Şəffaflıq Azərbaycan




Yüklə 274.5 Kb.
səhifə3/5
tarix23.02.2016
ölçüsü274.5 Kb.
1   2   3   4   5

Maddə 3. Notarius


Notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olan şəxs notarius adlanır.

Dövlət və ya xüsusi notarius kimi işləmək istəyən Azərbaycan Respublikasının hər bir vətəndaşı (bundan sonra - vətəndaş) ali hüquq təhsilli olmalı, mənəvi keyfiyyətlərə və peşə biliklərinə malik olmalıdır.

İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öh­dəlik­ləri olan, şəxs, din xadimi vəzifəsinin icrası ilə bağlı əvvəllər qanunvericiliyin tələblərini poz­du­ğuna görə işdən azad edilmiş, qanunla müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab olunan, əvvəllər cinayət törətmiş və buna görə məhkum olunmuş, barəsində notariat fəaliyyəti ilə məşğul olmasının məhdudlaşdırılması və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı çıxarılmış, habelə bəraətverici əsaslar olmadan cinayətin törədilməsi üzrə cinayət işinin xitam olunması haqqında qanuni qüvvəyə minmiş istintaq orqanı və ya məhkəmənin qərarı olan, tibbi rəyə əsasən fiziki və əqli qüsur­la­rına görə notarius işləməyə qadir olmayan, 65 yaşına çatmış şəxs notarius ola bilməz.

Yuxarıda göstərilən tələblərə cavab verən və notarius olmaq istəyən vətəndaş notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamə (bundan sonra - şəhadətnamə) almalıdır.

Elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, notariusa sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və digər haqqı ödənilən işləri yerinə yetir­mək qadağandır.

Notarius istədiyi dövrdə hər hansı siyasi partiyada öz fəaliyyətini dayandırmalıdır.

Dövlət notariusuna "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məhdudiyyətlər də tətbiq edilir.

Notarius Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən Nota­riusun etik davranış kodeksinin tələblərinə riayət etməlidir.



Vətəndaşlar dövlət və xüsusi notarius vəzifəsinə götürülərkən onların əvvəllər hüquq sahəsində iş təcrübəsinin və müəyyən yaşa çatmaqla həyat təcrübəsinin olması mühüm amildir. Belə ki, notariusun fəaliyyətinin əsas xüsusiyyətlərindən biri apardığı notariat hərəkətlərinə görə bütün əmlakı ilə maddi məsuliyyət daşımasıdır və bu peşə yüksək dərəcəli risklə bağlıdır.





Tövsiyyə edirik ki,

Notarius vəzifəsinə təyin olunmaq üçün

  1. Vətədaşın yaşı 30-dan aşağı olmamalıdır

  2. Hüquq sahəsində azı 3 il iş təcrübəsinə malik olmalıdır şərtləri əlavə olunsun.




Mövcud vəziyyət

Analiz




M a d d ə 7 . Şəhadətnamənin ləğv edilməsi

Məhkəmənin qərarı ilə şəhadətnamə yalnız aşağıdakı hallarda ləğv

edilə bilər


Şəhadətnaməni verən və notariat fəaliyyətinə nəzarəti həyata keçirən orqan tərəfindən şəhadətnamənin ləğv edilməsi məqsədə müvafiqdir.




Tövsiyyə edirik ki,

maddə 7-də dəyişiklik edilib aşagıda ki formada verilsin: “müvafiq icra hakimiyyəti orqanı tərəfindən aşağıdaki hallarda notariusun şəhadətnaməsi ləğv edilir”




Mövcud vəziyyət

Analiz



Maddə 9. Notariusun vəzifələri


2) hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməlidir

Bəzi hallarda müxtəlif sahələrlə əlaqədar olaraq bağlanmış əqdlərin, müqavilələrin, sövdələşmələrin ləğv edilməsinə ehtiyac olur.

Belə ki, tərəflərdən biri (yaxud hər iki tərəf) bağışlamaqla əlaqədar qanunu başa düşmə­diklərini bəhanə gətirirlər. Bu anlaşma­mazlığı aradan qaldırmaq lazım gəlir.






Tövsiyyə edirik ki,

tərəflərə bu məsələ ilə əlaqədar qanunun tələblərini izah edən xəbərdarlıq protokollaşdırılsın (aktlaşdırılsın).




Mövcud vəziyyət

Analiz



Maddə 13. Notariat fəaliyyəti üzrə kargüzarlığın dili


Azərbaycan Respublikasında notariat fəaliyyəti üzrə kargüzarlıq Azərbaycan Respublikasının dövlət dilində aparılır.

Notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxs kargüzarlığın aparıldığı dili bilmirsə və ya notariat hərəkətinin hər hansı dildə aparılmasını xahiş edirsə, notarius imkan daxilində tərəfindən rəsmiləşdirilən sənədlərin mətnlərini arzu edilən dildə tərtib edir və ya mətn tərcüməçi tərəfindən ona tərcümə edilir.



Notariat fəaliyyəti üzrə kargüzarlığın dili ilə əlaqədar Qanunun 13-cü maddəsində «im­kan daxilində» ifadəsi norma yaradıcılığı baxımından yolverilməzdir və bundan sub­yektiv məqsədlər üçün istifadə edilə bilər.






Tövsiyyə edirik ki,

«İmkan daxilində» ifadəsi dəqiqləşdirilsin.




Mövcud vəziyyət

Analiz



1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə