ŞƏR’İ suallara cavab




Yüklə 1.08 Mb.
səhifə15/43
tarix23.02.2016
ölçüsü1.08 Mb.
1   ...   11   12   13   14   15   16   17   18   ...   43

MEYYİTİN HÖKMLƏRİ

Qusl, kəfən və dəfn


Sual 318. Namaz və oruc əhli olmayan bir şəxs namaz və orucu inkar da etmirsə, müsəlmanlara aid olan meyyitin hökmləri ona da aiddirmi?

Cavab: Bəli, bütün hökmlər aiddir, hətta meyyit fasiq olsa da belə.

Sual 319. Boynunda məss-meyyit quslu olan bir şəxs ikinci bir meyyitə qusl verə bilərmi? Meyyid quslunda nə üçün sidr və kafur istifadə olunur?

Cavab: Bəli, boynunda məss-meyyit quslu olan bir şəxs başqa meyyitə qusl verə bilər. Sidr və kafurun istifadə olunmasının xüsusi bir təmizliyi vardır.

Sual 320. Körpə uşaqları olan bir şəxs vəsiyyətsiz vəfat etmişdir. Amma özü üçün vacibi miqdarından artıq kəfən hazırlamışdır. Vəsiyyət etmədiyi və körpə uşaqları olduqları üçün kəfənin vacib hissələrini istifadə edib müstəhəbbi hissələrini saxlamaq olarmı? Yoxsa müstəhəbbi hissələri də gərək ona geyindirsinlər?

Cavab: Kəfən vəsiyyətə əsasən təyin olunur və əgər malının üçdə birindən çox olmasa müstəhəbbi hissələri ayırmasınlar.

Sual 321. Hamilə qadının özü və bətnindəki uşağı ölmüşdür. Uşağı çölə çıxardıb ayrı qusl vermək lazımdırmı?

Cavab: Gərək ananı o halda qusl edib kəfənə büksünlər. Hamilə olmayan qadınlar kimi dəfn etsinlər və uşağı çölə çıxarmaq düzgün deyildir.

Sual 322. Ağzında sü’ni dişləri olan bir şəxs vəfat edərsə, onun dişlərini ağzından çıxartsınlar, ya o halda qusl verib dəfn etsinlər.

Cavab: Meyyitə əziyyət olmayan surətdə sü’ni dişləri çıxarda bilərlər, amma əgər yarma və hörmətsizlik olarsa o halda qusl etsinlər.

Sual 323. Bir şəxsin cərrahiyyə yolu ilə ayağına qızıldan olan bir mil salırlar, ölümdən sonra həmin mili onun ayağından çıxartmaq olarmı? Qızıl qapaq, ya qızıl diş olan surətdə hökm necədir?

Cavab: Əgər qızıl mili ayağı yarmadan çıxartmaq mümkün olmasa, onu çıxartmaq caiz deyildir. Qızıl dişin hökmü də belədir. Əgər sü’ni dişlər olarsa və rahatlıqla meyyitin ağzından çıxarılarsa maneəsi yoxdur.

Sual 324. Hamilə bir qadın vəfat etmişdir. Amma bətndə olan uşağın ölü ya diri olmasına yəqinlik yoxdursa, vəzifə nədir?

Cavab: Gərək səbr etsinlər, əgər uşağın diri olmasına ehtimal verilsə, ananın bətnini yarsınlar və uşağı çıxartsınlar. Çünki, möhtərəm nəfsi (ruhu) qorumaq vacibdir.

Sual 325. Üzərində Yasin və Qur’andan başqa surələr yazılan parça ilə meyyiti kəfənə bükməyin maneəsi varmı? Əgər nəcis olmasına ehtimal da verilsə?

Cavab: Heç bir maneəsi yoxdur.

Sual 326. Ölümün fiqhi tə’rifi haqqında nəzəriniz necədir?

Cavab: Ölümün fiqhi tə’rifi onun adi qaydada tə’rifi ilə heç bir fərqi yoxdur.

Sual 327. Əgər xüsusi cihazların köməyi ilə bir şəxsin beyninin ölmüş olduğu sabit olsa, onun həyatını sona çatmış hesab etmək olarmı?

Cavab: Xeyir, fiqhi və adi cəhətdən meyyit hesab olunmur?

Sual 328. Zərbə almış bir şəxsin beyninə qan sızmışdır, həkim onun öldüyünü deyirsə, onun sözünə e’timad edib o şəxsi dəfn etmək olarmı?

Cavab: Gərək ölümə yə’qinlik ya arxayınçılıq hasil olsun. Əgər həkimin dediyindən yəqin və arxayınçılıq hasil olsa, dəfn etsinlər. Əks halda, ölümə yəqinlik tapana qədər səbr etsinlər.

Sual 329. Tovzihul-məsail risaləsində buyurmusunuz: Qusl, kəfən və dəfn üçün gərək meyyitin varisindən icazə alsınlar. Əgər meyyitin vəlisi olmasa nə etmək lazımdır?

Cavab: Vəlinin razılığına və icazəsinə şahid olan mö’təbər bir şəxs tapılsa meyyitə aid olan işləri yerinə yetirə bilərlər, əks halda vəli gələnə qədər səbr etsinlər. Əgər dəfni gecikdirməklə meyyitə hörmətsizlik olarsa, vacib ehtiyata əsasən gərək şəriət hakimindən, yaxud onun nümayəndəsindən icazə alıb meyyitin işlərini yerinə yetirsinlər. Əgər icazə almaq mümkün olmasa, icazə və iznə ehtiyac yoxdur.

Sual 330. Yanğın hadisəsi zamanı neçə müsəlman, bəhayi və erməni yanmışdır, heç birini tanımaq mümkün deyilsə, onların qusl və dəfninin hökmü nədir? Əgər həmin halda onların arasında bir qadın varsa və o da tanınmırsa vəzifə nədir?

Cavab: Verilən suala əsasən müsəlmanları tanımaq mümkün deyil, onların arasında müsəlman olduğuna yəqinlik varsa, gərək onların hamısını qusl etsinlər, kəfənə büküb hənut vursunlar. Aralarında müsəlman olduğu üçün bir yerdə müsəlman niyyəti ilə onlara namaz qılsınlar və onları islam göstərişlərinə uyğun dəfn etsinlər. Aralarında qadın olduğu üçün gərək o qadının əri onlara qusl versin. Əgər qadının əri, ya məhrəm adam yoxdursa, gərək bir kişi əlcək vasitəsi ilə libasın altında onlara qusl versin və bir qadın da onlara əlcək vasitəsi ilə libasın altında qusl versin ki, vəzifəyə əməl olunmasına yəqinlik hasil olsun.

Sual 331. Bir nəfər intihar etmişdir, meyyitə aid olan hökmlər ona da aiddirmi?

Cavab: Bəli, meyyitə aid olan bütün hökmlər ona da aiddir.

Sual 332. Tövbə edəndən sonra ölən mürtədin hökmü necədir?

Cavab: Mürtəd tövbə vasitəsi ilə müsəlman hökmünü tapır, onun quslu vacibdir.

MEYYİT QUSLU


Sual 333. Meyyitin sümükləri bir neçə ildən sonra ələ gəlmişdir, qusl, kəfən və namaz vacibdirmi?

Cavab: Sümüklərin hamısı ələ gəldiyi üçün meyyitə aid olan bütün hökmləri yerinə yetirmək vacibdir. Yə’ni üç qusl versinlər, kəfənə büksünlər, hənutdan sonra namaz qılıb dəfn etsinlər.

Sual 334. Diri insanın bədənindən bir tikə ayrılmışdır, o meyyit hökmündədirmi?

Cavab: Bəli, əgər o tikənin sümüyü olsa ehtiyata əsasən qusl verib bir parçaya büksünlər, əgər hənut yerlərindəndirsə hənut edib dəfn etsinlər. Amma əgər sümüyü olmasa qusl lazım deyil, onu bir parçaya büküb dəfn etsinlər.

Sual 335. Meyyit quslu üçün nə qədər su lazımdır?

Cavab: Meyyitə verilən üç qusl suyu müstəhəbdir altı tuluq miqdarında olsun, bu miqdar su təkcə vacibat üçün deyil, tamam vacibat və müstəhabbatın istifadəsi üçündür.

Sual 336. Əgər su olsa, amma sidr və kafur olmasa vəzifə nədir?

Cavab: Bu halda gərək xalis su ilə üç qusl verilsin, birinci quslu sidr suyu niyyətinə, ikinci quslu kafur suyu niyyəti ilə yerinə yetirin.

Sual 337. Əgər qusl əsnasında, ya qusllardan sonra meyyitin bədəni nəcis olsa və ya ondan qan, sidik və bir nəcasət xaric olsa quslları təkrarlamaq lazımdırmı?

Cavab: Təkrarlamaq vacib deyil, amma müstəhəbdir təkrarlasınlar.

Sual 338. Əgər qusllardan sonra və dəfndən əvvəl meyyitin bədəni onun öz nəcasəti (qan, sidik və s. kimi) vasitəsi ilə murdarlansa nə etmək lazımdır?

Cavab: Nəcasəti aradan aparıb bədəni paklamaq vacibdir. Təmizləmək çətin olarsa, ya meyyitin hörmətsizliyinə səbəb olarsa paklamaq lazım deyil, meyyiti təmizlənməmiş dəfn edə bilərlər.

Sual 339. Bədəni yara olan meyyitin qanı kəsilmirsə cəbirə quslu edilməlidir, ya təyəmmüm?

Cavab: Meyyit qusluna cəbirə qeyd olunmamışdır, əslində mə’nası da yoxdur. Verilən suala əsasən gərək qan kəsilənə qədər səbr etsinlər və əgər quslu gecikdirmək meyyitə hörmətsizlik gətirərsə, mümkün olan hər vasitə ilə qanı saxlasınlar və qusl versinlər, yaxud da boruya və kür suyuna bitişik olan sidr və kafur suyu ilə qusl versinlər. Əgər mümkün olmasa təyəmmüm etsinlər.

Sual 340. Bir meyyitin cəsədi bir neçə gündən sonra tapılmışdır. Çox üfunətli olduğu üçün qusl verən şəxs əziyyət çəkər, ikincisi də bədənin parçalanıb dağılması mümkündür. İndi vəzifə nədir?

Cavab: İmkan olan surətdə üfunət və iydən qorunmaq üçün bir şeydən istifadə edib meyyiti paklasınlar. Sidr, kafur və xalis suyu əl sürtmədən meyyitin bədəninə töksələr meyyit parçalanmaz. Gərək bu yolla meyyitə qusl versinlər, əks halda ona təyəmmüm edib dəfn etsinlər.

Sual 341. Bir şəxs vəfat etmişdir, qusl üçün su tapılmırsa vəzifə nədir?

Cavab: Əgər su tapılana qədər quslu gecikdirmək, yaxud su olan yerə meyyiti aparıb çatdırmaq meyyitə ehtiramsızlıq gətirərsə, ya iylənərsə gərək təyəmmümlə dəfn etsinlər. Vacib ehtiyata əsasən hər quslun əvəzinə ayrıca təyəmmüm versinlər və bir təyəmmüm də bütün quslların niyyəti ilə verilsin.

Sual 342. Meyyitə təyəmmüm verilməlidir, amma təyəmmüm yerləri nəcis və qana bulaşmışdır. Paklamaq mümkün olmasa, ya da qanın qarşısını ala bilmirlərsə vəzifə nədir?

Cavab: Əgər mümkündürsə qanı təmizləsinlər, əks halda üzərinə parça, ya salafan çəksinlər və onun üzərinə təyəmmüm versinlər.

Sual 343. Hadisə zamanı bir şəxs vəfat etmişdir, əgər qusl vermək istəsələr bütün bədəni parçalanar; bütün təyəmmüm üzvləri də aradan getmişdir. Vəzifəmiz nədir?

Cavab: Suala əsasən qusl və təyəmmüm lazım deyil. Ehtiyat budur ki, cənazəni bir salafana büksünlər və onun üzərindən meyyitə aid olan üç quslu versinlər.

Sual 344. Dörd aylıq uşaq siqt1 olmuşdur. Ona qusl və kəfənlə yanaşı hünut da lazımdırmı?

Cavab: Bəli, hünut da lazımdır.
1   ...   11   12   13   14   15   16   17   18   ...   43


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə