ŞƏR’İ suallara cavab




Yüklə 1.08 Mb.
səhifə23/43
tarix23.02.2016
ölçüsü1.08 Mb.
1   ...   19   20   21   22   23   24   25   26   ...   43

Məsciddə namaz üçün yer tutmaq


Sual 486. Bir şəxs namaz qılmaq üçün məsciddə yer tutub dəstəmaz almağa gedir və başqa birisi onun canamazını kənara verib, onun yerində namaz qılmağa məşğul olur. Onun namazı səhihdirmi?

Cavab: Vacib ehtiyata əsasən namazını ikinci dəfə başqa yerdə qılsın.

Məscidin müxtəlif məsələləri


Sual 487. Yay dərslərini və kino-filmlərin nümayişini məsciddə təşkil etmək caizdirmi?

Cavab: Məscidə ehtiram lazımdır, gərək riayət olunsun. Dini dərsləri təşkil etmək məscidin hörmətinə müxalif deyil, amma bə’zi filmləri nümayiş etdirmək münasib deyil.

Sual 488. Əgər məsciddə əzadarlıq məclislərinin təşkili namaz qılanlara və namazın müstəhəbbi əməlləri ilə məşğul olanlara maneə yaradırsa, şər’i cəhətdən nə hökmü vardır?

Cavab: Namazın müstəhəbbi əməlləri həddindən artıq uzun çəkməsə düzgün deyil.

Sual 489. Bir məsciddə mədəni fəaliyyətlər və idman məşqləri yerinə yetirilir. Onun zirzəmisində kitabxana və dini kaset yerləri tə’sis olunub, vəqfə və ona vəqf olunmuşlara heç bir maneçiliyi yoxdur. Namazdan ayrı vaxtlarda qeyd olunmuş fəaliyyətlər, o cümlədən idman onun zirzəmisində yerinə yetirilir. Bu işlər haqqında öz mübarək rə’yinizi bildirəsiniz.

Cavab: Məscidə ehtiramsızlıq və hörmətsizlik olmayan surətdə heç bir maneəsi yoxdur.

Sual 490. Mövlud və bayramların məscid və hüseyniyyələrdə keçirilməsi caizdirmi?

Cavab: Mövlud və bayramların məscid və hüseyniyyələrdə keçirilməsinin maneəsi yoxdur. Amma əl çalmaq ehtimalı olan halda qadağan edin. Çünki, bu cür müqəddəs məkanlarda əl çalmaq onların şə’ninə (yə’ni məscid və hüseyniyyələrə) hörmətsizlik gətirər.

Sual 491. Məsciddə şəkil qoymaq, insan və ya heyvan şəkli çəkməyin nə hökmü vardır?

Cavab: Məsciddə namaz qılındığına görə şəkil qoymaq məkruhdur, ehtiyat vacib odur ki, ruhu olan canlıların təsvirini məsciddə çəkməsinlər.

Sual 492. Bir məscidi təzədən genişləndirib tikiblər. Mühəndis öz malından bir miqdar xərc edib, fəhlə və bənnanın haqqı da ödənilməyib. Onlar deyirlər ki, bizim pulumuzu ödəməyənə qədər o məsciddə namaz qılınmasına razı deyilik. Xahiş edirik öz mübarək rə’yinizi bildirəsiniz.

Cavab: Məsciddə namaz qılmaq kiminsə icazəsi ilə deyil. Məscidin vəqf olunmuş şeyləri varsa, borcu ondan versinlər, əgər yoxdursa mö’minlər ödəsinlər.

Sual 493. Məscidin eyvanında yaradılan kitabxananın pilləkənləri narahat tikilib, onu düzəltmək üçün sökdük. Əlbəttə yeni formada tikmək üçün məsciddin bir hissəsini sökməli olduq. İndi başa düşürük ki, bu iş hakimi şər’in icazəsi ilə olmalıdır, Siz nə buyurursunuz?

Cavab: Pilləkəni qanuni formada düzəldin və çalışın məsciddin sökülməsinin qarşısı alınsın.

Sual 494. Bir şəxs neçə il bir məsciddə camaat namazına pişnamazlıq etmiş və ölümündən sonra oğlu bu işi davam etdirmişdir. İndi şəhərin İmam cüməsi məscidi genişləndirib və oraya təzə İmam-camaat tə’yin etmişdir. Keçmiş İmam-camaat bu işə öz narazılığını bildirir. Bu məsciddə namaz qılmağın nə hökmü var?

Cavab: Məscidin İmamı olmaq barədə heç bir kəs hüquq tapmır, kiminsə razı ya narazı olması mö’təbər deyil.

Sual 495. Məsciddə mərsiyə oxunun zaman onu kasetə yazmaq üçün məscidin elektrik xəttindən istifadə etmək olarmı?

Cavab: Sərf etdiyi enerjinin pulunu verməmiş olsa caiz deyil.

Sual 496. Neçə il əvvəl 12 nəfər ziyarət üçün Kərbəlaya getmişlər. Müctəhid məscid hey’ətinə yadigar olaraq Həzrət Əbülfəzl (əleyhissalam) adının verilməsi hökmünü verir. Amma indi müctəhid və hey’ət üzvləri dünyalarını dəyişiblər, onların övladlarının məscidin he’yəti olmağa iddiaları varmı?

Cavab: Onların övladlarının bir haqqı yoxdur.

Sual 497. Qırx ildir məsciddə xidmətçiyəm, məscidin girişində dəfn olunmağımı vəsiyyət edə bilərəmmi?

Cavab: Caiz deyil.

Sual 498. Bir yeri məscid tikmək camaatın ixtiyarına qoydum. Bu şərtlə ki, yerin qiymətinin yarısını mənə versinlər. Amma divar götürəndən sonra işi dayandırdılar. Namaz qılanların öhdəsinə qoyulmadığı və məscid siğəsinin oxunmamasını nəzərə alsaq, o yeri keçmiş vəziyyətinə qaytara bilərlərmi?

Cavab: Qeyd olunan xüsusiyyətlərə diqqət etməklə daha yaxşıdır ki, tədricən məscid formasına gətirsinlər və ondan istifadə etsinlər.

Sual 499. Bə’zi məscidlərdə xətm və fatihə məclisləri zamanı səs paylayıcını çölə çıxardırlar. Nəzərə almaq lazımdır ki, xəstələr və qocalar səsdən əziyyət çəkirlər, bu iş düzgündürmü?

Cavab: Eybi var. (Xoşagəlməz haldır)

Sual 500. Tə’mir etmək məqsədi ilə məscidin üzərində Qur’an ayələri olan yerləri sökməyin nə hökmü vardır? Sökülən halda onların torpağını və artığını hansı yolda istifadə etmək olar?

Cavab: Tə’mir və təzədən tikmək lazım olan surətdə heç bir maneəsi yoxdur. Artıq qalan torpağını bir yerə töksünlər ki, ehtiramsızlıq olmasın, ya axar suya töksünlər və ya dəfn etsinlər və yaxud da əl çatmaz səhralara töksünlər.

Sual 501. Toy mərasimlərinin yalnız yemək məclisini məsciddə, ya Hüseyniyyədə təşkilinin eybi varmı?

Cavab: Ümumi halda məscidə ehtiramsızlıq gətirən hər bir iş haramdır. Bunun üçün təkcə kəbin və məhrəm siyğəsini oxumaq üçün məclis təşkil olunsa bir maneəsi yoxdur. Amma bu gün məşhur olan toy və nişan mərasimlərini məsciddə keçirmək caiz deyil.

Sual 502. Bir şəxs öz mülkündə məscid tikmişdir. Məscid binasının xərclərinin də çoxunu özü vermişdir və ona başçılıq etməyi öz üzərinə götürmüşdür. Onun nəzərinə görə səlahiyyəti olmayan bir şəxs ondan icazəsiz o məsciddə namaza imamlıq edir. Bu İmamın və ona iqtida edənlərin nə hökmü vardır, məscidi vəqf edən və başçılıq edən şəxs onu camaat namazına İmamlıq etməkdən çəkindirib, başqasını tə’yin edə bilərmi?

Cavab: Mə’mumlar İmam-camaatı adil bilsələr və ona iqtida etsələr namazları səhihdir. Məsciddə İmamlıq etməyə və namaz qılmağa görə icazəyə ehtiyac yoxdur. Heç kimin məsciddə namaz qılmağın qarşısını almağa haqqı yoxdur. İstər İmam-camaat olsun, istər qeyri İmam-camaat.

Sual 503. Üzərində göyərçin, tovuz quşunun və bu kimi heyvanların heykəlləri olan ələmi məsciddə qoymağın nə hökmü vardır. Bu ələmi satmağın və onun qarşısında namaz qılmağın hökmü nədir?

Cavab: Heykəlləri alıb-satma və saxlamaq məkruhdur. Heykəl və şəkil olan yerdə namaz qılmaq da məkruhdur.

Sual 504. İslam hökuməti qanunlarına uyğun olaraq, məscid kimi ümumi yerlər də su və işıq pulunu ödəməlidir. Su məsələsi xüsusi şirkətin olduğu üçün imkanı olmayan məscidlər su pulunu ödəməkdə çətinlik çəkirlər. Xahiş edirik buyurun:

1) İslam dövlətinin qanunlarının xilafına əməl etmək düzgündürmü?

2) Tam və ya müəyyən ölçüdə imkanı olmayan məscidlərdə məscidin suyundan istifadə edən şəxslərin hökmü nədir. İstifadə etdikləri ölçüdə məscidə kömək etmələri lazımdırmı?

3) Bə’zi şəxslər su və bu kimi vergiləri ödəsələr başqalarının boynundan götürülərmi?



Cavab: 1) İslam respublikasının qanunlarının xilafına əməl etmək düzgün deyil. 2) Qeyd olunan halda məscid suyu ilə dəstəmaz alan şəxslər gərək niyyət etsinlər ki, istifadə etdikləri miqdarda suyun pulunu versinlər. Əgər bilsələr ki, heç kəs su pulunu ödəməyib və özlərinin də su pulu ödəmək niyyəti olmasa, onların dəstəmazı səhih deyildir. 3) Bəli, başqalarının öhdəsindən götürülür.

Sual 505. Bə’zən camaat namazında iqtida edənlər Qur’anı öz yanlarında qoyurlar və bu da qabaq sırada duranların arxasında qalır. Bu iş haramdırmı və namazın düzgünlüyünə zərər gətirirmi?

Cavab: Təkcə Qur’anı arxada qoymaq haram deyil. Bəli, ehtiramsızlıq olsa caiz deyil və hər surətdə namaz batil olmur.

Sual 506. Məscid və Hüseyniyyədə təşkil olunan dini bayramlarda və İmamların (ə) mövlud günlərində əl çalmaq caizdirmi?

Cavab: Əl çalmağın öz-özlüyündə eybi yoxdur. Amma möminlərə lazımdır ki, bu işi məscid, Hüseyniyyə və müqəddəs yerlərdə etməsinlər. Həmçinin müqəddəs İmamların mövlud günlərində əl çalmaq hörmətsizliyə səbəb olar, ondan çəkinmək lazımdır. Möminlər müsəlmanların həmişəki şüarları olan salavatdan istifadə etsinlər.

1   ...   19   20   21   22   23   24   25   26   ...   43


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə