Şəffaflıq Azərbaycan




Yüklə 274.5 Kb.
səhifə4/5
tarix23.02.2016
ölçüsü274.5 Kb.
1   2   3   4   5

Maddə 23. Xüsusi notariusların zəmanət kassaları


Xüsusi notariusların müştərilər qarşısındakı məsuliyyətinə zəmanət vermək məqsədi ilə zəmanət kassası yaradılır. Zəmanət kassası xüsusi bank hesabından ibarətdir. Bu hesabın vəsaiti hər bir xüsusi notariusun həmin hesaba aybaay keçirdiyi aylıq gəlirinin 5 faizini təşkil edir.

Hər hansı xüsusi notarius tərəfindən ziyan qəsddən vurulmamış olduqda və vurulmuş ziyanın ödənilməsi üçün sığorta girovundakı vəsait kifayət etmədikdə məhkəmə qərarına əsasən zəmanət kassasının vəsaitindən istifadə edilir.




Notariusun vurduğu ziyanın ödənilməsini təmin edilməsi üçün zəmanət kassalarından deyil, daha sadə olan sığorta mexanizmlərindən istifadə olunması məqsədəmüvafiq hesab edilir.




Tövsiyyə edirik ki,

Qanunun bu maddəsində dəyişiklik edilərək notariusların yalnız öz xidmətlərilə bağlı məsuliyyətlərinin sığorta etdirməsi tələbi qoyulsun.




Mövcud vəziyyət

Analiz



Maddə 28. Notariat hərəkətlərini aparmaq hüquqlarının məhdudlaşdırılması


Notarius və ya notariat hərəkətləri aparan digər vəzifəli şəxs tərəfindən öz adına və öz adından, əri­nin (arvadının), onun və özünün qohumlarının (valideynlərinin, uşaqlarının, nəvələrinin, babala­rı­nın, nənələrinin, həmçinin qardaşlarının, bacıla­rı­nın, əmilərinin (dayılarının), bibilərinin (xalaları­nın), onların uşaqlarının) adına və bu şəxslərin adından, həmin notarius və ya notariat hərəkətləri aparan digər vəzifəli şəxs ilə bir yerdə işləyənin adına və onun adından notariat hərəkətlərinin apa­rılması qadağandır.

Müvafiq icra hakimiyyəti orqanlarının, həmçinin bu orqanın adına və onun adından notariat hərə­kətləri aparmaq hüququ yoxdur.

Bu maddənin tələblərini pozmaqla aparılmış nota­riat hərəkətləri və onlara bərabər tutulan hərəkətlər etibarsız sayılır və məhkəmənin qərarı ilə ləğv edilməsi üçün əsasdır.


Bu norma ümumi xarakterə malikdir, ailə üzvlüyünü konkret və dəqiq meyarlarını müəy­yən etmir. Bundan əlavə, ayrı-ayrı nor­mativ hüquqi aktlarda “ailə”, “ailə üzvləri” və ya “qohum” anlayışları həmin aktların məqsədlərinə görə müxtəlif məzmunda verilir.

Mülki Prosesual Məcəllə 19 qeyd

Qeyd: Bu Məcəllədə “qohum” dedikdə, ba­baya və nənəyə qədər əcdadları ümumi olan şəxslər, ər-arvadın yaxın qohumları, baba­nın, nənənin, valideynin, övladlığa götürə­nin, doğma və ögey qardaş və bacının, uşa­ğın, övladlığa götürənin və ya nəvənin əri (ar­vadı) və ya onların yaxın qohumları nə­zərdə tutulur. Yaxın qohumlara babalar, nə­nələr, valideynlər, övladlığa götürənlər, doğ­ma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürənlər, nəvələr aid­dirlər.





Tövsiyyə edirik ki,

«Notariat hərəkətlərini aparmaq hüquqlarının məhdudlaşdırılması» haqqındakı maddədə gös­tərilən ailə və qohumlar haqqındakı siyahı MPM-nin 19-cu maddəsindəki Qeydə uyğunlaşdırılsın və dəqiq siyahısı verilsin.




Mövcud vəziyyət

Analiz



Maddə 35. Notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxslərin şəxsiyyətinin müəy­yən edilməsi, fəaliyyət qabiliyyətinin və im­zalarının həqiqiliyinin yoxlanılması


Notariuslar və notariat hərəkətləri aparan digər və­zifəli şəxslər hər bir halda müvafiq notariat hərəkətləri apararkən bunun üçün müraciət etmiş şəxslərin, onların nümayəndələrinin və ya ida­rələrin, müəssisələrin və təşkilatların nümayən­dələrinin səlahiyyətini müəyyən etməlidirlər.

Əqdlər təsdiq edilərkən və Azərbaycan Respub­likası qanunvericiliyində nəzərdə tutulan hallarda bəzi başqa notariat hərəkətləri aparılarkən əqdlərin iştirakçılarının və notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş digər şəxslərin imzalarının həqiqiliyi yoxlanılmalıdır.

Əqdlər təsdiq edilərkən əqdlərdə iştirak edən şəxs­lərin fəaliyyət qabiliyyəti aydınlaşdırılmalıdır və hüquqi şəxslərin hüquq qabiliyyəti yoxlanılmalıdır. Əqd nümayəndə tərəfindən aparıldıqda onun səla­hiyyəti yoxlanılmalıdır.

Notariat qaydasında təsdiq edilən əqdlər, habelə ərizələr və başqa sənədlər notariusun və ya notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə imzalanmalıdır. Əgər əqd, ərizə və ya başqa sənəd göstərilən vəzifəli şəxslərin iştirakı olmadan imza­lanmışsa, onu imzalayan şəxs sənədi özünün im­zaladığını şəxsən təsdiq etməlidir. Şəxs əqdi, ərizəni və ya başqa sənədi cismani qüsuruna, xəstəliyinə və ya hər hansı başqa səbəbə görə özü imzalaya bilmədikdə əqdi, ərizəni və ya digər sənədi onun tapşırığı ilə, onun iştirakı ilə və notariusun, yaxud notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə başqa şəxs imzalaya bilər. Belə halda notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxsin sənədi özünün imzalaya bilmədiyinin səbəbi göstərilməlidir.



Notarius və müvafiq icra hakimiyyəti orqanı ida­rələrin, müəssisələrin, təşkilatların onlara məlum olan vəzifəli şəxslərinin şəxsi müraciətləri zamanı alınmış və həqiqiliyi şübhə doğurmayan imza­la­rının nümunələri vardırsa, həmin vəzifəli şəxslərin hər dəfə gəlməsini tələb etməyə bilərlər.

Qanunun «Notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxslərin səlahiyyətinin müəyyən edilməsi, fəaliyyət qabiliyyətinin və imzalarının həqiqiliyinin yoxlanılması» haqqındakı maddədə «fəaliyyət qabiliyyə­tinin» yoxlanılmasından danışarkən bu yox­lamanın nə cür aparılması yolları müəyyən edilməlidir.





Tövsiyyə edirik ki,

«Fəaliyyət qabiliyyəti»nin yoxlanılması qeyri-müəyyən olduğu üçün bu ifadə dəqiqləşdirilsin.




Mövcud vəziyyət

Analiz




Notariatın hüquqi statusunun müəyyənləşdiril­mə­sinə dair məsələdə bəzi çətinliklərə rast gəlinir ki, bu da əsasən notariusun həqiqətənmi döv­lət hakimiyyətinin daşıyıcısı olub-olmamağın­dan və s. ibarətdir.


Bir tərəfdən notarius dövlətin təyin etdiyi nümayəndə kimi çıxış edir, digər tərəfdən isə tərəflərin azad məsləhətçisi kimi çıxış et­diyindən ikili xarakterə malikdir. Qanun­ve­riciliyə görə notariuslar dövlət hakimiy­yətinin daşıyıcıları deyillər, lakin notariat haqqındakı qanun görə dövlət adından çıxış edirlər.





Tövsiyyə edirik ki,

Notariusların statusu dəqiq müəyyənləşdirilib aydınlaşdırılmalıdır.




Mövcud vəziyyət

Analiz




Notariusun notariat xidmətinin yerinə yetirilməsilə bağlı hüquqşünas ixtisasına malik işçiyə ehtiyac vardır.


Xarici ölkələrdə notariusların köməkçiləri vəzifələri mövcuddur və onlar notariat hərəkətinin aparılmasına hazırlıq işlərini yüksək səviyyədə həyata keçirirlər.





Tövsiyyə edirik ki,

Notarius köməkçisi vəzifəsi təsis edilsin, onların notariuslarla eyni qaydada seçilməsi və səlahiyyətləri qanunvericilikdə müəyyən edilsin




Mövcud vəziyyət

Analiz




Notariusları birləşdirən kollegial orqana zərurət vardır.


Üzvlük haqqı ilə maliyyələşdirilən notariusları birləşdirən orqan notariusların problemlərinin həll edilməsində və onların

inkişafında mühüm rol oynaya bilər.






Tövsiyyə edirik ki,

Notariusları birləşdirən onların üzvlük haqqı ilə maliyyələşən Notariat Palatası təsis edilsin və qanunvericilikdə bu orqanın strukturu və səlahiyyətləri müəyyən olunsun.




Mövcud vəziyyət

Analiz




Vətəndaşlar əmlak alqı-satqısı ilə əlaqədar nota­rius­larda müqavilə bağlatdırarkən onlar dövlətə rüsum ödəməlidirlər. Hazırda dəyərinə görə əhəmiyyətli dərəcədə fərqlənən daşınmaz əmlakın özgəninkiləş­dirilməsi müqavilələrinin notariat qaydasında təs­diqinə görə fiziki və hüquqi şəxslərdən eyni miqdarda dövlət rüsumu (xüsusi notariuslar tərəfindən eyni məbləğdə haqq) tutulur.


Bunun nəticəsində aşağı qiymətlə əmlak əldə edən şəxslər qiyməti yuxarı olan əmlak alanlara nisbətən daha yüksək dərəcə ilə rüsum ödəməyə məcbur olur. Alqı-satqı əmə­liyyatı zamanı bağlanan əqdlər üçün vətəndaşlardan alınan rüsumun miqdarı ilə bağlı müxtəlif məsələlər meydana çıxır. Məsələn, alqı-satqı zamanı nə mənzilin otaqlarının sayından, nə kvadraturasından, nə evin yerləşdiyi ərazidən, nə təmirindən və s. asılı olmayaraq bu əməliyyat zamanı vətəndaşlardan eyni miqdarda rüsum alınır.





Tövsiyyə edirik ki,

Alqı-satqı zamanı alınan rüsumun miqdarı mənzilin vəziyyətinə (mənzilin sahəsinin həcminə, mənzilin təmirinə, yerləşdiyi əraziyə və s.) görə hesablansın.




Mövcud vəziyyət

Analiz




Digər notariat hərəkətlərinə görə tutulan rüsumun (haqq) məbləği də bazar quymətlərilə bağlı real vəziyyətə və xüsusi notariuslar tərəfindən bu xidmətin göstərilməsinə görə çəkdiyi xərclərə uyğun gəlmir.



Bundan başqa, vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsinə görə cəmi üç manat haqq tutulur və bu haqq miras əmlakın dəyərindən asılı olmayaraq eynidir. Yaxud qiymətləndirilən müqavilələrin dəyərindən asılı olmayaraq eyni məbləğdə 61 manat haqq tutulur. Şəxsin bütün əmlakının idarə edilməsi və onun üzərində sərəncam verilməsi və digər geniş səlahiyyətləri nəzərdə tutan etibarnamənin təsdiqinə görə isə haqqın məbləği cəmi beş manatdır.




Tövsiyyə edirik ki,

Vərəsəlik şəhadətnaməsi, qiymətləndirilən müqavilələr və etibarnamələr təsdiqinə görə tutulan dövlət rüsumu və haqqın məbləği bu notariat hərəkətlərinin xüsusiyyətləri və mövcud bazar qiymətləri nəzərə alınmaqla müəyyən edilməlidir.
1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə