SİRLİ DÜnyam müəllifdən:əziz oxucum, əvvəlki kitablardan bir neçə şeiri təkmilləşdirib, bu kitaba əlavə etmişəm




Yüklə 1.25 Mb.
səhifə6/8
tarix23.02.2016
ölçüsü1.25 Mb.
1   2   3   4   5   6   7   8

BAĞDADI ANAM

Anamı səslədim, bağdan hay verdi,

Qabarlı əliylə görən nə əkir?

Onun çalışdığı, sevdiyi yerdi,

Torpağın üstünə yenə tər tökür.
Səpdiyi toxumlar cücərib qalxır,

Neçə yol əyilir, hər şitil üstə.

Əkdiyi ağaclar göyə ucalır,

Meyvəsi bar verir neçə çeşiddə.


Bu bağda sevinən, dərd çəkən olub,

Torpağa bağlanan bir bağban olub.

Anam öz mülkündə ev tikən olub,

Durmadan çalışan, vuruşan olub.


Qabarlı əlləri bağa can verir,

Dırmığı, kərtməni, beli götürüb.

Yetişən tərəvəz, meyvədən dərir,

O əllər hər şeyi burda bitirib.


Əkdiyi ilk ağac qocalıb daha,

Yeni pöhrələri edibdi calaq.

İşini saxlamaz heç vaxt sabaha,

Torpaqdan daş seçir, çəpərə qalaq.


Dərdiyi nübardan, əkdiyi bardan,

Yoldan ötənlərə pay verib anam.

Bağında çalışır, səhər obaşdan,

Çağırdım səsimə hay verib anam.


İşləyib bu bağda, olanda gəlin,

Sonra ana olub, işləyib burda.

İşləyib oğluna alanda gəlin,

İndi nənə kimi sahibdi yurda.


Əkdiyi təzə ting, ağaclar cavan,

Bağa gənclik verib, özü qocalıb.

Göyərdib bitirən, olubdu quran,

Ruzi- bərəkəti o bağdan alıb.


Bağında işləyir, qüvvəsi yoxdur,

Söykənir ağaca, oturur yerə.

Azarı- bezarı, dərd-səri çoxdur,

Dayanmaz işindən, yetsə də hərə.


Səslədim bağından, hay verdi anam,

Gəldi tənginəfəs, qan – tər içində.

Zəhmətkeş canına belə qurbanam,

O, alaq edirmiş, ləkin içində.


İlahi, bağından ayırma onu,

Su versin əlindən içim anamın!

Ağrıtma belini,yığma qolunu,

Mənə ver dərdini, çəkim anamın!


Anama sən özün kömək ol, Allah!

Gülfir övlad kimi çatammır axı.

Bu yolda canımı al belə, Allah,

Gəl ona qıyma sən, göstərmə dağı.

Həmişə zəhmətə öyrəşən səhər sübh tezdən yerindən durub bağda-bağçada, tarlada gecə yarıyacan çalışan anama xəstəliyə mübtəla olmaq çox ağır gəlirdi.Evdə çarpayıda yatmağı şəninə sığışdırmırdı…

Elə doğmalarımızı hey itirirdim. İçimdə yeni bir qorxu,bir təlaş höküm sürürdü...

Demək olar ki. qızım Rəvanəyə tək tənha baxırdım. Ağla gəlməz,dillə ifadə edə bilməyəcək bir tərzdə,təlatümlü,sıxıntılı,üzücü bir həyatda. Kor insanın öz balasını yedirib-içirib məktəbə yola salması, məktəbdən gələndə qarşılaması, bütün ev işləri nə qədər çətin olsa da,bala məhəbbətinin gücü ilə bu çətinliyə tab gətirirdim. Dərsdən gec gələndə, ürəyim partlamaq dərəcəsinə çatanda,yenə sözlə ovunmuşam.
Tez qayıt gülüm
Ömrümün bağında bitən çiçəksən,

Göyçəklərdən göyçək,ətirli gülsən.

Bircə vücudunla minbir sevinclim,

Qönçə arzularla mənə gərəksən.


Qoy məktəb yolları yormasın səni,

Yol yoldaşın olsun dostluq sevəni.

Diz çöküb Allaha yalvarıram mən,

Ilahi, sən əksik etmə kölgəni.


Qapını itələ,bas qədəmini,

Canımdan da əziz istərəm səni.

Vaxt tamama yetdi,bərk darıxıram,

Ötən hər dəqiqə,bil boğur məni.


Məktəbdən çıxanda tələs, əzizim,

Heyva tək saralıb, soldu bənizim.

Asimana sığmaz, məhəbbətin var,

Ey göyərçin balam,coşğun dənizim.


Sənsiz kəlmə tutmaz heç dilim,ağzım,

Qanadlı arzumsan,ətirli yazım.

Qaranlıq dünyada məni yaşadan,

Sənə məhəbbətim,sevgimdir qızım.


Parlayan günəşim,ayım,ulduzum,

Sənsiz ərşə qalxar çörəyim-duzum.

Eşitsəm səsini,duysam hənrini,

Donmuş ürəyimdə əriyər buzum.


Dağların başında duman yarışır,

Sənsiz dərd-kədərim çoxalıb daşır.

Vaxtın tamamında gəlməsən əgər,

Qara fikirlərdən ağlım da çaşır.


Məktəbdən çıxanda yubanma yolda,

Tələsik qaç evə,sal məni yada.

Qoyma könlüm evi,viranə qalsın,

Şeytanlar qıy vurub,sağında,solda.


Bu qara fikirlər şeytan əməli,

Düşmən deməyəni,ürək deməli.

Bəxtimin ulduzu, tale çırağım,

Sən gəlsən olacaq bunlar gülməli.


Gəl mənim gündüzüm,qoyma saralım,

Qaranlıq dünyamda bir də qaralım.

Ürək səksəkədə,qulağım səsdə,

Saatı yoxlayıb bir də daralım.


Sənsiz qara boşluq yerin bərkidir,

Sənsiz bu divarlar qəlbimi didir.

Uazaqdan gələndə ayaq səslərin,

Kədəri,həsrəti,qəmi yox edir.


Ayaq səslərini eşidən təki,

Bayaqkı soyuqluq qaçdı evdəki...

Bəlkə günəş,girdi mənzilimizə,

Isindi evimiz,böyüdü səki.


Incə bir saflıqdır səhərin mehi,

Bala məhəbbəti uca,dahi.

Bu sevgi hər şeydən safdır,pak,təmiz,

Burda nə sehr var söylə, ilahi!


Incə bir duyğuya dönür ürəyim,

Ümid bulağından su içir qəlbim.

Həyata keçirə bilmədiyimi,

Rəvanəm yetirsin,mən də güvənim.


Görməsəm də sanki səni görürəm,

Ağlasa ürəyim sənlə gülürəm.

Qızıl gül ətirli körpəcə balam,

Səni həyatımın özü bilirəm.


Sevincim,fərəhim,vüsalım mənim,

Dövlətim,varımsan cəlalım mənim.

Səninlə yaşaram bu dünyada mən,

Xoşbəxtlik gətirir bu halım mənim.


Sabahım,ümidim,xoş gələcəyim,

Inan vurmaz qəlbim,sənsən ürəyim.

Məni arzuların qanadlarında,

Göylərə qaldıran körpə mələyim.


Qolum qanadımsan,ay səsim-ünüm,

Sənin ətrin kimi ətir yox,gülüm.

Istərəm dünyada körpə həmdəmim,

Səninlə danışıb,səninlə gülüm.


Isti nəfəsindir,xoş ruzigarım,

Şirin sözlərindən açır gülzarım.

Balaca əlinin hərarətilə,

Çəkilib yox olur dərdim,azarım.


Məni sıxan divar geri çəkildi,

Ev-eşik böyüdü, hər yan sevindi.

Bu səs-səmirinə mən qurban olum,

Daş asılmış qəlbim, bax, yüngülləşdi.


Saşlarına inci,mirvari düzüm,

Qulağında qalsın mənim bu sözüm.

Bu sənli dünyamın kəhkəşanında ,

Sənsiz sığışmaram,tez qayıt, gülüm.


Hərdən gecələr oturub saatlarla yuxlayan qızımın nəfəsinə qulaq kəsdirib, ürəyimdə min arzu, min xəyal qurardım və səhərə yaxın yuxuya gedərdim. Hər dəfə də müxtəlif yuxular görərdim. Bir gün yuxuda gördüyümü poema şəkilində qələmə aldım.
ÜRƏYİMİN BİR SİRRİ

I HİSSƏ

(poema)


Ötüb neçə ayım, neçə illərim,

Gözlərim önündən, getmirsən mənim.

Bir neçə dəqiqə görmüşəm səni,

Aylarla söylərəm bu xatirəni.

Düşündükcə səni, nurlu baxışlar,

Mənə xoş təsəlli, ümid bağışlar.

Nədəndir mən səni gördüyüm gündən,

Qəribəlik duydum özüm-özümdən?

Bir anlıq sevincim illər uzunu,

Qəlbimdə əridir kədər buzunu.

Səni səsləyirəm mən həsrət ilə,

Dünyaya sığmayan məhəbbət ilə.

Sevgin ürəyimdə, yoxda, vardasan,

Surətin gözümdə, özün hardasan?

Bilmirəm kamanda, tarda, neydəsən,

Yaxında, uzaqda, yerdə, göydəsən?

Bəlkə yağışdasan, əsən küləkdə,

Şirin arzudasan, sonsuz diləkdə?

Heç doğulmamısan,bəlkə əslində,

Yoxsa böyüyürsən ana bətnində?

Quşlar qanadında aparıb səni,

Çiçəksən bəzədin, yoxsa çəməni?

Körpəsən, yatırsan isti qucaqda,

Oynayan dəcəlsən, hansı bucaqda?

Ürəkdəki hökmə, bax, bu tələbə,

Bəlkə də şagirdsən, ya da tələbə?

İşığın başına dönən pərvanə,

Axtarıram səni, dəli-divanə.

Şəhərli, kəndlisən, bilməm hər kimsən,

Tək bunu bilirəm, sən bir həkimsən.

Keçilməz yollarda, yol gedəcəksən,

Sən mənə bir həyat bəxş edəcəksən.

Bu həyatda işıq, nur olacaqdır,

Gözlərim gözündən od alacaqdır.

Sökəcəm zülmətin əzəlliyini,

Görəcəm dünyanın gözəlliyini.

Hər ağac vaxtında yetirir barı,

Bəlkə yol gəlirsən sən mənə sarı?

Bəlkə bu dağlardan nəhəng, ucasan,

Bəlkə də ağsaçlı, müdrik qocasan?

Bəlkə də tabutda... yox bu söz dursun,

Belə dediyimçün, dilim qurusun.

Həyatda istəyim, sonsuz arzumsan,

Havamsan, suyumsan, duzum, ruzumsan.

Mən, mənəm, sən də ki, mənim özümsən,

Bir zaman dünyaya, baxan gözümsən.

Nur saçıb boylanan, odlu bir günəş,

Qəlbimə süzülən, sönməyən atəş.

Necə xoşbəxt idim, necə bəxtəvər,

Bir anın sevinci, bir ömrü bəzər.

Qəlbimdən soruşdum, verdi sorağın,

Şölə yayır sənin, ümid çırağın.

Bu uzun yolların yoxsa da sonu,

Sehrli yollarda tapacam onu.

Bəlkə ulduzlara qarışıb gedir,

Ayın süd rəngini durub seyr edir?

Elə ah çəkərəm, göylər diksinər,

Göydəsə, göy enər, yerin səthinə.

Öz oxu üstündə bu yer kürəsi,

Fırlanır gündüzü, həm də gecəsi.

Dünya çalxalanar bir nehrə kimi,

Mənə tuş gətirər, yenə həkimi.

O, məni tapacaq, mən də ki,onu,

Bu işin beləcə bitəcək sonu.

Mənim xilaskarım, sevimli həkim,

Möcüzənə heyran qalacaq de, kim?

Eşqin ürəyimdə sonsuz bir dərya,

Arzuma çatdığım şirin bir röya.

Nəğməmin sözləri şer, bayatı,

Dünyadan uzaqda tapdım həyatı.

Zülmətin əlindən alıb o, məni,

Məndən bəxtəvəri, varmıdır yəni?...

Görürdü gözlərim, gözüm deyildi,

Sevirdi ürəyim, özüm deyildi.

Sən mənsiz, mən sənsiz, birgə olmuşuq,

Bu mövcud həyatda demə, yoxmuşuq.

Sən olan dünyada, mən xəyal idim,

Mən olan dünyada, sən xəyal idin.

Mənim bu varlığım, həyatda real,

Səninsə yoxluğun, əsil ideal.

II HİSSƏ
Oturmuşdum stulda, həyəcanlı anlardı,

Əməliyyat olunan, gözümdə sarğı vardı.

Bir əl toxundu mənə, gözümdən qopdu sarğı,

Elə bil ürəyimdə yandı ümid çırağı.

Birdən-birə ürəyim yaman riqqətlə vurdu,

Barmaqlardan elə bil xoş hərarət hopurdu.

Həkim tökür dərmanı, silir gözün qanını,

Bu iş üçün elə bil, o, qoymuşdu canını.

Təkrar töküb damcılar, ehmallıca yuyurdu,

Çırpınan ürəyimi, sanki o da duyurdu.

Sildikcə aralandı gözümün üst qapağı,

İlk dəfə gördüyüm rəng, oldu xalatın ağı.

Damcıları tökərək, yaxşıca silə bildi,

Sonra aralı durub, mülayim səslə dedi:

“Bax gör bunlar neçədir”? göstərdi barmağını,

Gözlərimsə seyr edir xalatının ağını.

“Aç gözünü,bura bax”, deyən səsə vuruldum,

Böyük açıb gözümü, ona sarı buruldum.

İlahi, möcüzədir, necə dəhşətli səhnə,

Heyran oldum Tanrının bu böyük qüdrətinə.

Səsi özündən gözəl, özü səsindən gözəl,

Cavab gözləyir məndən, havada yellənir əl.

Həkimin gözlərindən sevinc axdı, nur axdı,

Ürəyimə salıb od, dayanıb mənə baxdı.

Üçünü qatlamışdı, iki barmağı açıq,

“Neçədir, söylə görək”? deyirdi qırıq-qırıq.

Bu andaca elə bil, həkim yaman darıxdı,

Gözlərimin içinə o, diqqət ilə baxdı.

Bəbəyimə zillənib, mərcan tək qara gözlər,

Ovsunlayıb etmişdir, qəlbimi para gözlər.

O cazibəli gözlər ürəyimi yandırdı,

Görməyimi duyaraq, baxışıyla qandırdı.

Onun qara gözündə sevinc çağlayıb, daşdı,

Elə bil mənim kimi, o da bir anlıq çaşdı.

O gözlərə yaraşan sıx kiprik, uzun qaşı,

Ağız, burun yerində, mən qədər olar yaşı.

Qara saçı arxaya səliqəylə daranıb,

Ağ, yumru üzündə topa bığı yaranıb.

Hər şey veribdir Tanrı, söz yox boy-buxununa,

Ağappaq, kraxmallı xalat yaraşır ona.

Vardır ağlı, idrakı, saflığı, təmizliyi,

Bəlkə nurdan yaradıb, Tanrı bu gözəlliyi.

Yəqin xəstəxanadır, dayandığım bu məkan,

Onun kabinetidir, hər şey təmiz, çıraqban.

İri şüşələr tərtəmiz, bəxtəvərdir pəncərə,

Qarşısında dibçəklər, gül açıb neçə cürə.

Divan, kreslo, xalça, hər şey yaraşır ona,

Müxtəlif aparatlar qoyulmuşdur yan-yana.

Ani baxdım ətrafa, mənim tək baxdı o da,

Sevinc dolu ürəyim, düşübdür yanar oda.

Hara baxdımsa yenə, gözlərim onda qaldı,

Bilmirəm bu çaşqınlıq, bu yaranan nə haldı?

Bu gözlərin önündə şam kimi əriyirəm,

Quruyub dilim-ağzım, lal kimi kiriyirəm.

Baxışları dəyişdi, baxırdı çox mənalı,

Bu mənalı baxışlar görünürdü sevdalı.

Arada lal sükut var, ürəklərdə fırtına,

Əhdi-peyman eyləyir, qəlb çırpına-çırpına.

Dillər susub lal oldu, gözlər gözlərə baxdı,

Unudub bu dünyanı, ürək-ürəyə axdı.

Otağa nur yayıldı, Günəş göründü birdən,

Elə bil göydə gülüb, boylandı pəncərədən.

Gah Günəşə baxırdım, gah da mərcan gözlərə,

Günəş də isti idi, tər qonurdu üzlərə.

O gözlər, bu da Günəş, hansı gözəl görünür?

Hansı güclüdü axı, ürək bu dəm düşünür.

Əlbət o qara gözlər, sevinc dolu baxışlar,

Bir an sükut içində, nələri çuğlamışlar.

Həkim cavab gözləyir, daha qalmayıb heyim,

İstədim görməyimi yeni bir sözlə deyim.

Divardakı radioda bir musiqi çalındı,

Burda dağıldı sükut, işlər bu cür alındı.

Qəfil qalxdım yerimdən, tamam açdım səsini,

Musiqi fəth edirdi göylərin zirvəsini.

Mənə cürət gətirən o göz, o baxış idi,

Çalındı məşhur mahnı, bu da bir naxış idi.

Həkim dönüb heykələ, əli, ayağı donub,

Qönçə dodaqlarına xoş bir təbəssüm qonub.

Atılıb ortalığa, yaxşıca rəqs edirdim,

Sözlərimlə mahnının, ahəngilə gedirdim.

Bacarmamışam heç vaxt, oxuyub-oynamağı,

Hardan yarandı belə, istedadın marağı.

Göz gördü, könül sevdi, nəyə qadirmiş sevgi,

Yaradıcı insanı, məşhur edirmiş sevgi.

Görənlərdən çəkinib, utanmaq qanmayıram,

Məhəbbətin gücüylə oxuyub-oynayıram.


Sevinirəm, gülürəm mən,

Bu gün axı, görürəm mən.

Bu işığın həsrətini,

Neçə ildir çəkirəm mən.

Həkim, sənə halal olsun,

Şəfalı əlin var olsun!

Bu səsimi eşidənlər,

Sevincimə şərik olsun!

Sevinirəm, gülürəm mən,

Baxın bu gün, görürəm mən.

Lazım gəlsə, kim istəsə,

Sevincimi bölərəm mən...


Guruldayan bu səsə, insanlar qaçışdılar,

Aralayıb qapını, aradan baxışdılar.

Sonra da bu qapını açan oldu taybatay,

Yığışan adamlarda, demək olar yoxdu say.

Qabaqda dayanmışdı ağ xalatlı işçilər,

Arxadan boylanırdı, yol keçənlər, xəstələr.

Kimin gözü sarıqlı, kimin gözü qırmızı,

“Kto eto” deyərək, soruşur bir rus qızı.

Pirjamalı bir qoca yararaq adamları,

Keçdi qabaq cərgəyə, çöməldi yerə sarı.

Qapının dibindəcə özünə yer elədi,

Kürəyini yavaşca yan divara söykədi.

Kimin gözündə şiş var, kimsində qara halqa,

Kimsə belə söylədi, “nədir burdakı hoqqa?”

Həkim ayıldı birdən, əvvəl əlləri əsdi,

Sərt addımla gedərək, tez radionu kəsdi.

Xəyallardan ayılıb, cürətə gəlib o da,

Baxdı ki, çoxlu adam, yığışıbdır qapıda.

Başıyla adamlara işarə etdi, gedin,

Çəkilin yerinizə, buranı tez tərk edin.

Tez örtərək qapını, döndü mənim yanıma,

Burdaca bir vəlvələ düşdü mənim canıma.

Qolumdan yapışaraq, çəkdi stula sarı,

Elə bil ki, cərəyan keçirdi barmaqları.

Necə titrədimsə mən, ayıldım tez yuxudan,

Gecəyarı, qaranlıq, huşum getdi qorxudan.

Bu taleyə, qismətə, varmı bu bəxtə, bir bəxt?

Yuxuda xoşbəxt idim, həyatdasa bir bədbəxt.

Dolan ey çərxi-fələk, açmısan tərs oyunu,

Yuxum həqiqət olsa, unudaram mən onu.

Bihuş olub qalmışam, bilmirəm neçə saat,

Ancaq onu qəlbimdə saxlamışam çox rahat.

Sanki qara zülməti, ilk dəfəydi görürdüm,

Bu zülmət dənizində boğulurdum, ölürdüm.

Müayinə etməliydi, hələ mənim gözümü,

Görməyim haqda ona, deyəcəkdim sözümü.

Bayaqkı xoşbəxtliyi əldən necə uçurdum,

Nə gözəl həyat idi, bu fürsəti qaçırdım.

Hanı o nurlu Günəş, pəncərədən boylanan,

Hanı o gözəl həkim, gözlərindən odlanan.

O həkimin gözləri, o odlu baxışları,

Salmışdı ürəyimə, silinməz naxışları.

Anladıqca özümü, çarpayıda yatıram,

Mən bir zülmət zülmüyəm, qaranlıqda batıram.

Bayaq sevinən gözlər, acı yaşla dolubdur,

Danışdığım yuxudur, bir hekayət olubdur.

III HİSSƏ

Bu yuxunu görmüşdüm 95-ci ildə,

O vaxtdan deyəcəyim, hələ qalıbdır dildə.

Gözləri gözümdədir, ağlımı başdan alan,

Onun səsidir ancaq, qulaqlarımda qalan.

Milyon səsin içindən, seçərəm o səsi mən,

Getmir bircə an belə, surəti gözlərimdən.

Yuxum bir sevinc idi, ayılmağımsa dəşhət,

Demə mövcud dünyada yaşamaq deyildir şərt.

Yaşamaq çox asandır, dünya olmayan yerdə,

Yaşamaq çox çətindir, həyat qaynayan yerdə.

Bir sevgi yaşayıram, həyatda doğulmayan,

Bir sevinc yaşayıram, bitməyən, boğulmayan.

Mən onu gözləyirəm, mən onu səsləyirəm,

Ürəyimdə eşq adlı məhəbbət bəsləyirəm.

Sonsuz ümidlər ilə, yoxdur röyamın sonu,

Sonsuz ümidlər ilə, vardır həyatın canı.

Boranlı qış deyiləm, mən çiçəkli yazmışam,

Bu sirli ürəyimin bir sirrini yazmışam.

Qeyri-adi məhəbbət, qeyri-adi bir həyat,

Hər zaman, hər dəqiqə, onu eyləyirəm yad.

Ülvi, xoş məhəbbətim, su kimi təmiz eşqim,

Yoxluğuyla var olan, böyük bir dəniz eşqim.

Ürəyimdə, gözümdə, xəyalımdasan hər an,

Mənim varlığımdasan, ancaq həyatda yoxsan.

Açılan hər çiçəkdə, uçan körpə böcəkdə,

Neçə sirlər yaşayır, döyünən hər ürəkdə.

Mənim məhəbbətimsə, yaranışdan sirlidir,

Mənim məhəbbətim tək, bu dünya sehirlidir.

Bu mürəkkəb həyatda, yerim oldu sadəlik,

Adilikdə yaşadım, mən bir qeyri-adilik.

Yaşa, hər zaman yaşa, ürəyimdə yerin var,

Səni görənməz heç kəs, əksin gözümdə durar.

Şirin duyğu bəxş edən, ey sevincim, sevgilim,

Səni unutsam əgər, doğranım dilim-dilim.

Kim deyir ki, mən təkəm, səninlə həmsöhbətəm,

Kim deyir ki, bədbəxtəm, mən səninlə xoşbəxtəm.

Yeyirəm iştah ilə, şirindir balım mənim,

Sevirəm məhəbbətlə , xoşdur bu halım mənim.

Yuxumda keçirdiyim bir neçə dəqiqəni,

Belə kor yaşadığım bu uzun illərimi,

Qoyub qarşı-qarşıya, qiymətini vermişəm,

Bu uzun illərimi, bir ana dəyişmişəm.

Səhhətim elədir ki, təklik məni tərk etməz,

Mənimlə yol yoldaşı, bir kimsə ola bilməz.

Görməyin özü belə, xoşbəxtlikdir, səadət,

Göz görsə sevər ürək, ürəkdədir məhəbbət.

Sevməyə-sevilməyə, insana göz gərəkdir,

Gözəlliyi görməyə, insana göz gərəkdir.

Tək doğulmaq, yaşamaq, ölməkdirsə bu həyat,

Doğulmamış yaşayan, həyata verim nə ad?

Əgər söyləsəm yuxu, ya da deyim xəyaldır,

Axı əlimdə, gözdə, onun istisi qaldı.

Allahın bəxş etdiyi, yoldaş, yarımdır mənim,

Kimsəyə görünməyən, dövlət-varımdır mənim.

Səndə tapmışam işıq, səndə gördüm nəciblik.

Sənin xeyirxahlığın, mənə verir sakitlik.

Barmaqları toxunan, gözlərimin birində,

Əli ilə tutduğu, qolumun o yerində.

Bir enerji, hissiyyat, bir hərarət qalıbdır,

Sanki o yerlər mənim, səcdəgahım olubdur.

Ora sığal çəkəndə, ağrılarım yox olub,

Əgər niyyət eyləsəm, kam almağım çox olub.

O əlimdə saya var, gözümdəsə bir inam,

Bu bir həqiqətdir ki, nə gizlədəm, nə danam.

Möcüzəli dünyanın, möcüzəli işi var,

İlahinin bu yerdə, bir sirli gərdişi var.

Bu sevgi ürəyimdə, əbədi məskən salıb,

Onu bəxş edən mənə, ulu Allahım olub.

Gözümdəki bu inam, əlimdəki bu saya,

Ucaldıb hisslərimi, ulu Günəşə, Aya

Çətində, darda olsam, karıma çox gəlibdir,

Ürəyim rahatlanıb, yaxşıca dincəlibdir.

Sənə baxan gözlərim, gözlərindən doymadı,

Qeyri-adi məhəbbət, məni tənha qoymadı.

Təzadlarla dolu olan bİr ömürün yollarında İstəsəm də,İstəməsəm də yaşamalıYAM .gah özümdə nİkbİnlİk hİssİ taparaq yenİ-yenİ arzular,ümİdlər sorağinda gələcəyİ düşünüb bütünlüklə arzu ümİdlərİmİ gerçəkləşdİrəcək bİr ünvan qızım Rəvanə İdİ. Sonsuz ümİdlərİm ona bağlı olub. həyatda görmədİklərİmİ,xoşbəxtlİyİmİ onda görmək İstəyİrdİm. Ona qarşı o qədər böyük, saf sevgİlərİm var İdİ kİ,hətta edə bİlmədİklərİmİ onunçün edİrdİm. Məsələn bİr şeİr yazıb zümzümə etdİm. bu zümzümənİ qonşumuzdakı Məleykə adlı mUsİqİçİ xanıma bİldİrdİm. o, bu mahnını əvvəl qarmonunda, sonra da Rəvanənİn pİanosunda çaldı. elə sevİnİrdİm kİ, həmİn mahnını şəhərİmİzdə olan ansambılların bİrİ İlə məşq etdİk. Mənİm 40 yaşım bİtəndə yaratdığımız Rəvanə mahnısını qala ansambılının çalğısı İlə Məleykə xanım oxumuşdu. sevİncİmdən uçurdum. mahnının sözlərİ aşağıdakı şeİrİmdəndİr.


İradə Gülfir 1997

Гызым Rяваняйя
Гялбимдя ян цлви арзу, диляксян,
Сянин мющтаъынам, мяня эяряксян.

Мяни бу дцнйада йашадан сянсян,

Охшада билмирям сяни бир эцля, –

Йахшы ишляринля севинъ вер еля.


Даьлардан мющкям ол, уъал ай гызым,

Садя ол, мятин ол, бащарым, йазым.

Гялбин эениш олсун, ширин авазым,

Ютян эцнляря бах, дюнцр бир селя, –

Чалышган ол, гойма, эетсин вахт йеля.
Бюйцйя щюрмят ет, кичийя кюмяк,
Писи ат, йахшыны тез эютцр юрняк.

Сафдыр кюксцндяки дюйцнян цряк,

Танрыдан щамыйа хошбяхт эцн диля, –

Гядрини щямишя достларын биля.


Мяним аь чичяйим, аь эцн гисмятин.

Гой олсун шяряфин, арын, исмятин.

Хошбяхтлийин олсун, ишыглы бяхтин,

Гара эцнлярини йа фяляк силя, –

Мин будаг оларды бу биръя эиля.
Ябяди щейкялин тикдим гялбимдя,
Харцгяляр йарат юз Вятяниндя.

Хошбяхт оларсанса, хошбяхтям мян дя.

Бой атыб тез бюйц сян илдян-иля, –

Хош сораьын эязсин гой дилдян-диля.


Ъанымдан язизсян гызым Ряваня,

Гаранлыг чаьымын бу зцлмятиня.

Эцняшдян дя парлаг ишыгсан мяня.

Шян сясин уъалыб, гой чыхсын зиля, –

Йаралы юмрцмя ишыг, нур чиля.
bu mahnı 2-3 il demək olardı ki, hər gün evimizdə səslənridi. Qonşu uşaqlarda bu mahnını oxuyurdu. Sevgimin çoxluğundan mı, kim bilir bəlkə də, aşıb-daşan arzularımın ülviliyindən mi,üstündə yarpaq kimi əsməyimdən mi,yoxsa bilmirəm nədəndirsə, qızım çox ərkəsöyün,dəymədüşər,küsəyən olmuşdu. Xırdaca bir şeydən küsərdi,bulud kimi dolardı. Bu da məni çox narahat edib,yandırıb, yaxardı. Bir gün beləcə qəmlənəndə ona bir şeir yazmışdım. Bu şeiri Zaqatala rayonunun,Əliabad qəsəbəsində yaşayan,işlədiyim cəmiyyətin üzvü, musiqi ilə məşğul olan İsabəy Süleymanov Rəvanə adlı mahnı bəstələdi ki, bu mahnı da ikinci Rəvanə mahnısı oldu.
Гямэин олма
Шух эюрунцр уъа даьлар,

Чичяклянир баьча-баьлар.

Кюнлцм сяня цмид баьлар,
Дурма язэин, бяслямя кин,

Бащар эялиб, олма гямэин.

Rəvanəm, gözəl Rəvanəm.
Сары сачлы сцнбцлцмсян,
Чичяйимсян, тяр эцлцмсян.

Шян няьмяли бцлбцлцмсян,

Дурма язэин, бяслямя кин,

Бащар эялиб, олма гямэин.

Rəvanəm, gözəl Rəvanəm.

Ала эюзцн эцлцмсясин,


Цзц эцлцр щяр бир кясин.

Аваз иля эялсин сясин,

Дурма язэин, бяслямя кин,

Бащар эялиб, олма гямэин.

Rəvanəm, gözəl Rəvanəm.

Учуб эялиб дурна вя газ,


Ятир йайыр чичякли йаз.

Эял бу гядяр ейлямя наз,


Дурма язэин, бяслямя кин,

Бащар эялиб, олма гямэин.

Rəvanəm, gözəl Rəvanəm.

Булаг ахыр, чайлар ъошур,


Гушлара бах, охуйур шур.
Гялбим сяня няьмя гошур,
Дурма язэин, бяслямя кин,

Бащар эялиб, олма гямэин.

Rəvanəm, gözəl Rəvanəm.

Нурлу Эцняш эцлцн дейир,

Чямян-чичяк эялин дейир.

Цряк ешги бюлцн дейир,


Дурма язэин, бяслямя кин,

Бащар эялиб, олма гямэин.



Rəvanəm, gözəl Rəvanəm.

Bu istəyin istisində də ovunub,bəzən bədbinlikdən uzaqlaşırdım,amma həyat çox vaxt amansız olur, öz məngənəsində sıxır. İşlədiyim işdə, yaşadığım həyatda gözlərim görmədiyi üçün bəzən daş-qayaya rast gəlir,dağa dirənərdim. Qaranlıq, qatı zülmət gözlərim önündə sarsılmaz qala kimi qalanda, dünyanın gözəlliklərini görməkdən məhrum olduğumdan daralar, bu cür həyatı yaşamaqdan bezər,ömrün mənasızlığında,heçliyidə ovulub-tökülər,həyatdan doyar,ölümü arzulayardım. Bir dəfə belə vəziyyətdə qapı qonşum Minayə xalanın qapısını döyüb səsləmişdim. O da qapını açaraq,nə olduğunu soruşmuşdu. Mən isə ona yalandan dedim ki, evimizdə siçan var,siçanı məhv edən zəhər var səndə,varsa mənə ver. O da həmin zəhəri mənə verdi. Mən zəhəri açıb fincana tökdüm və yarısından aşağı su əlavə etdim ki, bir iki qurtumda başıma çəkib içim və bu zülümdən qurtarım. Fincanı əlimə götürüb içmək istəyərkən düşündüm ki, Rəvanənin məktəbdən qayıdan vaxtıdır,uşaq gəlib evdə fəlakətə düşər,uzun müddət ac qalar,heç kimin bu ərəfədə onu yedirmək yadına düşməz. Qoy uşaq dərsdən gəlsin,yedirib-içirim,göndərim həyətdə oynasın,sonra bu zəhəri içim. Beləcə düşünüb fincanı mebelin üstündəki qabların arasına gizlətdim. Qızım dərsdən gəldi. Onu yedirib-içirdim,çoxlu-çoxlu öpüb,həyətə oynamaq üçün göndərdim. Sonra qab-qacağı yuyub, yerinə qoyub evin səliqə səhmanına əllərim vasitəsi ilə nəzər salıb, fincanı qoyduğum yerdən götürdüm. İçmək istəyərkən,qapı sürətlə açıldı,Rəvanə ildırım sürəti ilə içəri keçdi. O görməsin deyə yenə fincanı əvvəlki yerinə qoydum və qızımın yanına gəlirdim ki, “ay mama məni cərəyan vurdu” deyərək durduğu yerindən divanın üstünə sarı atıldı və sonra yanıma qaçdı. Mən onu qucaqlayıb, məni agah et, nə oldu, deyərək soruşdum o isə,- həyətə düşəndə uşaqlar dedi ki, televizorda nu poqadi gedir, mən də qaça-qaça gəlib televizoru qoşmaq istəyərkən, məni cərəyan vurdu. Mən televizora yaxınlaşdım, şunuru tutub çəkib çıxartdım,gördüm ki, pilləkanın bir üzü qopub şunurların ucu açıq imiş. Pilkanın qopan üzünü Rəvanə qapının dibindən tapıb verdi. Sən demə uşaq həyətə düşəndə mən tez-tez gəlib evə keçərkən şunur yerə düşüb və mən qapını örtərkən qapının arasında qalıb qopub,qızımda tələsik olduğundan pilkanı cərəyana qoşanda fikir verməyib, bu səbəbdən də qopduğunu görməyib. Pilkanın qopan hissəsini üst-üstə qoyub yapışqanla yapışdırdım,bərk-bərk sarıdım sonrada qızım televizoru açıb nu poqadinin qalan hissəsinə baxdı. Mənim isə fikrim fincanın yanında idi. Qızım televizora baxanda onun dediklərini,verdiyi sualları eşitmirdim, elə hey öz planımı beynimdə çək-çevir edirdim. Düşünürdüm ki, onsuz da mən bu uşağa normal analar kimi baxa bilmirəm,nə etdiyini, nə yazıb oxuduğunu,necə yeyib-içdiyini görmürəm. Uşağı sözlə tərbiyyə etmək mümkün deyil,mütləqdir ki, onun hərəkətlərini görüb,yaxşı-pisini anladasan. Mən öləndən sonra necə olacaq,kim baxacaq,nə cür həyatı olacaq bu qızın? Sualları beynimi dağıdırdı,içimi didirdi. Onsuzda elə də olsa, belə də olsa mənim ona tək baxmağımı normal qəbul etmirdim və yenə fincandakını içmək fikri üzərində qalırdım. Gözləyirdim ki, nu poqadi qurtaracaq, qızım həyətə düşəcək,mən də zəhərimi içəcəm Rəvanə əlimdən tutub silkələdi –olar mama? Nə olar? Bəs nu poqadiyə baxmırsan? – nu poqadi bayaqdan qurtarıb televizoru da söndürmüşəm. Deyirəm ki, qaz sobasını yandırım, su qoyum, saçlarımı yuyum, sabah məktəbdə şənlik var saçım qəşəng olsun. Yaxşı olar., Rəvanə sobanın qapağını açıb qazı buraxar amma kibrid qutusunu gec tapar əyilib kibrit çöpünü yandırıb sobanın içinə atarkən qaz partlayıb,alov uşağın üzünə çırpılıb saçı alov tutub. Ay mama, yandım deyib qışqırarkən mən cəld əynimdəki xalatı iki əlimlə dartaraq,düymələr qopub yerə töküldü uşağın başını sinəmə sıxıb xalatıma bükdüm,alovu söndürdüm və balam yandı deyib qışqırdım. Səsimə qonşular axışıb gəldi. Rəvanənin yanmış saçlarının cığlanmış iyi, qoxusu gəlirdi. Bərk qorxmuşdum qonşular dedi ki, saçını alov tutsa da, üz-gözü yanmayıb. Qorxma bir azca alnından saçının dibləri qızarıb. Ağlaya-ağlaya çox sevdiyim qızımın uzun hörüklərinin yanmış yerlərini yoxlayırdım. Qonşumuzun qızı yanmış saçları qayçıyla kəsdi, sonra qızımın saçlarını yuduq özü də bərk qorxmuşdu. Artıq gecə idi. Təxminən saat 1 olardı, yerimdən qalxıb o biri otağa keçdim və mebelin üstündəki fincanı əlimə götürdüm,içmək istəyərkən,ağlımdan keçdi ki, gedib ehmalca qızımı öpüm oyanmasın,sonra gəlib içim. Qızımın çarpayısına yaxınlaşanda onun astadan səsini eşitdim,üzünə əyiləndə elə bil məni cərəyan vurdu, sanki təndir istisi var idi.Uşaq elə isti idi ki,qızdırmada yanırdı, sayaqlıyırdı, hərarəti adamı yandırırdı. Heç bilmədim nə edim biraz çaşdım,tez fincanı götürüb əvvəlki yerinə qoydum və qaçıb qonşunun qapısının zəngini basdım,ağlaya-ağlaya ay balam öldü, deyirdim. Rəvanə bunları bilmirdi. Yenə qonşular gəldi,birazdan da təcili yardım. Həkimlər hərarətini salmaqdan ötürü iynə vurdular,dərman verdilər. 1 saat sonra Rəvanənin halı yaxşılaşdı, hamı çıxıb getdi, mən qızıma moruq mürəbbəsi ilə çay içirdim, yanında uzandım,saçlarını tumarladım.O, yuxuya getdi, sakitcə yerimdən qalxıb fincanı əlimə götürdüm, yola açılan pəncərənin qabağına gəldim, pəncərəni açıb, üzümü göyə tutdum və dedim:- Ay Allah sənə qurban olum sən mənim balama qıyma. Bu gün o 3 dəfə ölümdən qurtarıb. Sənin verdiyin bu dərdi,bu zülməti yaşaram,qəbul edərəm. Təki balama toxunma.Onu hər bəladan qoru – deyərək içində zəhər olan fincanı yola, asfaltın üstünə atdım fincan çilik-çilik olub yerə töküldü,çiliklənmiş səsi eşidildi. Pəncərəni bağlayıb qızımın çarpayısına yaxınlaşdım, əyilib iki üzündən öpdüm,mışıl-mışıl yuxlayırdı. Səhərə yaxın idi. Mətbəxə keçib qızımın çox sevdiyi yeməkləri hazırlamaqla,onun paltarlarını ütüləməklə məşğul oldum. Bir daha özümü öldürmək fikirinə düşmədim və yalnış olduğumu,kor da olsam,balam üçün hamıdan gərəkli olduğumu anladım əstağfurullah etdim...

Növbəti sentyabr ayının 1-i idi. O vaxtlar dərslər sentyabr ayının 1-də başlayardı,qızım 4-cü sinifə keçmişdi. Bütün uşaqlar kimi o,da axşamdan təzə alınmış dərs çantasını,ayaqqabılarını, məktəbə geyinəcəyi paltarları hazır qoymuşdu. Səhər tezdən həvəslə durub,məktəbə getmək üçün hazırlaşırdı. Saçlarının düzümündə,əynini geyinməsidə kömək edirdim. Həyətdən də məktəbə gedən uşaqların,valideynlərin səsləri gəlirdi. Valideynlər uşaqlarının əlindən tutub məktəbə aparırdı ki, hansı sinifə,hansı müəllimə düşəcəyini bilsin və tapşırıb qayıtsın. Qızım isə gah həyətdəkilərə,gah da mənə baxırdı. Hiss edirdim ki, içində düşünür ki, bütün uşaqlar valideyni ilə gedir,o,isə tək gedəcək. O qədər əzab çəkirdim ki, uşağı necə yola salım. Qapını açdıq,Rəvanə 2 addım gedib, yanıma qayıtdı, elə bil nə isə demək istəyirdi, amma demirdi- nə olub qızım,sözün varsa de?

-Heç nə sözüm yoxdur salamat qal.

-Yaxşı yol! Dediyim kimi,səkilə gedərsən, maşın yoluna çıxma, yolu keçəndə ehtiyyatlı ol. Müəllimənin telefonunu al bir yerə yaz gələndə gətir mənə.



Qızım yaxşı dedisədə getməyə tələsmədi,yanımda vurnuxa-vurnuxa fırlanırdı. Birdən dərsə gedən qonşu uşaqlarını görüb,getdim deyərək,qaça-qaça pilləkənlərin düşdüyünü hiss etdim, sonra hara oldu,kiminlə getdi,bilmədim qapını örtüb evə keçdim və yelli gedib dal pəncərənin yanına çatdım. Elə bildimki,pəncərədən baxsam yolda gedən Rəvanəni görəcəyəm. Pəncərəyə yaxınlaşdım. Gözümün önündə qapqara divar var idi. Əlimi uzatdım, qarşımda divar yox, pəncərənin şüşəsi idi barmaqlarım şüşüəyə toxundu,alnımı söykədim,pəncərənin şüşəsi idi,amma qapqara, pəncərədən bir zərrə işıq belə görünmürdü...

Otaqda o tərəf,bu tərəfə getdim. Bərk sıxıldım,üzüldüm,yaman darıxdım və öz-özümə belə dedim .. –axı mən uşağı niyə tək buraxdım... özümdən biixdiyar qapını açıb çölə çıxdım,pilləkənləri aşağı düşdüm,guya qızımın dalıyca gedirəm. Biraz gedib,nəyə isə ilişdim,dönüb o bir tərəfə getdim divara ilişdim,yenə dönüb başqa səmtə getdim,kolluğa ilişdim .Paltarlarım kolun tikanlarına keçmişdi, onları çıxardırdım ki,kimsə əlimdən tutdu hara gedirsən İradə xanım. Bunu söyləyən kişinin səsi tanış gəlmədi. Əvvəl çaşdım,nə deyəcəymi bilmədim,sonra düşündüm ki,onsuz da mən Rəvanənin dalıyca gedə bilməyəcəm. Biraz dayanıb utana-utana əlimi tutan kişi xeylağına evə getmək istəyirəm- dedim və elə bil bütün bədənimi qızdırma basdı, hiss edirdim ki. üzüm qıpqırmızı qızarıb,alnımdan tər axdı. Evinizə buradan yol yoxdur,gəl mən kömək edim, aparım səni. Heçnə demədim. Kişinin əlindən tutub birtəhər kolluqdan çıxdım,gəlib pilləkənləri qalxdıq. Qapın açıq qalıb,bax bu da sənin evin - deyərək kişi məni qapıya yaxınlaşdırdı. Tez içəri keçib qapını örtüb,içəridən bağladım,kişiyə sağ ol deməyi də unutdum. Doğrusu, kişinin yanında elə utanırdım ki,elə xəcalət çəkirdim ki,ən böyük günah işlədən adamlar kimi. Evə keçib divanın üstündə oturdum. Mənə elə gəldi ki ,bu dünyaya sığmıram, bu dünyanın içərisində olan bu balaca otağa sığmıram. Elə bil əvvəl dünya sonra da bu otaq,daha sonra oturduğum divan məni sıxmağa başladı.Oturduğum yerdəcə sürətlə fırlanaraq,yerin dərinliklərinə çökürdüm,dərin quy məni içəri sarı sovururdu, elə bil kimsə deyib ki, quyun getdikcə dibi daralacaq, sonda boru şəkilində lap dar boru şəkilində olacaq və mən sıxılıb-sıxılıb o boruların içindən keçib, hissəciklər şəklində qara sonsuzluğa tökülməliyəm. Artıq quyunun dar hissəsinə pərçim olaraq sızılırdım,qışqırsam da səsimi kimsə eşitməzdi.Mənə elə gəlirdi ki, mən neçə min kilometr yerin dərinliyinə sovrulmuşam.Kimsə bu uzaqlıqdan səsimi eşidməz. Elə sıxılırdım ki, heç tərpənməyə belə imkan yox idi. Sıxıldığımdan ürəyim yerindən çıxıb,boğazıma gəlmişdi və ağzımı açsam ağzımdan çölə çıxacaq. Ürəyimin tappıltısını,çırpıntı səsini açıq aydın özüm eşidirdim. Düşündüm ki, ürəyim bu dəqiqə ya partlayacaq,ya da ağzımdan çıxacaq. Mənim Rəvanəm anasız qalacaq, atası onu tərk edib,bizdən ayrılıb gedib, kor anası da belə gedir. Istədim ki, ömrümün sonunda dilimə dünyada ən çox sevdiyim Rəvanə sözünü gətirim. Dilim də donmuşdu,var gücümlə dilimi tərpətmək istəyirdim.Elə bil dilimin əvəzində ağır beton list tərpədirdim,xırıltılı səslə Rəvanə dedim belə deməyim xoşuma gəlmədi bir də,bir də nəhayət 3-cü dəfə də bir təhər dilimi tərpədib Rəvanə deyə bildim. Rəvanə deyə-deyə dil açıb danışmağa başladım. Mən danışdıqca, ürəyimin tappıltı səsi azalırdı,elə hey olub-keçənlərdən, gələcəkdən danışırdım. Danışdıqca ürəyim gedib öz yerində dayandı və bir də hiss etdim ki, mənim başım tərpənir. Başımı o üz bu üz tərpətdikcə sevinirdim ki, daha quyu məni aşağı sovurmur, sıxılıb borudan keçməyəcəm. Biraz dərindən nəfəs alandan sonra,toxtaqlıq tapdım,hiss etdim ki, əllərim də yüngülləşib, tərpənir. Əlimi atanda divanın üstünə dəydi,gördüm ki, mən evdə divanın üstündə oturmuşam,heç bir quyunun dibində deyiləm. Amma ayaqlarım hələ donmuş vəziyyətdə idi.Elə ağır idi ki, sanki ağırlığından qalxıb yüngülləşmiş başıma dəyəcəkdir.İki əlimlə dizlərimdən bərk-bərk tutmuşdum. Yavaş-yavaş ayaqlarıma da isdilik gəldi, qan hərəkət etdi,ayaqlarım da yüngülləşdi,sanki daşlaşmışdı,donmuşdu indi açıldı və ayaqlarımı tərpətməyə başladım. Bu nə yuxu idi, nə də ki, xəyal. Özüm də olanalardan baş açmayıb, mat qaldım. Sonra bayaq danışdıqlarımı,bir-bir yadıma saldım. Düşündüm ki, bunların hər birisi gözəl bir şeir olar. Tələsik yerimdən qalxıb Rəvanənin dəftərlərindən birini götürdüm, ortasındakı dəmiri açdım, vərəqləri tək tək götürüb sol əlimin şəhadət barmağını vərəqin kənarına qoyaraq sağ əlimlə barmağımın qabağında misraları yazdım, sol əlimin barmağı vərəqin axırına çatanda demək vərəqin bir üzü doldu. Çevirib ikinci üzünü də beləcə yazdım beləliklə həmin anda dörd adda şeir yazdım. Elə rahatlandım,elə yüngülləşdim ki,sanki dünyaya yenicə gəlmişəm. Yazdıqlarımı və qalan ağ vərəqləri qələm ilə birlikdə divanı qaldırıb altındakı sandıq yerinə qoydum, həvəslə sevincək halda mətbəxtə keçib, qızıma yemək hazırladım. Rəvanə dərsdən gəlib,qapının zəngini basdı. Mən onu nəvazişlə, xoş sözlərlə,sevinclə qarşılayarkən, uşaq çaşıb qaldı, mama nə olub? Niyə belə sevinirsən? mən isə,- niyə sevinməyim ki, gözəl qızım məktəbdən gəlir buna sevinməmək olar? Rəvanənin çaşqınlığı mənə bəlli idi. Gözlərimi itirdikdən sonra bu uşaq həmişə məni peşiman,dərd-kədərli,qəm-qüssəli, ah-vay içində görüb. Bu günki, üzümdəki təbəssüm ona çox maraqlı gəlib, qızımında üzündə sevinc yarandı. Həvəslə yeməyini yedi.

Artıq bir vərdiş olaraq,hər gün Rəvanə məktəbə gedəndən sonra vərəqlərə ürəyimdəkiləri yazırdım və eyni qaydada divanın altına qoyurdum. Anam bizə gələndə qonşumuzda 1-ci mərtəbədə olan Mətanət xanıma məni və Rəvanəni bərk-bərk tapşırmışdı ki, tez-tez

bizə baş çəksin. Bir gün ürəyim sözlə dolub, daşırdı, gözləyirdim ki, Rəvanəni məktəbə yola salım, sonra yazım. Tələsiyimdən Rəvanəni yola salandan sonra,qapını içərdən bağlamaq yadımdan çıxıb, şeir aləmi məni çəkib,özünə necə bağlayıbsa, necə məşğul olmuşamsa Mətanət qapının zəngini basıb,eşidməmişəm. O, görüb ki, qapı açıqdır içəri keçib yanımda dayanıb mənim barmağımı qoyub, vərəqlərə şeir yazmağıma tamaşa edib. Mən şeirlərimi bitirib gülümsədim və sevincək yenə vərəqləri əvvəlki qaydasında divanın altındakı yerinə qoydum. Mətanət isə səsini çıxarmayıb ki,mən qorxaram,ayağının ucunda,ehmalca çölə çıxıb,yenidən qapının zəngini basıb. Mən qapıya gəlib qapını açıq görüb, vay içəridən bağlamaq yadımdan çıxıb deyərək qapını açdım. Zəngi basanın kimliyini soruşanda, Mətanət dedi ki, mənəm gəlmişəm görək nə edirsən? Heç,elə-belə oturmuşam- dedim. Mətanət təkrar soruşdu: – oturub nə edirdin ki? Heçnə -dedim.

Sən demə, Mətanət mənimlə söhbət edə-edə divanın altındakı yazdığım şeirləri götürüb və sağollaşıb gedib. 96 vərəqli dəftər alaraq yazdığım vərəqdəkiləri dəftərə köçürüb,yenidən vərəqləri bizə gələrək yerinə qoyub. Mən hərgün Mətanətin bizə bir neçə dəfə baş çəkməsini anama da söyləyib,onu tərifləyərdim. Ancaq xəbərim yoxdur ki, hərgün yeni şeirlərimi aparıb köçürür,qaytarıb mən qoyan qaydada yerinə qoyurmuş, sonra yazdığı dətərini oxuyub ağlayarmış,hətta məhlədə qonşuları başına yığıb bu şeirlərdən oxuyarmış. Vərəqləri dəftərinə köçürəndə bəzi misralar üst-üstə düşdüyündən,çətinlik çəkər qonşudakı tələbə oğlanı köməyə çağırarmış. Bir gün günorta çağı hovuzun başında oturub Mətanət yenə də mənim yeni şeirlərimi qonşulara oxuyarkən Azərbaycan radiosunun bölgə müxbiri və Şəki radiosunun redaktoru Vaqif Salmanov məhləyə girir. Toplaşmış adamların nəyə qulaq asdığını bilmək üçün onlara yaxınlaşır. Mətanət əlindəki dəftərdən görmədim adlı şeir oxuyur və şeirlə dolmuş dəftəri Vaqif müəllimə göstərərək, əlavə edir ki, 2-ci mərtəbədə, 5 saylı mənzildə İradə adlı, gözləri kor qadın yaşayır,bu şeirləri o yazıb.

Rəvanə məktəbdə idi. Məndə mətbəxtdə yemək hazırlayırdım. Qapının zəngi çalındı.Mətanətin səsini eşidib,qapını açdım. İradə xanım, olar gələk, Vaqif müəllim də var, radiodandır. Mən buyurun dedim, onlar içəri keçdilər. Mətanət Vaqif müəllimə yer göstərdi və mənimdə oturmağıma kömək edib özü də stulda oturdu. Vaqif müəllim özünü təqdim edəndən sonra, mənə dedi ki, eşitmişəm şeir yazırsan,bir şeir deyə bilərsən? Mən qıpqırmızı oldum,bütün bədənimi tər basdı və utana-utana dedim. Yox,mən şeir yazmıram, şeir yazmağı da bacarmıram,şeir də bilmirəm. Bunu sizə kim dedi? Mən sözümü bitirəndən sonra bir də gördüm Vaqif müəllim mənim şeirlərimdən birini oxuyur. Çaşıb qaldım, tələsik divanı qaldırıb altına qoyduğum kağızlara baxdım, hamısı orada idi. Mənim bu halımı görəndə Mətanət dedi ki, onları mən götürmüşdüm...

Yaman əsəbləşdim, Mətanətə bərk acığım tutdu,hirsimdən divanın altındakı şeir yazdığım kağızları cırıq-cırıq edib yerə tökdüm və Mətanətə acıqlı-acıqlı belə söylədim:- bir daha bura gəlmə,demək mənim evimdən oğurluq edirsən... Mətanət isə sən onları cırsanda mən hamısını öz dəftərimə yazmışam,məhlədə hamı bilir, hər gün yığılıb oxuyuruq. O birisi otağa keçib hönkürtülə ağlamağa başladım. Mətanət yanıma gələndə gedin deyərək, üzümü yastığın üstünə tutdum onlar da çıxıb getdilər. Rəvanə məktəbdən qayıdanda Mətanət də Rəvanə ilə birgə bizə gəldi. Bir xeyli söhbət etdi ,mənim könlümü ələ almağa çalışdı və çalışdığına da nail oldu. 2 gündən sonra Vaqif müəllim yenidən gəldi,əlində də diktafonu və mikrafonu ilə. 1-ci gün etdiyim hərəkətlərə görə çox xəcalət çəksəm də, Vaqif müəllimin şirin dili məni sakitləşdirdi. Həmin gün gətirdiyi diktafonuyla Şəki radiosuna veriliş üçün səsimi yazdı. Yarım saatlıq verliş hazırladı. Həmin verlişədə Vaqif müəllimin bir neçə sualını cavablandırdıqdan sonra şeirlərimdən əzbər söylədim. Maraqlı onda idi ki, bütün yazdıqlarım yaddaşımda qalırdı. Şəki radyosu bazar günündən başqa hər gün 16:30-dan 17:00 qədər Şəkidə yayımlanırdı. Vaqif müəllimin göstərişi ilə mənim də yaşadığım mənzilə həmin gün Şəki radyosu çəkildi. Evimizdə radio vasitəsi ilə öz səsimə qulaq asırdım. Artıq bütün qonşular mənim radiodakı verlişimdən və şeirlərimdən danışırdı. 1 həftə sonra, çox saylı tamaşaçı zənginə görə yeni veriliş yazmaq üçün Vaqif müəllim yenidən gəldi . Beləliklə yerli radioda tez-tez çıxış edirdim. Artıq məni rayonumuzda da tanıyırdılar.

Sonralar mən Şəki yazıçılar birliyinin nəzdində olan şeir məclisinə gedərdim. Şəki yazıçılar birliyinin sədri Teymur Xəlilov mənim şeirlərimi müzakirəyə qoyar,fikirlərini, təkliflərini bildirərdi. Hətta bir dəfə yaxın dostları ilə yaşadığım mənzilə qonaq gəlib, bizə baş çəkməyi də unutmamışdı. Üzərimdə onun diqqətini və xüsusi qayğısını hiss edirdim. Şəhərdə keçirilən bədii tədbirlərə məni dəvət edərdi, səhnəyə çıxarıb əlimə mikrafon verərdi. Teymur müəllim dünyasını dəyişəndə də güvəndiyim bir insanı da fələk məndən ayırdığını gördüm.

1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə