Şəffaflıq Azərbaycan




Yüklə 274.5 Kb.
səhifə5/5
tarix23.02.2016
ölçüsü274.5 Kb.
1   2   3   4   5


əlavə No 1 - Dİgər sahəLərlə bağlı təklİflər


  1. İnstitutsional addımlar

Mövcud vəziyyət

Analiz

Bu gün ölkədə ən aktual olan məsələlərdən biri qaynar xəttlərin fəaliyyəti ilə bağlıdır.

Əksər dövlət qurmlarında məlumat qaynar xətləri yaradılsa da vahid metadologiyanın olmaması əlavə problem yaradır və qaynar xəttlərin fəaliyətinin effektiv qurulmasına mane olur.

Təklif edirik ki,

Qaynar Xəttlər vahid metodologiyaya uyğun olaraq yaradılsın və ya artıq yaradılmış “Qaynar Xəttlər” təkmiləşdirilsin. Qaynar xəttlərin idarə ediləməsinə, cavablandırmaya peşəkarlar cəlb edilsin və qaynar xəttlərin fəaliyyətinin monitorinqi aparılsın, nəticələri barədə ictimaiyyətə mütəmadi olaraq ətraflı məlumat verilsin və bu qanunverilicikdə öz əksinin tapsın.

Bir sıra dövlət qurumları korrupsiya ilə mübarizəyə instutsional şəkildə yanaşaraq şəbəkə formasında qeyri hökumət təşkilatları ilə əməkdaşlıq edirlər. Bunlara misal kimi Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ədliyyə Nazirliyinin penitensiar xidməti və Korruspiyaya qarşı mübarizə üzrə dövlət komissiyasını göstərmək olar.

Vətəndaşlarla bir başa təmasda olan digər dövlət qurumlarının da bu istiqamətdə addımlar atması effektiv nəticələr verə bilər.

Hesab edirik ki,

bu kimi şəbəkərlərin yaradılması ümumi işin xeyrinə olar və bunun qanunverilicikdə öz əksinin tapması prosesi sürətləndirər.

Dövlət qulluqçularının və məmurlarının eyni zamanda dövlət büdcəsindən maliyyələşən qurumlarının işçilərinin əmək haqqları yeterli dərəcədə deyil. Bu isə dolayısı ilə həmin sahələrdə çalışan şəxslərin korruspiya sövdələşmələrinə getmələrinə şərait yaradır. Xüsusilə vətəndaşlarla bir-başa təmasda olan olan dövlət qurumlarında çalışan şəxslərin əmək haqqlarının artırılması onların qeyri leqal gəlirə ehtiyaclarını azaldar.

Bu kimi dövlət büdcəsindən maliyyələşən qurumlarda çalışan şəxslərin maaşlarının aşağı olması korrupsiyaya qarşı mübarizənin effektivliyini aşağı salır.

Hesab edirik ki,

  1. Dövlət qulluqçularının və məmurlarının eyni zamanda dövlət büdcəsindən maliyyələşən qurumlarının işçilərinin əmək haqqları artırılmalı, onların qeyri leqal məvacibə olan ehtiyacları aradan qaldırılmalıdır.

Milli Məclisin komittələri tərəfindən umimi iclasın müzakirəsinə çıxarılan qanunların ekspertizasının vacibliyi böyük əhəmiyyət daşıyır. Belə ki, hazırlanan qanun layihələrinin müstəqil ekspertlər vəya institulardan tərəfindən anti-korrupsiyon vəya digər istiqamətli ekspetizalarının keçirilməsi qanun layihəsinin daha mükəmməl və kənar təsirdən azad olmasına şərait yaradar.

Qanun layihələrinin müstəqil ekspetizasının aparılması, ümumi işin xeyrinə olmuş olar və qanunların daha mükəmməl hazırlanmasına kömək edər.

Hesab edirik ki,

hər hansı bir qanun komitədən ümumi iclasa çıxmazdan əvvəl hansısa müstəqil ekspertiza institutunda təsbit olunsun, qanun anti-korrupsiyon ekspertizaya cəlb edilsin. Bu ya hüquqi şəxsnən olmalıdır ya da fiziki şəxsnən.

  1. Dövlət orqanların faliyyətinin və dövlət qulluğuna dair qanunvericiliyin təkmilləşdirilməsi

Mövcud vəziyyət

Analiz

Son bir neçə ildə Dövlət Qulluğuna dair bir sıra qanunlar qəbul olunub. Bu da, öz növbəsində, Dövlət qulluqçularının hüquq və vəzifələrininə və dövlət qulluğuna dair məsələlərinə daha da aydınlıq gətirib.

Lakin buna baxmayaraq, qanunların sistemləşdirilmiş şəkildə qəbul olunmaması və qanunvericilikdə dağınıq şəkildə yer alması bu qanunların tətbiq olunmsında və işləmə mexanizmində çətinlik yaradır.

Təklif edirik ki,

Dövlət qulluğuna dair qanunvericilik məcəlləşdirilsin.

Maraqların Toqquşması ilə bağlı qanun layihəsi Milli Məclisə göndərilsə də hələ də qəbul edilməyib. Dəfələrlə bununla bağlı müxtəlif səviyyələrdə təkliflərin səsləndirilməsinə və irdaların bildirilməsinə baxmayaq, qanun layihəsinin qəbulu ilə bağlı məsələ açıq olaraq qalır.

Korrupsiyaya qarşı mübarizənin dövlət siyasəti şəklində aparıldığı bir vaxtda, olduqca böyük əhəmiyyət daşıyan belə bir qanunun olmaması, məmurların qərar qəbul edərkən müəyyən hallarda şəxsi maraqlarını üstün tutmalarına şərait yaradır.


Təklif eidrik, ki

Dövlət qulluqçuların və digər vəzifəli şəxslərin fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması haqqında qanunun qəbul edilməsi və bu normativ hüquqi aktın layihəsinin hazırlanmasında vətəndaş cəmiyyətinin nümayəndələri cəlb edilsin.

Azərbaycan Respublikası prezidenti tərəfindən 24 iyun 2005-ci il tarixində Vəzifəli şəxslər tərəfindən Maliyyə Xarakterli Məlumatların Təqdim Edilməsi Qaydalarının Təsdiq Edilməsi haqqında Azərbaycan Respublikasının qanununun imzalanmasına baxmayaraq onun icra edilməsi üçün lazımı hüquqi normativ aktlar qəbul edilməmişdir. Prezidentin vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə imzaladığı sərəncamda Nazirlər kabinetinə iki ay müddətində Dövlət qulluqçularının və onların ailə üzvlərinin gəlirləri barədə forma, əsasnamə və deklarasiyanın işlənib hazırlanması barədə tapşırıq verilsə də, bu iş tam yerinə yetirilməyib.

Korrupsiyaya qarşı mübarizədə dövlət mmurlarının və onların ailə üzvlərinin gəlirləriləri barədə məlumatarın verilməsi və onların ehtiyac yarandıqda ictimaiyyətə açıqlanması vacib əhəmiyyət daşıyır.

Təklif eidrik, ki

  1. Vəzifəli şəxslər tərəfindən Maliyyə Xarakterli Məlumatların Təqdim Edilməsi Qaydalarının Təsdiq Edilməsi haqqında Azərbaycan Respublikasının qanununun icra edilməsi üçün lazımı hüquqi normativ aktlar qəbul edilsin.

  2. Vəzifəli şəxslərin maliyyə xarakterli məlumatları haqqında bəyənnamənin elektron formada təqdim edilməsi normativ aktda öz əksini tapsın,və təqdim edilmədikdə məsuliyyət müəyyən edilsin.

  3. Vəzifəli şəxslərin maliyyə xarakterli məlumatlari haqqinda bəyannamə formasının təstiqi ilə bağlı müvafiq tədbirlər aparılsın.

3. Dövlət satınalmalar sahəsində

Dövlət Satınalma qanunvericilikdə beynəlxalq təcrübələr və tələblər kifayət qədər geniş göstərilsə də onların icrası zamanı bir sıra çətinliklər ortaya çıxır. .

Qənaətlilik, səmərəlilik, görülən işlərin keyfiyyəti, şəffaflıq və cavabdehlik kimi məqsədlərə nail olmaq üçün hələ xeyli işlər görülməlidir

Təklif eidrik, ki

1.Dövlət satınalmalar sahəsində elektron satınalmalar tədbiq edilsin.

2. Dövlət satınalmalarının həyata keçirilməsi zamanı ehtimal olunan qiymətlərin müəyyən edilməsi metodologiyası hazırlansın.

3.Dövlət satınalmaları üzrə keçirilən müsabiqələrdə qanun pozuntularına yol vermiş hüquqi və fiziki şəxslərin gələcəkdə dövlət satınalmalarda iştirakını məhdudlaşdıran mexanizm yaradılsın.

4. Şəhərsalma və tikinti qanunvericiliyi

Azərbaycan Respublikasının Qanunvericiliyində Şəhərsalma və Tikinti barədə bir sıra qanunlar mövcuddur.

Bu qanunların bir birinə ziddiyət yaratdıqları üçün ölkədə bir sıra tikinti işlərinin həyata keçməsində mübahisələr yaranır və qanun pozuntularına yol verilir.

Təklif eidrik, ki

Şəhərsalma və tikinti məcəlləsinin qəbul edilməsi tezləşdirilsin.



5. Cinayət tətbiqi sahəsində qanunvericiliyinin təkmilləşdirilməsi

Korrupsiya halları ilə bağlı məlumat verən şəxslərin (whistleblower) müdafiəsi Maraqların Toqquşması haqqında qanun layihəsində nəzərdə tutulmuşdur amma qanun layihəsinin qəbul edilməsi təxirə salındığından Whistlebloverlərlə bağlı məsələdə açıq olaraq qalır.

Korrupsiya halları ilə bağlı məlumat verən şəxslərin qorunması üçün normativ aktların qəbul olunmasına ehtiyac var.


Təklif eidrik, ki

  1. korrupsiya halları ilə bağlı məlumat verən şəxslərin (whistleblower) müdafiəsi ilə bağlı qanun layihəsi qəbul olunsun.

  2. hüquqi şəxslərin cinayət məsuliyyətinin müəyyən edilməsi üçün qanun layihəsi hazırlanıb qəbul edilsin

6. Sahibkarlıq fəaliyyəti üzrə əlverişli mühitin yaradilmasi

Azərbaycanda bu gün 900 min nəfərə yaxın adam ticarətlə məşğul olur, lakin ticarət haqqında qanun yoxdur. Ölkədə ticarəti nizamlayan dövlət orqanının yaradılması vacib əhəmiyyət daşıyır. Hazırda Azərbaycanda sahibkarların ticarət sahəsində problemlərini müzakirə edə biləcəyi dövlət qurumu və ya aidiyyəti təşkilat yoxdur. Onların fəaliyyəti konkret hansısa qanunla tənzimlənmir və buda nəticə etibarı ilə korrupsiya risklərini ortaya çıxarır.

Qanun ticarət obyektinin açılmasından onun bağlanmasına qədər ölkədə bütün ticarət prosesini nizamlaya bilər. Bununla bağlı olaraq qanun çərçivəsində ticarət qaydaları işlənməlidir. Bundan sonra qanunun tələblərinə əməl olunmasına nəzarət edən nazirlik və ya komitə yaratmaq məqsədə uyğun olardı. Yaradılan qurum qanunun icrasına nəzarət etməklə yanaşı, həmçinin ölkə daxilində ticarət siyasətini də hazırlamalıdır.

Təklif eidrik, ki

1.Ticarət Haqqında qanun qəbul olunsun

2. Qanunsuz yoxlama keçirilməsi üzrə məsliyyətin müəyyən edilməsi üçün norma hazirlansın.

3.Yoxamaların planı üzrə həyata keçirilməsinə, o cümlədən həmin yoxlamalarla plandankənar yoxlamaların nisbətinin müəyyən edilməsi və onların sayının məhdudlaşdırılmasına dair müddəalar qanunvericilikdə əks olunsun.



Vergi Qanunvericilikdə Ziddiyyətlər

Azərbaycanda vergi sistemi Vergi Məcəlləsi əsasında tənzimlənir. Bununla yanaşı, bir sıra hallarda məcəllə ilə digər qanunverici aktlar arasında müəyyən ziddiyyətlər müşahidə edilir.



Məsələn, Vergi Məcəlləsinə görə, vergi hesabatlarını vaxtında təqdim edilməməsinə görə 40 manat cərimə ödənilir (maddə 57), İnzibati Xətalar Məcəlləsinə görə isə, buna görə, cərimənin məbləği fiziki şəxslər üçün 25-30, hüquqi şəxslər üçün isə 40-60 manatdır (maddə 247). Bu isə təbii ki, qanuvericilkdə ziddiyətin olması deməkdir.

Qanunvericiliklə bağlı digər məqam sadələşdirilmiş vergi dövriyyəsinin hesablanması ilə bağlıdır.


Vergi Məcəlləsinə görə, ardıcıl 12 ay ərzində fiziki şəxsin dövriyyəsi 90 min, hüquqi şəxs üçünsə 150 min manatı keçmədiyi halda sadələşdirilmiş vergi sistemi tətbiq edilir və fiziki və hüquqi şəxslər Bakıda 4, rayonlarda isə cəmi 2 faiz vergi ödəyirlər. Məcəlləyə əsasən, dövriyyənin hesablanması zamanı ardıcıl 12 ay götürülməsi iş adamlarının fəaliyyətində müəyyən çətinliklər törədir.

Hesab edirik ki,

  1. sadələşdirilmiş vergi dövriyyəsinin hesablanması zamanı ardıcıl 12 ay deyil maliyyə ili əsas götürülməsi daha məqsədəuyğundur.

  2. Vergi Məcəlləsi ilə digər qanunverici aktlar arasında olan ziddiyətlər ardan qaldırlısın

Vergi Məcəlləsi üzrə risk təhlilinin və klassifikasiyanın aparılması. Təhlil məcəllənin korrupsiya üçün hansı imkanlar yaratdığını müəyyənləşdirə bilər.


Korrupsiya riskini azaltmaq məqsədilə bu təhlilin aparılması vacib əhəmiyyət daşıyır.

Təklif olunur ki,

Vergi Məcəlləsi üzrə risk təhlili və klassifikasiyası müstəqil və tanınmış xarici şirkət tərəfindən həyata keçirilsin

Vergi Məcələsinə görə, 2000 AZN-dən artıq vergidən yayınma cinayət xarakterli fəaliyyət hesab edilir. Bu isə bir sıra hallarda sui-istifadə hallarına və biznesə müdaxilələrə imkan yaradır.

Məbləğin artırılması bu kimi riskləri aradan qaldıra bilər və sahibkarların fəaliyətini bir qədər daha asanlaşdırar.

Hesab edirik ki,

məbləğin artırılmasına ciddi ehiyac var.

Vergi Prosedurlar

Vergilərin, xüsusilə mənfəət və gəlir vergilərinin hesablanmasının çətinliyi, sahibkarlar üçün müəyyən çətinliklər yaradır. Sadələşdirilmiş vergi  fiziki şəxslər üçün  nəzərdə tutulan illik maksimum məbləğ 90 min, hüquqi şəxslər üçün 150 min manatdır..

  • Bu məbləğ hər iki qrup üçün 200 min manatadək artırılsın;

VÖEN ödəyəcilərinin həm sosial ayrılmalar, eyni zamanda gəlir vergisini fərqli vaxtlarda iki dəfə ayrılıqda verməsinin qarşısını almaq üçün sadələşdirilmiş yeganə vergininin tətbiqi.

Hal hazırda Azərbaycanda həm rüblük, həm illik bəyənnamələrin hesabatları verilir.



  • VÖEN ödəyəciləri həm sosial ayrılmalar, eyni zamanda gəlir vergisini fərqli vaxtlarda iki dəfə ayrılıqda verirlər. Bu isə əlavə vaxt itkisinə səbəb olur.




Bu sahədə qaydaların daha da sadələşdirilməsi vergi uçotu üçün kənardan mütəxəssis cəlb olunmasına sərf olunan xərcləri azaltmaqla biznes xərclərini yüngülləşdirə bilər. Mənfəət vergisi üçün maliyyə ili təqvim ilidir. Ancaq vergi ödəyiciləri hər bir təqvim rübünün sonundan 15 gündən gec olmayaraq əvvəlki vergi ilində hesablanmış verginin 25 faizi məbləğində cari vergi ödəməsi etməlidirlər. Alternativ olaraq, vergi ödəyicisi onun keçən ilin ümumi gəlirində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla da müəyyənləşdirə bilər.

Təklif edirik ki,

  1. Vergi ödəyicilərinin aparılan əməliyyatdan qazanc əldə etmələrinə imkan yaratmaq üçün, mənfəət vergisinin alınması müddəti uzadılsın

  2. Sadələşdirilmiş vergi  həm fiziki, həm də hüquqi şəxslər üçün 200 min manatadək artırılsın;

  3. bir sıra Avropa ölkələrində olduğu kimi rüblük bəyənnamələrin illik hesabatla əvəz edilməsi zəruridir.

  4. VÖEN ödəyəcilərinin həm sosial ayrılmalar, eyni zamanda gəlir vergisini fərqli vaxtlarda iki dəfə ayrılıqda verməsinin qarşısını almaq üçün sadələşdirilmiş yeganə vergininin tətbiq olunsun

Vergi dərəcəsi

Vergi dərəcələrinin sahibkarılığın inkişafında rolu əvəzsizdir. Böhran dövründə yüksək vergi dərəcələri sahibkarların sərəncamında qalan vəsaitlərin həcmini azaldır və onların likvidliyini aşağı salır.

Artıq nəinki bəzi keçid ölkələrində hətta bir sıra inkişaf etmiş ölkələrdə də vergi dərəcələrinin azaldılması həyata keçirilmişdir

Təklif olunur ki, vergi dərəcələrinə aşağıdakı azalmalar tətbiq olunsun:

  1. Əlavə Dəyər Vergisi 18 faizdən 16 faizə endirilsin;

  2. Sosial sığorta ayırmasının həcmi, işəgötürənlərdən tutulan hissəsi 22%-dən 14%-ə endirilsin.

  3. Fiziki şəxslərin gəlir vergisində vergidən azad edilən hissəsi 93.5 manatdan 120 manatadək artılsın və eləcə də güzəştin tətbiq edilmədiyi məbləğ 200 manatdan 300 manatadək artırılsın.

Azərbaycanda gəlir vergisi dərəcələri MDB olkələri arasında ən yuksək dərəcələrdən biridir. Məsələn, Rusiyada  bu dərəcə 13 faiz, Ukraynada isə bu gostərici 15 faizdir.

Hazırda birinci vergi səviyyəsi üzrə gəlir vergisi dərəcəsi 14 faizdir ki, bu da 2000 manata qədər olan gəlirə tətbiq olunur. İkinci səviyyə üzrə faiz dərəcəsi 30 faizdir ki, bu isə 2000 manatdan  yuxarı olan gəlirə tətbiq olunur. Rəqəmlərdən göründüyü kimi, birincisi, vergi səviyyələri arasındakı fərq mühümdür; ikincisi, keçid həddi olduqca aşağıdır.

Buna görə də, təklif olunur ki,

birinci səviyyə üzrə gəlir vergisi dərəcəsinin 14 faizdən 10 faizə endirilsin.

ƏDV-nin bir deyil “dəyişən dərəcələrinin” tətbiq edilməsi, bir sıra sahələrdə ticarətin inkişafına səbəb olar. Xüsusən elektron ticarətin ƏDV-dən azad olunması bu istiqamətdə irəliləyişləri sürətləndirə bilər. Bu elektron ticarətin inkişafına yardım göstərməklə yanaşı e-ticarətin daha da leqalaşdırılmasına səbəb ola bilər;

Əksər Avropa ölkələrində ƏDV standart deyil, bir neçə dərəcədə olur. Elə sferalar var ki, orada ƏDV-nin faizi standart faizdən az olur. Azərbaycanda isə ƏDV-ə cəlb edilən bütün əməliyyatların hamısı eyni vergi dərəcəsi ilə -18 faizlə cəlb edilib.

Təklif olunur ki,

  1. ƏDV-nin faizi sektorlar üzrə fərqləndirilməsi sosial tələbin yüksək olduğu sahələrin (məs, yeyinti məhsulları, uşaqlar üçün mallar, kitab sektoru, əczaçılıq sektoru və. s.) inkişafını stimullaşdırar və vergidən yayınmanın qarşısını alar; ƏDV-nə standart və aşağı salınmış məhdudiyyətini müəyyən etmək.

  2. elektron ticarətin inkişafı üçün bu sahənin ƏDV-dən azad edilməsi və imperativləşməsi həyata keçirilsin.

  3. yerli təkrar istehsalçıları dəstəkləmək üçün təkrar məhsulların istehsalı və ixracı üçün xaricdən alınan xammala hesablanan ƏDV-nin ödənilməsinə uzunmüddətli güzəşt tətbiq edilsin.

İstehsal sahəsində investisiya qoyuluşu ilə bağlı mənfəət vergisinə güzəştlərin edilməsi.

Təsisçilər tərəfindən müəssisənin inkişafı üçün investisiya qoyularsa, bununla yeni iş yerləri açılmaqla bərabər, dövriyyədə maliyyə vəsaitlərinin artırılması mümkün olar.

Hesab edirik ki,

bunun hesabına son nəticədə  mənfəət vergisi hesablanan zaman qoyulmuş investisiyanın müəyyən hissəsi qədər güzəştin tətbiq edilməsi məqsədəuyğun hesab edilər.

7. İctimai sektorun fəaliyyətinin tənzimlənməsi

Ölkədə İctimai Sektorun rolu böyükdür. Hal hazırda İctimami Sektor fərdi olaraq və dövətlə əməkdaşlıq edərək bir sıra layihələr həyata keçirir.

Lakin buna baxmayaraq, Qeyri Hökümət Təşkilətları yalnız qrantlar sayəsində öz fəaliyyətlərini həyata keçirdirlər. Qanunvericilikdə təyin olunmuş QHT-lərin hüquq və vəzifələri İctimai Sektora dövlətin bir başa sifarişlərini həyata keçirtməkdə mane olur.

Hesab edirik ki,

  1. sosial sifariş haqqında qanunun qəbul edilməsi tezləşdirilsin

  2. QHT-lərin hüquq və vəzifələrinə dair qanunvericilikdə dəyişikliklər olsun

  3. Və yaxud İctiami Sektorun sosial sifarişləri yerinə yetirilməsi üçün QHT-lərdən səvayi digər təşkilat statusu (mənfəət əldə etməyən təşkilatı) müəyyənləşdirilsin.


1 Kurikulumun ilkin variantı artıq hazırdır və müzakirəyə çıxarılıb amma proqramın tamamlanmasına az vaxtın qalması işlərin yubanmasına dəlalət edir

2 Milli Arxiv haqqında qanun

1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə