Şərq-Qərb Tədqiqat Mərkəzi Səlahəddin XƏLİlov




Yüklə 2.22 Mb.
səhifə4/21
tarix27.02.2016
ölçüsü2.22 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   21

Əmin ər-Reyhani


1876-1940
Qərblə Şərq arasında uçurum olması fikrinin ge­­niş yayıldığı bir şəraitdə tərbiyə almış və ye­tiş­miş ər-Reyhani, eyni zamanda, özünün həm Şər­qə, həm də Qərbə mənsubluğunu hiss edirdi.
Aida İmanquliyeva

Mən Şərqəm”


Mən Şərqəm,

Mən Allahın ilk yaratdığının təməl daşıyam….

Əmin ər-Reyhani
Əmin ər-Reyhani Qərbdə təhsil almasına və uzun müddət Ame­ri­kada yaşayıb-yaratmasına baxmayaraq, Şərq ruhuna həmişə sadiq qal­­mış, Şərq dəyərlərini tərənnüm etmiş, insanın mənəvi kamilliyini si­vi­lizasiyanın zahiri cazibəsindən uca tutmuşdur. O, bütün yaradıcılığı bo­yu Şərqin prioritetliyini bu və ya digər formada nəzərə çarpdırmağa ça­lışmışdır. Lakin bu ideyanın ən aşkar və təsirli ifadəsi “Mən Şər­qəm” şeirində öz əksini tapmışdır. Aida İmanquliyeva yazır: “Əmin ər-Rey­haninin “Mən Şərqəm” şeirində Şərqin keçmiş əzəməti barədə dü­şün­cələr yer alır, Şərq rəmzə çevrilir; günəş buradan doğur, həyatın baş­lanğıcı, insan oğlunun yer üzərində ilk addımlarını atdığı yer bu­ra­dır”.1

Əmin ər-Reyhani heç də sadəcə yazıçı olmayıb, həm də öz döv­rü­nün bö­yük mütəfəkkiri idi. Şərq və Qərbin sintezi ideyası onun bü­tün ya­ra­dı­cı­lığından qırmızı xətlə keçir. Bu məqsədə xidmət etmək üçün həm Şərq, həm də Qərb ədəbi-bədii ənənələrini ehtiva edən yeni ruh­lu bir ədəbiyyatın yaradılmasında fəal iştirak edir. Eyni məfkurəli, mü­asir düşüncəli ərəb mühacir şairləri öz səylərini birləşdirmək üçün “Qələmlər birliyi” adlanan yeni ədəbi təşkilat yaradırlar.

A. İman­qu­li­ye­va yazır: «“Qələmlər birliyinin” üzvləri ərəb ədə­bi­y­yatında mənsur şe­ir janrını yaratdılar ki, bu da həm nəsrin, həm də po­eziyanın in­ki­şa­fın­da bir addım irəliyə doğru hərəkət idi. Bu jan­rın müəllifi ərəb dün­ya­sında tanınmış yazıçı və publisist Əmin ər-Reyhani idi».1

Aida xanımın tədqiqatları göstərir ki, ərəb ro­man­tik­ləri arasında Cübranın yaradıcılığı daha universal və ümum­bəşəri sə­ciyyə daşıdığı halda, ər-Reyhanidə realizmə doğru cid­di ad­dım­lar atılmış, Nüaymə isə realizm me­­todunu tam mənim­sə­yə­rək, san­ki ro­­mantizmlə realizmin kə­siş­­mə zola­ğın­da yazıb-yaratmışdır. Tə­­­sa­­düfi de­yildir ki, A.İman­qu­li­ye­va M.Nü­­aymənin yaradıcılığı ilə bağ­lı “əsl mənada realist ənə­nə­lər­dən” da­nı­şır və bunu klassik rus ədə­biy­yatının tə­siri ilə izah edir.2 Ümu­­mi planda bax­dıqda Cübran əsa­sən kos­mik in­san idealını, ər-Rey­ha­ni klas­sik Şər­qi, Nüaymə isə ya­şa­dı­ğı ger­­çək ərəb mühitini və onun prob­lem­lərini tə­rənnüm edir.



Əmin ər-Reyhanidə romantizm öz yaşadığı dövrdən daha çox keç­­miş döv­­rə yönəlidir. Bayron yu­nan­ların keç­­­­­­­mişindən böyük if­ti­xar­la yaz­dı­ğı ki­­­­mi, ər-Reyhani də orta əsr islam si­­­vi­­lizasiyasını bir ideal ki­­mi götürür. “Ər-Reyhaninin mil­­­li xa­rak­terlə şərt­­­­­­lən­miş maraqların vəh­­də­ti ki­mi təqdim etdiyi ərəb­lə­rin keç­mi­şi­nin idea­li­zə­si onun roman­tiz­mi­nə özü­nə­­məx­sus­luq və xü­su­si ko­lo­rit verir. Nə mübarizə, nə zid­diy­yət, nə is­tis­mar, nə ictimai tə­bə­qələşmə onun tə­rə­­findən nəzərə alın­mır, o, bü­töv­lük­də keç­mişdə çi­çək­lənmə və əzə­mət dövrünü yaşamış bir millət haq­qın­da danışır”.3

Romantik po­e­zi­ya insanları cari həyatın nasi­ra­nə­li­yindən ayı­ra­raq böyük ideallar uğ­runda mübarizəyə səsləyir, amma bu mübarizə çox vaxt mücərrəd olur. Müxtəlif romantik şairlətin yaradıcılığında mübariz ruhun real həyatla əlaqəsi fərqli səviyyələrdə ortaya çıxır. Amma bir həqiqət danılmazdır. İnsanın mənəvi həyatı daxili çarpışma və zid­diyyətlərdən məh­rum olanda o, inkişaf im­pulsunu itirir, dur­ğun­luq vəziyyətinə düşür. Mənəvi qadağa­lar­la rasio­nal düşüncə və fə­aliyyət, ətalət qüvvəsi ilə hərəkətverici qüvvə bir-birinə tən gələndə isə in­sanın birtərəfli inkişafına, mənəvi deformasi­ya­sına yol ve­rilmir.

İnsan təbii ki, həmişə yeniliyə can atır. Lakin hər bir yeniliyə qarşı daxili müqavimət hissi də ol­ma­lıdır. Bu hiss həddindən artıq olan­da durğunluq, zəif olanda – öz­ba­şınalıq, anarxiya yaranır.

Şərq təfəkküründə ənənəçilik çox güclüdür. O hər cür yenilikçi fə­­a­liyyət qarşısında böyük sədlər çə­kir. Şərqə məxsus ətalət də bu­radan ya­ranır. Lakin bu ətalətə qeyd-şər­tsiz pis hadisə kimi, ge­ri­li­yi­mi­zin sə­bə­bi kimi qiymət vermək da­yaz­lıq­dır, metafi­zik yaxınlaşma­dır. Əta­lət həm də vəznin ağırlığı de­mək­dir (“ağır otur, bat­man gəl”). Əl­bət­tə, fi­zi­kadan məlum olan “ətalət – kütlə öl­çü­südür” fik­rini kor-koranə su­rət­də sosial-mənəvi həyata aid etmək düzgün ol­mazdı. Lakin buradakı açıq-aşkar uyğunluğu da in­kar etmək müm­kün deyil. Şərqdə fikir sa­hə­sind­ə, mənəvi sferada dəyişkənlik, mütəhərriklik “yüngüllük” kimi – mən­fi mənada; sa­bitlik, ətalətlilik isə “ağırlıq” kimi – müsbət mənada qiy­mətləndirilir.

Bu, doğrudur ki, insanı insan edən məhz mənəvi qadağa­lar, əx­la­qi sədlərdir, nəfsi buxovlayan ətalət qüvvəsidir. Lakin bu sədlər özü də hər bir inkişaf mərhələsində ağıl süzgəcindən keç­mə­li, bir növ filtr – tə­mizləyici rolunu oynamalıdır.

Şərqi geri qoyan ətalət qüvvəsinin böyüklüyü yox, hərəkət­ve­rici qüv­­vənin kiçikliyidir; mənəvi sədlərin yüksəkliyi yox, in­tel­lek­tual cəhd­lərin zəifliyidir.

Qərb dünyası intellektual yüksəliş yürüşündə mənəvi sədləri da­ğıt­dı. Yaponiya intellekti mənəvi sədlə həmahəng surətdə inkişaf et­di­rə­rək onun üzərindən keçməyə müvəffəq oldu. Biz isə elmi tərəqqi və in­tellektual inkişafın qayğısına qalmadığımızdan və yeganə böyük sər­və­timiz olan mənəvi səddin üstündən keçə bilmədiyimizdən onun al­tın­dan keçməyə çalışırıq.

Lakin görəsən bünövrəsi artıq oyulmaqda olan bu nəhəng səddin tarixin sınağına davam gətirəcəyinə ümid etmək olarmı?

Bizcə, neçə-neçə nəsillərdən bizə miras qalmış mənəvi sərvət­lə­rin, adət-ənənələrin, dini-əxlaqi dəyərlərin intellektual inqilabın tu­fan­larından, dağıdıcı təsirlərindən qorunub saxlanması, “milli-mənəvi də­yər­lərin ümumbəşəri dəyərlərlə birləşdirilməsi” üçüncü minilliyin asta­na­sında Şərq xalqları qarşısında duran ən böyük tarixi vəzifədir.



Vaxtında bu problemə diqqət verilmədiyindən İslam Şərqi texni­ki inkişaf sahəsində Qərblə rəqabətdə çox geri qalmışdı. Ərəb Xila­fə­ti­nin son dövrlərində olduğu kimi, Os­man­lı dövründə də elmə mü­na­si­bət mə­sə­ləsində tutulmuş qüsurlu mövqe öz acı bəh­rə­lə­rini vermişdi. Bu cəhət Əmin ər-Reyhaninin də ya­ra­dı­cı­lı­ğın­da öz ək­sini tapmışdır. Şai­rin fik­rinə görə, elmi-praktik dü­şün­­­­cəyə eti­­­nasız­lıq nəinki ərəblərin, bü­­­­töv­lük­də Şərqin geri qalmasını şərt­lən­dir­ən sə­bəb­­lərdən biridir. Heç ol­maz­sa, bun­dan sonra “onlar əqli-el­mi xü­­su­siy­yət əl­də etməli və özlə­ri­ni pla­­netimiz haq­qın­da sosioloji və əx­la­qi tət­biq­ləri də olan müəyyən tə­məl həqiqətlərə uy­ğun­laş­dır­ma­lı­dır­lar”.1

Ancaq dini kitabların öyrənilməsi ilə kifayətlənərək Təbiət kita­bı­nı oxumağa səy göstərmədikləri üçün İslam dünyasında elm doğ­ru­dan da, çox geri galmışdı. Əmin ər-Reyhani bu məsələni də diqqətə çat­dırmağa çalışırdı. “Xalidin kitabı” da – əslində Xa­lidin dünyası mə­na­sındadır. Dün­ya, tə­biət özü də bir kitabdır. Əsərin adı se­çilərkən Qu­ran ilə Tə­­bi­ə­tin bir-bi­rinə adekvat kitablar ol­­ması barədə ideyaya işarə edil­mişdir.

Əmin ər-Reyhani “Xalidin kitabı” əsərində yazır: “Burada, Tə­bi­ə­tin bu böyük Məscidində mən öz Quranımı oxuyuram. Mən, Xalid, hə­­­yatın səhrasındakı bir bədəvi, dü­­şün­cə yolunda bir divanə, mənə açıq ye­ganə ibadət məkanı olan bu möh­­tə­şəm Məscidə onun ilahi gö­rü­nü­şünün ətir­li aurasında sınmış kön­lü­mü mü­a­li­cə etmək üçün gə­li­rəm. Bu­rada mehrablar nə bu, nə də başqa yön­də­dir. Lakin burada han­sı tərəfə dönürsən dön, Allahın canlı ru­hu­nun hər zaman mövcud ol­du­ğu bir sığınacaq vardır.”1

İstər bu mühakiməsində, istərsə də başqa yazılarında ər-Reyhani əs­lən xristian olmasına baxmayaraq, daha çox dərəcədə İslam dininin rəmz­lərindən istifadə edir. Çünki vəhdət ideyası məhz İslamda təhrif olun­madan, ən yüksək səviyyədə, hətta belə demək mümkündürsə, ro­mantik poeziyanın ruhuna uyğun surətdə ifadə olunur.



Ərəb romantik şairləri üçün din ancaq mənəvi aləmə aid ol­maq­la texnogen sivilizasiyadan asılı ol­madan mövcuddur. Əmin ər-Rey­ha­ni daha çox dərəcədə dinin əxlaqi fun­ksiyasını önə çəkir və yaxud bu iki mənəvi dəyərin eyniyyəti prin­si­pin­dən çıxış edirdi. Bununla əla­qə­­dar Aida İmanquliyeva yazır: «Ər-Rey­haninin dini “əxlaqi hiss” kimi anlaması bilavasitə mənəviyyat problemləri ilə əlaqədardır. Onun nəzərində Allah ən ali mənəvi qanundur».2

Əmin ər-Reyhani Şərq ruhunun da ən çox dinlərdə yaşadığını nə­zə­rə alır, İslam dəyərlərinə, xüsusən, təsəvvüf fəlsəfəsinə böyük rəğbət bəs­ləyirdi. “Mən Şərqəm,” – deyən şair təsəvvüfə biganə qala bilməz­di. Çün­ki Şərq düşüncəsinin mahiyyəti, mənəvi kamilləşmə yolu özü­nün nəzəri-konseptual, habelə bədii-estetik və prakrik-həyati təcəs­sü­mü­nü ən çox sufi fəlsəfəsində tapmışdı. Əmin ər-Reyhaninin bütün ya­ra­­­dı­cı­lı­ğına təsir edən təsəvvüf ideyaları ən çox “Mistiklərin nəğ­mə­si...” kitabında tərənnüm olunur. O, öz təsəvvüf ideyalarına bağ­lılığını bö­yük sufi mütəfəkkirlərinə həsr etdiyi şeirlərində də ifadə edir.


Əttara salam olsun, müşk ətirli sözlərilə

Nəğmə deyən quşların vəziri.

Ərəbiyə salam olsun, Həqiqətin dilinə,

Peyğəmbərin həqiqətdə gözünə.1
Göründüyü kimi, Reyhani İslam dünyasının böyük mütəfək­kir­lə­rin­dən biri məşhur sufi şairi İbn Ərəbini Həqiqətin dili hesab edir və Pey­ğəmbər dedikdə Cübran kimi, o da Məhəmməd Mustafanı nəzərdə tutur. Onun ingilis dilində yazdığı şeirlərinin çoxunda tanrıdan bəhs olunarkən “God” yox, məhz “Allah” sözü işlənir ki, bu da İslam dininə bağlılıqdan irəli gəlir.
Allah rəhmandır, Allah mehribandır,

Onun qəlbi yerin göz yaşlarında qorunub saxlanır.2
Digər misralarında işlətdiyi “Allah rəhmandır, Allah mehribandır”, “Al­lah rəhimdir, Allah şəfqətlidir”, “Allah görəndir, Allah müdrikdir” ifa­də­ləri birbaşa Qurandan götürülmüşdür.

Mənşəcə xristian olmasına baxmayaraq, özünü dərk etdikcə, is­la­mi dəyərlər onun yaradıcılığının əsas motivinə çevrilir.



O, Qərb sivilizasiyasına alter­na­tiv olaraq klassik Şərqə qayıdış ide­ya­sını irəli sürəndə məhz İslam mədə­niy­yətinin ilk dövrünü nəzərdə tutur.

Bununla belə, Reyhaninin ədəbi ir­si ancaq İslam mədəniyyəti və hət­ta bü­tövlükdə Şərq dəyərləri ilə məh­dud­laşdırıla bilməz. Burada Qərb romantik poeziyasının böyük tə­si­ri də mütləq nəzərə alınmalıdır.

Qərbin elm və mədəniyyətinə yiyələndikdən sonra geriyə – və­tə­nə qayıtmaq və qalxdıqları yeni səviyyənin imkanlarından öz xalqı üçün istifadə etmək, Şərqi düçar olduğu xəstəliklərdən müalicə etmək tə­şəbbüsləri Reyhaninin əsərlərində də öz əksini tapmışdır. O. Öz hə­ya­tı ilə bir nümunə olmaqdan başqa, Şərq adamı üçün Qərbə mü­na­si­bə­tin ideya əsaslarını ­da müəyyən etmiş, öz elmi-fəlsəfi və bədii ya­ra­dı­cılığında bu problemləri açmağa çalışmışdır.

Reyhaninin tədqiqatçılarından Naci Oucan onu Bayronla mü­qa­yi­sə edərək yazır: “Xalidin Şərqdən Qərbə ziyarəti və geriyə Şərqə qa­yıt­ması ilə, Çayld Haroldun Qərbdən Şərqə ziyarəti və geriyə Qərbə qa­­yıtması arasında bir çox yöndən paralelliklər var. Hər ikisi də tipik ro­­mantik məsələlərdir ki, özünü liberallaşdırma və özünü uni­ver­sal­laş­dı­r­ma məqsədini daşıyır”.1 Burada heç də zahiri bənzəyişdən söhbət get­mir. Söhbət heç də bir mədə­niy­­yət nümayəndəsinin başqa bir mə­­də­niy­yət məkanına keçib geri qa­yıt­­ma­sın­dan getmir. Özünü axtaran in­­­san öz yaşadığı maddi və ictimai mü­hit­də özünü tapa bilməyən insan bu hüdudları keçməyə çalışır. Və ancaq bu zaman öz daxili mənəvi po­ten­sialının gücü ilə ənənə divarlarını aşır. Coğrafi mənada sərhədlərin ke­çilməsi, başqa bir sivilizasiyanın bər­qərar olduğu məmləkətə səfər et­mək burada əslində simvolik sə­ciy­yə daşıyır. Düzdür, həm Bay­ro­nun, həm də Reyhaninin qəhrəmanı ha­di­sələr dünyasında da yerlərini də­yişirlər. Bu, özünü öz muhitinin föv­qün­də tapmaq təşəbbüsüdür. Bax, buna görə də qəhrəmanların hərəkət isti­qamətləri bir-birinə tam əks olsa da, hərəkətin motivi eynidir və eyni mahiyyətin açılışına xid­mət edir.

Əmin ər-Reyhaninin “Xalidin kitabı” əsərinin Bayronun Çayld Ha­­rold əsəri ilə müqayisəsi romantik vüsət baxımından, habelə mü­əy­yən ideya paralelləri olması baxımından məqbul sayıla bilsə də, Çayld Ha­rold hər halda Qərb yaradıcılıq ənənəsinin məhsuludur. “Xalidin ki­ta­bı” isə ictimai həyat hadisələrinin təsvirindən çıxan bir dramatizmi de­­yil, insan düşün­cə­si­nin daxili dra­ma­tizmini ifadə edir. Yəni əslində, dün­­yanı seyr edən in­sa­nın dü­şün­cə­ləri ic­timai həyatdan in­tixab edil­sə də, bu həyatın özü arxa plan­da qa­lır, önə çıxan isə onun in­ter­pre­ta­si­ya­sı və hətta xeyli dərəcədə mü­cər­rəd və ümumi fikirlər səviyyəsindəki in­terpretasiyasıdır. Burada müxtəlif xarakterli, müxtəlif düşüncəli və fərq­­li həyat tərzləri və məqsədləri olan insanlar arasındakı münasibət yox, bir şəxsin baş verən hadisələrə, həyata, dünyaya münasibəti tə­cəs­süm olunur. Başqa sözlə desək, mü­əl­li­fin ideyası poliloq və ya dialoq şək­lin­də deyil, monoloq şəklində açılır. Bu üsluba biz Qərb ya­zı­çı­la­rın­dan da­ha çox məhz şərqlilərin yaradı­cı­lı­ğında rast gəlirik. Ə. Rey­ha­ninin dos­tu və həmkarı C. X.Cübranın “Pe­y­­ğəmbər”i də bir şəxsin dü­­­şüncələri – monoloq üslubunda qurul­muş­­dur. Maraqlıdır ki, Azər­bay­can ədəbiyyatında öz janrına və üs­­lu­bu­na görə, unikal əsər kimi gö­­rü­nən “Azər” (Hüseyn Cavid) po­e­ması da bu qəbildəndir. Əsərin qəh­­­­­rə­ma­nı, əs­lin­­də iri həcmli bu po­e­ma­nın ye­­­ga­nə fəal obrazı və sub­yek­ti olan Azə­rin bütün fəaliyyəti də dü­şün­­­cə­­lər­­dən mülahizələrdən iba­­rət­dir. Belə qəhrəmanlar nəzəri­miz­də is­tər-is­tə­məz müəllifin öz ob­ra­zı ki­mi canlanır. Cəmiyyət ancaq bir tab­lo ki­mi nə­zərdən keçirilir, bir kitab ki­mi vərəqlənir və biz hər bir səhifədə mü­əl­lifin hökmlərini eşidirik.

Aida İmanquliyeva yeni ərəb ədəbiyyatı korifeylərinin nü­mu­nə­sin­də romantik poeziyanın və hətta inqilabi düşüncənin geniş təhlilini verir ki, bu təhlil həmin dövrdəki Azərbaycan ədəbiyyatının meto­do­loji baxımdan düzgün dəyər­lən­di­ril­məsi üçün də çox qiymətlidir. Ən baş­lıcası isə odur ki, Aida xanım mü­vafiq problematika ilə əlaqədar Qərb mütəfəkkir-şairlərinin dünya­gö­rü­şünü, baxışlarını tədqiqata daxil etməklə Qərbin ictimai və kul­tu­ro­lo­ji təcrübəsini nəzərə almağa imkan ve­rir. Aida xanın sadəcə təhlil et­mir, o, Şərqi fitrən duyduğuna görə, Qərb romantik ədəbiyyatında dü­şün­cədən deyil, ruhdan, könüldən gə­lən məqamları, Qərbin ədəbi-bədii gerçəkliyində iz qoymuş Şərq mo­tiv­lərini asanlıqla ayırd edir.

Aida xanımın timsalında Şərq ruhu yenidən Qərbin fikir dün­yasına səyahət edir.



Əmin ər-Reyhani yaradıcılığında

Şərq-Qərb məsələləri

Əmin ər-Reyhani üçün Şərqdən Qərbə, yaxud Qərbdən Şərqə getmək eyni bir ideala – vəhdətə aparan iki fərqli yoldur. Şərq və Qərb bölgüsü isə coğrafi mənadan daha çox, insanın öz daxili aləmindəki fərqli bölgələr mənasında işlədilir. Şərqin simvolu kimi ruh, Qərbin simvolu kimi ağıl götürülür. “Əsl lider və xilaskar o kəsdir ki, onda Şər­qin ruhu və Qərbin ağlı var.”1 Burada XX əsrin əvvəllərində yazıb-ya­ratmış başqa bir Şərq dahisinin – Cəfər Cabbarlının obrazlı sözlərini xatırlamamaq mümkün deyil: “Beyni kitab arasında Parisdən, ürəyi isə mizraq ucunda Altay dağlarından alınmışdır”.2 Məqsəd fikir ilə duy­ğu­nun vəhdətinə nail olmaqdır. Əmin ər-Reyhani vəhdət ide­ya­sın­dan çı­xış etməklə yanaşı, Şərq və Qərbin mahiyyətlərini də fərqlən­dir­mə­yə çalışır. Bununla yanaşı, şair sivilizasiyalar bölgüsünü başqa rakursda da aparır və ona maddiyyatla mənəviyyatın qarşılaşdırılması kimi də baxır: “Mən iki dünyanın vətəndaşıyam... Bəli, mən eyni dərəcədə həm maddi olana, həm ruhi-mənəvi olana tapınmışam”.3

“Cəmiyyətin mənəvi həyatı və maddiyyat” problemləri XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatında da ən aktual mövzulardan idi. Ola bilsin ki, insanın mənəvi kamilliyi və maddi mühit arasındakı qarşılıqlı əlaqə məsələləri heç də həmişə bu iki tərəfin qütbləşməsi və müəyyən məqamda Şərq-Qərb dilemması şəklində üzə çıxmırdı, lakin insanın, onun daxili aləminin önə çəkilməsi və xilas yolunun məhz vic­danda, mənəviyyatda axtarılması kimi ənənəvi Şərq mövqeyi üs­tün­lük təşkil edirdi. Hüseyn Cavidin bütün yaradıcılığı boyu əsas ideya ki­­mi keçən həqiqət və güc qarşıdurması əslində həm də mənəviyyat və mad­­diyyatın qarşılaşdırılmasıdır. Əmin ər-Reyhani bu fərqi, bu qar­şı­du­r­manı xalqlar və sivilizasiyalar müs­tə­visinə keçirir və vicdana, haq­qa, əda­lə­t­ə söykənən bir xalq, bir mil­lət və hət­ta bir sivilizasiyanın, gü­cə, zo­ra söy­kənən xalq, millət və sivi­li­za­si­ya ilə rəqabətdə aqibətini də­yər­lən­dir­məyə çalışır.

“Kim güclüdürsə, o haqlıdır” fəl­­­­sə­fəsinə qarşı çıxan və “kim haq­lı­dır­sa, o güclüdür” mövqeyinin tənt­ə­nə­­­sinə üfüqdə bir ideal kimi ba­xan H.Cavid kimi, Əmin ər-Reyhani də güc­­lülərin bu cismani dünyada, ha­­di­sə­lər dünyasında üstün olmaq şans­la­rı­nı aldadıcı və müvəqqəti bir üs­tün­lük kimi dəyərləndirir. Gücə ar­xa­lananların zahiri qələbəsi əs­lin­də bir dünyagörüşü məsələsidir: “Zəif və əzilən millətlər əsasən spi­ri­tu­al­dır­lar (ruhani); güclü xalqlar, əksər vaxt, ən çox materialistdirlər. Bi­ri di­ni idealları əziz tutur, bəzi ruhi-mə­nəvi yüksəkliklərə qalxır və in­di və sonra öz həvəssizliyinə və tən­bəl­liyinə haqq qazandırmaq üçün bir ka­hin yaradır; o birisi isə maddi şeyləri araşdıraraq yerin xə­zi­nə­lə­ri­ni əl­də etmək üçün yeri deşir, dərinə gedir və o vaxta qədər dərinə ge­dir ki, onun dinamik qüvvələri nüfuz edilə bilməyən bir qısırlığa ça­tır və ani, dəhşətli bir reaksiyada part­la­yır. Belə bir xalqın həyatı ruhun xəstə bir halının əlamətidir.”1

Maləsəf, haqlılar əzilirlər. Reyhani də həmin bu həyatın acı ger­çək­lərini görür. Və bunu görə-görə, yenə də üstünlüyü haqqa, ruha, in­sa­nın ruhani xislətinə verir: “Lakin ruhu olmayan bir millət asket bir mil­lətdən daha qorxunc, daha iyrəncdir”.2 Bu fikri düzgün anlamaq üçün əzilənin zavallı olmasının, əzənin isə iyrəncliyinin şərin müxtəlif tər­tibli təzahürləri kimi dəyərləndirildiyini nəzərə almaq lazımdır. Yə­ni əzilmək və zavallılıq kimə isə haqq qazandıra bilməz; zəhmət çəkib güc­lü olmaq lazımdır.

Gücə nifrət etmək, ondan qaç­maq yox, onu mənimsəmək, ona yi­yə­lən­mək lazımdır. Əzənlərin arxa­lan­dı­ğı gücə qar­şı meydana daha bö­yük bir güc çıxarılmalıdır. Həyatın qa­­ran­­lıq­la­rı­nı, problemlərini ancaq təs­vir edə bi­lən realist­lər­dən fərqli olaraq Ca­vid bu qaran­lıq­lara işıq salmağın yol­­la­rı­­nı arayır. İşıq bulmaq üçün isə mü­­hitin zaman-mə­kan kon­tiniu­mu­nu ge­­niş­lən­dir­mək, onun fövqünə qalx­­maq, zamanı keçmişə və gələcəyə doğ­­ru uzat­maq (ekstra­pol­ya­siya) la­zım gəlir.

Yaxud da məkanı... Cavidin qəhrəmanı Azər də ərəb mühacirləri Cübran və Reyhani kimi Qərbə səyahət edir və burada hər şeyin gücə, qüvvətə tapındığının şahidi olur.

Azərin Berlin təəssüratı:
Gözəl!... Şu nəşələr dolu həşmət dünyası pek gözəl,

Hürriyyət gizləyən geniş, sağlam havası pek gözəl,

Yer deyil, göyləri sarsan yılmaz dehası pek gözəl,

Böyük-küçük hep tapınır ancaq və ancaq qüvvətə. 1
Lakin bu diyarda insanların qüvvətə tapınması ilk təəssüratdır. Çün­ki böyük uğurların əldə edilməsi böyük enerji və qüvvət israfı tə­ləb edir. Bu qüvvət isə öz bətnində əql və fəzilət eşqi saxlayırmış: “Fə­qət həp üstündür fəzilət eşqi zillətə.” 2

Bu ideya daha çox Qərb düşüncə tərzini ifadə edir. Lakin onun li­rik-bədii planda qoyuluşuna biz məhz Şərqdən getmiş romantik şair­də – Əmin ər-Reyhanidə də rast gəlirik.

Sivilizasiyadan fərqli olaraq, milli mə­də­niy­yətlər dil və din mü­əy­­yənliyi ilə də seçilir. Bu baxımdan, milli mədəniyyətin aralıq mər­hə­lə kimi təsbit edilməsi, tamamilə qanunauyğundur. Şərq və Qərb böl­gü­sündə isə, dil və din amilləri istisna olunur. Yuxarıda göstərdiyimiz ki­mi, coğrafi amil də burada həlledici deyil. Bəs bu bölgü, nəyə əsas­la­nır? – İlk növbədə, düşüncə tərzinə, fərdi və ictimai şüurun qarşılıqlı əla­qəsinə və bu əlaqəni təmin edən ictimai təşkilatlanma formalarına!

Şərq və Qərb arasında fərqi qısaca ifadə etmək istəsək, belə de­mək olar: “Şərq təfəkkürü təəssüratçılıqla, Qərb təfək­kürü təfər­rü­at­çı­lıq­la səciyyələnir” (Əbu Turxan). Bəli, Qərb düşüncəsi, konkret təhlilə, his­si təcrübəyə, təfərrüat­la­rın öy­rə­nil­mə­si və ümumiləşdirilməsinə, induktiv me­toda, subyek­tin ob­yekt­dən ayrıl­ma­sı­na əsaslanır. Şərq düşüncəsi isə, daha çox fitrətə, duyğuya, bütövlüyün his­si və əqli sezgi ilə mənimsənilmə­sinə, obyektin sub­yek­tə itməsinə əsaslanır.



Lakin bu xüsusiyyətlər, ancaq dü­­şüncənin daxili mexaniz­mi­nə aid­dir. Nə­zərə alınmalıdır ki, qərarlaşmış so­­si­al mədəni durum, də­yər­lər sistemi də düşüncə tərzinə təsir göstərir. Mü­hit özü, in­sa­nın fəal­laş­ma­sı və tən­bəl­ləş­məsi üçün şərt ola bi­lər. Mühit ide­ya­nı, düşüncəni, tə­şəb­bü­sü stimul­laş­dıra da bilər, onun qar­şı­sı­nı ala da bilər. Düşüncənin inert­ləş­mə­si, fikir tənbəlliyi bu gün Şər­qin əla­­mət­­lərindən birinə çev­ril­miş­dir. Halbuki, məhz Şərqdə düşüncə so­yuq ağla deyil, qaynar zəkaya, qəl­bin döyüntüsünə, şövq və ehtirasa söy­kənir. Əql məhəbbət kontekstində ortaya çıxır…

Və bütün bunlar Şərq poeziyasında yüksək bir dəyər, böyük mə­ziy­yət kimi tərənnüm olunur. Halbuki, Şərqin ətalətini şərtləndirən də, onun elə məhz hərarətidir. Adi məntiqlə düşünmək, ölçüb-biçmək, in­san­dan böyük daxili enerji tələb etmədiyi halda, hər bir məqamda, bü­tün varlığı ilə obyektə doğru yönəlmək (fenomenolo­gi­ya­da buna – in­ten­siallıq deyirlər), obyekti öz «mən»ində ərit­mək, idrakı sevgi mə­qa­mı­na yüksəltmək, çox çətindir. Məhz buna gö­rə­dir ki, Şərqdə əqli fə­a­liy­yət istənilən insanın deyil, seçil­miş­lərin nəsibi olur. Fəhmlə dərk et­mək üçün, ağıldan ziyadə fəhmə, intuisiyaya malik olmaq gərəkdir. Bö­yük həqiqətləri, qəlbin işıqlanması məqamında görmək üçün, alışıb-yanmaq, nur­lan­­maq siqləti tələb olunur.

Fərdi müstəvidə, əlbəttə, hər şey aydındır. Şərq düşüncə tərzi daha yüksək, daha ali bir məqamı ifadə edir. Lakin bu yüksək məqama hamı yüksələ bilmirsə, onda ictimai şüurun seçilmişlərin fərdi şüur­larından geri qalması kimlərinsə dalınca getmək, kimə isə kor-koranə inanmaq zərurətini də ortaya çıxardır. İctimai təşkilatlanmadakı fərqlər də, düşüncə tərzindəki fərqlərdən irə­li gəlir. Şərqin ictimai müs­təvi­də geri qalması, onun həqiqət məzən­nə­sini çox yüksəklərə qaldırması ilə bağlıdır və bu yüksəklik icti­mai müs­tə­vidə öz əksliyinə çevrilir.

Hər dəfə fikirləşmək üçün sə­ma­ya qalxmaq, daxili yüksəliş ke­çir­mək zərurəti, geniş kütləni fikir tən­bəl­liyinə sürükləyir. Və fi­kir tən­bəl­­liyi kütlə miqyasında Şərqin bir gös­təricisinə çevrilir. İctimai mü­­hi­tin, sosial infras­trukturun ənə­nə­vi­ləş­miş təsir formaları Şərq an­la­yı­şına və səhvən «Şərq düşüncə tər­zi» an­layışına da daxil edilir.

Halbuki burada Şərqin iki­ləş­mə­si, yaxud “iki Şərq” konsepsiyası nəzərə alındıqda bütün an­la­şıl­maz­lıqlar aradan qalxır. C.Cübranın, Ə. Rey­haninin tərənnüm etdiyi Şərq, yuxarıda göstərdiyimiz kimi, ancaq klassik Şərqdir. Onlar öz döv­rlərində Şərq ölkələrindəki vəziyyəti nə­in­­ki nümunə göstərmir, kəskin tənqid edir və öz ideallarını itir­dik­lə­ri­nə gö­rə, Qərb dəyərlərinin təqlidçisinə çevrilmələri ilə heç cür razı­laş­mır­lar. Əsas məsələ düşüncə tərzindəki deformasiyanı aradan qaldırmaq­dır.

Yeni dövrdə müsəlman dünyasında ideoloji infrastrukturun dü­şün­cə tərzi ilə yanaşı, dü­şün­cənin məzmununa da təsir etməsi, Cə­maləddin Əfqani tərəfindən gözəl şərh edilir: «Təfəkkü­rün tərzi və me­yarı olan məntiq elmini, hər kəs öyrənməlidir ki, həqiqəti yalandan, dü­zü əyridən seçə bilsin. Halbuki, bizim mü­səl­man məntiqçilərinin ba­şı mövhumatla və boş-boş şeylərlə doludur. Bun­ların təfəkkürü ilə, avam­ların təfəkkürü arasında heç bir fərq yox­dur. Hikmət elmi ət­ra­fı­mız­dakı mövcud səbəblərdən və əla­qə­lər­dən bəhs edir. Qəribə bu­ra­sı­dır ki, bizim alimlər «Sədri» və «Şəm­sül-bariə» oxuyurlar və fəxrlə öz­lərini hikmət sahibi hesab edir­lər. Di gəl,… soruşmurlar ki, biz ki­mik və nəyik? Elektrik, bu­xar gəmisi, dəmir yolu nədir?»1 M.Ə.Sa­bi­rin məşhur satirası yada düşür:
Dindirir əsr bizi, dinməyiriz,

Açılan toplara diksinməyiriz,

Əcnəbi seyrə balonlarla çıxır,

Biz hələ avtomobil minməyiriz.2
M.F.Axundovdan Cəmaləddin Əfqaniyə, Əfqanidən Sabirə və Ha­diyə, M.İqbala və ər-Reyhaniyə, Ca­­­vidə və C.Cübrana gedən ideya yo­lu, özünütənqid və vəhdətə çağırış yo­lu!

Məhz fikir tənbəlliyinin və əta­­lə­tin nəticəsidir ki, Avropa yeni-ye­ni tex­­niki nailiyyətlər əldə etdiyi bir vaxt­­da, bizimkilər ərəb əlifbası və ərəb sözlərinin təfərrüatları sa­hə­sin­­də baş sındırmaqla məşğul idi­lər. C.Əfqani elə bil ki, M.F.Axun­do­vun əlif­ba islahatı uğrunda mü­ba­ri­zə­si­nə səs ve­rə­rək, yazırdı: «Mü­səl­man­­lar təlim-tərbiyədən heç bir xe­yir gör­­mür­lər. Mə­sələn, onlar nəhv el­­mi­ni öy­rənməklə məşğul olur­lar. Nəhv el­min­də məqsəd də budur ki, ərəb söz­­lərini düzgün yazıb-oxu­ma­ğı öyrənsinlər. Halbuki, bizim zə­ma­nə­miz­­də müsəlman alimləri, nəhv elmini son məq­səd və qayə kimi qar­­şı­la­rına məqsəd qoy­muş­lar…».3 Bəli, dil məq­səd yox, vasitə ol­ma­lı­dır. Han­sı dildə oxumaq və yaz­maq deyil, nə barədə oxuyub, yazmaq önəm­lidir. Düşüncənin səhv isti­qamətdə yö­nəl­­dilməsi, vasitəni özünə məq­səd etməsi, hətta, elmi di­ni dəyərlərlə əvəz etmək təşəbbüsləri Şər­qin tənəzzül səbəblərin­dən­dir. «Qəribə bu­ra­sıdır ki, bizim alimlər elmi iki yerə bölmüşlər: mü­səl­man elmləri və Av­ropa elmləri. Buna gö­rə də, onlar camaatı xeyirli elm­lərin mənim­sə­nil­məsindən çə­kin­di­rir­lər. Onlar başa düşmürlər ki, şə­rafətli elm heç bir millətin malı deyil, kim ona yiyələnsə, onun­dur…»1



Şərq və Qərb düşüncə tərz­lə­ri­ni, qarşılıqlı maraqları üzvi su­rət­də birləşdirən sintetik təfəkkür siyasət sahəsində, beynəlxalq münasibətlər sahəsində həqiqətən yeni hadisə­dir...

Lakin daha geniş miqyasda gö­tür­dükdə, həyatımızın bütün sa­hə­lə­rini məhz bu yeni təfəkkür işığında nə­zərdən keçirmək istədikdə məlum olur ki, o heç də boş yerdə ya­ran­ma­mış, min illər­dən bəri dərin kök atmış dialektik təfəkkürün bəhrəsi ki­mi mey­da­na gəlmişdir.

Bu gün qarşıda duran vəzifə idrak sahəsində müvəffə­qiy­yət­lə­rin rəh­ni olan dialektik təfəkkür tərzinin praktik tətbiqinə nail olmaqdan, fə­aliyyət proqramını bu təfəkkür əsa­sın­da qur­maq­dan, dialektikanı “xalis zə­ka” sahəsindən “praktik zəka” sa­hə­si­nə keçir­mək­dən ibarətdir.

Sintetik siyasi təfəkkür dialektik idrak metodunun dövlət si­ya­sə­ti­nə tətbiqi deməkdir. Miqyaslar arasındakı uçurumun ara­dan götürül­mə­si, tam ilə hissənin əlaqələndi­rilməsi, fərdi problem­lə­rin qlobal ha­di­sələr kontekstində nəzərdən keçirilməsi və əksinə, qlo­bal hadisələrin həl­­lində hər bir adamın mənafeyinin nəzərə alın­ması sinte­tik təfək­kü­rün mühüm tərkib hissəsidir.

Dialektik təfəkkürün əsasında hərtərəflilik prin­sipi, sintetik­lik da­­yanır. Əksliklər müəyyən olunur, ancaq onlar mütləqləşdiril­mir, vəh­­dətdə nəzərdən keçirilir.

Bir fikir başqa fikirləri istisna etmir, əksinə, bir-birini qarşı­lıq­lı su­­rətdə tamamlayır. Sintetik tə­fəkkür müxtəlif konseptual sis­tem­lərin di­alektik sintezi olmaqla yanaşı, müxtəlif təfəkkür tərz­lə­ri­ni də özündə bir­ləşdirir. O, Şərq və Qərb təfəkkür tərzlərinin, mil­­li şüarların bir-biri­ni zənginləşdirməsini nəzərdə tutduğu kimi, el­mi və bədii təfəkkürün vəh­dəti üçün də meydan açır.

Ya yalnız sosial-mənəvi həyatın anlayışlarla inikasından çıxış edə­rək bədii ədəbiyyatdan, obrazlı təs­virdən imtina etmək, ya da yal­nız bədii ədəbiyyat və təxəyyül hüdudunda qalaraq real həyatın mən­ti­qi inikasına biganə qalmaq, – hər ikisi bir­tərəfli ya­xın­laş­ma­­dır. Sin­te­tik təfək­kür bunların vəhdətini tələb edir.

İnsan, onun mənəvi yüksəlişi, fər­di mənəvi dünya ilə ictimai hə­yat ara­sında qarşılıqlı əlaqə və ziddiyyət mə­sə­lələri əsrlər boyu yalnız fəl­sə­fənin deyil, həm də bədii ədəbiy­ya­tın, incəsənətin pred­me­tinə da­xil ol­muş­dur. Lakin fəlsəfənin məğ­zi­ni, əsas məsələsini təşkil edən bu pro­­b­lem bədii ədəbiyyatda bir növ dolayısı ilə, daha doğrusu, təza­hür­lər vasitəsilə işıqlandırılmışdır. Ədəbiyyatda ən çox tən­qid olunan Şərq öl­kələrini bürümüş olan mövhumat və cəhalət, elmi düşün­cə ənənə­lə­ri­nin zəifliyidir. Əmin ər-Reyhaninin və Mixail Nüaymənin əsərlərində də eynən Sabir, Mirzə Cəlil və Üzeyir Hacıbəyovda olduğu kimi bu cəhətlər özünün geniş bədii ifadəsini tapmışdır.

Bəli, Şərq təfəkkürü nöqsanlardan azad deyil. Lakin kim be­lə he­sab edirsə ki, müasir dövrdə xalqımızın tərəq­qisinə mane olan Şərq tə­fək­kür tərzidir, – səhv edir. Şərq təfəkkürünün müəyyən ça­tış­maz­lıq­la­rı varsa, bu onun üstün cəhətlərinə də neqativ planda bax­maq üçün əsas vermir. Digər tərəfdən də, ona qarşı qoyulan Qərb təfəkkür tərzi də özünəməxsus nöqsanlara malikdir. Əmin ər-Reyhani yazır: “El­min in­­san həyatını qaranlıq ma­ğara ilə soyuq məzar arasında mü­ha­si­rədə sax­layan təhlil üsulla­rın­dan artıq bezmişəm. Müasir mədəni üsull­­a ma­ğa­radan məzara doğ­ru! Nə gözəl səyahətdir! Ancaq xoşbəxt­lik­dən bu sə­yahət qısadır”.1

Lakin insanın cismani həyatını, cari problemlərini, praktik əqlini və hətta maddi aləm haqqında elmi-nəzəri düşüncələrini, yaşadığımız bu dünyanın həyati tələbata uyğun olaraq optimallaşdırılması yönündə qu­ruculuğunu və yaradıcılığını da əhatə edən bu “səyahət”lə yanaşı, in­­­­sanın mənəvi həyatını, mənəvi-estetik yüksəlişini, müqəddəslik duy­ğu­sunu əhatə edən ruhani bir “səyahət” də vardır ki, onun nə əvvəli, nə də sonu vardır. Həyatın bu ikinci tərəfini unudaraq ancaq qərbsayaği “sə­­yahət”lə kifayətlənmək, daha doğrusu, bunun naminə ruhani hə­yat­dan imtina etmək yolverilməzdir.

Doğrudan da, yağiş­dan çıxıb yağmura düşmək nailiyyət hesab olu­­­na bilməz. Təcrübə göstərir ki, biz Qərb mədəniyyətinin, Qərb tə­fək­kür tərzinin məhz nöq­sanlı cəhət­lərini qəbul etməyə daha çox meyl­li­yik. Maraqlıdır ki, bizim indi rast gəl­diyimiz situasiya o vaxt Li­van­da və Suriyada da müşahidə olu­nur­muş və bu vəziyyət ərəb romantik şa­ir­lə­rinin də tənqid hədəfində ol­muş­dur: “Suriyada geniş yayılmış fran­­sız mo­dası, daha doğ­rusu Paris bul­varlarının ənlik kirşanlı modası bur­dakı ic­timai qı­cı­ğı elə səviyyəyə çatdırmışdır ki, hətta gənclər belə na­ra­zı­lıqlarını və qə­zəblərini bil­di­rir­lər. Axı, gəzməyə, ya bazarlığa çı­xar­kən baş örtü­yü­nü əminlik üçün tax­mış, lakin eyni zamanda onların çıl­paq qollarını və ayaq­larını aş­kar­la­yan fransız geyimli qadınlar on­la­rın b­a­cı­ları və gənc xa­nım­la­rı­dır. Təbii ki, bu, eybəcərlikdir və dö­zül­mə­z­dir”.2

Müasirliyə gedən yolun diskoteka və videotekadan, hətta in­ter­net klublarından keç­diyini düşünənlər səhv edirlər. Belə qüsurlu mövqeyin yayılması bizim ümumiyyətlə mədəniyyət və müasirlik haqqında təsəvvürlərimizin məhdudluğu ilə əlaqədardır.



Bəziləri Avropa ilə bağlı olan hər şeyi mədəniyyət hesab edir, mü­asirliyi onunla ayaqlaşmaqda görürlər. Lakin bu zaman nə­dən­sə Av­­ropanın elmi, texnikası, maddi isteh­sal və xidmət mədə­niy­yə­ti yad­dan çıxır, Avropanı Avropa edən, onu irəlidə zənn etməyə va­dar edən əsl cəhətlər unu­dulur, Qərbin tərəqqisində həqiqətən böyük rol oyna­mış olan, onun maddi mədəniyyətini tamamlayan mütərəqqi mənəvi mə­də­niyyət nümunələri yaddan çıxır və əksinə, Qərbin tə­nəzzülünə, sü­­­­qutuna, mənəvi deqradasiyasına apa­rıb çı­xara bilən, onun ilkin tə­rəq­­­qi döv­rünün ənənələrinə əsaslan­mayan, yan­dançıxma (çox vaxt af­rik­asayaği) “mə­dəniyyət” nümunələri, o cüm­lə­dən, bayağı rok, var­ye­te, por­no­qra­fik musiqi lövhələri, gecə klubları, kazino, striptiz və s. “Av­ropa mə­də­niyyəti” kimi qəbul edi­­­lir.

Təsadüfi deyildir ki, hələ XX əsrin əvvəllərində – Ba­kıda ka­pi­talizmin meydana gəldiyi ilk dövrlərdə Qərb sivilizasiyasına, Av­ro­paya seçkili münasibətin zəruri­liyini dərk edən H. Cavid yazırdı:


Avropada işıq da var, zülmət də.

Orda səfalət də var, fəzilət də.

O bir əngin dəniz ki, çox qorxuncdur.

İnsan gah inci bulur, gah boğulur...1
Əmin ər-Reyhani də öz əsər­lə­rin­də Qərb həyatının bu ikili tə­bi­ə­ti­ni nə­zərə almağa çağırırdı. Onun yara­dı­cı­lığında bu məqamı xü­su­si vur­ğu­la­yan Aida İmanquliyeva ya­zır­dı: «Ər-Rey­hani qeyd edir­di ki, Qərb­dən Şərqə elmin və sivilizasiyanın yal­nız nailiyyətləri deyil, həm də “alaq ot­ları”, yəni qüsurlar da gə­lir».2

Müasir Qərb dünyası daxilən zid­diyyətli olduğundan və ra­sio­nal düşüncəni mütləqləşdirdiyindən onun birtərəfli tərəqqisi labüd surətdə mənəvi deqradasiyaya gətirir. La­kin Avropa böyük cidd-cəhdlə bu böhrandan xilas olmağa çalı­şır. Biz isə bəzən onu tərəqqi etdirən amil­lər­dən xəbərsiz halda, onun iflas mə­qamını Qərb sivilizasiyası ilə qarı­şıq salır, Qərbin xilas olmaq is­tə­di­yi və məm­nuniyyətlə bizə ixrac et­diyi bayağı mədəniyyətdən ikiəlli ya­pı­şa­raq “müasir” olmağa çalı­şı­rıq. İstisinə isinmədiyimiz bir şeyin tüs­­­tüsünü bəh-bəhlə qəbul edirik.

Şərq təfəkkür tərzini atıb Qərb tə­fəkkür tərzindən yapışmaq (yeri gəl­­miş­kən, təfəkkür tərzi uzun müd­­dətə formalaşır və onun də­yi­şil­mə­si də çox mürəkkəb və uzun pro­ses­­dir) nə deməkdir? Əsas məqsəd hər han­sı təfəkkür tərzinin zəif cə­hət­­lə­rin­dən, birtərəfliyin­dən azad ol­maq deyilmi?

Məsələ burasındadır ki, müasir dövrdə Şərq və Qərbin qarşı­laş­dı­rıl­­ması, onların fikir tərzində olan özü­nə­­məxsusluğun mütləq­ləş­di­ril­mə­si və yalnız bu və ya digər tə­rəfə üs­tün­lük verilməsi heç bir müsbət nə­­ticəyə gətirə bilməz. Müasir tə­fək­kür hətta müxtəlif si­vi­lizasiyaların bir-birindən köklü surətdə fərqli olan dü­şün­cə tərz­lərini “ba­rış­dır­ma­ğı”, on­ların mütərəqqi cəhətlərini bir­ləş­dir­mə­yi nəzərdə tutur. Son za­man­lar hamını heyrətləndirən “Ya­po­ni­ya mü­əmmasının” açarını da məhz Şərq və Qərb tə­fəkkür tərzləri­nin uğurlu vəh­dətində, başqa sözlə, Şərqə məxsus yüksək mənəvi po­ten­sialın Qər­bə məxsus rasional dü­şün­cə mədəniyyəti ilə birləş­di­ril­mə­sində ax­tar­maq la­zımdır.

Şərq və Qərb mədəniyyətlərinin və müvafiq təfəkkür tərzlə­ri­nin üs­­tün cəhətlərinin aşkar edilməsi həm tarixi, həm də məntiqi plan­da xü­­susi tədqiqat tələb edir. Müasir cəmiy­yət­şü­naslığın vəzi­fə­lə­rindən bi­­ri də xalqımızın milli mədəniyyətini və təfəkkür tərzini Şərq və Qərb mə­­­dəniyyətləri kontekstində araşdırmaqdan və onun inkişaf perspek­tiv­lərini müəyyənləşdir­mək­dən ibarətdir. Ciddi elmi tədqiqata əas­lan­ma­yan qənaətlər, empirik müşahidədən çıxarılan nəticələr isə çox vaxt qüsurlu olur.

1   2   3   4   5   6   7   8   9   ...   21


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə