Sosiologiya elm kiMİ Sosiologiyanın predmeti və tədqiqat sahəsi




Yüklə 1.14 Mb.
səhifə14/15
tarix23.02.2016
ölçüsü1.14 Mb.
1   ...   7   8   9   10   11   12   13   14   15

Ə L A V Ə

RESPODENTLƏRİN MƏDƏNİ FƏALLIĞININ

GÖSTƏRİCİLƏRİ HAQQINDA

Müasir döyrdə cəmiyyətin cocial strukturu və h\əyat tərzinin transformasiyası əhalinin mədəni fəallıq səviyyəsinin göstəricilərindən biri olan asudə vaxtın həcmində və məzmununda xeyli dərəcədə dəyişikliklərə gətirib çıxarmışdır. Bunu hazırki tədqiqatın gedişində alınmış nəticələr də sübut edir.



Asudə vaxtın keçirilməsinin ən kütləvi növləri kimi respondentlər musiqiyə, mahnı ifaçılığına və xoreoqrafiyaya olan marağı 286 n. və ya 57,2%, qiraəti 281 n. və ya 56,2% qeyd ediblər. Respodentlərin sonrakı cavabları aşağıdakı kimi paylanmışdır: bədən tərbiyəsi və idmanla məşğuliyyət – 127 n. və ya 25,4%, dillərin öyrənilməsi 79 n. və ya 15,8%, kompüter və İnternetdən istifadə 69 n. və ya 13,8%, tədris və maarif işi 58 n. və ya 11,6%, təsviri incəsənət - 39 n. və ya 7,8%, elmi iş - 31 n. və ya 6,2 %. Bundan başqa digər maraqlar içərisində qeyd edilmişdir: televerilişlərə baxış - 24 n. və ya 4,8 %, tətbiqi incəsənət - 14 n. və ya 2,4 %, ailəvi gəzinti - 9 n. və ya 1,8 %, evdarlıq - 6 n. və ya 1,2 %, radioelektronika - 6 n. və ya 1,2 %, təbiətdə istirahət 5 n. və ya 1 % və s. Beləliklə, aparılan tədqiqatın nəticələri respondentlərin asudə vaxtmın əsas məzmunu və tərkibini təşkil edən maraqların geniş spektrini aşkar etmişdir. Göstərilən statistik rəqəmlər sübut etdiyi kimi bir çox respondentlərin həyatında bədən tərbiyəsi və idman az əhəmiyyətli deyildir, eləcə də müasir mərhələdə Azərbaycan cəmiyyətində daha çox tələbat olan dillərin öyrənilməsi, kompüter və İnternetə maraq da əhəmiyyət kəsb edir. Sorğunun nəticələrinə görə respondentlərin əksəriyyəti üçün (464 n. və ya 96,7%) asudə vaxtın əsasən ev şəraitində keçirilməsi xarakferikdir. (bax, cədvəl 5.1). CƏDVƏL 5.1.

Maraqların həyata keçirilməsi yerləri haqqında göstəricilər

Evdə

464 n.

96,7 %

Kitabxanalarda

70 n.

14,5 %

İşdə

50 n.

10 %.

İdman müəssisələrində

32 n..

6,4 %

Kompüter mərkəzləri və internet - klublarda

31 n.

6,2 %

Mədəniyyət sarayları və mədəniyyət evlərində

15 n.

3 %

Təbiətin qoynunda

12 n.

2,4 %

Muzeylərdə

10 n.

2 %

Digər yerlərdə

41 n.

8,5 %

Cədvəldan göründüyü kirni, soruşulanların ancaq az hiSsəsi maraqlarını kitabxanada - 70 n. və ya 14,5%, işdə 50 n. və ya 10%, idman müəssisələrində 32 n. və ya 6,4%, kompüter mərkəzləriııdə ve ıütemet-klublarda 31n. və ya 6,2%, mədə-niyyət sarayları və mədəniyyət evlərində 15 n. və ya 3%, təbiət qoynunda 12 n. və ya 2,4%, muzeylərdə 10 n. və ya 2% və s. keçirir. Təhlil göstərir ki, ümumiyyətlə ohalinin maddi rifahının, mənəvi tələbatlarınm, mədəni səviyyəsinin artması və ya azalması insanların asudə vaxtınm məzmununa və təşkilinə bilavasitə təsir edir.

İctimai şüura və varlığa təsir edən ən vacib mədəniyyət institutu və aləti kütləvi informasiya vasitələridir. Bundan irəli gələrək tərəfimizdən respublikada dərc olunan kütləvi informasiya mətbuat vasitələrindən respondentlərin istifadəetmə dərəcəsi öyrənilmişdir (bax, cədvəl 5.2.).

Cədvəldə respondentlərin 10 dəfədən çox adını çəkdikləri dövri nəşrlərin siyahısı göstərilmişdir (soraşulanların sayı: 339 n. və ya 67,8%).

CƏDVƏL 5.2.



Qəzetlər

Oxucuların sayı

Yeni Müsavat

157 n.

46,3%

Krossvord

61 n.

18%

Oxu məni

60 n.

17,7%

Зеркало

55 n.

16,2%

Şərq

39 n.

11,5%

Azadlıq

30 n.

8,8%

Azərbaycan

25 n.

7,4%

Xalq qəzeti

25 n.

7,4%

Эхо

24 n.

7,1%.

Неделя

21 n.

6,2%

Супермаркет

21 n.

6,2%

Azərbaycan müəllimi

13 n.

3,8%

Ayna

13n.

3,8%

Birja

18 n.

3,8%

Наш век

12 n.

3,5%

Respublika

11 n.

3,2%


Aparılmış sorğu respondentlərin üstünlük verdiyi həm ictimai-siyasi, həm də məlumat-əyləncə xarakterli ölkə dövri nəşrlərinin geniş spektrini aşkar etmişdir. Bu halda sorğu nəticələrinə görə respondentlərdə ən yüksək dərəcədə rəğbət qazanan (soruşulanların ümumi sayından 157 n. və ya 46,3%) "Yeni Müsavat" qəzetidir. Digər ictimai-şiyasi nəşrlərin sırasmda respondentlər tərəfindən bu qəzetlərin adları çəkilmişdir: "Zerkalo"- 55 n. və ya 16,2%, "Şərq"- 39 n: və ya 11,5%, "Azadlıq"-30 n. və ya 8,84% və s. Soruşulanların əksər hissəsi "Krossvord" və "Oxu məni" əyləncə qəzetlərinə üstünlük verir (müvafıq olaraq 61n. və ya 18%, 60 n. və ya 17,7%). Ümumiyyətlə, tədqiqatda təqdim olımmuş ictimai-siyasi qəzetlərin geniş spektri ölkədə baş verən hadisə və proseslərə marağın yüksək olduğunu sübut edir. Azerbaycan cəmiyyətinin mədəni həyatımn digər sahələ-rindəki hadisələrə gəldikdə isə, statistika sübut etdiyi kimi onlar hələ də əhalinin xeyli hissəsində lazırni maraq oyatmır. Belə ki, ölkədə fəaliyyət göstərən, respublikanın mədəni həyatını işıqlandıran - "Mədəniyyət", "Ədəbiyyat və incəsənet", "Qobustan" və s. ixtisaslaşmış dövri nəşrlər praktik olaraq əhalidə rəğbət qazanmamışdır. Bununla belə, o fakt həyəcan doğurar ki, respublikanm 3 şəhərində soruşulanların təxminən 1/3 hissəsi (161 n. və ya 32,2%), o cümlədən onlarm ailə üzvləri dövri mətbuat nəşrinə nə abunə yazılır nə də satışdan alırlar. Bu halda 57 n. və ya 60,25% mövcud vəziyyətin əsas səbəbi kimi maddi çətinlikləri göstərmişlər. Yuxanda göstərilən səbəbdən başqa soruşulanların 50 n. və ya 31,06 % hemin mətbuat məhsullana qarşı marağın olmadığını qeyd etmişlər.

Əhalinin mədəni fəallığının enməsinin subütlarından biri ölkənin mədəni-maarif müəssisələrinə davamiyyət göstəriciləridir. Belə ki, respondentlərin ümumi sayından yarıdan az hissəsi respublikanın müxtəlif mədəni-maarif müəssisələrinə gedir (219 n. və ya 43.8%). Bu göstəricilər üzrə 3 şəhərin respondentlərinin cavablarmm müqayisəli təhlilinin cədvəldəki nəticələrinə baxaq:


CƏDVƏL 5.3.



Üç şəhər respondentlərinin mədəni-maarif ıniiəssisələri və tədbirlərdə davamiyyət göstəricilərinin müqayisəli analizi




Bakı

Şəki

Neftçala

Gedirlər

179 n. və ya 44,75%

28 n. və ya 56%

12 n. və ya 24%

Getmirlər

221 n. və ya 55,25%

22 n. və ya 44%

38 n. və ya 76% ]

Cəmi

400 n.

50 n.

50 n.

Cədvəldən göründüyü kimi, mədəni-maarif müəssisələri və tədbirlərinin davamiyyətinin ən yüksək göstəricisi Bakı və Şəki şəhərinin respondentlərində qeyd olunmuşdur - müvafıq olaraq 44,75% və 56%. Qeyd etmək lazımdır ki, Şəkidə mədəni-maarif müəssisələrinə və tədbirlərə gedənlərin 56% (28 n.) təşkil etməsi, fikrimizcə mənəvi irsi zəngin olan bu qədim şəhər əhalisinin (Bakı ve Neftçala əhalisilə müqayisədə) mədəni fəallıq dərəcəsinin kifayət qədər yüksək olmasmı sübut edir. Eyni zamanda Neftçala şəhərində asüdə vaxtm belə keçirilmə formasından 12 n, və ya şoruşulanların 24%-i istifadə edir.

Nəticələr göstərir ki, mədəniyyət müəssisələrinin təklif etdiyi xidmətler çeşidinin genişlənməsinə baxmayaraq respublikada onların auditoriyasının nəzərə çarpan artımı müşahidə olunmıır. Respondentlərin çox hissəsi sorğunun verilənlərinə uyğun olaraq - 281 n. və ya 56,2%-i ümumiyyətlə ölkənin mədəni-maarif müəssisələrinə getmirlər. Bu halda mövcud vəziyyətin əsas səbəbləri qismində bunlar qeyd olunmuşdur: maddi çətinliklər - 174 n. və ya 62%, vaxtın olma-ması 73 n. və ya 26%, bu müəssisələrə marağın olmaması -51 n. və ya 18,1%. Bundan əlavə 9 n. və ya 3,2% mədəni müəssisələrə iradlarını ifadə etmişlər ki, onlardan: təklif edilən xidmətlər arasında əhalidə maraq oyadan xidmətlərin olmaması, keçirilən tədbirlərin səviyyəsinin aşağı olması, mədəniyyət müəssisələrinin respondentlərin yaşayış yerinden uzaq olması və s. qeyd olunub. Ümumiyyətlə, keçirilmiş sorğınun nəticələri bir daha təsdiq etmişdir ki, vətəndaşların maddi rifahının aşağı səviyyəsi son illərdə onların mədəni fəallığının xeyli dərəcədə azalmasına səbəb ohnuşdur. Bununla əlaqədar aşağıda verümiş tədqiqat nəticələrinə baxaq: (Sual: Siz aşağıda göstərilən mədəni-maarif müəssisə və tədbirlərinə il ərzində nə dərəcədə tez-tez gedirsiniz?)
CƏDVƏL 5.4.

Mədəni - maarif

müəssisə və

tədbirləri

Hər ay və

daha tez-tez

Rübdə

1dəfə

Yarım ildə

1 dəfə

İldə

1 dəfə

Son 3-5 ildə

getməmişlər

Teatrlar

25 n. və ya

11,42%


38 n. və ya

17,35%


34 n. və ya

15,53%


12 n. və ya

19,18%


80 n. və ya

36,53%


Kinoteatrlar

18 n. və ya 8,22%

24 n. və ya

10,96%


17 n. və

ya 7,76%


22 n. və ya

10,05 %



138 n. və ya 63,01%

Konsertlər

20 n. və ya 5,13%

16 n. və ya

21%


11 n. və ya 18,72%

18 n. və ya

21,92%


64 n. və ya

29,22%


Sərgilər

11 n. və ya 5,02%

11 n. və ya 5,02%

18 n. və ya 8,22%

15 n. və ya 15,98%


144 n. və ya 65,75%

Yaradıcıhq

gecələri

10 n. və ya 4,57%

13n.və ya 5,94%

19 n. və ya 8,68%

21 n. və ya 9,59%

156 n. və ya 71,23%

Muzeylər

1 n. və ya

4,ll%


14 n. və ya 6,39%

19 n. və ya 13,24%

14 n. və ya

15,53%


139 n. və ya 60,73%

Cədvəlden göründüyü kimi soruşulanların xeyli hissəsi son 3-5 il ərzində ümumiyyətlə konsertə, sərgiyə, kinoteatra, muzeylerə və s. olmamışlar. Nəzərə alsaq ki, cəmiyyət üzvlərinin mənəvi tərbiyəsində, onların milli və dünya mədəniyyətinə, bədii-estetik dəyərlərə və incəsənət əsərlərinə cəlb edilməsində mədəniyyət müəssisələrinin rolu böyükdür, onda bu problem xüsusi aktuallıq kəsb edir. Bu cəhətdən kitabxanaların rolunu xüsusi qeyd etmək lazımdır. Yuxarıda adları çəkilmiş mədəniyyət müəssisələrilə müqayisədə onlar yalnız intellektual elitaya deyil, həm də əhalinin geniş təbəqələrinə istiqamətlənməlidir. Bununla bərabər hazırki sorğunun nəticələri göstərmişdir ki, Neftçalada soruşulanların həddən az hissəsi kitabxana xidmətlərindən istifadə edir (bax, cədvəl 5.5.). (Sual: Siz kütləvi və ya tədris müəssisələri kitabxanalarının xidmətindən istifadə edirsinizmi?)

CƏDVƏL 5.5.





Bakı

Şəki

Neftçala

Bəli

Xeyr

Bəli

Xeyr

Bəli

Xeyr

Kütləvi kitabxanalar

65 n. və ya

16,25 %


335 n. və ya

83,75 %


12 n. və ya 24 %

38 n. və ya

76 %


6 n. və ya

12 %


44 n. və ya

88 %


Tədris müəssisələri kitabxanaları

51 n. və ya

12,75 %


349 n. və ya 87,25 %

8 n. və ya

16 %


42 n. və ya

84 %


8 n. və ya

16 %


42 n. və ya

84 %

Kütləvi və tədris müəssisələrinin kitabxanalarına gələn respondentlərin cemi göstəricisi müvafıq olaraq 148 n. və ya 29,6% ve 67 n. və ya 13,4% təşkil etmişdir. Bu zaman soruşulanların müeyyən hissəsi (75 n. və ya 15%) kitabxanada xidmət və oxucuların kitablardan istifadə mədəniyyətilə razılığını ifadə etmişdirsə, yalnız 5% (25 n.) bu barədə öz narazılıqlarını bildirmişlər. Kitabxana fondunıın vəziyyəti və kompüter texnikasının olmasından razı və ya demək olar ki, razı qalan respondentlərin sayının cəmi göstəricisi 60 n. və ya 3 şəhərdə bu suala cavab verənlərin ümumi sayının 60%-i qədər olmuşdur. Eyni zamanda respondentlərin müəyyən hissəsi kitabxanaların kitablar, digər mətbuat nəşrləri və kompüter texnikası ilə təmin olunmasından razı qalnıayıb və ya demək olar ki, razı qalmayıb - müvafıq olaraq 24% (24 n.) və 16% (16 n.). Rcspublikanın 3 şəhərində soruşulanların əksər hissəsi ümumiyyətlə kütləvi və tədris müəssisələrinin kitabxanalarına getmir ki, bu da bir daha ölkə əhalisinin mədəni fəallığının aşağı düşmə mcylini təsdiq edir. Zənnimizcə, mövcud vəziyyətin səbəblərindən biri respondentlərin xeyli hissəsinin müxtəlif cür ədəbiyyatın geniş siyahısına ınalik olan ev kitabxanarlarının ınövçud olmasıdır (bax, cədvəl 5.6.).

CƏDVƏL 5.6.

Ev kitabxanalarının mövcudluğu haqqında respondentlərin cavabları




Bəli

Xeyr

Bədii

361 n. və ya 72,2%

139 n. və ya 27,8%

Elmi publisistik

224 n. və ya 44,8%

276 n. və ya 55,2%'

Texniki

174 n. və ya 34,8%

326 n. və ya 65,2%

Digərləri

26 n. və ya 5,2%



Respondentlərin çox hissəsinin kitabxana fonduna bədii ədəbiyyatla yanaşı - 77,2% (361n.), elmi-publisistik - 44,8% {224 n.) vo texniki - 34,8% (174 n.) ədəbiyyat daxiidir. Ümumiyyətlə, keçirilmiş təhlilin nəticələri sübut edir ki. kütləvi kitabxanalara davamiyyətin aşağı düşməsinin ilkin səbəblərindən biri soruşulanların əksəriyyətinin öz kitabxana fondlarının həcmi və məzmunundan razı olmalarıdırlar.

Şöciyyəvidir ki, mövcud neqativ vəziyyət kinoteatr kimi mədəniyyət müəssisələri üçün de xarakterikdir. Belə ki, nümayiş etdirilən fılmlərin müxtəlifliyinin xeyli genişləndirilməsi, texniki yeniliklərin işlədilməsi bu mədəniyyət müəssisələrinə davamiyyətin artmasına gətirib çıxarmadı: respodentlərin ümumi sayından 63,01% (138 n.) bildirdilər ki, son 3-5 ildə kirtoteatrda olmayıblar. Təsəvvür oluıuır ki, mövcud vəziyyətin səbəblərindən biri də insanlara son zamanlar güclənən elektron KİV-in təsiridir ki, onlarm arasında müəyyənedici roI cəmiyyətdə baş verən sosial-mədəni proseslərə təsir aləti oİan televiziyaya məxsusdur.

Yuxarıda göstərilənlərə istinad edərək respublikada mədəni həyatın aktual problemləri üzrə televiziya verilişlərinin keyfiyyətinə dair respondentlərin rəyi aşkar olunmuşdur (bax, cədyəl 5.7.) CƏDVƏL 5.7.



Mədəniyyətin aktual problemləri haqqında televiziya verilişlərinin keyfiyyəti və miqdarı ilə respondentlərin qaneolma göstəriciləri

Qane edir

57 nəfər

11,52 %

Demək olar ki, qane edir

248 nəfər

50,1 %

Demək olar ki, qane etmir

103 nəfər

20,81 %

Qane etmir

70 nəfər

14,14 %

Cavab verməyə çətinlik çəkiblər

17 nəfər

3,43 %

Nətiçələr göstərdi ki, şoruşulanların boyük hissəsi (301n. və ya 61,62%) mədəniyyətin aktual problemlərini işıqlandıran televiziya yerilişlərinin keyfıyyəti və miqdarı ilə bu və ya digər dərəcədə razılıqlarını ifadə etmişlər. Bununla bərəbər. mədəniyyət mövzusu üzrə televerilişlerin məzmunundan razı qalmayan və ya demak olar ki, razı qaİmayan respondentlerin ümimi göstəricisi müvafıq olaraq 173 n. və ya soraşulanların 34,59%-i təşkil etmişdir. Belə düşünmək olar ki, ölkə televiziyasında milli və dünya mədəniyyətinin tarix, nəzəriyyə və praktikası mövzularını kifayət qədər işıqlandıran ixtisaslaşmış kanalın yaradılması, fıkrimizcə, respublika əhalisinin ümummədəni səviyyəsinin getdikcə yüksəlişinə kömək edərdi.

Ə D Ə B İ Y Y A T
AZƏRBAYCAN DİLİNDƏ

1. Bayramov Ə.S. Əlizadə Ə.Ə. Sosial psixologiyanın aktual məsələləri. B., Azərnəşr, 1986.

2. Bayramov Ə,S. Şəxsiyyətin təşəkkülünün aktual psixoloji problemləri. B., Azərnəşr, 1981.

3. Bayramov Ə.S, Əlizadə Ə.Ə., Seyidov İ.Ə., Təhmasib Ç. Sosial psixologiya. B„ ADU, 1 976.

4. Boqdanoviç L. hisslərin oyanması. B., "Kənçlik", 1983.

5. Qasımzadə F., Şarəliyev h. Dialektik materializm. Ali məktəblər üçün dərs vəsaiti. B. 197 2.

1   ...   7   8   9   10   11   12   13   14   15


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə