ŞƏR’İ suallara cavab




Yüklə 1.08 Mb.
səhifə25/43
tarix23.02.2016
ölçüsü1.08 Mb.
1   ...   21   22   23   24   25   26   27   28   ...   43

RÜKU VƏ SƏCDƏ


Sual 541. Döşəmə üçün sementdən hazırlanmış beton metlaqlara səcdə etmək səhihdirmi?

Cavab: Sement bişməklə daş olma halından xaric olmayıbsa ona səcdə səhihdir. Beton metlaqlar da belədir.

Sual 542. Namaz möhürlərinin iki tərəfindən biri saf deyil, bir az naxışlıdır. Saf olmayan tərəfə səcdə etmək səhihdir?

Cavab: Lazım deyil səcdə saf tərəfə olsun, alın iki riyal dəmir pul həcmində olan möhürə qoyulsa səcdə düzgün hesab edilir və namaz səhihdir.

Sual 543. Səcdə halında əlin içini yerə qoyanda barmaqlara da şamil olurmu?

Cavab: Əlin içi barmaqlara da aiddir.

Sual 544. Əlin içi səcdə halında yerə qoyulsa, amma əl barmaqları hərəkət etdirilsə eybi varmı?

Cavab: Cü’zi hərəkət olsa maneəsi yoxdur.

Sual 545. Rüku və səcdəni işarə ilə yerinə yetirən xəstə rüku və səcdə halında olmasına şəkk etsə vəzifə nədir?

Cavab: Verilən suala əsasən niyyətini rüku halında olduğuna döndərir və rükunun zikrini deyir, sonra namazın qalan əməllərini yerinə yetirir.

Sual 546. Səcdə halında alını möhürə qoyan zaman insanın baş tükündən bir azı alının möhürə yapışmasına maneə yaradırsa nə etmək lazımdır? Gərək başı möhürdən qaldırıb, ikinci dəfə möhürə qoysunlar ya həmin halda zikr etsinlər?

Cavab: Səcdə halında lazımdır ki, alın möhürün üstündə qərar tutsun. Başın tükü maneə yaradırsa, maneəni bir yolla kənarlaşdırsınlar ki, alını çəkməklə ya maneə yaradan tükləri çəkməklə səcdələrin sayı çoxalmasın.

Sual 547. Bə’zən insanın alnında yara, çiban, sızaq və bu kimi narahatçılıqlar olur və səcdə vaxtı ağrıyır. Səcdə üçün insan üzünü əyri halda möhürə qoya bilərmi? Əgər başı qaldırandan sonra möhür qana bulaşsa namazın hökmü nədir?

Cavab: Verilən suala əsasən, alının iki tərəfindən birini möhürün üzərinə qoyun və əgər başı möhürdən qaldırandan sonra alında olan səpgilər hesabına möhürün üstünün bir az qanlı olduğunu bilsəniz, namazınız səhihdir. Amma sonrakı səcdələr üçün qana bulaşmış möhürün həmin hissəsinə səcdə edilməsin.

Sual 548. Bə’zi səccadə və möhürlərin üzərində İmamların (əleyhissalam) hərəminin şəkili çəkilmişdir. Bu kimi şeylərin üzərində namaz qılmaq caizdirmi?

Cavab: Namaz qılmağın eybi yoxdur, amma diqqət edilməlidir ki, bə’zi müxalif və qərəzli insanlar şiələrə töhmət vuraraq bu qəbildən olan işləri bir ayrı cür yozurlar. Onlar deyirlər ki, şiələr günbəzə və məqbərələrə səcdə edirlər. Bunun üçün daha yaxşıdır ki, səccadə və möhr sadə və naxışsız olsun, belə şeylər insanın diqqətini yayındırır.

Sual 549. Bə’zi vaxtlar birinci səcdədə insanın alını iki dəfə möhürə dəyir, bu iki səcdə hesab olunurmu?

Cavab: İkinci dəfə ixtiyarsız olsa cəmi bir səcdə hesab olunur, əks halda iki səcdə sayılır.

Sual 550. Dırnaqlara səcdə etmək olarmı?

Cavab: Dırnaq səcdə yeri deyil, bəlkə səcdə yeri əlin üstüdür. O da torpaq, bitki, pambıq, kətan və sair libaslar olmadığı surətdədir.

Sual 551. Bir şəxs adi qaydada rüku və səcdəyə getsə dəstəmazı batil olar. Rüku və səcdəni ayaq üstə işarə ilə yerinə yetirə bilərmi? Ya dəstəmazı batil olsa da mütləq adi qaydada rüku və səcdə etməlidirmi?

Cavab: Əgər dəstəmazın batil olması yelin xaric olması səbəbi ilədirsə və onun qarşısını ala bilmirsə, gərək qaitin qabağını ala bilməyən şəxsin vəzifəsinə uyğun əməl etsin. (Tovzihul-məsail risaləsinin 314-cü məsələsində bəyan edilmişdir.) Rüku və səcdəni adi qayda ilə yerinə yetirsin, amma ehtiyat müstəhəbbi budur ki, iki dəfə namaz qılsın.

Sual 552. Mən çarəsizlik üzündən dəsmalla alını və onun iki tərəfini bağlamışam, səcdə üçün vəzifəm nədir?

Cavab: Onu vacibi səcdə üçün götürmək mümkün deyilsə, ya zərəri və çətinliyi varsa, həmin dəsmalla səcdəni yerinə yetirsin (yə’ni alnını həmin dəsmalla səcdə səhih olan əşyalara qoysun.)

Sual 553. Ayağı və beli ağrıdığına görə otura bilməyən bir qadın adi qaydada səcdə edə bilmir. Səcdəni ayaq üstə işarə ilə yerinə yetirə bilərmi, ya bir stul üstə oturub qarşısına qoyulan stolun üzərinə səcdə etmək olarmı? Yoxsa oturan halda səcdəni yerinə yetirməlidir? Belə olduğu halda dizləri və ayaq barmaqları yerə dəyir.

Cavab: Birinci surətdə əgər səcdə edə bilməsə, stulun üzərinə oturub qarşısındakı stola səcdə etsin. Lakin ehtiyat müstəhəbbi budur ki, hər iki surətdə namaz qılsın.

Sual 554. Rüku və səcdədə zikr əvəzinə salavat demək kifayət edərmi?

Cavab: Zikr qəsdi ilə salavat göndərsə kifayət edər.

Sual 555. Bir şəxs ayaq və diz ağrılarına tutulub. Buna görə də camaat namazında iştirak edəndə iki səcdə arasında yarımoturaq halda təkbir deyir və yenidən İmam-camaatla birgə səcdəyə gedir. Onun camaat namazında iştirak etməsinin eybi varmı?

Cavab: Oturmaq onun üçün çətinlik yaradırsa (istər camaat namazında, istər tək) camaat namazında onun iştirak etməsinin eybi yoxdur. Bəli əgər tək namaz qılanda iki səcdə arasında otura bilsə gərək namazını camaatla qılmasın.

Qur’anın vacib səcdəsi


Sual 556. Əgər heyzli qadın səcdə ayəsini eşitsə səcdə etməsi lazımdırmı?

Cavab: Bəli, gərək səcdə etsin.

Səcdə yeri (səcdəgah)


Sual 557. Solfetkaya səcdə səhihdirmi?

Cavab: Bəli səhihdir.

Sual 558. Əskinasa (kağız pullara) səcdə səhihdirmi?

Cavab: Əgər kağız pullar səcdə səhih olan saman, pambıq və ya ağacdan hazırlansa, onlara səcdə etmək olar və səhihdir. Əgər bu kimi şeylərdən olmasa səhih deyil. Hər halda yaxşı olar ki, mümkün surətdə kağız pullara səcdə etməsinlər.

Sual 559. Kağızların bə’ziləri kimyəvi maddələrdən düzəlir, onlara səcdə etməyin hökmü nədir?

Cavab: Verilən suala əsasən onlara səcdə səhih deyildir.

Sual 560. Qabı plastikdən olan bir möhr düzəldiblər. Hər dəfə alını ona qoyanda rəqəm dəyişilir və namazın rəkətlərinin sayını göstərir. Ona səcdə etmək səhihdirmi və ona e’timad göstərmək olarmı?

Cavab: Əgər səcdə səhih olan şeylərin şəraitinə malik olsa və arxayınçılığa səbəb olsa eybi yoxdur və ona e’timad etmək olar.
1   ...   21   22   23   24   25   26   27   28   ...   43


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə