SİRLİ DÜnyam müəllifdən:əziz oxucum, əvvəlki kitablardan bir neçə şeiri təkmilləşdirib, bu kitaba əlavə etmişəm




Yüklə 1.25 Mb.
səhifə2/8
tarix23.02.2016
ölçüsü1.25 Mb.
1   2   3   4   5   6   7   8

YAXINDIR MƏNƏ

Başında yüz fikir, gecələr tənha,

Yatan içimdədir, yaxındır mənə.

Qəm – qüssə, dərd – kədər, hər müsibətə,

Batan içimdədir, yaxındır mənə.
Göylər maviliyi, açıqlığıyla,

Gecələr ay-ulduz süd ağlığıyla,

O sonsuz asiman uzaqlığıyla,

Bitən içimdədir, yaxındır mənə.


Gündüz nurlu günəş nur səpə-səpə,

Ayna tək parlayır, su ləpə-ləpə.

Dağdan əsən külək, gül öpə-öpə,

Yetən içimdədir, yaxındır mənə.


Orda mavi səma, mavi dəniz var,

Xeyirxah insanlar, ancaq təmiz var.

Saysız xatirələr, silinməz iz var,

Ötən içimdədir, yaxındır mənə.


Gülfirdir, ay ellər,rübabın çalan,

Xalqıyla fəxr edən, eliylə qalan.

Ruhum dolaşdıqca ilhamı alan,

Vətən içimdədir, yaxındır mənə.


2010-cu il

GÖZƏL OLUR

Yaşadığın həyatda, özünü tanıdasan,

Yaxşını yaxşı tutub,yamanı yanıdasan,

Ən böyük dərd odur ki, dərdini unudasan.

Haqq yoluna varid ol,düz yol gedən ucalır,

Insan doğru olanda,dünya da özəl olur.
Daxili cihad ilə nəfsini tox tutasan,

Öz içində yüksəlib, öz məninə çatasan,

Bu dünyanın səsinə, öz səsini qatasan.

Özünü tanıyan şəxs,Allahla birgə qalır,

Insan kamil olanda, dünya da əzəl olur.
Gündüz doğan al günəş,gözlərimdə qaralır,

Işıq seli içində ,dünya yaman daralır,

Yarpaqlar töküləndə, ağaclar yalqız qalır.

Gözlərimi yaş boğur,xəzanda güllər solur,

Insan kövrək olanda, dünya da xəzəl olur.
Xırdaca bir toxumdan böyük bir ağac bitir,

Insan kiçik canlıdan,dərya damladan yetir,

Hər naxışda min sirr var,bu həyat möcüzədir.

Təmiz, saf duyğularla ümid inam çoxalır,

Insan şair olanda,dünya da qəzəl olur.
Mən göylərin təkində qığılcım yox,atəşəm!

Dünyamı nurlandıran şölə deyil günəşəm!

Dağ boyda əngəlləri mum kimi əritmişəm.

Gülfir zərrəyə sığmaz, kainat boyu dolur,

Insan gözəl olanda, dünya da gözəl olur.

2014 Şəki
GÜLFİRDƏ SÖZ VAR
Bu gün günəş yerə şölə salmayıb,

Göyün yaxasında buluddan xəz var.

Söz yazan insanlar, azad olmayıb,

Yazılar üstünə sərilən toz var.
Haqq sözlər danışan, haqq aşığıyam,

Qüdrətdən yaranan söz işığıyam.

Dağ-daşa səs salan kənd uşağıyam,

Nəğməmlə çalınan kaman var,saz var.
Müxalif olanlar çoxalıb mənə,

Bələdəm onların bəd əməlinə.

Çox yerdə düşsəm də böhtan-şərinə,

Qorxutmaz qış məni,qabaqda yaz var.
Xəlvəti ağ üstə qaralar atan,

Işıq gələn yerə barmağın tutan,

Şirin şərbətimə zəhəri qatan,

Düşərsən taxtından,axıra az var.
Ey bəd insan, sən ol öz cığalında,

Gözümdə ölüsən, sən sağ halında.

Külək qanadında,meh sığalında,

Şerimlə açılan, güllərdə naz var.
Yaxşıma pis olub,kabustək yetər,

Qara tikan kimi yolumda bitər.

Yığılıb əl-qolum,həvəsim itər,

Yanıb kül olsam da,kül altda köz var.
Yenidən közərib, yanmağı billəm,

Dünya xali deyil,şad olub,gülləm.

Arı çiçək üstə,mən sözə gəlləm,

Görməsə də gözüm,ürəkdə göz var.
Füzuli də asan yol gəlməyibdi,

Sağlığında o da sevilməyibdi.

Sevməyənlər ölüb, o, ölməyibdi,

Ona vurğun olan, Gülfirdə söz var.

2014 Şəki
SÖZ BULAĞI

Yenidən yandırıb söz çırağımı,

Axtardım sonuncu ümidlər kimi.

Misra-misra hördüm söz çələngimi,

Vurduğum ilmələr naxışlar salar,

Qəlbimdə qaynayan, söz bulağı var.


Sonu görünməyən, üzdüyüm dərya,

Gözlərim önündə əlvandı dünya.

Ürəyimdə işıq, üzümdə ziya,

Ruhum dan yerindən dünyaya baxar,

Qəlbimdə qaynayan, söz bulağı var.
Bir sonsuz ümmandır söz, şeir dəmi,

Ömür üzüb keçən yelkənsiz gəmi.

Dalğalar ağzında çaldım qələmi,

Qanıma qarışıb, eşq, cana hopar,

Qəlbimdə qaynayan, söz bulağı var.
Bənzərsiz çiçəklər,ətirli güllər,

Alaq otlarının kökü kəsilər.

Gül-çiçək nazlanıb,üzümə gülər,

Gözəlliklər məni hər an ovsunlar,

Qəlbimdə qaynayan, söz bulağı var.
Kimsə bacarmırsa şeiri sevməyi,

Qaranlıq gecəyə bənzər ürəyi.

Gözləmə o kəsdən heç nəcibliyi,

Saf duyğu, düz sözlə insan ucalar,

Qəlbimdə qaynayan, söz bulağı var.
Həyat üzsə canı, zora düşüncə,

Lazımdır insanda sağlam düşüncə.

Sözlərim tər güldən,zərif, xoş, incə,

Kimsə sevinəndə, xoşbəxtlik tapar,

Qəlbimdə qaynayan, söz bulağı var.
Ilanın zəhəri öldürə bilər,

Çoxu bu zəhərdən şəfa da görər.

Adi su ziyan da,fayda da verər,

Yaxşı-pis içindən yaxşını alar,

Qəlbimdə qaynayan, söz bulağı var.
Hər gün mənim üçün yeni bir həyat,

Mürgülü gülləri yuxudan oyat.

Gülfir, yeni nəğmə,yeni söz yarat,

Həyatınla ölüb, ölümlə yaşa,

Qəlbimdə qaynayan, söz bulağı var.

2014 Şəki

SÖZ OLSUN

Bu gödək ömrümdə uzun əzablar,

Yığsalar da cana,ürəyim tablar,

Ömürdən bac alıb,dolur kitablar.

Nə fərqi sayı on, istər yüz olsun,

Misraya düzülən, sözüm söz olsun.


Namərd dağ da olsa, bilmərəm tükcə,

Yolumdan dönmərəm,qalsam da təkcə,

Qəlbim Kəbə yeri, Mədinə,Məkkə.

Müqəddəs amalım, əhdim düz olsun,

Misraya düzülən, sözüm söz olsun.
Zülmətə baxanda,qəhərlə doldum.

Bərkiyib qayatək,yenilməz oldum,

Günün şəfəqindən, təbəssüm aldım,

Sinəmdəki ürək,görən göz olsun,

Misraya düzülən, sözüm söz olsun.
Vətən, bir də ana şah əsərimdir,

Qarabağ niskilli bir kövsərimdir,

Təpədən-dırnağa dərdim-sərimdir,

Istəyim budur ki, zəfər tez olsun,

Misraya düzülən, sözüm söz olsun.
Xəyanətə kinim,çox hiddətim var,

Qopan tufan kimi, bərk şiddətim var,

Ilhamlı anlarım, bir müddətim var.

Xəzana düşəndə,könül yaz olsun,

Misraya düzülən, sözüm söz olsun.
Duyğularım kövrək, ürəyim həlim,

Sözün qüdrətindən özümə gəlim,

Həzin-həzin şeir söyləsin dilim.

Ahəstə çalınan,telli saz olsun,

Misraya düzülən, sözüm söz olsun.
Söz var,baxışlardan, boylanıb baxır,

Dünya boyda böyük,dağlardan ağır,

Sözümdən Ay doğur,ulduzlar axır.

Dönüb gözəllərdə,qəmzə-naz olsun,

Misraya düzülən, sözüm söz olsun.
Sözümlə küsənlər barışa bilsin,

Həsrət gözlərindən sovuşa bilsin,

Əl-ələ verərək,qovuşa bilsin.

Sevgidən oxunan, xoş avaz olsun,

Misraya düzülən, sözüm söz olsun.
Ulu,ülvi sözün,ülvi gücü var,

Hər söz neçə rəngdə bir çələng olar,

Tanrı rizasıyla qəlbimə dolar.

Sözdən qanad alıb,ruh pərvaz olsun,

Misraya düzülən, sözüm söz olsun.
Üzümdə təbəssüm, qəlbimdə közlər,

Zərif çiçək kimi şehlidir sözlər,

Gülfir söz mülkündə özünü gözlər.

Əbədi yaşaram,ömür az olsun,

Misraya düzülən, sözüm söz olsun.

2013 Şəki



NƏYƏ GƏRƏK

Sinəmdə ürəyim cızıldayanda ,

Qaynarkən su düşən, yağ nəyə gərək?

Ağaclar quruyar, kol –çayır basar,

Bağbanı olmayan ,bağ nəyə gərək ?

Yamanca korlanıb bizim zamana ,

Namərd, riyakarlar çıxir meydana .

Kişi söz söyləyər mərdi-mərdana,

Yersiz atmacalar, lağ nəyə gərək?
Indi dost arayıb, dost tanımayın,

Sədaqət,ehtibar heç sınamayın.

Kefli İsgəndəri siz qinamayın,

Dirilsə ölülər,sağ nəyə gərək?
Zinhardı əlindən ağaclar-kollar,

Sarışıb sarmaşıq hər yana dolar.

Öz kökü üstündə bitsə nə olar ?

Özgə budaqlarda tağ nəyə gərək?

Ağarmış saçımı həna bilirəm ,

Buzun üstündə də yana bilirəm.

Yayda gün altında dona bilirəm,

Başında qar olan, dağ nəyə gərək ?
Qarışım küləyə, uçan buluda ,

Günəşin nuruna , atəşə - oda .

Bir damla su kimi qalım dünyada,

Əzab dolu illər,çağ nəyə gərək?
Gülfiri salmayın nəzərdən-gözdən

Tutub boxcasını tərtəmiz sözdən.

Biçin kəfənimi qapqara bezdən,

Zülmətdən ölənə, ağ nəyə gərək?

2013 Şəki
KÖNLÜMÜN NƏĞMƏLƏRİ

Açılır çiçək-çiçək,

Dilimin kəlmələri.

Sevgi dolu bir ürək,

Könlümün nəğmələri.
Yağışdadır,qardadır,

Ağacdakı bardadir.

Uçan qanadlardadır,

Könlümün nəğmələri.
Bu dünya özümdədir,

Bəsirət gözümdədir.

Keçibdir,sözümdədir,

Könlümün nəğmələri.
Gözəlliyin əsiri,

Ömrün uca qəsiri.

Dünyamın sirr-sehri,

Könlümün nəğmələri.

Bir eşqin məbədiyəm,

Nur-işiq həsrətiyəm.

Allahımdan hədiyyəm,

Könlümün nəğmələri
Vətən kimi əzizdir,

Səma kimi təmizdir.

Gözü şehli nərgizdir,

Könlümün nəğmələri.
Yazmışam qalaq-qalaq,

Aç,oxu, varaq-varaq!

Axan dupduru bulaq.

Könlümün nəğmələri.
Çiçəklərə toxundu,

Laylam kimi oxundu.

Hər ürəyə yaxındır,

Könlümün nəğmələr.

Dağın yuxusundadır,

Gülün qoxusundadir.

Elin çoxusundadır,

Könlümün nəğmələri.

Gülfirin nəğmələri.

2013 Şəki
UÇURDU
Aşib xanimanım,dağılıb taxtım,

Uçub səltənətim,yatıbdır baxtım,

Günəşin altında zülmətə baxdım.

Dünyanın qarası gözümdə durdu,

Bir binə qurmuşdum,kimsə uçurdu.
Göyün yaxasını sökən fəryadam,

Göyləri yandırıb yerdəki sədam.

Yaxın olanlara, uzağam, yadam.

Yuxumda görürəm, tez-tez o yurdu,

Bir binə qurmuşdum ,kimsə uçurdu.
Bağrımın başını al-qan edirəm,

Bu dərdi köksümə sıxıb, gedirəm,

Bir gün haqq səsimi, Haqqa yetirəm.

Gözügötürməzlər torunu qurdu,

Bir binə qurmuşdum,kimsə uçurdu.
Deyərəm əlvida,edərəm vida,

Bu ömrün sonuna qoyaram nida,

Ölüb, yaşayaram mən bu dünyada,

Gülfirin ürəyi şerində vurdu,

Bir binə qurmuşdum,kimsə uçurdu.

2013 Şəki


SALAM DEYİN
Yuvasız quş kimi vurnuxur ürək,

Qəlbimdə qarıyıb çox arzu- dilək.

Durub şehli-şehli dərəndə çiçək,

Məndən salam deyin bağça-bağlara.

Yaşıl ormanına,şəfasına gəl,

Yayın istisində səfasına gəl.

Sərin bulağına,havasına gəl,

Məndən salam deyin uca daglara.
Xatirə içində qalib çox illər,

Dil açıb, danışır köhnə şəkillər.

Gülfir ölənlərə rəhmətlər dilər,

Məndən salam deyin qalan sağlara.

2013 Şəki



KÖNÜL
Bəzədim-düzədim, göyçək olmadı,

Mənim istədiyim, gerçək olmadı.

Yarama məlhəmçün çiçək olmadı,

Yenə nə sızlayıb, ağlarsan könül?
Bir yol demədilər,halını sorum,

Daha nəyim qalıb,kül olub qorum.

Boş xəyal içində özümü yorum,

Daşıb sellər kimi çağlarsan könül.
Oldun bir sevdanın qulu,köləsi,

Sanırdım dünyada, yoxdur beləsi.

bir gedənim var,nə də gələsi,

Közünlə özünü dağlarsan könül.
Karına çatanda dedilər qoçaq,

Belə gündə məndən düşüblər qaçaq.

Fələk də Gülfirlə olub qan-bıçaq,

İndi kimə ümid bağlarsan könül?

2013 Şəki

QARA ZURNADA

(Zurna çalan Minayə xanıma)
Açın qapıları,açın taybatay,

Sanki uçulacaq bu nəhəng saray.

Sümükdən iliyə keçir hay-haray,

Şivən, fəryada bax, qara zurnada.

Tənhalıq dərdiylə açılıb dili,

Yaz yağışı kimi axır səs seli.

Qopur bircə-bircə qəlbimin teli,

Aha bax,dada bax,qara zurnada.
Nə qəribə hal var, görən Gülfirdə

Bilmirəm göydəyəm, yoxsaki yerdə?

Tənhalıq harayı məndəydi, bir də

Dəstəsindən ayrı düşən durnada.

Yandıran oda bax, qara zurnada
DÜZ GEDİR
Biri yerin altı, biri üstüilə,

Biri dumanıyla, biri tüstüilə,

Biri xoş amalla, biri qəstilə,

Yol gedir insanllar, insalıq itir,

Bir başın içində fikir yüz gedir.
Biri bir ömürlük qalan xatirə,

Birinin boğazı keçir kəndirə,

Biri tələsərək düşür təndirə,

Bu başdan o başa karvanı çəkir,

Hiylə,böhdan, yalan,astar, üz gedir.
Göynədir köksümü dərdin neştəri,

Qonur üz-gözümə yanğının təri,

Insan poza bilməz gələn qədəri,

Qara da ağarır, əyri düzəlir,

Gülfir, bir körpü var, hamı düz gedir.
2014 Şəki

GÖZƏLLİK QARIŞIB

Seyran etdim qönçə gülə, çiçəyə

Dizə təpər gəldi,qüvvət ürəyə.

Döndüm nəğmə dolu sevən ürəyə.

Günəşdən od alıb,aydan nurlanım,

Gözəllik qarışıb sevgimə mənim.
Sənin sevgin şeirim,məhəbbətimdir,

Möhkəm qoruduğum əmanətimdir,

Ən qiymətli varım, bol zinətimdir.

Məftunu olduğum eşqə güvənim,

Gözəllik qarışıb sevgimə mənim.
Qəlbimdə iz salıb, gözümdən axdı,

O şirin sevdalar kədəri boğdu,

Ömrümə-günümə al günəş doğdu.

Açılsın çiçəyim, gülsün çəmənim,

Gözəllik qarışıb sevgimə mənim.
Ilhamım göylərdən enməyəcəkdir,

Qəlbimin atəşi sönməyəcəkdir,

Gülfir iqrarından dönməyəcəkdir.

Ülvi məhəbbətlə, eşqlə bəzənim,

Gözəllik qarışıb sevgimə mənim.

2013 Bakı şəhəri
OLMASIN
Hər kəs öz yerini, yurdunu bilsin,

Yamanlar yaxşıya yamaq olmasın.

Zaman deyəcəkdir, sözün düzünü,

O anda sancılan, dalaq olmasın.

Nələrim vardısa, düşdü gözümdən,

Bəxtimlə barışıb, küsdüm özümdən.

Mirvari düzürəm ürək sözümdən,

Əkdiyimi basan, alaq olmasın.
Günəşin bəzəyi qızıl telidir,

Şeirimin bəzəyi sadə dilidir.

Bağların bəzəyi çiçək -gülüdür,

Bir küncdə pas atan, qalaq olmasın.
Öz bağbanı çəkər qəhrini bağın,

Zəhmətlə yetirər bəhrini bağın.

Kənardan süzən var sehrini bağın,

Hazıra nazirlik balaq olmasın.
Dünən qırğın salan, bu gün barışır,

Ağ ilə qaranın rəngi qarışır.

Ürək neçə yerdən yanıb-alışır,

Atdan öndə gedən, ulaq olmasın.
Babamızdan qalıb bizə vəsiyyət,

Ata-anamızdan aldıq nəsiyyət.

Gülfir, nadan ilə qurma ünsiyyət,

Kökün, it kökünə calaq olmasın.

27 Yanvar 2011

Şəki.

DÜŞÜNÜRƏM Kİ
Hər arzu-diləyim gözümdə solub,

Var ikən yaranmış, o yoxluğundan.

Çəkdiyim zəhmətim, əlimdə qalıb,

Ömrümə qar yağır soyuqluğundan.
Kaş məndə beynimi robortlar kimi,

Yenidən cəmləyib, yığa bilərdim.

Hər ağrı-acımı, hər düşüncəmi,

Qəlbimdən, beynimdən səni silərdim.
Durdum ayaq üstə, uçunuram ki,

Gülfir dirigözlü çıxıb sabaha.

Hər an, hər dəqiqə düşünürəm ki,

Səni düşünməyim, unudum daha.
18 Dekabr 2012-ci il.

Şəki.

YOL GƏLƏN ADAM
Bilirəm, gəlirsən sən mənə sarı,

Görünməz aləmdən yol gələn adam.

Görünsən, burda adiləşərsən,

Görünməz aləmdən yol gələn adam.
Üzünü,gözünü görməmişəm mən,

Sənə and verirəm, gəlmə qəfildən.

Gözlə, şeirim bitsin, sonra görün sən,

Görünməz aləmdən yol gələn adam.

Illərlə gəlirsən, çata bilmirsən,

Başından sevdanı ata bilmirsən.

Mənə sarı gələn, de görüm, kimsən?

Görünməz aləmdən yol gələn adam.
Məndə nə axtarıb, nəyi tapardın?

Içimdə təlatüm, tufan qopardın.

Qəlbimi, ruhumu çəkib, apardın,

Görünməz aləmdən yol gələn adam.

Sözün varmı mənə, nə deyəcəksən?

Şad edib könlümü,güldürəcəksən?

Yoxsa, çatıb məni, öldürəcəksən?

Görünməz aləmdən yol gələn adam.
Gülfiri divara, daşa sıxırsan,

Küləyinlə vurub, yerə yıxırsan.

Bəlli olub, nə də, üzə çıxırsan,

Görünməz aləmdən yol gələn adam.
23 fevral 2013-cü il

Şəki

VAXTINDA GƏLMƏMIŞƏM

Mən nə yuxu, nə qoxu, nə daşdakı yazıyam,

Nəbzi söz-söz döyünən, şerimin avazıyam.

Bu torpaqda doğulan, bu ellərin qızıyam,

Varlığımı danmayın, hələ ki, ölməmişəm,

Deyəsən, bu dünyaya, vaxtında gəlməmişəm.
Sel-sulara qarışıb, lillənmişəm axıram,

Dəbdən düşən qab kimi, paslanmışam, paxıram.

Indiki körpələrə həsəd ilə baxıram,

Rəngbərəng oyuncaqlar oynadıb, gülməmişəm,

Deyəsən, bu dünyaya, vaxtında gəlməmişəm.
Uşaq, cavan ya qoca bir yaxınım olmadı,

Əlimə ney də aldım, hey üfürdüm, çalmadı.

Bu boyda gen dünyada tək mənə yer qalmadı,

Indi gənclər biləni, gənclikdə bilməmişəm

Deyəsən, bu dünyaya, vaxtında gəlməmişəm.
Haqsızlıqlar içində bölündüm tikə-tikə,

Illəri addımladım, qəlbimi sökə-sökə.

Ömrü pul tək xərclədim, şerə köçə-köçə,

Dastan olan eşqimi, kimləsə bölməmişəm,

Deyəsən, bu dünyaya, vaxtında gəlməmişəm.
Bir zaman gələcəkdir, duyacaqlar məni də

Dağlar köksünə çəkər dumanı da, çəni də,

Onda, mən olmayacam, yel vurar yelkənidə,

Izim, nişanəm bəsim, Gülfiri silməmişəm,

Deyəsən, bu dünyaya, vaxtında gəlməmişəm.
25 fevral 2013-cü il

Şəki şəhəri


NURLANIN NOVRUZ GÜLÜ

(bacım Lətifəyə)
Oğlunun həsrətilə,

Həyəti gəzdi ana.

Gözü sataşdı gülə,

Möcüzə gəldi ona.
Gözləri yaşla doldu,

Çöməldi dizi üstə.

Gülləri tumarladı,

Danışdı o, ahəstə:-
Nurlan keçən yazbaşı,

Dağdan gətirib bizə.

Yer qazıb, seçib daşı,

Əkib həyətimizə.
Balamın novruzgülü,

Birər-birər açılıb.

Üstündə gömgöy tülü,

Nə xoş ətir saçılıb.
Bu ilk barın, nübarın,

Novruzlar həyat səsi.

Sənsiz gələn baharın,

Sənlə bağlı müjdəsi.
Boyuna qurban oğlum,

Əkdiyin güllər açıb.

Ay sənə qurban olum,

Güllər, ətrini saçıb.


Həm gündüz, həm də gecə,

Intizarda qalmışam.

Novruzgülündən necə,

Xoş təskinlik almışam.
Bitib, quş kimi uçsun,

Ayrılığın möhnəti.

Beləcə çiçək açsın,

Balamın hər zəhməti.
Açan novruzgülünü,

Heyf ki, görmür Nurlan.

Gülə verib könlünü,

Əsgər balama qurban!
Evində-eşiyində,

Gülündən ətrin alım.

Vətənin keşiyində,

Qeyrətlə durur oğlum!

26 fevral 2013.

Bideyiz kəndi.


ŞEİRİMİN SƏSİ
Bir səs, səsləyir məni,

Gəzdirib çöl-çəməni.

Ay-ulduzlu səmanı,

Qanad taxıb ruhuma,

Sevgi qatıb duyğuma.
Addımımı izləyir,

Durub, məni gözləyir.

Haqq yoluna səsləyir,

Qüvvət verib qoluma,

Sevgi qatıb duyğuma.
Ovsunlayıb qəlbimi,

Diktə edib şeirimi.

Bilir hər dərd-sərimi,

Darda çatıb dadıma,

Sevgi qatıb duyğuma.
Əsiri olduğum səs,

Elə bil, deyir:- tələs,

Küləklərə qoşul əs.

Nur çiləyib yoluma,

Sevgi qatıb duyğuma.
Gedib, bir də gəlməyə,

Təzə-tər söz deməyə.

Həvəslə səsləməyə,

Yatsam, girib yuxuma,

Sevgi qatıb duyğuma.
O səs, şeirim səsi,

Tanrımın möcüzəsi.

Gül ətirli nəfəsi,

Gülfir deyib adıma,

Sevgi qatıb duyğuma.

28 fevral 2013.

Şəki.

QOPARIRSAN
Üç şəkil var qabağımda, üç nəfərdir hər şəkildə,

Xəzəl, yarpaq, tumurcuqdur burdakılar hər nəsildə,

Yada düşür xatirələr, ötənlərdə, hər fəsildə.

Sən ey dünya, əbədisən, biz gedirik, sən qalırsan,

Öz dəmində fırlan dünya, fırlandıqca qoparırsan.
Bir şəkildə mən uşağam, anam cavan, nənəm qoca,
1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə