T Ü rkolog I y a ¹ 4 2011 afina əLİzadə azərbaycan diLİNDƏ Cİns biLDİRƏN




Yüklə 1.19 Mb.
səhifə3/6
tarix24.02.2016
ölçüsü1.19 Mb.
1   2   3   4   5   6
yuk? Kittemitte yuk... (danı­şıq dilində) (= Karşı-karşı əyteşmiçə kittemek istomok). Və yaxud: – Alaysa sinnən kaldı yuk? (danışıq dilində) (= Alaysa sinnən kalmak istomok). Azərbaycan dilindəki dialoqa da baxaq: – Fikrini mənimlə bölüşmək istəyirsən? Xeyr (danışıq dilində) (= Fikrimi sizinlə bölüşmək istəmirəm) və s. Demək, fikir iki formada – birinci qısa, yığcam, ikincisi isə verilən sualın həcmi qədər olan formada təqdim edilir.

Söz-cümlənin qrammatik və semantik təbiəti bir-birinə zidd xarakter daşıyır. Bu sintaktik vahid türk dillərində mühüm kommunikativ pro­sesləri yerinə yetirir. Onun yaranma və funksional imkanları bir o qədər də sadə deyil. Belə cümlələrin türk dillərində leksik-morfoloji əsasları demək olar ki, eyni formalarla müşahidə olunur. Söz-cümlənin müxtəlif tipləri təktərkibli və yarımçıq cümlələrlə bəzi hallarda oxşar götürüldüyü hallar da olub. Söz-cümlədə olan modallıq və predikativ əlaməti bəzi hallarda nəzərə alınmayıb. Odur ki, türk dillərində söz-cümlənin se­mantik-sintaktik tiplərini müəyyənləşdirmək və qarşı-qarşıya gətirmək, kontekst daxilində söz-cümlənin əlaqələrini aydınlaşdırmaq lazım gəlir.
Tarixən söz-cümlə rus dilçiliyində, türkologiyada nəzərdən keçiril­mişdir. Rus dilçiliyində söz-cümlə müxtəlif istiqamətlərdə öyrənilmişdir. A. A. Şax­matov söz-cümləyə morfoloji-sintaktik planda yanaşmışdır. O, söz-cümləni nida cümlə adlandırmışdır. Misal gətiriyi söz-cümlələrin böyük əksəriyyəti nidalarla ifadə olunanlardır [1. S. 85–86]. A. N. Qvoz­dev həmçinin söz-cümləni nida cümlələr üzərində təsnifləndirmişdir [2. S. 183–188]. V. F. Kipriyanov söz-cümləni üzvlənməyən cümlələr adı altın­da tədqiq etmişdir [3. S. 45–49]. Digər müəlliflər söz-cümləni mor­foloji-sintaktik, semantik-sintaktik və struktur-semantik aspektlərdə öy­rən­məyə cəhd göstərmişlər [4–5].
Türk dillərinin qrammatikalarında söz-cümləyə münasibət fərqli ol­muş­dur. Həmin fərqli fikirləri aşağıdakı kimi qruplara ayırmaq olar:



  1. Bir sıra elmi işlərdə söz-cümlə termini ümumiyyətlə işlənmir, bunun əvəzinə cavab replikalarda bəli, yox, xeyr sözlərinin yarımçıq cümlə olduğu qeyd edilir [6–9];

2. Söz-cümlə təktərkibli cümlənin bir növü kimi götürülür [10–12];

3. Söz-cümlə sadə cümlənin müstəqil tipi kimi götürülür. Mütə­xəs­sislər bunu üzvlənməyən cümlələr adı ilə təqdim edirlər. Üzvlənməyən cümlənin bir tipini də vokativ cümlələr başlığı altında öyrəniblər. Eləcə də türkologiyada belə cümlələri kvazicümlələr kimi də öyrənənlər var. Kvazi termini yalançı anlamına uyğun gəlir [13];

4. Bəzən üzvlənməyən cümlələr geniş miqyasda frazeoloji ifadələrin və təkrar tiplərinin içərisində nəzərdən keçirilir [14].
Söz-cümlə haqqında bəzi türk dillərində namizədlik işləri də yazıl­mışdır. E. Şadmanov müasir özbək dilinin [15], O. Quliyeva müasir Azərbaycan ədəbi dilinin söz-cümlələrini kompleks planda tədqiq etmişlər [16]. Türkologiyada yarımçıq cümlə haqqında tədqiqat aparan dilçilər də bu mövzudan yan keçə bilməyib, bir sıra müqayisələr apar­mışlar [17–29]. Keçən əsrin 50–60-cı illərində söz-cümlə barədə Azərbaycan dilinin qrammatikalarında və dərsliklərində məlumatlar veril­mişdir [30; 12]. Söz-cümlə haqqında müasir türk dillərinin sintaksisi, xüsusən də sadə cümlə haqqında yazan dilçilərin də əsərlərində müəyyən məsələlərə toxunulmuşdur [6–9; 31; 11; 32–34]. Söz-cümlə üzvlənməyən cümlənin bir növü olduğundan bu ad altında məqalələr dərc edilmişdir. Bu sahədə Azərbaycan dilçiləri M. Cahangirov və M. Adilovun araşdır­maları məlumdur [35; 14].

Azərbaycan dilçisi Ə. Abdullayev söz-cümlə termini yerinə cümlə əvəzləri termininin işlədilməsini münasib bilir. «Tək-tək sözlər adlıq cümlə, yarımçıq cümlə və digər cümlə növləri vəzifəsində işləndiyinə görə, bu başlıq altında izah edilən kateqoriyanı söz-cümlə adlandırmaq münasib deyildir. Cümlə əvəzləri termini həmin kateqoriyanın mahiy­yətinə daha uyğundur» [32. S. 270]. Ə. Abdullayev fikrini davam etdirə­rək yazır ki, dildə elə sözlər var ki, izahedici sözlər qəbul etmədən, müxtəlif növlü cümlələri əvəz edir. Bunları cümlə əvəzləri adlandırmaq olar. Belələri cümlə üzvlərinə ayrılmadığından, üzvlənməyən cümlələr sırasına daxildir. Müəllifin fikrincə, cümlə əvəzləri ən çox müsahibədə işlədilir, bundan əlavə, monoloqlarda da onlara yer verilir. Cümlə əvəzlə­rinin formalaşmasında mətnin, söhbət gedən şəraitin və intonasiyanın mühüm rolu vardır. Mətndən və söhbət gedən şəraitdən, onun deyiliş tərzindən anlaşılır ki, bu və ya digər cümlə əvəzi hansı mənanı daşıyır, onun ifadə olunmasına xidmət edir. Dialoqda o, başqasının fikrinə da­nışanın münasibətini, monoloqda isə öz fikrinə münasibətini bildirir.

Ə. Abdullayev cümlə üzvlərinin cüttərkibli və təktərkibli sadə cüm­lələri, tabesiz və tabeli mürəkkəb cümlələri əvəz etdiyini maraqlı nümu­nələr əsasında təhlil etmişdir. O, cümlə əvəzlərini yarımçıq cümlələrdən də fərqləndirmiş, onun gümanına görə cümlə əvəzləri dilin yığcamlığına (qənaətə) meyillidir və az sözlə geniş mənalar ifadə edir [32. S. 270–274].

Q. Kazımov söz-cümlələrdən üzvlənməyən cümlələr başlığı altında bəhs edir. O, belə cümlələri söz-cümlələr və vokativ cümlələr olmaqla iki yerə ayırır. Söz-cümlənin definisiyası belə göstərilir: «Bir sözdən (və ya sözlərin sabit birləşməsindən) ibarət olub, sintaktik cəhətdən üzvlən­məyən cümlələrə söz-cümlə deyilir» [33. S. 203]. Q. Kazımovun fikrincə, söz-cümlələr intonasiya və mətnin köməyi ilə formalaşır. İntonasiya predikativliyi təmin edir, söz-cümlələrin modal mənasının müəyyənləş­məsinə kömək edir. Bu sahədə mətnin də böyük rolu vardır. Mətn şəraiti olmadan (şifahi nitqdə situasiya) söz-cümlələr vasitəsilə danışan şəxsin nəyi nəzərdə tutduğunu başa düşmək olmaz. Bu cür cümlələrdə icraçı, haqqında danışılan şəxs, əşya, onların hərəkət və əlaməti müxtəlif üzvlər vasitəsilə deyil, yalnız mətnin, situasiyanın köməyi ilə müəyyənləşir [33. S. 203].

İ. Rəsulov özbək ədəbi dilində təktərkibli cümlələrlə üzvlənməyən (söz-cümlə), eləcə də yarımçıq cümlələri qarşılaşdırmış, struktur xüsusiy­yət­lərini dəqiqləşdirmişdir [36].

Söz-cümlələri həm məzmun, həm də ifadə planında öyrənmək lazım­dır. İfadə planı belə cümlələrin ədatlarla, modal sözlərlə və nidalarla təzahürünü nəzərdə tutur.

M. Zəkiyev tatar dilində söz-cümlələrin struktur-qrammatik, təktər­kibli cümlələrlə münasibətini, morfoloji əsaslarını, kontekstdəki rolunu, söz-cümlənin məqsəd və intonasiyaya görə tiplərini və s. araşdırmışdır. Söz-cümlə termini kereş süzlər həm kereş süz tezməlere termini ilə ifadə olunur [17. S. 179–183].
Tatar dilində köməkçi nitq hissələri söz-cümlə funksiyasında çıxış edir. Məs.: – Poezd kuzqalıp qörləp kitte, bez kaldık? – Əlbəttə; – Ber könne Qayaz tantanalı itep əytte; menə xəzer inde sez çın bakçaçılar? Niyayat (Ş. Kamal); – Ul işetkən ide, İdel buendaqı alma bakçaları öşeqən, dip söyləqənnər ide? – Döres (İ. Qazi); – Altınçı el suqışta yöri torqandır, anar əllə kavın aşap kararqa da yarmıymı? – Bəlki (Pav­lenko).

Həmin nitq hissələrinin müasir türk dillərində həm oxşar, həm də fərqli formalarına rast gəlmək olur. Amma situasiyada söz-cümlə müasir türk dillərində ədatın, modal sözün və nidanın semantikasını mühafizə edib saxlayır. Sonuncu ümumi cəhətlərdəndir.


Türkmən dilində söz-cümlə funksiyasında ovnuk sözler (ədatlar) fəal iştirak edir. Bu dildə söz-cümlə funksiyasında elbetde, şübxesiz, xökman, xakıkatan-da və s. modal sözləri iştirak edir. Belə modal sözlər dialoqun replikalarının cavab-təsdiq hissəsində işlədilir. Məs.: – Yağnı mekdebin tejribe uçastogu dəlmi nəme?diyip Məmiyev özüni saklap bilman, yene-de söz gatdı. Elbetde, dəl (N. Jumayev); – Qurban mekdepdemikə? – Elbetde. Yankı telefonda qeplən Orazmıka? Şübxesiz (A. Durdıev); – Ol şəxere qidenmikə? – Xökman; – Qurbanın oqlunın maksadı təze yıl Moskva okuva qitmekmikə? – Xakıkatan-da (A. Qovşudov).

Türkmən dilinin sual replikalarında -ka, -kə ədatı Azərbaycan və digər türk dillərində olan -mı, -mi ədatının funksiyasını yerinə yetirir. Məs.: türkm. – Aman düyn mekdebe qitdimikə? Elbetde (danışıq dilində); Azərb. – Asim dünən məktəbə getdi (getdimi)? Əlbəttə (danışıq dilində).

Fərq sual cümləsindəki ədatın türkmən dilində -mıka, -mikə forma­sından, Azərbaycan dilində isə -mi ədatından ibarət olmasındadır.

Müasir türk dillərində ədatlar, modal sözlər, nidalar dialoqun qarşı­lıqlı replikalarında müstəqil cavab cümləsi kimi işləndikdə söz-cümlə kimi çıxış edir. Məs.: türkm. – Ol şeyle bir xəsietli yiqitdi?İne (Ç. Aşı­rov). Bu cümlədə ine ədatdır, söz-cümlə funksiyasındadır.

Söz-cümlələrin məna növlərindən biri emosionallıq bildirənlərdir. Türkmən dilçilik ədəbiyyatında göstərilir ki, ədatların əsas funksiyası cüm­lədə emosional-ekspressiv görüntü yaratmaqdan ibarətdir. Bu funk­siya söz-cümləni, bir tərəfdən, bağlayıcı və bağlayıcı sözlərdən, ikinci tərəfdən də şəkilçilərdən fərqləndirir [37. S. 525].

Asla sözü türkmən dilində inkar bildirən ədatdır, Azərbaycan dilində isə (əsla) inkarlıq bildirən modal sözdür. Düzdür, ayrı-ayrı nitq hissələri hesab edilsələr də, hər iki qohum dildə bu sözlər söz-cümlə vəzifəsini tuta bilirlər. Məs.: türkm. – Şol vaqt çatmadı?Asla (A. Durdıev); Azərb. – Yəni bunca kadro qəhətliyidir?Xeyr, əsla! (S. Rəhimov).

Nidalar da (oh, ıh və s.) türkmən dilinin dialoqlarında söz-cümlə kimi çıxış edərək emosionallığı gücləndirir. Məs.: – Be, inim, men seni tanamadım-la, sen kim bolarsın?diyeninden, ol yigit yılgırdı; – Kaka, tanar gidersin-də, gurgunmı özün? «Oh, oğlum»,diyip, Berdi aga ikilenç Annagulı bilen yene görüşdi (A. Durdıev); Atlılar salam berdilen Atanıyaz «Aleykim essalam» diydi-de, seresaplık bilen olara golaylaşdı, yüzlerine yiti-yiti seretdi. Birdenem: – Ih, Garabay! Bu senmidin asıl? Əl-ayt, bolsa-da, gökden düşdünmi, nətdinmi? – diydi-de, ılgar olar bilen görüşdi (Y. Məmediev).


Türk dilində söz-cümlə söz-tümce termini ilə göstərilir. Bu dildə söz-cümlə təktərkibli cümlənin bir növü kimi qeyd olunur. R. Rüstəmov yazır: «Türk dillərində, o cümlədən, müasir türk ədəbi dilində təktərkibli cümlələrin bir növü kimi, yalnız öz əhatəsi əsasında formalaşan bir sözdən və bir birləşmədən ibarət olan, sintaktik cəhətdən üzvlənməyən cümlələrə söz-cümlə deyilir» [38. S. 117]. Əlbəttə, belə cümlələr üzvlənə bilmir, yəni cümlə üzvlərinə bölünə bilmir. Türk dilində evet, hayır, peki, asla, yalnız, fakat, he, tabii ədatları; şahiden, genellikle, zaten, elbette, demek ki, aşağı yukarı, şübhesiz, düşünüldüğü gibi modal sözləri əsasən dialoqda, başqa bir situasiyada işləndikdə isə söz-cümlə kimi ifadə olunur.
Türk dilində də söz-cümlənin aşağıdakı məna tipləri vardır:

  1. təsdiq bildirən söz-cümlələr: evet, elbette, peki, tabii, aşağı yukarı, hay hay və s. Məs.: – Zübük ağa, bana telefon açar mısın?Hay hay; – Annemi gördün mi?Evet (A. Nesin);

  2. inkar bildirən söz-cümlələr: hayır, asla, hiç, yok və s. Məs.: – Zübük ağa, bu gün bakaın gelmesi mümkün mü?Asla; – Ayı Ali hastalandı mı, yoksa çalışıyor?Hayır (A. Nesin);

  3. sual məzmununu bildirən söz-cümlələr: hay, he, elbette, şübhesiz, peki və s. Bu söz-cümlələrdən bəziləri situasiyadan asılı olaraq sual şəklinə də düşə bilir. Məs.: – Elbette Zübüyü göre bilirdin? Elbette mi?Bu işden vaz geçiyorsun? – Ne mi? (A. Nesin).

Türkologiyada ara sözlər və söz birləşmələrindən söhbət gedərkən söz-cümlə ilə bunlar arasında ümumi cəhətləri də göstərmişlər. Əgər oxşar əlamətlər göstərilməsə, o zaman iki kateqoriya bir-biri ilə qarışıq salına bilər. Bir qayda olaraq bəli, yox, xeyr, heyf, yaxşı və s. sözlər söz-cümlə hesab olunur [39]. «Azərbaycan dilinin qrammatikası» kitabında bu sözlərdən «cümlənin əvvəlində bəli, yox, xeyr, yaxşı sözlərinin işlə­dilməsi» bəhsində danışılmışdır. Lakin bu sözləri (bəli, yox, xeyr, heyf, yaxşı və s.) mətndəki yerinə və vəzifəsinə görə iki kateqoriya arasında bölməyə imkan verir. Burada əsas həlledici amil bu sözlərin mətn da­xilindəki yeri, vəzifəsidir. Aşağıdakı nümunələri gözdən keçirək: – Şeyx Şəbanı siz tanıyırsınızmı? Xeyr. – Heyf, səd heyf (Ə. Haq­verdiyev); – Heyf, səd heyf, o alagöz marala ki, Tarıverdiyə qismət olubdur (S. Rə­himov). Bu misalların birincisində xeyr, heyf, səd heyf söz-cümlədir. Çünki müəyyən bir fikri bildirir. Danışanlar arasında ünsiyyət vahididir. Lakin ikinci misalda heyf, səd heyf cümlədə irəli sürülən fikrə qarşı danışanın münasibətini bildirir. Buna görə də təəssüf bildirən ara sözdür [40. S. 37].


Özbək dilində də mövcud köməkçi vasitələr söz-cümlə vəzifəsində gerçəkləşə bilirlər. Məs.: – Mişa tirikmi?Xa (Uyğun).

Dialoqun cavabı təsdiq və inkar formalarda qurulur. Cavab replikalar xüsusi qrammatik vasitələrlə formalaşır. Kommunikativ əlaqə digər türk dillərində olduğu kimi, özbək dilində də cavab cümləsinin üzvlənməyən söz-cümlələrlə sual replikası arasında yaranır. Üzvlənməyən söz-cümlə təsdiq formada xa, inkar formada isə yuk söz-cümlələri ilə ifadə olunur. Məs.: – Bu xam nişon olqanmi? Xa (Yaşin); – Ovkat edilarinqmi?Yuk (Kaxxor).

Özbək dilində xa, yuk söz-cümləsi müxtəlif vəziyyətlərdə leksik-sin­taktik (cavab variantları) ilə sinonimlik yarada bilir. Məs.: – Joninqiz şunaka şirinmi? Bulmasami! (Uyğun); – Mumkinmi?Marxamat (Kaxxor); – Botirali, maşina xam bizniki bularmikan?Botirali, maşina xam biznki bularmikan?Bulmasami (Yaşin).

Replikanın cavabında xa, yuk sözləri ilə yanaşı, qoşulma sintaktik konstruksiyalar da iştirak edir. Məs.: – Mexmon ketdimi?Yuk, yuvin­yapti (Kaxxor); – Meni tanidinqizmi?Xa, tanidinqizmi? Xa, tani­qanqa uxşaetbibman (Uyğun); – Okila keldimi?Xa. Sizqa povestka olib kelipti (Kaxxor).

Özbək dilinin dialoqlarının cavab cümlələrində təkrar-ellipsislər inkar şəkilçisi -ma, -may və s. ilə bərabər, yuk inkar sözü də işlədilir. İnkarlıq ikiqat şəkildə özünü göstərir. Məs.: – Xali xam yutolmadinqizmi?Yutol­madim (Uyğun); – Pulinqiz bormi? Pulim yuk (Kaxxor).

Yuk sözü sual cümləsində -mi ədatı ilə birləşir: – Danqal javob berinq, şartlarni kabul kilasizmi, yukmi?Xup, kabul kildim (Uyğun) [20. S. 16]; qaraçay-balkar – Batırova seni kız dukumunqmudu?Ol­qay; – Erinqi dukumudu, alaymıdı?Xo (hə) (D. Kobanov).
Dialoq nitqindən danışan alimlər söz-cümləyə situativ elliptik konstruksiyalar adı altında da toxunublar. Məlumdur ki, situativ elliptik konstruksiyalar dialoji nitqdə çox yayılmışdır. Azərbaycan dilçisi F. Ağa­yeva bu məsələ üzərində dayanarkən yazır ki, formasına və kommunikativ funksiyasına görə situativ elliptik replikalar müxtəlif şəkildə çıxış edir. Sintaktik üzvlənmə baxımından onlar üzvlənən və üzvlənməyən olmaqla iki yerə bölünür. Üzvlənməyən situativ elliptik replikalar (söz-cümlələr) daha çox nidalardan, ədatlardan, sual əvəzliklərindən, habelə sual əvəzli­yinin nida, ədat, xitablarla birləşməsindən ibarət olur. Belə cümlələrə, ümumiyyətlə, ənənəvi cümlə üzvü anlayışı tətbiq edilə bilməz. Müəllif fikrini əsaslan­dırmaq üçün aşağıdakı nümunələri də vermişdir: – Bəyin quzusuna gedirsən hə?Hə (Mir Cəlal); – Ana indi deyir ki, görən qızım hardadır?Yəqin ki (İ. Əfəndiyev); – Bu, ya o?Əlbəttə, bu (H. Mehdi) [41. S. 43].

Türk dillərində söz-cümlə funksional-semantik kateqoriya olan təsdiq və inkar kateqoriyası ilə əlaqədardır. Yəni, bu kateqoriyanı əmələ gətirən sözlər həm təsdiq, həm də inkar cümlələrindən ibarət ola bilir. Dialoji şəraitdə təsdiq və inkar cümlələri replikalarda təkrarlanır. Məs.: tatar – Ujnama, Zöfər!Yuq, nislər ujnıym (A. Eniki); – Patşanı kürdenmi? Yuq (nağıllardan).

Z. Əlizadə söz-cümlə əvəzinə modal sözlərin dialoqdakı funksiya­larına aşağıdakı misalları gətirib: Mən ondan soruşdum: – Sən də baxacaqsan?Hə, əlbəttə (Anar); – Mənim arzum budur ki, qızın Rəfiqə xoşbəxt olsun. Buna şübhən var? Əsla! (H. Mehdi); – Rənginiz niyə qaçdı?Heç, heç [42. S. 8].

Yarımçıq cümlənin struktur imkanlarından biri də onların söz-cümlə ilə yanaşı işlənməsidir. Qohum dillər üçün ümumi olan söz-cümlələrin (həxə, yoxyok, əlbəttəxəlbetki və s.) yarımçıq cümlə ilə yanaşı işlənməsi oxşar əlamətlərdəndir. Lakin bəli söz-cümləsi müasir Azər­baycan dilinin, xava – türkmən dilinin, eved – türk dilinin yarımçıq cüm­lələri ilə birlikdə işlənir, bu dillər arasında fərqlənmələri əmələ gətirir.

Türk dilində tümcede yüklemin düşmesi (cümlədə xəbərin düşməsi halları) özünü göstərir. R. Rüstəmov yazır ki, müxtəlif səbəblərdən cümlədə xəbər düşə bilir. Belə vəziyyət yarımçıq cümlələrdə, sual cümlə­lərinin cavablarında özünü göstərir. Məs.: – Ne zamandan öğretmensin?On (On yıldır öğretmenim); – Sevindi mi? Evet, içten, candan yürekten (sevindim) (Ö. Seyfettin) [38. S. 71].

Söz-cümlə bəzən sıralanır. Məs.: – Sizmi yazacaqsınız?Evet, hakikaten, güzel bir manzara. – Evet, gerçekten, şübhesiz (A. Nesin).


Türk dillərində söz-cümlənin morfoloji əsası modal sözlər, ədatlar, nidalar və təqlidi sözlərdir. Həmin sözlər sintaktik mühitdə, kontekstdə, dialoq şəraitində cavab replikasında işlənərək söz-cümlə funksiyasını yerinə yetirir. Bu cür söz-cümlələr dialoji nitqdə rəngarəng modal mənaları ifadə edə bilir. Bunlar eyni zamanda söz-cümlənin statusunu yaradan leksik-morfoloji əsaslardır:
1. Modal sözlər söz-cümlə funksiyasında. Türk dillərində reallığa münasibət modal sözlərlə də ifadə olunur. Türk dillərinə məxsus modal sözlərdən əksəriyyəti cümlədə – dialoq şəraitində söz-cümlə kimi işlənə bilir, məs.: əlbəttə, əlbəttə ki, yəqin ki, bəlkə, bəlki (bəlkem), şöbhəsez, albette, balkim, elbette, belki, sanki, guya, görünöt, çıqar, okşoyt, özdönöt, olur, olmaz, demek, öyle geliyor ki, demak, şoyad, əytedir, qoya, qoyaki və s.

Müəyyən situasiyalarda bu modal sözlər (xalis modal sözlər, keçid xarakterli modal sözlər) dialoqların cavab və inkar cümlələrini yarada bilir. Məs.: Azərb. – Yəni deyirsən ermənilərin içində də yaxşısı var?Əlbəttə (F. Güney); türk – Yoka çıkıp?Belki; – Onu soymak için öldürmüşler?Ğaliba (M. Oğuz); qaqauz – Salamatsan?Şükür (N. Bab­­oqlu); özbəkBalaqa emne bolso, bardıqın taar berüü bar?Kerek.Qazeti aldın?Albatta; – Doqru aytdı?Xakikatan (A. Tokom­baev); – Kitop sende?Tabiiy (danışıq dilində); türkm. – Ol öten yıl uni­versiteti qutardı?Mençe (A. Durdıev); tatar – Bu kürallar okumamak içindir. Sonunda, Tepegözü enseyip, kardaşler «toplayıp sürüyü sivri tepa» bayı­rını aşmışlar?Kısası («Sabaa yıldızı» jurnalı).

2
3 «Тцрколоэийа», № 4
. Ədatlar söz-cümlə funksiyasında. Modal məna modal ədatlarla da ifadə olunur. Modal ədatlar türk dillərində ilk növbədə leksik münasi­bətləri, leksik mənaları əhatə edir, daha sonra qrammatik funksiyaları yerinə yetirir [43. S. 12].

Türk dillərində söz-cümlənin leksik-morfoloji əsası kimi bəli, hə (ha), xayır (xeyr), hiç (heç) və s. ədatları işlənir. Bu söz-cümlələr həm dialoq, həm də monoloq nitqində istifadə olunur. Məs.: Azərb. – Bəs nəzarətsiz gəzinti zamanı əsirlərin qaçmasından qorxmursunuz?Xeyr (F. Güney); türk – Bekledin?Ta sabaa kadar. – Nasıl konuşur?Hiç; – Ömer okula gediyor?Xayır (danışıq dilində).


3. Nidalar söz-cümlə funksiyasında. Bu funksiya dildə nida cümlələ­rini formalaşdırmışdır. Belə cümlələr hissi-emosional-ekspressiv çalarları ifadə edir. Nidalar bu funksiyanı yerinə yetirdikdə onun ifadə etdiyi mənanı üzvlənən cümlələrdə olduğu kimi ifadə etmək çətindir. Məs.: Azərb. – Deməli qalib çıxdın?Aha... (danışıq dilində).
4. Təqlidi sözlər (yamsılamalar) söz-cümlə funksiyasında. Azərb. – Ata, tayanın dalında gizləniblər?Susss... (danışıq dilində).
5. Bəzi söz-cümlələr üzvlənməyən birləşmələrlə ifadə olunur. Azərb. – İşə zamanında gəl!Baş üstə (danışıq dilində).
Söz-cümlənin sintaktik xüsusiyyətləri sözün morfoloji əsasları ilə sıx əlaqədədir. Söz-cümlədəki modallıq və predikativlik cüttərkibli və təktər­kibli cümlələri bir-birindən fərqləndirir. Söz-cümlə adlıq cümləyə bir qədər oxşadığı üçün intonasiya belə cümlələri bir-birindən ayırır. Amma nominativ cümlələrdə baş üzvləri tapmaq mümkün olduğu halda, söz-cümlələr üzvlənməyən cümlələrdir.

Modal mənalar cümlədə intonasiyanın, prosodik vasitələrin, söz sıra­sının, ədat və modal sözlərin köməyilə yaranır. Modallıq söz-cümlədə də morfoloji əsasdır. Modal mənalar sintaktik quruluşda belə cümlələrin içərisində üzə çıxır. Xüsusən də, modallığın funksional-semantik sahəsinə daxil olan mənalar (nəticə və davamiyyət, ehtimal, şübhə, güman, qətiy­yətsizlik, inamsızlıq və s. modal mənalar) söz-cümlə ilə ifadəsini türk dillərinin sintaktik əhatəsində tapa bilir.


Türk dillərində söz-cümlələr bir sıra cümlə növlərinin əvəzinə işlənə bilir:


  1. cüttərkibli cümlələrin əvəzinə: Azərb. – Kitab bilik mənbəyidir. – Əlbəttə (danışıq dilində);

  2. təktərkibli cümlələrin əvəzinə: Azərb. – Səhərdir. – Hə (danışıq dilində); türk – Akşam. – Evet (danışıq dilində);

  3. tabesiz mürəkkəb cümlələrin əvəzinə: Azərb. – İl vaxtında gəldi, payız geçikdi. – Bəli (danışıq dilində); tatar – Bolıtlar taraldılar, yaltırap koyaş çıktı. – Hə (danışıq dilində);

  4. tabeli mürəkkəb cümlələrin əvəzinə: Azərb. – Həkim danışır ki, ömür qısalır. – Bəli (danışıq dilində); tatar – Koyaş çıkkan vakıtta, bez eşli başladık. – Hə (danışıq dilində).

Bəzi türk dillərində söz-cümlələr təktərkibli cümlənin bir növü kimi nəzərdən keçirilir. Tatar dilində M. Z. Zəkiyev söz-cümləni birtərkibli cümlələr içərisində izah etmişdir [7. S. 139].

Türk dillərində söz-cümlə funksiyasında əsasən modal sözlər iştirak edir. Məsələn, tatar dilində əye, şulay, ee, döres, yarar, yaxşı, yok, tüqel, şöbhəssez, nək üze, əlbəttə, tabiqıy və s. Bu tip sözlər situasiya və kontekstdən asılı olaraq dialoqların replikalarında işlədilir və cavab cümlə söz-cümlə şəklində fikirləri ifadə edir. Məs.: – Unae kilqəndə bezqə kerep çıkkala. – Əlbəttə; – Tınıçrak çaklarında yort turında uylarqa da onıtma. – Yarar!Kolxoz predsedatele bulıp barasın?Əye; – Mina açulanmıy­sındır bit? – didem; – Yok, – dide də, irennəre tetrəp, küzləre yaşlənep kitte (Ş. Kamal); – Ə ni öçen şulay? Bu turıda uylap karaqanı barmı son anın?Yok bit, yok!Əhə, eləktenme, iblis tokımı; – Tfü. Əydə alay bulsa, şobaqa salabız; – Tfü. Niqə kaçtık son bez; – Ul ukıtuçımı?Tüqel (İ. Qazi) və s.

Bu cür cümlələrin təsdiq, inkar, sual və emosional tipləri mövcuddur. Belə cümlələrdən ən çox dialoji nitq şəraitində istifadə olunur. Məs.: Azərb. – Əvvəlcə siz için. – Yox, yox!Bəs atam bu məsələyə necə baxır, Qoca kişi ilə barışıbsınızmı? Hə (İ. Şıxlı); tatar – Sonda bas sauğala demeksiz be?!Cook... – Öndiristik stacın cok koy, balakayə? – dep, birden iske kiristi. – Cok, – dep aytkanımşa bolğan cok (S. Cünisov); qazax – Sen bayandamağa dayındaldın ba?Cakşı (Ğ. Müsiripov); qaqauzEvda mi Dimu çorbajı? Yok evda; – San onnarı qördün mü?Evvet, qördüm (N. Baboqlu); türk Bu arada Ayhan hanım yemeği hazırlamış, sofrayı kuruyordu. Banyoda ellerini yıkayan konuğuna yüksek sesle sordu: – Çorba seversin, umarım? Evet, çok severem. En çok da mercimek çorbasını (A. Coşkunoğlu).

Ə
3 *
. Cavadovun fikrincə, söz-cümlə quruluş etibarı ilə təktərkibli cüm­lə­nin digər tiplərindən əsaslı şəkildə fərqlənir. Bu fərq özünü sıralanmada da göstərir. Söz-cümlələr öz kütləsi əsasında formalaşan cümlələrdir. Buna görə də söz-cümlədə baş üzv olur. İkinci dərəcəli üzvlərin iştirakı qeyri-mümkündür. Söz-cümlələr üzvlərinə parçalanmayan söz birləşməsi və ya tək bir sözdən ibarət olur [12]. Odur ki, söz-cümlələrdə sözlərin sırasından, cümlə üzvlərinin sıralanmasından danışmaq artıqdır. Madam ki, bir yerdə üzv yoxdur, üzvlərin sıralanması da yoxdur. Lakin başqa təktərkibli cümlələrdən fərqli olaraq söz-cümlələr situasiya, şərait ilə əlaqədar olan cümlələrdir. Söz-cümlənin sırası dedikdə onun mətn, situasiya, qonşu cümlələrdə fikirlə əlaqəsi nəzərdə tutulur. Söz-cümlənin sırası onun yeri deməkdir, qonşu cümlələr arasında mövqeyidir. Bu yer isə söz-cümlənin formalaşması yeridir.

Söz-cümlədəki fikir bəzən cüttərkibli, bəzən də təktərkibli cümlələr ilə konkretləşdirilir, müəyyənləşdirilir. Bu zaman konkretləşdirici cümlə ilə, cümlə üzvü ilə söz-cümlə arasında sıra münasibəti meydana çıxır. Ə. Cavadov həmin münasibəti aşağıdakı şəkildə qruplaşdırmışdır:


1. Söz-cümlə özündən əvvəl deyilmiş fikri təsdiq və ya inkar edir. Danışan fikrinin doğruluğunu bilmək istəyir. Bu və ya digər hadisəyə qarşı öz münasibətini bildirir. Bu zaman söz-cümlələrdən sonra izahedici cümlə və ya cümlə üzvü işlənmir. Danışan soruşanın sualına öz müna­sibətini bir və ya bir neçə söz-cümlə ilə bildirir. Belə hallarda söz-cümlə əvvəldə deyilmiş fikri ehtiva edir və bütöv bir cümləyə bərabər olur. Bu qrupa daxil olan söz-cümlələr müəyyən suala cavab olduğu üçün sual cümlələrindən sonra işlənir. Cavab verən şəxsin ilk cümləsi olur. Buna görə də danışanın (cavab verənin) bütün cümlələrindən əvvəl gəlir. Məs.: – İsgəndəri çağırdın? – soruşdum. – Hə; – Yəqin cəbhəçilər sevinəcəklər? – zorla gülümsəyərək İsgəndərə baxdım. – Hə; – Sənin yatmağa başqa yerin də var?Yox (T. Kazımov).
2. Danışan öz fikrini təsdiq və ya inkar edir. Burada danışan öz-özü ilə mübahisəyə girir, sual verir, işin nəticəsinə öz münasibətini bildirir. Belə cümlələr ya əvvəlki, ya da sonrakı konteksti ehtiva edir. Bu qrupa daxil olan cümlələrin mətndəki iki sırasını, iki yerini göstərmək olar:
a) Danışan öz-özünə sual verir və sualını təsdiq və ya inkar edir. Ya da ona qarşı öz münasibətini (təsəvvürünü, təəccübünü) bildirir. Belə olduqda söz-cümlə danışanın verdiyi sualdan sonra gəlir. Deməli, danışanın nitqində əvvəlcə cüttərkibli (təktərkibli) cümlə, sonra da söz-cümlə işlənir: – Mən ondan heyfi alınmı?Yox (danışıq dilində); – Qız­dır, görəsən? Özzümə dedim, yox, qadındır; – Qardaşısan? Elə-belə soruşdum. Özzümə dedim, yox (T. Kazımov); – Belə fikrə inandınmı?Əs­la! (danışıq dilində); – Bu qapıdır? Bəli; – Sürücü qardaş da səninlədir?Yox. – Uzaqdır?Yox; – Yanıma gəlmisən? – soruşdu. – Bəli; – Başqa təklifin var?Yox!Nizami rayonuna rəis qoydular?Hə; – Prinsipial, qanunsuzluğa qarşı mübariz olduğuna, olmaya peşi­mansan?deyə Mehman lopa bığlı dodağını gülümsündürməyə çalışdı. – Xeyr... – Qəssab işləyirsən?Yox (T. Kazımov).

b) Danışan kontekstdəki əvvəlki və ya sonrakı cümlələrdə qoyulmuş fikrə qarşı öz münasibətini bildirir. Bu qrup cümlələrdə söz-cümlə ilk plana çəkilir. Daha doğrusu, cümlələrin sıralanması nöqteyi-nəzərincə birinci yerdə söz-cümlə, ikinci yerdə isə cüttərkibli cümlə durur. Əvvəlki qrupdan fərqli olaraq burada sual və cavab olmur: – Yox, mən vətənsiz yaşaya bilmərəm; Bəli, sənin dediyin özünü doğrultdu (danışıq dilində).


3. Dialoqlarda çox zaman söz-cümlə yarımçıq cümlə ilə yanaşı işlənir. Yarımçıq cümlə söz-cümlədə qoyulan fikri konkretləşdirir. Belə halda söz-cümlə yarımçıq cümlədəki, dolayı yolla bütöv cümlədəki fikri ya təsdiq və ya da inkar edir. Yarımçıq cümlə konkretləşdirici olduğu üçün o söz-cümlədən sonra gəlir. Burada rast gəlinən sıralanma bir növ əlavələrdə təsadüf olunan sıralanmanı xatırladır. Bu cəhət, ümumiyyətlə, cümlənin, üzvün müəyyənləşdirilməsinə, konkretləşdirilməsinə xas olan cəhətdir. Müəyyənləşdirici söz kimi cümlənin müxtəlif növləri iştirak edə bilər: – Söhbətim, tələbim yadından çıxmayıb?Yox, hər sözün yadım­dadır; – Bəlkə oğlana zəng edəsən? Yox, fikirləşməliyəm; – Bu kişi sənə bir pislik etməyib ki?Yox, əksinə, mənə çox qayğılı olub (T. Kazımov).
4. Mətndə söz-cümlə əsas başqa bir cümlə ilə yanaşı işlənə bilir. Daha doğrusu, söz-cümlədəki fikir başqa bir cümlə ilə təkrar olunur. Belə halda söz-cümlə bütöv cümləyə bərabər tutulur. Söz-cümlə ilə yanaşı işlənən cümlə ondan (söz-cümlədən) sonra gəlir. Çünki sonrakı cümlə söz-cümləni qüvvətləndirir. Məs.: – Əvvəllər məhkum olunmusan? Bilə­cəri körpüsünü sürətlə keçəndən sonra soruşdum. – Yox. Nə dəxli var? Cey­ranbatan gölünün sahilinə yaxın həyət evlərində yaşayırsan? Yo...x, – kişi sözü uzadaraq bir az da xəyallı halda cavab verdi. – Orada qohumların olur?Yox. Qohumlarım yoxdur. – Deməli, etdiyin cina­yətdən peşmansan?Hə, amma gərək o oğraşı da öldürəydim. – De­yirsən... məni döyməz?Yox. Düzgün danışan cinayətkara islahmək düşərgəsində də hörmətlə yanaşırlar; – Məndən doymusan?Yox, bu nə sözdür? – dedim; – Xahişin elə budur?Hə... Bir də xahiş edərdim ki, məni daha çox istə, əzizlə... (T. Kazımov).
5. Söz-cümlələr biri digərinə cavab olur. Birinci söz-cümlə ikinci cümlədəki əsas fikri təsdiq və ya inkar edir. İkinci və ya sonrakı söz-cümlə əsas cümlədə, beləliklə, söz-cümlədə irəli sürülən fikrə qarşı danışanın münasibətini bildirir. Deməli, kontekstdə cümlələr belə yerləşir: 1-ci yerdə cüttərkibli cümlə, 2-ci yerdə cüttərkibli cümlədəki fikri təsdiq və ya inkar edən söz-cümlə, 3-cü və sonuncu yerdə söz-cümləyə qarşı danışanın münasibətini bildirən digər bir söz-cümlə: – Oktyabr rayonu­nun ərazisidir? Bəli. – Bəli. – Qadın ölüb?Hə, deyirlər qanaxmadan ölüb (T. Kazımov).

Söz-cümlədən sonra qeyri-müəyyən şəxsli cümlə gəlmişdir. Söz-cümlə dialoq şəraitində təkrar edilir: – ...evimə, ata mülkümə sahib olmaq istəyirdin?Hə, hə... yaxın gəlmə...Məni döyməzlər ki?Yox. – Əsla (T. Kazımov).



Dialoqun sual cümləsi elliptik sual cümləsindən ibarət olur, cavab isə təsdiq bildirən söz-cümlədir, modal sözlə ifadə olunmuşdur: – Bağışlayın, nə vəzifəsinə?Əlbəttə rəis (T. Kazımov).
6. Söz-cümlə ilə yanaşı, irəli sürülmüş fikri tamamlayan başqa cümlə işlənir. Burada tamamlayıcı cüttərkibli cümlə söz-cümlədəki fikrin eyni deyildir. Beləliklə, söz-cümlə ondan sonra gələn cümlə ilə mürəkkəb cümlənin tərkibi kimi çıxış edir. Burada yenə də söz-cümlə tamamlayıcı cümlədən əvvəl gəlir. Məs.: – Haqqınızda ölüm hökmü çıxarmayıblar ki? – yenə gülümsəyərək istehza ilə soruşdum. – Yox, Allah özü hökm çıxararaq sizin cəzanızı verəcək; – Məni siz çağırtdırmısınız?Bəli, mən çağırtdırmışam (T. Kazımov).

Sual cümləsindəki fikir söz-cümlədən sonra yenidən təkrarlanır. Bəzən sual cümləsində soruşulan məsələnin söz-cümlə işlənən cümlədə əksi oxucuya çatdırılır. Məs.: Azərb. – Sən zarafat edirsən? Yox, ciddi deyirəm (T. Kazımov); türk – Kitapı oxudunmu?Hayır; Yola çıkırsınız?Elbet (B. İsmail); başqırdAldaşsa son?– Yuk (F. Xalidi); qazax – Sensiz jok kuanış? – Jok (danışıq dilində); – Tuğızğan ata-ana jok?Jok; – Tuğızarlık bala jok?Jok (Abay); – Joktın jalı jok?Jok (Müstafin); – Cok kılamız çaurdı tez?Cok (Jambıl); özbək – Esi yuk?Yuk. – Ukiysizmi? – Yuk; Ota-onaqiz bormi?Yuk (danışıq dilində); tatar – Javabında ana dide? Yuk, sanduqaç, uynasam dəresem kala (Q. Tukay); – Uyterqə yuk inde? – Yuk (Q. İbrahimov); türkm. – Papris bar?Yök (danışıq dilində); uyğur – Kitop yak?Yak (K. Kərimov); başqırd – Əlbittə, şiksiz (danışıq dilində); qazax – Sinen tal çıbıqı aşatuınnan?Əlbette (A. Aliş); qırğız – Albette, sözsüz (danışıq dilində); özbək – Xat kelib turibdimi?Əlbəttə (danışıq dilində); tatarTuzınamı? Tuzına qınamı son! – Əlbəttə, şiksiz (A. Qilyazov); türkm. – Yıqnakda qeplemeli?Elbette (N. Xojaqeldiev); uyğur – Mektupu aldın?Alvəttə (danışıq dilində); türk – Bənəm, Ömer nasıl?Hiç (A. Nesin); başqırd – His te (danışıq dilində); türkm. – Vey-vey, nəme boldı?Hiç (X. Dur­dıev).

Q. Kazımovun fikrincə, söz-cümlələri bir sözdən ibarət olan cüttərkibli və təktərkibli cümlələrlə eyniləşdirmək olmaz. Cüttərkibli və təktərkibli cümlələr üzvlənən cümlələr olduğundan bir sözlü belə cümlə­ləri başqa sözlərlə əlaqələndirmək, sintaktik əlaqələri göstərmək, buraxıl­mış üzvləri bərpa etmək, zaman və şəxs kateqoriyaları müəyyənləşdirmək mümkündür. Bu xüsusiyyətlər söz-cümlələrdə yoxdur.

Adlıq cümlələrin əsasında adlıq halda olan əşya məzmunlu sözlər durur, söz-cümlələr isə xüsusi söz qrupu ilə – ədatlar, modal sözlər və nidalarla ifadə olunur. Bir sözdən ibarət olan yarımçıq cümlələrin buraxıl­mış üzvlərini asanlıqla (mətnə və situasiyaya əsasən) bərpa etmək olur, söz-cümləyə üzv əlavə etmək olmaz. Söz-cümləni onun sinonimi olan üzvlənən cümlə ilə yanaşı işlətmək olar [33].

1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə