T Ü rkolog I y a ¹ 4 2011 afina əLİzadə azərbaycan diLİNDƏ Cİns biLDİRƏN




Yüklə 1.19 Mb.
səhifə4/6
tarix24.02.2016
ölçüsü1.19 Mb.
1   2   3   4   5   6

Vokativ cümlələr. Vokativ termini latın mənşəli olub (vocativus) çağırış, müraciət, əzizləmə mənalarını bildirir. Çağırış halında olan isim­lər vokativlik yarada bilir. Vokativlik bütün dillərdə üzə çıxır. Bu halda vokativlər funksionallaşır. Ona görə də Azərbaycan tədqiqatçıları voka­tivliyi sadəcə olaraq dil səviyyəsinin kateqoriyası yox, həmçinin də ümumdil kateqoriyası hesab etməkdə haqlıdırlar [44. S. 7].

Vokativləri araşdırıcılar həm leksik-qrammatik, həm də sintaktik planda öyrənmişlər. Vokativlər çağırış bildirən sözlər və ya cümlələrdir. Belə sözlərin tarixi lap qədimdir. «Dilin ibtidai dövrlərində tam müstəqil vahidlər olan çağırış bildirən sözlər sonralar tədricən cümlə kimi formalaşmağa başlamışdır» [45. S. 61].

Türkologiyada Q. Ramstedt, A. Şerbak, L. Pokrovskaya, A. Yuldaşev və başqaları qeyd edirlər ki, türk dillərində müraciət halı bir sıra dillərdə öz forma rudimentlərini qoruyub saxlamışdır. Özbək dilçisi B. Urinbayev vokativlik kateqoriyası haqqında tədqiqatlar aparmışdır. O, yazır ki, vokativ – bu adlıq halın xüsusi formasıdır [46]. Azərbaycan və ingilis dillərinin materialları əsasında E. Mirzəyev vokativ vahidlərin prosodik təhlilini aparmışdır [47]. M. Adilov vokativ sözləri imperativlər adı altında tədqiq etmişdir [14. S. 475].

Vokativlər və imperativlər sintaktik parametrlərinə görə universaldır və eyni prizmadan öyrənilir. Türk dillərində vokativ cümlələrlə adlıq və yarımçıq cümlələrin arasında olan ümumi və ayrılan cəhətlər mövcuddur. Vokativ vahidlərin də türk dillərində özünəməxsus yeri var. Səs, çağırış siqnalları hələ tarixən qədim insanların ekspressiv danışıq tərzində əhə­miyyətli rol oynamışdır. Belə sözlərin cümlə əmələ gətirməsi emosional hissi qüvvətləndirmişdir. Emosiya – insanın ətraf aləmdəki reaksiyasıdır. Zəngin insan emosiyası vokativ elementlərin iştirak etdiyi cümlələrdə geniş əks-səda doğurmuşdur. Ona görə də dilin sonrakı mərhələlərində vokativlik mühüm linqvistik hadisə kimi meydana çıxmışdır. Məs.: türk – A, gözümün beğeği, ben de seni bekliyorum. Aman doktor, canım cicim doktor, derdime bir çare bil! (danışıq dilində). Biz burada vokativ sözlərdən yox, vokativ cümlələrdən bəhs etməliyik. Ona görə ki, vokativ cümlələr də söz-cümlələrə yaxındır. Üzvlənməyən cümlə qrupuna daxil­dir. Bəzi türkoloqlar (A. Kononov, Q. Bertaqayev, L. Pokrovskaya, R. Əmi­rov və b.) üzvlənməyən bu cümlə növünü də təktərkibli cümlənin sferasında nəzərdən keçiriblər.



Vokativ cümlələr terminini ilk dəfə dilçiliyə A. A. Şaxmatov gətir­mişdir. Onun müşahidələrinə görə, bu cümlə tipi qədim tarixə malikdir. Vokativ cümlələr – təktərkibli cümlənin bir tipi kimi özünəməxsus modal, predikativ və intonasiya xüsusiyyətlərinin daşıyıcısıdır. Belə cümlələrdə intonasiya dominant xarakter kəsb edir. Ton və intonasiya vokativ cümlə­lərdə xüsusi nəzərə çarpır. Məs.: Azərb. – Ədə Kərbəlayi Həsən (əli ilə «bərk vur» işarəsi edir) (C. Məmmədquluzadə).

Bununla yanaşı, Azərbaycanın görkəmli dilçi alimi Y. Seyidov Q. Ka­zımovun «Müasir Azərbaycan dili» (Bakı, 2004) dərsliyi haqqında yazdığı məqalədə qeyd edir ki, vokativ cümlə adlı cümlə növü yoxdur. Sözlərin cümlə mövqeyində işlənməsi onların cümləyə çevrilməsi demək deyil, istər həyəcanla deyilsin, istər həyəcansız. Ümumən, vokativ adlı cümlə növü yoxdur [48. S. 660]. Biz Y. Seyidovun fikri ilə razılaşmırıq. Çünki vokativ cümlə termini türkoloji dilçilikdə də işlədilir. Bu barədə tədqiqatlar da az deyil.


Türk dillərində vokativ cümlələrin semantik təsnifi də müxtəlif prinsiplərə əsaslanılır:


  1. vokativ cümlələr çağırış, müraciət məqsədi ilə istifadə olunur: Azərb. Amma Orxanın səsi bir az da uzaqdan eşidildi: – Azər... Azər dinmədi. – Azər... Azər… (A. Babayev);

  2. vokativ cümlələrdən qiymətləndirmə – əzizləmə məqsədi ilə istifadə olunur: Azərb. Tahir uşaqlarını əzizlədi: – İgidlərim, qoçaqlarım (M. İbrahimov); Nazim müəllim bircə bunu deyə bildi: – Naxələf (Ə. Ha­cı­zadə).

Müasir Azərbaycan dilinin sintaksis dərsliklərində vokativ cümlələr haqqında ilk məlumatı Q. Kazımov verib. Müəllif yazır ki, üzvlənməyən cümlələrin bir növü də vokativ cümlələrdir. Bunlara xitab cümlələr də deyilir. Vokativ cümlələrin əsasında adlıq halda müraciət, çağırış bildirən sözlər durur. Bunlar xitablara bənzəyir, lakin müstəqil işlənməklə nara­zılıq, etiraz, işarəetmə, diqqəti cəlbetmə, xəbərdarlıq və s. kimi mənalar ifadə edərək xitablardan fərqlənir. Vokativ cümlələr sinkretik xarakter daşıyır, adlıq cümlələrə, təktərkibli cümlələrə oxşayır, lakin üzvlənməyən cümlələr kimi çıxış edir. Bu cür cümlələri baş və ikinci dərəcəli üzvlərə ayırmaq qeyri-mümkündür [33. S. 208–209].


Müraciət insanlara, heyvanlara, quşlara və s. aid olur:
a) insanlara müraciətlə işlədilən vokativ cümlələr: Azərb. – Əşi, bəsdir! Aaaz, indi abrını ətəyinə bükəcəyəm (C. Məmmədquluzadə);

b) heyvanlara, quşlara müraciətlə işlədilən vokativ cümlələr: Azərb. – Cip-cip cücələrim, mənim qəşəng cücələrim (T. Elçin); – Toqquş... toqquş, ay çər dəymiş, dayansana! (Ə. Muğanlı);

c) ətraf aləmə, auditoriyaya müraciətlə işlədilən vokativ cümlələr: Azərb. – Şşşş! Sakitlik yaradın (Ə. Muğanlı).
Formal cəhətdən vokativ cümlələr adlıq cümləyə oxşayır. Amma fərqli əlamətlər də vardır. Vokativ cümlə subyektiv münasibətləri ifadə edir, adlıq cümlə isə təktərkibli cümlənin bir növü kimi mübtəda əsasında formalaşır.

Vokativlər ekspressiv mahiyyətlidir və bütün vokativ formalar, voka­tiv cümlələr bədii əsərlərdə qüvvətli emosiya, dərin ruhi vəziyyətlər üçün ən münasib ifadə vasitələrindən olmuşdur. Çağırış məqsədi ilə işlənib qrammatik cəhətdən cümlənin heç bir üzvü ilə rabitələnməyərək sözlər və söz birləşmələri vokativləşməklə estetik hadisəyə çevrilir. Lüzumsuz ritorikadan, sözçülükdən uzaqolma yolunda çəkilən zəhmətin bəhrəsi kimi söz sənətkarının sözlərdən yaradıcı şəkildə, bacarıqla istifadə üsuludur ki, vokativin yaratdığı hissi durumu tam halda götürüb poetik təhlildən keçirmək imkanları açır:




Müharibə! Hər millətin

Qüdrətinə,

Qüvvəsinə.

Müharibə!

Çoxdan böyük



Həqiqətdir

Yer üzündə.



Sən yeməsən,

Onda səni yeyəcəklər.

Sən döyməsən,

Onda səni döyəcəklər.



Zaman! Öz əliyləm qurdu aləmi

Zaman!

Hər bir şeydə yaşayır Zaman!

Alıb öz çiyninə qarışqa kimi

Bütün ömürləri daşıyır Zaman!

(Vaqif Nəsib. Dağ havası)
Cümlənin strukturuna daxil olmayıb vokativ səciyyə daşıyan Müha­ribə, Zaman çoşqun hiss yaradır, bu üsula üstünlük verən şair qələminin məhsulunda müraciət olunan anlayış ön plana çəkilərək qabarıqlaşdırılır.
Tatar dilində vokativ cümlələrin (endəş süzler) müraciət, çağırış formaları müxtəlifdir:


  1. insanlara müraciət: – Sez, Asiya xanım, berençelerdən bulıp ba­rarsız; Qaliulla babay, bu almalarnı sezdə niçek atıylar? – Şulay, Qali enem, beznen uramda da bəyrəm buldı; – Utız tuqızınçı diviziyadən, iptəş polkovnik! – dip raport birde;Frontovik iptəşlər, nersə son bu? – dip soradı ul (Şamov);

  2. heyvanlara müraciət: – Əytçe, koşçıqım, sine kem jəberləde; – Utır­­­dım yaşel vaqonqa, karıyım tərəzəsennən. Kübələqem, tüqərəqem, asıl koşım, sanduqaçım, xatlar kötəmen sinnən (F. Kərim). – İ büre, büre! Sin sarı yonlı bulsan, min ak sakallımın (Q. Tukay);

  3. cansız əşyalara müraciət: – Ax jırlar, jırlar, sez keşe yörəqen nərsə qenə eşlətmisez! Yullarımnın başı sində, urman! (H. Taktaş).

Vokativlər adətən insana müraciətlə işlədilən cümlələr kimi izah edilir. Belə cümlələr insanla yanaşı, başqa canlılara – heyvanlara, quşlara müraciətlə də işlədilir, onları əzizləmək, çağırmaq, oyatmaq, hərəkətə gətirmək, bir işə təhrik etmək məqsədi güdür. Məs.: Azərb. Camaat dağa köçür: – Dəh... dəh... hoha... ho.. Toşa... toş!.. Qız toyuqları çağırdı: – ...... ... çip... çip... çip (C. Bərgüşad).

Müraciətlər vokativ cümlələrdə daha qabarıq olur: Azərb. – A gədə, bir bura gəl! (C. Məmmədquluzadə); – Aaaz, niyə çörək itirən oldun! (C. Bər­güşad); tatar – Ala, ala, koyınız, moldeke, kırşın caska camandık tilemey (S. Cünisov); heyvanlara, quşlara müraciətlə: Azərb. – Dəh, dəh! Sürətini artır, ay köhlən! (Mir Cəlal); – Kiş-kiş, – deyə toyuqları qovdu (danışıq dilində); tatar – Kış-kış, özimiz mına coğarğı eldenbiz; – Dex, dex! Men, men atan mırzanın at kosşısımın (S. Cünisov) və s.

Vokativ cümlələrdə özünəməxsus intonasiya xüsusiyyəti, danlaq, məzəmmət, tənə, qınama, təəccüb, heyrət, təəssüf, heyifsilənmək və s. mənalar mövcuddur. Məs.: başqırd Kemder kapıl ğına işek kaktı. Buran, inenə şinelen halıp, solanğa sıktı həm, karanğı bulha la, işek töböndə torğan keşene şunda uk tanını: – Xəydər? Eye, min... (A. Bikçentaev).

Vokativ cümlələrdə çağırış intonasiyası üstünlük təşkil edir. Məs.: türk – Abi! Abi! (ağabəy) Canım, nirede kaldın? (A. Kamal); Azərb. – Ay ev sahibi, ay ev sahibi... Bir bayıra çıxsana! (S. Əhmədli).

Məsdər təktərkibli cümlələr. Belə cümlələrin xəbəri felin substantiv­ləşmiş forması – məsdərlə (hərəkət adı ilə) -mak, bəzən də -ma forması ilə ifadə olunur. Məs.: türk – Senin elinle ölmek! İki sokak çocuğunun kavğa etmesi (danışıq dilində); Azərb. – Dünyanı parçalamaq, bölmək! Həyatı sevmək, düşmənə nifrət etmək! (S. Əhmədli).

Beləliklə, struktur formulasına görə təktərkibli cümlələr müxtəlif tip cüttərkibli cümlələrin, yarımçıq və elliptik cümlələrin funksiyasını yerinə yetirir. Üzvlənməyən cümlələrin iki tipinin türk dillərində müqayisəli yolla tədqiqi aşağıdakı nəticələri çıxarır:



  1. Üzvlənməyən cümlələr və onların iki tipi (söz-cümlə və vokativ cümlə) türk dillərində mübahisəli və çox az öyrənilmiş məsələlərdəndir.

  2. Bu tip cümlələr yarımçıq və ara cümlələrlə hələ də qarışıq salınır.

  3. Azərbaycan və özbək dillərində bu tip konstruksiyalar monoqrafik şəkildə öyrənildiyi halda, digər türk dillərində məktəb qrammatikası səviyyəsində tədqiq edilmişdir. Bu da göstərir ki, belə cümlələrin müasir türk dillərinin hər birində öyrənilməsi qarşıda duran məsələlərdəndir.

  4. Kənd, məişət mövzusunda bədii əsərlərin dilində vokativ cümlələr nisbətən çox işlədilir. İnsanlara, heyvanlara, quşlara və digər əşyalara müraciətlə deyilən vokativlərinin toplanması, sistemə salınması bu mövzunun çox mühüm əhəmiyyət daşıdığını göstərir.


Məqalənin elmi yeniliyi və tətbiqi əhəmiyyəti. Üzvlənməyən cümlə tiplərinin üzvlənən cümlələrlə oxşar və fərqli cəhətlərinin geniş elmi planda müəyyənləşdirilməsində, dialoq nitqinin spesifik xüsusiyyətlərinin təyin olunmasında bu məqalənin nəzəri müddəalarından istifadə oluna bilər. Müasir türk dillərində bu tip cümlə növləri müqayisəli aspektdə öyrənilərsə, həmin məqalənin müddəalarından bəhrələnmək olar. Tədris prosesində, müəyyən nitq şəraitində bu tip cümlələrdən istifadə yolları belə məqalələrə istinadən də mənimsədilə bilər.

Ə D Ə B İ Y Y A T


  1. Шахматов А. А. Синтаксис русского языка. М.: Учпедгиз, 1941.

  2. Гвоздев А. Н. Современный русский литературный язык: (Синтаксис). М., 1968.

  3. Киприянов В. Ф. Нечленимые предложения в современном русском языке как особый структурный тип простого предложения // Рус. яз. в школе. 1961. № 5.

  4. Мещанинов И. И. Члены предложения и части речи. М.; Л., 1945.

  5. Лекант Н. А. Синтаксис простого предложения в современ­ном русском языке. М., 1974.

  6. Əхмер К. Башкорт теле грамматикасы: (Синтаксесе). Юфю, 1956.

  7. Зəкиев М. Хəзəрге татар əдəби теле: (Синтаксис). Казан, 1958.

  8. Гуламов А. Г., Аскарова М. А. Хозерги узбек адабии тили: (Синтаксис). Тошкент, 1965.

  9. Кунаа А. Простые предложения современного тувинского языка: Автореф. дис. …канд. филол. наук. Алма-Ата, 1970.

  10. Əfəndiyev C. Təktərkibli cümlələr // Azərbaycan dilinin qrammatikası. Bakı, 1959.

  11. Budaqova Z. Müasir Azərbaycan dilində sadə cümlələr. Bakı, 1963.

  12. Cavadov Ə. Təktərkibli cümlələr // Azərbaycan dilinin sintaksi­sinə dair tədqiqlər. Bakı, 1963.

  13. Məmmədov N. Azərbaycan dilçiliyinin nəzəri əsasları. Bakı, 1971.

  14. Adilov M. Azərbaycan dilində sintaktik təkrarlar. Bakı, 1974.

  15. Шадманов Э. Слова-предложения в современном узбекском языке: Автореф. дис. …канд. филол. наук. Ташкент, 1970.

  16. Кулиева О. Дж. Слово-предложение в современном азербай­джанском литературном языке: Автореф. дис. …канд. филол. наук. Баку, 1978.

  17. Бабаева А. Неполные предложения в современном узбекском литературном языке: Автореф. дис. …канд. филол. наук. Ташкент, 1968.

  18. Андреев И. А. Структура простого предложения современ­ного чувашского языка: Автореф. дис. …д-ра филол. наук. М., 1970.

  19. Хазраткулов А. Диалогическая речь в современном узбек­ском литературном языке: Автореф. дис. …канд. филол. наук. Самарканд, 1966.

  20. Халдарова С. Семантико-структурные особенности диалоги­чес­кой речи в современном узбекском языке: Автореф. дис. …канд. филол. наук. Ташкент, 1974.

  21. Амиров Р. Особенности синтаксиса казахской разговорной речи: Автореф. дис. …д-ра филол. наук. Алма-Ата, 1972.

  22. Уринбаев Б. Вопросы синтаксиса узбекской разговорной речи: Автореф. дис. …д-ра филол. наук. Ташкент, 1976.

  23. Сафиуллина Ф. С. Синтаксис татарской разговорной речи. Казань: Изд-во Казан. ун-та, 1978.

  24. Балаев А. Основные коммуникативные характеристики диа­лога: Автореф. дис. …канд. филол. наук. М., 1971.

  25. Занко С. Ф. Основные вопросы лингвистической теории диалога: Автореф. дис. …канд. филол. наук. Казань, 1971.

  26. Балтаева Р. Интонационная структура общего вопроса в современном татарском языке: Автореф. дис. …канд. филол. наук. Казань, 1973.

  27. Ахундов Дж. М. Вопросительные предложения в современ­ном азербайджанском языке: Автореф. дис. …канд. филол. наук. Баку, 1969.

  28. Ахмедов А. Вопросительное предложение в современном узбекском языке: Автореф. дис. …канд. филол. наук. Ташкент, 1965.

  29. Kazımov İ. B. Oğuz qrupu türk dillərində yarımçıq cümlə: Nam. dis. Bakı, 1987.

  30. Əfəndiyev C. Söz-cümlə // Azərbaycan dilinin qrammatikası. Bakı, 1959. H. 2: Sintaksis.

  31. Cavadov Ə. Müasir Azərbaycan dilində şəxssiz cümlələr: Nam. dis. Bakı, 1956.

  32. Abdullayev Ə., Seyidov Y., Həsənov A. Müasir Azərbaycan dili. Bakı: Maarif, 1972. H. 4: Sintaksis.

  33. Kazımov Q. Ş. Müasir Azərbaycan dili: Sintaksis. Bakı: Ünsiyyət, 2000.

  34. Vəliyev S. Türk dillərində sadə cümlə. Bakı: Nurlan, 2005.

  35. Cahangirov M. Müasir Azərbaycan dilində üzvlənməyən cüm­lələr // Nizami adına Ədəbiyyat və Dil İnstitutunun əsərləri: (Dilçilik məcmuəsi). Bakı, 1960. C. 14.

  36. Расулов И. Р. Односоставные предложения в современном узбекском литературном языке: Автореф. дис. …д-ра филол. наук. Ташкент, 1975.

  37. Современный туркменский язык. Ашхабад, 1960.

  38. Rüstəmov R. Türk dilinin sintaksisi. Bakı: Nurlan, 2009.

  39. Azərbaycan dilinin qrammatikası. Bakı, 1959. H. 2: Sintaksis.

  40. Müasir Azərbaycan dili. Bakı: Elm, 1981. H. 3: Sintaksis.

  41. Ağayeva F. Şifahi nitqin sintaksisi. Bakı: Maarif, 1975.

  42. Ализаде З. А. Модальные слова в современном азербай­джанском языке: Автореф. дис. …канд. филол. наук. Баку, 1963.

  43. İsmayılzadə G. Türk dillərində modallıq və onun leksik yolla ifadə vasitələri: Nam. dis. avtoref. Bakı, 2007.

  44. Гаджиева Н. Вокативы в азербайджанском языке: Автореф. дис. …канд. филол. наук. Баку, 1992.

  45. Балли Ш. Общая лингвистика и вопросы французского языка. М., 1955.

  46. Уринбаев Б. Хозирги узбек тилида вокатив категория. Тош­кент, 1972.

  47. Мирзоев Э. Просодический анализ вокативных единиц английского и азербайджанского языков. Баку, 1988.

  48. Seyidov Y. Əsərləri: 15 cilddə. Bakı, 2010. C. 9.


ИСМАИЛ КЯЗИМОВ,

ДЖАХИД ИСМАИЛ ОГЛЫ
СЛОВА-ПРЕДЛОЖЕНИЯ И ВОКАТИВНЫЕ

ПРЕДЛОЖЕНИЯ В СОВРЕМЕННЫХ

ТЮРКСКИХ ЯЗЫКАХ
Р е з ю м е
В стат­ье на ос­нове но­вей­ших дос­ти­же­ний па­ра­линг­вис­тики и ког­ни­тив­ной линг­вис­тики исс­ледуют­ся малои­зу­чен­ные в тюр­ко­логии струк­тур­ные осо­бен­нос­ти слов-пред­ло­же­ний и во­ка­тив­ных пред­ло­же­ний. Здесь так­же ана­ли­зируют­ся «гиб­кая дея­тель­ност­ь» дан­ных конс­трукций как ком­му­ни­ка­тив­ных единиц, сос­тав­ляю­щих диа­ло­ги­чес­кие текс­ты в син­так­си­чес­кой струк­туре тюрк­ских язы­ков, их се­ман­тика и вы­ра­зи­тель­ные воз­мож­нос­ти.
Ключевые слова: слово-предложение, вокативное

предложение, модальные значения,

когнитивная лингвистика

ISMAIL KAZIMOV,

JAHID ISMAILOGLU
WORD-SENTENCES AND VOCATIVE SENTENCES

IN THE MODERN TURKIC LANGUAGES
S u m m a r y
In the article on the basis of the newest achievements of para­linguistics and cognitive linguistics are investigated structural pecu­liarities of word-sentences and vocative sentences which are insufficiently touched upon in Turkology. Here also are analysed «the dynamic activity» of these constructive types as communicative units – constituents of dialogical texts in the syntactic structure of the Turkic languages, their semantics and expressive means.
Key words: word-sentence, vocative sentence, modal meanings,

cognitive linguistics


T Ü R K O L O G İ Y A

¹ 4 2011

KÜBRA QULİYEVA

AZƏRBAYCAN DİLİ DİALEKT VƏ ŞİVƏLƏRİNDƏKİ

BİR SIRA ƏVƏZLİKLƏRİN LEKSİK-SEMANTİK TƏHLİLİ

X ü l a s ə. Müasir dialekt və şivələrimizdə əvəzliklərin ədəbi dildə rast gəlinməyən elə şəkilləri və hallanma formaları mühafizə edilmək­dədir ki, bunların qədim mənbələr, yaxud yazılı qaynaqlarla müqayisədə qədim elementlər olduğu aşkara çıxır. Bu mənada ədəbi dilimizdə, eləcə də dialekt və şivələrimizdə işlənən mən / ben, nara / nere, şu, kəndi, hancaru və s. kimi əvəzliklərin leksik-semantik baxımdan izahı maraq doğurur. Əvəzliklərin abidələrlə, eləcə də dialekt və şivələrlə qarşılıqlı-müqayisəli tədqiqi nəticəsində belə qənaətə gəlirik ki, dilin inkişafının müəyyən mərhələlərində Azərbaycan dili digər oğuz qrupu dilləri ilə olduqca yaxın olmuşdur. Eyni zamanda intralinqvistik baxımdan şivələr arasında kəskin hüdud və radikal fərqlər olmamışdır.

Açar sözlər: əvəzlik, dialekt və şivələr, yazılı qaynaqlar,

intralinqvistik amillər

Müxtəlif nitq hissələrini əvəz edərək cümlə içərisində həmin nitq hissəsinin vəzifəsini yerinə yetirmək xüsusiyyəti yalnız əvəzliklərə məx­sus olduğundan onların dilçilikdə rolu xüsusidir. Qeyd edək ki, əvəz­liklərin qədim variantlarının üzə çıxarılmasında yazılı mənbələrlə yanaşı, dialekt və şivələrin də rolu böyükdür. Belə ki, bu gün müasir dialekt və şivələrimizdə əvəzliklərin ədəbi dildə rastlanmayan elə şəkilləri və hallanma formaları mühafizə edilməkdədir ki, bunların qədim mən­bələr, yaxud yazılı qaynaqlarla müqayisədə qədim elementlər olduğu aşkara çıxır. Bu mənada ədəbi dilimizdə, eləcə də dialekt və şivələrimizdə işlənən bir sıra əvəzliklərin leksik-semantik baxımdan izahı maraq doğu­rur.



Bən / mən əvəzliyi. Tarixi materialların dilindən məlum olur ki, Azərbaycan dilində birinci şəxsin təkini ifadə edən mən əvəzliyi orfo­qrafiyada həm mən, həm də bən kimi yazılmışdır. Tədqiqat bu əvəzliyin türk dilləri arasında yalnız müasir türk ədəbi dilində ben kimi işlənmə formasını qoruduğunu göstərir. Digər türk dillərinin əksəriyyə­tində mən / men şəkli üstünlük təşkil etməkdədir. Məsələn, Azərbaycan, uyğur, türkmən, qumuq, qazax, qırğız, özbək, Altay və qaraqalpaq dil­lərində qeyd etdiyimiz formaya rast gəlmək olur. Yazılı abidələrin araşdı­rılma­sından bən formasının dilin qədim dövrlərinə aid mənbələrdə – Xə­tainin, Həsənoğlunun, Qazi Bürhanəddinin, Füzulinin əsərlərində, «Əhməd Hərami», «Qisseyi-Yusif», «Vərqa və Gülşa», «Əsrarnamə», «Şəhriyar» dastanlarının dilində işləndiyini görmək mümkündür.

Qeyd edək ki, bu mənbələrin də çoxunda bənmən əvəzliklərinin paralel işləndiyi müşahidə olunur. Abidələrin dilində daha çox mən əvəzliyinə yer verilməsi Azərbaycan dili üçün bən əvəzliyinin səciyyəvi olmadığını və dilin müəyyən mərhələsində tədricən dildən çıxmaqda olduğunu göstərir. Həqiqətən də Xətai yaradıcılığından sonra ədəbi qay­naq­larda bən əvəzliyinə təsadüf edilmir. Beləliklə də, birinci şəxs əvəzliyində bir müddət bu ikiliyin olmasına baxmayaraq, dilimizdə mən şəklinin sabitliyi, xüsusilə danışıq dilində qüvvətli olduğu üçün sonralar yazıda da bir imlada sabitləşməsinə təsir göstərmişdir.

Abidələrin tədqiqi mən əvəzliyinin ismin yönlük halında mənə / mana / / maŋa / manqa / bana / bənə şəkillərində işləndiyini göstərir. Bu haqda H. Mirzəzadə yazır: «XIV–XVII əsrlərdə hər iki imla xüsusiyyəti [mana, bana] mühafizə edilmişdir. Daha sonralar, yəni istər XIX və istərsə də XX əsrin şeir dilində təsadüf edilən mana şəklini normal bir hal hesab etmək olmaz, çünki belələri yalnız şeirdə üslub xatirinə olan bir müna­sibətdən irəli gəlmişdir» [1. S. 170].

Zənnimizcə, bu fikirlə razılaşmaq doğru olmaz. Çünki bu üslub xati­rinə deyil, yazıçının öz dialekt xüsusiyyətindən irəli gələn bir hal kimi də qəbul oluna bilər.



Mən əvəzliyinin yönlük halda işlənmə forması demək olar ki, türk dillərində müştərəkdir. Hətta çuvaş dilində sözün adlıq hal forması man-dır. Azərbaycan dilinin Naxçıvan qrupunda və Meğri şivələrində də man, san formalarının işləndiyi görülür, məs.: Man buləri yaxşi taneyram (Meğ.); Man qocalmışam da, ılxı görməmişəm, nə bülləm? (Nax.).

Bu forma Azərbaycan dilinin Zəngilan, Füzuli şivələrində, Ordubad dialektində də müşahidə olunur, məs.: Man da getdim o kəndə; Man saŋa ay demənəm, qaşıŋa yay demənəm; Dədaŋa deynən sanı çağrellar; San qorxuv eləmersan, ağzıŋa nə gəler danışersan; Şah Abbas tez içəri girif dedi: san nə danışersan, qurt nə gəzer, man gəlif qaravıl çəkerəm [2. S. 13].

Müasir türk dilində ben əvəzliyi də ismin yönlük halında bana forma­sında işlənir. Türkoloqlar bunu həmin əvəzliyin qədim dövrlərdə ng və ya sağır nunla banga > manga, baŋa > maŋa formasında işlənməsi ilə əlaqələndirirlər [3. S. 307]. T. Banquoğlu bunu belə izah edir: «Lakin bunu qədim türk dilindən çıxış edərək burun-damaq samitinin saitləri qalınlaşdırması ilə də bağlaya bilərik» [4. S. 358]. Digər tərəfdən, maŋa, mağa, maa kimi variantlarda işlənməsi türkologiyada mən əvəzliyinin vaxtilə man kimi işlədilməsi fikrinin də ortaya çıxmasına səbəb olmuşdur. Bu fərziyyənin doğruluğunu həmin əvəzliyin dialektlərdəki işlənmə durumu da sübut edir. Azərbaycan dili dialekt və şivələrinin qərb qrupunda I və II şəxs əvəzliklərinin sağır ŋ ilə işlənən variantına təsadüf edilmişdir: Məŋ elə sizi gəzerdim; Dedi məŋ də sizdənəm; Səŋ çıx get, məŋ hələ burdoyam (qərb qrupu) [2. S. 14].

Muğan qrupu şivələrində də bir sıra faktların qeydə alınmasına baxmayaraq həmin xüsusiyyətlər qərb qrupunda daha çox qalmışdır və həmin qrup üçün səciyyəvi hesab olunur.

Azərbaycan dili dialekt və şivələrindən Zaqatala, Qax şivələrində qıpçaq tipli türk dillərinə xas olan -ğa (ğa / mağa) yönlük hal şəkilçisi kimi işlənir. Oğuz rayonu şivələrində isə maha, saha formalarının da işləndiyi qeydə alınmışdır [5. S. 184].

Sənsizin əvəzliyi. Şəxs əvəzlikləri ilə bağlı bir maraqlı fakt abidələrin dilində inkar şəkilçisi qəbul etmiş sən (sənsiz) əvəzliyinin sənsizin formasında işlənməsidir: Sənsizin könlüm, şəha, bir külbeyi-viranədir [6. S. 180]; Sənsizin halım pərişan, biqərar oldu yenə [7. S. 54]; Vəh ki, buldum sənsizin avarə bilmən neyləyim [8. S. 57].

H. Mirzəzadə haqlı olaraq -sizin şəkilçisinin -siz şəkilçisinin sinonimi və zərf düzəldən şəkilçi olduğunu qəbul edir [9. S. 188].

R. Eyvazova Kişvəri «Divan»ında işlənmiş sindin sözünün də ‘sənsiz’ mənasını ifadə etdiyini qeyd etməsinə baxmayaraq, eyni şəkilçi ilə düzələn andin sözü haqqında məlumat vermir: Bulmışam rüsvalığ sindin məni rüsva nəsib [8. S. 6); Damənim göz qanidin andin ləbaləb doldi kim [8. S. 57].

Z
4 «Тцрколоэийа», № 4


ənnimizcə, burada da müəllifin fikri ilə razılaşmaq düzgün deyil. Belə ki, əvvəla, sənsizin sözü -in şəkilçisi ilə düzəlmişdir. Səndin / sindin sözündə isə göründüyü kimi -din şəkilçisi işlənmişdir. Fikrimizcə, bu nümunələrdə -din uyğur mənşəli olub, -dan / -dən çıxışlıq hal şəkilçi­sindən başqa bir şey deyil. Çünki müraciət etdiyimiz yazılı abidələrdə Azərbaycan dilində yazan müəlli­f-lərin qıpçaq, uyğur, osmanlı türkcəsində yazan müəlliflərdən təsirlən­dikləri əyani şəkildə görülməkdədir. Yeri gəlmişkən bir məsələni də qeyd edək ki, tədqiqata cəlb olunan bədii mənbələrin əksəriyyəti orta əsrlərə aiddir və həmin dövrlərdə şərqdə cağatay, qərbdə isə osmanlı türkcəsi olmaqla iki yazı dili paralel şəkildə inkişaf etməkdə idi. Təbii ki, bu Azərbaycan dilində yazan müəlliflərin əsərlərinə təsir göstərməyə bilməzdi. Bu formanın yazılı abidələrin çox az qismində işləndiyini müşahidə etmək olur: Məndən diləmək murad səndin [10. S. 22]; Lütfün ilə kəsmə vayə məndin [10. S. 22]; Ta tişrəyə kimsə andin agah [10. S. 25]; Yusifi sizlər məndin dilədiniz [11. S. 107].

Nümunələrin hamısında -din şəkilçisinin əvəzliyə yalnız çıxışlıq halın ifadə etdiyi məna çalarını verməsi fikrimizin doğruluğunu sübut edir.

Müasir dialekt və şivələrimizin heç birində bu formaya təsadüf olunmadığından bunun dilimiz üçün səciyyəvi olmadığı və qıpçaq qrupu türk dillərinə məxsus element olduğu da aydın olur.

Şu əvəzliyi. Azərbaycan dili üçün xarakterik olmayan əvəzliklərdən biri də bir sıra türk dillərində, o cümlədən müasir türk ədəbi dilində işlənmə tezliyi yüksək olan şu əvəzliyidir. Şu işarə əvəzliyi türk dilində obu əvəzlikləri arasında orta mövqe tutur, yəni bu-dan uzaq, o-dan isə yaxın məsafədə yerləşən əşya və varlıqlara işarə etmək üçün istifadə olunur. Türk dilçiləri şu əvəzliyi ilə bu əvəzliyi arasındakı fərqi bir də şu əvəzliyində konkretliyin olmaması, əşya və varlıqları qeyri-müəyyən şəkildə bildirməsi ilə izah edirlər.

Azərbaycan dilinin əksər dialekt və şivələrində şu əvəzliyinə yalnız şunu götü, şunu qoy, şunu apar, şunu gəti ifadələrində rast gəlirik. Həmin dialekt və şivələrdə şu əvəzliyi müştərək şəkildə həm yaxını, həm də uzağı göstərməklə həm bu, həm də o əvəzliklərinin funksiyasını özündə birləşdirir. Hər halda başqa dillərə nəzərən Azərbaycan dilində qalmaması da, zənnimizcə, bu iki əvəzlik arasındakı məna hüdudunun aradan qaldı­rıl­ması ilə bağlıdır. Mənbələrdə şu əvəzliyinin sərbəst və müxtəlif hal şəkilçiləri qəbul etmiş formalarının da işləndiyini görmək mümkündür. Əlinin «Qisseyi-Yusif» əsərində bu işarə əvəzliyinin oşal formasına təsadüf edirik ki, əsər bu formanın işləndiyi yeganə abidədir: Oşal saət xaliqdən fərman oldı [11. S. 108].

Yazılı abidələrimizdən «Əhməd Hərami» dastanında rast gəldiyimiz oluq / şoluq forması da tədqiqata cəlb olunan digər mənbələrdə müşahidə olunmamışdır: Oluq dəm ayı gögdən endirədi [12. S. 17]; Şoluq dəm pəncərə dibinə vardı [12. S. 21].

Maraqlı cəhət burasındadır ki, müasir dialekt və şivələrimizdən Ayrım şivəsində ikinci və üçüncü şəxs əvəzliklərinin -uq şəkilçisi ilə işləndiyi qeydə alınmışdır, məs.: səniq, suziq, onuq kimi. M. İslamov bunu qədim dilimizdə mövcud olan nq birləşməsində n samitinin düşməsi ilə əlaqələndirir [2. S. 30].

Əslinə qalırsa, bu forma Orxon abidələrinin dili ilə səsləşir ki, bu da şivələrin qədim elementləri daha həssaslıqla qoruyub saxladığına başqa bir sübutdur.

Qovuşuq nq səsindən bəhs edərkən M. Şirəliyev yazır: «Daha sonralar bu səsin parçalanması nəticəsində oğuz tipli türk dilləri q ünsürünə, qıpçaq tipli türk dilləri ğ ünsürünə üstünlük vermişlər» [13. S. 4–5]. Fikrimizcə, olşu işarə əvəzliklərinin oluqşoluq formasında işlənməsini orta əsrlərdə geniş yayılmış və ədəbi mənbələrin əsas dillərin­dən biri sayılan uyğur dilinin təsiri ilə bağlamaq daha doğru olar.



Kəndi əvəzliyi. Müasir Azərbaycan ədəbi dilində qayıdış əvəzliyi öz-dür. Bu əvəzlik mənsubiyyət şəkilçisi qəbul etdikdə təyini əvəzlik olmaq xüsusiyyətini itirərək qayıdış əvəzliyinə çevrilir. Ədəbi əsərlərin dilindən məlum olur ki, tarixən mənbələrin çoxunda öz əvəzliyi ilə paralel bu gün bir sıra türk dilləri, xüsusilə də müasir türk dili üçün səciyyəvi olan kəndi əvəzliyi də işlənmişdir. Xətainin, Füzulinin, Nəsiminin dilində, «Dədə Qorqud», «Əsrarnamə», «Qisseyi-Yusif», «Əhməd Hərami» dastanla­rında işlənmişdir.

Azərbaycan dilinin dialekt və şivələrində qayıdış əvəzliyinin ifadə forması müxtəlifdir və onun işlənməsində ədəbi dildən fərqli xüsusiy­yətlər özünü göstərir. Azərbaycan dili dialekt və şivələrində öz / üz sözü ilə bərabər kəndi / / gəndi əvəzliyindən də istifadə olunur, məs.: Malları heylə kəndi başına buraxanda, həlvət ki, itər (Ş.); Gəndi-gəndinə iş görör (Qaz.); Öz gəndinə sürüf güdif maşını (Qaz.); Kəndim yaxşıdı, hələlig işdiyə bilirəm (S.); Harya gedəjəx'sə, kəndi desiņ, biz də dalıncax gedəx' [11. S. 152].

Bu əvəzlik bugünkü şəkli ilə ‘öz’ mənasında «Qədim türk dilləri lüğəti»ndə [15. S. 298], eləcə də «Divanü lügat-it-Türk»də qeydə alınmışdır [16. S. 300].

Hancaru əvəzliyi. Hancarı sözünün etimologiyası haqqında müxtəlif mülahizələr mövcuddur. Belə ki, H. Mirzəzadə həmin sözün qan (han) və car (yer) sözlərinin birləşməsindən əmələ gəldiyi fikrini irəli sürür [1. S. 197]. Müəllif burada türk dillərində mövcud olan c ~ y səsuyğunluğuna əsaslanır. Ə. Şükürov bu əvəzliyi mürəkkəb quruluşa malik söz kimi qəbul edərək onun kay + yan + ca + ru hissələrindən əmələ gəldiyini fərz edir [2. S. 137]. M. İslamov qədim dil faktlarına görə hancarı sözünün etimologiyasını iki formada izah etməyə çalışmışdır:

1
4 *


. Onun fikrincə, türk dillərində sual əvəzliklərinin kökündə ‘hansı’ mənasını bildirən kan / xan / han durduğu və Azərbaycan ədəbi dilində və şivələrdə bu kökdən hansı, hankı, handa sözlərinin əmələ gəlməsini nəzərə alaraq sözün birinci hissəsinin han olduğunu qəbul etmək olar. Müəllif sözün ikinci hissəsini qədim türk dillərində ‘vaxt’, ‘zaman’, ‘an’ mənasını bildirən çer sözü ilə bağlayır və burada irəli assimilyasiya nəticəsində han sözündəki arxasıra saitinin təsiri ilə cer sözündə də önsıra saitinin arxasıra saiti ilə əvəzləndiyini və nəticədə hancarı sözünün iki müstəqil söz və bir şəkilçidən əmələ gəldiyini yazır.

2. İkinci ehtimala görə, müəllif hancaru sözünün qədim abidələrin dilində işlənmiş ‘hara’, ‘haraya’ mənalı kança və istiqamət bildirən -ra / / -ru / -rı şəkilçisinin birləşməsindən meydana gəldiyini göstərir [2. S. 137–139].

Bizə görə, ha tarixən istiqamət, yön, han isə keyfiyyət bildirən söz olmuşdur. Çünki diqqət etsək, istiqamət bildirən hara, nere, nara sözlərinin əsasında ha > ne durduğunu görərik. Zaman məfhumu da bildirərkən yenə sözün əsasında ha hissəciyinin durduğu müşahidə olunur (ha-vaxt, ha-çağ, ha-çan). Keyfiyyəti ortaya çıxarmaq məqsədilə işləndikdə isə han formasından istifadə olunmuşdur ki, hancarı, han sözləri bunun məhsuludur. Bilavasitə hancarı sözünə gəlincə, zənnimizcə, H. Mirzəzadənin mövqeyi daha döğrudur.

Yazılı mənbələrin dilində hancaru formasına təsadüf olunsa da, daha çox qədim variantları olan qancaruxancaru formalarından istifadə olunduğu nəzərdən qaçmır: Biliməzim ki, qancaru gedəyin [12. S. 58]; Xancaru baxsam gözümdə yer yüzü sudur mana [6. S. 35].

Abidələrin dilində də qancaru / hancaru sözünün müxtəlif məna yükünü yüklənmək xüsusiyyəti müşahidə olunur, məs.: 1) ‘hara’ mənasını ifadə edir: Biliməzim ki, qancaru gedəyin [12. S. 58]; Xancaru baxsam gözümdə yer yüzü sudur mana [6. S. 35]; Qancaru baxar isən ərənlərdür [17. S. 623]; 2) ‘necə’ mənasını bildirir: Bu vaxtın qancəri seyran qılaydı? [12. S. 21]; Xancaru ərz eyləsən, lövhində ərşüllahi gör [6. S. 90]; Qəncərü kim, əzm qılsan sümmə-vəchüllahı gör [7. S. 452].

Nitə sual əvəzliyi. Araşdırma zamanı ortaya çıxan başqa maraqlı bir cəhət «Əhməd Hərami» dastanı və Qazi Bürhanəddin «Divan»ında qeydə aldığımız nitə sual əvəzliyidir. Bu formaya nə dialekt və şivələrdə, nə də digər abidələrin dilində rast gəlmirik. Bu ədəbi dildəki necə sual əvəzliyinin sinonimidir: Bu yürəgümün bitisin ya nitə nəyə buraxdın [17. S. 167]; Nitə oldı hekayət anla, aqil [12. S. 69].

Dilimizdə c samitinin də alınma olması fikri ilə razılaşsaq, o zaman nitə formasının daha qədim olması və sonralar t ~ c səsuyğunluğu nəticəsində necə formasına düşdüyünü söyləyə bilərik.



Havaxt, haçan, qaçan, xaçan, haçaq sual əvəzlikləri. H. Mirzəzadə havaxt əvəzliyindən bəhs edərkən yazır: «XIX əsr ədəbi-bədii əsərlərin dilində rast gəldiyimiz ha əvəzliyi, dilimizdəki daha çox istifadə edilən əvəzliyinin sinonimi kimi işlənmişdir. Ha əvəzliyi müəyyən sözün əvvəlinə gələrək mürəkkəb şəkil almışdır» [1. S. 187]. Lakin haçan, qaçan, xaçan, haçaq əvəzliklərindən danışarkən isə göstərir ki, «müasir Azərbaycan dilində bunlardan yalnız haçanhaçaq sözlərinə rast gəlirik. Vaxtilə ümumi bir səs quruluşuna tabe edilmiş Azərbaycan dili XVIII əsrdən başlayaraq özünə məxsus bir inkişaf xətti keçmişdir. Bu sözün ilk səsi q < x < h istiqamətində inkişaf edib, haçan şəklini almışdır» [1. S. 193–194].

Müəllifin ha sözünü havaxt kəlməsində əvəzlik kimi qəbul etdiyi halda, həmin sözü an, çağ sözlərinin qarşısında işlənərkən nə üçün əvəzlik kimi qəbul etməməsi maraq doğurur. Elmi mənbələrdə havaxt əvəzliyi haçan əvəzliyindən ayrılaraq hər biri haqqında ayrılıqda məlumat verilir. Lakin hər şeydən əvvəl qeyd edək ki, bu əvəzliklərin hər ikisi zaman məfhumu bildirən sözə birləşməklə zaman məzmunu ifadə edir. Başqa sözlə, əgər ha bir əvəzlik kimi havaxt sözündə vaxt kəlməsinin önündə gəlmişsə, haçan sözündə an, haçağ sözündə isə çağ sözünün qarşısında işlənərək yenə də zaman məfhumu ifadə etmişdir ki, bu da həmin sözlərin məntiqi baxımdan eyni əvəzlikdən yarandığını göstərir.

Fikrimizcə, istər havaxt sözündə, istərsə də haçan, haçaq sözlərində ha əvəzliyi əvəzliyinin sinonimi kimi çıxış edərək hərfi mənada ‘nə vaxt’, ‘nə an’, ‘nə çağ’ kimi mənalar ifadə edir. Bir məsələni də qeyd edək ki, Şəki dialektində ‘nə vaxt’, ‘nə zaman’ mənasında nə çānə əvəzliyi işlənir. Zənnimizcə, burada çanə qədim türk dillərində ‘səhər şəfəqi’ mənasında işlənmiş çaŋ sözünün dialekt variantıdır. Bundan çıxış edərək haçan sözünün əsasında çaŋ / çānə sözünün durması fikrini də irəli sürə bilərik. Sözün q < x < h istiqamətində inkişafına gəlincə, onu deyə bilərik ki, bu inkişaf məhz q > x > h istiqamətində olmuş və bu səsuyğunluğu prosesi nəticəsində haçan formasına düşmüşdür.

Abidələrin dilində qeyd olunan formaların, demək olar ki, hamısı öz əksini tapmışdır.



Nara, nerə sual əvəzliyi. Bu əvəzliyə müasir Qax rayonu şivələrində təsadüf olunur, məs.: Qulunu olan atı nara olsa sürmağa olmaz (Qax); Sen neyannan, nardan geliysin? (Qax). Hara sual əvəzliyinin mənasında işlənir. Hal şəkilçiləri qəbul edərkən iki formada çıxış edir:

A.

nara / nere

Y.

naranın / nerenin

Yön.

nara / nere; nariyə / neriyə

T.

naranı / nereni

Ye.

narada / narda; nerede / nerde

Ç.

naradan / nardan; nereden / nerden

Göründüyü kimi, nara / nere əvəzliyi hallanarkən bəzən adlıq və yönlük hal eyni şəkildə olur, onları bir-birindən ayıran formal cəhət yoxdur, yəni halın əlamət şəkilçisindən istifadə olunmur. Bu çox güman ki, nara / nere əvəzliyinin daxili məzmununda istiqamət anlayışının olmasıyla bağlıdır və bu səbəbdən də söz ikinci dəfə eyni mənalı şəkilçini qəbul etmir. İsmin yerlik və çıxışlıq hallarında nara / nere hal şəkilçilərini qəbul edir. Bu zaman türk dilində olduğu kimi, narda / nerde formasında işlənir. Müasir türk dilində də nere əvəzliyi sual əvəzliyi funksiyasını daşıyır və hallanma forması Qax şivəsindən fonetik baxımdan yönlük və təsirlik hallarında cüzi fərqlənir.

Sözün mənşəyi haqqında türkologiyada müxtəlif fikirlər mövcuddur. Məsələn, O. Bötlinqk və A. Vamberi sözün ne sual əvəzliyi və yer sözlərindən törədiyi, V. V. Radlov və N. K. Dmitriyev, Y. Nemet, J. Deni ne + ara sözlərindən düzəldiyi, K. Foy, V. Banq və V. Kotviç -ra / -rə şəkilçisinin hal (istiqamət bildirən) şəkilçi olduğunu, A. Samoyloviç isə -ra şəkilçisinin fel mənşəli olması fikrindədirlər [2. S. 120]. Lakin bizə görə, qədim dilimizdə yer sözünün er variantının olmasını nəzərə almış olsaq, o zaman O. Bötlinqk və A. Vamberinin fikri daha məqsədəuyğun və məntiqli sayıla bilər. S. Ə. Şirvaninin dilində rast gəldiyimiz bir nümunə də bunu sübut edir: Nə yerdə bunlara manənd hüsni-surət var? [18. S. 178].

Əvəzliklərin abidələrlə, eləcə də dialekt və şivələrlə qarşılıqlı-müqayisəli şəkildə tədqiqi maraqlı bir faktı ortaya çıxarır. Araşdırma göstərir ki, dilin müəyyən mərhələlərində Azərbaycan dili digər oğuz qrupu dilləri ilə nə qədər yaxın olmuşsa, eyni dərəcədə də intralinqvistik baxımdan şivələr arasında hüdud mövcud olmamışdır. Başqa sözlə, bugün müəyyən xüsusiyyətlərinə görə qruplara ayırdığımız şivələrin bəlkə də hamısında bu və ya digər şivəyə məxsus hesab etdiyimiz cəhətlər müştərək olmuşdur.


1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə