Şəffaflıq Azərbaycan




Yüklə 274.5 Kb.
səhifə2/5
tarix23.02.2016
ölçüsü274.5 Kb.
1   2   3   4   5




Tövsiyyə edirik ki,

Əmək pensiyaları haqqında” qanuna dövlət təminatı maddəsi daxil edilsin.






Əmək qanunvericiliyinin yeniliklərindən biri ümumi əmək stajından sığorta stajına keçiddən ibarətdir. «Əmək pensiyaları» haqqında Qanunun 1-ci maddəsinin 2-ci hissəsində deyilir: sosial sığorta stajı (bundan sonra - sığorta stajı) - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur;

Sığorta stajının məzmunu «Əmək pensiyaları haqqında» qanunun 1-ci bəndində verilir. Bu iş vaxtının və digər fəaliyyətinin müddətində sığorta tədiyyələrinin DSMF büdcəsinə ödənilməsi, eyni zamanda əmək stajına daxil olan digər dövrlərin Qanunun 21-ci maddəsində sadalanan dövrlərdir. Bu dövrdən əvvəl və sonra tədiyyəsi dövrü olmuş və sığorta fəaliyyəti ödənilibsə (bu dövrlərin müddətindən asılı olmadan) sığorta stajına daxil olan dövrlərin siyahısı qanunda göstərilib. Əmək pensiyaları haqqında Qanunun 21-ci maddəsində 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

21.2.9. əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət;


Əslində, əmək pensiyalarının sığorta stajı kimi hesablanır. Əmək pensiyalarının müəyyənləşdirilməsində sığorta stajı ikili rol oynayır: o nəinki hüquqi fakt kimi çıxış edir, həmçinin pensiyanın miqdarına təsir edir. Belə ki, sığorta stajı və sığorta ödəmələri – əlaqədar anlayışlardır və bunların həcmi pensiyanın miqdarına təsir edir.

Bu halda nəzərə alınmayıb ki, indi «məcburi sosial sığorta» adı daşıyan ictimai dövlət sığortasına görə iki cür müavinət ödənilir ki, onların ödənilmə dövrləri sığorta stajının hesablanmasında nəzərə alınır, - bu əmək qabiliyyətinin müvəqqəti itirilməsinə və hamiləlik və doğuşla əlaqədar olan müvainatlardır. Qeyd etmək lazımdır ki, Məcburi Sosial Sığorta haqqinda qanunda iş qabiliyyətinin müvəqqəti itirilməsi- sığorta riskinin növlərindən biridir, analıq isə digəridir. Bundan əlavə, əmək qanunvericiliyinə görə sığorta riskinin bir növü də əmək zədəsi və peşə xəstəliyi kimi təqdim edilmişdir. Bu o deməkdir ki «Əmək pensiyaları» haqqında Qanun sığorta stajının müəyyən edilməsi hissəsində əmək qanunvericiliyini nəzərə almır.








Tövsiyyə edirik ki,

«Əmək pensiyaları» haqqında Qanunun 21-ci maddəsinə əlavələr etmək zəruridir və onu aşağıdakı kimi vermək olar. «Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə (eyni zamanda istehsalat xəsarətinə görə), hamiləlik və doğuşla əlaqədar məcburi sosial sığorta vəsaitlərindən verilən müavinətlərin alınma dövrləri.




Qanunun 8 və 9-cu maddələrinə uyğun olaraq vaxtından əvvəl əmək pensiyasının müəyyənləşdirilməsinə əsas verən hamiləlik və doğuşla əlaqədar müvafiq müavinətlərin alınması dövrünün peşə (xüsusi) sığorta stajına daxil edilməsi məsələsini həll edilməlidir.Yaşa görə vaxtından əvvəl əmək pensiyasının müəyyənləşdirməsinə əsas verən, işin dövrləşdirilməsini müəyyənləşdirən, 2007-ci ilin sentyabr ayının 24-də Azərbaycan Respublikasının DSMF tərəfindən təsdiq edilmiş «Əmək pensiyaları haqqında» qanunun 9-cu maddəsi ilə səsləşən Qaydalara uyğun olaraq tam iş günü ərzində işlə məşğul olan işçilər müvəqqəti olaraq iş qabiliyyətini itirdiyi dövründə dövlət sosial sığortası vəsaitinin verilməsi dövrlərinə, eyni zamanda hər ilin ödənişli və əlavə məzuniyyətlərinin verilməsi dövrlərinə daxil edilirlər.

Bu Qaydalarda izahatlar qanunvericilikdə sosial sığortalar haqqındakı normalarla uyğun gəlmir. Hesab edirik ki, qadının hamiləlik və doğuşla əlaqədar məzuniyyətdə olması dövründə hamiləliyə və doğuşa görə vəsait alma dövrü kimi baxmaq və onu əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövrü kimi qiymətləndirmək və vaxtından əvvəl qocalığa görə pensiya almaq hüquqi olması üçün, iş stajına daxil etmək lazımdır.






Tövsiyyə edirik ki,

AR-nın Əmək Məcəlləsinin 125-ci maddəsinə görə «Qadının hamiləlik və doğuşla əlaqədar məzuniyyətdə olduğu dövrü ona vaxtından əvvəl qocalığa görə pensiyaya çıxmaq hüququ verəcək sığorta stajına, həmçinin iş stajına daxil etmək lazımdır» məzmununda düzəliş edilsin.




Dövlət qulluqçularına vaxtından əvvəl verilən əmək və dövlət pensiyalarına 3 yaşa qədər uşağa qulluq etmək dövrü ixtisasa görə stajına daxil edilmir.


Bu məhdudiyyət hansısa pensiya qanunvericiliyinin konkret normasından deyil, AR-nın ƏM-nin 111-ci maddəsindən irəli gəlir, belə ki, orada deyilir ki, göstərilən məzuniyyət dövrü ümumi əmək stajına daxil edilir. Nəticədə belə qənaətə gəlinir ki, qanunvericilikdə xüsusi sığorta stajının adı çəkilmir və 3 yaşa qədər uşağa qulluq etmək dövrünü ixtisasa görə staja daxil etmək olmaz. Belə ki, ƏM-nin 11-ci maddəsində deyilir ki, onu güzəştli pensiyalara daxil etmək olmaz.

Belə olduqda körpə uşağın döşlə əmizdirilməli olduğu və xüsusi qulluq tələbə etdiyi məsul bir dövrdə analar əlverişsiz şəraitli görə işə qayıtmağa çalışırlar. Əgər 3 yaşa qədər uşağa qulluq etmək dövrü məzuniyyəti xüsusi peşə stajına daxil edilməsi məsələsi müsbət həll edilsə bu ədalətli olardı.






Tövsiyyə edirik ki,

AR-nın ƏM-nin 111-ci maddəsinə «Sosial məzuniyyət ümumi və xüsusi sığorta stajına daxil edilir» şəklində norma əlavə edilsin.




Əmək pensiyasının baza hissəsi və bu Qanunun 19-cu maddəsi ilə muəyyən olunan baza hissəsinə əlavələr məcburi dovlət sosial sığortası vəsaitləri, dovlət budcəsinin transfertləri və qanunvericiliyə uyğun digər mənbələr hesabına maliyyələsdirilir. 6.2. Əmək pensiyasının sığorta və yığım hissələri, bu Qanunun 20-ci maddəsi ilə muəyyən olunan qulluq stajına gorə əmək pensiyasına əlavələr məcburi dovlət sosial sığortası vəsaitləri hesabına maliyyələsdirilir. 6.3. Əmək pensiyasının yığım hissəsinin muəyyən edilməsi və odənilməsi sığorta olunanın fərdi hesabının yığım hissəsində müvafiq vəsait olduğu halda həyata keçirilir.

Ümumiyyətlə, Qanunda əmək pensiyalarının yığım hissəsinin kimin tərəfindən ödənilməli olduğu göstərilməmişdir.




Tövsiyyə edirik ki,

Qanunun 6.3 maddəsi aşağıdakı halda təfsir olunsun «Əmək pensiyalarının yığım hissəsi 1969-cu il və bu tərəfə dünyaya gəlmiş qadınlara, 1965-ci il və bu tərəfə dünyaya gəlmiş kişilərə 2013-cü ildən başlayaraq verilməsi aparılmalıdır».




Qanunun 14 madəsində ailə başçısını itirməyə gorə əmək pensiyası hüququ olan ailə uzvləri aşağıdakı kimi göstərilib:

14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin

tam təminatında olan və ya ondan özlərinin yasayışı üçün daimi və əsas vəsait

mənbəyi kimi kömək alan) aşağıdakı ailə uzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır:

14.1.1. vəfat etmiş və ya həlak olmuş səxslərin övladları:

14.1.1.1. 18 yaşına çatmamış;

14.1.1.2. 18 yaşına çatanadək I və ya II qrup əlil olmuş 18 yaşdan yuxarı;

14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23

yaşına çatanadək;

14.1.2. ata, ana, ər (arvad) pensiya yaşına - kişilər 62 yaşa, qadınlar 57 yaşa

çatmısdırsa, yaxud I və ya II qrup əlildirsə;

14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri

və ya ər (arvad), yaxud baba, nənə, qardas, bacı vəfat etmiş və ya həlak olmuş ailə baçşısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə.


Ailə başçısını itirməyə görə əmək pensiyasına alan şəxslərin dairəsi qüvvədə olan qanunvericilikdə dəyişikliyə uğramışdı. Qanunun 14 –cü maddəsi öhdəsində olan ailə üzvlərinin dairəsini qısaltmışdı. Qüvvədə olan qanunvericilikdən fərqli olaraq 23 sentyabr 1992-ci il qanunun 40-cı maddəsi ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malik olan şəxslərin dairəsini geniş təsbit edilmişdir. Qüvvədən düşmüş qanun nənə və babanı da ailə başçısının öhdəsində olan şəxslərin dairəsinə daxil edirdi, amma qüvvədə olan qanun bunu etmir. Bu isə Ailə Məcəlləsinin 62-ci maddəsilə ziddir; ona görə ki, Ailə məcəlləsi yaxın qohumlar dairəsinə atanı, ananı, əri(arvadı), uşaqları, nənəni, babanı və sairləri daxil edir.

Mülki Məcəllənin 1159.1.1 maddəsində birinci növbə vərəsələrin dairəsi Qanunun 14-cü maddəsində göstərilən şəxslərlə eynidir, yalnız bir fərqlə ki, 14 maddədə nə də baba göstərilmişdi. Mülki Məcəllənin birinci növbə vərəsələr arasında nəvə öz valideyni təmsil etmək hüququna malikdir. Həmçinin gərək gələcək pensiyaçıya yığım hissəsindən istifadə etmək hüququ da verilsin. O, yığım hissəsinin müəyyən hissəsinə sərəncam verə bilsin, gələcəkdə fors-major situasiyaların qarşısı alınsın.






Tövsiyyə edirik ki,

Qanunun 1.0.3-cü maddəsindən “və yaxud əldə oluna biləcək” sözlərinin çıxarılsın. Qanunun 14-cü maddəsinin Mülki Məcəllənin vərəsəlik bölməsi ilə də müqayisəli analizinə ehtiyacı var.




9. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iştirakı ilə

Əmək münasibətləri zamanı qarşıya çıxan hüquq pozmaları”



mövzusunda keçirilən Dəyirmi Masanın yekunu olaraq verilən tövsiyyələr 06.12.2011




Mövcud vəziyyət

Analiz




Maddə Əmək Məcəlləsinin 5 maddəsinə (Faydalanan şəxslər) əsasən:

5.0. Aşağıdakı şəxslər bu Qanuna əsasən faydalanan şəxs sayılırlar:

5.0.1. sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanlar;

5.0.2. sığorta hadisəsi nəticəsində sığorta olunanın öldüyü halda aşağıdakı şəxslər:

5.0.2.1. sığorta olunanın himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər;
5.0.2.2. sığorta olunanın ölümündən sonra doğulmuş uşağı;
5.0.2.3. sığorta olunanın himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna ehtiyacı olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və əmək qabiliyyətindən asılı olmayaraq işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü;

5.0.2.4. sığorta olunanın himayəsində olmuş və onun ölümündən sonra beş il ərzində əmək qabiliyyətini itirmiş şəxslər.



Bu maddə əsas verir ki, İstehsalatda bədbəxt hadisələr nəticəsində vəfat etmiş işçinin ailə üzvlərinə sığorta pulu ödənilməsin. Baxmayaraq ki, işçi əmək qabliyyətini itirdiyi və əlillik qrupu aldığı halda sığrta ödənişləri ala bilir.





Tövsiyyə edirik ki,

bu qanuna əlavələr edilməlidir: qanununun 5-ci maddəsində göstərilən hallardan başqa, işdə vəfat etmiş şəxsin ailə üzvlərinə əmək haqqının ən azı 10 illik faizi məbləğində birdəfəlik sığorta haqqı ödənilməlidir.




Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsi.

Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Bu bənd imkan verir ki, işəgötürən bütün işçilərlə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda 1, 2, 3, 6 və sair, ən çox halda isə 1 il müddətinə əmək müqaviləsi bağlasın.




Tövsiyyə edirik ki,

əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla hissəsi Əmək Məcəlləsindən çıxarılmalıdır.




AR Əm-in 132-ci maddəsində əmək məzuniyyətinə hüquq verən əmək staji hesablanarkən nəzərə alınan və alınmayan dövrlər təsbit edilmişdir.

Lakin işçinin xahişi ilə verilən ödənişsiz məzuniyyətlərin əmək məzuniyyətinə hüquq verən əmək stajina daxil edilməsi barədəqüvvədə olan AR ƏM-də konkret norma yoxdur və bu məsələ açıq qalmışdır. Ona görə də bu boşluğun doldurulması olduqca vacibdir.






Tövsiyyə edirik ki,

həmin maddəyə belə bir bənd əlavə edilməlidir ki, işçininxahişi ilə bit təqvim ayından artıq olmayan müddətə verilən ödənişsiz məzuniyyətlər əmək məzuniyyətinə hüquq verən əmək stajina daxil edir.




AR ƏM-in “Əmək və icra intizamına əməl edilməsinə görə fərqlənmiş şəxslərin mükafatlarındırılması” adlanan 185-ci maddəsi uğurlu ifadə olunmamışdır.

Birinci, söhbət həvəsləndirmədən getdiyi halda “mükafatlandırma” termininin burada işlədilməsi düzgün deyil. Bu termin əmək haqqının, əməyin ödənilməsi ilə bağlı münasibətlərdə işçinin sərf ediyi əmək səylətinin ekvivalenti kimi tətbiq oluna bilər. Ikincisi, göstərilən maddədə əmək və icra intizamından söz açılaraq göstərilir ki, işçi müəssisidaxili intizam qaydalarına əmək edilməsinə görə mükafatlandırıla bilər.





Tövsiyyə edirik ki,

ƏM-in 185-ci maddəsinin belə redaksiyası tam aydın deyildir, çünki həmin maddədən belə bir nəticə çıxır ki, işçi müəssisidaxili intizam qaydalarına əmək etdiyinə görə həvəsləndirilməlidir.




AR ƏM-in 185-ci maddəsində təsbit olunmuş həvəsləndirilmə tədbirlərinin siyahısı qəti deyil, hərçənd təəsüf ki, həmin maddə belə bir qyd-şərt təsbit etmir.

Belə ki, həvəsləndirilmə tədbirlərinə AR ƏM-in 12- ci maddəsində təsbit olunmuş işəgötürənin müvafiq vəzifələrinə işçilərin işgüzar keyfiyyətlərinə,onların işinin nəticələrinə, peşekarlıq səviyyəsinə müvafiq surətdə irəli çəkmək hüququ haqqında xüsusi bir bəndi də əlavə etmək zəruridir.




Tövsiyyə edirik ki,

AR ƏM-in 185-ci maddəsində aşagıdaki məzmunda ikinci hissənin əlavə edilməsini məqsədə müvafiq hesab edirik: “müəssisidaxili intizam qaydalarında, intizam nizamnamələrində və əsasnamələrində başqa həvəsləndirilmə tədbirləri də nəzərdə tutula bilər ”.




АР ЯМ-ин 182-ъи маддя Müəssisədaxili intizam qaydaları

1. Müəssisələrdə əmək müqavilələri, habelə bağlanmış kollektiv müqavilələr üzrə tərəflərin öhdəliklərinin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, əmək qanunvericiliyinin tələblərinin gözlənilməsi və əmək intizamının təmin olunması məqsədi ilə müəssisədaxili intizam qaydaları qəbul edilə bilər.

2. Müəssisələr birliyinin nizamnaməsində nəzərdə tutulmuş hallarda müəssisədaxili intizam qaydaları birliyin müvafiq icra orqanı tərəfindən həmin birliyə daxil olan müəssisələr üçün də qəbul edilə bilər.

3. Müəssisədaxili intizam qaydaları bu Məcəlləyə, habelə əmək qanunvericiliyi üzrə digər normativ hüquqi aktlara uyğun tərtib edilməlidir. Bu normativ hüquqi aktlara zidd olan müəssisədaxili intizam qaydalarının müvafiq müddəaları və onların tətbiqinin hüquqi nəticələri etibarsız hesab edilir.




АР ЯМ-ин 182-ъи маддя “Müəssisədaxili intizam qaydaları” adlandırılmasına baxmayaraq bu maddədə

müəssisidaxili intizam qaydalarına leqal anlayış verilmişdir, yalnız onun hansı məqsədlərlə qəbul edilməsi həmin maddənin birinci hissəsində təsbit olunmuşdur.






Tövsiyyə edirik ki,

AR ƏM-in 185-ci maddəsinə aşagıdaki məzmunda əlavənin edilməsini məqsədəuyğun hesab edirik: Müəssisədaxili intizam qaydaları-həm işçilər, həm də işəgötürən üçün məcburi olan əmək davranışı normalarını təsbit edən, işçilərin işə qəbulu və işdən çıxarılması qaydasının, işçinin və işəgötürən əsas hüquq və vəzifələrinin, iş vaxtının, ondan istifadənin və onun uçotunun, məzuniyyətlərin verilməsi qaydası, işdə müvəffəqiyyətlərə görə məsuliyyətin müəyyən olunduğu lokal normativ-hüquqi aktdır.




AR ƏM-in 186-ci maddəsinin ikinci hissəsində deyilir ki, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə,bu məcələnin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxii intizam qaydaları pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmə verək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutlmuşdursa, aylıq əmək haqqının ¼- i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək (1, s.160-161).

AR ƏM-in 190-ci maddəsinin birinci hissəsinə əsasən intizam tənbehi verdiyi gündən altı ay müddətində qüvvədə olur (1, s.163). Bu həm intizam tənbehi tədbiri kimi, həm də işəgötürən tərəfindən əmək müqaviləsinin xitam edilməsinin əsası kimi nəzərdə tutulmuşdur. Əgər işçi ilə əmək müqaviləsi AR ƏM-in 70-ci maddəsinin “ç” bəndi ilə xitam edilmişdirsə (bu həm də AR ƏM-in 186-ci maddəsinin ikinci hissəsinə əsasən intizam tənbehi tədbiridir) AR ƏM-in 190-ci maddəsinin birinci hissəsinə əsasən bu tənbeh tədbiri altı aydan sonra qüvvəsi itirdiyi üçün işəgötürənin təşəbbüsü iləəmək müqaviləsi AR ƏM-in 70-ci maddəsinin “ç” bəndi ilə xitam edilmiş işçi əvvəlki işinə bərpa olunmalıdır. Bu isə göründüyü kimi AR ƏM-in 186-ci maddəsinin ikinci hissəsinin ç” bəndinin məcəllədən çıxarılmasını şərtləndirir.




Hesab edirik ki,

AR ƏM-in 186-ci maddəsinin “ç” bəndi intizam tənbehləri siyasından çıxarılmalıdır.




Əmək məcəlləsinin 47-ci maddəsinin F bəndinə əsasən, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə olunmalıdır.

Əmək məcəlləsinin 47-ci maddəsinin F bəndi 2009-cu ildə qəbul edilmişdir.Bu maddənin F bəndinə əsasən tərəflərin razılığı ilə İşəgötürənlə işçi arasında müvəqqəti əmək müqaviləsi bağlana bilər.Bu maddə əmək məcəlləsinin 35 maddəsinə ziddir.Əmək məcəlləsinin 35ci maddəsinə əsasən işçilərlə müvəqqəti əmək müqaviləsi bağlanması qadağandır.Əmək məcəlləsinin 47 maddəsinin F bəndindən işəgötürən tərəf sui istifadə edir içiləri istədiyi vaxt və heç bir səbəb olmadan işdən çıxarır.Bu47ci maddənin F bəndi sanki məcburi əmək müqaviləsi sayılır.Çünki işəgötürən tərəf işçiyə yalnız bu müqaviləni təklif edir ,işçi isə işsiz qalmamaq üçün məcburi şəkildə bu müqavilənin bağlanması ilə razılaşır.İşə götürənlər isə işçiləri istədikləri vaxt kütləvi surətdə işdən çıxarır.




Tovsiyyə edirik ki,

Əmək məcəlləsindən 47-ci maddəsi F bəndi çıxarılsın.




Dövlət Qulluğu Haqqında Qanunun 30.2. maddəsinə görə “Qulluq üçün zəruri olduqda dövlət orqanının rəhbəri müstəsna hallarda iş vaxtını ayda əvəzi ödənilmədən 5 saata qədər artıra bilər.”


Qanunun bu müddəası işəgötürənə imkan verir ki, il ərzində dövlət qulluqçusunu haqqı ödənilmədən 60 saata qədər (bir yarım iş həftəsi) işlərə cəlb etsin. Bu isə ölkə Konstitusiyasının 35 maddəsinin 3-cü və 37-ci maddəsinin 2-ci hissəsinə uyğun gəlmir.





Tövsiyyə edirik ki,

Qanunda olan belə müddəanın mövcudluğu məcburi əməyin tətbiqinə şərait yaratmaması üçün münasib dəyişikliklər olunsun.













Əmək miqrasiyası haqqında Azərbaycan Respublikası qanununun 4-cü maddəsinə görə, 18 yaşına çatmış əmək qabiliyyətli hər bir əcnəbi haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün Azərbaycan Respublikasına gələ bilər.

Əcnəbilərin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün əsas şərtlər iş yerinin tələblərinə cavab verən peşə hazırlığına və ixtisasa malik Azərbaycan Respublikası vətəndaşının iddia etmədiyi boş iş yerlərinin mövcudluğundan, məşğulluq xidməti orqanlarının işəgötürənlərin işçi qüvvəsinə olan ehtiyaclarını yerli əmək ehtiyatları hesabına təmin etmək imkanının olmamasından ibarətdir.




Tövsiyyə edirik ki,

bu maddənin 2-ci hissəsi aşağıdakı formada olsun: Əcnəbilərin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün əsas şərtlər iş yerinin tələblərinə cavab verən peşə hazırlığına və ixtisasa malik Azərbaycan Respublikası vətəndaşının iddia etmədiyi boş iş yerlərinin mövcudluğundan, məşğulluq xidməti orqanlarının işəgötürənlərin işçi qüvvəsinə olan ehtiyaclarını yerli əmək ehtiyatları hesabına təmin etmək imkanının olmamasından və eyni zamanda rəsmi dövlət qəzetlərində verilən elan nəticəsində həmin iş yerinə təlabatın təmin edilməməsindən ibarətdir.




10.Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin iştirakı ilə

Daşınmaz Əmlakın qeydiyyatında şəffaflığın təminatı

mövzusunda keçirilən Dəyirmi Masanın yekunu olaraq verilən tövsiyyələr 10.04.2012




Mövcud vəziyyət

Analiz




Torpaq sahələri, yertəki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Mülki Məcəllə.135.4

AR Mülki Məcəllənin və dаşınmаz əmlаkа dаir digər qаnunvеricilik аktlаrının tətbiqi təcrübəsi göstərdi ki, AR Mülki Məcəllənin 135.4-cu mаddəsində göstərilən оbyеktlərin bəziləri (mеşələr, çохillik əkmələr və аyrıcа su оbyеktləri) dаşınmаz əmlаk mеyаrınа cаvаb vеrmir.




Tövsiyyə edirik ki,

1-AR Mülki Məcəllənin 135.4-cu mаddəsində əksini tаpmış dаşınmаz əmlаk оbyеktləri siyаhısındаn mеşələr, çохillik əkmələr və аyrıcа su оbyеktlərinin аdlаrının çıхаrılmаsı məqsədə uyğundur. Hər üç hаldа dаşınmаz əşyаlаrа mеşələrin, çохillik əkmələrin və su оbyеktlərinin özləri dеyil, əksinə оnlаrın yеrləşdikləri ərаzilər, tоrpаq sаhələri аid еdilir. Bu səbəbdən də onların аdının göstərilən mаddədən çıхаrılmаsı məqsədə müvаfiq оlаrdı. 2-Eyni zamanda bu siyаhını bir sırа оbyеktlərlə tаmаmlаmаq da mümkündür




Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun Dövlət Reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə Dövlət Reyestrinə məlumat verməlidir. Mülki Məcəllə. 178.1.Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın Dövlət Reyestrində qeydə alındığı andan əmələ gəlir. Mülki Məcəllə.178.2.


Mülki məcəllədə bu müddəaların olması praktikada çox saylı problemlərə və mülkiyyət hüquqlarının ciddi şəkildə pozulmasına gətirib çıxarır. Belə ki, bir sıra dövlət orqanları və ya dövlət satınalmalarında iştirak etməklə investisiya layihələri həyata keçirən təsərrüfat subyektləri ayrı-ayrı fiziki və hüquq şəxslərə məxsus olan, lakin Dövlət Reyestrində qeydiyyatda olmayan əmlakın süni surətdə qanunsuz elan olunmasına gətirib çıxarır. Bu maddələrin mənasından belə çıxır ki, əgər daşınmaz əmlaka dair Dövlət Reystrindən çıxarış yoxdursa, o qanuni deyildir.




Tövsiyyə edirik ki,

Mülki Məcəllədəki bu maddələrə yenidən dəyişiklik edilməlidir. Qanunvericilik yalnız Daşınmaz Əmlak üzərində hüquqların həyata keçirilməsi ilə bağlı əqdlərin bağlanması zamanı Reyestrə daxil edilməninin şərt kimi qoyulmasını ehtiva etməlidir.




Mülki Məcəllənin 256-cı maddəsi Servitutun qeydə alınması ilə bağlıdır. Maddədə göstərilir ki, servitutun verilməsi üçün daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zəruridir. Servitutun əldə edilməsi və qeydə alınması üçün torpağa mülkiyyət haqqında müddəalar qüvvədədir. Servitut verilməsinə dair müqavilə notariat qaydasında təsdiqləndikdə etibarlıdır.

Ölkədə xüsusi mülkiyyətdə olan on minlərlə torpaq sahəsi və digər daşınmaz əmlak yüklü edilməsinə baxmayaraq, servitutun verilməsinə dair notariat qaydasında müqavilələrin təsdiqlənməsi və onların Dövlət Reyestrində qeydiyyatı həyata keçirilmir. Bu isə praktikada çoxsaylı mülkiyyət hüquqlarının pozulmasına gətirir.




Tövsiyyə edirik ki,

Üzərinə məhdudiyyət qoyulmuş daşınmaz əmlakın yüklülüyünə dair müvafiq qeydiyyatın aparılması üçün müvafiq invertarizasiyanın aparılması, notariat qaydada təsdiqlənməsi nəzarətin artırılması tövsiyyə olunur.




Mövcud şəraitdə bаzаr subyеktləri tərəfindən öz funksiyаlаrının həyаtа kеçirilməsi imkаnlаrı məhduddur. Əmlak bazarı iştirakçıları ilə bağlı qanunvericilik təkmil deyil.


Аzərbаycаnın dаşınmаz əmlаk bаzаrındа hаzırdа bir çох pеşəkаr iştirаkçılаr fəаliyyət göstərir. Оnlаrın fəаliyyətinin hüquqi tənzimlənməsinə еhtiyаc vаr. İlk növbədə söhbət riеltеr (dаşınmаz əmlаk аgеnti) qiymətləndiricilər, mеmаrlаr, аrхitеktоrlаr, mühəndislər, dizаynеrlərdən və s. gеdir. Həmin fəаliyyətlə məşğul оlаn şəхslər dаşınmаz əmlаkın lаhiyələndirilməsi, dizаynı, qiymətləndirilməsi, аlqı-sаtqısı, dəyişdirilməsi, rеntаsı, lizinqi, icаrəsi, istifаdəsi, hаbеlə digər əşyа hüquqlаrının həyаtа kеçirilməsi və məhdudlаşdırılmаsındа iştirаk еdirlər. Оnlаrın həyаtа kеçirdiyi bu хidmətlər sаhibkаrlıq fəаliyyətini əhаtə еtməsinə bахmаyаrаq, müştərilərə göstərdiyi хidmətə görə həmin subyеktlərin hüquqi vəziyyətini müəyyənləşdirən kоnkrеt nоrmаtiv аktlаr yохdur. Bu isə оnlаrа müştərilərə münаsibətdə göstərdiyi хidmətə görə tаm sərbəstlik vеrir.




Tövsiyyə edirik ki,

Dövlət оrqаnlаrının hüquqi və fiziki şəхslərə göstərdiyi bir çох хidmətlərin, həmçinin hаzırdа dаşınmаz əmlаk bаzаrındа yuхаrıdа göstərilən хidmətləri həyаtа kеçirən şəхslərin fəаliyyətini tənzimləmək üçün “Riеltеr fəаliyyəti hаqqındа” (dаşınmаz əmlаk bаzаrı аgеntləri hаqqındа) qаnunun qəbulu və bir sırа digər qаnunvеricilik аktlаrındа dəyişikliklərin еdilməsi bu sаhədə mövcud оlаn bоşluqlаrın аrаdаn qаldırılmаsınа və dаşınmаz əmlаk bаzаrındа sivil münаsibətlərin inkişаfınа yаrdım еtmiş оlаr. Həmin qаnunlаrdа və dəyişikliklərdə bu fəаliyyətlərin hüdudlаrı, prinsipləri, fəаliyyəti həyаtа kеçirən şəхslərin hüquq və vəzifələri, məsuliyyəti müəyyən еdilməlidir.




11.Azərbaycan Respublikası Ədliyyə Nazirliyin iştirakı ilə

Notariat xidməti: problemlər və islahatlar mövzusunda keçirilən Dəyirmi Masanın yekunu olaraq verilən tövsiyyələr 26.04.2012




Mövcud vəziyyət

Analiz



1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə