SİRLİ DÜnyam müəllifdən:əziz oxucum, əvvəlki kitablardan bir neçə şeiri təkmilləşdirib, bu kitaba əlavə etmişəm




Yüklə 1.25 Mb.
səhifə4/8
tarix23.02.2016
ölçüsü1.25 Mb.
1   2   3   4   5   6   7   8

Əslində belədir həyatın səsi.
Sevgi-məhəbbətdən doğub şeyriyyət,

Mən verdim dünyaya böyük məhəbbət.

Dünya özü boyda veribdi həsrət,

Həm məğlubiyyəti ,həm qələbəsi.

Gülfir, bax belədir həyatin səsi ,

Əslində belədir həyatın səsi.

2010-cu il

ŞƏKİ
Şəki dağlar qucağında,

Igidləri şən –məzəli

Bərəkət var ocağında,

Qız –gəlini el gözəli.
Bağlarında min gül açar,

Belə güldən harada var?

Qanadlanıb ruhum uçar,

Bulaqları zümzüməli.

Burda dağlar baş-başadır

Hər bir yanı tamaşadır.

Karvansaray cüt,qoşadır,

Bir-birinə çatır əli.

Gələn qonaq gülər səndə,

Möcüzələr görər səndə.

Var “Gələrsən-görərsən”də

Dağdan əsən sərin yeli .
Xan yaylağı ,Narın qala,

Soyuqbulaq, qalx Marxala.

Çıx dağlara bax cəlala,

Bilinməyir heç əzəli.
Sabit Rəhman, Axundov da .

Bağlı idi doğma yurda,

Rəşid bəyi kim unuda?

Pyesləri, həm qəzəli.
Fəxrimizdir Salmam Mümtaz,

Aşıq Cuma çalıbdı saz .

Ələfsərdən yeni avaz ,

Qara zurna zənguləli.
Kimlər gəlib, kimlər gedib,

Çox sənətkar. dahi yetib.

Torpağına səcdə edib,

Hacı dayı var gülməli.
Xan sarayı tac-taxtıdır,

Sənətkarlar paytaxtıdır.

Oğul arxa ,qız baxtıdır,

Halvasından şirin dili.
Şöhrəti var bu diyarın,

Düz ilqarlı dostu-yarı.

Şəfiqənin,Bəxtiyarın,

Dilbər yeri,doğma eli.
Mətbəxinin dadı-tamı,

Baməzədir burda hamı.

Kanal S” də var yayımı,



Uğurludur hər bir ili.
Şəkili tək hörmətimdən,

Tanınmışam söhbətimdən.

Ayrı düşsəm cənnətimdən,

Gülfir sənsiz olar dəli

2010-cu il
SU HEYKƏLİ
Bİr məkan var, adı qoxmuq körpüsü

Başa-başa, bir çay axıb, durulub.

Sularında su pərisi, sonası,

Qoşa-qoşa bir-birinə sarılıb.
İsti yayda buz kimi, saf havası,

Hər kəs istər, bu məkanda olası.

Seyr edirəm sulardakı həvəsi,

Daşa-daşa, nə usanıb, yorulub.
O sahildə dağlar xəyala dalıb,

Bu sahilə çoxlu insanlar gəlib.

Dağ küləyi sudan sərinlik alıb,

Coşa-coşa şənlik büsat qurulub.
Keçsə məndən, sular tapar dərdimi,

Ax içimə, qopar,qopar dərdmi!

Çırp daşlara, apar,apar dərdimi,

Aşa-aşa, burum-burum burulub.
Gözlərimdə qara duman tüstüdür,

Ürəyimdə su heykəli, püstüdür.

Sevdiyim yer bu körpünün üstüdür,

Yaşa-yaşa, Gülfir sənə vurulub!
2014 Şəki

SINDIRAR SƏNİ


Bu zəngin tonqallar çatır canımda,

Artıq bələdəm mən min bir işinə.

Qaraldı ürəyim, axan qanım da,

Şeytan əməlinə, bəd vərdişinə.
Mənim məhəbbətim yaz çiçəyiydi,

Ləçək-ləçək didib, sən oldun yonan.

Nə əcəb düşmüşəm yadına indi,

Sənə nifrətim var, buz kimi donan.
Hanı şəvə kimi qara saçlarım?

Sevgi dünyamızı qısa elədin.

Düşübdür şaxtaya, qara saçlarım,

Baharda üstünə qarı ələdin.
Kəsilib yolumuz, yarıda qaldıq,

Üzülüb ayrıldıq tez o sevgidən.

Pozub arzuları, ümidi qırdıq,

Çoxdan ötüşmüşük biz o sevgidən.
Ölmüsən gözümdə, dirilmək çətin,

Ağ, qara qarışıb, seçə bilməzsən.

Külü də qalmayıb bu məhəbbətin,

Qırılıb körpülər keçə bilməzsən,

Ömürdən saymıram o illərimi,

Sənlə birgə keçən, günləri ayı.

Nifrətə bürüyüb hər xatirəmi,

Axıtdım suların axarı boyu.
Dünya bəşərindir, tək sənin deyil,

Sənsiz də yollardan keçə bilərəm.

Həqiqət üzü var, tək şərin deyil,

Yeni eşq badəsi içə bilərəm.

Bu xəbis, yalançı nələr gözləyir,

Ahım oda dönüb, yandırar səni.

Gülfirə zəng edib, tapmazsan xeyir,

Sözüm şüşə kimi sındırar səni.
2014 Şəki


XATİRƏ KİMİ YAŞA

Oturduğum yerdəcə alıb tənhalığımı,

Xatirələr danışır, mən sakitcə susanda.

O anda unutdurur bumbuz yalqızlığımı,

Ürək alışıb-yanır,onu tükdən asanda.
Sirli qaranlıqlarda,nağılların içində,

Bir saralmış şəkildən boylanır uşaqlığım.

Əmanət kimi qalıb yaddaşın hücrəsində,

O qayğısız illərdə etdiyim şıltaqlığım.
Bir-bir vərəqləyirəm, yazılan kitab kimi,

Gözüm önündən keçir bəzən məktəb illəri.

Tez-tez xatırlayıram ilk dərs deyən müəllimi,

Hər baxışı,hər sözü,təbaşirli əlləri.
Xatirə qanadında gəncliyimə dönürəm,

Ətrafıma elə bil, nur damlası səpilir.

Titrəyən ürəyimin səsini eşidirəm,

Bir sevgi xəzan olub,yarpaq-yarpaq tökülür.
Bu yollarda çəkmişəm, çox cəfa çox əzablar,

Bir vaxt sevib–sevildim,bir vaxt aldandım yaman.

Həsrət ümid duyduğum cavabsız ehtiraflar,

Kaş bu günki kimi də,düşünəydim o zaman.
Xatirələr danışır mənə məndən gör nələr,

Daşa dönüb bərkiyən, ürəyim dönür muma.

Yenə pənah gətirib qanadlı xatirələr,

Damlası gözdən axan,ürəyim dönüb şama.
Əl-qolunu bağlayan,düyünləri açanda,

Gülfir, bir də görərsən,ömrün yetişib başa.

Xatirə qanadinda bir quş olub, uçanda,

Dünyanın yaddaşında xatirə kimi yaşa.

2014 Şəki

BU SEVGİDƏN YAZAM GƏRƏK
Gəzməyə dağ, ormanım var,

Qəlbimdə bir gümanım var,

Məndən şeir umanım var.

Çiçək açsın arzu-dilək,

Bu sevgidən yazam gərək.
Əlini ver, gəl əlimə,

Bir bəxt gətir taleyimə,

Sonda dönmə gileyimə.

Qoy olmasin yalan,kələk,

Bu sevgidən yazam gərək.
Kədərimi üzdən atan,

Əhvalima sevinc qatan,

Yarı yolda gəlib çatan.

Nağıl olub dəli külək,

Bu sevgidən yazam gərək.
Könlüm, meylim gülümdədir,

Gələn ayda,ilimdədi,

Adı düsüb dilimdədi.

Məhəbbətdən çələng hörək,

Bu sevgidən yazam gərək.

Ürəyimi alana bax,

Boş ürəyə dolana bax,

Məni eşqə salana bax.

Sən bizə çən baxma fələk,

Bu sevgidən yazam gərək.
Şimşək olub,çaxıb eşqi,

Nə yaşıma baxıb eşqi,

Ürəyimə axıb eşqi.

Gülfir deyir, sevdi ürək,

Bu sevgidən yazam gərək.
2014 Şəki

ZÜLMƏTƏ QƏNİM
Zülməti kəsib-tökən,

Sözlər iti qılıncım.

Hərdən üşütsə məni,

Sözlər isti yapıncım.
Zülmətdə yol gedirəm,

Sözün işığı ilə.

Sözümlə əritmişəm,

Zülməti gilə-gilə.
Qaranlıqda sirdaşım,

Yaxın vəfadarım söz.

Tənha, qubar könlümə,

Sevgim,eşqim,yarım söz.
Gülfir,de reallığı,

Bilsin, elim Vətənim

Özüm zülmət yaşadım,

Sözüm zülmətə qənim.

2014 Şəki

BİLƏN VARMI
Çırpıp yağışları, külək fırlanır,

Yenə üzür dünya kədər gölündə.

Çölüm də,içim də od tutub yanır,

Gözə görunməyən alov dilində.
Əzilən güllərin zərif qoxusu,

Süzülüb qarışır torpaq ətrinə.

Mənimtək dünyanın qaçıb yuxusu,

Küləkmi fələkmi dəyib xətrinə?
Yaxışdan, küləkdən, buluddan üstə,

Sevgim, məhəbbətim, and-aman yerim.

Yığıb əllərimə ulduzdan dəstə,

Görüşə gəlmişəm,var güman yerim.
Sakitdir göylərin yeddinci qatı,

Bəyaz, mavi gözlü dünyam ordadır.

Yerdə zülmət basıb bütün həyatı,

Bilən varmı Gülfir, indi hardadir?

2014 Şəki
SƏHƏR
Yenə xəyallar məni,

Dartır ora, gah bura.

Gah şaxtalı bir qışa,

Gah da gülən bahara.


Dünyadan uzaqdayam,

Dünya ha tərəfdədir?

Yeddi yanımda belə,

Dəyişilən bəs nədir?


Yel qanadlı atımla,

Keçdim dumandan, çəndən.

Hamı yatıb yuxlayır,

Yuxu yasaqdı məndən.


Hamı gəlir dünyaya,

Hamı köçür dünyadan.

Olanda,olmayanda,

Gəlib keçir röyamdan.


Eh... xəyallar,xəyallar,

Dartır ora,gah bura.

Işığa yol gedirəm,

Zülməti yara-yara.


Dünya gözəldir başdan,

Xoşdur zövqi-səfası.

Insan qoruya gərək,

Çoxunun yox vəfası.


Narın yaz yağışları,

Göydən yerə ələnə.

Hər çiçək ləçəyindən,

Sırğa sallana yenə.


Bu torpaqdan yaranıb,

Bu cismim, bu bədənim.

Göydəndir əqlim,zəkam,

Fikrim düşüncəm mənim.


Yer anamdır,göy atam,

Bunlardan qüvvət aldım.

Yerdə addım atıram,

Göylə həmsöhbət oldum.


Qövsi-quzeh boyunca,

Gündüz günə ucaldım.

Gül-çiçəyin köksünə,

Gecə şeh olub doldum.


Harda ayaq saxladım,

Ora ürəyimcədir.

Hardan düz ötüb keçdim,

Köhnə yaram göynədi.


Qaranlığı mey kimi,

Badə-badə içirəm.

Ay-ulduzun içindən,

Sükut ilə keçirəm.


Gülfir səssiz keçir ki,

Oyanmasın qoy şəhər.

Nə bilsin ki, gün doğub,

Çoxdan açılıb səhər.



13. aprel 2014


DƏFN
Axdın ulduz kimi qəlbimdən mənim

Çaxdın şimşək kimi,söndü günəşim,

Qaraldı göylərim,gündüzüm,ərşim.

Keçib sümüyümdən,iliyiməcən,

Eşqin sazağında göynəmişəm mən.
Dedim zəng edəsən,zəngin gəlmədi,

Verdiyin söz deyil, quru kəlmədir,

Nabələd eşqimiz düz yol bilmədi.

Gedib şirinliyi, dadı zəhərdən,

Adını saqqıztək çeynəmişəm mən.
Könlümün bağında bitib, gül açdın,

Sonra da o bağdan quş kimi uçdun,

Hansı könül üçün tələsik qaçdın?

And içib, “söz” dedin, sözündən dönən,

Artıq son vidanı söyləmişəm mən.
Qəlbim çox incədir, zərif çiçəkdən,

Biraz dəymədüşər, ərköyünəm mən,

Zəhmətim böyükdür, çəkənmədin sən.

Havalı-havalı dolanma gendən,

Ayrılq səndəndir, neylemişəm mən?
Oxşadın kamandan qırılmış simə,

Gülfir deyir: vallah, bənd idin himə,

Əlvida yazıldı sevgi şeirimə.

Zimistan könlümün eşqi qəbrdən,

Dəfnini içimdə eyləmişəm mən.
2014 Şəki

YAŞIL YARPAQ

Ovçu bir ceyranı nişan almışdı,

Ceyran bu güllədən yayına bildi.

Girib ağaclığa sakit qalmışdı,

Sıx yaşıl yarpaqlar onu gizlədi.

Ovçu pusqusunda xeyli dayandı,

“Yəqin, qaçıb daha, gedim” -deyirdi,

Dönüb ətrafına bir də boylandı,

Bu an yarpaqları ceyran yeyirdi.

Tərpənən yarpağı görəndə ovçu,

Tez atəş açaraq, vurdu ceyranı.

Lap- yaxşı elədi, yerində ovçu,-

Ceyran hirslə deyib, süzdü dörd yanı.
Yamanca çırpıldı nəhlət daşına,

İştahası döndü acı zəhərə.

Yazığın çıxıbdı qarnı başına,

Yarpaqlar ağzından töküldü yerə.


Yaşıl yarpaq üstə axırdı qanı,

Belə tamamladı sözün sonunu:

-Nəfsin ucbatından verirəm canı,

Qınaya bilmərəm burda ovçunu.

Tamah salmasaydım yaşıl yarpağa,

Ovçunun gülləsi tutmazdı məni...-

Ceyran ah çəkərək, aşdı torpağa,

Əbədi yummuşdu o gözlərini.


Gülfir, bax bu ceyran,yaxşılıq bilən,

Olsa, düşməz idi qanlı torpağa.

Gərək ki, güllədən onu gizlədən,

Minnətdar olardı yaşıl yarpağa.

2010-cu il

KÖNÜL MƏLƏYİ

Yazılıb özümdən qabaq taleyim,

Xoşbəxtliyə qənim, xoş günə qənim,

Üzümə gülmədi ilk gündən mənim.

Tərsinə bələnib körpə bələyi,

Sən mənə deyirsən, könül mələyi.


Nə mələk,yox belə nişanə könlüm,

Gedib şux gözəllik,viranə könlüm,

Vermişəm haqq-hesab divanə könlüm.

Küləklər ağzında bir quş lələyi,

Sən mənə deyirsən, könül mələyi.
Şeytan, iblis oynar dörd bir yanımda,

Kədər-qəm qarışıb, axır qanımda,

Acı həsrət gözdə,ağrı canımda.

Düz sözüm başıma açır kələyi,

Sən mənə deyirsən, könül mələyi.
Əkdiyim zəmidən dərd-kədər biçim,

Susuyub qalanda, qəm-qüssə içim,

Bir qarış yol qalıb,məzara köçüm.

Qınama bəxtimi yazan fələyi,

Sən mənə deyirsən, könül mələyi.

Zülmət əsiridir, dərd qucağıdır,

Ömrümün,yaşımın gör nə çağıdır,

Köksümün altında qəm ocağıdır.

Gülfirin ələnib çoxdan ələyi,

Sən mənə deyirsən, könül mələyi.

2014 Şəki
ÖMÜR YOLU

Yolçuyam, getdiyim yola nabələd,

Əzab-iztirabı, daşlığı,kolu.

Bir dəfə keçirsən nə yaxşı,nə bəd,

Düşüb axarına, gedirəm yolu.
Yalan təntənəsi ruhuma yaddır,

Doğruya yol aldım kipriyimdə nəm.

Bu da bir taledir, bu da həyatdır,

Acı rüzgar əsib, keçər üstümdən.


Dünyanın, zamanın içindən keçir,

Dünya, zaman qalır, yol gedən, gedir.

Yaz-yayı payızı,qışından keçir,

Yanan şam kimidir, sönəndə bitir.


Yola düşən izim, öz naxışım var,

Zülmətə nur salan,sözüm möcüzə.

Gözsüz baxa bilən,öz baxışım var,

Bu yolda ruhumla gəldim göz-gözə.


Bu həyat yoludur, sonunda ölüm,

Gülfir,əlin çatmaz söz dolu meyə.

Fələk bölsə məni,üzülər əlim,

Cismim torpaq altda,ruhum da göyə.

2014 Şəki

SONUNA QƏDƏR


Hardan gəldi belə bu dəli sevgi?

Içimə bir həvəs,duyğu ötürüb.

Bu nədir, ürəyim onunla gedir,

Əl atıb,könlümü haçan götürüb?


Mələk qanadında göylərdən enib,

Yoxsa yerin altdan,üstündən çıxıb?

Sevgiylə danışıb,sevgiylə dinib,

Özümdən xəbərsiz ruhuma axıb.


Bu sevgi yamanca qaldırıb məni,

Göylərin yeddinci bəyaz qatına.

Sehrli aləmə saldırıb məni,

Nəğmələr qoşuram onun adına.


Ey Gülfir,deyir ki,bir dəli şeytan,

Sevəsən beləcə ölənə qədər.

Tutub əllərindən, yapışıb ondan,

Gedəsən dünyanın sonuna qədər.


2014-cü il

SEVGİLİM MƏNİM
Sevgi dolu ürəyim,

Heç solmayan çiçəyim.

Ehtiyyacım,gərəyim

Canım,sevgilim mənim.


Payızımda baharım,

Açılan qanadlarım.

Ən şirin arzularım,

Canım,sevgilim mənim.


Facebookdan həmsöhbətik,

Ən ülvi məhəbbətik.

Ölənəcən sevərik,

Canım,sevgilim mənim.


Gülfir səni sevdi yar,

Yetirdi mənə yollar,

Gül açdı çox arzular,

Canım,sevgilim mənim.

2014-cü il
ÖZ YOLU

Dostum Şakir Xanhüseyinliyə


Fikirlər dolaşır gözün yerində,

Ot-ələf göyərməz közün yerində.

Qısaca şeirində böyük məntiq var,

Sözdən söz deyirsən sözün yerində.


Hər sözün gün kimi saçır üzə nur,

Ağıl-kamal yiyəsi hörmət qazanır.

Istədim ki, məndə qısaca yazım,

Söz-sözün söykənci olub uzanır.


Yonula-yonula parlayır almaz,

Kənardan daş atsan,dərya bulanmaz.

Hərənin öz yolu, öz dəsti-xətti,

Gülfir Gülfir olub, Şakir olanmaz.



2014-cü il
Vardı Deyin

Ey insanlar,bu dünyada ,

Bir Gülfir də vardı deyin.

Ömrünün şux,cavan çağı,

Qara,zülmət sardı deyin.
Kədərini üzdən oxu,

Ərşə qalxıb gecə yuxu.

Talan olub varı-yoxu,

Qəlbini qəm yardı deyin.

Biz nökərik,dünya ağa,

Boylanırıq sola,sağa.

Qara saçı dönüb ağa,

Başındakı qardı deyin.


İstəyinə çata bilmir,

Haqqı şərə sata bilmir.

Gecə-gündüz yata bilmir,

Dünya ona dardı deyin.


Yaman batıb dərdə-qəmə,

Bəzən dəyir sarı simə.

Düşüb sirli bir aləmə,

Şeri nübar,bardı deyin.


Söylədiyi sözlər dolğun,

Segah kimi ağlar dalğın.

Vətənini sevər çılğın,

Namus,qeyrət,ardı deyin.


O,hərşeyi istər göyçək,

Qəlbi zərif,incə çiçək.

Dilində söz olub gerçək,

Düz ilqarlı yardı deyin,

Bir Gülfirdə vardı deyin.
1999-cü il
Gülay(bacımın nəvəsinə)
Pənəcərədən baxır ay,

Şirincə yatır Gülay.

Doğulduğu günündən,

Keçib cəmi beşcə ay.

Ay üzünə nur salır,

Mışıl-mışıl yuxlayır.

Nə bildiki ,batdı Ay,

Gözün açıb ,ağlayır.

Ağlama ay şipşirin,

Rahatdır sənin yerin.

Ağlayıb, sanki deyir,

Məni qucağa verin.

Yamanca tərsdi Gülay,

Ağlayıb əsdi Gülay.

Ananın qucağında,

Səsini kəsdi Gülay.


2015-ci il
Günəş güləndə
Günəş dağın başından

Ülkək-ülkək boylanır.

Bu dünyaya təptəzə

Nur,hərarət paylanır.


Yer ayılıb yuxudan

Güldü torpaqlı-daşlı.

Günəşi gözləyirdi,

Çiçəklər gözü yaşlı.


Günəş öpdü onları

Sildi göz yaşlarını.

Dağlar qalxdı yuxudan,

Çataraq qaşlarını.


Güldü güllərin gözü,

Qalmadı bir damla şeh.

Çəmənlri,düzləri

Tumarladı xəfif meh.

Günəşin nur üzundən

Xoş təbəssüm ələndi.

Sevindi bütün aləm,

Gözəlliyə bələndi.


Qarışıb gül ətrinə,

Gülfir sözlərə axdı.

Günəş göydə güləndə,

Gözəllik üzə çıxdı.


2014-cü il
SEVİB-SEVİLƏN

Bu sevgi-məhəbbət ömürlük olsun,

Həmişə olasız sevib-sevilən.

Gələn günləriniz nura boyansın,

Həmişə olasız sevib-sevilən.
Sözünüz heç zaman çarpaz gəlməsin,

Sevən ürəyiniz ağrı bilməsin.

Sevinc hissinizi kədər bölməsin,

Həmişə olasız sevib-sevilən.


Əkib, becərin ki, açsın gülünüz,

Şirin sözlər ilə dinsin diliniz.

Qurub-yaratmağa qalxsın əliniz,

Həmişə olasız sevib-sevilən.


Dupduru şəlalə axıb, gurlasın,

Günəş göydən baxıb, yeri nurlasın.

Tale ulduzunuz qoşa parlasın,

Həmişə olasız sevib-sevilən.


Işıqlı yollara gedin cığırla,

Bütün sınaqlardan keçin uğurla.

Ömrün o başına yetin ağılla,

Həmişə olasız sevib-sevilən.


Qəlbiniz, ruhunuz sevgiylə dolsun,

Qoşa qanad kimi göyə ucalsın,

Mübarəkdir bu toy xoşbəxtlik olsun,

Həmişə olasız sevib-sevilən.


Gülfir deyir canım, bir deyib-gülün,

Biri-birinizin qədrini bilin.

Ay igid bəyimiz, nur üzlü gəlin,

Həmişə olasız sevib-sevilən.


2011-ci il
SİRR VAR

Parlayan ulduzdur söz adamları.

Təkrar yada salır tarix onları.

Hərənin öz yeri öz izi vardır,

Su kimi çağlayan kəhrizi vardır.
Bir gün fələk vurub dünyadan aldı,

Yaratdıqlarısa dünyada qaldı.

Dünyanı tərk edib, getsədə onlar,

Sözləri ləl kimi, qiymətli qalar.


Yaşayır Nizami xəmsəsi ilə,

Ötür nəsillərdən gələn nəsilə.

Sanki fizuli var, birik onunla,

Hər kəs xatırlayır Leyli Məcnunla.


Tolostoy əbədi yerini alıb,

Sülh-hərb deyiləndə gözdə ucalıb.

Saysan neçə-neçə bu dahiləri,

Yaşayır dünyada, var öz yerləri.


Onalr yaşayırlar əlində qələm,

Sözdür bü dünyada sirli bir aləm.

Gülfir, burda sirr var, gizli bir məslək,

Gülün butasının açılmasıtək.

2015-ci il

II Bölmə

İ.Gülfirin həyat yolu
İradə Gülfir. Mən Quliyeva İradə Gülməmməd qızı 1958-ci ildə dekabr ayının 25-də Şəki rayonunun Bideyiz kəndində anadan olmuşam.Doğulduğum kənd dağlar qoynunda füsunkar gözəlliyə malik, mənim üçün ziyəratgah bir yerdir.
İradə Gülfir 1978
ZİYARƏTGAH

Xatirəyə dönən ilk görüş yeri,

Müqəddəs məkandır, ziyarətgahdır.

Burda məscid, məktəb, hər bina, hər ev,

Müqəddəs məkandır, ziyarətgahdır.
Qabarlı əllərin əlləşdiyi yer,

Gecəylə gündüzün birləşdiyi yer.

Sönmüş ocaqların külləşdiyi yer,

Müqəddəs məkandır, ziyarətgahdır.


Günəş doğulan yer, atəşi parlaq,

Açılan hər çiçək, göyərən yarpaq,

Şəhidlər uyuyan anamız torpaq,

Müqəddəs məkandır, ziyarətgahdır.


Qarşı yatan dağın, suyu, havası,

Cığırı, dərəsi, yolu, çalası,

Zirvənin başında qartal yuvası,

Müqəddəs məkandır, ziyarətgahdır.


Dədə palıd özü, bilinmir yaşı,

Lalə donlu düzlər, bulağın başı,

Məzarlar üstündə hər qəbir daşı,

Müqəddəs məkandır, ziyarətgahdır.


Ətəyindən noğul dağıldığı yer,

Ata, ana deyib, çağırdığı yer,

Ay ellər, Gülfirin doğulduğu yer,

Müqəddəs məkandır, ziyarətgahdır!

ailənin ilkin övladı idim.

Atamın adı Gülməmməd,anamın adı isə Firuzə idi. Hər ikisi kolxozda çalışırdılar.Atam mexanizator, anam isə tütünçü idi. Özümü dərk edəndən atamı,anamı,nənələrimi və məndən sonraki doğulan bacı qardaşlarımı zəhmətkeş görmüşəm.Babalarım 2-ci dünya müharibəsi illərində vəfat edib. Ata nənəm, Yasəmən nənəm bizimlə olurdu. Ana nənəm,Nazilə nənəm isə qonşuluqda dayımgillə yaşayırdı. Gözümü dünyaya açandan çalışmaq,zəhmət görmüşəm.Kiçik yaşlarımda anamla birgə meyvə-tərəvəz bağımızda və tütün tarlasında işləyərdim,gecə yarısına qədər tütün sarayında tütün düzərdim.Kəndimiz 3 tərəfdən sıra dağlar bir tərəfi isə çaylaq idi.Təbiət heç bir gözəlliyini buradan əsirgəməmişdir.

O qədər də böyük olmayan kəndimizdə hamı bir-birini çox gözəl tanıyır, xasiyyətlərinə bələd olub, hətta hər kəsin evində hər gün nə baş verərdisə məlumatlı olardılar. Kəndimizin yaranma tarixi haqqında bir poemada yazmışam.Onu bura əlavə etmək istərdim.

1977 Iradə Gülfir

Bir gün, 4 yaşım olarkən, anam məni özü ilə dağa aparmışdı ki, yanında həyan olsun,dağda tək olmasın. Uca dağın dar cığırı ilə anamın əlindən yapışıb qalxırdım, hərdən ayaqlarım altında daş qaya parçası qalanda, büdrəyib yıxılardım. Anam əlimdən yapışıb məni özünə çəkər, dizlərimin yaralanıb-yaralanmadığına baxaraq, qayğıkeş gözlərini üzümə dikib üzümdən öpərdi.Beləliklə sıldırım dağın başına çatmağa az qalmış bir quyun yanında dayandıq:-daha çatmışıq-deyərək anam belindən meyzarı açaraq, quyunun ağzındakı yastı yerdə, yenicə göyərmiş xırdaca otların üzərinə sərdi və məni orada oturmağıma işarə etdi. Özü isə gətirdiyi dəhrəni və kisəni götürüb quyun dar boğazından içəri keçdi.Mən də anamın dalıyca girdim və baxıb gördüm ki, quyun içərisi genişdir,anam dəhrənin ucu ilə quyun divarından sapsarı torpaq qazıyıb kisəyə yığırdı. Biraz işləyib tərini sildi və məni çölə çıxardıb meyzarın üstündə oturtdu ki, içəridə toz var. Yenidən içəri keçdi.Çox yaxşı yadımdadır.Baharın ilk ayı olardı.Ağaclar yenicə yaşıllaşmışdı. Xırda-xırda yarpaqlar parıltısı və kövrəkliyi ilə nəzəri cəlb edərək insanda xoş təəssürat yaradırdı. Birdən başımı qaldırıb ətrafa baxdım sonra da uzaqlara...

Uzaqlara baxdıqca bərk qorxdum.Mənə elə gəldi ki, uzaqdan bütünlüklə ovucun içindəki kimi görünən o kəndimizə dönə bilməyəcəyik.Heyrətlə biraz tamaşa etdim.Evlər və ağaclar kiçik həm də sıx görünürdü.Çox təlaşla həyəcanla qışqırıb,”hanı bizim evimiz?” deyə-deyə ağlamağa başladım. Anam quyun içindən tələsik çıxdı.Təlaşla dörd tərəfə boylanıb və məndən ağlamağımın səbəbini soruşdu. Mən isə heçnə deyə bilmirdim.Əlimi gorünən uzaqlara,kəndimizə sarı uzadıb qışqıra-qışqıra ağlayırdım.Anam çox çalışdısada,məni sakitləşdirə bilmədi. Naəlac qalıb gətirdiyi boş kisələri və yarı olmuş torpaq kisəsini götürüb, mənim də əlimdən tutaraq aşağı endirdi. Məndə ağlamağıma ara vermədən vahiməli sandığım dağın hündür ağacları ilə əhatə olunmuş dar cığırı ilə necə düşdüyümü belə bilmirdim. Dağın ətəyindəki yamaclığa çatdıq, gözümü açanda qarşımdakı taxıl zəmisini al lalələr içində görüb sakitləşdim. Çevrilib arxaya baxdım, gözlərim yenidən doldu. Anam qabağı göstərdi,sanki indi dünya mənim idi. O vaxtlar kənd evləri,hətta evlərin döşəmələri, çardağı, divarları torpaqdan olardı. Dağdan torpaq gətirib şirə çəkərdilər. Anam da 3 kisə torpaq qazıb kisəyə dolduraraq, ağznı bağlayıb, quyun yanında qoyacaqdı. Sonra isə atam işdən qayıdanda, axşamüstü atla ora gələrək ağaclardan şəl kəsib düzəldər, torpaq dolu kisələri onun üzərinə bağlayıb, aşağı düşürməli və idarə etdiyi traktorunun yük yerinə yığıb, evə gətirməli idi. Mən bu planları pozmuşdum. Səhərisi gün məni nənəmin yanında qoyub, qonşudakı qadınla birgə o yerə yollanmışdı anam.Axşamüstü isə atam torpaq kisələrini qonşumuzgilə və bizə gətirmişdi.

Çox yaxşı xatirimdədir,o şirə üçün olan dağ torpağından götürüb, bir qaba tökər və üzərinə su əlavə edərdilər. Səhərisi gün isə, palçıq qatıb, barı-bacanı,döşəmə və çardağı şirələyərdilər. Bu şirənin xususi xoşa gələn qoxusu var idi. Hərdən bu qoxu üçün burnumun ucu göynəyir.

Bir-iki yaş böyüdüm. Yaşıdlarımla taxıl zəmisindən keçib, yamaca, ordan da dağlara qalxardıq və daha dağlardan qorxmazdım, əksinə hərdən-hərdən dağlara qalxmaq üçün darıxardım.

DOĞMA KƏNDİM
Doğma ocaq,doğma kəndim,

Ilk kəlməmi burda dindim.

Bulaq suyu,dağ havası,

Saflığından şairə döndüm.


Hər daşında,bağlarında ,

Sirr-sehrli dağlarında,

Bir uşaqlıq dünyam yaşar,

Ötüb keçən çağlarında.


Ayrı daddı ilk nübarı,

Bağlarının şirin barı.

Cismim olsa səndən uzaq,

Ruhum uçar sənə sarı.


Axar çayam,mənbəyimsən,

Bir cocuğam, bələyimsən.

Sinən üstə pərvazlandım,

Havam,suyum,gərəyimsən.


Ilk məskənim, doğma kəndim,

Şirin sözüm,balım,qəndim.

Yuvam bilib ağuşuna,

Qanad açıb, quştək endim.


Bağlarında bitən güləm,

Gül üstündə şux bülbüləm.

Öz elimdə,öz obamda,

Şən nəğməli bir könüləm.


Məhəbbətin rəmzi kimi,

Şirin duyğu dənzi kimi.

Çiçəyinəm əlvan açan,

Gözəlliyin bənzi kimi.


Mənim anam,doğma obam,

Ey uyuyan, atam,babam!

Bil ki,hər an səcdəndəyəm,

Gur alovla yansın sobam!


Gülfirin də varı sözdü,

Düz ilqarı,yarı sözdü.

Kökü səndə budaq atan,

Bir ağacam, barı sözdü.


Anamın şirə torpağı qazdığı dağa el arasında Aşağı dağ deyərdilər. Kəndin aşağısında olduğu üçün yəqin ki, belə adlanır. Torpaq qazdığı cığırın adına isə kaftar cığırı deyilir. Onun sağ tərəfindəki cığıra isə Qulun cığırı və yaxud Qulun dərəsi deyərdilər. Nənəm danışardı ki, bura ulu babamızın adı ilə bağlıdır. Bu dağlardakı hər bir cığırın,dağların hər bir hissəsinin el arasında adı var. Məsələn: Güllü dərə,Qıjalı dərə,Yel baba,Baş calğalıq,Burun qabağı,Yuxarı dağ və s.

Bunları böyükdən kiçiyə hamı bilərdi. Dağların ətəyindəki sahələrdə isə taxıl,tütün əkilərdi. O vaxt kəndin bütün insanları,böyükdən-kiçiyə demək olar ki, kolxozda işləyərdilər. Əkin sahələri belə adlanırdı: Tərsəxan, Lam,Tək calğanın altı, Şolkanın yanı, Qozluq, Almalıq, Soğanlıq, Alyantiri, Parnik qoruğu və s. Bunlar kəndin içində olan əkin sahələri idi. Kənddən aralıda yerləşən əkin sahələrimizin adları da yadımdadır: Gəncir,Seyrəngah, Canxara və s. bu sahələrdə mənim ayağım dəyməyən daş,bir qarış torpaqda belə deyərdim ki, qalmazdı. Indi bu sahələr əhali arasında bölünüb...

Atam 19 yaşında evlənmişdir. Anamla eyni sinifdə oxumuşdular. O vaxt kəndimizdə məktəb 7 illik olduğundan,hər ikisinin 7 illik təhsili var idi. Bir-birlərini məktəb illərində görüb bəyənmişdilər. Onların toyları 1957-ci ildə olmuşdur. Mən anadan olandan 11 gün sonra atam əsgər getmişdi. Nənəm danışardı ki, kəndimizdə belə adət var ki, böyüklərin yanında ata uşağnı qucağa götürməzdi. Amma atan əsgərə gedən gün sən olan evə qalxdı. Beşikdə yuxlayırdın. Beşiyin üstünə sərilmiş, cunanı açaraq, bir neçə dəqiqə üzünə baxdı və cunanı örtüb evdən çıxdı.

O, Gürcüstanda hərbi xidmətdə olmuşdur. Nənəm iki dəfə onu görmək üçün hərbi hissəyə getmişdir. Atam 3 il hərbi xidmətdə olub. Bu müddət ərzində 2 dəfə evə gəlib ailəsinə baş çəkib.Onda bircə övladı mən idim. Sonralar ailəmiz böyüdü məndən sonra 2 əkiz bacım 1962-ci il mart ayının 1-də dünyaya gəldi, Məlahət və Səlamət.3 qızdan sonra atam oğul arzusunda idi,amma 1965-ci ildə ailənin dördüncü uşağı, Kərimə bacım doğuldu. Onun dünyaya gəldiyi vaxt atam qaş-qabaqlı idi. Qonşuluqda yaşlı bir qadın, körpəyə baxıb belə söylədi: ay Gülməmməd bu qızın üzündən görürəm dalı oğlandı,ayağı sayalıdı...

Qonşumuzdakı qadın hər dəfə Kərimə bacımı görəndə ona sayalı qız deyərdi və dediyi kimi də oldu. 1967-ci ildə əkiz qardaşlarım dünyaya gəldi. Birinin adını anam İbrahim qoydu, o birisini isə atam Rafiq adlandırdı. Uşaqlar 6 aylıq olanda xəstələndilər. Rafiq qardaşımı həkimlər müalicə etsələr də, yaşamadı,qəfildən öldü. 1969-cu ildə isə Sakit qardaşım ailəmizin sayını artırdı.1973-cü ildə yenə əkiz uşaqlar doğuldu, bunların biri qız biri isə oğlan idi. Yasəmən nənəm onların adına Bülbül vü Sünbül dedi. Maraqlıdır ki, uşaqlar nənəm qoyan adları doğrultmuşdular. Bülbülün gözəl səsi var idi.Kiçik yaşlarında Azərbaycan mahnıları xüsüsi ilə Hind mahnılarını oxuyarkən hamı heyran qalırdı. Şəhərdəki 4 saylı uşaq musiqi məktəbinin tar sinifinə gedirdi. Sünbül də orta məktəbdə əlaçı idi. Hər ikisinin saçları qaşı,kipriyi eynilə sünbül rəngində idi. Bütün kənddə bu uşaqlara hamı Sünbül və Bülbül adı ilə çağırsalarda, o vaxtkı Kənd Soveti bu adları onlar üçün yazmadı. Əkizlərin adını Lətif,Lətifə yazmışdısa da, heç kəs bu adı deməzdi. Bülbül 8-ci sinifdə oxuyarkən qəfildən müəmmalı şəkildə vəfat etdi. Bu faciə ailəmizdə hamını şoka saldı. Uzun müddət sarsıntı keçirdik.

Ailəmizdə Ramin adlı bir uşaq da doğulmuşdu,bu qardaşım da 4 aylığında ölüb. Ailəmizin son beşiyi 1976-cı ildə doğum tarixi olan bacım Pərvanədir. Beləliklə 11 uşaq olmuşuq: 6 qız, 5 oğlan. Oğlanlardan üçü ölüb 8 uşaq hal-hazırda varıq. Bacı qardaşlarımın sayı haqqında bu qədər.
İndi də keçirəm öz həyat yoluma.

Kiçik yaşlarımda Yasəmən nənəmin,atamın dediyi sözlərə görə mən başqa uşaqlardan hər şeyi yaddaşımda saxlamağımla fərqlənərdim. Güllərin arasında çox olmağım, təbiət mənzərələrinə saatlarla baxmağım, böyüklərə müxtəlif mövzuda saysız suallar verməyim,hər şeylə,hər sözlə razılaşmamağım çox vaxt onları bezikdirərdi. O vaxtlar böyüklərimdən tez-tez incisəm də, sonralar böyüdükcə başa düşdüm ki, kənd adamının vaxtı olmur, uşağın bütün istəyini yerinə yetirsin, hər bir nazını çəksin. Axı onların işi başından aşıb-daşır. Məndə onlara əngəl olardım. Hərdən əsəbiləşərək, ən çox da atam,məni danlardı. Yalnız məni danlamayan,şirin sözlərlə qəlbimi ələ alan, maraqlandığım sualların hər birinə səbrlə cavab verən, maraqlı əfsanələr,gülməcələr, bayatılar, oxşamalar, nağıllar söyləyən Yasəmən nənəm olub. Mən onun nağıllarıyla böyüyürdüm. Danışdığı əfsanələrin həqiqət üzünü həyatda axtara-axtara həmişə ora-bura vunuxardım,nə istədiymi çox vaxt heç kəs anlamazdı. Yasəmən nənəm çox baməzə, şən, məclislər yola salan,sözünün yerini bilən, kənd arasında böyük-kiçik yanında hörməti olan qadın idi.O, bizimlə yəni uşaqlarla şənlənər,yelləncək salaraq yelləncəkdə yellənərdi. Hal-hazırda gözümün qabağındaca canlanır, sanki,kəndirdən tut ağacının budağından yelləncək asar, asdığı yelləncəyə ilk dəfə özü oturub əlləri ilə iki tərəfdən kəndirdən tutar, “obba” deyərək ayağı ilə təkan verib,ayaqlarını yerdən üzərdi və həvəslə yellənərdi. Bu vaxt hamımız onu alqışlayardıq. Ata-anamızın ağzından götürüb Yasəmən nənəmə bütün uşaqlar giji deyərdi,bizə qoşulub qonşu uşaqlarda beləcə giji çağırardı. Tez-tez uşaqları başına yığıb uşaqlarla birgə dağa qalxar, quzuqulağı çiyələk,moruq dərər,maralotu,süpürgə yığar,hər daşdan hər çiçəkdən bir əfsanə,nağıl söylərdi. Onun yanında olmaq çox maraqlı idi. Kiçiklə kiçik,böyüklə böyük kimi davranardı. Nənəm məktəbdə yeməkxanada aşpaz, sonralar isə xadimə işləmişdi. Onu görəndə hərkəsin çöhrəsində təbəssüm olardı. Uşaqları çox sevərdi. Yaxşı yadıma gəlir mənim 5 yaşım olanda kəndimizdə uşaq bağçası açıldı. Mənim yaşıdlarım və məndən 1-2 yaş kiçik uşaqlar bu bağçaya toplandı. Nənəm bağçamızda tərbiyəçi, anam isə aşbaz işləyirdi. Adını və üzünü xatırlamadığım,ancaq hərdəfə qarmonuna, və qarmonun şirmayi dilləri üzərində gəzişən əllərinə diqqətlə baxdığım, bir kişi hər gün bağçamızın həyətində qarmonunda tərəkəmə rəqsi çalardı, nənəm də ilk olaraq məni oynadardı. Bağçamız cəmi 8 ay fəaliyyət göstərdi. Güclü yağan sel suları bağçamızın binasını dağıtdı və bağçamız bağlandı.

Bir gün Yasəmən nənəm şəhərdən gələndə qabağına qaçdım. O,donumun ətəyinə rəngbərəng noğullar tökdü və bərk-bərk tutmağımı tapşıraraq, “otur ye” dedi. Məndə noğulları yemək istəyərkən bağımızda işləyən anam yadıma düşdü. Noğulları anama da vermək üçün gedərkən,dar cığırda, su arxının qırağındakı palçığa ayağım batdı və noğullarım palçığın üzərinə dağıldı.

1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə