Şəhid Mürtəza Mütəhhəri 2006 Sakt-Peterburq




Yüklə 2.83 Mb.
səhifə6/14
tarix27.02.2016
ölçüsü2.83 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   14

XASİYYƏT VƏ ƏXLAQIN İNSANLIQ ÜÇÜN MEYAR GÖTÜRÜLMƏSİ


İnsanlığın elmdən deyil, xasiyyət və əxlaqdan asılı olması, irəli sürülən başqa mülahizələrdən biridir. Bu nəzəriyyənin tərəfdarları xasiyyət və əxlaq ilə elm və agahlığın ayrı-ayrı şey olduqlarını bəyan edərək deyirlər:

İnsanın elmli olub insanlığa yaraşan əxlaqdan məhrum olması və əvəzində heyvanlara məxsus olan xüsusiyyətlərə yiyələnməsi mümkündür. Məsələn, hər bir heyvan bir sıra özünəməxsus instinktual hisslərlə yaradılır və bu hisslər onun üzərində hökmranlıq edir. Yəni, heyvanlar bu hisslərin qarşısında tam aciz olub hər cür iradə və ixtiyardan məhrumdurlar. İtin yırtıcı, eyni zamanda vəfalı olması instinktual hisslərdən irəli gələn bir şeydir. Bu hissləri daşımaq icbari xarakter daşıyır və burada heç bir iradə və ixtiyar rol oynamır.

Biz, heyvana məxsus olan bu xüsusiyyətləri bəzi insanlarda da müşahidə edirik. Başqa ifadə ilə desək, bəzən özlərini inkişaf etdirməmiş, tərbiyə etməmiş və təbii olaraq uşaqlıq mərhələsində qalmış insanlarla qarşılaşırıq. Belə şəxslər öz daxili hisslərinə tabe olan insanlardır.

İndi isə görək bu cür şəxslərin elmi hansı rolu oynayır. Dediyimiz kimi, elm və agahlıq bir çırağa bənzəyir. Deməli, təbii hisslərə tabe olan şəxslərin elmi, onların əlində çıraq rolunu ifa edir. Bu cür insanların heyvanla digər bir fərqi də vardır. Bildiyimiz kimi, heyvanların agahlığı müəyyən zaman və məkan çərçivəsindədir və buna görə də onlarda təbii hisslərini təminetmə qabiliyyəti insanla müqayisədə olduqca zəifdir. Amma insanın elm və agahlığı ona zaman və məkan məhdudiyyəti zəncirini qırmaq və ondan kənara çıxmaq imkanı verir. Bu da insanın keçmişindən xəbərdar olub gələcək hadisələri proqnozlaşdırmaq və bunun əsasında öz işlərini planlaşdırmaq şəraitini yaradır. Amma əxlaq və xasiyyət tam başqa bir məsələdir. Belə ki, elm və agahlıq insanın təhsili, əxlaq və xasiyyət isə onun tərbiyəsi ilə bağlı olan bir şeydir. Kiminsə elmli olması üçün öyrətmə, əxlaqlı olması üçün isə tərbiyə etmə üsulundan istifadə olunur.

Əlbəttə, hər bir insanı tərbiyə etməzdən əvvəl, onu bir sıra öyrəniləsi şeylərlə tanış edirlər. Belə ki, şəxs tərbiyə olunmazdan əvvəl, onun bir sıra məlumatları öyrənməsi lazım olan şərtlərdən biridir, amma təkcə bu kifayət etmir.

Bütün bu söylənilənlərdən sonra hansı əxlaq və xasiyyətin insanlıq meyarı olması sualı meydana çıxır. Bu məsələ barədə də bir neçə mülahizələr mövcuddur. Onlardan biri məhəbbətin bir xasiyyət kimi insanlıq meyarı olmasıdır.


MƏHƏBBƏT VƏ SEVGİNİN İNSANLIQ MEYARI GÖTÜRÜLMƏSİ


Bu nəzəriyyə sahiblərinin rəyincə, kimin əxlaq və xasiyyəti insansevərlik əsasında qurulubsa, deməli insandır. İnsansevərlik, yəni başqasının talehi haqqında öz talehi haqqında düşündüyü qədər fikirləşmək, hətta bəzən başqalarının müqəddəratını özününkündən də üstün tutmaq.

Bu nəzəriyyə ən çox Hindistanda yayılmışdır. Bu nəzəriyyə sahiblərinin fikrincə, dünyada təkcə bir pislik mövcuddur və o da başqalarını incitmək, həmçinin təkcə bir yaxşılıq mövcuddur və o da başqalarına yaxşılıq etməkdir. Bu nəzəriyyə sahiblərinin konkret sözləri budur ki, dünyada təkcə bir kamal və dəyər mövcuddur və o da başqaları üçün xeyirli işlər görmək, həmçinin təkcə bir naqislik və pislik mövcuddur və o da başqalarını incitməkdir. Qandi deyir: Mən upanişadları oxumaqla üç həyati əsasları başa düşüb onlardan həyatımda bir resept kimi istifadə etdim. Onlardan birincisi budur ki, dünyada bir bilik və elm mövcuddur və o da özünü tanımaqdır. İkincisi, Hər kim özünü tanısa, Allahını və dünyasını tanımış olur. Ücüncüsü, aləmdə təkcə bir qüvvə mövcuddur və o da hər bir şəxsin özünü öz hakimiyyəti altına almasıdır. Qandinin öz ifadəsi ilə desək, kim öz üzərində hakimiyyət sürsə, bütün aləmə hakim olmuş olar. Dünyada bir yaxşılıq vardır və o da başqalarını özünü istədiyi kimi sevməkdir. Bütün bunlar hind əxlaqının insanların bir-birini sevmək əsasında olmasını sübut edir və bu nəzər sahiblərinin rəyincə insansevərlik insanlığın meyarı sayılır.


MƏHƏBBƏT NƏZƏRİYYƏSİNİN TƏNQİDİ


Bu nəzəriyyə əlli faiz düz olsa da, əlli faiz səhv sayılır. Bu nəzəriyyənin nöqsanlarından bir neçəsini oxuculara təqdim edirik:

1. Bunların «dünyada yalnız bir yaxşılıq mövcuddur və o da başqalarını sevməkdir» ifadəsi heç də həqiqətlə uyğun gəlmir. Çünki dünyada bundan başqa bir çox ayrı yaxşılıqlar da mövcuddur.

2. Məhəbbət və insansevərliyin mahiyyəti və onun dərəcələri aydınlaşmalıdır. Çünki, bu məsələdə əgər hədd-hüdudu bilməsək, insansevərlik əvəzinə insan düşmənçiliyi meydana gəlmiş olar.

İslam alimlərinin dilincə desək, insanları onların insanlığına görə sevmək lazımdır. Yəni, hər hansı bir şəxs öz insani dəyər və qiymətinə görə sevilməlidir. Burada artıq Musa Cümbə və Lumumba arasında olan fərqlər aydınlaşır və görürük onlardan biri insani dəyərlərdən faydalanmış, o birisi isə nəinki bunlardan faydalanmamış, əksinə özünü heyvandan da aşağı səviyyəli bir varlığa çevirmişdir.

Hər bir şəxsi bioloji cəhətdən insan olduğuna görə deyil, insanlığına görə sevmək lazımdır.

Deməli bütün dinlərdə ümumi qanun şəklində deyilib:

«Əhbib linnasi ma tuhibbu linəfsikə və əkrəh ləhum ma təkrəhu linəfsikə».

Yəni, «özün üçün istədiyini başqaları üçün də istə və özün üçün xoşlamadığını başqaları üçün də rəva bilmə».

Bu kəlamı yuxarıda dediyimiz kimi təfsir etmək olar.

Bəziləri məhəbbəti uşaqcasına təfsir edərək deyirlər: «Kimsənin bütə pərəstiş etdiyini görürsənsə, onunla işin olmasın! Ancaq və ancaq ona məhəbbət göstər. Çünki bir söz desən acığına gələr. Onu bu işdən çəkindirməyə can atma! Çünki bu onunla düşmənçilik etmək deməkdir».

Sizcə bu söz düzgündürmü? Gözümüzün qabağında bütə pərəstiş etsinlər, biz də narahatçılıq yaratmamaq fikri ilə onları bu açıq-aşkar zəlalətdən çəkindirməyək. Məlum məsələdir ki, bu yanlış bir məntiqdir və heç bir insani meyarlarla düz gəlmir. Biz nəyin bahasına olursa-olsun onları ayıltmalı və həqiqəti başa salmalıyıq.

Məhəbbət və insansevərlik nəzəriyyəsinə etdiyimiz bu tənqidlərə əsasən aydın olur ki, məhəbbət insanlıq meyarı deyil, əksinə onun şərtlərindən biridir. Belə ki, insanlığa yetişmiş şəxslər vahid bir bədəni təşkil etdiklərinə görə bir-birlərini sevməlidirlər.


AĞIL VƏ HİKMƏTİN İNSANLIQ MEYARI KİMİ GÖTÜRÜLMƏSİ


Ariflərin nəzərincə, insanlıq ayrı-ayrı şəxslərin həqiqəti nə dərəcədə başa düşməkləri ilə ölçülür. Bunların nəzərincə həqiqəti başa düşməyən insan naqis sayılır. Hər bir şəxsin insanlıq və əsil istedadı, həqiqəti tanımaq və ona yetişməkdədir. Ariflər bu sözü həqiqət, həkimlər isə hikmət kimi təbir edirlər.

HİKMƏTİN MƏNASI


Görəsən hikmət bu gün elm adlandırdığımız həmin ifadəni daşıyırmı? Xeyr! Hikmətin mənası bütün varlıqları ümumi şəkildə düzgün dərk etmək deməkdir. Bu da elmlə fərqli olan bir məfhumdur. Misal olaraq, əgər kimsə Tehran şəhəri barəsində bir şey öyrənmək istəsə, iki cür məlumat əldə edə bilər: birincisi külli və ümumi, amma eyni zamanda səthi. İkincisi cüzi və məhdud, amma tam aydın və müəyyən. Yəni, bəzən Tehran haqqında olan məlumat, şəhərin ümumi xəritəsini çəkə bilən mühəndisin məlumatı kimidir və bəzən də bu böyük şəhərdən külli məlumatı olmayan, amma öz məhəlləsini bütün xırdalıqlarına kimi tanıyan bir şəxsin məlumatı kimidir. Şəhərdən ümumi məlumatı olan şəxs, məhəllələrdən və müəyyən bir məhəllənin sakini də şəhərin ümumi vəziyyətindən xəbərsizdir. Varlıqları külli surətdə mütaliə edib onu başdan-ayağa öyrənən şəxsə həkim və ya filosof deyilir. Həmçinin həkim bütün varlıqlar haqqında külli bir qanun çıxarır. Həmin bu şəxs ola bilər daş, bitki, heyvan, yer və günəş haqqında kifayət qədər məlumatı olmasın. Filosofların nəzərincə aləm və varlıqlar haqqında olan külli elmə hikmət deyilir. Hətta bu məlumat elə bir dərəcəyə çata bilər ki, aləm və varlıqlar külli surətdə həkim insanın zehnində canlansın.

«İnsan elmdə elə bir dərəcəyə çatır ki, onun zehnində canlandırdığı aləm, xaricdəki həqiqi aləm ilə düzgün tətbiq olunur. Bu cür şəxslərə həkim deyilir».

Həkim və filosoflar ağılı insanın cövhəri bildiklərinə görə hikməti insanlıq meyarı kimi qəbul etmişlər. Həmçinin onlar ağılı hər bir məsələni isbat etmək üçün kifayət edən bir şey kimi qəbul edir və hikməti imanla bərabər sayırlar. İndi isə bunları ayrı-ayrılıqda izah edək.

AĞIL İNSANIN CÖVHƏRİDİR


Qədim filosofların nəzərincə, insanın cövhəri və həqiqi mənliyi onun ağlıdır. Bunların nəzərincə, insanın cismi onun şəxsiyyətindən sayılmamadığı kimi, onun müxtəlif ruhi və mənəvi istedadları da həqiqi şəxsiyyətindən sayılmır. İnsanın həqiqi şəxsiyyəti onun fikir qüvvəsidir. Qurani-kərim ağıl barəsində «lubb» kəlməsini çox işlətmişdir. Elə bil onlar insanı qoz və ya badama bənzədərək onun qabıq və ləpədən təşkil olunduğunu bəyan etməklə, cismi onun qabığı, ağıl və fikrini isə ləpəsi hesab etmək istəyirlər.

Ağılsız insan, insanlıq meyarından məhrum olan puç və boş bir varlıqdır. Yəni, surət və xarici görünüş etibari ilə insan, həqiqətdə isə onun mahiyyətini daşımayan bir canlıdır. Bu, insanlığı ağılla ölçən filosofların bəyan etdiyi ifadələrdir.


ƏQLİ MƏRİFƏTİN ƏSALƏT VƏ ETİBARI


Həkimlərin nəzərincə, insan öz ağlı ilə aləmdə olan həqiqətləri kəşf etməyə qadirdir və ağılla əldə olunan elm əsil, həqiqi və etimad olunası bir elmdir. Çünki ağıl aləm və həqiqətləri necə varsa, o cür də dərk etməyə və özündə əks etdirməyə qadirdir. Ağıl aləmin həqiqi surətini özündə əks etdirə bilən bir qüvvədir.

İMAN — HƏKİMLƏRİN NƏZƏRİNDƏ


Müsəlman həkimlər Quranda bəyan olunan prinsiplərə əsaslanaraq deyirlər ki, iman, aləmi ümumi şəkildə necə varsa, o cür də tanımaq, həmçinin aləmin mənşə, cərəyan, nəzm və hansı nöqtəyə qayıdacağını bilmək deməkdir. Quran insanları Allaha, mələklərə və aləmin yaradılışına iman gətirməyə dəvət edir. Eləcə də aləmin hər an Allah tərəfindən idarə olunmasına və bütün məxluqatın Onun tərəfindən yaranıb, nəhayətdə Ona qovuşacağına etiqad bəsləməyə, yəni məada çağırır. Müsəlman həkimlərin nəzərincə, bütün bunları tanımaq və dərk etmək «iman» gətirmək deməkdir. Bunlar həmişə imanı mərifət, tanımaq, bilmək və hikmətlə bir şey kimi təfsir edirlər. İslam fəlsəfəsi kitablarında (hətta bir qədər ariflərin zövqünə uyğun tərzdə yazılmış Molla Sədranın kitablarında belə) bu məsələyə, yəni Allaha, Peyğəmbərə, mələyə və məada imanın, onları dərk etmək mənasında olması məsələsi ilə rastlaşırıq. Qısa şəkildə desək, bunların fikrincə Quranda işlədilən iman sözünün hamısı dərk edib başa düşmək, mənasını daşıyır.

İSLAMDA AĞILIN İNSANLIQ CÖVHƏRİ OLMASI NƏZƏRİYYƏSİ


Qeyd etdiyimiz kimi, filosofların nəzərincə insanın cövhəri ancaq və ancaq onun ağılıdır. Yerdə qalan isə ondan doğan alət və vasitələrdir. Əgər göz, qulaq, hafizə, xəyal qüvvəsi kimi üzvləri görürüksə, onların hamısı ağılın istifadə etməsi üçün yaradılmış şeylərdir.

İslamda bu məsələni, yəni insan üçün ancaq və ancaq ağılın cövhər olmasını təsdiq edən heç bir dəlil və sənəd yoxdur. İslamda insan vücudunun bütövlükdə ağıldan təşkil edilməsi deyil, sadəcə onun şaxələrindən biri olduğu təsdiq edilir.


İSLAMDA AĞILIN HÖCCƏT VƏ DƏLİL OLMASI


Biz islami mənbələrdə heç dində rastlaşmadığımız bir şeylə - ağılın fövqəladə etibarlı bir sənəd kimi qiymətləndirilməsi ilə qarşılaşırıq. Bu barədə islami mətnlərdə (Quran və hədislərdə) yüksək mənalı sözlər söylənilmişdir.

QURANDA ƏQLİN ETİBARLI BİR SƏNƏD OLDUĞUNU TƏSDİQ EDƏN DƏLİLLƏR


Qurani-kərim ağılın etibarlı bir sənəd olduğunu müxtəlif şəkillərdə imzalamışdır.

a) Təfəkkür və ağıl qüvvəsini işlətməyə dəvət;

Quranda insanları təfəkkürə dəvət edən altmışdan çox ayəni qeyd etmək olar. Amma onların içərisindən təəccüb doğuran bir ifadəni burada gətirmək yerinə düşərdi. «Ənfal» 22-ci ayəsində buyurulur:

«İnnə şərrəd-dəvabbi indəllahis-summul bukmul-ləzinə layəqilun».



«Allah yanında yer üzündə gəzən canlıların ən pisi (haqqı) dərk etməyən karlar və lallardır».

b) Səbəb və nəticə qanunundan istifadə olunması;

Quranın, ağılı əsas götürməsinin başqa dəlillərindən biri də məsələləri səbəb və nəticə qanunu əsasında bəyan etməsidir. Səbəb və nəticə qanununun ağıl və təfəkkürün əsaslarından olması məlum məsələdir. Quran da bu qanunauyğunluğu etibarlı sayır və hadisələri onun əsasında izah edir. Quran səbəb və nəticənin özünü yaradan və bu nəzmin fövqündə dayanan Allahın sözlərini bəyan etməklə yanaşı, aləm və onda baş verən hadisələrin bu məsələ əsasında nizamlanmasını zikr etməkdən də qafil olmamışdır. Misal olaraq bu ayəni nəzərə alaq:

«İnnəllahə la yuğəyyiru ma bi qovmin hətta yuğəyyiru ma biənfusihim».



«...Hər hansı bir tayfa öz tövrünü dəyişmədikcə [pozmadıqca], Allah da onun tövrüni dəyişməz...». (Rəd-11). Buradan belə bir nəticə çıxır ki, doğrudan da bütün müqəddərat Allahın iradəsilə həyata keçir, amma o, insan müqəddəratını iradə və ixtiyara hakim olan bir iş kimi, onlara icbari olaraq qəbul etdirmir, əksinə onu müəyyən nəzm və qanunauyğunluq əsasında idarə edir.

v) Hökmlərin fəlsəfəsi;

Quranda ağılın etibarlı bir sənəd kimi qəbul olunmasının başqa dəlillərindən biri də, onda hökm və göstərişlərin hikmətinin açıqlanması və bəzən də onların hansı səbəb və məsləhət əsasında həyata keçirilməsidir. Üsul alimləri deyirlər ki, məsləhətli və məsləhətsiz olan şeylər hökmlərin silsiləvi illətləri arasında yerləşirlər. Məsələn, Quran bir yerdə «namaz qılın» deyə buyurur, «Ənkəbut» surəsinin 45-ci ayəsində isə onun fəlsəfəsini açıqlayır:

«İnnəssəlatə tənha ənil fəhşai vəl munkər».



«...Həqiqətən namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər...».

Burada namazın insan ruhunda qoyduğu təsirdən söz açılır, insanın necə yüksəlişə çatması və bunun nəticəsində də bütün pisliklərdən çəkinəcəyi bəyan edilir.

q) Ağılın azğınlığa düçar olmaması yolunda aparılan mübarizə.

Quranın, ağılı əsas saymasının aşkar dəlillərindən biri də, onun ağıl qüvvəsinin normal işləməsinə mane olan şeylərlə mübarizə aparmasıdır.


HƏDİSLƏRDƏ ƏQLİN ETİBARLI BİR SƏNƏD OLDUĞUNU TƏSDİQ EDƏN DƏLİLLƏR


Hədislərdə ağılın etibarlı bir sənəd olması barədə o qədər söz söylənilib ki, əgər mənbələrə müraciət olunsa, mötəbər kitabların bir fəslinin bu mövzuya həsr olunduğunu görərik. Hətta bəzi kitabların bu barədə olan bəhsləri «ağıl barəsində kitab» ünvanlı fəsillə başlanır. Şiə məzhəbinin hədisləri bu məsələni əvvəldən axıradək təsdiq və himayə edir.

İmam Musa ibni Cəfər (ə)-ın bu barədə fövqəladə bəyanı vardır. O həzrət buyurur:

«Peyğəmbər iki növdür, biri insanın daxilində olan ağıl, ikinci isə xaricdə insanlar arasında seçilmiş peyğəmbər. Bu iki peyğəmbər bir-birinə nisbətdə təkmilləşdirici rol ifa edirlər. Nəbi (Allahın göndərdiyi elçi) olmasa, ağıl heç vaxt insanları səadətə çatdıra bilməz. Eləcə də ağıl olmasa, nəbilərin sözünün faydası olmaz, bəşəriyyət hidayət və səadət yoluna istiqamətlənməz. Bunların hər ikisi (ağıl və nəbi) bir cür iş görürlər».

Ağılı təsdiq və himayə etmək üçün, bu ifadədən yüksək söz söyləmək mümkün deyildir. Əlbəttə bu barədə çox sözlər deyilmişdir. O cümlədən:

Aqil insanın yuxusu cahillərin ibadətindən üstün sayılır;

Aqilin sakit dayanması, cahilin hərəkətindən üstün sayılır;

Allah-taala heç bir şəxsi, ağlını kamala çatdırmazdan əvvəl peyğəmbərliyə göndərməmişdir.

Deməli, həkimlərin nəzəriyyəsinin bir hissəsini — ağılın düzgün bilik və mərifət əldə etmək üçün etibarlı bir sənəd sayılmasını islam da təsdiq edir.


HİKMƏT İNSANLIĞIN YARISIDIR


Keçən bəhslərə əsasən — həkimlərin müsbət və zəif nöqtələrini, eləcə də tövhidə çatmaq məqsədi ilə nəzəri hikmət bəhslərini ortaya atmalarının nəzərə alaraq, bu nəticəyə gəlirik ki, hikmət insanlığın yarısıdır. Çünki hər hansı bir müsəlman insanın həqiqət və insanlığını cisimdə deyil, ruhunda görürsə və ruh cövhərinin paklığını dərk edirsə, yaxşı başa düşür ki, nəzəri-tövhid əməli-tövhidin bünövrəsidir, öz-özlüyündə kamal deməkdir və bu kamal onu Allaha tərəf hidayət edəcəkdir.

«Fatir» surəsinin 10-cu ayəsində buyurulur:

«...İləyhi yəsədul kəlimut-təyyibu vəl əməlus-salihu yərfəuhu».

«...Pak söz [tövhid kəlməsi, zikr, həmd-səna] Ona tərəf yüksələr və pak sözü də [Allah dərgahına] yaxşı əməl qaldırar. [Allah pak sözü eşidər, saleh əməli də qəbul edər]...».

Hər hansı bir şəxsin insanlığı, onun Allahı nə dərəcədə tanımağından asılıdır. Çünki insanın elm və biliyi heç də ondan ayrı bir şey deyildir. Elm və bilik onun vücudunun əsas hissəsindən biridir. İnsanın varlıqlar və onların mənşəyi haqqında olan mərifət və biliyi nə qədərdirsə, o qədər də insanlığa çatmış olur. Çünki insanlığın yarısı elm və bilikdir.


İRADƏNİN İNSANLIQ MEYARI KİMİ GÖTÜRÜLMƏSİ


Digər bir məktəbin ardıcılları deyir: İnsanlığa qiymət vermək üçün əsas götürülən meyar onun iradəsidir. Başqa ifadə ilə desək, insanlıq meyarı onun özü və nəfsi üzərində hakimiyyəti, yəni işlərin ağıl və iradə əsasında görülməsidir. Heyvan öz icbari meyillərinə tabe olan bir canlıdır, amma insan heyvandan fərqli olaraq, ağıl və ixtiyar gücü vasitəsilə öz meyl və heyvani hisslərinə qalib gələ bilən bir varlıqdır. Deməli, insan o kəsdir ki, öz-özü üzərində hakimiyyəti ələ keçirmişdir və bu hakimiyyət hər nə qədər zəif olsa, insan bir o qədər insanlıqdan uzaq düşmüş olar.

MEYL VƏ İRADƏ ARASINDA OLAN FƏRQ


Meyl, insanı xaricdə mövcud olan şeylərə tərəf çəkən bir qüvvədir. İnsan ac olan zaman süfrə başına gələrkən özündə o yeməyə qarşı meyl hiss edir. Yəni, daxilində onu yeməyə tərəf çəkən bir qüvvə mövcuddur. İnsanı xaricdə mövcud olan hansısa bir şeyə tərəf çəkən və xarici amil ilə insan arasında olan cazibə qüvvəsinə meyl deyilir.

İnsan və ya heyvan ac olanda yeməyə, susuz halında suya, durğunluq halında cinsi cütləşməyə, yorulanda istirahət etməyə meyl göstərir. Hətta ananın öz balasına olan məhəbbəti belə meyl sayılır. Eləcə də dilənçiyə kömək etmək, onun halına acımaq və bu kimi digər şeylər də meyldir. Amma insanda iradə adlanan qüvvə onun xaricinə deyil, batininə aid olan bir qüvvədir. Belə ki, bu qüvvə insan ilə xarici aləm arasında rabitə yaratmır, əksinə insan, işi götür-qoy edib ölçüb-biçdikdən sonra meyl əsasında deyil, ağılın məsləhət gördüyü şəkildə həyata keçirir. Çox vaxt biz, ağıl məsləhət bildiyi işin istək və meyillərin ziddinə olduğunun şahidi oluruq. Məsələn fərz edək ki, müxtəlif yeməklərlə dolu olan süfrə arxasında əyləşmişik və meylimiz istəyir ki, bu yeməklərin hamısından doyunca yeyək, amma bir az fikirləşdikdən sonra görürük ki, bu işin nəticəsi pis olar və bu zaman biz meylimiz istədiyi şeyin əksinə əməl edirik. Başqa bir misal: Heç kəs dərman atmağı xoşlamır, amma fikirləşəndə görür ki, bu dərmanların onun xəstəliyinin müalicəsində xeyri var. Buna görə də o, istək və meylinin ziddinə gedərək onlardan istifadə etməyi məsləhət bilir.

İnsanın öz meyl və istəklərini, eləcə də nifrət və qorxusunu cilovlamasına iradə deyilir. Qorxu hissi meyldən fərqli olaraq insanı nədənsə yersiz və dəlilsiz olaraq qaçmağa, çəkinməyə vadar edir, burada da iradə onun köməyinə yetişir və onu cürətli olmağa çağırır.

Daha aydın desək, iradə ağıldan məsləhət alır və bütün meylləri kontrol edərək iş görür.

Deməli, iradə insanın daxilində olub, onu bütün meyl və istəklər cazibəsindən azad edir və onları insanın ixtiyarına verir. İnsanın meyl və istəklərinə tabe olması ilə fikir və iradəsinin arxasının dalınca getməsi arasında fərq vardır. İradəyə tabe olmaq, meyl və yersiz istəklərə hakim olmaq deməkdir.

Keçmiş əxlaq alimləri iradə və bununla bağlı olan məsələlərə təkid edərək demişlər: insanlığa qiymət vermək üçün əsas götürülən əlamət iradədir.


İSLAMIN NƏFSƏ HAKİM OLMAQ BARƏSİNDƏ OLAN NƏZƏRİ


İslam dinində nəfsə hakim olmaq barəsində çox danışılmışdır. Məsələn yazırlar ki, bir gün Peyğəmbər (s) hansısa küçədən ötərkən bir dəstə cavanın öz güclərini sınamaqlarını müşahidə edir. Onlar ağır daşları qaldırıb özlərini sınayırdılar. Bütün idman növləri kimi, qədimdə adət olan bu idman növünün də hakimə ehtiyacı var idi. Cavanlar Peyğəmbəri görüb, «bundan üstün hakim ola bilməz» deyərək, o həzrətə yaxınlaşdılar. Ey Allahın Rəsulu! Siz burada bizim hansımızın ağırlığı daha yaxşı qaldırmağına hakimlik edin. Peyğəmbər (s) qəbul etdi. Onlar bu işi bitirdikdən sonra o həzrət (s) onlara buyurdu: Kimin daha güclü olmasını bilmək istəyirsinizmi? Bəli, ya Rəsulullah! Həzrət buyurdu: Hamıdan güclü, əsəbləşən zaman öz qəzəbinə qalib gələ bilən kəsdir. Güclü o kəsdir ki, qəzəbi onu Allahın xoşu gəlməyən işlərə sürükləməsin. Həmçinin Allahın xoşlamadığı hansısa bir işi, təkcə özünün xoşuna gəldiyinə görə etməsin və bütün meyl və istəklərinə hakim olsun.

Peyğəmbər (s) cismə aid olan bir idman yarışını dərhal ruhi və mənəvi bir yarışa çevirib, qol gücü məsələsinin iradə qüvvəsi ilə bağlı olduğunu onlara çatdırdı.

Sonra buyurdu: «Əlbəttə bu da öz-özlüyündə bir işdir və qolun güclü olması kişilik əlamətlərindəndir, amma kişilik təkcə bununla bitmir və o, yalnız kiçik əlamətlərdən biri sayılır. Kişiliyin əsası onun iradəsinin möhkəm olmasından asılıdır.

Mövlana Cəlaləddin Rumi buyurur:


Vəqte xəşmo vəqte şəhvət mərd ku

Talebe mərdi çeninəm kube ku.


Gah qəzəbli, gah da şəhvət zamanı

Özünü saxlayan kişilər hanı


Düşmüşəm çöllərə axtarıram mən
Göstər mənə belə güclü insanı.

Biz Əli (ə)-ı Allahın şiri adlandırırıq, çünki o həzrət hər iki cəbhədə hamıdan üstün olmuşdur. Birincisi, xarici və ictimai cəbhə sayılan döyüş meydanlarında güclü pəhlivanları yerə vurması, ikincisi, daha əhəmiyyətli sayılan daxili cəbhədə isə öz-özü üzərindəki hakimiyyətidir. O, bütün meyl və hisslərinə hakim olan bir insan olmuşdur. Mövləvinin məsnəvidə gətirdiyi hekayə bu məsələni necə də aydınlaşdırır və onun fövqəladə iradə sahibi olduğunu canlandırır. Hələ iyirmi beş yaşı olan bir cavan döyüş meydanlarında çox güclü və məşhur bir pəhləvanı yerə vurmuş, başını bədəndən ayırmaq üçün sinəsinə çökmüşdür. Yerə yıxılmış pəhləvan gözlənilmədən ağız suyunu Əli (ə)-ın üzünə atır. Təbii olaraq Əli (ə) bu işdən narahat olur. Müvəqqəti olaraq, onun sinəsindən ayağa qalxır, bir qədər var-gəl etdikdən sonra qayıdır. Düşmən soruşur ki, nə üçün getdin? Həzrət buyurur: «Çünki mən sənin o hərəkətindən qəzəbləndim və istəmədim ki, səni qəzəbli halda qətlə yetirim. Çünki səni öldürməkdən məqsədim qəzəbimi söndürmək deyil, Allahın əmrini icra etməkdir».

Bəli, Əli (ə) öz qəzəbinə və ümumiyyətlə Allahın xoşuna gəlməyən bütün meyllər üzərində hakim olan bir insan olmuşdur.

Nəfsə hakim olan iradə barəsində də islamda çox danışılmışdır. Əmirəl-möminin Əli (ə)-ın Nəhcül-bəlağədə belə bir bəyanı vardır:

«Əla və innəl xətaya xəylun şumsun humilə ələyha rakibuha».

«Günah, atlının əlindən yüyəni almış hürkək bir ata bənzəyir».

Bildiyimiz kimi, hər bir günah əməl meyl və şəhvət, eləcə də heyvani hisslərin təsiri altına düşməklə başlayır və insan bu təsir nəticəsində ağılın verdiyi hökmün əksinə əməl edərək günah iş görməyə düçar olur. Əli (ə) buyurur ki, insan öz nəfsi üzərində olan hakimliyini əldən verən zaman günaha düçar olur. O, bu məsələnin müqabilində dayanan təqva barəsində də belə buyurur:

«Əla və innət-təqva mətaya zululun».

Təqva ixtiyarı sürücünün əlində olan bir miniyə bənzəyir. Sürücü bu cür miniyi istədiyi kimi idarə edə bilir və o da şıltaqlıq etmədən öz sahibinin əmrlərini yerinə yetirir.

İRADƏ MEYARININ TƏNQİDİ


Dünyada elə bir tərbiyəvi məktəb yoxdur ki, insanın öz istək və meylləri üzərində hakim olmasının vacibliyinə şəkk etmiş olsun. Hamı bunu istisnasız olaraq qəbul edir. Amma onun icrasına tə’minat məsələsi mübahisəli bir mətləbdir. İradə ağlın icraedici qüvvəsi olduğundan, ağıl və iradə meyl və istəklər üzərində hakim olmalıdır. Görəsən təkcə «olmalıdır» sözünü deməklə, ağıl və iradə istəklərə hakim olur, yoxsa yox? Ağıl və iradənin bu hisslər üzərində hakim olma mexanizmi necə olmalıdır və onun icrasına kim tə’minat verir?

Din məsləkçilərinin istinad etdikləri məsələlərdən biri də budur. Onlar deyirlər ki, iradə ağlın icraedici qüvvəsidir, bəs ağıl özü nə olan şeydir? Əlindən nə iş gəlir? Ağıl, məsələləri aydınlaşdırmaqdan başqa iş görmür və öz missiyasını nəyi isə açıqlamaq və yol göstərməklə başa vurur.

Deməli, ağıl hər hansı bir şeyi aydınlaşdırmaq rolunu ifa edir və insan ağılın köməyi ilə işi haradan başlayıb harada qurtaracağını başa düşür. Amma iradə və ağılın meyl və istəklər üzərində hakim ola bilməsi üçün, təkcə məsələni başa düşmək kifayət etmir. Çünki insan zatən öz mənafelərini güdən bir varlıqdır. Onun iradəsi meyllər üzərində o vaxta qədər hakim ola bilər ki, mənafeləri ona icazə vermiş olsun. Yəni insan öz mənafelərinin əldən getdiyini gördükdə, artıq həmin hisslər üzərində iradi hakimiyyətini tərk etməli olacaq.

İndiyədək söylədiklərimizdən məlum oldu ki, iradə çalışqan və səysiz insanları bir-birindən ayırmaq meyarlarındandır. Tənbəl insanlar daim öz təbii meyllərinin əsiridir. O, bu əsirlikdən canını qurtarmaq üçün gərək iradəsini gücləndirib istəkləri üzərində qələbə çalsın, əks təqdirdə heç vaxt insanlıq mərhələsinə yetişə bilməyəcəkdir. Deməli, iradə insanlıq meyarı yox, insanlığa yetişmək üçün lazım olan şərtlərdən biridir. Böyük və yüksək səviyyəli ruhlar güclü iradəyə sahibdirlər. Amma biz çalışırıq ki, böyük insanlıq adlanan yüksək səviyyəli ruhun meyarını tapıb üzə çıxaraq.


AZADLIĞIN İNSANLIQ MEYARI KİMİ GÖTÜRÜLMƏSİ


İnsanlığa qiymət vermək üçün əsas götürülən meyarlardan biri də insan azadlığıdır. Bu məsələyə eqzistansialistlər daha çox toxunurlar. Bu nəzəriyyə sahibləri ən çox insanın azad və agah olması - insanın ictimai agahlığı üzərində dayanırlar.

Azadlıq nə deməkdir? Azadlıq, yəni insanın məcburiyyəti qəbul etməməsi, heç bir qüdrət qarşısında əyilməyib, ona əsir olmaması. İnsanın bütün müqəddəratını öz ixtiyarı ilə təyin etməsinə azadlıq deyilir.


SARTERİN AZADLIQ BARƏSİNDƏ SÖYLƏDİYİ SÖZLƏR


İnsan bu dünyada azad bir varlıqdır, hətta azadlığın eynilə özüdür. Sarter deyir: İnsanın azad olması, Allahın olmamasını sübut edir. Çünki Allahın olması azadlıqla ziddiyyət təşkil edir. Axı necə? Deyir: Allahın olması o deməkdir ki, Allahın bir zehni var və məni qabaqcadan öz zehnində təsəvvür etmişdir. Mən onun zehnində təsəvvür olunmuşamsa, necə azad ola bilərəm? Demək mən məcbur bir varlıq olub onun zehnindəki özümə oxşamalıyam.

Nə qədər də gülünc bir sözdür! Allah üçün zehin məfhumu bir məna kəsb edirmi? Sarter burada özünə oxşar bir varlıq təsəvvür edib adını Allah qoyur və onun əsasında mə’nasız sözlər danışır.


İNSAN AZADLIĞI VƏ ALLAHIN MÖVCUD OLMASI ARASINDA OLAN RABİTƏ VƏ BAĞLILIQ


Qəza və qədər məsələsi hələ min il bundan öncə həll edilən və insan azadlığı ilə heç bir ziddiyyət təşkil etməyən məsələdir. Yalnız Allah və qəza-qədər məsələsini fərz etməklə, azadlıqdan dəm vurmaq mümkündür. İnsan ruhu Allah tərəfindən üfürüldüyü üçün təbiətin cəbrindən azad ola bilər, əks halda o cəbri bir varlıq olmalıdır. Çünki əgər insanın təkcə cismi nəzərdə tutulsa, iradə və ixtiyarı hər an cismi maddələrin hərəkət və fəaliyyətindən asılı olacaqdır.

Sarter deyir ki, insan azad iradənin elə özüdür. Ondan soruşmaq lazımdır ki, bəs iradə özü haradan meydana gəlir? Əgər insanın fikir və iradəsi təbii və maddi xüsusiyyətlərdən ibarətdirsə, azadlıqdan söhbət etmək nəyə gərəkdir? Azadlıq haqqında o kəslər söhbət edə bilərlər ki, insanda təbiətin fövqündə dayanan qüvvənin olmasını qəbul etsinlər. Belə ki, insanı təbiətə məğlub olmuş yox, təbiəti insana məğlub olmuş hesab etmiş olsun. Belə şəxslərin nəzərincə, insanda iki qüvvə mövcuddur: təbii qüvvə; təbiətin fövqündə dayanan qüvvə. İnsan ruhu Allah tərəfindən üfürüldüyündən təbiətin fövqündə dayanan bir varlıq sayılır. İstəsə öz təbiətinə qalib gələr, cismi meyllərin istədiyi kimi deyil, tam başqa bir şey ola bilər. Deməli, Sarterin «insan azadlıqdan başqa bir şey deyildir» sözü düzgün ola bilməz.


MƏNƏVİYYAT BÖHRANI ƏSRİMİZİN ƏN BÖYÜK PROBLEMLƏRİNDƏN BİRİDİR


Bir çox alimlərin toxunduğu məsələ, daha doğrusu dünya psixoloqlarını qayğılandıran ən ümdə problem bəşəriyyəti, xüsusilə hal-hazırda inkişaf etmiş ölkələri bürümüş mə’nəviyyat böhrandır. Əlbəttə müasir dövrdə siyasi-iqtisadi böhranlar keçirən dövlətlər də az deyildir, amma bu cür böhranlar heç də həllolunmaz sayılmır. İndiyə qədər həll oluna bilməyən böhran yalnız mənəvi böhranlardır. Mənəvi böhran nə siyasətə bağlıdır, nə də iqtisadiyyata; bu, bəşəriyyətin sırf mənəvi cəhətləriylə bağlı olan bir şeydir.

Tuinbinin nəzərincə, bu böhranların kökü texnikanın inkişafı ilə bağlıdır. Amma bu heç də belə deyil. Bəşəriyyət buxar maşınını ixtira etməklə heç də səhv etməmişdir, səhvə yol verən Fransız Bigen və onun ardıcılları olmuşlar. Dünyada mənəvi böhranlar bu şəxslərin «bəşəriyyətin bütün problemləri elmdən asılıdır» sözünü deməsiylə başlandı. Bunların nəzərincə, bütün çətinliklərin həllini elmdə axtarmaq lazımdır. İnsanın neçə düşməni ola bilər? Cahillik, kasıblıq, zülm. Bütün bədbəxtçiliklərin anası cahillikdir. Əgər insanlara elm və bilik öyrətsən, xəstəliklərin hamısını sağaltmış olarsan. Cəhalət və nadanlıq aradan getsə, bədbəxtçilik də onun ardınca gedəcək.

Əlbəttə elm müqəddəs bir həqiqətdir, amma bunlar elmi imandan ayırdılar və elmin, imanın görə biləcəyi işlərin öhdəsindən gələcəyini iddia etdilər.

İnsanın düşmənlərindən biri də onun zəifliyidir. Elm insana güc-qüvvə bəxş edir. Düz də deyirlər, elm qüdrət deməkdir, amma nəyin qarşısında? Təbiətin qarşısında. «Xəstəliklərin kökünü kəsmək üçün elm öyrənin» deyilirsə, buna inanmaq olar. Amma «kasıblığı aradan qaldırmaq üçün elm öyrənin» sözləri müəyyən qədər düz və müəyyən qədər səhvdir. Çünki kasıblıq ancaq iqtisadla bağlı deyildir, burada başqa amillər də var.

Bunların əsas səhvi «nigarançılıq və iztirabları yox etmək istəyirsinizsə, elm öyrənin» iddiasını etmələrindədir. Artıq onların bu sözlərinin yanlış olması hamıya mə’lumdur. Elm bu işin öhdəsindən gələ bilmədi. Elm hərislik, paxıllıq və bu kimi digər rəzil sifətlərin qarşısını ala bilmədi. Hal-hazırda bu növdən olan yaramaz xüsusiyyətlər elmi cəhətdən inkişaf etmiş ölkələrdə daha çox müşahidə olunur.

İDEOLOGİYA


Bəşər bu fikir ilə bir-iki yüz il yaşayandan sonra başa düşdü ki, təkcə elm kifayət etmir. İctimai fəlsəfə və ideologiya da zəruridir. Elm təkcə kifayət etmir deyə, ideologiya qurmaq üçün inqilab etdilər. Bəşəriyyətə müxtəlif ideologiyalar və «iizmlər» təqdim etdilər. Amma bildiyiniz kimi, hər bir ideologiyanı yaratmazdan əvvəl gərək onun dünyagörüşü və insanşünaslıq kimi məsələləri də həll oluna. Belə ki, hər bir ideologiya insan və aləm haqqında öz baxış və nəzərini söyləməli, sonra cəmiyyət barəsində öz müqəddəs və ideal nəticəsini izah etməlidir.

Bunlar Allahı və insanda ruhun mövcudluğunu rədd etdikdən sonra insanı iqtisadi bir maşın kimi tanıtdırmağa başladılar və daha sonra müqəddəs bir ictimai ideologiya yaratmaq istədilər. Baş tutmadı, baş tuta bilməzdi də! Çünki Allahı rədd etdikdən sonra insanda heç bir müqəddəs şey qalmır. Artıq bundan sonra insanlara ictimai ideologiyanın müqəddəsliyi uğrunda iş görməyin zəruriliyini inandırmaq olmaz. Bunları söyləməklə insanları zülm və hərislikdən çəkindirib, başqalarına qarşı mehriban olmasını tələb etmək olmaz. Şübhəsiz, bu iki kəlam bir-biri ilə ziddiyyət təşkil edir. Corc Pulitser öz kitabında yazır: «Biz fəlsəfi nəzəriyyələrimizdə materialist olmağımıza baxmayaraq, əxlaqi cəhətdən idealistik». Belə şey heç mümkündürmü? Quru sözlərlə iş düzəlməz. Bütün bu sözlərdən hədəf imandan qaçmaqdır. Nə olursa-olsun, ancaq ortada iman olmasın. Əvvəlcə imanın yerinə elmin zəruriliyindən danışdılar, elm təkcə kifayət etmədikdə isə dedilər: İmanı ictimai fəlsəfə və məqsədlə əvəz etmək lazımdır. Amma onların bu dünyagörüşü də əməldə əsil insanlığı nəzərə almadıqlarına görə məğlubiyyətə uğradı.


SARTER MƏSƏLƏNİN HƏLLİNİ ZİYALILIQDA GÖRÜR


Jan Pol Sarter başqa bir fərziyyə irəli sürərək demişdir: «Doğrudur ki, təkcə elm və bilik kifayət etmir, amma ictimai fəlsəfə də tənhalıqda bir iş görə bilməz. Məsələnin həlli ziyalılıq və aydın fikirliliyin olmasındadır. O alim və ziyalılar arasında fərq qoyaraq deyir: Təkcə elm və alim, eləcə də mədəniyyət kifayət etmir. Ziyalı insanlar yetişdirmək lazımdır. Bəs ziyalı insan kimdir? Aydın fikirli olmaq nə deməkdir?

Ötən bəhslərdə qeyd etdiyimiz kimi, bəlkə də elm haqqında söylənilən ifadələrdən ən yaxşısı elmin aydınlıq və nur mənasında götürülməsidir. Buna əsaslanaraq demək olar ki, cahillik nəticəsində yaranmış zülmət pərdəsini elmin nuru ilə kənara çəkib öz zehn və fikrini işıqlandıran şəxsə aydın fikirli və ya ziyalı insan deyilir. Gördüyünüz kimi, bu ifadə ilə ziyalı şəxslə alim arasında heç bir fərq olmur. Amma iş burasındadır ki, özünü ziyalı sayan insanlar deyirlər ki, alimlə bu cür insanlar arasında fərq vardır. Ola bilər kimsə öz zəmanəsinin ən böyük alimi olsun, amma ziyalı və aydın fikirli insan hesab edilməsin. Keçmişdə elm indiki kimi inkişaf etmədiyinə görə, bəzi alimlər elmin bütün sahələrində mütəxəssis səviyyəsinə çata bilmişlər. Aristotel elə bu dəlilə görə müəllim adlandırılmışdır. İndi görək Aristoteli öz dövri elmlərindən xəbərdar olduğuna görə aydın fikirli və ziyalı insan adlandırmaq olar, yoxsa yox? Bunların söylədiyi mülahizələrə əsasən, təbiidir ki, yox. Müasir dövrün ziyalı insanları Aristoteli öz dövrünün ən böyük alimlərindən biri olmasına baxmayaraq, ziyalı hesab etmirlər. Bunlar həmçinin Əbu Əli İbni Sina, Əbu Reyhan Biruni, Eynşteyn kimi böyük alimləri də ziyalı saymırlar. Deyirlər ki, alimlə aydın fikirli insanlar arasında fərq vardır. Bu söz belə izah edilə bilər ki, bəzən insanın ağıl qüvvəsi aləmi hissələrə ayıraraq tədqiq etmə və ünsürlərə ayırma dərəcəsinə çata bilir. Yəni, savadlı insan öz elmini sonradan əldə etmiş və zehnini müxtəlif məlumatlarla doldurmuşdur. Deməli, alim elm anbarı deməkdir.

Qurani-kərim yəhudi alimlərinə tənə vuraraq onların haqqında Tövrat elminin daşıyıcıları sözünü işlətmişdir.

Orta məktəb şagirdləri də bəzən dərslərin hamısını çox yaxşı öyrənir və öz səviyyəsində nə soruşsan cavab verir. Amma bir az ondan yuxarı səviyyəli və təşəbbüsə ehtiyacı olan sual verdikdə cavab verə bilmir.

İslamda cahillik bəzən elmin müqabilində, bəzən də ağılın bir şeyi hissələrə ayıraraq tədqiq etmə və ünsürlərə ayırma gücünə malik olmasının müqabilində dayanır. Belə ki, islam bəzən cahilliyi savadsızlıqdan ötrü, bəzən də ağılın tədqiq və təşəbbüs qüvvəsinə malik olmamasına görə məhkum edir. Əli (ə) Nəhcül-bəlağədə buyurur:

«Rubbə alimin qətələhu cəhluhu».

«Öz cəhaləti ilə qətlə yetirilmiş alimlər az deyildir».

Bu şəxslər zehinləri müxtəlif məlumatlarla dolu, amma fikirləri qapalı və təşəbbüs qüvvəsindən məhrum olan alimlərdir. Həzrətin Nəhcül-bəlağədə elm haqqında olan başqa ifadələrindən biri də budur:

«Əl elmu elmani» və ya «Əl əqlu əqlani».

İki cür elm və ya iki cür ağıl vardır. Onlardan biri fitri və təbii olan təşəbbüs və yeniliklər yarada bilən ağıl, digəri isə sonradan eşitmə, görmə və öyrənilməklə əldə edilən elm və ya ağıl. Əmirəl-möminin (ə) buyurur ki, insanda fitri elm olmasa, sonradan öyrənilənlərin heç bir faydası olmayacaqdır. Çünki insan bu cür halda maqnitafona çevrilib, nəyi eşidirsə, onu da yazıb oxutmağa qadir olacaq və bundan başqa heç bir iş görə bilməyəcəkdir.

Müctəhidlərin ictihad barədə söylədiklərindən biri də məhz budur. Onlar deyirlər ki, müctəhid yalnız üsul, fiqh, rical elmini bilməklə yox, cüzi məsələləri ümumi qaydalar əsasında tətbiq etməklə müəyyənləşir. Buna görə də ola bilər ki, kimsə alim olsun, amma aqil olmasın və ya aqil olsun və alim olmasın.

Deməli, insan fikrini aydınlaşdıran mənbələrdən biri də ağıl qüvvəsinin tədqiq və təhlil edə bilməsidir.

Dünyanın böyük siyasətçiləri də bu sahədə inkişaf etmiş insanlardır.

İndi isə görək müasir ziyalılar da bunu söyləyir və ya onların da məqsədi budur, yoxsa yox?

Xeyr! Onların nəzəri bu deyildir. Onlar insanların və bütövlükdə bəşəriyyətin dərdinə acıyan şəxsləri ziyalı insanlar adlandırırlar. Eləcə də deyirlər: ziyalılar özünəməxsus bir agahlığa yetişmiş və bunun sayəsində insani hədəflərə sövq olunan insanlardır.

ZİYALILIQ NƏZƏRİYYƏSİNİN TƏNQİDİ


Bir sözlə desək, agahlıq hədəf təyin edən deyil, məlumat verəndir. Deməli, təkcə agah olmaqla insanlığı qurub düzəltmək mümkün deyil. Sənayi bu barədə gözəl kəlam söyləmişdir:

«Oğru çıraqla gəlsə, ən gözəl əşyaları seçib aparacaqdır». Agahlıq insanlar üçün fəzanı işıqlandırmaqdan başqa heç bir iş görmür. Necə ki, elm insanlara öz hədəflərinə yetişməkdə köməklik göstərir. Amma heç vaxt onları müəyyən məqsədə doğru istiqamətləndirib demir ki, bu yolu özünə hədəf seç. Təkcə agahlıq kifayət etmir. Qurani-kərim buyurur: Şeytan hamıdan çox agah və bilikli olmuş, amma bununla belə kafir olmuşdur. Nə üçün? Ona görə ki, mömin deyildi. İman agahlıqla bağlı bir məsələdir, amma bu şərtlə ki, haqqın dərgahına təslim istəyi ilə birgə olsun».

Bu gün bəşəriyyətin dərdinə dərman yalnız tam agahlıqla haqqın qarşısında təslim olmaqdır. Bundan başqa onu heç bir şey xilas edə bilməz. Quran elm və imanı həmişə birlikdə zikr etmişdir. Bu gün insanların kifayət qədər elmi var, amma təəssüflər olsun ki, onların imanı yoxdur. Bəşəriyyəti isə yalnız iman sağalda bilər.

MƏSULİYYƏTİN İNSANLIQ MEYARI KİMİ GÖTÜRÜLMƏSİ


İnsanlıq meyarlarından biri də məsuliyyətli və mükəlləf olmaqdır. (Əlbəttə bu nəzəriyyə hələ Kantdan qabaq da ortaya çıxmış məsələlərdən biridir). Bu nəzəriyyə sahibləri deyirlər: O şəxs insan sayılır ki, başqalarının qarşısında məsuliyyət hissi keçirmiş olsun. Bu artıq məhəbbət nəzəriyyəsi ilə fərqlidir. Belə ki, o, cəmiyyət və öz şəxsiyyəti qarşısında məsuliyyət hissi keçirməlidir.

KANTIN FİKİRLƏRİ


Bu nəzəriyyə Kant tərəfindən təqdim olunarkən belə söylənilib: İnsanlar dünyanı təcrübə etməzdən əvvəl, bir sıra idraklara malik olub. O, həmçinin deyir: insan ağlı iki sahədə inkişaf etmişdir: nəzəri və əməli. Vicdan ağılın əməli sahəsinə aid olan bir məfhumdur. İndi isə bu məsələləri bir qədər aydın şəkildə açıqlayaq.

1. DÜNYANI TƏCRÜBƏ ETMƏZDƏN QABAQ DƏRK ETDİYİMİZ ŞEYLƏR


Alimlər arasında bəhs olunan məsələlərdən biri də budur ki, görəsən insan, zehn vasitəsilə dərk etdiyi şeylərin hamısını dünyaya gələndən sonra gözü, qulağı və başqa hissetmə orqanları vasitəsilə qazanır, yoxsa o, elə əvvəlcədən bir sıra məfhumlarla tanış olduğu halda dünyaya gəlir?

Bəzilərinin nəzərincə, insan zehni hiss yolu ilə elm kəsb etməzdən qabaq, boş bir fəza şəklində olur. Bütün məlumat və məfhumlar insan zehninə beş hissetmə orqanları vasitəsilə daxil olurlar. (Görmə, eşitmə, dadma, iyləmə və hissetmə orqanları vasitəsilə). Bu şəxslərin nəzərincə, insan zehni dünyada yaşadıqca dolmağa başlayan boş bir anbara bənzəyir. Bəzilərinin nəzərincə isə, insan zehni hələ dünyaya gəlməzdən əvvəl bir sıra məfhumlarla tanış olur və dünyaya gəldikdən sonra müxtəlif hiss orqanları vasitəsilə onları artırmağa başlayır. Cənab Kant ikinci növ nəzəriyyə sahiblərindən olmuş və zehnin hələ dünyanı təcrübə etməzdən qabaq bir sıra məlumat və məfhumlara malik olduğunu söyləmişdir.


2. NƏZƏRİ VƏ ƏMƏLİ AĞIL


Hələ qədim zamanlarda bəhs olunan məsələlərdən biri də, insan ağlının iki hissədən, yəni nəzəri və əməli hissələrdən ibarət olmasıdır. Başqa sözlə desək, əqli hökmlər iki hissədən təşkil olunur: Nəzəri və əməli. İnsan ağlının bir hissəsi aləmdə mövcud olan şeyləri dərk etməyə həsr olunur və bu növ dərketmə nəzəri ağıl adlanır. Ağılın başqa bir hissəsi isə insan nə etməli və necə yaşamalı ünvanı altında olan qalan işlərini dərk etməyə həsr olunur və əməli ağıl adlanır.

Kantın fəlsəfəsi başdan-başa nəzəri və əməli ağılı tənqid etmək və bu iki növ ağılın hansı işi görə bilməsi haqqında olan açıqlamalardır. O, nəhayətdə bu nəticəyə gəlir ki, nəzəri ağılın əlindən çox iş gəlmir və əsas işləri vicdana yetişə bilən əməli ağıl görür.


3. VİCDAN


Kant deyir: Vicdan və ya əməli ağıl insanın hiss orqanları və təcrübə vasitəsi ilə əldə etdikləri deyil, hələ qabaqcadan dərk etdiyi və fitri yolla sahib olduğu məlumatlarıdır. Məsələn, insan yalanın yaramaz bir şey olması və düz danışmağın müsbətliyi ilə hələ dünyaya gəlməzdən, eləcə də onun nəticəsini təcrübə etməzdən qabaq tanış olmuşdur. Buna görə də vicdan tərəfindən verilən bütün hökmlər fitri və anadangəlmə hesab olunur və onların hiss və təcrübə ilə heç bir bağlılığı yoxdur.

Kant insan, vicdan və batin haqda çox söz söyləmişdir. Bu mövzuya aid olan cümlələrindən biri də onun qəbir daşı üzərində həkk olunmuşdur. O deyir: İki şey insanı hər an təəccübləndirir və onları araşdırdıqca heyrətini daha da artırır. Biri başımızın üzərində ulduzlarla dolu olan asiman, ikincisi isə batinimizdəki vicdandır.


QURANİ-KƏRİMİN VİCDAN HAQQINDA NƏZƏRİ


Quran insanda bir sıra fitri ilhamların olmasını heç də rədd etməmiş və «Şəms» surəsinin 7-8-ci ayələrində buyurmuşdur:

«Və nəfsin və ma səvvaha fəəlhəməha fucurəha və təqvaha».



«And olsun nəfsi [insanı və ya insan nəfsini] yaradana;

Sonra da ona günahlarını pis əməllərdən çəkinməsini [xeyir şəri] öyrədənə». Yəni, Allah-taala insanlara vicdan adlı bir şey vermişdir ki, onunla nəyin pis və nəyin yaxşı olmasını, eləcə də hansı işi görüb, hansını tərk etməsini dərk etsin.

Maidə surəsinin 2-ci ayəsi nazil oldu. «Təavənu ələl birri vəttəqva vəla təavənu ələl ismi vəl udvan».



«...Yaxşılıq etməkdə pis əməllərdən çəkinməkdə əlbir olun, günah görməkdə düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin...». Bu zaman Vabisə adlı bir şəxs Peyğəmbərin (s) yanına gəlib dedi: Ey Allahın Rəsulu! Bir sualım var. Həzrət buyurdu: İstəyirsən mən deyim sualın nədir? Buyurun. Gəlmisən «Birr» və «təqva» (yaxşı iş və pəhrizkarlıq) və «ism» və «udvan» (günah və düşmənçilik törədən işlər) sözlərinin mənasını soruşasan. Bəli, ey Allahın Rəsulu! Elədir ki, var. Yazırlar ki, Peyğəmbər (s) barmağının üçünü cəm edib Vabisənin sinəsinə toxunduraraq buyurdu: Bu sualı qəlbindən soruş. Yəni, Allah-taala bu anlayışı ilham surətində bəşərin qəlbində yerləşdirmişdir.

Qurani-kərim başqa bir ayədə buyurur:

«Və əv həyna iləyhim feləl xəyrat».

«...Biz onlara xeyirli işləri vəhy etdik...».

Mərhum Əllamə Təbatəbai (r) Əl-mizan təfsirində bu ayə barəsində çox gözəl bir söz demişdir. O, buyurur: Allah-taala insana «və əvhəyna iləyhim ənifəlul xəyrat» şəklində buyurmayıb, yəni xeyirli işlər görməyi onlara vəhy etdik. Belə olsaydı, onda o da adi vəhylərdən biri olardı. Diqqət yetirsək məlum olar ki, Quran «və əvhəyna iləyhim feləl xəyrat» deyə buyurur. Yəni «Biz onlara xeyirli işlərin özünü vəhy etdik» başqa sözlə, yaxşı işləri onlara ilham yolu ilə tanıtdırdıq.


VİCDAN VƏ FİTRƏT


Vicdan islam tərəfindən təsdiq edilən və Allahın insanlara bəxş etdiyi fitri istedadlardan biridir. Psixologiyada insan vicdanı və ya başqa sözlə desək, insan fitrəti və onun nə olması haqda geniş bəhslər olmuşdur. Bu bəhslər dörd əsasda qurulur:

1. Həqiqət axtarışı və ya elmi vicdan; Yəni, görəsən insan, elmin özünə görə, başqa ifadə ilə desək, fitrətən elmaxtaran yaradıldığına görə sevir və onun dalınca gedir, yoxsa yox?

2. Əxlaqi vicdan; Görəsən insan fitrətən yaxşı iş görən yaradılmışdır? Yəni vicdanı onu hər an yaxşı iş görməyə dəvət edir?

3. Gözəllik vicdanı; Görəsən insan təbiətən gözəllikaxtaran və gözəlliksevən yaradılıb, yoxsa yox?

4. Pərəstiş və ya dindarlıq vicdanı. Görəsən bütün insanlar fitrətən dindar, dinsevər və Allahsevər yaranmışdır, yoxsa yox?

Kantın söylədiyi ikinci əsasdır, yəni əxlaqi vicdan məsələsidir.


MƏSULİYYƏT VƏ MÜKƏLLƏF OLMAQ MEYARININ TƏNQİDİ


Vicdandan doğan mükəlləflik və məsuliyyət hissi öz-özlüyündə insanlıq meyarı olmaq üçün kifayət etmir. Çünki insanlıq məktəbi təkcə bununla bitmir. Vicdan öz-özlüyündə hansısa bir məktəbin möhkəm dayağı ola bilməz.

İnsan vicdanı o qədər güclü deyildir ki, onun bütün varlığını idarə edə bilsin və onun tələbləri naminə hətta, canından belə keçsin. Ümumiyyətlə insan əgər hansısa bir ləzzət üçün iş görmək istəsə (hətta mənəvi ləzzət) ölümlə qarşılaşdıqda ondan əl çəkməli olur.

Deməli, Qurani-kərimin tərif etdiyi məsələ, yəni insan vicdanının xeyirxah işlərdən ləzzət alması heç bir şübhə doğurmur, amma insanlıq üçün təkcə bu kifayət etmir. İnsanlıq məktəbinin bundan daha üstün bir həqiqətə, yəni imana ehtiyacı vardır. Buna görə də kiminsə imam Hüseyn (ə)-ın Kərbəlaya gəlib, bütün cavanlarını ölümə və ailə-uşaqlarını əsirliyə verməsini, təkcə vicdanın tələblərindən doğan bir həqiqət hesab etməsi heç də düzgün sayılmaz. Çünki hər bir ləzzət axırda şəxsin özünə qayıtmalıdır. Bu isə ölümlə həyata keçiriləsi şey deyildir.

HƏQİQƏT VƏ YA EŞQ VƏ PƏRƏSTİŞİN İNSANLIQ MEYARI KİMİ GÖTÜRÜLMƏSİ


Ariflərin nəzərincə, insanların əsas istedad və insanlığı həqiqəti dərk edib ona yetişməyindən asılıdır. Bu nəzəriyyə bir neçə məsələ üzərində qurulmuşdur.

QƏLB İNSANIN CÖVHƏRİDİR


Biz ötən bəhslərdə hələ qabaqcadan filosofların insan cövhərini ağılda gördüklərini qeyd etmişdik. Onlar insan ağlını onun zatı, başqa qüvvələri isə bir növ alət hesab edirlər. Ariflər insan cövhərini onun qəlbi bilir, başqa qüvvələri isə (o cümlədən ağılı) alət rolunu oynayan qüvvələr kimi qələmə verirlər.

İRFAN MƏKTƏBİNDƏ EŞQ


Ariflər insanda olan eşq və məhəbbət hissinə böyük əhəmiyyət verirlər. Onların nəzərincə, eşq bütün varlıqlarda mövcuddur. O cümlədən hava, torpaq, od, külək və atom zərrəciklərində belə, eşq cərəyanı mövcuddur. Ümumiyyətlə həqiqət eşq deməkdir. Ondan başqa hər bir şey həqiqət üzərində zahir olan bir məcazdır. Mövləvi deyir:
Eşq bəhrist asiman bərvey kəfi

Çun Zuleyxa dər həvaye Yusufi.


Yəni eşq bir dərya, asiman isə onun üzərindəki köpüyə və ya Züleyxanın Yusif eşqinə düşməsinə bənzəyir.

Hafiz deyir:


Ma dər in dər nə peyi hişməto cah amədeim

Əz bəde hadise in ca be pənah amədeim

Rəhrove mənzele eşqim, ze sərhədde ədəm

Ta be iqlime vücud in həme rah amədeim.


Yəni, biz bu qapıya cah-cəlal xatirinə deyil, hadisələrin çətinliyi üzündən gəlmişik. Eşq yolunun yolçusuyuq, yoxluq aləmindən varlıq dünyasına qədəm qoymuşuq.

Hafizin bu beyti «Səhifeyi-səccadiyyənin» bir cümləsinin tərcüməsidir. Həmin cümlədə həmd-sənadan sonra buyurulur «İbtədəə biqüdrətihil xəlqə ibtidaən, vəxtərəəhum əla məşiyyətihi ixtiraən, summə sələkə bihim təriqə iradətihi və bəəsəhum səbilə muhəbbətihi».

Allah-taala aləmi heçdən [heç bir nümunəsi olmadan] yaratdı. Sonra isə onu özünün eşq və məhəbbət yoluna yönəldərək həyat bəxş etdi.

Ariflərin nəzərincə eşq, hətta ucalaraq Allah-taalaya yetişə bilən bir qüvvədir. Arifin həqiqi məşuqu Allahdır.

Ariflər həmçinin deyirlər: Dərdli olmaq insan xüsusiyyətlərindən biridir. Onu mələklərdən üstün edən məhz bu xüsusiyyətdir. Çünki bu xislət onlarda yoxdur. Onların nəzərincə bu, həmin Allahaxtarma dərdidir. İnsan Allah tərəfindən göndərilmiş və dünyada qərar tuta bilməyən bir varlıqdır. Bu da onu dünyada qürbət hissi keçirməyə məcbur edir. Onun gözündə dünya və onun üzərindəki bütün varlıqlar fani görünür. Ona görə də heç bir şeyə ürək bağlaya bilmir. Amma bununla belə, o əbədiyyətə qovuşmaq düşüncəsi ilə yaşayır. Bu da onun dərd əhli olmasına səbəb olur.

Ariflər bu barədə müxtəlif misallar çəkmişlər, Hindistan meşələrindən gətirilib qəfəsə salınmış tutuquşu misalı da onun nümunələrindən biridir. Quş hər an qəfəsdən canını qurtarıb, Hindistan meşələrinə qayıtmaq fikri ilə yaşayır. Bəli, o narahatdır, öz doğma yurduna qayıtmaq istəyir. Buna onun haqqı da var!

Bu həqiqət bəzən quşun öz yuvasından ayrı düşməsi ilə təşbih olunur. Bu barədə gətirilən ən gözəl təşbihlərdən biri də Mövləvinin məsnəvisində gətirilən misaldır. O, bu mövzunu qamışlıqdan kəsilmiş və daim nalə çəkən neyə bənzədir. Çünki, o doğma yurdundan ayrı düşmüşdür.
Neydən eşit hekayəti əzizəm,

Ayrılıqdan çəkir hər an qüssə, qəm.

Neyistandan kəsildiyi zamandan,

Arvad-kişi əzab çəkir ahından.

Görün ayrılıqdan parçalanmış sinəni,

Açacağam onunçun şövqli dərdin şərhini.
Bəzən də bu məsələ üçün fili təşbih gətirirlər. Məşhur misallardan biri olan bu hekayə belədir: Fil Hindistandan gətirildikdən sonra, daim çomaqla başına vurulmalıdır ki, yatıb yuxuda Hindistanı görməsin. Əgər vurulmazsa, Hindistanı xatırlayar və artıq bundan sonra onu saxlamaq mümkün olmaz.

Məsnəvidə bu təşbihin ardınca deyilir:

Hindistan ancaq filin yuxusuna girir, çünki oradan gətirilmişdir, amma ulağ heç vaxt Hindistan yuxusu görməz.

Bu təşbihlərlə demək istənilir ki, insan başqa bir aləmdən buraya gətirildiyi üçün, hər an oranın fikrində olur, Allahın dərgahına qayıdış dərdini çəkir və vüsala qovuşmaq hissləri ilə yaşayır.

Deməli, ariflərin nəzərincə insanın bircə dərdi var, o da Allah fərağı və ondan uzaqlıq dərdidir. O, hər an haqqın dərgahına qayıtmaq istəyir. İnsan ən yüksək məqama yetişsə belə, yenə özünü məşuqdan uzaq düşmüş hiss edir. Bəzilərinin nəzərincə, insan həmişə özündə olmayan şeylərin ardınca qaçır. Amma tapdıqdan sonra ondan bezir. Əlbəttə bu məntiqsiz bir sözdür.

Bir nəfər xarici ölkələrin birində muzeydə rastlaşdığı bir şey haqda söhbət açıb deyir: «Muzeydə müxtəlif əsərlərə tamaşa edirdim, tabloların birində gözəl bir qadının çarpayıda uzandığını və bir kişinin də bir ayağı çarpayıda, o biri ayağı isə yerdə olub, ondan qaçmaq səhnəsini görüb heç bir şey başa düşmədim. Mövzudan xəbəri olan rəssamlardan biri həmin səhnənin Əflatunun məşhur fikirlərindən birinin təsviri olduğunu bildirib. O deyib ki, insan həsrət çəkib arzuladağı şeyə tərəf böyük eşq və sevgi hissi ilə tələsir, vüsala yetişdikdə isə, ondakı eşq artıq ölüb aradan gedir. Vüsal eşqin dəfn yerinə çevrilir və aşiq ondan qaçmağa başlayır.»

Bu qeyri-təbii bir şeydir və daha geniş və dəqiq bir məsələdir. İnsan məhdud və fani bir şeyin aşiqi ola bilməz. O, mütləq bir kamal sahibini axtarır və bundan başqa heç bir şeyə aşiq ola bilməz. İnsanın məşuqu ancaq və ancaq Allah ola bilər. Hətta Allahı danıb, inkar edən şəxslər də, özlərindən xəbərsiz halda və fitrətən Allahı sevirlər, amma zahirdə onu itiriblər.

Muhyiddin Ərəbinin sözü ilə desək:

«Heç kəs öz yaradıcısından başqasını sevməmişdir. Allah-taala müxtəlif adlar altında hər an sevilir. Məcnun elə zənn edir ki, onun eşqi Leyliyədir, amma öz fitrətinin (qəlbinin) dərinliyindən xəbərsizdir.»

Peyğəmbərlər Allahın adını və Ona ibadət etməyi öyrətmək üçün göndərilmişlər?! Bu ki, bütün insanların fitrətində vardır. Onlar insanlara düz və əyri yolu tanıtmaq üçün göndərilmişlər. Bəşəriyyətin yol göstəricisi olan peyğəmbərlər, onları səhv yoldan düz yola yönəltmək üçün göndərilmişlər. Onların insanlara sözü budur: «Ey insan, sən mütləq bir kamal aşiqisən, zənn etmə ki, pul, məqam, şan-şöhrət kamaldır».

İnsanın dərdi ancaq və ancaq Allah dərdidir. O, bunu düzgün başa düşsə, ibadətləri Əli (ə)-ın aşiqcəsinə etdiyi ibadətlər tək olacaqdır.

Qurani-kərimin «Rəd» surəsinin 28-ci ayəsində buyurulur:



«O kəslər ki, Allahı zikr etməklə ürəkləri rahat olduğu halda iman gətirmişlər. Bilin ki, qəlblər [möminlərin ürəkləri] yalnız Allahı zikr etməklə aram tapar!»

Quran demək istəyir ki, bəşər heç bir fəlsəfə və ideya ilə rahatlıq tapa bilməz.

Bütün bunlardan məlum olur ki, ariflərin nəzərində insanlığın əsas me’yarı həqiqətsevərlik və Allaha qovuşmaq dərdidir.

ARİFLƏRİN NƏZƏRİNDƏ HAQQA QOVUŞMAQ


Ariflər son hədəfi və yolun axırını nədə görürlər? Həkim və filosoflar deyirlər ki, insan axırda fikir və düşüncə aləminə çevrilməlidir.

Yəni, insan həyatının hədəfi aləmin ümumi surətdə ağıl aynasında canlanması və onu olduğu kimi görə bilməsidir.

Amma görək ariflərin nəzəri necədir? Ariflər işin axırını görməkdə deyil, qovuşmaqda görürlər. Nəyə qovuşmaq? Əlbəttə haqqa qovuşmaq!

Ariflər deyirlər ki, insan əgər öz daxilini saflaşdırıb, hədəflə özü arasında olan yolu və özündən üstün bir şəxsin nəzəri altında eşq ilə irəliləsə, onunla Allah arasında olan pərdə götürülər və o, Allaha qovuşar. Yolun sonu bax budur!

Ariflər demirlər ki, mən fikir və düşüncə aləminə çevrilməli və ya aləmi özündə canlandıran bir güzgü kimi olmalıyam. Onlar haqqa qovuşmağı və aləmin mərkəzinə çatmağı öz qarşılarına məqsəd qoyurlar.

Biz «İnşiqaq» surəsinin 6-cı ayəsində Allaha qovuşmaq məsələsi ilə qarşılaşırıq:

«Ey insan! Sən [ölənə qədər] Rəbbinə doğru çalışıb çabalayırsan. Sən ona qovuşacaqsan!...»

«Əl-ubudiyyətu cövhərəhu kunuhuha».



«Ora çatan zaman sənin hər şeyin olar, amma buna baxmayaraq Onun özündən qeyri heç bir şeyi istəmirsən. Hər şeyi sənə təqdim edirlər, amma sən Ondan başqa heç bir şeyə etina etmirsən».

Əbu Səid Əbulxeyr deyir:


Səni tanıyanlar canı neynir,

Oğul, uşaq, ailə, malı neynir.

İki dünyanı versən divanə olar,

Sənə divanə olan, iki dünyanı neynir.
Deməli, arifin hədəfi haqqa yetişməkdir. Amma bu o demək deyildir ki, Allah-taala insana qovuşmalı, onunla tərkibə girərək qaynayıb-qarışmalıdır. Çünki Allahın məxluqatla birləşməsi qeyri-mümkün olan bir şeydir. Ümumiyyətlə ariflər Allahı vahid bilib, Ona şərik qoşmurlar.

Əgər qovuşmaq bir növ Onda həll olmaq və Onunla tərkib yaratmaq kimi götürülsə əlbəttə, Allaha şərik qoşmaq olar və əgər «ittihad» deyilsə, yenə də burada ikilik mənası başa düşülər, çünki ittihad bir neçə şeyin bir-biri ilə birləşərək vəhdət yaratması deməkdir. Ariflər deyirlər ki, biz əslində məxluqatı onun təcəllisi sanır və Allahın insanda təcəlli tapması da, heç də iki şeyin birləşməsi kimi qəbul edilmir.

Buna görə də, Ona qovuşmağın mənası Onda fani olmaq deməkdir və fanilik də həqiqət olduğu kimi, dərk etmək məqamına çatmaq və özünü dərk etməzdən qabaq Onu dərk etmək deməkdir. Yəni hər şeydən əvvəl Onu görə və dərk edə.

«Marəəytu şəyən illa və rəəytullahə qəbləhu və bədəhu və məəhu».

Ariflərin nəzərində bu mərhələdən sonra insan üçün mənlik və başqa şeylər heç bir məna daşımır. Fanilik bax bu deməkdir. Demək, ariflərin sözlərinin məğzi həqiqətin yalnız bir şey olması, ondan başqa məxluqatın isə ikinci bir şey deyil, Onun adları, sifətləri və təcəllisi sayılması deməkdir.

Haqqa qovuşmaq, yəni insan elə bir məqama yetişməlidir ki, hər şeydə Onu dərk etsin və hər yerdə Onu görsün.

«Və huvə məəkum əynəma kuntum».

Hər bir şeyi görəndə və hətta görməzdən də əvvəl Onu görmək;. Hər şeyin hətta özünün həyat və varlığını Onda müşahidə etmək.

Artıq belə bir məqamda heç bir «mən» qalmır, hər şey məhv olub aradan gedir və qeyd olunan fəna və fanilik başlanır.

Ariflərin dili ilə desək, artıq o, «yədullahul-basitə» olur. «Seyrun iləllah», «sulukun iləllah» da məhz budur.


İSLAMIN NƏFSİ İSLAH ETMƏK BARƏSİNDƏ OLAN NƏZƏRİ


Arif bütün dünyaya yalnız bir həqiqət qail olduğu və həmin həqiqətin eşqdən ibarət olduğunu bildirdiyi üçün onun fikrincə, insanın həqiqəti filosofun dediyi kimi fikir deyil, onun «qəlb»idir. Qəlbdən də məqsəd ilahi eşq mərkəzidir. Deməli, əql məktəbi ilə eşq məktəbi arasındakı fərqlərdən biri insanın «mən»liyi məsələsidir. İnsanın «mən»liyi onun fikirləşmə mərkəzidir, yoxsa eşq bəslədiyi yer? Arif deyir ki, sənin «mən»liyin fikirləşmə mərkəzi deyil, eşq bəsləmə mərkəzidir.

Filosofun fikrincə, kamil insan məqamına çatmaq istəyən şəxs hansı vasitə ilə hərəkət edib irəliləməlidir? O deyir ki, insan bu məqama məntiq, deduksiya, müqayisə nəticəsi, təfəkkür və məntiqi dəlillərlə çatmalıdır. Amma arif deyir ki, məsələ elm, savad, söz-söhbət, məntiq, müqəddimə, deduksiya və s. ilə deyil.



Dəftəre sufi səvado hərf nist


Coz delesbid həm çun bərf nist.
Bütün bunların yerinə nəfsini təmizləməklə məşğul ol! Filosof deyir ki, fikirləş, dərs oxu, müəllim yanına get, amma arif deyir ki, nəfsini təmizləyərək pak və saf et, çirkin, rəzil əxlaq və davranışı özündən uzaqlaşdır, bacardıqca haqdan başqa şeylərə olan diqqətini özündən kənar et və haqqa diqqəti gücləndir, zehnindən keçən şeylərə nəzarət edərək onları öz əlinə al, qəlbinə Allah fikrindən başqa nə gəlsə divdir. Nə qədər ki, div var, Allah nuru olan mələk sənin qəlbinə gəlməz.
Bər səre anəm ki gər, zedəst bərayəd

Dəst be kari zənəm ki qosse sərayəd

Xəlvəte del nist caye sohbəte əğyar

Div çu birun rəvəd fereşte dərayəd

Sohbəte hukkam zolməte şəbe yəldast

Nur ze xurşid cuy bu ki bərayəd

Bər dele ərbabe bi müruvvəte dünya

Çənd neşine ke xace key bedərayəd

Tərke gedayi məkun ke gənc beyabi

Əz nəzəre rəhrovi ke dər qozərayəd.
Şair burada insanı böyük şəxsiyyət və qüdrət sahiblərinin qapısına getməkdən çəkindirdikdən sonra deyir ki, yolçuluğu tərk etmə, amma hansı yolçuluğu? Kamil insan qarşısında olan yolçuluğu!

Hər halda bu məktəbin kamil insan məqamına çatmaq üçün təklif etdiyi yol və vasitə nəfsi islah edərək təmizləmək və Allaha diqqət etməkdir. Bu məktəb tərəfdarlarının fikrincə, insan Allaha nə qədər çox diqqət etsə, zehnindən Allahdan başqasına olan fikri nə qədər çox çıxartsa və öz batininə dalaraq xariclə əlaqəsini nə qədər çox kəssə, bir o qədər kamil insan məqamına yaxınlaşmış olar.

Təbii ki, onlar bəhs, deduksiya və məntiqə dəyər vermirlər. Mövlana deyir:

Paye istidlaliyan çubin bovəd


Paye çubin səxt bi təmkin bovəd
Dəlilə əsaslananların dayaqları çubuqdan olar və çubuq dayaq çox zəif və müqavimətsizdir.

Digər bir yerdə isə belə deyir:


Bəhse əqli gər dorro mərcan bovəd

On degər başəd ke bəhse can bovəd


Bəhse can əndər məqame digərəst

Bade canra qivame digərəst
Yolun sonu haradır? Filosofun fikrincə yolun sonu insanın öz-özlüyündə bir aləm – düşüncə və təfəkkür dünyası olmasıdır. Bütün dünya, ümumi şəkildə olsa belə, onun əql aynasına düşməlidir. Yəni o, dünyanı öz içində görməlidir. Filosof yolunun son nöqtəsi bilmək və dünyanı görməkdir. Bəs ariflər yolunun son nöqtəsi haradır? Ariflər yolunun sonu görmək deyil, çatmaqdır. Nəyə çatmaq? Haqqın zatına çatmaq. Onların fikrincə, insan öz batinini təmizləsə, eşq miniyi ilə hərəkət etsə və yol boyu olan mənzilləri daha kamil insanın nəzarəti altında keçsə, sonda onunla Allah arasındakı pərdə tamamilə götürülər və onların dili ilə desək, insan Allaha çatar. Quranda Allaha qovuşmaq məsələsi irəli sürülüb və ariflər bu barədə çox geniş söhbətlər ediblər. Mən indi Allaha qovuşmaq məsələsinə girişib onun məna verib-verməməsi barədə danışmaq istəmirəm. Amma hər halda arif uğursuz və nəs düşüncə dünyası və dünyanı əks etdirən nəs ayna olmaq istədiyini demir. O, dünyanın mərkəzinə çatmaq üçün hərəkət etdiyini bildirir. «Ey insan! Sən [ölənə qədər] Rəbbinə doğru çalışıb çabalayırsan. Sən Ona qovuşacaqsan!...» (İnşiqaq-6). Ora gedib çatdıqdan sonra sən hər şeysən və sənin hər şeyin var. Sənin hər şeyin var, amma sən heç nə istəmirsən. Müəmma da burdadır. Sən elə bir məqama çatırsan ki, sənə hər şey verirlər və sən Ondan başqa heç bir şeyə etina etmirsən.

Əbu Səid deyir: Sən, Səni tanıyanı əvvəlcə özünə vurğun edirsən və sonra ona hər iki dünyanı verirsən; Sən iki dünyanı ona o vaxt verirsən ki, o, onları qətiyyən istəmir. Nə qədər ki, Səni tanımamışdı hər şeyi istəyirdi, amma onda onları ona vermirdin; Səni tanıyandan sonra isə ona hər şeyi verirsən amma o, həmin vaxt heç nəyə etina etmir, çünki artıq Səni tapıb, artıq nə dünya və nə də axirəti istəyir; yalnız dünya və axirətdən üstün olan Səni istəyir.

İndi gərək islamın bu barədəki nəzərini açıqlayaq və görək ki, ariflərin kamil insanı islami ölçülərlə düz gəlir, yoxsa yox? İndiyə kimi etdiyimiz söhbətlərdən ariflərin kamil insandan məqsədlərinin nə olduğu məlum oldu. Ariflərin kamil insanı Allaha çatan, Allaha çatdıqdan sonra bütün ilahi ad və sifətlərin kamil təzahürü olan və haqqın zatı onda zühur edərək cilvələnən aynadır.

Filosofların təsvir etdiyi kamil insanın islam baxımdan kamil deyil, naqis olduğunu bəyan etdiyimiz və həmin məktəbin nəzəriyyələrinin hansı hissəsinin bu din baxımından təsdiq və hansı hissələrinin rədd edildiyini dediyimiz kimi, bu məktəb barəsində də həmin yolla gedəcəyik. İslamda nəfsin təmizlənərək saflaşdırılması adlı məsələ vardırmı? Bəli, şübhəsiz ki, islamda belə bir məsələ mövcuddur, çünki bu məsələ Quranın mətnində gəlmişdir.



«Nəfsini [günahlardan] təmizləyən mütləq nicat tapacaqdır!

Onu [günaha] batıran isə, əlbəttə, ziyana uğrayacaqdır.»

(Şəms 9-10).

Allah-taala bir-birinin ardınca yeddi dəfə and içdikdən sonra buyurur ki, səadət və xoşbəxtlik nəfsini təmizləyənlərə, bədbəxtlik isə nəfs, ruh və batinlərini çirkinlik və rəzil sifətlərə düçar edənlərə məxsusdur.


LÜTFLƏ BAĞIŞLANAN ELM


İslamda nəfsin təmizlənməsi elmə doğru olan bir yoldurmu? Quranın «Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır» deməsində heç bir söz ola bilməz, amma haqqı tanımaq yolu nəfsin təmizlənməsidir, yoxsa Onu tanımaq və elm əldə etmək; yəni, yalnız filosofların dedikləri dəlil, bürhan və deduksiya yoludurmu?

Şübhəsiz, islam bura kimi deyilənləri təsdiq edir. İslam peyğəmbərinin inkaredilməz bir cümləsi vardır ki, həm şiələr və həm də sünnilər onu nəql ediblər. Peyğəmbər (s) buyurub: «Kim qırx gecə-gündüz əməllərini yalnız Allah xatirinə (saf niyyətlə) yerinə yetirsə, hikmət çeşmələri onun qəlbindən dilinə cari olar». Məqsəd budur ki, qırx gün onun vücudunda Allah razılığından başqa heç bir şey hakim olmasın, danışması, susması, baxması, göz yumması, yeməyi, yatmağı, oyaq qalmağı, bir sözlə hər bir şeyi Allah üçün və Onun razılığını əldə etmək üçün olsun. Yəni öz proqramını elə tənzim etsin və ruhunu elə təmizləsin ki, Allahdan başqa heç bir şey üçün qətiyyən iş görməsin, necə deyərlər həzrət İbrahim (ə) olsun. «De ki: Mənim namazım da, ibadətim , həyatım ölümüm aləmlərin Rəbbi Allah üçündür



(Ənam-162).

Bəli, Peyğəmbər buyurub ki, kim qırx gün nəfsani istəklərini tamamilə buraxıb həmin müddətdə Allahdan başqa heç bir şeyi nəzərdə tutmadan iş görsə və Ondan başqa heç bir şeylə yaşamasa, elm və hikmət çeşmələri onun batinindən qaynayaraq dilində cari olar. Deməli islam, lütf və feyzlə bağlanan, yəni daxildən qaynayaraq çağlayan elmi qəbul edir. Əlbəttə islam, əqli elmi də qəbul edir və davamçılarını ona doğru çağırır. Musa (ə)-a buyurur: «Bizim bir bəndəmiz var, onun yanına get ondan elm öyrən. Biz həmin bəndəmizə öz tərəfimizdən, öz yanımızdan elm vermişikMəqsəd budur ki, o, elmini hansısa insandan öyrənməyib, biz onun daxilində elm çeşmələri qaynatmışıq.

Peyğəmbər (s) həmçinin belə buyurub: «Əgər şeytanlar Adəm övladlarının qəlbləri ətrafında fırlanıb onda qübar qaranlıqlar yaratmasaydı, onlar qəlb gözü ilə mələk ruh aləmini müşahidə edərdilərBu hədis bizim «Camius-səadət» kimi hədis kitablarımızda da nəql edilib. O həzrət həmçinin belə buyurub: «Əgər sizin [yersiz] çərənçilikləriniz, artıq danışmaqlarınız qəlblərinizdəki çəmənliklər olmasaydı [ orada hər bir heyvan otlamasaydı] mənim gördüklərimi görər, eşitdiyim səsləri eşidərdinizMəqsəd budur ki, həmin şeyləri görmək və ya eşitmək üçün insanın peyğəmbər olması lazım deyil; bəzən Məryəm kimi, peyğəmbər olmayan şəxslər də o səsləri eşidirlər.

Əli (ə), Peyğəmbərlə (s) birlikdə Həra dağında olanda 10 yaşlı uşaq idi. Peyğəmbərə ilk dəfə vəhy nazil olanda və dünya, o həzrət üçün başqa bir şəklə düşəndə onun qeybdən eşitdiyi səsləri Əli (ə)-da eşidirdi. Əli (ə) Nəhcül-bəlağədə nəql edir: «Peyğəmbərə dedim ki, ey Allahın peyğəmbəri, ilk dəfə vəhy nazil olanda şeytanın naləsini eşitdim. Peyğəmbər (s) mənə dedi: Bəli, mən eşitdiklərimi sən eşidirsən mənim gördüklərimi sən görürsən, amma buna baxmayaraq sən peyğəmbər deyilsən

Buna görə də nəfsin təmizlənməsi, saflıq və nəfsani istəkləri özündən uzaqlaşdırmaq insanın qəlbini saflaşdırmaqla yanaşı, daha çox və yüksək təsirlər göstərir, onun vasitəsilə insanın daxilindən elm və hikmət çeşmələri qaynayır.

RUHUN TƏRƏQQİ VƏ TƏNƏZZÜLÜ


Əllamə Məclisi «Biharul-ənvar» kitabında belə bir hədis nəql edib: Peyğəmbərin (s) mömin olan səhabələri özlərində qeyri-adi bir hal hiss etdilər. Onlarda belə bir qorxu yarandı ki, birdən münafiq olarıq və özümüzün xəbərimiz olmaz. Peyğəmbərin yanına gəlib dedilər: Ey Allahın peyğəmbəri, biz münafiq olmağımızdan qorxuruq. Peyğəmbər (s), onlardan bunun səbəbini soruşdu. Onlar dedilər ki, biz sənin mübarək hüzurunda oturanda və siz söhbət və moizə edəndə, Allahdan, qiyamətdən, günahlardan tövbə etmək və istiğfardan danışanda çox yaxşı hala düşürük, amma sizin yanınızdan getdikdən və arvad-uşağımızla bir qədər əyləşdikdən sonra halımızın dəyişdiyinizi, yenə də əvvəlki adam olduğumuzu görürük. Ey Allahın peyğəmbəri, bu münafiqlikdirmi? Olmaya bu nifaqdır və biz münafiq olmuşuq? Peyğəmbər (s) onlara belə buyurdu: Xeyir, bu nifaq deyil. Nifaq ikiüzlülükdür, bu isə ikihallılıqdır. İnsanın ruhu bəzən çox yüksək olur və bəzən də aşağı düşür. Siz mənim yanımda olanda və bu sözləri eşidəndə belə bir hala düşməyiniz labüddür. Peyğəmbər (s) sonra bu cümləni buyurdu: Əgər mənim yanımda olduğunuz halda qalaraq ondan çıxmasanız mələklərin gələrək sizinlə əl-ələ görüşdüklərini və batmadan su üzərində yol gedə bildiyinizi görərsiniz. O, sizin üçün həmişə qalacaq bir hal deyil. Həmin hal sizin üçün bir adət şəklini alsa bu məqamlara çatarsınız.

Məncə Sədinin bu məşhur beyti həmin hədisin tərcüməsidir, amma o, mətləbi Yəqub (ə)-ın dilindən başqa cür nəql edib:


Yeki porsid əz on qomkərde fərzənd

Ke ey roşən qohər pire xerədmənd

Zemesrəş buye pirahən şenidi

Çera dər çahe kənanəş nə didi?
Bir nəfər oğlunu itirmiş şəxsdən (həzrət Yəqubdan) soruşdu ki, ey parlaq cövhərli, dərrakəli qoca: Misirdən (Yusifin) köynəyinin iyini aldın, bəs nə üçün onu Kənan quyusunda olanda görmədin?

Yusif Misirdə özünü qardaşlarına təqdim etdi və köynəyini onlara verdi ki, onu özləri ilə aparsınlar. Onlar Kənana çatmamış həzrət Yəqub belə dedi: «...Əgər məni səfeh hesab etməsəydiniz [ ya yalançı hesab edib danlamasaydınız], deyərdim ki, Yusifin ətrini alıram!» (Yusif-94).

Şerdə də kimsə Yəqub peyğəmbərə xitab edərək deyir: Sən Misirdən Yusifin köynəyinin ətrini necə hiss edirsən, halbuki o, öz kəndinizdə Kənan quyusunda idi, amma sən bunu hiss etmədin? Nə üçün onu quyuda olanda görmədin?
Be qoft əhvale ma bərqe cəhanəst

Dəmi peydavo digər dəm nihanəst

Gəhi bər tarəm əla neşinim

Gəhi bər poşte paye xod nəbinim.


Bizim halımız ildırım parıltısı kimidir, bir an görünür və bir an yoxa çıxır, bəzi vaxtlarda çox yüksəklikləri seyr edərik və bəzi vaxtlarda öz ayağımızın altını görmərik.
Hafizin dili ilə desək:
Bərqi əz mənzili leyli be derəxşid səhər

Vəh ki ba xərməni məcnun dele əfkar çekərd.
Leylinin evindən bir şimşək çaxdı, bədbəxt Məcnunun xarmanına gör necə od vurdu.
Bura kimi Yəqubdan soruşulan sualın davamı və onun verdiyi cavab idi. Bundan sonra Sədi belə deyir:
Əgər dərviş dər hali bemandi

Səro dəst əz do aləm bər fəşandi.
Əgər arif onun üçün yaranmış hal və vəziyyətdə qalsa iki dünyadan da yuxarı qalxar.
1   2   3   4   5   6   7   8   9   ...   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə