ŞƏR’İ suallara cavab




Yüklə 1.08 Mb.
səhifə24/43
tarix23.02.2016
ölçüsü1.08 Mb.
1   ...   20   21   22   23   24   25   26   27   ...   43

NAMAZ


Sual 507. İran İslam Respublikasının televiziya-radiosu ilə yayımlanan azan səsi dəlildirmi, onunla namaz qılmaq və orucu iftar etmək olarmı?

Cavab: Bəli, yayımlanan şəhər əhalisinə və o şəhərə yaxın bir üfüqdə olan ətraf əhaliyə dəlildir. Həmin vaxtla namaz qılmağın və iftar etməyin heç bir maneəsi yoxdur.

Sual 508. İqaməni azanla demək şərtdirmi? Onu azansız demək olarmı?

Cavab: İqamənin müstəhəbliyi azan deməklə şərt deyil.

Sual 509. Zöhr namazını İmam-camaatın əsr namazına iqtida edən bir kəs, ondan sonra əsr namazı üçün iqamə desinmi? Camaat namazının sıraları dağılmayıbsa, iqamə demək lazımdırmı?

Cavab: Verilən suala əsasən iqamə demək lazımdır.

Sual 510. Məscidin səspaylayıcısı azanı kaset vasitəsi ilə ətrafa yayır. Həmin azanla namaz qılmaq düzgündürmü və savabı varmı, ya gərək əlavə azan deyilsin?

Cavab: Maqnitafon kasetlərindən verilən azan namaz azanı üçün səhih deyildir.

Sual 511. Əşhədu ənnə Əliyyən vəliyullah cümləsi azan və iqamənin bir hissəsidirmi? Azan və iqamədə “Əşrəful-ənbiyayi vəl mursəlin,, demək səhihdirmi?

Cavab: Qeyd olunan cümlələr azan və iqamənin cümlələrindən deyil, onları azan və iqamənin bir hissəsi olmadan deməyin bir maneəsi yoxdur, hətta üstünlüyü vardır.

Sual 512. Azan və başqa tədbirlərdə səsi ucaltmaq qonşuların əziyyətinə səbəb olan surətdə nə etmək lazımdır?

Cavab: Camaat namazında azan səsini ucaltmağın maneəsi yoxdur, başqa halda caiz deyil.

Sual 513. Gündəlik namazlarda azanı radiodan eşitsələr və özləri iqamə desələr, namazın hökmü nədir?

Cavab: Namaz üçün azan vacib deyil, amma müstəhəbbi əməllər baxımından, radio azanı kifayət edə bilər.

Sual 514. Bi’dətin tə’rifi nədir? Həmçinin azanda üçüncü şəhadətin nə hökmü vardır?

Cavab: Bi’dət – dində olmayan şeyləri dini bir əmr adıyla dinə daxil etmək və ya ona əməl etməkdir. Amma üçüncü şəhadət azan və iqamədə müstəhəbbi bir əmrdir. Əlbəttə azanın tərkib hissəsi olmayan bir zikr adıyla; çünki bu şəhadət mərhum əllamə Məclisinin (r) Biharul-ənvar kitabında ən şərafətli zikrlərdəndir. Azan, iqamə və namaz arasında zikr deməyin maneəsi yoxdur. Bu məsələnin bi’dətlə heç bir əlaqəsi yoxdur.

Sual 515. Azan və iqamədə Əmirəl-mö’minin Əlinin (ə) vilayətinə şəhadət hansı məqsədlə verilir. Təşəhhüddə nübuvvətə şəhadət verəndən sonra vilayətə şəhadət vermək səhihdirmi?

Cavab: Tovzihul-məsail risaləsinin 938-ci məsələsində qeyd olunduğu kimi, vilayətə şəhadət vermək azan və iqamənin hissəsi deyil, amma yaxşıdır qürbət qəsdi ilə deyilsin və namazın təşəhhüdünü də tovzihul-məsailin 1122-ci məsələsində bəyan olan surətdə oxusunlar.

QİRAƏT


Sual 516. Dişi düşən, ya onu çəkdirən bir kəs qiraətə düzgün riayət edə bilmir. Namazı səhih qılsın deyə, sü’ni diş qoya bilərmi?

Cavab: Bəli, qadir olan surətdə vacibdir.

Sual 517. Namazın müstəhəbbi zikrlərini səhv oxumaq, ya məxrəcindən düzgün əda etməmək namazın batil olmasına səbəb olarmı?

Cavab: Əgər səhv oxumaq aşkar bilinməsə və mə’nanın dəyişilməsinə səbəb olmasa namaz batil deyil, amma bilərəkdən səhv oxusa, ehtiyata görə namazı qılandan sonra onu təzədən təkrar qılsın.

Sual 518. Namazın zikrlərini, həmd və surənin bə’zi kəlmələrini təkrarlamaq caizdir, ya yox?

Cavab: Onların səhih olmasında şəkk olunan surətdə təkrarlamağın eybi yoxdur, vaxtı keçməyibsə o kəlməni təkrarlasınlar ki, onun səhih olmasına yəqinlik olsun. Amma bu şərtlə ki, şəkk vasvasılıqla olmasın.

Sual 519. (ض) “zad,, hərfinin tələffüzü namazda necədir, tələffüz müşkül olan surətdə vəzifə nədir?

Cavab: Zad hərfinin tələffüzü bu cürdür:

Dili sağ və ya sol dişlərə tərəf aparırlar, onlara söykəməklə əda edilir, imkan olmayan surətdə, yaxud həmin surətdə çətin olsa adi qaydada tələffüz etməyin maneəsi yoxdur.



Sual 520. Əgər (və ləm yəkun ləhu) cümləsində olan ن (nun) hərfi idğam halında tələffüz olunmasa səhihdir, ya yox?

Cavab: Daha yaxşıdır qeyd olunan hallarda idğam etsinlər. Amma idğam olunmadan da səhihdir. Hər halda nun hərfi ya idğam halında, ya idğamsız ə’da olunmalıdır.

Sual 521. Əgər bir kəs “təsbihatu-ərbəədə,, şəkk etsə ki, onu 3 dəfə, ya 2 dəfə demişdir, vəzifəsi nədir?

Cavab: İki dəfə deməsini əsas tutub bir dəfə də əlavə etsin.

Sual 522. Əgər üçüncü və dördüncü rəkətlərdə səhvən “təsbihate-ərbəəni,, dörd dəfə desək vəzifəmiz nədir?

Cavab: Maneəsi yoxdur.

Sual 523. Bir şəxsin öz namazını səhv oxuduğunu bilsək, onu xəbərdar etmək lazımdırmı?

Cavab: Lazım deyil.

Sual 524. Cümə günü öz namazını tək halda qılan şəxsə müstəhəbbidirmi ki, həmd və surəni ucadan oxusun? Cümə günündə namazını camaatla qılan İmam-camaat necə?

Cavab: Bəli, müstəhəbdir ki, cümə gününün zöhr namazının həmd və surəsi ucadan oxunsun. İstər namaz tək olsun, ya camaatla.

Sual 525. Zöhr və əsr namazlarında həmd və surədən əlavə namazın zikrlərinin də ahəstə oxunması lazımdırmı?

Cavab: Yalnız həmd və surəni ahəstə oxumaq vacibdir.

Sual 526. Namazın qiraət və sair zikrlərini oxuyan zaman başı hərəkət etdirməyin eybi vardırmı?

Cavab: Əgər hərəkət az olsa bir maneəsi yoxdur.

Sual 527. Bəqərə surəsi kimi uzun surələri vacibi namazlarda oxumaq, namaz qılanı namaz halından çıxartmağa səbəb olurmu? Hətta hər rəkəti bir saat çəksə belə?

Cavab: Xeyr, uzun surələri oxumaq namazdan xaric olmağa səbəb olmur.

Sual 528. Bir ayağı üstə duran bir şəxs namazı ayaq üstə qılmaq istəsə əlinə əsa alması vacibdirmi? Ya oturan halda namaz qıla bilərmi?

Cavab: Verilən suala əsasən ayaq üstə namaz qılması vacibdir.

Sual 529. Bir qadın şiddətli bel və diz ağrılarına görə aşağıdakı iki haldan birində namaz qılmağa qadirdir:

1) Ayaq üstə namaz qılsın və səcdə etmək üçün stula otursun və qarşısında qoyulan mizə səcdə etsin; bu halda onun dizləri, ya barmaqlarının ucu yerə toxunmur və ayağının içi yerin üstündədir.



2) Oturan halda namaz qılsın və səcdəni səhih şəkildə yerinə yetirsin. Bu iki haldan hansı biri səhihdir?

Cavab: Birinci halın üstünlüyü vardır, gərək birinci halda göstərilən şəkildə namazını qılsın. Amma ehtiyat budur ki, namazını hər iki surətdə qılsın.

Sual 530. Qunutu, ya namazın müstəhəbbi zikrlərini səhv oxumaq namazı batil edirmi?

Cavab: Əgər səhv oxumaq zikri, ya Qur’anı və ya duanı düzgün qaydadan xaric etmirsə və mənanı dəyişmirsə batil etmir.

Sual 531. Vacibi namazlarda həmddən sonra bütöv bir surə yerinə, həmin həmd surəsini təkrarlamaq səhihdirmi?

Cavab: Həmddən başqa surələr oxumaq lazımdır.

Sual 532. Namaz qılan müəyyən surəni oxumağı qərarlaşdırmamış Bismillah desə, sonra Qədr surəsini oxumağı qərarlaşdırsa, ikinci dəfə Bismillah desinmi?

Cavab: Ehtiyat vacib odur ki, təkrar olaraq Bismillahı Qədr surəsi niyyəti ilə desin. Tə’yin etməmişdən əvvəl dediyi Bismillahla kifayətlənməsin.

Sual 533. Xüsusi surə və ayə oxunması tələb olunan namazlarda o surə və ayəni əzbərdən bilməyənlər kitab üzündən oxuya bilərlərmi?

Cavab: Verilən suala əsasən səhihdir.

Sual 534. Vacibi namazlarda surəni deyərkən bir ayəni səhv oxusa onu bir neçə dəfə təkrar edə bilərmi?

Cavab: Bəli, vacibi və müstəhəbbi namazlarda ayəni təkrarlamağın maneəsi yoxdur.1

Sual 535. Namazın zikrlərini və kəlmələrini təkrarlamaq caizdirmi?

Cavab: Əgər ayə və kəlmənin düzgün əda edib-etməməsində şəkk etsə, sonrakı ayə və cümləni oxumağa başlamayıbsa, təkrarlamaq vacibdir. Əgər sonrakı ayə və cümləni oxumağa başlayıbsa, ehtiyat qəsdi ilə təkrarlamaq caizdir. Bu şərtlə ki, vasvasılıq olmasın və vasvasılıq həddinə çatmasın; əks halda təkrarlamağın düzgün və səhih olması çətin məsələdir.

Sual 536. Namazda bir kəlmə səhv oxunsa, ya onun düzgünlüyünə şəkk olunsa və ya insanın nəfəsi kəsilsə və kəlmə naqis qalsa, həmin kəlməni təkrarlamaq kifayətdir, ya gərək ayə və cümlə əvvəldən oxunsun? Məsələn “müstəqim,, - kəlməsini səhv oxusa, ya onun səhih olmasında şəkki olsa və ya bədənin hərəkəti vaxtı əda etsə gərək “ihdina,, - kəlməsindən təkrarlasın?

Cavab: Ayəni əvvəldən təkrarlamaq lazım deyil, amma kəlmə ondan əvvəlkinə bağlanıbsa, məsələn, “Siratəl-müstəqim” ayəsini deyəndə “müstəqim” kəlməsini səhv deyib və ya onun əlif və lam-nı deyib nəfəsi tutulub. Bu halda əvvəlki cümləni ehtiyata əsasən təkrar etsin və “ihdinəs-siratəl-müstəqim” desin. Əgər izafət, ya ön qoşmalardan deyilsə, ehtiyat odur ki, birinci tərəfi təkrarlasın. Məsələn, əgər “məğzub” kəlməsini səhv desə və ya şəkk etsə, “ğəyr” kəlməsini də təkrar etsin.

Sual 537. Namazın bir kəlməsinin səhih olmasında şəkk etsək və onu iki dəfə desək səcdeyi-səhvə səbəb olurmu?

Cavab: Xeyr, səcdeyi-səhvə səbəb olmur.

Sual 538. Mən neçə il namaz qılmışam. İndi mə’lum olub ki, məsələni bilmədiyimə görə namazın həmd və surəsinin qiraəti səhih olmayıb, namazları qəza etməliyəmmi?

Cavab: Əgər məsələni bilmədiyinizi bilirmişsinizsə və sual verməkdə, öyrənməkdə e’tinasızlıq göstərmisinizsə müqəssirsiniz, gərək səhih qılmadığınız namazları qəza edəsiniz. Amma əgər düzgün oxumadığınızı bilməmisinizsə və namazların səhih olduğuna e’tiqad etmisinizsə qəzası yoxdur.

Sual 539. Vəqfdə (dayanmaqda) əsas səbəb nəfəsi təzələməkdir, yoxsa bir az dayanmaq kifayət edər?

Cavab: Bir az dayanmaq kifayət edər, nəfəsi təzələmək lazım deyil.

Sual 540. Namazı ucadan və alçaqdan oxumaqda səbəb nədir?

Cavab: Ucadan oxumaqda səbəb səsi zahir edib açıq demək və alçaqdan oxumaqda səbəb isə səsi zahir etməməkdir. İnsanın ətrafında olan adamlar səsi eşitsələr də belə.
1   ...   20   21   22   23   24   25   26   27   ...   43


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə