SİRLİ DÜnyam müəllifdən:əziz oxucum, əvvəlki kitablardan bir neçə şeiri təkmilləşdirib, bu kitaba əlavə etmişəm



Yüklə 1.25 Mb.
səhifə5/8
tarix23.02.2016
ölçüsü1.25 Mb.
1   2   3   4   5   6   7   8

ƏTƏYİMDƏN NOĞUL DAĞILDIĞI YER

( uşaqlığın bir xatirəsi...)
Xəyalımda canlanır doğma ocağım, kəndim,

Bir zamanlar qoynunda gəzən qızcığaz məndim.

Gözlərimin önündə noğul dağılan yerdir,

Mənə görə hələ də, o yer müqəddəs pirdir.


Dolaşdığım bağça-bağ, cığırıdır, yoludur,

Nənəm şəhərdən gəlir, zənbilləri doludur.

Ayağıyalın qaçdım, cəld onun qabağına,

Nənəm də noğul tökdü bir ovuc balağıma.


Bərk-bərk tutdum donumdan, dağıtmayım onları,

Xalq arasında bunun adı toy noğulları.

Rəngbərəng noğullara baxıb sevincək oldum,

Ən əvvəl qırmızını çaparaq ələ aldım.

Elə bil ki, içimdən bir səs söylədi: - dayan,

Apar anan üçün də, bağda işləyir anan!

Tez tutub ətəyimi, sinəmə sarı əydim,

Bir azca böyük olan qaloşlarımı geydim.


Donumdan möhkəm tutub gedirdim bağa sarı,

Basa-basa keçirdim palçıq, dar cığırları.

Çəpər dibində bitən, gicitkən mən boydadır,

Ondan qorxurdum yaman, cəmi beş yaşım vardır.


Əvvəllər də görmüşəm, yandırıb əl-qolumu,

Bir azca yana saldım gicitkəndən yolumu.

Sürüşdü sağ ayağım, palçığa batıb qaldı,

İstədim ki, dartınım noğullarım dağıldı.


Nənəmin zənbilindən pay aldığım noğullar,

Anama sovqat üçün apardığım noğullar.

Qəlbimdəki arzunu yarı yolda saxladım,

Qışqırıb fəryad ilə “ana...” deyib ağladım.


Başqa bir çarə yolu, güc tapmadım özümdə,

Damla-damla axan yaş, tüğyan oldu gözümdə.

Səsimə qaçıb gələn, anam götürdü məni,

Üz-gözümdə gəzdirdi mehriban əllərini.


Bir ayağım yalındır, qaloş tək birindədir,

O bir tayı arxdakı palçığın içindədir.

Anam çəkib çıxartdı, palçıqdan qaloşumu,

Mən də özümə gəlib, toplamışdım huşumu.


Uzatdım əllərimi palçıqlı noğullara,

Anam xoş səslə dedi: bala, dəymə onlara.

Bax, nə gözəldir dünya, baharın xoş ayıdır,

Sənin o noğulların mələklərin payıdır.


Nəyi başa düşdümsə, razılaşıb, kiridim,

Anamın əllərindən tutub qoşa yeridim.

Gətirdi ipək kimi yamyaşıl çəmənliyə,

Baxdıqca heyran oldum burdakı gözəlliyə.


Mənə elə gəldi ki, müqəddəs iş görmüşəm,

Noğulları anamdan böyük kəsə vermişəm.

Palçıq üstə dağılmış o rəngbərəng noğullar,

Mənimçün dönüb oldu sirr-sehirli nağıllar.

Düşünüb özlüyümdə bir az xəyala getdim,

Anamın işlərinə durub tamaşa etdim.

Anam iş görə-görə mənə nəzər yetirir,

Deyir ki, lap az qalır işlərini bitirir...


Arxdakı suyu açır, cərgə-cərgə sulayır,

Suladığı cərgədə lobyaları şaxlayır.

Belindəki meyzara hərdən tərini silir,

Bir cərgəni bitirib başqa birinə gəlir.


Çəmənlikdə açılıb sarı-sarı çiçəklər,

Birdən qarşımda gördüm uçuşan kəpənəklər.

Kəpənəklər rəngbərəng zər tutub parlayırdı,

Dağılmış noğulların rənginə oxşayırdı.


Elə bildim noğullar kəpənəkdir uçurlar,

Müqəddəs mələklərə çatmaq üçün qaçırlar.

Uzadırdım əlimi, uçurdu kəpənəklər,

Ancaq heç yerə qaçmır çəməndəki çiçəklər.


Sarı çiçəklər yığdım donumun ətəyinə,

Toplayırdım onları noğulların yerinə.

İllər keçdi ömürdən, böyüyüb yaşa doldum,

Uşaqlığımla birgə özüm də nağıl oldum.


Ətəyimdən noğullar dağıldığı o yerdi,

Mənə elə gəlir ki, o yer müqəddəs pirdi.

“Ana” deyib ağlayan çöldə bir uşaq səsi,

Gülfirə yada salır uşaqlıq xatirəsi.


6 yaşım olanda bir çox işlərdə anama kömək edərdim. Hətta özümdən kiçik bacı qardaşlarımın saxlanmasında, ev-eşik, həyət-baca,mal-qara həmçinin tütün işlərində də anama köməkçi olardım. Ailəmizin çörəyi ancaq tütün, barama qurdu ,bağ-bostan və mal-qaradan çıxardı. Işlər bir- birini elə qovardı ki, baş qaşımağa belə vaxtımız tapılmazdı. Tütünün dərim mövsümündə həftələrlə məktəbə buraxmazdılar. Bu kənddə yaşayan ailələrin çoxunda vəziyyət belə idi. Uşaqlıq çağlarıma nəzər salanda işin çoxluğundan bezikən,işləməkdən yorulan,hər şeydən narazı bir uşaq gözüm önündə canlanır. Doğrudan da həyatım belə gərgin zəhmətdə keçib. 1966-ci ildə kəndimizdəki məktəbə 1-ci sinifə getdim. Nənəm mənim əlimdən tutub xadimə işlədiyi məktəbdə Tağı müəllimin dərs dediyi sinifə gətirdi və ən qabaqdakı partada oturtdurdu. Yanımdakı qız da, yəni parta yoldaşım yolda oynadığım qonşunun qizı idi.

Tağı müəllim də, yaxın qonşumuz idi. Onlara “Alxaslar” deyərdilər. Bizim məhəllənin adı isə “Cıqaylar”adlanardı. Kənddə hər bir məhəllə beləcə öz adı ilə tanınardı. Tağı müəllim də ilk müəllimlik fəaliyyətinə bizimlə başladı. 1-ci sinifdə oxuyanda çətinliyim olmadı. Dərslərimdə 4 və 5 qiymətləri alardım. Onu da deyim ki, anadan olandan əmim mənim adımı Roza qoymuşdu. Kənd sovetində bu ad da əcnəbi ad olduğuna görə yazılmamışdı. Hamı məni Roza deyərək çağırdığından sinif jurnalına da adımı Quliyeva Roza Gülməmməd qızı yazmışdılar.Yəqin ki, nənəm belə yazdırıb. O vaxt yazımızı çernel qablarına ucunda pero olan qələmlə batırıb yazardıq. 1-ci sinifin axırıncı rübündə ən yaxşı xəttə görə Tağı müəllim mükafat olaraq içərisinə çernel çəkilən avtomat qələm hədiyyə etdi. Bütün uşaqlar mənim avtomat qələmimə həsədlə baxardılar. Içərisi çernellə dolu olan qələmə “avtomat ruçka” deyərdik. Bu mənim ilk uğurum idi. Özümü bütün uşaqlardan xoşbəxt sanırdım. 3-cü 4-cü siniflərdə oxuyanda artıq mağazalarda içərisinə çernel çəkilən qələmlər satılırdı. Uşaqların çoxunun da belə qələmləri oldu.



Məni hərdən ana nənəm Nazilə nənəmin də yanında qalmağa göndərərdilər.O vaxt dayımgil Sumqayıta köçmüşdülər. Nənəm tək olurdu ona görə də dərs ləvazimatımı götürüb gecələr nənəmin yanında qalar,səhər məktəbə gedər,məktəbdən isə evimizə dönərdim. Nazilə nənəm mömin,dindar idi. Gündə 5 dəfə namaz qılar,quran oxuyardı. Mən nənəmgildə qalanda o mənə təzə dəftər ayırar quranı yazıb oxumağı öyrədər, Yasin, Təbarəkə, Amənti, Süfrə duası bir çox dualar yazdırıb avazla oxumağı,namaz qılmağı tələb edər və öyrədərdi.Bir gün məktəbdə tənəffüs vaxtı sakit bir tərəfə çəkilib,nənəm yazdıran dəftərimdəki “dərsimi” oxuyardım. Birdən başımın üstündən bir əl uzanıb, dəftəri əlimdən çəkib aldı. Çevriləndə gördüm ki, bu Tağı müəllimdir. Dəftərə bir xeyli nəzər saldısa da ərəb dilində heç nə anlamadı. Başını bulayıb direktorun otağına keçdi. Az keçmədi ki, məni də direktorun yanına çağırdılar və soruşdular:- bu nədir?, Bunu sənə kim yazdırıb? Kim öyrədir? Nənən?,... adətim üzrə susaraq, başımı aşağı dikib dayanmışdım. Məktəbin direktoru və Tağı müəllimim növbə ilə “boş cəfəngiyyata baş qoşma...” bir xeyli təbliğat xarakterli kinayəli çıxışlar etdilər. Məndən bir cavab ala bilmədiyinə görə bir az danlayıb, çölə buraxdılar. Gecə nənəmlə oturmuşdum. Pəncərədən gördüm ki, Tağı müəllim pilləkənləri qalxaraq evimizə gəlir. Mən qorxub -“nənə, mənim yerimi demə” deyib, – pərdənin arxasında, buxarının içində oturdum. Tağı müəllim qapını açaraq ay Nazilə xala, gəlmək olar?- deyib içəri keçd. Nənəmdə öz növbəsində - ay Tağı, xoş gəlmisən niyə olmur buyur gəl-dedi. Tağı müəllim içəri keçib pəncərədə oturdu və nənəmə dedi:- Nazilə xala sən Azərbaycan dilindən başqa hansı dili bilirsən? Nənəm:- ay oğul mən hansı dili bilərəm ki? Heç hansı. Tağı müəllim:- qoltuğudan dəftəri çıxarıb nənəmə göstərərək,əlavə etdi- o uşağın başını yalan, boş cəfəngiyyatla doldurma... və s. bir xeyli söhbətdən sonra Tağı müəllim getdi. Nənəm o gecədən sonra mənə quran surələri yazdırmadı.Nənəmin şkafında bir qarmon var idi. Şkafın üst gözündə olduğundan əlim çatmırdı. Nənəmə yalvardım ki, o qarmonu versin, baxım. Nənəm sözümü yerə salmadı. Qarmonu güc bəlayla alıb, qayğıyla tumarlayaraq-Eyyub dayının qarmonudu bala – deyərək qarmonun hər tərəfinə sığal çəkirdi. Illər uzunu görmədiyi, həsrətlə yoluna baxdığı, böyük ümidlə gözlədiyi oğlunun ətrini sanki bu qarmondan alırdı. Mən də bu qarmona ehtiyyatla yanaşardım. Nənəmin icazəsi ilə çalardım. Bu gecədən sonra hər gecə nənəmgilə tələsər, nənəmin bütün işlərinə can başla kömək edərdim ki, evə qalxaq,qarmonu alıb çalmağa vaxtım yetişsin. Öz evimizin qonşuluğunda məndən2-3 yaş böyük 2 qardaş musiqi məktəbinə gedirdilər, biri tara, o birisi isə nağaraya. Həmişə heyranlıqla onların çalğısına qulaq asardım. Müəllimlərinin yeni nə öyrətdikləri ilə maraqlanardı. Bir gün onlara dedim ki, mənim nənəmgildə qarmonum var. Dedilər ki, gətir baxaq. Yalvar-yaxarla 1 həftəlik nənəmdən qarmonu aldım. Nənəmdə - göz bəbəyi kimi qoru bala, dayının əmanətidir- demişdir. Yaxşı ay nənə, narahat olma. Atam anam evdə olmayanda qonşu qardaşlar və mən çalardıq, başqa uşaqlarda başımıza yığılardı. Bunu Tağı müəllim də eşitmişdi. Dərs zamanı mənə dedi ki, get qarmonunu götür gəl. Mən də qaça-qaça evə gəlib qarmonu sinifimizə gətirdim Tağı müəllim məni öz stulunda oturtdurdu və çal dedi. Nə çaldığımı bilmirdim daha doğrusu nə gəldi çalırdım. Qarmonu açıb-yığırdım əlimi də dillər üzərində gəzdirirdim. Səslərin ahəngindən xəyala dalırdım. Hamı diqqətlə baxardı Tağı müəllim soruşdu: çaldığın mahnının adı nədir? Mən çalarkən gözüm önündə məktəb formasında olan məktəbli qız canlanırdı. Qara don ağ önlükdə bu formanı şəhər məktəbliləri geyərdilər. Mən onları pioner qəzetindəki şəkillərdə və o vaxtkı ağ-qara televiziyamızda görərdim. Kəndimizdə belə geyinən yoxdu. Heç özüm bilmədən müəllim,Məktəbli qız mahnısıdır-dedim. Müəllimim isə davam et gözəldir deyərək, pəncərənin qabağına getdi. Başımı qaldırıb pəncərəyə baxanda çöl tərəfdən pəncərədən içəri baxan qonşumuzdakı qardaşları gördüm və onların baxışlarından nə demək istədiklərini hiss etdim.Birdən yadıma düşdü ki, atam işdən gələn vaxtdı, bunu bilsə məni öldürər. Mən getdim deyərək, qarmonumu götürüb sinifdən çıxdım. Kəsə yolla evimizə sarı qaçdım,arxın başındakı qoz ağacına bərkidilmiş aralı qapıdan həyətə girərkən, atamla üz-üzə gəldik. Əlimdə qarmon yerimdə donub qaldım. Qonşudakı musiqi çalan qardaşlar da yanımda dayandı. Atam qəzəblə üzümə baxdı və sonra yanımda dayanmış qonşu oğlanlara acıqlanaraq:- keçin həyətinizə dedi. Uşaqlarda bizim qapıya yaxın olan öz qapılarını açıb içəri keçdilər. Dayandığımız yer arxın başı adlanırdı. Atam cəld addımla mənə yaxınlaşdı və əlimdən qarmonu alıb qoz ağacına çırpdı,qarmon çilik-çilk olub ətrafa töküldü. Keç içəri-deyərək üstümə cumdu, mən qaça-qaça həyətə keçəndə səsə gələn Yasəmən nənəm məni ətəyinə bükdü dəymə uşağa, çıx get-dedi.

Öldürəcəm onu deyib atam həyətdən çıxdı. Evə gəlib o qədər ağlamışdım ki, axı mən Nazilə nənəmə dayımın əmanətini necə qaytaracam...



4-cü sinifi bitirdikdən sonra ilk müəllimimiz Tağı müəllimdən ayrıldıq və müəllimimə qarşı olan böyük hörmətim,ötən illərin hər anı xatirələrdə qaldı . İbtidai təhsilimizi başa vurdum. O vaxt kəndimizdə məktəb 8 illik idi. Ibtidai təhsil zamanı özümdə heç bir qüsur hiss etməmişəm. 5-ci sinifdən sonra hiss etdim ki, yazı lövhəsindəki müəllimin yazdıqlarını görmürəm. Yazıları arxamdakı sinif yoldaşımın dəftərindən köçürərdim,kitabı gözümə lap yaxın 5-6 sm ölçüdə tutub oxuyardım. Atam da bunun günahını məndə görərdi. Tez-tezdə üzümə vurardı ki, kitab oxumaqdan gözlərini kor etdi. Doğrusunu desəm bədii kitabları çox sevərdim. Həmişə atamgildən gizlincə məktəb kitabxanasına gəlib bədii kitablar alar,yastığımın altında gizlədərdim.Hamı yatandan sonra (yatdığımız evin işığını söndürərdilər) ehtiyyatla yerimin içindəcə oturub kitabları pəncərəyə qoyar, eyvandan düşən zəif işıqda oxuyardım. Səhərə yaxın yuxuya gedərdim. Səhər isə valideyinlərim tərəfindən danlana-danlana yerimdən qalxardım. Axı məktəbə gedənə qədər bir çox işlər görməli idik. Məlahət bacımla mən sübh tezdən tütün sarayındakı tütün ramkalarını boşaltmalı, qayıdıb evə gəlib səhər növbəsində dərsə çatmalı idik. Başqa bacım mal-qaranı sürər, başqası başqa iş görər və s. hamının işini axşamdan anam bölərdi.Belə gərgin işlər görsək də hərdən valideyinlərimizin gözündən yayınıb oynamağa da macal tapardıq.Mən əsasən oğlanlarla kilincağac,cızığagirmə buna bəzəndə işdi-işdi deyərdik,qaçdı-tutdu,ətdi-bətdi,qalaqurma,və s kimi oyunları oynayar oğlanlarla dostluq edərdim. Qızlarla oynamaqdan xoşum gəlməzdi,çünki onlar heçnə olmamışdan ağlayar,dəymə düşər olar və nazlanardılar.Bu da mənə xoş gəlməzdi. Dərs oxumağa vaxtımız olmazdı, verilən tapşırıqları tələsik məktəbdə tənəffüs zamanı yarı yarımçıq edərdik. Tütün düzən zaman əlimizdə tütün iynəsi yanımızda da kitab olardı. Fikrim kitabda olanda barmaqlarımı iynə yarardı və hamıdan az düzərdim, normamı yerinə yetirə bilmədiyim üçün gecə yarıya qədər tütünün qırağında qalardım. Hər gecə hərəmizin yaşda böyüklərin 10 təxminən 8 yaşdan aşağı olan uşaqların isə 5 ip norması var idi. Kim tez düzsə o da yatmağa gedə bilərdi. Beləliklə 8 illik məktəbi sıxıntılar içərsində bitirdim.Şəhadətnaməmi alarkən yaş kağızını məktəbə təqdim etdim. Jurnallarda adım Roza olsa da 8 illik şahadətnaməmdə İradə yazıldı. Orta təhsil almaq üçün qonşu Baş Küncüd kənd orta məktəbinə getdim. Burda artıq adım sinif jurnallarında Roza yox, İradə yazılırdı. Başqa uşaqlardan fərqim o idi ki, müəllim dərsi danışarkən, danışdığı kimi hafizəmdə qalardı və müəllim məndən dərs soruşanda onun danışdıqlarını söylərdim. O vaxt məktəblərdə həkimlər uşaqları müayinə edir, iynə peyvənd vurardılar. Məni müayinə edən həkim müəllimimizə dedi ki, bu qızın foto yaddaşı var.9-10-cu sinifdə oxuyarkən heç dərs kitablarım da olmayıb,bircə cəbr kitabım olub ki, onu da bu fənnən dərs tədris edən Daşdəmir müəllim vermiş,öz kitabımı sənə verirəm demişdir. O vaxt kitabları hamı mağazalardan pulla alardılar. Mən 9,10-cu siniflərdə oxuyanda ailəmizin ən kasıb dövrü olub. Bu illərdə anamgil məni sahəyə aparmazdılar, çünki, tütün şitillərinin (bizdə toxa döymək deyərlər) diblərini yumuşaldanda xırda şitilləri görmədiyim üçün kəsirdim, birazdan da şitillər solurdu. Bu becərmə işinə yaramadığım üçün evdə qoyurdular. Evdəki işlər də, sahədəki,qızmar günəş altındakı işlərdən çox və çətin idi. Əkin sahəsində bir işlə məşğul olurdunsa,evdə min bir cür iş var idi ki, hamısı da görülməli idi.Özüm üçün vaxt da axtarırdım ki, yarımçıq qalmış kitabımı oxuyub, yazılarımı yazım...

Bir gün həyətimizdə cücələri olan ana toyuğun (kürd) haray-həşirinə qaçdım, gördüm ki,cücənin biri pişiyin ağzında gedir. Yerdən daşı götürüb, necə atdımsa pişiyin başına dəydi. Pişik miyoldayarkən cücə ağzından yerə düşdü. Pişik çəpəri aşıb gözdən itdi. Zavallı cücə isə bağlanıb yığılmış çırpıların arasına girdi. Pişik qaçandan sonra ana toyuq qıqqıltı səsi ilə sanki balalarını gizləndikləri yerdən çağırırdı.

Bütün balaları gəlsə də, pişiyin ağzından düşən yaralı cücə gəlmədi. Zəif səslə çırpıların içindən civildəyirdi. Ana toyuq bir xeyli balasını səsləyib dayandı və o biri cücələri götürüb həyətin aşağı hissəsində eşələnməyə başladı, sanki yaralı balanı unutdu. Çörək bişirən təndiri yandırmaq üçün 50 bağdan çox çırpı var idi. Hərdən bu çırpıların içindən zəif civilti gəlirdi. Çırpılar ağır olsa da,mən bir- bir götürüb, başqa yerə yığdım. Ən axırıncı bağın altından yaralı cücəni tapdım. Yazıq heyvan son nəfəsində idi. Heç civildəməyə halı da qalmamışdı. Cücəni əlimə alıb evə gətirdim. Pişiyin dişi batan yerləri yodla sildim, sonra dimdiyini aralayaraq boğazına damcı damdıranla su damdırıb, içirtdim, dən yedirtdim və köhnə bir papağın içinə qoyub evdə çarpayımın altına qoydum.Təkrar olaraq 50 bağ çırpını yenidən bayaqkı qaydada yerinə yığdım. Vaxtımın çoxu beləcə getdi. O gün işlərimi görüb qurtara bilməmişdim. Atam, anam, uşaqlar axşamüstü sahədən qayıdanda yemək-içmək hazır deyildi. Nə etmisən? suallarına cavab verməyib susdum. Atamda acıqlı-acıqlı dedi ki, nə edəcək, oturub kitab oxuyub, ya da televizora baxıb, nəyinə lazımdı, nə vecinə biz günəşin altında yanırıq, yorğunuq. O gün çox töhmət alsamda içimdə sevinirdim ki, Cıpbılını (cücəmin adını Cıpbılı qoymuşdum) xilas etmişəm. Hər gün 4,5 dəfə beləcə Cıpbılını yedirib-içirib, papağın içində bəsləyirdim. Bu minvalla 2 həftədən sonra Cıpbılı ovucumun içində olan dənləri özü yeyirdi, qabağına qoyduğum suyu içirdi. Cıpbılım ağ, qonur qara xallı, gözəl görünüşlü cücəydi . 3-cü həftədən sonra Cıpbılının yaraları tamam sağaldı, ayağı axsamır, yeriyə bilirdi. Amma anasını unutmuşdu, anası da onu. Evdə eşikdə dalımca gəzirdi. Cücələrə qoşulmazdı,anasının da yanına getməzdi. O ancaq yeməyi dizimin üstə oturub ovcumun içindən yeyirdi. Mən Cıpbılıma dəndən başqa göyərti ən çoxda kəvər bitkisini doğrayıb verər, yeməklərdən hətta kotleti də xırda-xırda doğrayıb ona yedirərdim.Cıpbılımın əhvalatını 1 aydan sonra anama və atama danışdım. Onlar Cıpbılıya maraqla baxardılar, bu da məni çox sevindirərdi. Cıpbılı heç kimin verdiyini yeməzdi, ancaq mənim ovcumun içində nə olsa etiraz etməzdi. Bulağa suya gedəndə ayağımın dibi ilə dabanbasma mənimlə gedər və qayıdıb gələrdi. Bütün qonşular təəccüblə Cıpbılıya maraq göstərərdi. Cıpbılı 6 aylıq olanda öz yaşıdlarından böyük görünürdü. Onun gəzməyi, baxmağı, uçmağı da fərqli idi.Maraqlıdır ki, Cıpbılının başı da başqa toyuqlardan böyük idi. Artıq böyük toyuq olsa da yenə də axşam olanda papağın içində yatar,məndə papağı yastığımın yanında qoyardım. Hər gecə Cıpbılıya sığal çəkib oxşar, sonra yuxuya gedərdim. Mən hardansa gələndə qanadlarını çırpa-çırpa qabağıma gələr, uçub çiynimə qonardı. Onun mənə mənim də ona böyük bağlılığımız var idi ki,bunun sirrini hələ də düşünürəm. Bir gün Cıpbılı toyuq oldu, yatdığı papağın içərisinə yumurta qoydu. O gün elə sevinmişdim ki,elə bilirdim ki,Cıpbılıda böyuk hünərli işi ilə mənim kimi sevinir.

Cıpbılı cəmi 11 yumurta yumurtladı və kürt oturdu. Anam dedi ki, böyük qutunun içərisinə ot qoyaq, Cıpbılını da yumurtaları ilə birlikdə həmin qutunun içinə yerləşdirək. Papaqda bala çıxara bilməz. Gəl onu zala qoyaq. Bu zal hələ hazır olmamış, pəncərə-qapısı salınmamış, sonradan caladığımız yarı tikili ev idi. Mən də razılaşdım,belə də etdik. Hər gün Cıpbılıya qulluq edirdim,amma mene elə gelirdi ki,onu özümdən ayırdığım ücün,məndən bərk incimişdi,hətta onun üz- gözündə yaranmış kədər, peşmancılıq hissini acıqca duyurdum. 21 gündən sonra Cıpbılının özünün balacalığına oxşayan, hamısı eyni rəngdə 11 cücəsi çıxdı. Sevincimin həddi hüdudu yox idi. Baxmayaraq ki, həyətimizdə 100-ə yaxın toyuq-cücə var idi, amma hamının marağı Cıpbılının cücələrində idi ki,hətta atam da gəlib, Cıpbılıya və cücələrinə baxaraq gülümsəmişdi. Yeri gəlmişkən deyim ki, atam çox ciddi qaraqabaq adam idi.Onun güldüyünü görmək çətin olardı.



Cıpbılının cücələri 3 günlük idi. O sanki başqa toyuqlara nisbətən ağıllı və qayğıkeş görünürdü. Axşam dənini, suyunu verib, Cıpbılı ilə sağollaşdım. Səhər bütün toyuq-cücə həyətdə idi, amma, yarımçıq evimizdən Cıpbılının səsi gəlmirdi.O hər səhər tezdən yüksək səslə qot-qot edər,sanki deyərdiki, balalarım acıb ,yemək gətir.İndi isə səsi gəlmirdi. Tələsik ora qaçdım. Cıpbılı, Cıpbılı deyə-deyə ona yaxınlaşdım. Cıpbılı qutunun bir küncündə büzüşüb, qalmışdı. Başını qaldırıb kədərli-kədərli üzümə baxdı, sonra boynunu büküb birazda büzüşdü. Cıpbılıya yaxınlaşıb əlimə götürdüm. Vayyy onun balaları yox idi. Harayıma hamı bura qaçdı. Hamının üzündə məyusluq, kədər yarandı. Elə bil bir anlığa hamı donub qaldı. Sükutu anam pozdu. Cıpbılını sığallayaraq dedi:- hansı ciyarıyanmış daşıyıb balalarını.Məni ağlamaq tutdu,Cıpbılımın halına çox acıdım,sanki dünyam yox oldu. Onun balalarını mən başına daş vurduğum pişik aparmışdı. Bunu mənə gecə dirlik əkdiyi bağlarını sulayan qonşumuzun tar çalan oğlu dedi. Pişik bizim darvazanın dibindəki dəlikdən ağzında cücə qaçanda görüb. Yəqin ki, həmin pişik səhərə kimi cücələri daşıyıb.Cıpbılıya dən-su qoydum, yemədi. Əlimin içində uzatdım, yemədi. Fikirləşdim ki, yəqin onu bura qoyduğum üçün məndən inciyib. Bu əhvalatdan 3 gün sonra bulağa getmişdim. Bulaq başında hamı məndən Cıpbılını soruşurdu. Gəlib Cıpbılının yanına gedəndə daha dəhşətli mənzərə ilə rastlaşdım. Cıpbılı yuvadaca ölmüşdü. İçimdən bərk ağrı qopdu,tək tənha oturub hönkür-hönkür ağladım...Qonşu uşaqlarla birlikdə həyətimizin yuxarı başında, təndirxananın yanındakı heyva ağacının altında qəbir qazdıq. Məndən yaşca böyük olan qonşumuzun oğlu bu işi mən bacarıram, qəbirsanlıqda ölü basdıranda görmüşəm deyirdi. Cıpbılını qəbrə qoyduq, başının altına bir sıxım torpaqda töküb, məzarının üstünü örtüb başdaşı da qoyduq, Cıpbılının məzarını ortaya alaraq dairəvi xınagülü əkdim. Xınagüllər böyüyüb çiçəkləmişdi, cıpbılnın baş daşı da ortada görünürdü. Hər dəfə bu məzarın önündən keçəndə içimdən qəribə bir ağrı qopurdu,özümü günahkar hesab edirdim,üzümdəki qəm-qüssəni ağır kədəri başqaları da sezirdi,rəngim dəyişilib tutqunlaşardı. Bu halımı Yasəmən nənəm dəfələrlə görüb mənə təsəlli verər,fikrimdən yayındırardı. Bu hadisəni böyükdən kiçiyə kəndimizdə hamı bilirdi.Həyətimizə kim gəlsə atam Cıpbılıdan danışar, məzarını göstərərdi.
İradə Gülfir 1975
Yazı lövhəsindəki müəllim yazanları görməsəm də Baş Küncüd kənd orta məktəbini 1976-cı ildə bitirib, orta təhsil haqqında attestat aldım. İçimdə bir arzu var idi. İncəsənət institutuna daxil olmaq.Ancaq bu əlçatmaz arzu idi. Çünki, mənim atam çox köhnəfikirli,el-oba qeyrəti çəkən bir adam kimi bu sahədə çalışan qadınlardan xoşu gəlməz və heç rəva bilməzdi ki, nəinki onun qızları,tanış bilişdən də olan qızlar bu sahəyə maraq göstərsin və belələrinə çox pis baxardı.

İradə Gülfir 1976
Orta mətəbdə oxuyarkən ədəbiyyat müəllimimiz atamdan nə qədər xahiş etdisə də, atam məni kluba dərnəyə gəlməyə buraxmadı. Orda müəllimimiz Vaqif dramını hazırlamışdı. Mən də, Xuraman rolunu əzbər bilirdim.Təkcə bu yox Xosrov və Şirində Şirin obrazını, Leyli və Məcnunda Leylinin bəzi səhnələrini dərs zamanı söylərdim. Bədii qirayət deməyi də çox sevirdim. Mikayıl Müşfiqin “Yenə o bağ olaydı” şeirini dərs zamanı müəllimimiz dəfələrlə mənə söylətmişdi. Yaxşı yadımdadır ,açıq dərs vaxtı, məktəbimizə yoxlamalar gələndə sinifdə müəllimimizin göstərişi ilə ana və poçtalyon şeirini demişdim. Amma neyləyəsən kluba,dərnəyə atam buraxmazdı.Aktrisalarada, müğənnilərədə yaxşı baxmazdı. Buna görə də, içimdəki arzumu heç dilimə belə gətirməyə cürət etməzdim. Ürəyim həmişə mikrofon, səhnə üçün uçunardı.

Orta məktəbdən sonra atam məni kəndimizdə yaxın dostu olduğu bir ailənin oğluna vermək istəyirdi. Mən isə heç cür razılaşmırdım, yox, olmaz, getməyəcəm deyirdim. Oğlan evi toy üçün kəsiləcək öküzü 3 il tövlədə saxlasalar da, mən heç cür razı olmadım. Bir gün atam mən evdə olarkən yanıma gəldi və mehribanlıqla sığallayaraq yanında oturtdu. Doğrusu, bu nəvazişi və mehribanlığı birinci dəfə idi ki, görürdüm. Onun övladlarına qəlbində böyük sevgisi olsa da,üzə vurmazdı, dilinə gətirməzdi. Bu gün isə onun xoş sözlərindən,sığal-tumarından çaşıb qalmışdım. Sonuncu sözü bu oldu ki, mən atanam ürəyin istəyini mənə açmalısan. Mən də qorxa-qorxa dedim ki, oxumaq istəyirəm. Atam anamla məni şəhərə göndərdi. O vaxtkı Şəki Toxuculuq texnikumuna sənədlərimi verdim. Bu atamın göstərişi idi. Mənim fikrim yox, könülsüz imtahan versəm də, texnikuma qəbul olundum. Amma məni içimdəki arzu tərk etmir,hər yana çəkirdi. Şəkidə xalq teatrı fəaliyyət göstərirdi. Onun rejissoru Şərif müəllim də hərdənbir şeirlər yazardı. Texnikum uşaqları ilə birgə 2-ci dünya müharibəsində həlak olanların şərəfinə qoyulmuş ana abidəsinə ekskursiya edərkən rəy kitabına şeir yazmışdım.



1979-cu il. İradə Gülfir dostları ilə ana abidəsinə gül qoyarkən.
Altından da adımı,soyadımı və hansı texnikumda oxuduğumu. Şərif müəllim rəy kitabından bu ünvanı götürüb mənimlə görüşmüşdü. İlk tanışlığımız ürəyimcə oldu.Sanki, qəlbimdəki arzulara açılan qapı idi. Şərif müəllim məni işlədiyi xalq teatrına gətirdi, Qeybulla Rəsulovun söz yarasındakı əsərin ssenarisini verdi və Səhərgül rolunu-əsərdəki ana obrazını hazırlamağı, o obrazı əzbərləməyi tapşırdı. Səhərisi gün dərsdən sonra mən teatra gəldim. Şərif müəllim inanmırdı ki, mən ssenarini əzbər bilirəm. Məşqlərə başladıq. Təxminən 60-70 yaşı olan Şərif müəllim məşqdən sonra dedi ki, bu gündən sən mənim ən sevimli dostumsan. Biz məşqdən sonra parkda oturub bir xeyli söhbət etdik. Söhbətimizin ən çoxunu poeziya təşkil edirdi. Mən ilk dəfə hamıdan gizlətdiyim şeirlərimin 1,2-sini Şərif müəllimə oxudum ,Şərif müəllim o qədər səmimi və qayğıkeş idi ki, digər görüşlərimizdə də həyatımdakı çox şeyləri ona danışdım. Məsələn, bir gün 96 vərəqli şeir dəftərinin sonuncu vərəqinə şeirimi yazırdım. Başım elə qarışmışdı ki, atamın evə girməyini hiss etməmişdim və atam əlini uzadıb qabağımdan dəftəri çəkdi, bürmələyib alovla yanan sobanın içinə soxdu və stolun üstündəki şəkil albomunu da həmin sobaya ataraq, belə söylədi:-həyətdə tütün çürüyür, bütün işlər tökülüb qalıb, bu oturub mənasız şeylər yazır... Həyatda çox şeyə sevgi ilə yanaşırdım,möhkəm bağlanırdım, tezliklə də faciəli sonluqla ayrılırdım,sarsılırdım,sınıb məyus olurdum. Şərif müəllim bir dost kimi mənə təsəlli verərdi. Mən də hey dərdimi dilə gətirib şikayətlənərdim. Məni özü ilə aparıb şəhər mədəniyyət evinin müdiri işləyən Vaqif Kərimovla tanış etdi. Şəhər mədəniyyət evinin keçirdiyi tədbirlərdə də,konsertlərdə də vaxtım olanda bədii qiraət söyləyərək iştirak edirdim.Hətta bir dəfə mədəniyyət evinin xətti ilə qonşu Gürcüstan Respublikasına 1 həftəlik qastrol səfərinə də çıxmışdım.

1980-ci ildə Şamaxı şəhərində xalq teatrlarının baxış müsabiqəsi keçirildi. Həmin müsabiqədə Şəki xalq teatrı Qeybulla Rəsulovun “söz yarası” əsəri ilə qalib oldu. Ana obrazına görə mən 1-ci dərəcəli diplom aldım. Amma nə şəkillərimi, nə diplomumu Şərif müəllimdən götürmədim. Dedim ki, sizdə qalsın, bizim evdəkilər bilməsin. Bu hadisəni nə bilərdim ki, qəzetlər yazacaq, mənim şəklim də ora düşəcək.bütün çəkdiyim əziyyətlər,sevincim alt-üst oldu.Şərif müəllimlə dostluğum uzun çəkmədi. Atam bütün hər şeydən xəbər tutdu və məni texnikumdan çıxardıb kəndə gətirdi. Mən ilk dəfə ata və anamın qabağında cürət edib belə demişdim:- bu kənddən heç kimə ərə getməyəcəm, yüz ildə qalsam...

Kəndimizdən tədarük konturuna meyvə daşıyan sürücülərdən biri məni gördü və evlərində bir qız bəyəndiyini bildirdi, şəhərdən elçilər gəldi. Gələnlər özlərini o qədər öyürdü ki, hamını sehirləmişdilər. Fikirləşərik cavabından sonra 2-ci dəfə bir avtobus gəldilər. Gələnlər arasında oğlan özü də var idi. Gözləri dola-dola deyirdi ki, bu gün qızı mənə verməsəniz özümü o qayanın (həyətimizin ortasında durub,əli ilə Qayalı dağın başındakı şiş qayanı göstərirdi)başından dərəyə atacağam. Çox çək-çevirdən sonra fikirləşib razılıq verdim.Ona görə ki, bəlkə şəhər yerində ürəyimdəki arzu istəyimə bir yol açılsın. Atamın isə fikri belə oldu, kənd istəmirsən, bu da şəhər. Beləliklə məni nişanladılar, 1 aydan sonra adəti üzrə bəlyə məclisi olub nişan üzüyü taxıldı. Nişanlımın kiçik qardaşı qız götürüb qaçdığından əvvəlcə onun toyu oldu. Bu ərəfədə kolxoz idarəsində dispetçir işləyirdim. Atam öz göy rəngli moskviç maşını ilə işə aparar və işdən gətirərdi. 3 il yarım nişanlı qaldıqdan sonra nəhayət ki, 1985-ci il mart ayının 4-də bizim də toyumuz oldu.Düşdüyüm ailədə də qəlbimdəki arzular haqqında söhbət edəsi adam və məqam görmürdüm. Arzularsa məni tərk etməzdi. Yazıb-yaradan, çalıb-oxuyan, səhnədə əlində mikrofon tutanlara həsrət ilə baxardım. 1986-cı il yanvar ayının 18-də Rəvanə adlı qızım dünyaya gəldi. Övlad sevgisinin dəyərini ana olanlar bilir. Bu anlar hamının qibtə etdiyi xoşbəxt ailə idik. 1987-ci il aprelin 18-də Murad adlı oğlumuz da oldu. Oğlumun 1 yaşı bitəndən sonra atam evinə ailəvi qonaq gəlmişdik. Atamın üzündəki sevincin həddi-hüdudu yox idi. Hər dəfə gələndə ayağımızın altında qoç kəsərdi, böyük qürur hissi keçirərdi, nəvələrinə fərəhlə baxardı. Fikirləşəndə torpaqda zülüm çəkən, ağır işlərdə əzab-əziyyətlə çörək qazanıb, bizi baxıb böyüdən ata anamın sevincini,fərəhini görmək necədə xoş olur. Onların sevincləri məni də bəxtəvər edirdi. Atam əvvəl Rəvanəni, sonra da Muradı qaldırıb yemək stolunun üstündə cüt ayaq üstə qoydu və məni yanına çağırdı-qızım, de görüm bunların hansını çox istəyirsən? Mən heçnə başa düşməyib tələsik dedim:- övladı da ayırmaq olar, ikisini də eyni. Sonra o mənim başımı köksünə sıxıb kövrəlmiş halda- bəs deyirdin sən məni o biri uşaqlardan seçib,az istəyirsən. Görürsən qızım, övladı seçmək olmur...

Bəlkə fələk bizim bəxtəvərliyimizi, xoşbəxtliyimizi,sevincimizi qısqanaraq qısa etdi kim bilir? Oğlum Murad 2 yaşına az qalmış gözlənilməz bir halda vəfat etdi. Bu ölüm mənim həyatımın ən ağır zərbəsi oldu. Bir zaman sevincin qanadlarında oğul deyib göylərə yüksəldiyim anda, o yüksək ucalıqdan, o ülvilikdən, o müqəddəs,şərəfli,şirin arzulardan məhrum olub, yerə çırpıldım. Amma bu zərbədən də ölmədim. Çevrilib geriyə baxanda, içimdə xaruqələr yaratdığım və bu xaruqələrin xarabalığında sonsuz arzularımın çiçək açdığı zamanda, qəfil xəzanın viranə qoyduğu bir dünyamdan, mənə acı xatirələr qaldı. Bunların bəzilərini bu gün xatırlamaq istəyirəm. Murad ölən günü mən adamların içində olsam da, o tərəf bu tərəfə getsəm də sanki heç bir hissiyyatım yox idi. Gələn gedənə baxsam da, elə bilirdim bütün bunlar yuxudur, tezliklə ayılacam, hər şey qaydasına düşəcək. Ağı deyib ağlayanların ağlar səsi, balaca cənazənin yanında oxunan azan səsi məni ağlatmırdı, elə hey olaylara tamaşa edirdim, sanki filmlərə baxırmış kimi...

Çoxları qucaqlayıb nə isə deyirdi, bütün deyilənlərin fərqinə varmırdım. Ayıq ikən, gözü açıq, baxa-baxa, gəzə-gəzə yuxlayırdım. Muradın dəfnindən üç gün sonra hər kəs yığışıb,dağılışıb öz evinə getdi. Axşam üstü yaxınlaşırdı. Bərk külək əsdi, günəşin batıb ya batmadığı bilinmədi, qara buludlar göyün üzünə doldu, dünya da buludlar kimi qaraldı, vıyıltı ilə əsən külək məni ayıltdı. Külək yağışı ora bura çırpırdı. Qızım Rəvanənin balaca əlindən və bayaqdan baxışlarını bir nöqtəyə zilləyən Rəvanənin atası belə demək mümkünsə ailəmizin başçısı Qədirin əllərindən tutub, hər ikisini yaşadığımız evin pilləkənlərinə sarı dartaraq, - çıxın evə üstünüzə yağmasın, tələsin. Mən də uşağı tapıb gəlim. Bunları pilləkəndə buraxıb yağışın içinə sarı qaçdım. Qaçarkən Qədir məni sanki qucağına götürürmüş kimi pilləkənlərin yanına gətirdi- hara gedirsən dəli olmusan? Gəl çıxaq evə.

-Yox çıxa bilmərəm bəs oğlumuz? O hardasa yağışın altında qalıb mən ona növbəti dəfə müqavimət göstərib getmək istəyəndə,o, məni var gücü ilə saxlayıb, - daha oğlumuz yoxdur, Muradımız ölüb deyəndə dəhşətlə, heyrətamiz bir tərzdə onun gözlərinə baxdım.



Gözlərindən yaş damcıları süzülüb burnunun ucuna gəldi. Indi üç gün qabaq ölmüş oğlum, bütün olanlar gözlərim önündə canlandı. Qışqırtıyla fəryad çəkərək ağlamağa başladım. Nə qədər çalışdısa Qədir məni nə evə apara bildi, nə də sakitləşdirə bildi. Bir xeyli ağlayıb boşalandan sonra, sanki toxtadım, biraz aralıda bir nəfərin addım-addım bizə sarı gəldiyini hiss etdim, başımı yuxarı qaldırıb baxanda qaynanam olduğunu gördüm. Müəmmalı səslə, oğluna xüsusi işarə ilə - köpəyin qızı dəlidir, yasda camaat yığılanda dili dinməyib, gözündən yaş çıxmayıb indi, yasdan sonra buna bax deyərək nəvəsini və oğlunu da götürüb özləri tərəfə keçdilər. Həmin gün mən bütün gecəni pilləkənin sonuncu pilləsində oturub ağlaya-ağlaya Muradı gözlədim... Elə bilirdim ki, oğlum amansız,zalım bir düşmənin əlindədir. O, bu qəddar düşmənin əlindən sivrilib çıxacaq, qaça-qaça gəlib, qucağıma atılacaq, toppuş balaca ağ yumuşaq qollarını boynuma sarıyacaq. Vıyıltıyla əsən küləklərə sinə gərərək diqqətlə baxırdım, gözləyirdim ki ,küləklər qanadında balamı mənə yetirəcək. Yağan-yağışların, axan gur suların axışına çox təlaşla, çox dəqiqliklə baxırdım ki, sular Muradı gətirəcək və mən suların içindən oğlumu çəkib götürəcəm. Ayağımın altındakı torpağa elə baxırdım ki, sanki torpaq yarılacaq, yerin altından qabağımdaca oğlum çıxacaq, mənə yetəcəkdir.

Getdikcə yağış güclənirdi. İri yağış damlalarını külək fırlandıqca aram-aram üstümə çiləyirdi.Heç bilmirdim üzümdə olan əllərim aşağı dirsəyimdən tökülən yağış suyudur, yoxsa gözlərimin yaşı. Göyün üzündə nərilti ilə şimşək çartladı, ele bil harasa uzaq bir yerə ildırım düşdü. Bu an yol darvazasının tıqqıltı ilə döyülən səsi gəldi və bu tıqqıltı ilə qarışıq “ana, qapını aç” deyən Muradın səsini eşitdim. Balaca,toppuş əllərinə balaca daşları alıb, qapını tıqqıldadırdı .Yerimdən sıçrayıb,gəldim deyərək sürətlə yağan güclü yağışın altında yol qapısına getdim. Yol darvazasının balaca qapısının içəri üzdən bağlanmış dəmir siyirməsini açıb, yola çıxdım. Hardasan oğlum? deyərək darvazanın hər tərəfinə, bütün künc-bucağına yola baxaraq onu axtarırdım.Bu an yağışdan qorunmaq üçün başına polietilen torba keçirib mənə sarı gələn Qədiri gördüm. Nə axtarırsan? Əsəbi-əsəbi üzümə baxıb içəri keçməyimi gözü ilə işarə etdi. Bir həftə eyni ilə darvazanın dıqqıltısı və onun səsi qulağıma gəlirdi. Mən bunu Qədirə söylədim, o da, anasından nə isə məsləhətlər aldı. Bir gün yuxuda olarkən narahat şəkildə ayıldım. Bədənimdə torpaq qırıntılarının olduğunu görüb dəhşətə gəldim. Bu nədir? bu torpaq mənim bədənimə hardan tökülür? Yuxudan ayılandan sonra yata bilmədim, elə hey düşünürdüm. Səhər açılan kimi çarpayını sökdüm, ağları yudum. Onsuzda ağlar tərtəmiz idi. Gecə hamamdan çıxıb ütülü, təmiz köynəyimi geyinib yerimə keçdim. Yuxuya gedəndən sonra yenə bədənimə batışan torpaq qırıntılarından narahat olub ayıldım. Bu vəziyyət üç gün davam etdi. Qədirə dedikdə heç məni sanki eşitmir, dediklərimə əhəmiyyət vermirdi. Üzgün halda həyətdə oturub ağlayırdım. Eltim Məhəbbət yaxınlaşıb səbəbini soruşdu. Gecələr bədənimdəki torpaq məsələsini ona danışdım, o da mənə dedi ki, mənim söylədiklərimi heç kim bilməsin. Qaynanan Qədirə deyib ki, Muradın qəbrinin üstündən torpaq gətir, yuxuya gedəndən sonra köynəyinin içinə tök. Guya səni müalicə edirlər ki, Muradı unudasan. Gecə Qədir evə gələndə ona and verdim ki, birdə mənim bədənimə torpaq tökməsin. O isə bunu sənə kim xəbər verdi deyərək hay-həşir saldı. Guya bu müalicə üsulu mənim xəbərim olmadan bir həftə müddətində keçsə idi, mən Muradı unudacaqdım. Daha düşünmürlər ki, ana balanı unuda bilməz. Murad ölən 10-15 gün olardı. Qədir sürdüyü kamaz maşını ilə yük gətirmək üçün Bakıya getdi. Rəvanəni yanıma alıb çarpayıda uzandım, nə vaxt yuxuya getməyimi bilmədim. Yuxuda gördüm ki, Səlamət bacıma deyirəm ki, ay bacı mən Muraddan ötrü şişmişəm. Bir yol onun üzünü görsəm dərdim var demərəm. Mənə əlac et. O da kəndimizdəki molla ilə məsləhətləşdi. Molla da dedi ki, günah deyil, mən qəbri açıb göstərərəm amma, gərək səsi çıxmasın. Dedim ki, səsimi çıxarmaram, nəfəsimi belə çəkmərəm, təkcə onun üzünə baxım vəssalam. Razılaşıb qəbirsanlığa gəldik. Muradı şəhərdəki qışlaq qəbirsanlığında dəfn ediblər. Amma mən yuxumda kəndimizdəki qəbirsanlığa gəlirdim. Üçümüzdə, mən,bacım və molla kiçik bir qəbrin yanında dayandıq. Molla üzümə baxıb, dediyim kimi olacaqsa açım qəbri. Mən isə, açın,ağlamayacam səsimdə çıxmaz dedim. Molla qəbri sökdü. Ağappağ kəfənə bükülmüş Muradı qapqara torpağın üstə qoydu, kəfənin ayaq hissəsi və baş hissəsi bağlı idi. Mən ağappaq kəfənə baxıb düşündüm ki, torpağın altında heç nə yoxdu, hərşey bu ağ kimi tərtəmiz qalır. Molla kəfənin baş tərəfinin düynünü açdı, ağı kənara çəkib bax, bu da Murad dedi. Diqqətlə oğluma baxdım, Eyni ilə layla çalıb, yuxlatdığım kimi yuxlayırdı. Baxıb-baxıb:- asta səslə Murad, oğlum- dedim. Murad isə yavaş-yavaş gözlərinin qapağını araladı və kipriklər arasından görünən qara mərcan gözlərini böyük açıb üzümə baxdı . Toppuş qollarını yanlara açıb gərildi. Oğlum mənim-deyib, uşağı götürüb bağrıma basdım. Bir də gördüm k,i molla dala baxmadan sürətlə üzü aşağı qəbirsanlıqdan qaçıb görünməz oldu. Qollarım arasında uşaq tir-tir əsirdi. Nə edəcəyimi bir anlıq bilmədim. Bacım Səlamət dedi ki, sən burda dayan, mən qaça-qaça gedib, Əfqanın paltarlarından gətirim, geyindirək, sonra aparaq qollarım arasında titrəyən oğlumu bərk-bərk bağrıma basıb, öz evimizə sarı qaçdım. Tənginəfəs qapıdan keçib, çarpayının üsündəki yorğanı qaldırıb, Muradı çarpayıya qoydum. Yorğanı yanlarına yaxınlaşdırıb indi isinəcəksən mənim balam demişdim ki, pəncərənin şüşələri bərk bərk döyüldü. Qalxıb qapını açdım. Qədiri görüb, - Muradı qəbirdən çıxarıb gətirmişəm, dedim. Əvvəl gözlərini böyük açıb üzümə baxdı. Sonra isə rəngi avazıyıb, ağappaq ağardı. Mən isə hə, düz deyirəm, gətirmişəm evdədir demişdim ki, sol üzümə sağ əli ilə elə sillə vurdu ki, başı üstə fırlanıb yerə çırpıldım,gözlərimdən çırçıra töküldü. Heykəl kimi dayanmış Qədirin ayaqlarından tutub güc- bəla ilə ayağa qalxdım. Bütün müvazinətimi toplayıb dikəldim və cəsarətlə dedim:– niyə vurdun məni? Düz deyirəm o ölməyib bax, burdadı deyib ,çarpayının yanına qaçıb yorğanı qaldırdım.Orda heç kim yox idi.Əlim-qolum boşalıb yerə oturdum. Elə bil üstümə bir vedrə soyuq su tökdülər...

Tanrı məni yaradan gündən çox şeylər bəxş etdi, çox şey verdi,amma nə verdisə, tezliklə də vurub, əlimdən aldı. Mənə isə qalan acı xatirələr, acı göynərtilər oldu.



1987-ci il. İradə Gülfir qızı Rəvanə və oğlu Murad


HƏLƏ DƏ
Gözümdən yaş ələnir,

Oğul, bağışla məni!

Yaşıdların evlənir,

Böyüdəmmədim səni.

Necə uçub getmisən,

Dönüb cənnət quşuna.

Məni mağmun etmisən,

Baxarkən tay – tuşuna.


Gözümün qabağında,

Ürkək yerişin qalıb.

Körpəcə dodağında,

Kövrək gülüşün qalıb.

Hələ də süd qoxulu,

Ətirini duyuram,

Həm ayıq, həm yuxulu,

Laylanı oxuyuram.

Qucağımda, qolumda,

Oxşayıram hələ də.

Ətrin qalıb burnumda,

Qoxlayıram hələ də.

Hələ də qulağımda,

O körpə, şirin səsi.

Boynumda – boğazımda,

Toppuş əlin istisi.


İşıqlı dünyam idin,

İndi qaranlıqdayam.

Coşan arzumla getdin,

Suyu qurumuş çayam.

Sən ölü, mən də diri,

Bir məzara qoyulduq.

Sənin, arzumun yeri,

Balaca qəbr olduq.


Bilmərəm unutmağı,

Ürəyim dayanmasa.

Böyük olarmı axı,

Körpə, kiçik olmasa?


Səninlə bir gecədə,

Doğulanlar kişidir.

Çoxdan olub əsgərdə,

İndi də toy işidi.


27 il keçibdir,

Doğulduğundan belə.

Mənim balam körpədir,

Bir yaş yarımdır hələ.

Gülfir, qadir olmadın,

Oğulla öyünməyə.

Fələkdən kam almadın,

Nə fayda döyünməyə?

Ağlayıram hələ də,

Axtarıram hələ də,

Oxşayıram hələ də.
Həyətimizdə bünövrə də qoymuşduq. Oğlumuz üçün ev tikirdik. Oğlumun ölümündən bir neçə gün sonra yağış yağarkən həyətdə tək idim. Ustanın kəsib qoyduğu qurumuş kərpicləri yağış islatmasın deyə daşıyıb, quraqlığa yığdım. Sonuncu yüküm çox ağır idi. Bir tərəfimə qaranlıq çökdü. Əl-üzümü yudum, sol gözümü əlimlə tutdum, sağ gözüm heç nə görmürdü. Yatdım durdum, gözümü çox ovdum, gözlədim amma sağ gözüm görmədi. Həftənin şənbə bazar günləri olduğundan 1-ci günü həkimə getdik. Həkim də,torlu qişanın qopduğunu söylədi. Sonra Bakıda, Moskvada həkimləri gəzdik, dedilər ki, gözünü çox ovduğundan tamam qopub, qırışıb, yığılıb. Bundan sonra tək bir görən gözüm qaldı. Uzaqları görmürdüm, eynəkdən istifadə edirdim. Hələ bu harasıdır, qabaqda məni nələr gözləyir. Bir gün gilas ağacına çıxıb gilas dərmək istəyərkən, ordan daşların üstünə yıxıldım. Başım zərbə aldı heç özüm bilmədim. 3,4 saatdan sonra “ayılır” sözünü eşidib ayıldım. Gözümün qabağında qara nöqtələr uçuşurdu. Bakı göz institutunda gözümü lazer etdilər. Dedilər ki, aşağı çox əyilmək, ağır götürmək olmaz. Bütün bunlar qaynanamın xoşuna gəlmədi:-mənim oğlumun nə yaşı var ki, kora baxsın, bir qızla adam ata olar?... hər gün bu mövzuda sözlər eşidirdim və bir gündə təsadüfən bizə qonaq gələn atam qaynanamdan bu sözləri özü eşitdi. Gözlərinin içində dərin kədər ,qüssə dolu baxışlarını üzümə zilləyib qəmli səslə astadan dedi:-oğul, mən elə bilirəm sənin çörəyin daha bu evdən kəsilib. Götür qızını da gedək evimizə... atam mənə, oğul, dedi. Açığı ona çox yazığım gəldi. Ürəyimin başı göynədi. Dedim yox mən birdə sənin yanına dönmərəm, tək yaşayaram...

Beləliklə ailəmiz dağıldı, mən qızımı götürüb, o evdən çıxdım.



İradə Gülfir və qızı Rəvanə
Kirayədə də qalmışam. Bir gözümlə ipək istehsalat birliyində işləmişəm ki, uşağımı öz qazancımla böyüdüm. Sonra yavaş-yavaş evdə aldım. Qəlbimdəki yaratmaq eşqi məni tərk etmirdi. 29-30 yaşımda olsam da ali təhsil almaq istəyirdim. Daha atam bütün dediklərimə razı olurdu. Amma əvvəlcə tək gözümün etibarlı olmağını, həyat boyu mənə nur verəcəyinə əmin olmalıydım. O vaxtlar Moskva Fyodrov adına institutun reklamı mətbuatda çox yayımlanırdı. Ora getmək fikrini atamgilə dedimA atamda mal-qarasını satıb ,pul tədarük edib, məni bacımın yoldaşı ilə yola saldı. Görə-görə Fyodrov adına institutda əməliyyat stoluna çıxsam da evə qaranlığın içində qayıtdım. 1992-ci ildə Qarabağda qızğın müharibə gedirdi.Moskvada televiziyalarda yersiz olaraq Azərbaycan ittiham olunurdu. Elə əməliyyat olunduğum institutun foyesində də televizorun başına yığışanlar bu barədə danışardı. Cərrah həkim Pavel Lışınskınin apardığı 3-cü əməliyyatdan sonra milliyyətcə ləzgi olan bir həkim mənə yaxınlaşdı ki, sən həkimini tanıyırsan? Sənin həkimin Pavel Lışınıski 1-ci mərtəbədə olan erməni qadın həkim Culyettanın doğmaca oğludur.

Şəkimizdə yazıçı, jurnalist, şair olan Sabir Əfəndiyev öz yazılarında mənim haqqımda çox yazmışdı. Onun bir cümləsini xatırlatmaq istəyirəm: bir erməni həkim cib dəftərinə yazdı ki, mən bir türk qızının gözlərini kor etdim. Ancaq, o, kor olsa da ürəyinin gözü ilə görməyi bacardı...



Bəli təhsil almaq arzumda bu cür sonluqla bitdi.

Moskvadan qayıdıb Şəkidəki öz evimə gəldim. Qızım Rəvanə kənddə atamgildə idi. Onlara xəbər göndərdim ki, uşağı gətirsinlər. Uşaqla birlikdə hamı yığışıb gəlmişdi. Atam içəri keçib qabağımda dayandı, mən isə divanda oturmuşdum. Atamın üzünə baxsam da, onu görmürdüm,heç qabağımda dayandığını belə bilmirdim. Uşaqlıqdan belə tərbiyyə almışdıq ki, atam evə girərkən tez ayağa qalxardıq. Amən üzü atama sarı,oturduğum yerdə qalmışdım. Atam kədərli səslə, pıçıltıyla bir ah çəkərək dedi: məni görmürsən oğul? Bu səsi eşidib yerimdən sıçradım, atamın boynuna sarıldım, bir də hiss etdim ki saçıma,qollarıma,çiynimə atamın gözlərindən yaş ələnir. Tələsik dedim bu nədir,sən aglayırsan ata? Yox,ağlamıram oğul, narahat olma otur deyərək-məni divanda oturdub,özü çölə çıxdı. Bu günə qədər atamın gözündə yaş görməmişdim. Qardaşım Bülbül öləndə də, Yasəmən nənəm öləndə də,nəvəsi Murad öləndə də ağlamamışdı. Rəngi qaralıb,boğulmuş,beli bükülmüş sanki bir günün içində 20-30 yaş qocaldığı hiss olunurdu,üzündə ağır, üzücü kədər oynayırdı. Amma gözlərində yaş görməmişdim. Sonralar qonşumuzdakı Minayə xala danışdı ki, atan gözlərini silib eyvana çıxdı. İki əlini də çiyni üstə qaldırıb, əllərini düyünləyərək, hər iki əlini eyni vaxtda zərbə ilə qulaqlarının dibindən vurmuşdu. Sonra cibindən bir qutu siqaret çıxarıb, qutudakı siqaretləri axıracan çəkmiş və düşüb maşınını sürətlə sürüb getmişdir. 1992-ci ilin fevral ayının sonları idi. Atam Rəvanə ilə məni evlərinə qonaq gətirmişdi, kənddə olurduq. Bu vaxtlar Xocalı hadisəsi baş vermiş,kəndimizdəki məktəb binasının bir neçə otağı,müəllimlər evi və məscidin yanında olan,palıdın altındakı sinif otaqları qaçqınlara verildi.Atam həmin gün evə tez qayıtdı. Cəmi bir kisə evimizdə un var idi. Həmin unu götürüb maşına qoydu, anam soruşdu:- hara aparırsan unu? Atam isə- qaçqınlara-dedi.-bəs uşaqlara çörəyi hardan verəcəyik? – Bir şey taparıq,biz öz evimizdəyik,onlar evsiz-eşiksiz müsibətə düçar olan adamlardı, hamının borcudur,onlara dayaq durmaq. Bunları deyərək moskviç maşını ilə həyətdən çıxdı. Bir azdan yenə qayıdıb gələrək, tövləyə girdi. Əvvəllər 10-15 baş mal-qaramız var idi. Mən gözlərimdən ötrü Moskva şəhərinə gedərkən bir inək və onun balasını saxlayıb,qalanını satıb, pula çevirərək,bizə vermişdi. İndi inəyin o balası böyüyüb,öküz olmuşdu. Atam həmin öküzün də başına kəndir bağlayıb tövlədən çıxartdı,yenə anam:- öküzü də? Bəs uşaqlar? Atam heçnə deməyib öküzü apardı. Məktəbin həyətində kəsdirib qaçqınlar arasında böldü. Mən anama baxanda gördüm ki, o da əllərini göyə açıb Allaha yalvarır, ilahi,hamının dadına çat,heç kimin balasını ac qoyma. Insanları ev-eşiyindən didərgin salan, torpaqlarını,var dövlətini əlindən alan,amansız erməni cəlladlarının bəlasını ver! Doğrusu anamın bu dualarını eşidib sevindim, bildim ki, atamla mübahisələri olmayacaqdı. Qarabağ böyükdən kiçiyə ailəmizdə hamını öz dərdimiz kimi,dərdə salmışdı. Bir payız günü öz evimizdə qızımla oturarkən,yoldan gedən traktorun səsi gəldi. Rəvanə dal otağa,pəncərənin qabağına qaçaraq babamın traktoruna oxşayır deyib, çölə baxdı. Elə də vardı. Atam traktorla bir qoşqusu dolu qarpız, bostan,pomidor gətirmişdi. Onları boşaldıb çarpayının altına doldurdu. Ətrafımızdakı qonşulara da pay olaraq vedrə-vedrə pomidor və çoxlu qarpız,yemiş payladı. Həmin traktorla ayrı- ayrı vaxtlarda beləcə ərik, alma-armud, göy lobya, qarğıdalı və s. kimi bostan-tərəvəz,meyvə məhsulları gətirərdi. Bizimlə birlikdə qonşuların bayramı olardı.... Hər dəfə məni görəndə qaranlıqda olduğumu böyük dərd edən atam günü-gündən qocalır, sanki kiçilir, səsinin tonu da dəyişilib nazilir, mülayimləşir, və mənimlə çox mehriban-mehriban,qayğıkeşliklə danışırdı. 1995-ci ildən isə atam günü gündən arıqlayıb, özünü pis hiss edirdi. Heç vaxt həkimə getməyən atam həkimə getdi. Müayinə vaxtı həkim anamı kənara çəkib xərçəng xəstəliyi olduğunu bildirmişdir. Beləliklə, atam yorğan-döşəyə düşdü Bir gün gecə saat 3-də qapının zəngi çalındı. Yerimdən qalxıb,qorxa-qorxa qapıya yaxınlaşdım. Qapının o biri üzündə Sünbül bacımın əri, Qüdrətin səsi gəlirdi:- qorxma mənəm,aç qapını. Qapını açıb nə xəbər var dedim. -Atan göndərib ki, get İradəni yanıma gətir.

Qızım Rəvanəni yuxudan oyadıb kəndə getdik. Atam çarpayının ortasında oturmuşdu. Onu qucaqladım və bi ixtiyar dedim:-ay ata niyə belə arıqlamısan? Atam isə- əli ilə bilib heç nə oğul (maraqlıdır ki, son illərdə mənə oğul deyirdi) səni görmək istədim,şükür gördüm. Sonra üzünü Qüdrətə tutub- indi apar bunları evlərinə qoy,- dedi ,-ay ata, 1-2 saatdan səhər olacaq səhər açılsın sonra gedərik – yox indi gedin – deyərək təkidlə, ciddi şəkildə Qüdrətə göstəriş verdi. Qüdrət maşının qabaq oturacağında sürücünün yanında, Rəvanə ilə mən arxada oturduq. Şəhərə sarı gəldik.Yolda Qüdrət danışırdı ki, məni çağırıb cibindən pul çıxarıb verdi və dedi ki, get İradəni gətir. Mən pulu götürməyəndə acığı tutdu və əlavə olaraq dedi ki, maşını mənim pulumla tut,gətir,indi də bunları evlərinə qaytarır,heç baş açmıram bu kişidən... səhərə yaxın evimizə çatdıq. Çaşqın halda qalmışdım,heç nə başa düşmürdüm,atam niyə belə etdi. Qızım Rəvanə yenidən yerinə keçib yatdı. Mən isə atamı düşünə-düşünə,gözlərimi yaş boğa-boğa belə şeir yazdım.


Atam Gülməmməd Quliyev
Bir daş olardım

Gəl bir də soruşma mənim halımı,

Astaca yanıram mən öz içimdə.

Hiss edib duymazsan qeyrü-qalımı,

Sığmır ürəyimə dərd bu biçimdə.
Həyat sıxır məni məngənəsində,

Bir daha danışıb gülən deyiləm.

Amansız olmuşam, durub qəsdində,

Don vurub qaralmış, solmuş bir güləm.


Sənə mən vermişəm, sağalmaz dərdi,

Gözümün yaşını üzə bilmirəm.

Uğursuz taleyim sarsıtdı,əydi,

Günahkar özüməm,dözə bilmirəm.


Hanı dağ vüqarlı,şux addımların,

Bəxtsiz övlad səni,əritdi belə.

Niyə üzgün düşüb polad qolların,

Necə sığal çəkim bükülmüş belə?!


Qabarlı əlinlə,alın tərinlə,

Halal çörəyinlə böyütdün bizi.

Içində çəkirsən öz ürəyinlə,

Dilinə almırsan dərdlərimizi.


Yaxşı ki, gözlərim kor olub mənim,

Kədərli gözünə necə baxardım?!

Arıq bədənində gəzdikcə əlim,

Düşünürəm sənə övlad olmadım...


Dilimdə kəlmələr,gözümdə yaşdı,

Sənsiz səsim-ünüm de hara çata?!

Belə tez qocalma,hələ nə yaşdı?

Sənə qurban olum,ata,ay ata.


Çəkə bilmirəm mən Allah, bu dərdi,

Dərdləri çəkməyi bacarana ver.

Bükülüb qaməti, əyilib qəddi,

Sən məni yox elə,ona həyat ver.


Kaş mənim yerimdə daş yaranardı,

Bir dəfə ah çəkib qəmlənsəndə sən.

Bu daşın önündə ocaq yanardı,

Bəhrəsin görərdin gur şöləsindən.


2 saat sonra səhər saat 8-də həmin maşın və Qüdrət yenidən gəldi – İradə,özünü ələ al uşaq qorxmasın sakit ol durun yığışın gedək,atan rəhmətə gedib... elə bil məni göydən yerə çırpdılar... Bu 1996-cı il may ayının 7-si idi.



ATA

Başımızın tacidarı,şöhrətim, vüqarım ata,

Mənə əvəzsiz gərəksən,solub növbaharım ata.

Neçə vaxtdır gecə-gündüz ata deyə çox axtardıq,

Demə yetim cücə kimi,biz təkləndik,başsız qaldıq.
Mənə əvəzsiz gərəksən, solub növbaharım, ata,

Qəlbimizi deşir niskil,əbədi kədərim ata.

Dərd-ələmdən üzülmüşük,ağlayan gözlərim ata,

Hanı mənim cavan atam, apardımı əsən külək.


Bəlkə bir quş olub uçdu,sinən yansın,zalım fələk,

Dərd-ələmdən üzülmüşük,ağlayan gözlərim ata,

Balaların çox kövrəkdir,ovundurmaq olmur, ata,

Səkkiz balan yetim qalıb,alışıb-qovrulur, ata.


Zülüm çəkdin, meyvə əkdin,bar yetirdin dərənmədin,

Əlli qoqquz yaşa girdin,altmışına yetənmədin.

Səkkiz balan yetim qalıb,alışıb-qovrulur, ata,

Artıq sönüb ocağımız, əvvəlki tək yanmaz, ata.


Talan olubdur varımız,səndən böyük var, yox ata,

Ulduzların arasında ən möhtəşəm ulduz soldu.

Arzuların donub qaldı,həyat sənə qatil oldu,

Talan olubdur varımız,səndən böyük var, yox ata,


Beləliklə itirə-itirə yaşadığım bir həyatda atamı da itirdimS söykəndiyim bir dağ da dalımdan uçdu. Bütün ümüdlərimlə gözümü anama dikdim. Səhər-axşam telefonuma zəng edən,ürək dirək verən, hər qayğımı çəkən zəhmətkeş,cəfakeş, nur üzlü, təmiz qəlbli,mehriban anam yeganə təsəlli yerim,pənah yerim,güvənc yerim 60 yaşı tamam olanda dostlarımla birgə anamgilə gəldim. Aynabəndimizdə gözəl süfrə açdıq. Bütün bacılarım,qardaşlarım ailələri ilə, uşaqları ilə bura toplaşmışdı

Anam Firuzə Quliyeva



ANA
Diz çöküb, qoy öpüm ayaqlarından,

Ayağın dəyən yer cənnətdir ana.

Tək sənsən ürəkdən halıma yanan,

Özgənin köməyi minnətdir ana.


Üzündə Allahın nuru görünür,

Narahat qəlbinin oduna qurban.

Namuslu, qeyrətli, fədakar anam,

Təmiz vicdanına, adına qurban.


Nə yaman kədərli, məyus olmusan,

Elə bil çiynində dünya olub yük.

Bu ağrı- acını, bu kədəri at,

Vəfan da böyükdür, cəfan da böyük.


Demə qocalmışam, ürəyim əsir,

Ağrın mənə gəlsin, qocalma ana!

Yeganə təsəllim, son ümidimsən,

Əyilib azara, dərd alma ana!


Həmişə olmusan mətin, mübariz,

Düşünüb- daşınma qocalmaq üçün.

Gülfirin üstündə böyük kimi qal,

Diz çöküm önündə, ucalmaq üçün!




Mənim anam

Mənim anam, hər anlıqsan,

Eşqi dəniz,bir varlıqsan.

Müqəddəslər müqəddəsi,

Ən möhtəşəm ucalıqsan.
Adlı,şöhrətli anam,

Dərya cürətli anam.

Zəhmətin, cəfan çoxdur,

Kişi qeyrətli anam.


Anam,mənim öz anam,

Vardır sənə söz anam.

Götürdün yolumuzda,

Kipriyinlə köz anam.


Anam, mənim öz anam,

Dilim açıb, söz anam.

Sənsiz qala bilmərəm,

Sən bizə ol göz, anam.


Anam, sözü düz anam,

Dər güllərdən üz anam.

Dünya durduqca yaşa,

Yaşın olsun yüz anam.


Anam günəşdən təmiz,

Məhəbbəti bir dəniz.

Səninlə fəxr edirik,

Sənə tay olmarıq biz.


Anam saf ürək anam,

Xoş arzu,dilək anam.

Altmış yaşın mübarək,

Yüz yaş keçirək anam.


Анам йашасын
Анама цряйим инъя сюз дцзя,

Лайигдир ян эюзял тярифя, сюзя.

Она щяср едирям мян бу шеирими,

Анам да щяср едиб юмрцнц бизя.

Бир эцн эюрмямисян, билирик буну,

Шцкцрляр едяряк, ачдын голуну.

Танрымдан разыйам, демисян ана,
Зящмятдя эюрмцсян щяйат йолуну.
Нийя сачларына дцшцб беля дян?

Гоъалма, ай ана, истямирям мян.

Сяндян инъимяйиб щеч кяс дцнйада,

Кясиб сяня версин мяним юмрцмдян.


Эюзцм ахтараъаг, эетсям щайана,

Щеч кясин гайьысы чатанмаз она.

Гол-ганад ачмарыг сянсиз дцнйада,

Бизим ганадымыз сянсян, ай ана.

Щяр чичяк верянмяз сянин ятрини,
Торпаьа ахытдын алын тярини.

Габарлы ялиня мян гурбан олум,

Зящмятля бюйцтдцн кюрпялярини.
Эцняш кими йаныб алышдын, ана,

Аьыр язаблара гарышдын, ана.

Динълик билиб, истиращят эюрмядин,

Эеъя дя, эцндцз дя чалышдын ана.


Ювладларын ата, щям дя ки, ана,

Ата-аналарын анасы ана.

Щямишя эяряксян доьма обана,

Бу елин, обанын анасы ана.


Ганындан, ъанындан пай вердин бизя,
Минбир мяшяггятля эялдин цз-цзя.

Щязин сясля ширин лайлай демисян,

Лайландан гонубдур сюз дилимизя.
Эцняш нур чилясин, чичякляр ачсын,

Истярям дцнйада анам йашасын.

Цряйимдян эялян бир нечя кялмя,

Гой Эцлфир гызындан йадиэар галсын.


LAYLA OXUDU
Yenə hüzuruna gəlmişəm sənin,

Yerdəki izinə qurbanam ana!

Uzaqdan duymuşam o xoş ətrini,

Mən özüm özünə qurbanam ana!

Abırdı başında, var örpək anam,

Ay ağır taxtalı, nur-ipək anam.

İzin ver üzündən, bir öpək anam,

Üzünə - gözünə qurbanam ana!

Bağrına basırsan gülə-sevinə,

İsti nəfəsinlə qızındım yenə.

Sanki uşaqlığım qayıtdı mənə,

Oduna - közünə qurbanam ana!

Bilmir çay gətirsin, yeməyi çəksin,

Nəyi var istəyir, süfrəyə töksün.

Nə düşdü yadına ötəndə köksün?

O halal ruzuna qurbanam ana!


Ləzzəti başqadır, bu od-ocağın,

Nə qoymuşdun, yedi, sənin qoçağın.

Rahat, sevimli yer isti qucağın,

Əlinin duzuna qurbanam ana!

Bir gözü sevincli, biri qüssəli,

Saçımda, üzümdə qayğıkeş əli.

Gülfirə bir layla oxudu dili,

Mehriban səsinə qurbanam ana!

Laylana, sözünə qurbanam ana!

Anama şeirlər qoşa-qoşa qaranlıq həyatımı sıxıntılar içərsində yaşasam da, çox vaxt çəkdiyim əzabları, sıxıntıları ona bildirməzdim. Anamın yanında deyib-gülər,özümü şən aparar,çalıb oynayardım. Guya ki, görməməyimi,həyatın gözəlliklərini görməkdən məhrum olmağımı,işığa həsrət qalmağımı,öz balamın üzünü görməkdən ötrü yanıb töküldüyümü gizlədərdim. Guya ki, həyat belə də yaxşıdır. Anam sevinsə də,üzümə gülsə də,məndən xəlvət,gizli yerə çəkilib ağladığını da hiss edərdim. Anama onlarla şeir həsr etsəm də, həmişə yenə də ürəyimdə bir nisgil qalırdı,ona hələ də layiq olan söz tapa bilməmişəm. Nazilə nənəm rəhmətə gedəndə onun yasında anamın necə bayatılar oxuduğunu,yanıqlı-yanıqlı ağı dediyini eşitdim. Demə, dərd insanı söz dənizinə salarmış,fırtınalı dalğalı,aşıb-daşan söz ümmanına apararmış. Anamın gözü önündə mənim bədbəxtçiliyim,kor olmağım onun dərdlərinin ən ağır ağrılı yeri olmuşdusa, sonra bu yaranın yanına buna bənzər ikinci bir yara da anamın qəlbini göynədirdi. Bacım Pərvanənin də gözlərində torlu qişanın qopması nəticəsində,dünya işığına həsrət qalması bu iki eyni ağrılı gözünün önündə bala dağını görmək,zavallı anama necə ağır olduğunu,necə əzab verdiyini,ürəyində dağdan ağır dərd daşıdığını duymaq çətin deyildi.bəlkə də bu dərdlərin ağırlığından xəstəlik tapdı...
ANAMIN CAVABI
- Qulağımdan getmir anamın səsi,

-Necə işləməyim, bəs onda ölüm?

-Deşir ürəyimi belə cavabı,

-Necə işləməyim, bəs onda ölüm?


-Dedim daha bəsdir, işləmə ana,

Nə lazım de axı, ehiyacına.

Ah çəkib söylədi o, yana- yana,

-Necə işləməyim, bəs onda ölüm?

-Səkkiz uşağım var, on beşcə nəvəm,

Sağ olsunlar hələ, beşdir nəticəm.

Bir belə ailəyəm, çatan külfətəm,

-Necə işləməyim, bəs onda ölüm?

-Səni istəməyən, ölsün ay ana,

Yenə həzin layla mənə çalsana.

Otur, daha bəsdir, dincin alsana,

-Necə işləməyim, bəs onda ölüm?

-Övladların ata, həm də anadır,

Bəziləri nənə, oğlun babadır.

Səninsə gözündə körpə baladır,

-Necə işləməyim, bəs onda ölüm?

-Bu qoca çağında çox işləməyi,

İstəyir hamıya dəysin köməyi.

Hamının üstündə olsun əməyi,

-Necə işləməyim, bəs onda ölüm?

-Torpağa bağlanıb, işlə qızınıb,

Anam halal yeyib, halal qazanıb.

Dincəlmək istəməz, sakit uzanıb,

-Necə işləməyim, bəs onda ölüm?

-İşin çətinindən bərk-bərk yapışar,

Gecəli-gündüzlü elə çalışar.

Bu cür söyləyəndə, gözləri yaşar,

-Necə işləməyim, bəs onda ölüm?

-Bir yandan xəstəlik, nəfəsi gəlmir,

Ayağı dayanmır, əli dincəlmir.

Öyrənib, zəhmətsiz yaşaya bilmir,

-Necə işləməyim, bəs onda ölüm?

-Həkim də tapşırıb, bunu bilməli,

Torpağa dəyməsin ayağı, əli.

Ancaq belə deyir, anamın dili,

-Necə işləməyim, bəs onda ölüm?

-Bağla əllərini, qalmaz işindən,

Əziyyətsiz tikə keçməz dişindən.

Çətindi ayırmaq öz vərdişindən,

-Necə işləməyim, bəs onda ölüm?

-Hamının dərdini hər an çəkirsən,

Bu xəstə canınla bağa keçirsən.

Zülümlə, əzabla de, nə əkirsən?

-Necə işləməyim, bəs onda ölüm?


- Deyəsən qəlbinə dəymişəm ana,

Qeyrətin, hünərin sığmaz cahana.

Axı qəsd edirsən o şirin cana,

-Necə işləməyim, bəs onda ölüm?

-Böyük dahilərdən sən çox qanırsan,

Zəhmətsiz həyatı ölüm sanırsan.

Əriyib gözümdə şam tək yanırsan,

-Necə işləməyim, bəs onda ölüm?

-Gülfirin sözündən incimə ana,

İstəmirəm xətər toxunsun sana.

Məni də yandırdı o yana-yana,

-Necə işləməyim, bəs onda ölüm?



Yüklə 1.25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2020
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin