ŞƏR’İ suallara cavab




Yüklə 1.08 Mb.
səhifə34/43
tarix23.02.2016
ölçüsü1.08 Mb.
1   ...   30   31   32   33   34   35   36   37   ...   43

Cümə namazı


Sual 715. Cümə namazının İmam Zamanın (ə) qeybət dövründə hökmü nədir?

Cavab: Vacibi təxyiridir (yə’ni insan zöhr və ya cümə namazı qılmaqda ixtiyar sahibidir) və zöhr namazı kifayət edər.

Sual 716. Cümə namazını müsafir olan şəxsin İmam-camaat olması ilə qılmaq düzgündür, ya xeyr?

Cavab: Ehtiyatın xilafınadır.

Sual 717. Müsafir şəxslərin cümə namazında iştirak edib İmam-cüməyə iqtida etmələri səhihdirmi? Yoxsa, onlar öz zöhr namazlarını ayrılıqda qılsınlar?

Cavab: İştirak etmələri düzgün, hətta müstəhəbbidir və zöhr namazını qılmaq lazım deyil.

Sual 718. Cümə namazı təşkil olunan vaxt bir qrup insanlar ayrı-ayrı məscidlərdə və başqa yerlərdə zöhr namazını təklikdə və ya camaatla qılırlarsa bunun işkalı varmı?

Cavab: Maneəsi yoxdur, üzürlü səbəb olmadığı halda cümə namazında iştirak etsələr daha yaxşıdır.

Sual 719. Cümə namazının xütbələri oxunan zaman mə’mumlar namaz halında oturduqları kimi oturmalıdır, ya ətrafa baxmaq düzgündürmü?

Cavab: Ətrafa baxmağın işkalı yoxdur.

Sual 720. Cümə namazı tamamlanandan sonra zöhr namazını təkrar qılmağın hökmü necədir? Əsr namazını qılan İmam-cüməyə ehtiyata görə zöhr namazını qılan şəxsin iqtida etməsi necədir?

Cavab: Təkrar qılmağın maneəsi yoxdur və hər bir halda əsr namazını İmam-cüməyə iqtida edib qılmaq səhihdir.

Sual 721. Xarici ölkələrdə cümə namazını qılmağa icazə verirsinizmi?

Cavab: Şərait olan surətdə maneəsi yoxdur.

Sual 722. Mə’mum cümə namazının ikinci rəkətində qunutdan sonra səhvən rükuya getdikdən sonra başa düşüb ki, camaatla birgə səcdəyə getməliymiş. Buna görə də o, rükudan qalxıb səcdəyə gedir. Bu artıq rüku namazı batil edirmi?

Cavab: Bəli, verilən suala əsasən onun cümə namazı rükunun artıq olması vasitəsi ilə batildir, çünki, bu halda tabeçilik yoxdur, bu şəxs gərək zöhr namazını qılsın.

Sual 723. Cümə namazının birinci rəkətində mə’mum səhvən rükuya getsə və rükuda olanda İmamın qunuta məşğul olduğunu başa düşsə rükudan qalxıb qunutu İmamla birlikdə oxuyub sonra yenidən rükuya gesə, bu rükunun artıq olması namazı batil edirmi?

Cavab: Verilən suala əsasən tabeçilik qəsdi ilə rükudan qalxmışdır, rükunun artıq olması namazı batil etmir.

Sual 724. Cümə namazının xütbələrinə qulaq asmaq mə’mumlara vacibdir, ya xeyr? Xütbə oxunan zaman müstəhəbbi, ya vacibi namaz qılmaq səhihdirmi?

Cavab: Vacibdir ki, xütbələrə qulaq assın və namaz qılmaqdan çəkinsin.

Sual 725. Cümə xütbələrinə çatmayıb təkcə namazına iqtida edən bir şəxsdən zöhr namazı saqit olurmu?

Cavab: Bəli, saqit olur.

Sual 726. Namaz qılan cümə namazının təkcə bir rəkətinə çatsa vəzifəsi nədir? Gərək ikinci rəkəti furada qılsın və ya batildir və yaxud zöhr namazını da qılmalıdır?

Cavab: Namazın qalanını özü furada yerinə yetirsin, müstəhəbbdir ki, ehtiyata əsasən zöhr namazını da qılsın.

Sual 727. Cümə namazında İmam cümə xütbələri zəval vaxtı daxil olmamışdan qabaq başlayıb, zəval vaxtı daxil olandan sonra qurtarsa xütbələrdən sonra cümə namazı üçün azan və iqamə demək müstəhəbdirmi?

Cavab: Bəli, müstəhəbdir, çünki namazın fəzilətini qazanmaq üçün azan demək lazımdır. Azanı vaxtın əvvəlində demək yox, namaza başlayanda və ya namazdan əvvəl desinlər.

Sual 728. İmam cümə namazının ikinci rəkətində qunutdan sonra səhvən rükuya getdi, namazda artıq rükn yerinə yetirdiyi üçün onun namazı batildirmi? Əgər batildirsə ona iqtida edən mə’mumların vəzifəsi nədir?

Cavab: İmamın namazı rüknün çoxluğu səbəbinə batildir. İmam, ya mə’mumlar öz aralarından bir nəfəri seçib qabağa salsınlar və ona iqtida edib namazın qalan hissəsini onunla tamamlasınlar. Əks halda, cümə namazını furada niyyəti ilə olsa da tamamlasınlar və zöhr namazını da qılsınlar.

Sual 729. Bir şəxs cümə namazının ikinci rəkətində təkbir deyib rükuya gedəndən sonra İmamın rükusuna çatıb-çatmamasında şəkk edirsə, vəzifəsi nədir?

Cavab: Namazı batildir və gərək zöhr namazını qılsın.

Sual 730. Cümə namazından sonra mə’lum olsa ki, İmamın namazı təharətin və başqa işlərin olmaması səbəbindən batil olmuşdur. Mə’mumların cümə namazı səhihdirmi və ya zöhr namazını qılmağa ehtiyac var?

Cavab: Zahirən mə’mumların namazı səhih və kifayətdir, təkrarlamaq lazım deyil.

Sual 731. İki mahal və əyalət arasında iki yol vardır. O iki yolun biri bir fərsəxdir. Ancaq o biri yolun fasiləsi azdır. Hər iki şəhərdə cümə namazı qılmaq olarmı?

Cavab: Əgər hər iki yol işlək yoldursa və gediş-gəliş onlarda adi sayılırsa, səhih deyil. Ancaq o iki yolun biri əsli və mütəarif olsa, digəri isə onun əksi olarsa və iki cümə namazı arasında olan əsil yolun fasiləsi bir fərsəxdən çox olsa, habelə onlar arasında hava yolu ilə məsafə bir fərsəxdən az olsa da belə, hər iki namaz səhihdir. Əgər əsas yol bir fərsəxdən az olsa, birinci cümə namazından sonra başlayan ikinci cümə namazı batildir.

Ayət namazı


Sual 732. Ayət namazı ucadan qılınsın, ya ahəstə? Bu cəhətdən təklikdə, ya camaatla qılınan namaz arasında bir fərq varmı?

Cavab: Mükəlləf ayət namazını ahəstə ya ucadan qılmaqda ixtiyar sahibidir. Furada ya camaatla qılınmasında bir fərq yoxdur.

Sual 733. Qadın heyz ya nifas halında olan zaman ayət namazını vacib edən səbəblərdən biri baş verərsə bu qadının vəzifəsi nədir?

Cavab: Əgər günəş ya ay açılana qədər, yə’ni axır vaxta kimi qadın pak olmasa adət halında olduğu üçün namaz qıla bilməz, müstəhəbb ehtiyata əsasən pak olandan sonra qılsın. Ayət namazına səbəb olan sair şeylərə görə də belədir.

Sual 734. Bir ay bundan əvvəl baş verən zəlzələdən bu gün xəbər tutmuşam. Mənim öhdəmə ayət namazının məs’uliyyəti, günün və ayın tutulmasının qəzası gəlir ya yox?

Cavab: Vacib ehtiyata görə zəlzələ kimi, ayət namazını da qılmaq lazımdır.

Sual 735. Zəlzələdən sonra baş verən kiçik titrəyişlərə görə ayət namazı lazımdır, yoxsa hamısı üçün bir namaz kifayət edər?

Cavab: Kiçik titrəyişlər həmin zəlzələnin davamıdırsa və ilk təkandan sonra el arasında onlar bir zəlzələ hesab olunsa, bir namaz kifayət edər. Amma el arasında iki, ya üç dəfə zəlzələ oldu–desələr, bu halda hər bir zəlzələ üçün bir namaz vacib olar.

Sual 736. Beynəlxalq mətbuat bürolarından elmi, ya astronomik hesablamalara görə ayın, ya günəşin tutulması haqqında mə’lumat alınsa, təsadüfən onlar tutulan zaman insan xəbərsiz ya yuxuda olsa tamamilə açılandan sonra yadına gəlsə, ya yuxudan oyansa, ayət namazını qılmaq lazımdırmı?

Cavab: Verilən suala əsasən əgər günəş ya ay tamam tutulubsa gərək ayət namazının qəzasını qılsın, əks halda vacib deyil. Bəli, əgər əvvəlcədən günəşin ya ayın tutulmasında xəbərdar olsaydı və o vaxt da unutsa və ya yuxuda olsa, bu halda ehtiyata əsasən ayət namazının qəzasını hətta onlar tamam tutulmasa da belə qılsın.

1   ...   30   31   32   33   34   35   36   37   ...   43


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə