ŞƏR’İ suallara cavab




Yüklə 1.08 Mb.
səhifə6/43
tarix23.02.2016
ölçüsü1.08 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   43

Sirkə və üzüm suyunun hökmləri


Sual 118: Bir miqdar üzümü kişmiş olsun deyə, qurutmaq üçün günəşin altına qoyduqdan sonra onun dənələri şişmişdir. İndi ona nə kişmiş, nə də üzüm deyilir, onu yemək olarmı?

Cavab: Qaynamasında şəkkiniz vardırsa, onu yeməyin eybi yoxdur.

Sual 119: Kişmiş və xurmanı suda qaynatsalar və ya qızartsalar, nəcis olurmu? Onu yeməyin hökmü nədir?

Cavab: Nəcis olmur, onları yeməyin maneəsi yoxdur.

Sual 120: Üzümü üzüm üzərinə, xurmanı xurma üzərinə və bu kimi şeyləri sirkə olsun deyə bir-birinin üstünə nə vaxta qədər tökmək olar?

Cavab: Hər vaxt töksələr və sirkə olsa maneəsi yoxdur, sirkə olandan sonra, ya əvvəl fərqi yoxdur.

Sual 121: Sirkə düzəltmək üçün hər gün bir miqdar üzüm qaba tökürlər; hər dəfə tökəndə əvvəlki günün üzümü qaynayıbsa bu sirkənin hökmü nədir?

Cavab: Heç bir maneəsi yoxdur.

Sual 122: Bir miqdar üzümü sirkə olsun deyə qaba tökmüşük. Qaynanmış, ya köpmüş halda onu başqa böyük bir qaba boşalda bilərikmi və artıq qalan hissəsi dolsun deyə üzüm əlavə edə bilərikmi?

Cavab: Qaynanmış üzümün qabını böyük qabla əvəz etməyin və dolsun deyə ona üzüm əlavə etməyin maneəsi yoxdur. Sirkə olandan sonra təmamilə pak və halaldır.

Sual 123: Sirkə hazırlamaq üçün bir miqdar kişmiş və bir neçə ədəd noxud da əlavə etmişlər; turş olandan sonra onlar da pakdırmı?

Cavab: Noxudu əlac məqsədi ilə tökdükləri üçün pakdır.

Sual 124: Bir miqdar üzümü sirkə olsun deyə bir qaba töküblər; neçə gündən sonra yenidən bir qədər üzüm və başqa şeyləri də (məsələn badımcan və s.) əvvəlki üzümlərin üzərinə əlavə ediblər, eybi varmı?

Cavab: Maneəsi yoxdur, bütün üzümlər sirkə olduqdan sonra onların yeyilməsi maneəsizdir və halaldır.

AYAQYOLU MƏSƏLƏLƏRİ


Sual 125: Bə’zən qaitin (ağır ifrazat) məxrəcindən rütubət xaric olur, pakdırmı?

Cavab: Pakdır, əgər nəcasətin zərrəcikləri ilə birlikdə olmasa.

Sual 126: Sidiyin məxrəcini necə pak etmək lazımdır?

Cavab: Kürr suya bitişik olan şlanq suyu ilə bir dəfə yumaq kifayət edər, amma az su ilə gərək iki dəfə yuyulsun. Əgər sidik kanalı sidikli olmasa az su ilə də bir dəfə yumaq kifayət edər, amma daha yaxşıdır ki, iki dəfə yuyulsun.

Sual 127: Ayaqyolunda üzü, ya arxası qibləyə oturan şəxsə bu işin haram olmasını xatırlamaq vacibdirmi?

Cavab: Hökmü və mövzunu bilirsə (yə’ni bu əməlin haram olduğunu bilirsə) və qibləni tanıyırsa bu halda əmr be mə’ruf və nəhy əz münkər baxımından yada salmaq vacibdir. Əgər cahillik üzündən olsa (yə’ni təxəlli halında üzü ya arxası qibləyə oturmağın haram olduğunu bilmirsə) bu halda doğru yol göstərmək üçün məsələni yada salmaq vacibdir. Əgər mövzunu bilmirsə (yə’ni məsələni bilir, amma qibləyə tərəf oturduğunu bilmirsə) o halda yada salmaq vacib deyil.

Sual 128: Binanın tualeti 7-10 dərəcə qiblədən sağa ya sola meyl etmişdir, bu qədər dönmə kifayət edərmi?

Cavab: Ümumiyyətlə əgər, bu qədər yana dönmə camaat arasında üzü, ya arxası qibləyə oturmaq sayılmazsa, maneəsi yoxdur.

VASVASILIQ VƏ ONUN HÖKMLƏRİ


Sual 129: Hansı adamlara vasvası deyilir və onun hökmü nədir?

Cavab: Hamıya bəlli olan orta haldan xaric olan bir kəs vasvasıdır. Gərək vasvası adama e’tina olunmasın, vasvasılıq şeytandan olduğu üçün düzgün deyildir.

Sual 130: Vasvası adamın vəzifəsi və onun nicat yolu nədir?

Cavab: Onun vəzifəsi öz şəklərinə e’tinasız olmasıdır. Gərək nəcasətin paklanmasında, dəstəmaz və quslda adi camaat kimi əməl etsin. Şəkk-şübhələrə e’tinasızlıq göstərmək, onun aradan getməsinə səbəb olar. (Yə’ni artıq dərəcədə diqqət etməmək).

Sual 131: Çox şəkk edən bir şəxs hər şeyi nəcis bilir, qonaqlıqda yeməyi nəcis bilir, qapı və divarı nəcis bilir və s. bu cür əqidə və rəftar səhihdirmi?

Cavab: Gərək şəkkinə e’tina etməsin və niyyətini paklığa qoysun. Bu kimi rəftar şəriətin, ağlın və adət-ən’ənənin xilafına olan bir gediş, eyni zamanda şeytanın ardınca getməkdir. Müsəlman gərək İslam göstərişlərinə uyğun əməl etsin.

Sual 132: Bə’zi şəxslər dəstəmaz və quslda həddən artıq su tökür, əllərinə və bədənlərinə əl çəkir və bu kimi ehtiyat üçün etdiklərini deyirlər. Xanımlardan da bə’ziləri paltar və başqa şeyləri yuyub suya çəkəndə və ya dəstəmaz almaq üçün çoxlu su istifadə edirlər. Çox vaxt hər dəstəmaz və namazdan əvvəl ayaqlarını suya çəkir və deyirlər ki, ürəyimizə yatmır, ehtiyat yaxşıdır. Bu əməllər şəriətə uyğundur, üstünlüyü vardır və ya ehtiyatdırmı?

Cavab: Bir maenəsi yoxdur, öz-özlüyündə ehtiyata görə yaxşıdır və şər’i cəhətdən üstünlüyü vardır. Lakin bəzən bu kimi şeylər şəriətin və ağlın ziddinədir. Bu kimi hallarda ehtiyat etmək nəinki üstündür, hətta ehtiyat, ehtiyatı tərk etməkdədir. Məsələn: əgər ehtiyat adamı vasvasılığa vadar etsə, yə’ni əl çəkmək, suyu artıq tökmək, əli, ayağı və paltarı səbəbsiz suya çəkmək insanı vasvasılığa düçar edərsə, şəriətin ziddinədir və haramdır. Necə ki, bu mətləbi mərhum Seyyid (r) “Ürvətül-Vüsqa” əsərində və başqa böyük alimlər öz kitablarında buyurmuşlar. Xüsusilə, dəstəmazda diqqət olunsun. Əgər bir şəxs dəstəmaz aldıqda vasvası olsa, belə ki sol əlinə həddən artıq su tökərsə, onun dəstəmazının düzgünlüyündə işkal vardır. Çünki, yeni su ilə məsh etməsi lazım gəlir. Bəlkə əgər suyu çox tökməsə də, həddindən çox əlini sol əlinə çəkməsinin özündə də dəstəmazın düzgünlüyünə işkal gətirir. Çünki, bu iş onunla məsh edilən əlin rütubəti, dirsəyinin rütubəti ilə qarışır və məsh qarışıq su ilə yerinə yetirilir.1

Bundan əlavə, vasvasılıq nəfsani və şeytani xəyalın hallarındandır. Belə hallar özü-özlüyündə bəyənilməmişdir və insanın ağılsızlığının nişanələrindən sayılır. Çünki, bu kimi hallar vaxtın, ömrün hədərə getməsinə səbəb olur. Bəzən vacib və ya haram olan bir işin yerinə yetirilməməsinə bais olur. Bu səbəbə görə alimlərin bir çoxu buyurmuşlar ki; «Vasvasılığa əməl etməyin haram olmasını söyləməyin işkalı yoxdur.»

Bəziləri isə belə buyurmuşlar ki: “İnsanın özünü vasvasılıq astanasında qərar verməsi haramdır. Çünki, bu əməl şeytana itaət etmək deməkdir. Şeytana itaət etmək Allahın bəyənmədiyi işlərdəndir.” Bunlara əlavə olaraq, səhih rəvayətlərdə Abdullah ibn Sənan deyir: “İmam Sadiqin (ə) xidmətində dəstəmaz və namazda vasvasılığa düçar olmuş bir adamın adını çəkib dedim ki, o ağıllı şəxsdir. Həzrət buyurdu ki, şeytana itaət edən şəxs necə ağıllı ola bilər? Soruşdum: Şeytana necə itaət edir? Buyurdu: Özündən soruş, onda olan vasvasılıq halı haradan və nədəndir (yə’ni bunun əsl səbəbi nədir)? Deyəcək: Bu hal və gediş şeytan əməlidir.”2.

Başqa bir hədisdə Həzrət buyurur: “Xəbis şeytanı özünüzə öyrəşdirməyin. Çünki, o xəbis bir şeyə öyrəşsə adətkar olar. Onun hədəf və istəyi ona itaət etməkdir.” Buna görə ağıllı və mömin şəxs gərək həddindən artıq əl sürtmək və yersiz su tökməkdən çəkinsin. Məbada şeytanın tələsinə düşməklə ömrünü zay edərək dəstəmazın düzgünlüyündə şübhə və israf etsin. Bəzən özünə ziyan, xəstəliyə, ayaq ağrısına, yaşayışdan geridə qalmaq və suyu hədərə vermək və s. kimi şeylərə səbəb olur. Xüsusilə, öz yaşayışını təmin etməkdən ötrü bir içim suya ehtiyacı olan şəhərlərdə və başqa yerlərdə yaşayan insanlar çoxdur. Allah bizi və bütün möminləri bu kimi şeytani vasvasılıqdan uzaq etsin və qorusun.



Sual 133: Həyat yoldaşım təharət, dəstəmaz və qüsulda ehtiyat edir və yavaş-yavaş vasvası olmağından qorxuruq. Xahiş edirik bu qəbildən olan ehtiyatları bəyan edəsiniz.

Cavab: Ehtiyat öz-özlüyündə və öz yerində bəyənilmişdir. Lakin diqqət etmək lazımdır ki, onun müqabilində danlanan və bəyənilməyən nəfsani hallardan olan vasvasılıq durur. Vasvası olan şeytana itaət edəndir. Mö’min ömrünü və vaxtını hədər edib şeytana tabeçilik etmir. Xüsusilə ibadət işlərində. Buna əsasən, başlanğıcı vasvasılıq olan və ya vasvasılığa gətirib çıxaran ehtiyat haramdır. Gərək bu qəbildən olan ehtiyatlardan çəkinsinlər.

Sual 134: Təharət və dəstəmaz məsələlərində vasvası olan bə’zi şəxslər başqa adamların sözlərinə qulaq asmırlar, bunların əməlləri necədir?

Cavab: Düzgün deyil. Əgər dəstəmazda sol əli iki dəfədən artıq yuyub su töksələr səhih deyildir.

Sual 135: Nəcasət və ya bir şeyin nəcis olmasında vasvası adamın sözünə e’timad etmək olarmı?

Cavab: Xeyr, bu işdə onun sözünə e’timad düzgün deyil. Onun sözünə qulaq asmaq əsassızdır.

Sual 136: Vasvası adama vasvasılığı qadağan etmək lazımdırmı?

Cavab: Bəli, hamıya vacibdir, nəhy əz münkərə riayət etməklə, onu vasvasılıqdan çəkindirsinlər.

1   2   3   4   5   6   7   8   9   ...   43


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə