SİRLİ DÜnyam müəllifdən:əziz oxucum, əvvəlki kitablardan bir neçə şeiri təkmilləşdirib, bu kitaba əlavə etmişəm




Yüklə 1.25 Mb.
səhifə3/8
tarix23.02.2016
ölçüsü1.25 Mb.
1   2   3   4   5   6   7   8

O birində qızım uşaq, mən cavanam, anam qoca,

Digərində nəvəm uşaq, qızım cavan, mənəm qoca.

Aman dünya, amansızsan, çox zalımsan, qəlb yarırsan,

Öz dəmində fırlan dünya, fırlandıqca qoparırsan.
Nə qalıb ki, bir də gördün ağ dəvəyə minən mənəm,

Oyun sayan, vur nağara, çıx qırağa denən mənəm,

Nənəm gedib, anam gedib, növbədə mən, enən mənəm.

Gidi dünya, sən doymayan, ac naxasan, can alırsan,

Öz dəmində fırlan dünya, fırlandıqca qoparırsan.
Gülfir deyir, keçib daha, bu dünyanın bozundayam,

Eniş-yoxuş sona çatan yollarının tozundayam,

Gedər olsam, bil yerimi, söz mülkünün sözündəyəm.

Fani dünya, insanları gətirirsən, aparırsan,

Öz dəmində fırlan dünya, fırlandıqca qoparırsan.
02 mart 2013-cü il

Şəki şəhəri.
ANALAR

Analar olmasa sönər bu həyat,

Sükuta bürünər bütün kainat,

Odur yaşamağa, verən qol-qanad.

Canıdır canımız, qanımız qanı

Yaradan bəxş edib, bu yaradanı.
Mehriban analar, yaxşı ki, varsız,

Siz yanan çıraqsız, dağ tək vüqarsız,

Ismət, namus, qeyrət, həyasız, arsız!

Arzusu,amalı ulduzlar sanı,

Yaradan bəxş edib, bu yaradanı.
Övladın yolunda o, divanədir,

Hər övlad ömrünə bir nişanədir,

Narahat, nigaran, qəlbi şanədir.

Tək övlad həsrəti üzər ananı,

Yaradan bəxş edib, bu yaradanı.
Analar dünyanın saf mələyidir,

Döyünən ürəyi, göz bəbəyidir,

Qolları körpənin üst bələyidir.

Bu yolda fədadır öz şirin canı,

Yaradan bəxş edib, bu yaradanı.
İstəyi saf sudan, aydan təmizdir,

O, bizə hamıdan yaxın, əzizdir,

Ayağının altı cənnətimizdir.

Ən rahat yer odur, gəzsən dünyanı,

Yaradan bəxş edib, bu yaradanı.

Başı səmalara, ərşə çatandır,

Özünü alova, oda atandır,

Gecəni gündüzə dözüb, qatandır.

Gözündə açılar səhərin danı,

Yaradan bəxş edib, bu yaradanı.
Əliylə yetirib güllər, çəmənlər

Verməz dəyərini pullar, tümənlər.

Həmişə borcludur südün əmənlər.

Övlad xoşbəxtliyi, onun dərmanı,

Yaradan bəxş edib, bu yaradanı.
O, alın yazımız, pətək balımız,

Vuran ürəyimiz, çalan qolumuz,

Odur, bu dünyaya gələn yolumuz!

Gətirib dünyaya padşahı, xanı,

Yaradan bəxş edib, bu yaradanı.
Dinəndə dilində, söz qəşəngləşir,

Gəzəndə torpaqda, yer çiçəkləşir,

Baxanda səmaya, göy gözəlləşir.

Saflığa bürüyüb eli-obanı,

Yaradan bəxş edib, bu yaradanı.
Çətinliyə dözüm, tapar özündə,

Övladı günəşdir onun gözündə,

Min məna, hikmət var hər bir sözündə,

Ona səcdə edib, yazan Quranı,

Yaradan bəxş edib, bu yaradanı.
Ucadır yaradan,eşqim onadır,

Ən böyük ehtiram yaradanadır,

O, göydə Allahdır,yerdə anadır

Tanrı haqqı bildim ana haqqını,

Yaradan bəxş edib, bu yaradanı
Tarixim, sabahim, dilimdir ana,

Həyat dərsi verən, müəllimdir ana,

Həkim, rəssam, şair, alimdir ana.

Yaradıb-yaşadır o,bu cahanı,

Yaradan bəxş edib, bu yaradanı.
Ananı saymayan, çatanmaz başa,

Ey oğul, çox arzun dirənər daşa.

Bu ülvi söz durur Vətənlə qoşa.

Ana Vətən deyib, gəzdim hər yanı,

Yaradan bəxş edib, bu yaradanı.
Laylası əvəzdir uyğusu ilə,

Alışar ürəyi vurğusu ilə,

Gülə inci qatar duyğusu ilə.

Vətəndə bitirib al gülüstanı,

Yaradan bəxş edib, bu yaradanı.
Kaş hər gün analar sevincək olsun!

Sağ-solu oğul-qız, gül-çiçək olsun!

Oğlundan –qızından mübarək alsın,

Ana tək müqəddəs bir varlıq hanı?

Yaradan bəxş edib, bu yaradanı.
Aydan arı, sudan təmiz analar,

Eşqi –məhəbbəti dəniz analar,

Həmişə var olun, əziz analar!

Gülfir anaların olsun qurbanı,

Yaradan bəxş edib, bu yaradanı

7 mart 2013-cü il.

Şəki şəhəri.
ANAM, ANA TORPAQ
Mən necə dincəlim bu bayram günü,

Kəsilib dünyadan anamın ünü.

Anama gedən yol, burdaca bitdi,

Açılmaz yolların, bağlı düyünü.
Ana, ana dedim, ürək uçundu,

Əllərim buz kimi daşa toxundu.

Elə bil dünyanı, bir söz bürüdü,

Hər yandan ayrılıq sözü oxundu.
Anama kəməndi atmısan, torpaq,

Nə dərin yuxuya batmısan, torpaq?

Səni sığallayıb, ana deyirəm,

Anamı özünə qatmısan, torpaq.
Sözləri ürəkdən, yaddaşdan çıxmaz,

Anamdan danışsam dastana sığmaz...

Düşüb bu torpağa, elə qalmışam,

Fələk də insanı beləcə yıxmaz.
Torpaqdan güc alıb, hər qalxan budaq,

Açılan gül-çiçək, göyərən yarpaq,

Ürəyində qalan arzularıdır,

Anamın qoxusu, ətridir torpaq.
Almısan anamı qoynuna, torpaq,

Bununçün olmusan sən ana torpaq.

Göz yaşım süzülüb çatsın anama,

Anam, ana torpaq, bax mənə, torpaq,

Gülfirdir sarılan boynuna, torpaq.
8 mart 2013-cü il.

Bideyiz kəndi.

NƏĞMƏYƏ DÖNDÜM
Dərd çəkən ürəkləri, öz qəlbim bilib,

Könüllər alım deyə, nəğməyə döndüm.

Duyğumun saflığıyla, söz hikmətinə,

Meylimi salım deyə, nəğməyə döndüm.
Gəzdikcə sərinləşir, sözün dünyası,

Üzdükcə dərinləşir, sözün dəryası.

Dedikcə şirinləşir, sözün ziyası,

Pətəyim, balım deyə, nəğməyə döndüm.


Keçilməz dərələrdən, keçib dolaşdım,

Sıldırım qayalardan dağları aşdım.

Çətində, dar ayaqda misralar qoşdum,

Düzəlsin halım deyə, nəğməyə döndüm.
Uymaram şöhrət-şana, dövlətə-vara,

Mən sözdən söz alıram, neynirəm para.

Göyərən çöl-çəmənə, gələn bahara,

Vurğunu olum deyə, nəğməyə döndüm.
Bulaqlar, sellər axıb, çaylara dolsun,

Çaylar da axıb-axıb, sular durulsun.

Qurulsun söz məclisi, tar-kaman olsun,

Telli saz çalım deyə, nəğməyə döndüm.
Yaz ətirli güllərdən yığmışam dəstə,

Göydən ulduz tökülür şeirimin üstə.

Gülfir nəğməylə dinir yeni həvəsdə,

Dünyada qalım deyə, nəğməyə döndüm.
28 mart 2013-cü il

Şəki

ÖYRƏNMƏMIŞƏM
Sözü kişi kimi deyirəm üzə,

Yaltaqlıq etməyə öyrənməmişəm.

Qorxum yox dünyada ölümdən belə,

Əsib-titrəməyə öyrənməmişəm.
Düzlük, reallıqdır yolum bir danə,

Hiylə, yalan bilməz, ürək dürdanə.

Nəyim var üzdədir mərdi-mərdanə,

Altdan ötürməyə öyrənməmişəm.
Zəhmətimlə açdım özümə cığır,

Paxıllar bu işə çəpəgi baxır.

Bir yandan “mızz” qoyan, yamanlar çıxır,

Minnət götürməyə öyrənməmişəm.
Çəkdim bu dünyanın hər sitəmini,

Dadmışam həsrətin acı tamını.

Çoxdan unutmuşam sevinc dəmini,

Ürəkdən gülməyə öyrənməmişəm.
Qorxma, gəldim” deyən, arxamda duran,

Ürək qızdırdığım yoxdu bir insan.

Atam-anam da yox, halımı soran,

Müf”, hazır yeməyə öyrənməmişəm.


Kabustək çöksə də zülmət gözümə,

Əyilməz poladtək döndüm dözümə.

Özümə güvəndim, ancaq özümə,

Yedəyə, köməyə öyrənməmişəm.
Arıtək balımı sözdən çəkirəm,

Qızıldan qiymətli sözlər seçirəm.

Sözümün ağası olub keçirəm,

Yersiz söz deməyə öyrənməmişəm.
El üçün sinəmi edərəm sipər,

Idrakım nəfsimə tutubdur çəpər,

Ilhamım qəlbimə olubdur təpər.

Gülfir torpaq öpər, ay-ulduz öpər,

Başqa cür sevməyə öyrənməmişəm.
30 mart 2013-cü il

Şəki şəhəri
GÜLLƏRİ ÇOX SEVİRƏM
Istərəm yer üzünü,

Gülüstana çevirəm.

Bülbüllərin sözünü,

Qızılgülə yetirəm.

Gülləri çox sevirəm.
Oxşayıb, qoxlamasam,

Güllər küsüb, bükülər.

Hər səhər yoxlamasam,

Ləçəkləri tökülər.

Gülləri çox sevirəm.
Şehlə yuyar üzünü,

Təzə-tər cəlalı var.

Günəş açar gözünü,

Məxmərisi, alı var.

Gülləri çox sevirəm.
Açılıb çəhrayısı,

Heyran edir insanı.

Narıncı, xurmayısı,

Elə bil alır canı.

Gülləri çox sevirəm.
Ağ gül ruhun saflığı,

Sabahım, ümidlərim.

Sarı könül xoşluğu,

Hər rəng qızılgüllərim.

Gülləri çox sevirəm.

Sevənlərə aradıb,

Sevgidə özəlliyi.

Tanrı güldə yaradıb,

Ən incə gözəlliyi.

Gülləri çox sevirəm.
Gülfir qanadlı quşdur,

Sevinir uşaq kimi.

Yolu güllərə tuşdur,

Burda unudur qəmi.

Gülləri çox sevirəm.

08 aprel 2013-cü il

Şəki

TANRIM SAXLADI
Biri dedi:-mən sənin,

Yaxın qohumunam ki...

Nədir dərdin, kədərin?

Arxanda mən varam ki...
Şirin sözlər söylədi,

Arxalanıb güvəndim.

Qəlbim ele kövrəldi,

Açıb sirrimi dedim.
Illər keçdi aradan,

Soyuq saldı yerimi.

Başqa bir qohumumdan,

Eşitdim bu sirrimi.

Var idi ürək dostum,

Sirri deyib dostuna.

Beləcə görüb susdum,

Ürəyim sına-sına.
İnsanlara açmıram,

Mən bir daha sirrimi.

Şirin sözdən uçmuram,

Dənə gələn quş kimi.
Insan etibarını,

Gülfir belə yoxladı.

Yaxın bildim Tanrını,

Sirrimi o saxladı.
09 aprel 2013-cü il

Şəki


SABAHINIZ XEYİR, FACEBOOK DOSTLARIM !
Nə gözəl açılır yurdumda səhər,

Sabahınız xeyir,facebook dostlarım.

Hər an xatırlayıb, salıram yada,

Sabahınız xeyir, facebook dostlarım.
Sizi çox sevirəm doğmalarımtək,

Görüb mesajları, sevinir ürək.

Arxa dayaq olaq, əl -ələ verək,

Sabahınız xeyir, facebook dostlarım!
Yaşayın həyatda hər an firavan,

Ömrünüz mənalı, gününüz əlvan!

Quraq ünsiyyəti dost kimi rəvan,

Sabahınız xeyir facebook dostlarım!
Sözümü paylaşıb, bölmüşəm yenə,

Gülfirəm,günəşlə gülmüşəm yenə.

Sizlərlə görüşə gəlmişəm yenə.

Sabahınız xeyir facebook dostlarım!

15 aprel 2013

Şəki


Şəki

RUHUMUN YAŞI
Mən solmuş yarpağam, ruhum qönçə gül,

Düşürəm sehrinə hər addımbaşı.

Birlikdə dolanıb, yaşasaq da biz,

Yaşımla düz gəlmir ruhumun yaşı.
Eşqin göylərində dəli-divanə,

Açanda qəlbini, oxşar sevənə.

Keçir dağ-dərədən , dönüb cavana,

Yaşımla düz gəlmir ruhumun yaşı.
Gülür təbəssümlə körpələr kimi,

Açar duyğusuyla pünhan eşqimi.

O gəncdir, mən qoca, görün fərqimi,

Yaşımla düz gəlmir ruhumun yaşı.
Göydə mələklərlə qanadın çalar,

Günəşdən hərarət, aydan nur alar.

Başqa bir dünyada dünyama dolar,

Yaşımla düz gəlmir ruhumun yaşı.
Bir qorxu,həyəcan içimi didər,

Ruhum qocalanda şairlik bitər.

Şairlik bitəndə, Gülfir də itər.

Yaşımla düz gəlmir ruhumun yaşı.

5 may 2013


ŞƏKİ

OLAN OLUB
Anlamadım,bilmədim,

Zaman qandırdı məni.

Mən tanrıya neylədim,

Tanrı yandırdı məni.

İnciyən uşaq kimi.

Taleyimdən küsürəm.

Bəzən də bu dünyadan,

Haqq-salamı kəsirəm.

Üzümə meh toxunur.

Dilimdə gül açir söz,

Qoxladım gül ətrini.

Bağrımın başında köz .
Yığışmışam gözümdə.

Zülmətin dar büstünə,

Hər yan güldür-gülzardir.

Tamarzıyam hüsnünə.


Gedib işiğim, nurum,

Gözlərimdən olmuşam.

Dərdimlə təkcə qalıb,

Dərdimə vurulmuşam.
Gülfirin bu halına,

Göylər çatıb qaşını.

Olan olub neyləyim?

Fələk atıb daşını.


UNUTMUŞAM
Arzularım, kamım qalıb gözümdə,

Unutmuşam cığırımı yolumu.

Günüm qara,qara saçım ağ olub,

Unutmuşam vaxtsız solan gülümü.

Yuxum da yox,beynim yatmır,ayıqdır,

Köksüm altı ağac kimi oyuqdur.

Mənzilim də məzar kimi soyuqdur,

Unutnuşam ocağımı külümü.

Xatirələr alıb məni özümdən,

Yanır ürək, atəşimdən, közümdən.

Yaş süzülür yanağıma gözüdən,

Unutmuşam yanımdakı əlimi.

Dağlar aşıb, keçdim,neçə sədləri,

Namərd gördüm,düşündüyüm “mərd”ləri.

Aradıqca namərddəki fəndləri,

Unutnuşam öz doğmaca elimi.


Üsyan çəkir xatirələr qal kimi,

Zəhər oldu şirin sözüm bal kimi.

Donub qaldım,danışmayan lal kimi,

Unutmuşam ağzımdaki dilimi.

Gülfir,düşmə həyəcana,təşvişə,

Zaman keçib,qərar verib hər işə.

Eh,... mənə bax,qayıtmişam keçmişə,

Unutmuşam bu günümü,ilimi.

2012 Şəki

GƏLIB APARIN
Donan buz qatında,donan sularda,

Gecələr dondurdum kədəri,qəmi.

Sübh şəfəqlərinin qızartısında,

Tapdım sabah adlı ilk sevincimi.
Necə də yox oldu pəjmürdə halım,

Tanrı qüvvət verdi duyğularıma.

Elə bil süzülür pətəkdən balım,

Günəşə şeirimlə gəldim salama.
Şeirlər ruhumun portiretidir,

Çöldə qış,qəlbimdə bitən gül bağı,

Bu bağ incə,təmiz,bu bağ istdir,

Ruhumun ətridir gülü,yarpağı.
Günəşin nuruna dönüb sevincim,

Əritdim gecədən donan buzları.

Sözlər düzüm-düzüm mirvarim,incim.

Çoxaldı könlümün saf arzuları.
Tac kimi yaratdım, sözlə şeirimi,

Bərq vurub parlayır kəhrəba,topaz.

Ləl,yaqut,firuzə,əlvan sətrimi,

Zümrüd,nargiləsi bəzəyir almaz.

Şeirimin şahıyam əlvan tacımla,

Bu bəşər,bu dünya düşüncəmdədir.

Sevinci alıram ağrı,acımla,

Bu bazar,bu alver bilin məndədir.
Misramın içində sevdalanır ay.

Səpilir üstünə göydən ulduzlar.

Səsimə sübh tezdən quşlar verir hay,

Nə ağrı yaddadir,nə ürək sızlar.
Bütün gecələri ulduzla,ayla,

Gündüzə gətirdim sözlərimlə mən.

Danışdim buludla,yollaşdım çayla,

Dəcəl küləklərə qoşuldum hərdən.
Boran,tufan olub şimşək tək çaxmaq,

Dolu kimi yağmaq istəmirəm mən.

İstərəm gün kimi,ay kimi baxmaq,

Narın yaz yağışı olub,səpiləm.
Yarpağa,çiçəyə,susuz çöllərə,

Sərinlik gətirib axmaq istərəm.

Bütün yer üzünə açan güllərə,

Göydən durub yerə baxmaq istərəm.
Yazam,al yaşılam,güllü-gülüstan,

Yayam hərarətim əridər polad.

Payızam,çox məsum,kövrəyəm hər an.

Saçımda qar da var,qışdır son həyat.
Sonsuz məhəbbətlə,sevgilərimlə,

Bütün kainatı yığdım qəlbimə.

Onu oxşamışam öz sözlərimlə.

Su yerə hopantək,hopub şerimə.
Gecəni gündüzə apara bildim,

Gündüzü gecəyə gətirnmədim.

Yenədə qayıdıb dərdimə gəldim.

Dərdimi hec yerə ötürənmədim.
Gülfiri xəyaldan ayıran gərək,

Bir gülün köksündən dartıb qoparin!

Yer-göyü içinə çəkib bu ürək,

Bu dünya məndədir, gəlib,aparın!

2012 Şəki

Dözmür ürəyim

Açan gülü, baharı.

Daha gəzmir ürəyim.

Qırılıbdır vüqarı,

Daha dözmür ürəyim.
Bu dünyada olub xar,

Nə qədər çəksin qubar?

Həddi var, ölçüsü var,

Daha dözmür ürəyim.
Xatirələrə qaçdı,

Ömrü kələftək açdı.

Kədər oxunu sançdı,

Daha dözmür ürəyim.

Dedim çətindir bu yol,

Fil kimi dözünmlü ol.

Yolları basıbdı kol,

Daha dözmür ürəyim.

Günəş nurun ələyir,

Həsrətinə bələyir.

Gözümdə gecələyir,

Daha dözmür ürəyim.
Yumşaqdır pilə kimi,

Üzülər gilə kimi.

Dözüb bu ilə kimi,

Daha dözmür ürəyim.
Gülfir,etmə gümanı,

Getmir dərdin dumanı.

Bitib səbrin zamanı,

Daha dözmür ürəyim.

2012 Şəki
Sevgidir
Sevgidir insanın sevdalı dəmi,

Arzusu, ümidi,toyu, büsatı.

Sevgidir ürəyin odu, atəşi,

Oxunan məğmədir, həzin bayatı.

Dağ kimi vüqarlı, bahar nəfəsli,

Şux, təravətlidir ilin dörd fəsli .

Çağlayan su kimi, coşqun həvəsli ,

Romantik aləmdə keçər həyatı.
Qışda da gətirər çiçəkli yazı ,

Min bir xəyalları, illoziyası .

Gözündən duyular eşqin ziyası,

Mətinlikdə sanki məğrur qayadır.
Üzünə nur salar ayın haləsi ,

Səsinə səs qatar dağ şəlaləsi.

Rəngindən rəng alar çölün laləsi,

Doğmadan da əziz edər o yadı.

Sevgidən güc alıb, sağalar xəstə,

Qoymağı bacarar dağı dağ üstə.

Ürək səksəkədə, dinər ahəstə,

Vüsal sevincidir,həsrət fəryadı.
Sevgi sultanının ucadır taxtı,

Doğan günəş kimi açılar baxtı.

Yaşla ölçülməyir sevginin vaxtı,

Hər yaşın sevgisi sirli dünyadır .
Mənəvi dünyanın böyük sərvəti.

Sevgidir yaşadan saf məhəbbəti,

Hicranı , əzabı, xoşdur möhnətı,

Sevgisiz bir həyat ötən xulyadır.
Ömrünü bəzəyər əlvan çiçəklər,

Möcüzə yaradar, sevən ürəklər.

Ruhuna səcdəyə gələr mələklər,

Gülfirə bu duyğu şirin röyadir.

2013 Şəki

HƏYATIN SƏSİ
Günəşin doğması ,gülün açması

Xallı kəpənəyin gülə uçması

Ananın balaya sarı qaçması .

Yaşayıb –yaradan insan nəfəsi

Əslində belədir həyatın səsi.
Toqquşan buludda şimşək nərəsi,

Quşların məğməsi ,küləyin səsi

Köksündə çırpınan ürəyin səsi

Həzin bulaqların şən zümzüməsi

Əslində belədir həyatın səsi.


Zəlzələ tufandır dağdıb sökür.

Torpaqlar sürüşür,kənd –şəhər köçür,

Həyat davam edir, insan qan tökür.

Ölümlə-dirimin qarşı gəlməsi,

Əslində belədir həyatın səsi.

Haqq taladan inam, qüvvət almaqdır,

Həyat budaq üstə yaşıl yarpaqdır,

Son anı ,axırı qara torpaqdır,

Taxtda oturanın bir gün düşməsi,

Əslində belədir həyatın səsi.

Sevinci ötürüb, qəmi gətirər ,

Bu həyat bəs nədir, sənə nə verər?

Biri ölən yerdə, biri dirilər,

Hər addım başında bir möcüzəsi.

Əslində belədir həyatın səsi.

Şirinliyi qədər, acısı vardır,

Tək deyil, yanının yançısı vardır.

Kəsib, doğramağa qayçısı vardır,

Göyləri titrədən ahı –naləsi,

Əslində belədir həyatın səsi.

Ağlamaq gözlərin adəti olub,

Çəkdiyi dərd onun öz dərdi olub.

Axı kim dünyada əbədi qalıb?

Üzünə çəkilər ölüm pərdəsi.

Əslində belədir həyatın səsi.
Doğruya yol alıb, yalanı silək ,

Atıb pislikləri, imana gələk.

Həyat bir şans verir, qədrini bilək,

Bu dövran ucaltmaz naxələf kəsi,

Əslində belədir həyatın səsi.
Sevgiylə-həsrətin, düzlə-məhşərin,

Gecəylə-gündüzün, göylə-bəşərin,

Sevinclə -kədərin, xeyirlə-şərin,

Özümlə -özümün mübarizəsi,
1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə