Sosial məsuliyyət və SƏN” Müsabiqəsi Ideya təklif forması (Əlavə 1)




Yüklə 18.58 Kb.
tarix24.04.2016
ölçüsü18.58 Kb.


Sosial məsuliyyət və SƏN”



Müsabiqəsi Ideya təklif forması (Əlavə 1)


  1. PROBLEMIN QOYULUŞU

Bu fəsildə Siz təqdim edilən ideyanın həyata keçirilməsi yolu ilə həll etmək istədiyiniz problemi təsvir etməlisiniz. Bu fəsildə toxunulası vacib olan tələblər:

Qeyd edin Siz sosial məsuliyyətin nə olduğun necə anlayırsınız və təqdim etdiyiniz ideya problemi necə həll edəcək.


Sosial məsuliyyət insanın vətəndaş kimi cəmiyyət qarşısında olan məsuliyyətidir. Bu məsuliyyət daha çox cəmiyyətin risk qrupu sayılan hissəsi ilə bağlıdır. Hər birimizin sosial məsuliyyəti var. Bu, vətəndaşlıqdan doğan məsuliyyət duyğusudur.
İdeya sosial aksiya keçirtməkdir. Əlbəttə ki, bu qədər kiçik aksiya cəmiyyətdəki hər hansı problemi həll etmək üçün yetərli deyil. Ancaq sosial işin əsas devizlərindən birində deyildiyi kimi əgər problemi həll etmək istəyiriksə, əvvəlcə onu etiraf etməliyik. Bu aksiya problemi sıradan vətəndaşlara bu problemlərin olduğunu çatdırmağa və onun ağırlığını yaxından hiss etməyə kömək edəcək.


  1. İDEYANIN MƏQSƏDI

Təqdim olunan ideyanın məqsədi qarşıya qoyulmuş problemin və ya onun tərkib hissələrinin ümumi həlli kimi göstərilməlidir.
Aksiyanın məqsədi əlillərin problemlərinin cəmiyyətə çatdırılması və onun reaksiyasına nail olmaqdır. Bundan əlavə aksiya zamanı bu problemlərin həlli üçün vətəndaşlardan yerində dəstək də alınacaq.


  1. İDEYANIN HƏYATA KEÇIRILMƏSI YOLARI və ÜSULLARI

Siz təqdim etdiyiniz ideyanın həyata keçirməyi nə cür planlaşdırdığınızı, ideyanı uğurla yerinə yetirməyə kömək edən hansı tədbirləri təklif etməyə hazırlaşırsınız
Bizə ayrılan vaxt ərzində şəhərdə əhalinin daha sıx olduğu bir neçə yerdə aksiya keçirilir. Aksiya üçün bizə bir ədəd əlil arabası lazımdır (tapa bilsək, bir ədəd də əl ağacı). Biz üzərində “səncə əlil olmaq necə hissdir?”, “öz üzərində yoxla və hiss et” yazılmış plakatlarla kiçik bir sahəni tuturuq. Yanımızdan keçən insanları əlil arabasında əyləşib bir neçə metrə hərəkət etməyi təklif edirik. Bundan sonra onlara nə hiss etdikləri soruşulur. Onların cavabları üçün əvvəlcədən xüsusi anket vərəqələri də hazırlanır. 2-ci sual yaşadıqları hisslərdən sonra əlillərin yol və nəqliyyat problemlərinə yardım etməyi istəyib-istəməmələri soruşulur. Razı olanlardan sadəcə əvvəlcədən hazırladığımız müraciəti imzalamaq xahiş olunur. Bakı Şəhər İcra Hakimiyyətinə və Nəqliyyat Nazirliyinə ünvanlananan müraciətdə bütün küçələrdə və parklarda pandusların hazırlanması, ictimai nəqliyyat vasitələrində əlillər üçün nəzərdə tutulan yerlərin çoxaldılması xahiş olunacaq.

Bundan əlavə aksiya zamanı aksiyaçılar üzərində Azərbaycanda əlillərin vəziyyətinə dair məlumat olan vərəqələrin paylanmasını da həyata keçirəcəklər.

Aksiyaya müşahidə üçün kütləvi informasiya vasitələri də dəvət olunacaq.

Aksiyadan sonra KİV-ə brifinq veriləcək, press-relizlər göndəriləcək.


  1. İDEYANIN HƏDƏF QRUPU (aşağıda qeyd edilən qrupların birini seçə bilərsiniz)




  • Xüsusi qayğıya ehtiyacı olan və valideyin qayğısından məhrum olmuş uşaqlar

  • Gənclər

  • Bizness strukturları

  • Küçə uşaqları

  • Qaçqın və məcburi köçkünlər

  • QHT-lər

  • Cəmiyyətin müxtəlif qrup təbəqələri

  • Ahıllar

  • Problemini işıqlandırmaq istədiyimiz qrup: xüsusi qayğıya ehtiyacı olan insanlar – daha kokret desək əlillər, problemin olduğunu göstərmək istədiyimiz qrup: vətəndaşlardır.




  1. İDEYANIN ICRA PLANI

Xahiş olunur ideyanın təqvim planın və onun ümumi müddətini göstərəsiniz. İcra planı Sizin ideya ilə bağlı işləri strateji cəhətdən planlaşdırma qabiliyyətinizi əks etdirir
Təşkilatçılıq da daxil olmaqla aksiya üçün 1 həftə vaxt kifayət edər.
1-ci gün problemi əks etdirən vərəqələrin hazırlanması

2-ci gün əlil arabasının və əl ağaclarının axtarışı

3-cü gün KİV-nin dəvəti və press relizlərin hazırlanması

4-cü gün aidiyyati qurumlara dəvətlərin göndərilməsi

5-ci gün aksiyanın həyata keçirilməsi

6-cı gün çap və elektron KİV-də aksiya haqqında əks olunan informasiyanın təqdim olunması

7-ci gün anket sorğularının ümumi nəticələrin elan olunması, dövlət qurumlarına müraciətlərin göndərilməsi.



  1. LAYİHƏNİN HƏYATA KEÇİRİLƏCƏYİ COĞRAFİ ƏRAZİ və VASITƏLƏR

(Təqdim edilən ideyanın harda(məkan) keçirilməsi və hansı vasitələrlə olduğun qeyd edin)


  • Flash-moblar

  • Art proyektlər (perfomanslar, qrafitilər)

  • Esselər, köşələr, məqalələr

  • Reportajlar (foto, video,)

  • Sosial çarxlar

  • Web proyektlər (bloqlar, forumlar)

  • Sosial aksiyalar Filarmoniya bağı və Nizami küçəsi

  • Dəyirmi masalar




  1. LAYIHƏNIN ICRAÇILARI:

İdeyanı təqdim edən təşkilat, qurum, şəxs(lər) haqqında qısa məlumat təqdim edin.
Layihə 10 Dekabr Gənclər Təşkilatı tərəfindən həyata keçiriləcək.

Təşkilatın sədri və layıhənin müəllifi Sənubər Heydərlidir.

Təşkilat 5 aprel 2010-cu ildə təsis edilib, gənclərin hüquqi maariflənməsi və ictimai fəallığı üçün çalışan gənclər təşkilatıdır.
Qeyd edək ki, aksiyanın təşkili zamanı plakat və anketlərin mətni daha təkmil olması üçün dəyişdirilə bilər. Lakin ümumi mahiyyəti dəyişdirilməyəcəkdir.

Sosial məsuliyyət və SƏN”müsabiqəsi



Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə