ŞƏR’İ suallara cavab




Yüklə 1.08 Mb.
səhifə28/43
tarix23.02.2016
ölçüsü1.08 Mb.
1   ...   24   25   26   27   28   29   30   31   ...   43

ATA-ANANIN QƏZA NAMAZI


Sual 601. Atası əhli-sünnətdən olan bir şəxsin böyük oğlu şiədir. Atanın qəza namazı bu oğula vacibdirmi?

Cavab: Bəli, şiə və sünni arasında bir fərq yoxdur. Buna əsasən əgər ata öz namazını müəyyən üzr səbəbindən yerinə yetirməyibsə, böyük oğluna vacibdir ki, onun vəfatından sonra yerinə yetirsin, ya onun üçün əcir tutsun, hətta bilərəkdən belə qılmamış olsa da vacib ehtiyata əsasən böyük oğul onun qəza namazlarını yerinə yetirməlidir.

Sual 602. Atam isticarə namazı və orucu götürmüş, onları qılıb qurtarmamış dünyasını dəyişmişdir. Mən onun böyük oğluyam, həmin namazlar mənə də vacibdirmi?

Cavab: Atanızın öhdəsində olan isticarə namaz və orucları sizə vacib deyil, amma borc olduğu üçün gərək onun qoyub getdiyi malından verəsiniz. Əgər onlar atanızın şəxsən özünün bu işi yerinə yetirməsini şərt etməyiblərsə, başqa bir şəxsi onları yerinə yetirmək üçün əcir tutun. Əgər yalnız atanızın bu işi yerinə yetirməsini qeyd ediblərsə, icarə pozulmuşdur, gərək onların pulunu meyyitin vərəsəsinə, ya vəsisinə qaytarasınız. Əgər mə’lum olmasa, ya tanınmasa ehtiyat budur ki, həmin pulu sədəqə kimi fəqirə verəsiniz və o da həmin namazları qılıb, orucları da tutsun. Bu halda siz də namaz və orucların boynunuzda məs’uliyyəti qalmasın deyə, yerinə yetirsəniz, meyyitin öhdəsindən götürülür.

Sual 603. Mən ailənin kiçik oğluyam və atam vəsiyyət edib ki, onun qəza namazlarını mən yerinə yetirim. Xahiş edirəm ki, mənim vəzifəmi bəyan edəsiniz.

Cavab: Əgər namazları qılmaq üçün malının üçdə birindən sizə muzd verməyi vəsiyyət edibsə, gərək vəsiyyətə uyğun muzdu götürüb onun namazlarını qılasınız. Əgər imkan yoxdursa bu işi yerinə yetirmək üçün başqasını əcir tutun. Və əgər bu vəsiyyəti boynundan götürmək məqsədi ilə edibsə, bu cür vəsiyyət faydasızdır və sizə vacib deyil. Təkcə böyük oğluna vacibdir ki, onun namazlarını qəza etsin.

Sual 604. Böyük oğul hələ həddi-büluğ olmamışdır, amma namaz və sair ibadətləri düzgün və şəraiti ilə yerinə yetirir, orucu da səhih qaydada tutur. Həddi-büluğ olandan sonra qılınması vacib olan atasının qəza namazlarını indi qıla bilərmi? Orucları necə?

Cavab: Ümumiyyətlə yaxşı ilə pisi başa düşən uşağın ibadətləri şər’ən düzgündür. Buna görə də əgər düzgün yerinə yetirərsə kifayətdir.

Sual 605. Heç bir məs’uliyyət daşımadığı təqdirdə, bir nəfər namaz və oruclarını qəza etsə boynundan götürülsün deyə şər’ən onun öhdəsindən götürülürmü?

Cavab: Bəli, caiz və səhihdir, öhdəsindən də götürülür.

Sual 606. Əkiz oğlan uşağı birlikdə dünyaya gəldikə hansı atasının vəlisi hesab olunur və atasının qəza namazlarını hansı qılmalıdır?

Cavab: Verilən suala əsasən dünyaya birinci gələn vəlidir və atanın qəza namazları da ona vacibdir.

Sual 607. Əgər böyük oğul hər hansı bir səbəbə görə atanın qəza namaz və oruclarını yerinə yetirməsə, başqa oğluna vacibdirmi?

Cavab: Xeyr, vacib deyil. Əlbəttə yerinə yetirsə savab iş görmüş olar və böyük qardaşın da öhdəsindən götürülər.

Sual 608. Mən ailənin böyük qızıyam, atam dünyadan getmişdir, bilirəm ki, qəza namazı vardır. Xahiş edirəm ki, mənim vəzifəmi bəyan edəsiniz?

Cavab: Əgər atanız öz oruc və namazı haq da vəsiyyət edibsə, gərək vəsiyyətə əməl olunsun (malının üçdə birindən bu iş üçün xərclənsin). Amma vəsiyyət etməyibsə, böyük oğlana vacibdir ki, atasının qəza namaz və oruclarını yerinə yetirsin. Qız övladına bir şey vacib deyil. Bəli, əgər böyük oğlan yerinə yetirməsə siz atanızın qəza namazlarını qəza edə bilərsiniz və ya öz pulunuzla onun üçün əcir tutasınız. Bu işin çoxlu savabı vardır, amma sizə vacib deyil.

Sual 609. Mənim ata-anam ömürlərinin axırına qədər namazlarını səhv qılıblar, vəsiyyət də etməyiblər. Onların böyük oğlu olduğum üçün mənə onların bütün namazlarını qəza etmək vacibdirmi?

Cavab: Əgər ehtimal versəniz ki, onların səhv oxumaları səhih oxumağa qüdrətləri olmadığındandır və öyrənməyə də səhlənkarlıq etməyiblər, qəzası yoxdur.

Sual 610. Böyük qardaşım atamın ölümündən sonra dünyasını dəyişdi. Onun ömrü fürsət vermədi ki, atamın namazlarını qəza etsin. Mən ondan bir il yarım kiçiyəm. Mənə atamın namazlarını qəza etmək vacibdirmi?

Cavab: Xeyr, Sizə vacib deyil, amma qəza etsəniz savabı var.

Sual 611. Böyük qardaşım atamın sağlığında dünyasını dəyişib. Atam dünyasını dəyişəndə mən böyük övladı idim; atamın qəza namazları mənim öhdəmdədirmi?

Cavab: Bəli, ata-ananın qəza namazları vəfat edən zaman böyük oğluna aiddir.

Sual 612. Əgər ata-ana ayət namazlarını tərk edib, ya unudublarsa, böyük oğluna onların ölümündən sonra ayət namazlarını qəza etməsi vacibdirmi?

Cavab: Bəli, gündəlik vacibi namazlarla ayət namazı arasında fərq yoxdur.

Sual 613. Həddi-büluğa çatmayan oğlan uşağı öz ata-anasının qəza namazlarını qıla bilərmi?

Cavab: Əgər yaxşını pisdən ayıra bilərsə (yə’ni muməyyiz), dəstəmaz və namaz məsələlərini səhih bilirsə, ata və anasının qəza namazlarını qılsa caiz və səhihdir.

Sual 614. Ömrünün axırlarında Bəhayi olan bir şəxs o halda dünyadan köçüb. Böyük oğluna onun namazlarını qəza etmək vacibdirmi?

Cavab: Xeyr, vacib deyil, hər kəs namaz və orucu inkar etsə və o halda dünyadan getsə onun namazları heç kəsə aid deyil və qəzası da yoxdur.

Sual 615. Ata-anamdan əvvəl bir böyük qardaşım vəfat edib. İndi atam dünyadan gedib, onun qəza namazları mənə vacibdir, ya xeyr?

Cavab: Verilən suala əsasən sizin böyük qardaşınız atanızdan əvvəl dünyasını dəyişib. Hal-hazırda siz böyük oğlan övladısınız və atanızın namazlarının qəzası sizə vacibdir, oruclarını da tutmalısınız.

Sual 616. Bir müsəlman 45 il əvvəl kafir bir qadınla evlənib və bir oğlan uşağına sahib olub. Sonra onları atıb və 35 il əvvəl ikinci dəfə başqa bir qadınla evlənib yenə bir oğlan uşağına sahib olub. İndi dünyasını dəyişib, onun birinci arvadı və oğlundan əldə heç bir mə’lumat yoxdur. Onun qəza namaz və orucu ikinci arvadından olan oğluna vacibdir, ya xeyr?

Cavab: Verilən suala əsasən ikinci arvadından olan oğlu birinci arvadından olan oğlundan böyük deyilsə, vacib deyil. Buna baxmayaraq yaxşıdır ki, boynundan məs’uliyyəti götürmək üçün yerinə yetirsin.
1   ...   24   25   26   27   28   29   30   31   ...   43


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə