Terminologiya məSƏLƏLƏRİ №1




Yüklə 1.54 Mb.
səhifə12/15
tarix22.02.2016
ölçüsü1.54 Mb.
1   ...   7   8   9   10   11   12   13   14   15

Ədəbiyyat
1.Abdullayev Ə.Z.Ü.M. Seyidov, A.O.Həsənov Müasir

Azərbaycan dili, IV hissə, 1985.

2.Cəfərov S.Müasir Azərbaycan dili. Leksika Bakı, Maarif,

1982.


3.Dəmirçizadə Ə.Müasir Azərbaycan dili, I hissə, Bakı, 1982.

4.Dəmirçizadə Ə. Azərbaycan dilinin üslubiyyatı. Bakı, 1962.

5.Hüseynzadə M.Müasir Azərbaycan dili, III hissə, Bakı, 1983.

6.Həsənov H.Müasir Azərbaycan dilinin leksikası, Bakı, 1988.

7.Həsənov H. “Dədə-Qorqud” eposunda omonimlər sözlüyü /

KDQ (məqalələr toplusu)-s. 288.

8.Qurbanov A.Müasir Azərbaycan əbədi dili. I cild, Bakı, 2003.

9.Галкина-ФедорукЕ.М.Горшкова,Шанский Н.Современный

русский язык. ч. 1/Лексикология. Фонетика.

Словообразование /под ред. проф. Е.М.Галкина-

Федорук.Изд-во Моск.Унив.М.,1962.

10..Лексикология русского языка. Новосибирск, изд-во

НПУ,2001.

11.Определение омонимов. Узкое и широкое понимание омонимии//http://nspu.net/fileadmin/libary/books/2/web/lectures/omonim/omonim.htm



Гюльтекин Алиева

СПОСОБЫ ОБРАЗОВАНИЯ ОМОНИМОВ

(На материале Азербайджанского и русского языков)
РЕЗЮМЕ

Данная статья посвящается одной из актуальных проблем лексики. Здесь исследуются способы образования омонимов в сравнении с омонимичными формами в разносистемных языках. Впервые был произведен сравнительно-сопоставительный анализ омонимичных форм как в Азербайджанском, так и в русском языках. Были определены лексико-грамматические различия и сходства многозначных слов с омонимичными формами в обоих языках.




Gultakin Aliyeva

THE FORMATION WAYS OF HOMONYMS

(On the basis of the materials of the Azerbaijani and Russian languages)
SUMMARY

The present paper is dedicated to one of the urgent problems of lexics. Here homonyms have been investigated the formation ways of homonyms in comparison with homonymic forms in unrelated languages. For the first time comparative-confrontative analysis of homonymic forms have been carried out both in the Azerbaijani and in Russian languages. Here also lexico-grammatical distinction and similarity of homonymic forms in both languages have been defined.


Çapa tövsiyə edən: AMEA, Nəsimi adına Dilçilik İnstitutu,

Sosiolinqvistika və dil əlaqələri şöbəsi
Rəyçilər: filologiya elmləri doktoru,professor R.Eyvazova

filologiya üzrə fəlsəfə doktoru R.Heydərov

Elmira Əhmədova

AMEA Nəsimi adına Dilçilik İnstitutu

filologiya üzrə fəlsəfə doktoru
AZƏRBAYCANIN ŞİMAL RAYONLARNIN TOPONİMLƏRİNDƏ ARXAİK ELEMENTLƏR

(Quba, Qusar, Xaçmaz rayonları üzrə)
Açar sözlər: arxaik, toponim, apelyativ, sait əvəzlənmələri, oykonim, etimologiya, dialekt

Ключевые слова: архаический, топоним, нарицательный, замена гласных, ойконим, этимология, диалект

Key words: archaic, toponym, appellative, substitution of vowels, oykonym, etymology, dialect
Quba, Qusar, Xaçmaz rayonlarının bir sıra toponimlərinin yaranma və formalaşmasında müəyyən rol oynamış arxaik elementlərin üzə çıxarılması, tədqiq edilməsi müəyyən araşdırmalarda dolğun və hərtərəfli şəkildə əksini tapmamışdır. Halbuki coğrafi adlarda indiyə qədər mühafizə olunmuş arxaik elementlərin qədim türk abidələri və qohum türk dillərinin materialları əsasında öyrənilməsi tədqiqatçıya həm linqvistik, həm tarixi, həm etnoqrafik, həm də dil daşıyıcılarının qədim dövrlərdə mifoloji-kulturoloji baxışları, ətraf aləmi dərk etməsi haqqında dəyərli faktik material verir. Xalqımızın keçmişini və dilini öyrənmək baxımından Quba, Qusar, Xaçmaz rayonlarının toponimlərində mühafizə olunan arxaik elementlərin tədqiqi də olduqca əhəmiyyətlidir. Qədim türklərin bu yerlərdə məskunlaşdığını sübut edən , üzərində araşdırma aparılmasına ehtiyac duyulan, dil baxımından böyük əhəmiyyət kəsb edən poleotoponimlər Quba, Qusar, Xaçmaz rayonlarında çoxluq təşkil edir. Azərbaycan toponimiyasında mühafizə olunmuş qədim türk (Azərbaycan) leksik layı haqqında T.Əhmədov yazır ki, bu leksik vahidlər ya konkret coğrafi obyekt adlarını bildirməyə ya da bu və ya digər toponimi formalaşdırmağa xidmət edən bir və ikihecalı ümumi adlardan, əksər hallarda isə apelyativ sözlərdən ibarət olurlar (1, c. 248). E.M.Murzayev belə xarakterə malik toponimik adlardan danışarkən yazır: “Ümumi sözlərin xüsusi adlara çevrilməsini başa düşmək asandır. İbtidai cəmiyyət müasir bəşəriyyətə nisbətən, təbii hadisələrin təsirinə artıq dərəcədə məruz qalmış, bütövlükdə isə təbiətdən xeyli asılı olmuşdur. Coğrafi adlar insanın ətraf mühitlə birbaşa ünsiyyətinin nəticəsi olan terminlərdən əmələ gəlmişdir, hələ onu demirik ki, ilkin başlanğıc adlar xüsusi adlar kateqoriyasına aid ola bilməzdi. Yalnız cəmiyyətin inkişafı ilə yanaşı, coğrafi adlar sistemi də, dilin leksik kateqoriyalarından biri kimi tədricən meydana gəlmişdir” (2, c. 98). Deməli, ekstralinqvistik baxımdan da coğrafi termin səciyyəli sözlərdən törənən toponimlər dilin ən qədim leksik vahidləri olmaqla yanaşı, həm də coğrafi adların ən qədim layını təşkil edir. Bütün bunları nəzərə alaraq Quba, Qusar, Xaçmaz rayonlarının toponimiyasında mühafizə olunmuş qədim türk (Azərbaycan) arxaik elementlərindən bəzilərini nəzərdən keçirək:

Qırıqlı (Xaçmaz rayonu) – Bu oykonimin kökü qədim leksik vahid olan “qır-kır” sözüdür. Toponimə “-ıq” və “-qı” topoformantların artırılması sonrakı dövrlərdə baş vermişdir. V.V.Radlov “qır-kır” sözünün türk dillərində “qıraq”, “hündür sahil”, “dağın qılıncı”, “çöl düzənlik” mənalarını ifadə etdiyini göstərir (3, c. 732). Bu qədim türk (Azərbaycan) leksik vahidinə ya eynilə, ya da kiçicik fonetik fərqlə bir neçə toponimin də tərkibində də rast gəlinir. Cəbrayıl rayonunun el arasındakı adı olan Qıraxdın, XIX əsrdə İrəvan quberniyasının Naxçıvan qəzasında Kırna, Ter vilayətinin Vladikafkaz dairəsində Alaqır toponimlərinin tərkibində də “qır-kır” leksik vahidi mühafizə olunmuşdur (4, c. 198).

Əlik (Quba rayonu) – Bu yaşayış məntəqəsi rayonun Qonaqkənd zonasının dağlıq və təpəlik hissəsində – hündürlükdə yerləşir. Toponimin türk mənşəli “al” sözü əsasında formalaşan ümumi leksik vahiddən törəndiyi barədə mənbələrin birində deyilir ki, bu leksem qədimdə “hündür, yüksək, əzəmətli” anlamında işlənmişdir (3, c. 350). Həmin mənbəyin başqa bir yerində göstərilir ki, -ık sözdüzəldici şəkilçisi əsasında yaranan “alık” sözü “hündürlük, yüksəklik, zirvə” mənasındadır (3, c. 372).

Yaşayış məntəqə adının birinci komponenti yerində işlənmiş “al” sözünü xakas, muvin, şor və Sibir türklərinin dilində “kənd, ayı, ulus” mənalarında işlənən eyni sözdən (3, c. 350) törəndiyi qənaətinə də gəlmək olar. Belə olduqda, deməli, sözə əlavə edilən -ik də türk dillərindəki “kiçiltmə mənasını yaradan şəkilçi” ilə ifadə olunmuşdur. Toponimin tərkibindəki a-ə, ı-i sait əvəzlənmələri Quba dialektinin səciyyəvi fonetik hadisələrindəndir (5, c. 24-25).



Alıc (Quba rayonu) – İndiyə kimi mənası, mənşəyi və yaranma tarixi məlum olmayan, uzun illərdən bəri müxtəlif variantlara izah olunan qədim Alıc oykonimi dilimizin ən qədim leksik elementlərindən birini özündə əks etdirən paleotoponimlərdəndir. “Qədim türk dilləri lüğəti”ndə bu söz “çayağzı, çayın mənsəbi, axar suyun hövzəyə tökülən yeri” mənasında izah edilmişdir (6, c. 36). T.Əhmədov qeyd edir ki, Alıc yaşayış məntəqə adının ilkin forması “Alış” şəklində olmuşdur. Bu toponim öz qədim formasını Naxçıvan MR-nın Şərur rayonundakı Alışar oykoniminin tərkibində qoruyub saxlamışdır (1, c. 251).

E.M.Murzayev də türk toponimiyasında özünü göstərən “alış” sözünün qırğız dilində “böyük arx, kanalın əsas qolu”, uyğur dilində “çayağzı; kanal” mənalarında işləndiyini göstərmişdir (7, c. 49).



Hülövlü (Xaçmaz rayonu) – Azərbaycan dilinin yazılı abidələrində qeydə alınmayan, lakin Xaçmaz rayonunun Qaraçay sahilində, Samur-Dəvəçi ovalığında yerləşən Hülövlü kəndinin adında indiyə kimi mühafizə olunmuş dilimizin arxaik-leksik elementlərindən biri də “hülöv” sözüdür. Bu yaşayış məntəqə adı həddən artıq təhrifə uğramışdır. Mənbələrdə deyilir ki, toponim özündə qədim türkdilli karluqların “gelo” (gelu) tayfasının adını əks etdirir. Tarixdən məlumdur ki, XIII əsrdə monqol yürüşlərində iştirak etmiş karluqların bir hissəsi sonralar Azərbaycanın şimal-şərq zonasında məskunlaşmışdı. “Gelo” (gelu) tayfasının adı müxtəlif fonetik dəyişikliklərlə Şəki şəhərindəki Güleyli məhəlləsinin, Abşeron yarımadasındakı Hüleyli dağının da adında qalmaqdadır (8, c. 526). Kök + şəkilçi modeli əsasında formalaşan bu oykonimin kök komponentində “h-g”, “e-ü”, “o-ö” samit və sait əvəzlənmələri və “b” samit artımı müşahidə olunmaqdadır. Toponimin sonundakı -lü şəkilçisi mənsubluq, aidlik bildirir.

Adur (Quba rayonu) – Rayonun dağlıq zonasında yerləşən bu yaşayış məntəqəsinin adının mənşəyi, mənası və türk toponimiyasında yeri haqqında Q.K.Konkaşpayev, E.M.Murzayev, A.Q.Həsənov, Q.Ə.Qeybullayev, E.V.Sevort­yan, İ.A.Vorobyeva, A.M.Maloletka, M.F.Rozen, V.V.Radlov, T.M.Əhmədov müəyyən məlumatlar vermişlər. Bu məlumatların ayrı-ayrılıqda hər birində oxşar və fərqli mülahizələr mövcuddur. Belə ki, V.V.Radlov bu sözün qədim türk dillərində “adır/adir” (3, c. 492) variantlarında işləndiyini qeyd etmiş, eyni sözün “düz yerdə yerləşməyən ölkə, dağlıq ölkə; təpə, kələ-kötür yer; təpəlik, çılpaq təpəlik yer, alçaq dağlıqda və dağətəyi maili düzənliyin başlanğıcında olan bozqır, meşəsiz yer (9, c. 492) və s. mənalar daşımasını göstərmişdir. “Uyğurca-rusca lüğət”də “edir-edirlik” variantlarında qeydə alınmış və “təpə, təpəlik yer, kiçik təpə, yüksəklik” mənalarında izah edilmiş (9, c. 144) bu söz müasir qırğız dilində (adır variantlarında) “təpəlik yer; dağ döşü, dağ ətəyi: təpə, təpəlik (suvarılmayan yerlər)” (10, c. 23) mənalarında işlənməkdədir. E.M.Murzayev və E.B.Sevortyan həmin sözün bir sıra türk dilləri və dialektlərində işləndiyini qeyd edir və bunu “ayır, azır, adır” sözü ilə əlaqələndirirlər. E.V.Sevortyan “adır” sözünün tarixən “ay-ab-am” və “ır “sözdüzəldici şəkilçi” hissələrindən ibarət olması fikrini irəli sürmüşdür (11, c. 115). Bəzi tədqiqatçılar adur sözünü qədim şumer dilində “çay; su” mənalarında işlənmiş ur/ura sözü ilə əlaqələndirirlər (12. c. 86). Deməli, Quba rayonundakı Adur kəndi eyniadlı çayın sahilində yerləşdiyinə görə belə ad almışdır.

Susayqışlaq (Xaçmaz rayonu) – Oykonim kimi qeydə alınan bu coğrafi ad kök+kök+kök+şəkilçi modeli əsasında formalaşmışdır. Toponimin birinci komponenti yerində işlənən “susay” sözü iki hissədən – abidələrdə “çay” mənasında işləndiyi qeyd olunmuş “su” (13, c. 67) və yazılı mənbələrdə müxtəlif mənalarla yanaşı, “dayaz, dərin olmayan (çay); çayın dayaz yeri, suyun gətirdiyi qumlardan çay ağzında əmələ gələn dayaz yer; çınqıl və ya xırda çay daşları ilə örtülmüş quru çay yatağı” (3, c. 219) mənalarında işləndiyi göstərilmiş “çay” hissələrindən ibarət olub “çayın dayaz yeri, çayın quru yatağı” deməkdir. Deməli, Susayqışlaq hidrooykoniminin tərkibində 2 arxaik söz (su və susay sözləri) qorunub saxlanılmışdır.

Utuq (Quba rayonu) rayonun dağlıq zonasında salınmış bu kənd adının etimologiyası ilə bağlı T.Əhmədovun fikirləri xüsusi maraq doğurur: “Utuq görünür, bəzi türk dillərində “koma, daxma, çadır” mənası “otak” sözü ilə bağlıdır. Bu toponimi qırğız dilində indinin özündə belə işləndiyi qeydə alınmış “dağ çökəkliyi, dağ yamacında hamar yer” mənalı “ötök” sözü ilə də əlaqələndirmək olar. Hər iki halda, toponimin qədim türk leksik vahidi ilə ifadə olunduğunu sübut edir. Coğrafi adın tərkibində özünü göstərən o-u, a-u, k-q, a-u səs uyğunluqları dialekt və şivələrimiz üçün səciyyəvidir (1, c. 265).

Künçal (Quba rayonu) – Bu toponimin qədim türk dillərində müxtəlif variantlarda işləndiyindən ilk dəfə V.V.Radlov bəhs etmişdir. O, dilimizin ilkin dövrlərinə məxsus bu leksik vahidin “keçilməz yer; sıldırım, sıldırım qaya, dik çayı” mənalarında işləndiyini qeyd edir (3, c. 429). E.M.Murzayev göstərir ki, kapçaq, kapçaqay, türk, monqol, tunqus-mancur dillərindən olan altay dillərində kapçal; tuvində kaptal; qazaxda kaptaçay, kapcaçay; qırğızda kapçıçay və kapçal; yakutda xapçaçay və xapçak “qayalı dərə, dağlarda dar yer, sıldırımlı dərin dar dərə, dağlarda keçid”; buryatda xapcaçay, xabsal; kalmıkda xavıq, xalxa-monqolda xavçal, xavçil “sıldırım qaya, dərə”; xavçay “sıldırım qaya”; eveng dialektlərində xapçar “dar keçid , dar dərə, çaykənarı qayalı”; nanayda xançsu vadi, dərə, dağ yamacı” və s. forma və mənalarda işlənir (7, c. 100). Kəndin coğrafi relyefi də oykonimin “kapçal” sözü ilə bağlılığını göstərir.

Qamçam – (Quba rayonu) – Təkrar üsulu ilə yaranmış bu qədim türk elementlərinə rayonun Çağacıq çayı sahilində, Baş Qafqaz silsiləsinin ətəyində yerləşən bu kənd adında rast gəlirik. Bəzi araşdırıcılara görə, Qam-Qam sözü qədim şamanizmlə bağlıdır. Azərbaycanda “Qam-qam piri” adlanan yer də vardır. Məlum olduğu kimi, şamanizm Azərbaycanda güclü transformasiyaya uğramış, burada bir-birinin ardınca zərdüştlük, xristian və islam kimi güclü dinlərin yayılması şamanizmin üstünə qalın pərdə çəkmişdir (14, c. 197).

F.Cəlilov belə hesab edir ki, Qam sözü proazərbaycan etnonimlərində xüsusi paradiqma təşkil edir. Ona görə də eramızdan əvvəlki minillikdə müxtəlif tarixi mənbələrdə xatırlanan qamər (kimmer) tayfalarının Azərbaycanda qoyduğu izi nəzərə alıb, Azərbaycan xalqının etnogenezində onların böyük rol oynadığını düşünmək olar (15, c. 82-83).



Qutur (Qusar rayonu) – Şahdağın ətəyindəki bu kəndin adı da müasir dilimizdə, dialekt və şivələrimizdə, eləcə də yazılı mənbələrimizdə müstəqil leksik vahid kimi işləndiyi qeydə alınmayan, lakin başqa türk dillərinə geniş fəaliyyət göstərən eyni və yaxın fonetik quruluşlu sözlə eyniköklü və eynimənşəlidir. Belə ki, Qutur Altayda və Yakutiyada Qutur-Küdür “dalğavarı sıra dağları”, “yan-yana sıralanmış dağlar” (7, c. 700) deməkdir.

Ruk (Qusar rayonu) – Tədqiqatlarda “ruk” qədim leksik vahidi ilə bağlı müxtəlif fikirlərə rast gəlinir. “Ensiklopedik lüğət”də yazılır ki, “ruk” qədim türk dillərinə məxsus sözdür. Bu söz qədim dövrlərdə “uruq” şəklində” ailə, tayfa, dayanacaq” mənasında işlənmişdir (8, c. 161). Qədim türk lüğəti”ndə “ruk” sözünün “oymaq, yaşayış yeri, məskən” mənasında işləndiyi də göstərilir (6, c. 471). Fikrimizcə, bu söz müasir dilimizdə işlənən “oyuq” leksemi ilə də bağlı ola bilər. Çünki bu sözdə də “qazmaq, tikmək, məskən salmaq” çalarları vardır.



İqrığ (Quba rayonu) – Bu yaşayış məntəqəsi coğrafi relyef baxımından düzənlik ərazidə yerləşir. Azərbaycan toponimiyasında bu coğrafi yer adı haqqında iki mülahizə mövcuddur. Birinci fikrə görə, oykonimin adı qədim türk dillərində “düşərgə, dayanacaq yeri” mənasında işlədilən “uqruq” sözü ilə əlaqədardır. Digər mülahizəyə görə isə toponim qədim türk tayfalarından biri olan “iqrak/uqrak” tayfasının adını əks etdirir. Q.Məşədiyev yazır ki, İqrığ toponiminin fonomorfoloji quruluşu onu deməyə əsas verir ki, bu coğrafi ad Türkiyə ərazisindəki köçəri tayfa kimi yaşayan və əsasən maldarlıqla məşğul olan “iqrak, yüyürük (yörük) tayfasının adı ilə bağlıdır. Çox ehtimal ki, bu toponim “iqrak, yürüş” sözünün fonetik davamı olaraq yaranmış və oykonim şəklində dilimizin lüğət tərkibində qalmışdır (15, c. 44).

İspik (Quba rayonu) – Rayonun coğrafi baxımdan dağətəyi hissəsində yerləşən bu yaşayış məntəqəsinin adını əksər tədqiqatçılar İsnik dağının adı ilə bağlayırlar. T.Əhmədovun fikrincə, bu söz qədim türk dillərində işlənmiş “aspak” sözü ilə əlaqədar olub, mənası “dağ aşırımı, dağ keçidi, kiçik təpə” deməkdir (1, c. 52). İ.Məmmədov İspik toponiminin etnonim səciyyəli olduğunu qeyd edir (16, c. 87). Ş.Albalıyev yazır ki, İspik sözü qədim türk dillərində “ispik, əspik və ya aspak” lekseminin müasir dövrümüzdə işlənən formasıdır. Bu leksem vahid qədim türk dillərində “sivri təpə” mənasında işlənmişdir (17). Fikrimizcə, bu söz eradan əvvəl VII əsrdə yaşayış İspakayın (İspakaya, İspaka) adı ilə bağlıdır. Aşşur kitabələrində İspakayın adı çəkilir. Tarixi mənbələrdə də deyilir ki, eradan əvvəl VII əsrin artıq 70-ci illərində İspaky başda olmaqla skiflər mannalıların müttəfiqi kimi çıxış edirdilər (18, c. 216).

Qutanoba (Xaçmaz rayonu) – Bu oykonimin birinci komponenti yerində işlənən “qutan” sözü dilimizin ən qədim leksik vahidini özündə əks etdirir. Türk dillərində bu söz “q-k” samit əvəzlənmələri ilə işlənir. “Qutan-Kutan komponentli toponimlərin mənşə və areallarından bəhs edən T.Baxşıyeva yazır ki, Dağıstan vilayətinin Qunib dairəsində yerləşən Kudan yaşayış məntəqə adı türk dillərində “yaylaqda gecələr qoyun salınan yer”, “dairəvi hasarlanmış yer”, “tövlə” mənasında işlənən kutan/qutan sözü əslində formalaşmışdır. XIX əsrdə Qafqazda Zaqatala dairəsində Keş-Kutan, Ter vilayətinin Nalçik dairəsində Arqutan, Veden dairəsində Kirpic-kutan, Xasav-Yurt dairəsində Kaçalay kutan, Kutan ayı və s. toponimlər mövcud olmuşdur (4, c. 15).

Beləlkilə, Quba, Qusar, Xaçmaz toponimlərində qədim türk elementləri çox yaxşı mühafizə olunmuş, bu regionda mövcud olan coğrafi adların və coğrafi komponentlərin əksəriyyəti Azərbaycan dilinin qayda-qanunları əsasında formalaşmışdır. Bu toponimlər vasitəsilə respublikamızın şimal regionunda tarixən baş vermiş etnik prosesləri, xalqımızın etnogenezini, yerli və gəlmə etnosların adlarını müəyyənləşdirmək mümkündür.
Ədəbiyyat


  1. Əhmədov T. Azərbaycan toponimikasının əsasları. Bakı Universiteti Nəşriyyatı, 1993.

  2. Мурзаев Э.М. Очерки топонимики. М., Мысль, 1974.

  3. Радлов В.В. Опыт словаря тюркских наречий, т. I, ч. 2, СПб. 1899.

  4. Baxşiyeva T. Qafqazın türk mənşəli toponimləri. Bakı, 2010.

  5. Rüstəmov R. Quba dialekti, Bakı, 1961.

  6. Древнетюркский словарь. Л., Наука, 1969.

  7. Мурзаев Э.М. Словарь местных географических терминов. М., 1959.

  8. Azərbaycan toponimləri. Ensiklopedik lüğət, Bakı, 1999.

  9. Уйгурско-русский словарь, сост. Э.Н.Наджин, М., 1968.

  10. Киргизско-русский словарь. Москва, 1965.

  11. Севортян Э.Б. Этимологический словарь тюркских языков (общетюркские и межтюркские основы на гласные) М., Наука, 1974.

  12. Воробьева М.А., Малолетка А.М., Розен М.Ф. Историческая картография и топонимия. Алтая. Томск. 1980.

  13. Исахов Ф.Г. Опыт сравнительного словаря современных тюркских языков, ч. IV. Лексика. М., 1962.

  14. Eyvazova R. Əfqanıstanda türk mənşəli toponimlər. Bakı. 1995.

  15. Məşədiyev Q. Zaqafqaziyanın Azərbaycan toponimləri. Bakı, 1990.

  16. Məmmədov İ. Azərbaycan mənşəli bəzi etnonim və etnotoponimlər // AOP, I, Bakı, 1987.

  17. Albalıyev Ş. İsbiri oronim haqqında. “Kredo” qəzeti. 12 may, 2009-cu il.

  18. Mahmudlu J., Məmmədov C., Piriyev B. Azərbaycan tarixi, Bakı, 2012.


Елмира Ахмедова

Архаические элементы в топонимах северных районов

Азербайджана (по районам Губа, Гусар, Хачмаз)
Резюме

В топонимической системе азербайджанского народа имеется большое количество важной и значительной информации о его языке, истории, этногенезе и культуре. В этом отношении в географических названиях северных районов нашей республики также имеются богатые архаические элементы и интересная историческая информация. В современный период исследование ономастической науки во всех параметрах требует, чтобы эта сфера изучалась глубоко и подробно. Принимая это во внимание, в статье на основе древних турецких памятников и родственных турецких языков, прилагалось усилие в изучение архаических элементов, защищённых до сих пор в некоторых географических названиях районов Губа, Гусар, Хачмаз нашей республики.


Elmira Akhmadova

Archaic elements in toponyms of northern regions of

Azerbaijan (on regions Quba, Qusar, Khachmaz)
Summary

There is a plenty of important and significant information in the toponymic system of Azerbaijani nation about its language, history, ethnogenesis and culture. At this point, there are rich archaic elements and interesting historical information in geographic names of northern regions of our republic. In modern period investigation of onomastic science in all parameters demands this sphere to be explored deeply and in detail. Taking into consideration, in the article an effort was made in research of archaic elements, on the basis of ancient Turkish monuments and kindred Turkish languages, still protected in some geographical names of regions Quba, Qusar, Khachmaz of our republic.




Çapa tövsiyə edən: AMEA Nəsimi adına Dilçilik İnstitutu,

Müasir Azərbaycan dili şöbəsi
Rəyçilər: filologiya elmləri doktoru İ.Kazımov

filologiya elmləri doktoru,professor Q.Məşədiyev

Mehdi Rəhimov

Gəncə Dövlət Universiteti,

filologiya üzrə fəlsəfə doktoru

mehdi_rahimov@yahoo.com
İNGİLİS DİLİNİN ABŞ VARİANTINDA YER ALAN

SİYASİ-SOSİAL MƏZMUNLU EVFEMİSTİK

FRAZEOLOGİZMLƏR HAQQINDA
Açar sözlər: ingilis dili, ABŞ variantı, frazeoloji sistem, siyasi-sosial evfemizmlər, hüquq terminləri, hərfi tərcümə

Ключевые слова: Английский, Американский вариант, фразеологическая система, политические и социальные эвфемизмы, юридические термины, буквальный перевод

Key words: English, US version, phraseology system, political and social euphemisms, legal terms, literal translation
Sosial evfemizmləri araşdırmış tədqiatçılar meliorativliyə (mənanın yaxşı­laşdırılmasına) xidmət edən həmin leksik vahid və frazeologizmlərin qeyri-yekcins mahiyyətindən çıxış edərək burada iki qrup daxilində fərqlənmə aparıl­masının məqsədəuyğunluğunu vurğulamışlar. Belə ki, siyasət, diplomatiya və hərb işi ilə bilavasitə bağlı olan evfemizmlərin digər növ sosial mahiyyətli evfemizmlərdən seçildiyini nəzərdən qaçırmayan dilçilər 1) bilavasitə sosial və 2) sosial-siyasi ev­femizmlərin fərqləndirilməsinin doğru olacağını önə sürmüşlər [4]. Bu iki semantik sahənin bir-birinə yaxınlığı sosial-siyasi anlamlı evfemis­tik frazeologizmlər arasında dəqiq sərhədin çəkilməsinə mane olur. Analoji vəziy­yəti amerikan siyasi diskursunda yer alan və bir çox tədiqatlarda məhz, siyasi ev­femizmlər kimi səciyyələndirilən frazeoloji vahidlərin nümunəsində də izləmək mümkündür. Konkret olaraq, ingilis dilindəki siyasi korrektəliyə xidmət edən leksikanın simulyativliyini araşdırmış İ.A.Dyaçenkonun qeyd etdiyi faktı eyni müvəffəqiyyətlə “bilavasitə sosial evfemizmlər” sırasında dəyərləndirə bilərik. Söhbət ABŞ siyasi etiketinin tələblərinə görə retarded childrenəqli cəhətdən geridə qalmış uşaqlarterminin mövqeyində işlənən special childrenxüsusi uşaqlar” evfemistik termin-frazeologizmindən söhbət gedir. “Xüsusi” anlamını ifadə edən “spesial” sözünün lüğəvi mənalarının geniş spektrini (qeyri-adi, adidən daha üstün, adidən daha yaxşı, daha diqqətəlayiq və s.) dəyərləndirən İ.A.Dyaçen­ko retarded children ifadəsindəki mənanın yumşaldılması üçün burada aşkar simulyasiyaya yol verildiyinə diqqət çəkmişdir [3]. Müəllifin təhlillərini maraqlı edən başqa bir cəhət həmin qəbildən olan digər evfemizm-frazeologizmlərin siyasi deyil, sosial mahiyyətli evfemizmlər kimi dəyərlən­diril­məsidir. Bu baxımdan siyasi evfemizmləri daha geniş planda götürüb burada “dövlət idarəçiliyi, cəmiyyət həyatı, sosial məsələlər, siyasətçi və dövlət qulluqçularının ictimaiyyət qarşısındakı çıxışları” sferalarını fərqləndirən O.V.Obvinsevanın yanaşması ilə müəyyən mənada razılaşmaq olar [7]. Belə ki, ABŞ cəmiyyətinin dəyərləri və bu cəmiyyətdə hökm sürən praqmatik-pozitivist qiymətləndirmə standartları siyasi ritorikada müvafiq leksika­nın seçilməsini də labüd edir. Məsələn, İ.A.Dyaçenko təkrarən prezident olmaq uğrunda mübarizə aparan Bill Klintonun seçki marafonundakı çıxışından bir kiçik fraqmenti dəyərləndirərək qeyd edir ki, ölkə başçısının welfare rolls ifadəsindən yarar­lanması onun ötən dörd illik prezidentlik dövründə ölkənin iqtisadi durumunu, sosial vəziyyəti daha pozitiv qiymətlən­dirmə meyililiyi ilə diqtə edilmişdir. Four years ago I ran for president at a time of high unemployment and rising frustration. I wanted to turn this country around with a program of opportunity for all, responsibility from all, and an American community where everybody has a role to play. Four years ago you took me on faith. Now there is a record: ten and a half million more jobs, rising incomes, falling crime rates and welfare rolls, a strong America at peace [3].

Siyasi evfemizmləri Ostinin nitq aktları nəzəriyyəsi çərçivəsində dəyər­ləndi­rən Z.Xiaonanın da qeyd etdiyi kimi, siyasi liderlərin nitqində bu növ leksik vahid və frazeologizmləri bir təsir və təzyiq aləti kimi istifadə edilir və bu zaman iki funk­­­siya icra edilir: 1) həqiqətin ört-basdır edilməsi, az və ya çox dərəcədə giz­lə­dilməsi; 2) insanların xeyir və şər anlayışlarına hisslərinə xitab edilməsi məqsədi ək­sini tapır [12]. Prezident B.Obamanın nitqləri əsasında siyasi evfemizmlərin is­tifadə mövqelərini araşdırmış H.Y.Abdul Vahid bu növ ifa­dələrin daha çox Qərb diplomatiyası üçün xarakterik olması mövqeyindən çıxış edir. C.Orvelin (George Orwell) “Siyasət və ingilis dili” (“Politics and English language”) əsərinə istinad edən müəllif siyasi diskursda evfemizmin yalanı daha inandırıcı etmək, ölüm və itkiləri əsaslandırmaq məqsədi daşıdığını qeyd etmişdir [10]. Təxminən analoji mövqedən çıxış edən Y.L.Smirno­va siyasi liderlərin bu növ ifadələrdən seçkiqabağı çıxışlarda xüsusi intensivliklə yararlandığını qeyd etmişdir. Dilçi fikirlərinin təsdiqi kimi ABŞ prezidenti B.Oba­ma­nın müxtəlif auditoriyalar qarşısındakı seçkiqabağı nitq­lərin poor əvəzinə economically disadvantaged, low-income, black əvəzinə member of the African diaspora ifadələrindən məhz yuxarıda qeyd edilən məq­sədlərlə istifadə etdiyini önə sürmüşdür [8].

Siyasi evfemizmləri və konkret olaraq, evfemistik frazeologizmləri araşdıran dilçilərin ilk növbədə ölkə başçılarının nitq­lərini, görkəmli siyasətçilərin çıxışlarını diqqətə alması geniş yayılmış prak­tikadır. Bu mənada ingilis dilinin ABŞ variantı­nın siyasi diskursunda yer alan evfemizm-frazeologizmlərin ölkə prezidentlərinin nitqləri vasitəsilə izlənilməsi maraqlı material təqdim edir. Məsələn, İraq mühari­bəsində ABŞ tərəfinin itkiləri barədə mövqeyini açıqlayan o zamankı ölkə prezi­denti Corc Buşun çıxışına diqqət çəkən tədqiqatçılar natiqin intensiyasını verilən qurbanları, baş vermiş itkiləri qabartmamaq, bir qədər ört-basdır etməkdən ibarət olduğuna diqqət çəkirlər [4]. ABŞ prezidentinin 19 mart 2003-cü ildəki xalqa müraciətində oxyuruq: “No one would argue that this war has not come at a high cost in lives and treasure but those costs are necessary when we consider the cost of a strategic victory for our enemies in Iraq” [27]. Qeyd edək ki, verilən can və mal itkilərin səciyyələndirilməsi üçün istifadə edilən lives and treasure, eləcə də blood and treasure evfemistik frazeologizmlərin məşhurlaşmasında Amerika yazı­çıların mühüm rol oynadığından çıxış etsək, etimologiyası dəqiq bəlli olmayan bu ifadələri də müəyyən mənada amerikanizm-frazeologizmlər kimi səciyyələn­dirmək olar. Belə ki, lives and treasure evfemistik frazeologizminin geniş işlənmə dairəsi qazanmasında XIX əsr ABŞ ədəbiyyatının görkəmli nümayəndələri olan Edgar Allan Poe (“The Gold-Bug”) və Washington Irvingin (“Wolfert Webber”) yaradıcılığı mühüm rol oynamışdır [11] .

Əgər ingilis dilindəki evfemikləşmə proseslərinin koqnitiv əsaslarını tədqiq etmiş Y.V.Aleksimovanın fikirlərini təhlil etdikdə, ingilis dilinin ABŞ variantı ilə bağlı maraqlı qənaətə gəlmiş olacağıq. Qeyd edək ki, ingilis dilindəki evfemizmləri ilk olaraq 1) formal və 2) semantik olaraq fərqləndirən Y.V.Aleksikova sonuncuların özlərini də 1) ilkin konseptdəki neqativ xarakteristikanı tam neytrallaşdıran, 2) neqativ xarak­te­ristikanı qismən neytrallaşdıran və 3) qiymətləndirmə işarəsinin mənfidən müsbətə doğru dəyişməsilə səciyyələnən evfemizmlərə bölündüyünü bildirmişdir [1].

Həmin bölgüdən çıxış etsək deyə bilərik ki, ABŞ linqvokulturoloji mühitində formalaşmış sosial-siyasi məzmunlu evfemizstik frazeoloji vahidlərin əhəmiyyətli hissəsi son iki qrupa aid edilə bilər. Belə ki, amerikan evfemizm-frazeologizmlərdə pozitiv qiymətləndirmənin tətbiqi və mənfi anlamın qismən neytrallaşması ön plana çıxır. Konret olaraq, welfare roll, special children frazeologizmlərində positivist yanaşmanın həlledici rol oynadığını təsbit edə bilərik. Digər maraqlı fakta diqqət yetirmiş Y.S.Baskova amerikan hərbi komandalığının leksikonunda döyüş məğlubiyyətinin ifadəsi üçün “cəbhə xəttinin düzləşdirilməsi” anlamını əks etdirən adjustment of the front metaleptik evfemizmindən istifadə edildiyini bildirir [2]. Xatırladaq ki, metalepsis üslubi fiqur olub metonimiyanın növü hesab edirlir. Metalepsisin ifadəsi zamanı sonrakı proses daha öncəki ilə əvəzlənir. Məsələn, “ölüm” əvəzinə “qəbir” [6]. Göründüyü kimi, bu evfemis­tik əvəzləmədə məqsəd döyüş məğlubiyyətinin özünün deyil, yaranan sərhəd dəyişiminin əks olunması qoşunların təmas xəttindən geri çəkilməsi faktının bir qədər ört-basdır edilməsi, qabardılmaması məramından irəli gəlir.

Siyasi texnologiyalara müvafiq olaraq, məramın gizlədilməsi məqsədini və ya qarşı tərəflə münasibətlərin kəskinliyi məsələsində məsulyyətin əks cinahdakı siyasi və ya hərbi qüvvələrin üzərinə qoyulması tendensiyası ABŞ siyasi diskursunda yeni-yeni evfemistik frazeologizmlərin meydana çıxmasına rəvac vermişdir. Məsələn, hərfi tərcüməsi “profilaktiki müharibə” olan preventive war frazeologizmini bu sıraya aid etmək olar. Nümunələrə diqqət yetirək: Obama, Iran and preventive war. In order to forestall an Israeli attack, the President binds the U.S. to a conflict with Iran to stop Iranian nukes [28], Preventive War—What Is It Good For? [29], The Bush Doctrine: Can Preventive War Be Justified? [30].

ABŞ siyasi-hərbi diskursu üçün xarakterik digər evfemistik frazeologizm qismində collateral damage “fəsad itkisi” ifadəsini qeyd etmək olar. Tədqiqatçılar bu ifadənin əks qüvvələrin itkilərində insan faktorunun bir qədər qabar­dılmaması, arxa plana keçirilməsi, itki ilə bağlı neqativ konnotasiyanın qismən də olsa, neytrallaşması məqsədilə istifadə edilir. “Collateral damage is nothing more than a euphemism for state-sponsored mass murder. It is the term given to people killed in military actions who were “not intentionally targeted” [2]. Collateral damage is damage to things that are incidental to the intended target. It is frequently used as a military term where non-combatants are accidentally or unintentionally killed or wounded and/or non-combatant property damaged as result of the attack on legitimate enemy targets [9].

Evfemistik mahiyyətli amerikanizm frazeologizmlərinin maraqlı cəhət­lə­rindən biri də neqativ anlamın qismən neytrallaşması zamanı ironik əvəzləmələrə yol verilməsidir. Bu zaman neqativ mənanın pozitivləşməsi baş verməsə də, mənfi konnotasiyanın bir qədər neytrallaşması, daha dəqiq desək, ortaya çıxan metaforik nominasiyanın arxasında “pərdələnməsi” mümkün olur. Məsələn, yellow presssarı mıətbuat” və ya yellow journalismsarı jurnalistika” ifadələrini bu sıraya aid etmək olar. Nümunələrə diqqət yetirək: Ironically, the term "Yellow Journalism" is partly credited to Pulitzer's involvement in the conflict with Hearst. [31]; U.S. Diplomacy and Yellow Journalism. 1895–1898 Yellow journalism was a style of newspaper reporting that emphasized sensationalism over facts. During its heyday in the late 19th century it was one of many factors that helped push the United States and Spain into war in Cuba and the Philippines, leading to the acquisition of overseas territory by the United States. [32]. Təqdim edilmiş iqtibaslardakı kontekst yellow journalism evfemistik fra­zeoloji vahidinin semantik tutumunun mahiyyətinin tam açıqlamasına yardımçı olur. Belə ki, yellow journalism “sarı jurnalistika” ifadəsi bilavasitə ABŞ ərazisin­də yaranmışdır və lüğəvi anlamı “sensasiya və reallığın şişirdilməsinə əsaslanan jurnalistika” [13], “oxucula­rın diqqətini cəlb etmək məqsə­dilə ucuz sensasiyanın istifadəsinə, qeyri-vicdanlı iş metodlarına əsaslanan qəzet və s. media işi” [14] mənasını ifadə edir. Yellow journalism, the use of lurid features and sensationalized news in newspaper publishing to attract readers and increase circulation. [15].

Bu ifadənin, eləcə də analoji mənaya malik olan yellow press evfemistik frazeologizminin meydana gəlməsinin tarixi XIX əsrin sonlarında Amerika mət­buatında cərəyan edən proseslərlə, konkret olaraq, C. Pulitserin (Joseph Pulitzer ) sahib olduğu “New York World” və U.Herstin (William Randolph Hearst) sahib olduğu “New York Journal” mətbuat orqanalrı arasında baş vermiş “media müha­ribəsi” ilə bağlıdır. Belə ki, oxucular arasında yüksək nüfuza malik olan New York World” qəzetinin reytinqlərinə qarşı mübarizəyə başlayan “New York Journal” heç bir vasitələrdən çəkinmir, ölkədə satış lideri olmaq üçün qeyri-vic­danlı jurnalist araşdırmalarına baş vurur. Bu iki mətbuat orqanının illər uzunu davam edən qarşıdurması 1896-cı ildə məhkəmə prosesinə gətirib çıxarır. Məhkə­mə qarşıdur­masının formal predmeti Çin-yapon müharibəsinə həsr olunmuş Yellow KidSarı uşaq” karikaturası səbəb olur [16]. Bir çox mənbələr yellow journalism, yellow press evfemistik frazeologizmlərindəki rəng bildirən kompo­nentin məhz, həmin karikatura ilə bağlayırlar (bax: [17]).



Sinonim mahiyyət kəsb edən yellow press evfemistik frazeologizmi də müasir ingilis dilində işləkliyini qoruyub saxlamışdır. First of all, not only the sensational yellow press of Hearst and Pulitzer called for war with Spain, but also a broad-based sample of more sober journals, particularly those in the Midwest, West, and South. Second, and more important, no amount of newspaper pressure can force the people, Congress or President of the United States to do something against their will [33].

A.V.Kuninin frazeoloji lüğətində [5; 844], eləcə də digər lüğətlərdə [18] təsbitini tapmış yellow rag (və ya sheet) “bulvar qəzeti”, “bulvar kağızı” ifadəsi də məhz, yellow journalism yellow press evfemistik frazeologizmlərinin analogiyası əsasında yarandığı qeyd edilir (bax: [ 19]). Yet all of the trade papers noticed that the flaws of the yellow press were also abundantly evident in the “respectable” dailies. One theory was that the better sheets had been dragged down market by “the morbid, craving, sensation loving public,” while another held that they had been infected by a one-cent journalism toxin: “The taint of the yellow sheet has seemed to reach all [34; 447].

Qeyd edək ki, “sarı” rənginin yuxarıda təsadüfiliyinə baxmayaraq, amerika­nizm-frazeologizmlər arasında social-siyasi evfemizm mahiyyəti kəsb edən yellow komponentli frazeoloji vahidlər yellow journalism, yellowpress, yellow rag, yellow sheet ifadələrilə məhdudlaşmır. Bu sırada yellow dog contract, yellow dog clause, yellow dog rules evfemistik frazeologizmlərini qeyd edə bilərik. Specifically, this paper will describe the formation of the teachers' union, the school board's imposition of a "yellow dog" contract on the teachers, the union's legal battle against the yellow dog rule, and the union's political battle against the yellow dog rule [35]; Yellow-dog clause is an agreement between an employer and an employee. In the agreement as a condition of employment the employee should agree not to be a member of a labor union. [36]. Haqqında bəhs etdiyimiz evfemistik frazeologizmlərin təqdim edilmiş mətn nümunələrdəki işlənmə mövqeyi və kontekstindən də aydın şəkildə bəlli olduğu kimi, bu ifadələrin hər üçü eyni frazeosemantik sahəyə aid edilə bilər. Belə ki, yellow dog contract və ya yellow dog clause efvemizm-frazeologizmləri “işə cəlb olunduğu müddətdə işçinin heç bir həmkarlar ittifaqına üzv olmayacağı öhdəliyi ilə bağlı qeyri-qanuni əmək müqaviləsi” anlamını verir [20] ; [21] ; [22]. Hətta bəzi hüquq terminləri lüğətində Yellow dog contract adlandırılan müqavilə növündə işçiyə həmkarlar ittifaqına üzv olacağı təqdirdə işdən qovulacağı ilə bağlı xəbərdarlıq və hətta imperativ tələb qoyulduğu qeyd edilir və bu səbəbdən də həmin əmək müqaviləsi növünün qadağan edildiyinə diqqət çəkilir [23]. First, it made union-free (yellow-dog) contracts unenforceable in federal courts. They coined the term "yellow dog" to imply that any worker who entered into such an agreement was cowardly and a traitor to the working class [37].

Doğrudan da, müasir ABŞ cəmiyyəti üçün o qədər də aktual olmayan bu əmək müqaviləsi növü əsas etibarilə XX əsrin 30-cu illərilə əlaqələndirilir [24]. Böyük böhran (Great Depression) dövründə əmək hüquqları ilə bağlı vəziyyətin acınacaqlı durumda olması, ağır maddi vəziyyətin diqtəsilə insanları işə götürənlərin belə haqsız tələblə­rinə qarşı gedə bilməməsi XX əsrin 30-cu illərini haqqında bəhs etdiyimiz qəbildən müqavilələr üçün daha da əlverişli etmişdir. Həmin müqavilənin şərtlərinin səciyyələndirilməsi üçün isə the yellow dog rule ifadəsindən istifadə edilirdi.Union attorney Vanderveer insisted that the yellow dog rule was as unconstitutional as a rule barring members of a particular religion... The chief witness defending the yellow dog rule at the hearing was Board member Otis B. Thorgrimson [38]. Hərfi tərcüməsi “sarı it müqaviləsi” (Yellow dog contract ), “sarı it şərti, sarı it bəndi” (Yellow dog clause), “sarı it qaydaları” (Yellow dog rules) olan bu evfemizmlərdə zoonim komponentin yer alması ilk baxışdan həmin frazeoloji vahidlərin disefimizm olması təəssüratını yarada bilər. Lakin həmin ağır şərtlərin olduğu kimi açıqlanması, yəni həqiqətin bütün çılpaqlığı ilə ortaya qoyulmasının qarşısında bu qəbildən ifadələrdən istifadə ironik ruhlu evfemistik təkrar nomi­na­siya aktı kimi dəyərləndirilə bilər. Bu kontekstdə onu da qeyd edək ki, yellow dog contract, yellow dog clause, yellow dog rule ifadələrində yer alan yellow dog ifa­dəsi də təsadüfən işlənməmişdir. Belə ki, yellow dog zoomorfizmi ingilis dilinin ABŞ variantında “alçaq, qorxaq” anlamı [25] ilə yanaşı, “fəhlə əleyhinə (qanun və s. haqqında)” mənasını da [26] ifadə edir Bu mənada yellow dog zoo­mor­fizmindən istifadə həmin müqavilənin qanuna və insan haqqlarına zidd mahiyyə­tinin açıqlaması üçün istifadə edildiyi danılmazdır. In this column I argue that Hayek’s views on closed shops and so-called “yellow-dog” contracts are themselves inconsistent with freedom of association and the rule of law. [39].

Yellow “sarı” komponentli evfemistik frazeoloji vahidlər sırasında yellow dog fund ifadəsini də qeyd etmək olar. Hərfi tərcüməsi “sarı it fondu” olan yellow dog fund amerikanizm-frazeologizminin lüğəvi mənası “kiminsə ələ alınması üçün fond”, “rüşvət üçün məbləğ, fond” [26] anlamını ifadə edir. J.S.B. Thompson denies charge of corruption;: Indignantly brands " yellow dog " fund story as false [from Richmond times-dispatch, August 6, 1911 [40] ; More “yellow dog” funds [41].

Göründüyü kimi, ingilis dilinin ABŞ variantında siyasi korrektiliyə xidmət edən və ya sosial sifarişlə meydana gələn, eyni zamanda yerli linqvokulturoloji mühit çərçivəsində formalaşmış olan çox sayda maraqlı evfemistik frazeoloji vahid mövcuddur.



Ədəbiyyat

  1. Алексикова Ю.В. Когнитивные основы формирования эвфемизмов в современном английском языке, диссер….канд.филол.наук., Тамбов, 2010, 163 с. http://www.dissercat.com/content/kognitivnye-osnovy-formirovaniya-evfemizmov-v-sovremennom-angliiskom-yazyke

  2. Баскова Ю.С. Эвфемизмы как средство манипулирования в языке СМИ (на материале русского и английского языков), авторефе­рат….канд.фи­лол.наук., Краснодар, 2006, http://www.ipages.ru/index.php?ref_item_id=5460&ref_dl=1

  3. Дьяченко И.А. Симуля­тивная природа политически корректной лек­сики, Иркутск, 2009, http://oaji.net/articles/2014/743-1414147735.pdf

  4. Ковалева Т.А. Фразеологические эвфемизмы в современном английском языке, диссер…кнд.филол.наук., Коломна, 2004, 160 с. http://www.dissercat.com/content/frazeologicheskie-evfemizmy-v-sovremennom-angliiskom-yazyke

  5. Кунин А.В. Англо-русский фразеологический словарь, М.: Русский язык, 1984, 944 с.

  6. Металепсис // Энциклопедический словарь Ф.А. Брокгауза и И.А. Ефрона. — С.-Пб.: Брокгауз-Ефрон. 1890—1907. http://dic.academic.ru/

  7. Обвинцева, О.В.Эвфемизм в политической коммуникации :На материале английского языка в сопоставлении с русским, диссер…канд.филол.наук., 2004, 192 с. http://www.dissercat.com/content/evfemizm-v-politicheskoi-kommunikatsii-na-materiale-angliiskogo-yazyka-v-sopostavlenii-s-rus

  8. Смирнова Ю.Л. Политический эвфемизм как составляющая языка СМИ в предвыборных компаниях демократических стран http://journals.uspu.ru/i/inst/ling/ling34/ling34_24.pdf

  9. Collateral damage http://en.wikipedia.org/wiki/Collateral_damage

  10. Huda Yaseen Abdul Wahid Exploring the use of euphemisms in some speeches of president Obama: a pragmatic study http://www.iasj.net/iasj?func=fulltext&aId=67420

  11. Treasure http://en.wikipedia.org/wiki/Treasure

  12. Xiaonan Zhao Study on the Features of English Political Euphemism and its Social Functions // English Language Teaching, Vol. 3, No. 1 www.ccsenet.org/journal/index.php/elt/.../4340

  13. Yellow journalism // Oxford Dictionaries http://www.oxforddictionaries.com/definition/english/yellow-journalism

  14. Yellow journalism // Webster's New World College Dictionary Copyright http://www.yourdictionary.com/yellow-journalism

  15. Yellow journalism http://www.britannica.com/EBchecked/topic/652632/yellow-journalism

  16. Yellow journalism http://en.wikipedia.org/wiki/Yellow_journalism

  17. Yellow journalism http://www.collinsdictionary.com/dictionary/english/yellow-journalism

  18. Yellow // English-Russian base dictionary http://translate.academic.ru/yellow/en/ru/1

  19. Where does the phrase yellow rag come from? http://www.answers.com/Q/Where_does_the_phrase_yellow_rag_come_from

  20. Yellow dog clause http://www.thefreedictionary.com/Yellow-dog+clause

  21. Yellow dog contract // Новый большой англо-русский словарь. 2001. http://dic.academic.ru/dic.nsf/eng_rus_apresyan/134764/yellow

  22. Yellow dog contract // Большой англо-русский учебный словарь сочетаемости. Кауль М.Р., Хидекель С.С. 2010. http://combinatory_en_ru.academic.ru/44493/yellow-dog_contract

  23. Yellow dog contract // The Essential Law Dictionary. — Sphinx Publishing, An imprint of Sourcebooks, Inc. Amy Hackney Blackwell. 2008. http://law.academic.ru/13573/yellow_dog_contract

  24. Yellow-dog contract http://en.wikipedia.org/wiki/Yellow-dog_contract

  25. Yellow dog // Модестов В.С. Краткий словарь трудностей английского языка. М.: Русский язык, 2005. - 626с.http://www.xliby.ru/jazykoznanie/kratkii_slovar_trudnostei_angliiskogo_jazyka/p26.php

  26. Yellow dog fund // Универсальный русско-английский словарь http://translate.academic.ru/yellow-dog%20contract/ru/en/1


1   ...   7   8   9   10   11   12   13   14   15


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə