumiyyətlə, morfoloji üsulla termin yaradıcılığında istifadə olunan vasitələr çoxdur. M.Ş.Qasımovun hesablamalarına görə müasir Azərbaycan dilində elm və texnikanın müxtəlif sahələri üzrə terminlərin yaradılmasında iştirak edən əsas şəkilçilərin sayı 20, istifadə olunan müxtəlif şəkilçilərin ümumi sayının isə 50-dən artıqdır (3,53).

Alınma söz-terminlərə münasibətdə də morfoloji üsul öz təbiətini dəyişmir. Əgər alınma terminlərdə semantik üsul semantikanın dəyişməsi və mənanın dəqiqləşdirilməsi prinsipinə istinad edirsə, morfoloji üsul dilimizin söz yaradıcılığındakı ümumi qanunauyğunluğa tabe olmağı tələb edir. Ona görə ki, Azərbaycan dilinin söz yaradıcılığındakı morfoloji üsulun elmi-nəzəri tələbləri və ümumi qanunauyğunluqları bütünlüklə dilimiz üçün vahid meyar səviyyəsində qiymətləndirilir.

Azərbaycan dilində pedaqoji terminlərin yaranmasında -çı4 işlək şəkilçilərdən biridir. Təbii ki, -çı, -çi, -çu, -çü şəkilçisi ilə düzələn pedaqoji terminlər bu sahə terminologiyasında, adətən, peşə və sənəti bildirir, yaxud da pedaqogikaya aid müəyyən işin görülməsinə məsul şəxsi adlandırır. Məşqçi, tərbiyəçi, beynəlmiləlçi, təlimatçı, əlaçı, əzbərçi, başçı, zərbəçi, eksperimentçi və s kimi terminlər -çı4 şəkilçisinin artırılması ilə morfoloji üsulla düzəlmiş terminlərdir.

Verilmiş nümunələrdən bəzilərində -çı şəkilçisinin artırılması ilə əmələ gəlmiş yeni termin vəzifə və ya peşə adını ifadə edir: tərbiyəçi, təlimatçı, məşqçi və s.

Pedaqogika terminologiyasında -çı şəkilçisi ilə düzələn bir sıra terminlər təlim və tədris prosesində iştirak edənlərin, daha doğrusu, təlim alanların təlimi mənimsəmə dərəcəsi və xüsusiyyətini bildirir. Məsələn, əlaçı, zərbəçi, əzbərçi və s. Əlaçı bütün tədris prosesində və ya tədris prosesinin müəyyən dövründə (rübdə, smestrdə, kursda və s.) ən yüksək qiymətlə oxuyan şagird və tələbəyə deyilir. Zərbəçi termini ali məktəb praktikasında meydana çıxmışdır. Tələbə smestr imtahanlarının dörd və ya beş qiymətlə verdikdə zərbəçi olur. Zərbəçi olmaq tələbənin aldığı təqaüdün məbləğinə təsir göstərir. Əzbərçi isə digər iki termindən fərqlənir. Əzbərçi şagird və ya tələbənin müəyyən dərsi mənimsəmədən, qavramadan əzbərləməklə yadında saxlamasıdır.

Pedaqoji terminlərin yaradılmasında -lı,-li,-lu,-lü şəkilçisi geniş istifadə olunur. Bu şəkilçi müəyyən keyfiyyətin mövcudluğunu göstərən mənanın artırılması yolu ilə yeni terminoloji mənanı formalaşdırır. Məsələn, abırlı, ağıllı, savadlı, bacarıqlı, bilikli, təhsilli, diplomlu, elmli, məktəbli və s.



-lı, -li, -lu, -lü şəkilçisi terminoloji birləşmələrin yaranmasında də fəal iştirak edir. Məsələn, məktəbli oğlan, məktəbli qız, ifadəli oxu, izahlı oxu, qarşılıqlı əlaqə və s.

S.Cəfərov -lı, -li, -lu, -lü şəkilçisi vasitəsilə Azərbaycan dilində altı məna qrupuna aid söz yarandığını qeyd etmişdir. Həmin məna qrupları aşağıdakılardır: 1) əşyanın mövcudiyyatını bildirən; 2) şəxsə mənsubiyyət bildirən; 3) məcazi məna bildirən atributiv isimlər; 4) məkana mənsubiyyət bildirən; 5) familiya, yaxud kənd şəhər adları bildirən; 6) insan və heyvan adları bildirən. (7,236).

Pedaqoji terminlərin bu şəkilçi vasitəsi ilə əmələ gəlməsi zamanı birinci dörd məna qrupuna aidlik müşahidə olunur.

S.Sadıqova fizika-riyaziyyat terminologiyasında -lı, -li, -lu, -lü şəkilçisinin terminlərə və sözlərə qoşularaq əlamət bildirən terminlər əmələ gətirdiyini qeyd etmişdir (7,236).



-lıq, -lik, -luq, -lük şəkilçisi. Bu şəkilçi vasitəsi ilə başlıca olaraq on məna qrupuna aid sözlər düzəlir: 1) bir cismin çox olduğu məkanı bildirən; 2) geyim, yemək və zaman mənsubiyyəti bildirən; 3) müəyyən sənət, peşə və ixtisas sahibini bildirən; 4) mənəvi keyfiyyətləri özündə əks etdirən substantiv isimlər; 5) cisimlərə məxsus əlamət əks etdirən substantiv isimlər; 6)mənsubiyyət və adətkarlıq bildirən; 7)bədən üzvlərinə məxsus bir əşya bildirən substantiv isimlər; 8) təbiət hadisələrinin uzun müddət davamını bildirən substantiv isimlər; 9) müəyyən kəmiyyət əks etdirən atributiv isimlər; 10) vəziyyət bildirən substantiv isimlər; 11) qeyri-müəyyən kəmiyyət bildirən substantiv isimlər (7,183).

S.Sadıqova bu şəkilçinin fizika-riyaziyyat terminologiyasında əsasən üç məna qrupuna aid termin yaratdığını göstərir. Onun fikrinə görə, -lıq, -lik, -luq, -lük söz və ya terminə artırılaraq: a) müxtəlif cisimlərə məxsus xüsusiyyət və əlaməti bildirən sifətlərə əlavə olunduqda, bu xüsusiyyət və əlaməti özündə əks etdirən terminlər; 2) saylara və əvəzliklərə qoşularaq yeni terminlər əmələ gətirir; 3) bəzən sifətə və isimlərə qoşularaq mücərrəd anlayışları bildirən terminlər yaradır[Sadıqova S. Azərbaycan dilində fizika-riyaziyyat…. 97 s].

Pedaqogika terminlərinin yaranmasında da -lıq4 şəkilçisi çox istifadə olunur və -lıq, -lik, -luq, -lük müxtəlif mənalı terminlər yaradır. Məsələn, “varies” sözünə artırılma nəticəsində varislik termini yaranır. Pedaqogikada varislik mövzu və dərslərin arasındakı əlaqəni nəzərdə tutur. Əvvəl keçilmiş dərslə sonrakı arasındakı əlaqədə varislik mövcuddur. Pedaqogikada varislik prinsipi terminoloji birləşməsi də istifadə olunur.

Dərslik termini dərs+lik modeli üzrə düzəlmişdir. Termin S.Cəfərovun qeyd etdiyi məna qruplarından heç birinə daxil olmur. Yeni termin müəyyən fəaliyyət sahəsinə aidlik, mənsubluq ifadə edir. Dərslik dərsə aid olan vəsaitin, kitabın adını bildirir.

Pedaqoji-psixoloji terminologiyada istifadə olunan bədbinlik, ciddilik, diqqətsizlik kimi terminlər insana xas psixoloji xüsusiyyəti ifadə edir. Çətinlik, asanlıq müəyyən predmetə, dərsə, imtahana aid xüsusiyyəti bildirir.

Çoxfənlik, çoxillik, onillik, beşillik, yeddiillik, onbirillik terminləri eyni məna qrupuna daxildir. Bu terminlərin əksəriyyətinin mənasında zaman və kəmiyyət semləri vardır. Yalnız çoxfənlik termini keçilən fənlərin sayını göstərir və bu terminin ümumi mənasında zaman semi yoxdur. Qeyd edək ki, bəzi mənbələrdə bu termin çoxfənlik şəklində verilir (5,97).

Eyni semantik qrupa daxil olan dekanlıq, direktorluq, rektorluq, rəhbərlik kimi terminlərdə -lıq şəkilçisinin söz və ya terminə əlavə etdiyi sem məkan mənsubiyyətidir. Bu terminlər sırasında verilmiş rəhbərlik termini həm məkan mənsubiyyəti (rəhbər şəxslərin olduğu yer) mənasını, həm də müəyyən fəaliyyətin həyata keçirilməsini bildirir (diplom işinə rəhbərlik, bakalavr işinə rəhbərlik, pedaqoji fəaliyyətə rəhbərlik).

Qeyd etmək lazımdır ki, -lıq şəkilçisi bir-biri ilə mənaca əks olan sözlərə artırılaraq əks və ya antonim terminlər əmələ gətirir. Məsələn, savadlılıq-savadsızlıq, diqqətlilik-diqqətsizlik. Bu cəhət -lıq şəkilçisi ilə əmələ gələn bütün terminlərə xas deyildir. Məsələn, birincilik, dəqiqlik, çalışqanlıq və s.

B.A.Serebrennikov və N.Z.Hacıyeva müəyyən əlamət və xüsusiyyət mənası ilə yüklənmiş affiksli sifətlər mövzusunda -lığ//-liğ-liq//-lik, -lik, eləcə də -lı//li şəkilçilərindən də bəhs etmiş, bu şəkilçilərin əski türk dillərində geniş yayılmasını göstərmişlər (8,150-151).

N.A.Baskakov -lıq/-lik şəkilçisinin türk dillərində rəngarəng semantikaya malik olduğunu yazmışdır. O, bu şəkilçinin isimlərə qoşulduqda müəyyən predmetə mənsubluq, bu predmetin çox olduğu məkan mənasını daha çox əmələ gətirdiyini və əksər türk dilləri üçün bunun səciyyəvi xarakter daşıdığını yazmışdır (9,61).

Pedaqogika terminologiyasında məhsuldar olan şəkilçilərdən biri də -ma, -mə şəkilçisidir. Yeli isimlər əmələ gətirən bu şəkilçili sözlərdə proses, hal, hərəkət, fəaliyyətlə bağlı sem yaranır. Məsələn, qavrama, anlama, oxuma, dinləmə və s.

Dilimizdə -ma, -mə şəkilçisi ilə məzmununda hal-hərəkət, proses anlayışını bildirən isimlər düzəlir. Bu şəkilçi pedaqogika terminlərinin yaradılmasında da fəal iştirak edir. Ümumiyyətlə, -ma, -mə feli isimlərin mələ gəlməsində iştirak edir. Qavrama öyrənmə, öyrətmə, anlama, qiymətləndirmə, böyümə, dinləmə kimi terminlər fel əsaslıdır. Onlar hərəkət, fəaliyyət, proses, hal, psixoloji vəziyyət, psixoloji halın adını ifadə edərək pedaqoji və psixoloji terminologiyada istifadə olunur. Belə terminlərin bəzilərinin izahlarını nəzərdən keçirək.

Öyrənmə - qavranılan hər hansı materialı lazımi qədər möhkəm, dəqiq və uzun müddət yadda saxlamaq üçün onu təkrar edərək beyində nəqşləndirməkdən ibarətdir. Yaddasaxlamanın möhkəmliyi və dəqiqliyi öyrənmənin təşkilindən çox asılıdır. Müəllim təlim materialını səmərəli yollarını şagirdlərə tədriclə öyrətməlidir. Öyrətmə (dressirovka: fr. Dresser –öyrətmə, təlim etmə) – müvafiq məşqlər vasitəsi ilə heyvanın vərdişlərinin yaradılması prosesidir. Öyrətmə həm də pedaqogikada istifadə olunan termindir. Öyrətmə müəllim və ya pedaqoq tərəfindən həyata keçirilir. Öyrətmənin də müxtəlif üsul və metodları vardır.

Ümumiləşdirmə - müqayisə vasitəsi ilə gerçəkliyin cisim və hadisələrində mövcud ümumi cəhət, xassə və keyfiyyətlərin fikrən ayrılıb müəyyən qrupda birləşdirilməsi və həmin cisimlərdən hər birinə aid edilə biləcək nəticələrin çıxarılmasıdır.

Ümumiyyətlə, pedaqogika termin­lərinin yaradılmasında Azərbaycan dilinin özünə məxsus olan aşağıdakı şəkilçilər iştirak edir:

1) –çı, -çi, -çu, -çü: tərbiyəçi, təlimatçı, beynəlmiləlçi, əzbərçi, əlaçı, zərbəçi

2) –lı, -li, -lu, -lü: abırlı, ağıllı, aztəcrübəli, azsavadlı azyaşlı aztəhsilli azuşaqlı, bacarıqlı, bilikli, ixtisaslı, davamlı,

3) –lıq, - lik, -luq, -lük: varislik, alimlik, analıq, atalıq, avamlıq, dərslik, gündəlik, başlıq, bədbinlik, ciddilik, çətinlik,

4) –ma, -mə: anlama, qiymətləndirmə, böyümə, dinləmə

5) –ış, -iş, -uş, üş (-yış, -yiş, -yüş, -yuş): anlayış, baxış, davranış

6) –ıcı, -ici, -ucu, -ücü (-yıcı, -yici, yucu, -yücü): qabaqlayıcı, izahedici, təhsilverici, aparıcı, dinləyici

7) –ıq, -ik, -uq, -ük: bacarıq, bilik

8) –maq, -mək: - aparmaq, anlamaq

9) –qaç, -ğac, -kəc, -gəc şəkilçisi.

10) –qan, -kən, -ğan, -gən: çalışqan

11) –sız, -siz, -suz, -süz: davamsız, savadsız, bacarıqsız, fasiləsiz, diplomsuz, diqqətsiz

12) –ım, -im, -um, üm: dözüm

13) –ca, -cə; -ça, -çə: düşün+cə =düşüncə

Morfoloji üsulla yaranan pedaqogika terminlərinin müxtəlif modelləri qeydə alınır. Bu modellərin müəyyənləşdirilməsi üçün meyarlar təyin edilməlidir. Kökə birləşən şəkilçilərin sayına görə E.Atakişiyev 5 modeli fərqləndirmişdir: 1) kök + affiks; 2) kök + affiks + affiks; 3) kök + affiks +affiks+affiks; 4) kök +affiks +affiks + affiks + affiks; 4) kök +affiks +affiks + affiks + affiks+ affiks[Atakişiev G. M. Linqvistiçeskie terminı, obrazovannıe … s.349]. Qeyd olunan modellərin pedaqoji terminologiyanın yaranmasında da özünü əks etdirir.

I model. Kök + affiks. Bu model üzrə yaranan pedaqogika terminləri çoxdur. Məsələn, tərbiyə +çi; əla+çı; düz+lük; davran+ ış; bax+ış; məktəb+li; qavra+yış; çalış+qan, bacar+ıq və s.

II model. Kök + affiks+ affiks. Bu model də məhsuldardır. Sözün kgkünə iki şəkilçi artırılaraq düzələn pedaqogika terminləri az deyildir. Məsələn, Bacar+ ıq+lı; bacar+ıq+sız; bir+ inci+ lik; böyük+süz+ lük; burax+ıl+ ış; çalış+qan+lıq; dəyiş+kən+lik;

III model. Kök + affiks+ affiks+affiks. Bu model az məhsuldar olsa da, bir sıra terminlərdə özünü göstərir. Məsələn, fəal+iyyət+siz+lik; ixtisas+laş+dır+ma; həvəs+lən+dir+mə; mükafat+lan+dır+ma; qiymət+lən+dir+mə

IV model. Kök+affiks+affiks+affiks+affiks. Bum odel pedaqogika terminologiyasında çox az rast gəlinir. Məsələn, fərd+i+ ləş+dir+mə;

Mövcud lüğətlər əsasında apardığımız təhlil göstərir ki, pedaqogika terminologiyasında beşinci model (kök +affiks +affiks + affiks + affiks+ affiks) əsasında formalaşan terminlər qeydə alınmır.

Morfoloji üsulla yaranan terminləri modelləşdirmə prinsiplərindən biri kökün hansı nitq hissəsinə aidliyi ola bilər. Pedaqogika terminologiyasında bu prisnsip əsasında modelləşdirmədə fərqli modellər aşkara çıxır.

Isim+şəkilçi = isim modeli: əla+çı, zərbə+çı

Fel+şəkilçi= isim modeli: bacar+ıq

Isim+ şəkilçi= sifət modeli: savad+lı = savadlı; savad+sız=savadsız

Fel+şəkilçi+şəkilçi =sifət modeli: bacar+ıq+sız =bacarıqsız

Kökə artırılan şəkilçilərin sayı artırıldıqda modelin də dəyişməsi baş verir.

Mənşəcə ərəb və fars dillərindən olan -dar, -iyyat, -iyyət, -kar, -şünas, -daş, -keş şəkilçiləri pedaqogika terminlərinin yaranmasında bu və ya başqa dərəcədə iştirak edir. Onlar ümumiyyətlə məhdud dairədə istifadə olunur. Onu da qeyd edək ki, bu alınma şəkilçilərin çoxu hazırda dilimizin istər leksik, istərsə də terminoloji layında alınmaların tərkibində funksionallıq daşıyır. Bu şəkilçilərin söz və termindüzəltmə prosesinə cəlb olunması halları çox cüzidir.

Morfoloji üsulla termin yaradıcılığının məhsuldarlığını M.D.Redcepova terminlərin struktur sistemliliyi ilə bağlayır. O, belə hesab edir ki, eynitipli terminoloji anlayışları adlandırmaq üçün eynitipli termin yaradıcılığı üsulundan istifadə olunur (10,47).



Pedaqoji terminoloji sistemdə müasir Azərbaycan dilinin sözdüzəldici şəkilçiləri istifadə olunur. Doğrudur, pedaqoji terminlərin yaranmasında bəzi alınma morfoloji vasitələr, eləcə də termin-elementlər də iştirak edir. Lakin bu vasitələr daha çox terminin mənbə və ya aralıq dildən alınma prosesində baş vermişdir.
Ədəbiyyat


  1. Adilov M.İ., Verdiyeva Z.N., Ağayeva F.M. İzahlı dilçilik terminləri. -Bakı: Maarif, 1989. -364s.

  2. Qasımova X. Müstəqillik illərində Azərbaycan dilində termin yaradıcılığının əsas istiqamətləri. Bakı: Elm, 2009. -128s.

  3. Qasımov M.Ş. Azərbaycan dili terminologiyasının əsasları. Bakı: Elm, 1973,

  4. Sadıqova S. Azərbaycan dili terminologiyasının nəzəri problemləri. Bakı: Elm, 2002. -230s.

  5. Sadıqova S. Azərbaycan dilində fizika-riyaziyyat terminologi­ya­sının formalaşması və inkişafı, Bakı,1997.

  6. Qasımov İ. Müasir Azərbaycan dilində hərbi terminlərin yaranma yolları. –Bakı: Nurlan, 2000. 216s.

  7. Cəfərov S. Müasir Azərbaycan dili. Bakı: Maarif, 1969,

  8. Serebrennikov B.A., Hacıyeva N.Z. Türk dillərinin müqayisəli tarixi qrammatikası. –Bakı: Səda, 2002, -380 s.

  9. Baskakov N.A. Историко-типологическая морфология тюркских языков. –Москва: Наука, 1979, -274 s.

  10. Redcepova M.D. Педагогическая терминология туркменс­ко­го языка. Ашхабад: Ылым, 1991.- 180 s.


Пари Ахмедова

Педагогические термины образованные

морфологическим способом

Р е з ю м е
Автор исследует термины образованные морфологическим путем. Из статьи становится ясным что при образовании педагогической системы терминов большая роль принадлежит словообразовательным суффиксам.
Pari Ahmedova

The pedagogical terms making in morphological way

S u m m a r y
In the article was investigated the pedagogical terms making in morphological way. It is clear from the resaearch that the word-building suffixes has been important role in the making pedagogical terms system.


Çapa tövsiyə edən: Gəncə Dövlət Universiteti

Rəyçilər: filologiya elmləri doktoru,professor S.A.Sadıqova

filologiya elmləri doktoru,professor T.Quliyev

Dürdanə Qurbanova

Azərbaycan Müəllimlər İnstitutu
1   ...   7   8   9   10   11   12   13   14   15


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə