Sosiologiya elm kiMİ Sosiologiyanın predmeti və tədqiqat sahəsi




Yüklə 1.14 Mb.
səhifə5/15
tarix23.02.2016
ölçüsü1.14 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   15
SOSİAL TƏSİSATLAR, NƏZARƏT VƏ TƏŞKİLATLAR SİSTEMİ

5.1. Sosial təsisatlar

Bizim artıq qeyd etdiyimiz kimi, sosial münasibətlər qrupun sabitliyi və daxili birliyini qoruyub saxlayan sosial əlaqənin əsas elementidir. Əlaqələr o vaxta qədər davam edir ki, partnyorlar əlaqələndirici hissənin xarakterindən irəli gələn vəzifələri, funksİyaları yerinə yetirirlər. Deməli, bütöv bir tam kimi qrup öz üzvləri arasındakı münasibətlərdən irəli gələn vəzifələrin hamı tərəfindən yerinə yetirilib-yetirilməməyinə, necə yerinə yetirilməsinə və onların nə qədər sabit olmasına laqeyd deyildir. Sosial münasibətlərin sabitliyini təmin etmək üçün, — bizim artıq gördüyümüz kimi, qrup və ya cəmiyyətin mövcudluğu bu münasibətlərdən asılıdır, — onlar öz üzvlərinin davranışına nəzarət edən təsisatların özünəməxsus sistemini yaradır. Bu "sosial nəzarət" sistemlərində institutların (təsisatların) yerinə yetirdikləri rol xüsusən vacibdir.

Sosiologiyada, adi danışıq dilində və digər sosial elmlərdə bu söz müxtəlif mənalarda işlədilir. Onların ümumi toplusunu dörd əsas mənada qruplaşdırmaq olar:


  • "institut" (təsisat) termini birgə yaşayış üçün mühüm işləri qaydaya salmalı olan. müəyyən şəxslər qrupuna aid ola bilər. Bu mənada biz ictimai funksiyaları yerinə yetirən müəyyən şəxslər qrupunu (təsisat) adlandırırıq;

  • bu istilah həmçinin qrupun bəzi üzvləri tərəfindən yerinə yetirilən funksiyalar kompleksinin müəyyən təşkilat forması mənasını verə bilər;

  • hərdən bu terminlə bəzi səlahiyyətli fərdlərə qrup üzvlərinin tələbatını ödəmək və ya onların davranışını nizamlamaq məqsədi güdən, ictimai şəxssiz funksiyaları yerinə yetirmək imkanı verən maddi təsisatlar və hərəkət formaları sistemini də ifadə edirlər;

  • bəzən qrup üçün" xüsusi vacibliyə malik olan bəzi sosial rolları da təsisat adlandırırlar.

Məsələn, əgər desək ki, məhkəmə sosial təsisatdır, onda birinci mənada məhkəmədə işləyən adamlar qrupu; ikinci mənada məhkəmənin yerinə yetirdiyi funksiyaların təşkilati formaları nəzərdə tutulacaqdır; üçüncü ən mühüm mənada qrup tərəfindən məhkəməyə həvalə edilmiş funksiyaları yerinə yetirmək üçün məhkəmənin sərəncamında olan müəssisələr və vasitələr institut adlandırılacaqdır; nəhayət, dördüncü mənada bu hakim və ya prokurorun sosial rolunu təsisat adlandırırıq.

Sosial təsisatları müəyyənləşdirməyin müxtəlif üsullarından — maddi, formal və funksional üsullarından danışmaq olar. Lakin bütün bu mənalarda sosial təsisatın əsas hissəsini təşkil edən müəyyən ümumi elementləri fərqləndirmək lazımdır. Onlar elə təsisatlar sistemlərindən ibarətdir ki, bu sistemlərdə qrup üzvləri tərəfindən müəyyən şəxslər mövcud fərdi və qrup tələbatını ödəmək naminə və digər şəxssiz funksiyaları yerinə yetirmək səlahiyyəti alırlar. Hətta ilkin təşkilat rüşeymləri aşkara çıxan bütün qruplarda bütöv bir tam kimi qrupun adından hərəkətin müəyyən üsulları yaradılır; məsələn, kimsə qrupu kənarda təmsil edir, qrup üzvləri üçün lazımi davranış qaydası müəyyənləşdirir, bütöv qrupun adından qərarlar qəbul edir. Bu hərəkət üsulları şəxssiz üsullar kimi müəyyənləşdirilmişdir, yəni bunları həmişə eyni tərzdə yerinə yetirən adamın şəxsi keyfiyyəti və mənafeyindən asılı olmayaraq icra olunmalıdır. Bu funksiyaları yerinə yetirən fərd bütün qrupun və ya onun həlledici hissəsinin köməyinə arxalanır. Bu funksiyaların yerinə yetirilməsi üsulu bütöv bir tam kimi qrup tərəfindən müəyyənləşdirilmişdir və fərdlər bu funksiyaları həmin müəyyənləşməyə uyğun şəkildə yerinə yetirməlidirlər. Bu, hər bir sosial təsisatın mühüm elementidir.

Sosial təsisat ictimai həyatda aşağıdakı funksiya və vəzifələri yerinə yetirir:


  • Üzvlərə özlərinin müxtəlif növlü tələbatını ödəmək imkanı yaradır;

  • Sosial münasibətlər çərçivəsində üzvlərin hərəkətlərini nizamlayır, yəni arzu olunan funksiyaların yerinə yetirilməsini təmin edir və arzuolunmaz davranışa qarşı cəza tədbirlərini həyata keçirir;

  • Şəxssiz ictimai funksiyaları saxlayaraq və təkrarən yaradaraq ictimai həyatın sabitliyini müəyyənləşdirir;

  • Fərdlərin istək, əməl və münasibətlərini qovuşdurur və toplunun daxili birliyini təmin edir.

Müasir cəmiyyətdə hər bir adam saysız-hesabsız təsisatların əməyi və xidmətlərindən istifadə edir: o, ailədə doğulur, ailədə, uşaq bağçalarında, müxtəlif tipli məktəblərdə tərbiyə olunur; müxtəlif yerlərdə işləyir, şəhər nəqliyyatı, dəmir yollarının xidmətlərindən istifadə edir, qəzet, radio və televiziyadan informasiya alır, kino, teatr, klublar onun üçün əyləncələr təşkil edir; mağazalar onu təchiz edir, onun təhlükəsizliyini polis və məhkəmə təmin edir; bələdiyyə müəssisələri sistemi onun üçün ev təsərrüfatını, su, qaz və elektrik enerjisinin alınmasını təmin edir; o, ictimai səhiyyə xidmətindən istifadə edir və s. Qısaca deyilərsə, hər bir adam özünün həyati tələbatını ödəməyə can atarkən təmasa və sosial münasibətlərə girərək tələbatın ödənilməsi vasitələrini yaradır, bu vasitələri əldə etmək üçün işləyir, başqa adamlara təsir göstərir və ya onların əməllərinə reaksiya verir, yəni o, hər addımbaşı onun fəaliyyəti və davranışını nizamlayan müxtəlif təsisatlar şəbəkəsinə düşür.

Hər bir təsisat tipindən asılı olaraq az və ya çox dərəcədə formalaşmış şəkildə çıxış edən tərkib hissələrinə malikdir. Təsisatın öz məqsədi (geniş mənada funksiyası), yəni onun fəaliyyətini əhatə edən məsələlər dairəsi vardır. Daha sonra o, bu məsələlərin həlli üçün nəzərdə tutulan funksiyalar dairəsini müəyyənləşdirir. Bəzən mövcud təsisat çərçivəsində sabitləşmiş sosial rollardan danışmaq olar. Məqsədinə çatmaq üçün təsisatın ixtiyarında vasitə və müəssisələr var. Bunlar maddi, rəmzi və ya qeyri-maddi vasitələr ola bilər. Məsələn, məscid bir dini təsisat kimi maddi vasitələrə (binalar), rəmzlərə (ulduz, aypara) və dindarların inandıqları bu inam vasitəsilə (onların davranışına təsir göstərən qeyri-maddi predmetlərə sahibdir. Nəhayət, təsisatların sərəncamında, həm müəyyən funksiyaları yerinə yetirən, həm də bu əməllərin obyekti olan şəxslərə qarşı müəyyən sanksiyalar vardır.

Sosial təsisatların fəaliyyətinin müvəffəqiyyətli olması aşağıdakı şərtlərdən asılıdır:


  • məqsədin və yerinə yetirilən əməllər dairəsinin və ya funksiyaların həcminin dəqiq müəyyənləşdirilməsindən. Əgər təsisatın funksiyası dəqiq müəyyənləşdirilməyibsə, o, münaqişəsiz olaraq müəyyən qrupun və ya cəmiyyətin qlobal təsisatlar sisteminə qoşula bilmir və müxtəlif növlü müqavimətə rast gəlir: b) əməyin səmərəli bölgüsündən və onun səmərəli təşkilindən;

  • fəaliyyətin fərdsizləşdirilməsi və funksiyaların obyektivləşdirilməsi dərəcəsindən. Başqa sözlərlə desək, əgər mövcud bir təsisat müəyyən təsbit edilmiş funksiyaları yerinə yetirməyə vəkalət almış şəxslərin mənafeyindən asılı olan bir müəssisəyə çevrilərsə, onda o, özünün ictimai xarakterini, nüfuzunu və bütün qrupun etibarını itirər;

  • bütün qrup və ya onun əksər hissəsinin yanında təsisatın nüfuzunun etiraf olunmasından;

  • nəhayət, təsisatların qlobal sisteminə münaqişəsiz qoşulmasından.

Burada biz hər hansı sosial toplunun yaratdığı bütün təsisatların daxili birləşməsi, qovuşması probleminə yanaşırıq. Hər belə bir sosial topludakı təsisatlar sistemi mürəkkəbdir, genişlənən tələbatlar yeni-yeni təsisatların yaranmasına səbəb olur, nəticədə həmişə xeyli sayda müxtəlif təsisatlar bir-biri ilə yanaşı mövcud olur. Ona görə də təsisatların bu qlobal sisteminin daxili birləşməsini nəzərdən keçirməyə başlamamışdan əvvəl onların heç olmasa qısa təsnifatını vermək lazımdır.

Bütün təsisatları hər şeydən əvvəl formal və qeyri-formal təsisatlara bölmək lazımdır. Məsələn, həyətdə və ya parkda əylənən oğlanlar qrupu özünün liderini və onun köməkçilərini seçir, onların oyun zamanı daşıdıqları funksiyaları müəyyənləşdirir. Biz burada göstərilmiş aspektlərin, demək olar ki, hamısında rüşeym halına malik olan təsisatla rastlaşırıq. Lakin bu təsisatın nə funksiyaları, nə də onun fəaliyyət üsul və metodları geniş qrupun sabit təşkilatının təminatına, əsaslanan formal qaydalarla müəyyənləşdirilməmişdir. Burada biz qeyri-formal təsisatla rastlaşırıq. Əgər prezidenti xalq seçirsə, onda onun funksiyaları, fəaliyyətinin üsul və metodlarının məcmusu qanunların tələbləri ilə dəqiq surətdə nizamlanır. Oğlanlar dəstəsinə başçılıq qeyri-formal, prezidentlik isə formal təsisatdır.

Bu, formal bölgüdür. Bununla yanaşı biz həmçinin təsisatların yerinə yetirdikləri mühüm vəzifələrə görə bölgüsünü də verməliyik. Bu bölgü sosial topluların yerinə yetirdikləri başlıca funksiyalara cavab verir. Aşağıdakı təsisatları fərqləndirək:


  • iqtisadi təsisatlar, nemət və xidmətlərin istehsalı və bölgüsü, pul dövriyyəsinin nizamlanması, əməyin təşkili və bölgüsü və s. ilə məşğul olan bütün təsisatları buraya aid edək. Onlar cəmiyyətin maddi bazası əsasında formalaşırlar;

  • siyasi təsisatlar və ya hakimiyyətin qurulması və müdafiəsi ilə bağlı olan təsisatlar. Siyasi təsisatlara hökumət, parlament, polis, siyasi partiyalar və s. təsisatlar daxildir;

  • tərbiyəvi və mədəni təsisatlar və ya gənc nəslin ictimailəşdirilməsi, bütöv bir tam kimi, cəmiyyətin mədəni sərvətlərini ona vermək üçün mədəniyyəti möhkəmləndirməli, yaratmalı və inkişaf etdirməli olan bütün təsisatlar. Buraya tərbiyəvi təsisat kimi ailə, məktəblər, elmi təsisatlar, incəsənət təsisatları və s. aiddir;

  • sosial təsisatlar və ya sözün dar mənasında ictimai təsisatlar. Sözün geniş mənasında bütün təsisat növləri ictimai təsisatlardır. Sosial təsisatlar dedikdə biz könüllü birləşmə yolu ilə təşkil olunan bütün təsisatları — yerli cəmiyyətləri, klubları və şirkət birliklərini, nəhayət, qrup üzvlərinin davranışına nəzarət edən təsisatları nəzərdə tuturuq. Gündəlik insanlararası təması, kontaktları nizamlayan bu təsisatlar qarşılıqlı anlaşmanı asanlaşdırır, gündəlik həyatın "hamar" gedişini müəyyənləşdirir. Biz, adətən, təbrik üsul və vasitələrinin, ad günlərinin keçirilməsinin, toy təntənələrinin təşkilinin, yığıncaqların keçirilməsinin, yuxarı vəzifəli şəxslərə müraciətin və ictimai həyatın digər oxşar hadisələrinin, adətən qeyri-formal, lakin buna baxmayaraq güclü və çox uğurla fəaliyyət göstərən sosial təsisatların mürəkkəb sistemi tərəfindən nizamlanması haqqında düşünmürük;

  • insanın transsedent qüvvələrə, yəni insanın empirik nəzarətindən kənar fəaliyyət göstərən fövqəl hissi qüvvələrə münasibətini, insanın müqəddəslik atributlarına (rəmzlərinə) münasibətini təşkil edən dini təsisatlar. Biz teoloji problemlərin təfərrüatına varmadan qeyd edirik ki, dinə inanan adamlar üçün o dünya mövcuddur, həmin dünya dinə inanan adamların davranışına və sosial münasibətlərinə təsir göstərir. Nəticədə, bəzi cəmiyyətlərdə dini təsisatlar hökmran dəyərlər yaradaraq və hökmran təsisatlara çevrilərək insanlar arasında qarşılıqlı əlaqə və münasibətlərin gedişinə çox qüvvətli təsir göstərir.

Bu təsnifat yeganə və hər şeyi əhatə edən təsnifat deyildir, bundan əlavə, müasir cəmiyyətdə bu təsnifatla əhatə olunmamış təsisatlar da tapmaq olar. Lakin, bu təsnifat sivilizasiyaların bütün tiplərində özünü göstərən əsas sosial funksiyaları nizamlayan bütün baş təsisatlar adlanan təsisatları əhatə edir.

Təsisatların qarşılıqlı əlaqəsi və inteqrasiyası aşağıdakı bir neçə prinsipə əsaslanır:



  • insanın (şəxsiyyətin) strukturuna, onun tələbatlarının yekcinsliyinə. İnsan bütün tələbatlarını ödəmək üçün təsisatların müxtəlif tiplərində iştirak etməlidir;

  • əməyin əhəmiyyətli dərəcədə bölgüsünə və yerinə yetirilən funksiyaların səmərəli əlaqəsinə;

  • birtipli təsisatların üstünlüyünə, məsələn, Avropa feodal cəmiyyətində kilsənin hökmranlığı təsisatların bütün qalan növlərinin inteqrasiyasını müəyyənləşdirirdi.

Digər cəmiyyətlərdə biz siyasi və ya iqtisadi təsisatların hökmranlığı ilə rastlaşırıq. Təsisatların qarşılıqlı əlaqədar sistemi qrup üzvləri tələbatının ödənilməsini təmin edən, bu üzvlərin davranışını nizamlayan, qrupun bütöv bir tam kimi inkişafına təminat verən sistem yaradır. Bütöv bir tam kimi bu sistemin sabitliyi və gücü onun ziddiyyətsiz strukturu və daxili qarşılıqlı uyğunluğundan asılıdır. Təsisatlar sistemini inkişaf yolunda maneəyə çevrilmək təhlükəsi ilə rastlaşdığı inkişaf gedişində, sosial dəyişkənlik proseslərində təsisatın "elastikliyi" problemi xüsusən vacibdir.
5.2. Sosial nəzarət

Təsisatları nəzərdən keçirərkən qeyd etmişdik ki, onlar sosial nəzarət sisteminin tərkib hissəsidir. Bu, necə nəzarətdir və o, sosial əlaqə ilə hansı müiasibətdədir? "Sadəlövh" suallardan başlayaq. Hansı səbəbdən tanışlar görüşərkən bir-birinə baş əyir və gülümsəyirlər? Nəyə görə yeni ildə tanışlarımıza arzu və istəklərimizi yazırıq? Adamlar nə üçün öz uşaqlarını məktəbə göndərirlər? Niyə şəhərlərdə küçədə ayaqyalın gəzmirlər? və s. Bir sözlə, niyə insanlar günbəgün, bunlardan bir çoxu nəsilbənəsil öz funksiyalarını nəyə görə eyni şəkildə yerinə yetirirlər? Bir qədər fikirləşsək, biz ictimai həyatın bu "yeknəsəqliyinin" həmin həyatın fasiləsizliyi və rəvan hərəkətinin mühüm şərti olduğunu aydınlaşdıra bilərik. Çünki o, adamların bizim hərəkətlərimizə verəcəkləri reaksiyanı qabaqcadan düzgün görməyə imkan verir və beləliklə də insanların qarşılıqlı əlaqələri ahəngləşdirilir, tarazlaşdırılır, qarşılıqlı surətdə bir-birinə uyğunlaşdırılır və qrupun hər bir üzvü nə gözləyə biləcəyini bilir. Yolda maşınla gedərkən mən bilirəm ki, əks tərəfdən gələn avtomaşınlar mənim üstümə gəlməyəcəkdir, əgər kimsə mənim yolumu kəsərsə, mən onun cəzalandırılmasını tələb edəcəyəm. Eləcə də mağazaya, müəssisəyə, məktəbə daxil olarkən, mən özümü necə aparmaq lazım olduğunu, habelə mənim davranışıma necə reaksiya veriləcəyini bilirəm. Bütün bunları sxematik şəkildə göstərmək olar: qrupun hər bir üzvü müxtəlif şəraitdə başqaları tərəfindən başa düşülmək üçün özünü necə aparmaq lazım olduğunu dərk edir, başqa üzvlərin ondan nə gözlədiklərini, habelə öz davranışına qarşı hansı reaksiyaları gözləyə biləcəyini anlayır. İctimai həyatın "təşkil olunmuş" gedişi ona əsaslanır ki, qrup üzvləri davranışının qarşılıqlı surətdə qabaqcadan görülməsi və gözlənilməsi həqiqətən də baş verir. Lakin əgər belə davranış olmursa, əgər hərəkətə qarşı olan reaksiya bu qrupda yol verilən reaksiyalar çərçivəsinə sığışmırsa, onlara qrup sanksiyalar tətbiq olunur.

Deməli, hər bir sosial qrup bir sıra inandırma, göstəriş və qadağan üsulları, məcburiyyət və fiziki zorakılığa qədər təzyiq sistemləri tanımaq, hörmət etmək, irəli çəkmək, mükafatlandırmaq üsulları sistemi işləyib hazırlayır. Bunun hesabına fərdlərin və yarımqrupların davranışı qəbul olunmuş hərəkət etalonları və dəyər meyarları ilə uyğunlaşdırılır, bir sözlə, bunun köməyi ilə üzvlərin konformizmi yaradılır. Bu sistem sosial nəzarət sistemi adlanır.

Heç də bir hərəkətə cəmiyyət tərəfindən eyni dərəcədə nəzarət etmək mümkün olmur. Hər bir sosial qrupda adamın malik olduğu şəxsi dairəsi qrupun daxili birliyindən, qrup təsisatlarının xarakterindən və fərdin mövcud qrupda tutduğu mövqedən asılı olaraq geniş və ya məhdud ola bilər. Məsələn, qrup üçün çox mühüm vəzifə tutan fərd daha məhdud şəxsi mühitə, yəni nəzarət olunmayan hərəkətlər dairəsinə malikdir, çünki onun əməlləri bütövlükdə qrup üçün əhəmiyyətlidir. Bundan başqa elə əməllər var ki, onlar bütövlükdə bütün qrupa aiddir və onlar ancaq fərdlərə aid əməllərə nisbətəN daha güclü nəzarətə məruz qalır. Məsələn, kiminsə öz evində əşyaları stolun üstünə necə düzməsi qrupu az maraqlandırır: bu məsələdə ən çoxu tanışlar və ya iş yoldaşları ağız büzürlər ki, onun evində qalmaqaldır və ya hörmətlə deyərlər ki, onun evi necə səliqəlidir. Şəxsi gigiyenaya isə güclü şəkildə nəzarət olunur və səliqəsiz adam məzəmmətlə, pis münasibətlə rastlaşır. Qrup kimin necə geyinməsi ilə daha güclü şəkildə maraqlanır, məsələn, heç bir tələbə dərsə ayaqyalın gəlməyə cürət etməz. Hərçənd bu, cinayət deyil, lakin mədəniyyətsizlik, əxlaq normalarının pozulmasıdır. Əgər adamlar ailə qurur, boşanırlarsa, əgər insan ailəsini atırsa, onda bunlar qanunlar, din və əxlaq qaydaları ilə dəqiq şəkildə nizamlanır. Oğurluq cəza ilə, qətl isə ən yüksək cəza ilə rastlaşır. Qısaca deyilərsə, hərəkətin bütövlükdə qrupa nə qədər çox aidiyyəti varsa, bu hərəkət onun birgə yaşayışına nə qədər çox təhlükə yaradırsa və ya hər hansı əməl bu birgə həyatın gedişi üçün nə qədər çox vacibdirsə, qrup tərəfindən nəzarət bir o qədər güclü olur.

Bu nəzarət sisteminin fəaliyyəti bir neçə prinsipə əsaslanır:


  • qrupda onun mədəniyyəti və onun dəyər meyarlarının hamı tərəfindən qəbul olunması prinsipi. Məlum olduğu kimi, davranış onun əsasına çevrilən bioloji impulslardan doğur. Lakin bu impulslar müxtəlif üsullarla ödənilə bilər və onların təmin olunma vasitələrinin seçilməsi mədəniyyətin qəbul etdirdiyi dəyərlər sistemindən asılıdır. Eyni cür dəyərlərin etirafı və qəbul olunması mövcud qrup üzvlərinin davranışının oxşarlığı və ya eyniliyini doğurur;

  • tərbiyə yolu ilə davranış, hərəkət və hərəkətə qabaqcadan müəyyənləşdirilmiş şəkildə, yəni qrupun qəbul etdiyi üsulla reaksiya vermək etalonlarının tətbiqi prinsipsilə, məktəb, qonşular, dövlət, din daha geniş ictimai mühitin təsiri ictimai həyata daxil olan gənclərə nəzakətli davranışı, əxlaqın əsaslarını, ənənələri öyrədir. Bu biliklər bioloji impulslar və mədəni dəyərlər sistemindən sonra konformist davranışı müəyyənləşdirən ikinci "çərçivəyə" çevrilir;

  • insanın tanınmağa və özünün təhlükəsizliyini daxili mexanizmlərində duymağa yönəlmiş, səylərini şərtləndirən fərdi xüsusiyyətlərinin daxili mexanizmlərində tanınma, qəbul edilmə şəxsiyyətin daxili tarazlığının qorunub saxlanılması üçün zəruridir. Uzun müddət ərzində sistematik olaraq tanınmaq, qəbul edilmək imkanından məhrum olan adam tərəddüdlərə meyllidir və onun şəxsiyyəti dezinteqrasiyaya, parçalanmağa məruz qalır. Daimi qorxu və təhlükə hissi şəxsiyyəti dezinteqrasiya edir və onu dağıdır. Konformist davranış həm tanınmağı, həm də təhlükəsizliyi təmin edir;

  • daxilində fərdin hərəkət edə bildiyi və fərdlərin davranışına fəal surətdə müdaxilə etmək imkanı verən maneələr sistemi yaradan formal və qeyri-formal təsisatlar sistemi prinsipi.

Sosial nəzarət sistemi yuxarıda göstərilən prinsiplərə əsaslanır. Bəs bu sistemin elementləri nədən ibarətdir? Bu elementlər adətlər, vərdişlər və sanksiyalar sistemindən ibarətdir.

Vərdiş — müəyyən vəziyyətlərdə qəbul olunmuş, qrupun neqativ (mənfi) reaksiyasını doğurmayan davranış üsuludur. Hər bir fərd öz vərdişlərinə (məsələn, tezdən durmaq, gimnastika ilə məşğul olmaq, kafeyə getmək, xüsusi biçimli baş örtüyü və ya paltar geymək, danışıqda, təmasda öz vərdişlərinə malik olmaq və s.) malik ola bilər. Bütün qrup və ya yarımqrupun qəbul etdiyi vərdişlər də ola bilər. Vərdişlər təcrübə qazanmaq nəticəsində meydana çıxır, ənənələrlə müəyyənləşir, hörmət olunan və ya, dözülə bilən hərəkətlərə çevrilirlər. Bəzi vərdişlər qədim mərasim və ya bayramların qədim peşə funksiyalarının və s. qalıqları ola bilər. Vərdişin pozulması, adətən, neqativ sanksiyalarla qarşılaşmır, hərçənd ki, qrupda qəbul olunmuş vərdişlərə müvafiq davranış tanınır, təqdir olunur.

Adət - davranışın elə təsbit edilmiş növüdür ki, qrupun müəyyən əxlaqi qiymətləri onunla bağlıdır və onun pozulması neqativ sanksiyalar doğurur. Adət dəyərlərin tanınmasında müəyyən məcburiyyət və vəziyyətin müəyyənləşdirilməsinin məcburiliyini nəzərdə tutur. Adət zəif adamlara yer verməyi və kömək etməyi, yaşlılara hörmət göstərməyi, qrupda yüksək vəzifə tutan şəxslərlə etiketə uyğun davranmağı və s. tələb edir. Deməli, adətlər, qrupun qəbul etdiyi dəyərlər sistemi ilə, sonra isə bu dəyərlərin mövcud ola bildiyi vəziyyətlərin müəyyən edilmiş tərifi ilə və onlara uyğun davranış etalonları ilə bağlıdır. Bu dəyərlər qrupu üçün müəyyən əhəmiyyət kəsb edir və ona görə də adətlərə hörmətsizlik qrupun daxili birliyini zəiflədir. Beləliklə, qrup tərəfindən edilən məcburiyyət ayrı-ayrı üzvləri müəyyən vəziyyətlərdə bu dəyərlərə müvafiq davranış etalonlarını gözləməyə vadar edir.

Sanksiyalar. Biz sanksiyaları fərdin sosial cəhətdən davranışına qrupun ümumiyyətlə reaksiyası kimi qiymətləndirə bilərik. Bununla bərabər qeyd etmək lazımdır ki, hər bir qrup üzvünün çox geniş davranış dairəsi, hətta onun şəxsi dairəsinə daxil olan işin bir çoxu sosial cəhətdən əhəmiyyətlidir. Ona görə də sanksiyaların da dairəsi həmçinin genişdir. Bu, öz üzvlərinin davranışını idarə etmək, arzu olunan hərəkəti stimullaşdırmaq və daxili birliyin, ictimai həyat fasiləsizliyinin təmin edilməsi üçün arzuolunmaz davranışı cəzalandırmaq məqsədilə qrupun yaratdığı məhsuldur.

Sanksiyalar neqativ (cəzalar) və pozitiv (həvəsləndirmələr, mükafatlar) ola bilər. Adətən danışıq dilində sanksiya sözü dedikdə, ancaq cəzalar sistemi nəzərdə tutulur. Lakin burada biz bu sözlə qrup tərəfindən öz üzvlərinin davranışına göstərilən pozitiv reaksiyaları da göstəririk. Daha sonra sanksiyaları formal (yəni formal təsisatların müəyyən davranışa reaksiyası) və qeyri-formal (yəni mənbəyi ictimai rəydə, dost və qonşu dairələrdə, qeyri-formal təsisatlarda olan reaksiyalar) sanksiyalara bölürük. Nəhayət, sanksiyalar yolu ilə daxili təzyiqin "mahiyyəti" baxımından aşağıdakı sanksiyaları fərqləndirək: hüquqi sanksiyalar və ya müəyyən hərəkətlərə görə qanunlarla nəzərdə tutulan cəza və mükafatlandırmalar sistemi; etik (əxlaqi) sanksiyalar və ya qəbul olunmuş əxlaqi prinsiplərdən irəli gələn fərqləndirmələr, məzəmmət və töhmətlər sistemi; satirik sanksiyalar və ya özlərini qəbul olunmuş qaydadan fərqli şəkildə aparan adamların məruz qaldıqları istehza, ələsalma, etinasız münasibətlər sistemi; dini sanksiyalar və ya hər hansı bir dinin öz göstərişi və qadağanlarını pozan və ya onlara əməl edən davranışa görə ehkamlar və inamlar sisteminin nəzərdə tutduğu mükafatlar və cəzalar. Bu dörd növ sanksiyalar qarşılıqlı surətdə bir-birini tamamlayır.

Onlar fərdin hansı davranışını qrupun həyatı üçün xüsusən faydalı, hansı davranışını isə xüsusən əlverişsiz saymaq lazım olduğunu müəyyənləşdirirlər. Bu sanksiyaların birgə fəaliyyəti şəraitində davranışın ən yüksək konformizm səviyyəsi əldə oluna bilər. Əgər bu sanksiyalar sistemləri arasında ziddiyyətlər meydana çıxırsa, əgər, məsələn, hüquqi sanksiyalar müəyyən kollektivin əxlaqi hisslərinə və adətlərinə uyğun gəlmirsə, onda onların səmərəliliyi aşağı olur.

Mədəni cəmiyyətlərdə sanksiyaların, adətən, hansı xüsusi növlərinə rast gəlmək olur? Aşağıdakı təsnifatı əsas tutaraq onları nəzərdən keçirək: neqativ qeyri-formal sanksiyalar - bunlar heyrət, kədər, narazılıq, istehza, əxlaqi məzəmmət bildirmək mənasında, əl vermədən imtina etmək, yoldaşlıq münasibətləri saxlamaqdan boyun qaçırmaq, qeyri-xeyirxah şayiələr və s.-dən ibarətdir. Bu sanksiyalar ona görə təsir göstərir ki, onlar müəyyən güzəştlərdən məhrum edilmək, müəyyən sosial müdafiə münasibətlərindən kənar edilmək və b. şəklində mühüm ictimai nəticələrə gətirib çıxarır.

Neqativ qeyri-formal sanksiyalar qanunla nəzərdə tutulan aşağıdakı cəzaların bütöv bir sırasından ibarətdir: hər hansı növdən olan xəbərdarlıqlar, məzəmmətlər, cərimələr, həbslər, vətəndaş hüquqlarından məhrum edilmək, əmlakın müsadirəsi, ölüm hökmü, təcridolunma, tövbələmə və s. Bu cəzalar qorxutma yolu ilə, həm də eyni zamanda qeyri-ictimai və ya cəmiyyətə zidd hərəkətlərə görə nələr gözlənildiyi barədə qabaqcadan bildirilən potensial xəbərdarlıq kimi təsir göstərir. Qeyri-formal pozitiv sanksiyalar və ya sosial əhatənin davranış etalonları və dəyərlər sistemlərinə müvafiq gələn və qrup üçün faydalı olan pozitiv davranışa göstərdiyi reaksiyaları təqdir və həvəsləndirmələrə əsaslanır. Bunlar rəğbət bildirmək, müəyyən işlərdə müəyyən fərdin nüfuzunun etirafı, mətbuatda tərif və xoş ruhlu qeydlər, xeyirxah şayiələr, "müsbət" əfsanə, şöhrət və s. ibarətdir. Formal pozitiv sanksiyalar hakimiyyət orqanları tərəfindən açıq bəyənilmək, pul mükafatı, irəli çəkilmə, medal və ordenlərlə təltif, fəxri və yüksək vəzifələrə qoyulmaq, yüksək mükafat verilməsi, müəyyən şəxsin şərəfinə medal zərb edilməsi, abidələrin ucaldılması və s. ibarətdir. Bu sanksiyalar sistemi hüquqi, etik, satirik və dini sanksiyaların daim kombinasiya edilməsinə əsaslanır. Məsələn, satirik sanksiyalar kimi bəzi qeyri-formal sanksiyalar xüsusən uğurlu ola bilər. Çünki adamlar ümumiyyətlə, cəzalardan qorxsalar da onların şəxsi istəklərinə və subyektiv "mənliklərinə" toxunan istehza və nifrətdən daha çox qorxurlar. Hüquqi cəhətdən cəzalandırılan hərəkətlər buna baxmayaraq mühitin mənəvi təqdiri ilə rastlaşdığı halda (məsələn, müharibə dövründə işğalçıların hüquqi repressiyaları) bu arzuolunmaz hərəkətlərə görə repressiyalar zamanı cəzaların az səmərəliliyi buna dəlalət edir.

Sanksiyalar öz mahiyyətinə görə aşkar, yəni digər qrup üzvlərinə bəlli olan qeyri-konformist hərəkət və davranışa qarşı tətbiq olunur. Hər bir qrup həm də, arzuolunmaz hərəkət və davranışını aşkara çıxarmağın formal və qeyri-formal üsullarından ibarət olan müəyyən nəzarət sistemini işləyib hazırlayır. Bu sistem yalnız polis, istintaq orqanları və s. mütəşəkkil təsisatlardan deyil, habelə ətraf sosial mühitin hərəkətlərinə gündəlik maraqdan, onların üzərində gündəlik müşahidədən ibarət olur. Mədəniyyətin tipindən, adətlər, siyasi quruluş, din və s. asılı olaraq müxtəlif forma alan bu formal nəzarət sistemi gündəlik təmas, işin yüngülləşdirilməsi, peşə vəzifələrinin yerinə yetirilməsi və s. zamanı gündəlik davranışın nizamlanmasından söhbət gedərkən xüsusən səmərəlidir. Bu sistem müəyyən şəxs və onun davranışına nisbətən ictimai rəyin və ya fərdlər və qrupun aşkar yönəlişlikləri və görüşlərinin nəzarətini ifadə edir. Qeyri-formal nəzarət sisteminin mahiyyəti qrup üzvlərinin davranışının daim digər üzvlər tərəfindən qiymətləndirilməsindən, hər bir fərdin öz davranışında hesablaşmalı olduğu bu qarşılıqlı qiymətləndirmədən ibarətdir.

Təsisatlar sisteminə əsaslanan bu nəzarət sistemi sosial kontaktlar, qarşılıqlı əlaqə və sosial münasibətlərin qrupun müəyyən etdiyi çərçivələr daxilində baş verməsini təmin edir. Hər bir adamın öz təcrübəsindən bildiyi kimi, bu çərçivələr həddən artıq sərt deyildir və teatr tamaşasındakı rol kimi həmişə fərdi "interpretasiyaya" imkan verir. Bütövlükdə qrup üçün daşıdıqları əhəmiyyətə görə bəzi rollar və onlarla bağlı olan funksiyalar sosial münasibətlərin təbiətindən irəli gələn vəzifələrin bəziləri çox, digərləri isə az ciddiliklə müəyyənləşdirilmişdir.

Təbii surətdə hər bir qrup formallaşdırılmamış funksiyaların icrasında fərdlərə müəyyən şəxsi azadlıq sahəsi saxlayır. Bəzi sosial rollar ona əsaslanır ki, öz icraçılarından daimi yaradıcılıq və yenilik axtarışı tələb edir. Lakin qruplar bu rolların üzərində də (ixtiraçı, alim, artist və s. rolları) bir növ nəzarət edirlər. Həmin nəzarət imkan vermir ki, bu rolları ifadə edənlərin azadlığı qrupun əsas dəyərlərinə və birliyinə təhlükə yaradan açıq qiyama keçsin,


1   2   3   4   5   6   7   8   9   ...   15


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə