Referat Giriş I fəsil. Dünya təsərrüfat sisteminin inkişafında birbaşa xarici investisiyaların əhəmiyyəti




Yüklə 0.71 Mb.
səhifə6/6
tarix22.02.2016
ölçüsü0.71 Mb.
1   2   3   4   5   6

cədvəl 10

Azərbaycanda birgə müəssisə (BM) xarici kapitalın miqdarı.

(1991.01.01)



Ölkə

BM sayı

Nizamna-mə fondu (mln. man)

Azərbayca-nın payı

Xarici part-nyorların payı

mln. man.

%

mln. man.

%

ABŞ


40

93589

47666

50,9

45923

49,1

Israil

10

23000

11408

49,6

11592

50,4

Almaniya

39

15675

10221

65,2

5450

34,8

Türkiyə

392

15394

6151

40

9244

60

Rusiya

74

3848

1859

48,3

1989

51,7

Gürcüstan

7

3105

1261

40,6

1845

59,4

Iran

208

1930

727

37,7

1203

62,3

B.Britaniya

17

796

381

47,8

415

52,2

Niderland

4

451

270

59,9

181

40,1

Finlandiya

1

450

221

49,0

230

51,0

Çin

7

120

59

49,4

61

50,6

Qırğıstan

1

54

37

66

18

34

Isveçrə

14

51

26

51,2

25

48,8

Italiya

1

1,247

0,9

72

0,35

28,0

digər ölkələr

103

…….

…….

……

……..

……

Cəmi

927

178497,43

90046,014

50,4

88452,418

49,6

Ümumdünya 1999-cu il də daxil olmaqla Respublikada yaradılmış birgə müəssisələr aşağıdakı göstəricələrlə xarakterizə olunur: ümumi sayı – 1247; nizamnamə kapitalı – 156,2 mln. doll; xarici investisiyalar – 81,5 mln. doll. Xarici investisiyaların sahə strukturuna diqqət yetirdikdə, aydın olur ki, birgə müəssisələrə kapital qoyuluşlarının 31%-i neft və neftkimya sənayesinə qoyulmuşdur, belə ki, 1999-cü ildə uyğun sahələrə kapital qoyuluşları 38,8% və 30,0% təşkil etmişdir. Tikinti, kommunikasiya və nəqliyyat sahələrinə isə ümumi investisiyaların cəmi 13%-i cəlb edilmişdir. Bu tendensiya iri neft kontraktlarının bağlanması ilə daha da artır. Istehlak mallara istehsalına yatırılmış investisiyaların çəkisi isə 10%-ə bərabərdir. Lakin son zamanlar bə’zi müsbət meyllər nəzərə çarpır. Belə ki, 1998-ci ilin əvvəlinə birgə müəssisələrin 44,3%-i xalq istehlakı mallara istehsalı, 12,3%-i k/t məhsulları istehsalı, 9,2%-i tikinti materialları, 2,7-i maşınqayırma və metallurgiya, 2,5%-i səhiyyə və farmaçevt sənayesində, 1%-i isə turist xidmətləri istehsalı sferasında fəaliyyət göstərirdilər. 1999-cu ildə birgə müəssisələrin ümumi istehsal və xidmətlər həcmi 560,8 mln. doll. olmuşdur ki, burada sənaye sahələrinin payı-236,3% mln. doll. (42,1%), tikinti-131,9 mln. doll. (23,5%), nəqliyyat-99,5 mln. doll. (17,7%), ticarət və xidmətlər-66,5 mln. doll. (11,8%) təşkil etmişdir. Lakin qeyd olunmalıdır ki, birgə müəssisələrin Azərbaycan iqtisadiyyatında xüsusi çəkisi nəzərə çarpacaq dərəcədə azdır, belə ki, onlar Respublikanın ümumi sənaye məhsullarının 2,4%-nə, məşğul əhalinin isə 2%-nə malikdir. 1999-cu ildə birgə müəssisələrin ümumixrac və ümumidxalda xüsusi çəkiləri 1,8% və 6,7% olmuşdur: həmin müəssisələrdə istehsal olunmuş 17,2 mln. dollarlıq isə idxal edilmişdir, saldo isə 46 mln. doll. təşkil etmişdir. Bu faktlar Azərbaycanda xarici birgə müəssisələrin hələ də az təşəkkül tapmasından xəbər verir, həmçinin milli iqtisadiyyat çərçivəsində də bu müəssisələrin aktiv fəaliyyət göstərmələri üçün bütün sahələrdə müvafiq tədbirlər görülməlidir.


cədvəl 10

Azərbaycanda birgə müəssisələrin inkişaf dinamikası (mln. doll. ABŞ)



Iqtisadiyyat sahələri

1993

1995

1999

1999-da 1993-ə nisbətən, %-lə

Miqdar (ədəd)

Istehsal həcmi

Miqdar (ədəd)

Istehsal həcmi

Miqdar (ədəd)

Istehsal həcmi

Miqdar (+;-)

Istehsal həcmi (+;-)

Sənaye


38

0,24

65

13,4

365

236,3

327

263,03

Tikinti

-

-

12

3,1

100

131,9

100

131,9

Nəqliyyat

4

0

5

1,3

83

99,5

79

99,5

Rabitə

2

0

3

0,02

81

8,9

79

8,9

Ticarət və xidmət

27

0,03

166

53,3

400

66,5

73

66,2

digər

3

0,24

42

6,8

218

17,7

215

16,46

Cəmi

74

5,1

293

76,62

1247

560,8

1173

555,7

1994-1997-ci illərdə dünyanın 15 ölkəsinin 33 iri neft şirkətləri ilə 10 kontrakt, 1998-1999-cu illərdə isə 9 kontrakt imzalanması ilə ölkəyə böyük miqdarda xarici investisiya cəlb edilmişdir. Bu kontraktlardan 1994-cü ildə 12-14 mlrd. dollarlıq 30 il müddətinə bağlanılmış «Əsrin kontraktı» xüsusilə nəzərə çarpır. Respublikada investisiya iqliminin müəyyən əlverişsiz tərəflərinin mövcudluğuna baxmayaraq ölkəyə investisiya axını artmaqdadır. Britaniya konsaltinq şirkəti olan MAI –nin hesablarına görə 2020-2030-cu illərə qədər Azərbaycanda xarici investisiyanın həcmi 50-60 mlrd. dollara çatmışdır.

«Əsrin kontraktı» Azərbaycanın Xəzər sektorunda neft yatağının («Azəri», «Çıraq», «Günəşli») birgə istifadəsini nəzərdə tutur. Müqavilə dünyanın 8 ölkəsinin 12 şirkəti ilə imzalanmışdır: «Amoso» (ABŞ)-17,01%; «BR» (B. Britaniya)-17,13%; «Lukoil» (Rusiya)-10%; «Statoil» (Norveç)-8,56%; «Turkish Petrolium» (Turkiyə)-6,75%; «Unokl» (ABŞ)-9,52%; «Itochu Co» (Yaponiya)-7,45% («McDermant» şirkəti aksiyalarının bir hissəsini 1996-cı ildə «Hotchu Co» şirkətinə satmışdır); «Ramco» (B. Britaniya)-2,08%; «Delta» (S. Ərəbistanı)-1,68%; «Penzoil» (ABŞ)-4,81%; «Exon» (ABŞ)-5% və ARDNŞ-10% paya malikdir.

Müqavilənin dəyəri 14 mlrl. dollardır. Bütün investisiyaların 80%-i isə xarici şirkətlər tərəfindən həyata keçiriləcək. 30 il müddətinə neftdən gələn ümumi gəlir 157,6 mlrd. dollar, o cümlədən Azərbaycanın gəliri isə 81,7 mlrd. dollar olacaqdır. Ilk neft müqaviləsinin həyata keçirilməsi ilə əlaqədar olaraq Neft Konsorsiumu 1995-1996-cı illərdə 700 mln. doll. ayırmışdır.

1995-ci ildə imzalanmış «Qarabağ» yatağı üzrə cəlb ediləcək investisiya-1,7 mlrd.doll.,1996-cı ildə imzalanmış «Şahdəniz» yatağı üzrə-4 mlrd.doll., «Dan Ulduzu» və «Əşrəfi» yataqları üzrə-2 mlrd doll., 1997-ci ildə imzalanmış «Lənkəran/Talış dəniz» yatağı üzrə-1,5-2 mlrd. doll. «Yalama» yatağı üzrə-3,5 mlrd.doll., «Oğuz» yatağı üzrə-2-3 mlrd.doll., «Kürdaşı» yatağı üzrə isə 2,5 mlrd.doll. təşkil edəcəkdir.

Bütövlükdə «Əsrin kontraktı» imzalandıqdan sonra Azərbaycanın enerji yataqlarının işlənməsində iştirak edən ölkələrin sayı artmış və hazırda 15 kontraktda 14 ölkənin 28 şirkəti iştirak edir.

Cədvəl 11

Bağlanmış kontraktlar üzrə neft hasilatı və investisiya göstəriciləri.




Yatağın adı

Neft hasilatı həcmi (mln.ton)

Faktiki hasilat

Inves

Tisiya (mlrd.doll.ABŞ)



Faktiki yatırılmış

Azərbaycanın payı

1

“Azəri”, “Çıraq”, “Günəşli”

600

4,1

12,0

2,108

10

2

“Qarabağ”

80-150

___

1,7-2,0

0,120

10

3

“Şahdəniz”

100

___

4,0

0,400

10

4

“Əşrəfi”, “Dan Ulduzu”

100-150

___

1,5-2,0

64,5

20

5

“Lənkəran-dəniz” “Talış dəniz”

100




1,5-2,0

36,6

15

6

“Yalama”

100

-

1,5-2,0

4,5

40

7

“Naxçıvan”

75-100

-

5,0

22,5

50

8

“Abşeron”

150-300

-

3-3,5

1,6

50




digərləri














Cəmi

2330-3095

4,1

54,8-61,3

3600

37,6


Mənbə: ARDNŞ

Respublikada iri həcmli kontraktların imzalanması dünyanın iri şirkətləri-TMK-ın ölkəyə artan maraqlarının da əks etdirir. Milli iqtisadiyyat artıq TMK-ın ölkədə filiallarının yaradılması ilə xarici birbaşa investisiyaların axını ilə qarşılaşmaqdadır. Cəlvəl 9-dən göründüyü kimi birgə müəssisələrə və xarici kompaniya filiallarına yatırılan birbaşa investisiyaların həcmi göstərilən periodda 75 dəfə artaraq 1119,2 mln. dollara çatmışdır ki, bu da milli iqtisadiyyatda investisiya aktivliyinin artdığını göstərir.

Azərbaycana xarici investisiya qoyuluşları aktiv olaraq 1994-cü ildən sonra – siyasi sabitliyin yaradılması, atəşkəs rejiminin tətbiqi ilə bişlanmışdır. Əgər 1991-1994-cü illər ərzində ölkəyə cəmi 150 mln. doll. investisiya qoyulmuşsa, son bir neçə ildə onun həcmi 9,8 dəfə artaraq 1742 mln. dollara çatmışdır. Bu investisiyaların əksər hissəsi bilavasitə istehsal sferasına yatırılmışdır. 1995-ci ildə isə xarici investisiyaların koordinasiyası və layihələrin hazırlanmasına texniki kömək üzrə Milli Agentlik yaradılmışdır.

Malik olduğu zəngin mineral resurs ehtiyatlarına görə 1997-1999-cu illərdə Respublikaya 1 mlrd. dollardan çox xarici investisiya cəlb edilmişdir. Yalnız 1998-ci ildə ölkə iqtisadiyyatına 1,5 mlrd. dollar xarici birbaşa investisiya qoyulmuşdur ki, əhalinin adam başına 187 dollar investisiya düşür. Bu göstərici 1994-cü illə müqayisədə 94 dəfə artmışdır. Adam başına düşən orta investisiya göstəricisinə görə Azərbaycan keçid iqtisadiyyatını ölkələr içərisində ilk yerlirindən birini tutur. (Cədvəl 12). Müqayisə üçün göstərək ki, Rusiyada bu göstərici-70 dollar, Polşada-140 dollar, Ukraynada-60 dollar təşkil edir.

Ölkə iqtisadiyyatına qoyulan daxili investisiyaların həcmi 1999-cu il istisna olmaqla kiçikdir. Belə ki, 1993-cü ildən 1999-cu ilə qədər daxili investisiyaların həcmi uyğun olaraq 245; 153; 169; 312; 387; 431 və 1062 mln. dollar olmuşdur ki, 1993-1999-cu illər ərzində ümumilikdə 2759 mln. dollar təşkil etmişdir. Daxili investisiyaların strukturuna diqqət yetirdikdə neft sektoruna daha çox kapital qoyulması aydın olur-1086 mln. dollar. Ümumilikdə sənaye sektoruna 1432 mln. dollar investisiya yatırılıb ki, bunun da 340 mln. dolları tikinti, 281 mln. doll. nəqliyyat və rabitə sahəsinə qoyulmuşdur.

Tədqiqatlar göstərir ki, Azərbaycana gələn xarici kapital əsasən birbaşa xüsusi investisiyalar formasındadır. 1994-1999-cu illərdə iqtisadiyyatı yatırılmış ümumi investisiyaların (5016, 2 mln. doll.) 84,7%-i birbaşa xarici investisiyadır. (4248,1 mln. doll.)


Diaqram9


Azərbaycan iqtisadiyyatına qoyulmuş ümumi investisiyalar tərkibində birbaşa investisiyaların xüsusi çəkisi

(mln. doll. ABŞ).




Birbaşa investisiyaların ümumi tərkibində qeyri-kredit investisiyalar. 78,3% (3927,8 mln. doll.) təşkil edir ki, bunlar da birbaşa investorlar tərəfindən konkret müəssisələrə qoyulmuşdur. Bu investorlar müəssisənin yaradılmasından hazır məhsulun istehsalının təşkil olunmasına qədər bütün istehsal prosesində birbaşa iştirak edir.

Qeyd edək ki, 2000-ci ildə Azərbaycana 952 mln. doll. xarici investisiya yatırılmışdır ki, bu isə ötən illərə nisbətən azdır. 2000-ci ildə iqtisadiyyatımıza yatırılan investisiyaların 574 mln. doll. neft sektoruna yönəldilmişdir. (60%)

1994-1999-cu illərdə ölkəyə yatırılmış birbaşa investisiyaları sahə strukturuna fikir versək yenə də yanacaq-energetika kompleksinin dominantlığını görərik. Bu isə digər sahələrinin investisiya iqlimlərinin qeyri-əlverişliyi ilə izah olunur. Cədvəl 12-dən göründüyü kimi qeyri-neft sektoruna qoyulan birbaşa investisiyalara həcmi 1132,2 mln. doll. olmaqla neft sektoruna nisbətən 2,5 dəfə aşağıdır. 5 il ərzində ölkə iqtisadiyyatında yatırılan investisiyaların 7,8%-i nəqliyyat sahəsinə; 4,1%-i komunikasiyaya; 7,8%-i tikinti sənayesinə; 3%-i isə ASK və digər sahələrə də yüksəlmişdir.

Azərbaycan iqtisadiyyatının müasir şəraitindən istehsal prosesini təkmilləşdirmək, yeni texnologiya tətbiq etmək üçün ölkənin xarici investisiyalara tələbatı böyükdür. Bu səbəbdən də investisiya siyasətinin hazırlanması və optimal tətbiqi zəruridir. Xarici investisiyanın cəlb edilməsində dövlətin rolu danılmazdır, belə ki, investisiyaların iqtisadiyyatı sahələri arasında optimal bölüşdürülməsi vacibdir.

Azərbaycan Respublikasının iqtisadiyyatına ən çox investisiya yatıran ölkə ABŞ-dır, son üç il ərzində ABŞ tərəfindən qoyulan investisiya ümumi investisiyanın tərkibində təxminən 33% paya malik olmuşdur. 1999-cu ildə bu ölkədən Respublikamıza 1100,8 mln. doll. kapital qoyulmuşdur ki, bu da əsasən ABŞ kompaniyalarının Azərbaycanda olan neft maraqları ilə əlaqədardır. Digər ən böyük investor ölkələr Türkiyə və Böyük Britaniyadır. 90-cı illərdə bu ölkələrdən yatırılan birbaşa investisiyaların xüsusi çəkisi 30% təşkil etmişdir.

Cədvəl 12.

Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların dinamikası və strukturu. (mln. doll.)



Göçtəricilər

1994

1995

1996

1997

1998

1999

1994-1999

I Xarici investisiyalar cəmi:

15,0

375,2

620,6

1370,3

1472,0

1091,1

5016,2

bunlardan:

1 struktur dəyişikliklərə investisiyalar



-

157,5

80,4

152,0

42,0

-

431,9

2 birbaşa investisiyalar

15,0

217,7

540,2

1155,3

1430

754,9

4248,1

bunlardan:

a)kredit investisiyalar



114,0

62,9

21,1

44,3

78,0

336,2

656,5

b) qeyri-kredit invest.

36,0

154,8

519,1

1111,0

1352,0

754,9

3927,8

bunlardan:

neft sektoruna, cəmi



22,0

139,8

417,3

780,1

891,8

544,5

2795,5

həmçinin:

a) ABƏŞ


b)digər neft kontraktları

-

22


139,8

-


416,3

1,0


632,1

148


598

296


322,9

221,6


2108,9

686,6


digər sahələrə

14,0

15,0

101,8

330,9

460,2

210,4

1132,3

II birbaşa investisiyala-rın sahə strukturu






















Sənaye

3,0

3,2

28,2

91,6

128,2

55,4

308,6

Tikinti

3,0

3,5

32,2

104,2

154

10,9

307,8

Nəqliyyat və kommunikasiya

2,0

2,0

6,5

21,2

37

94,7

163,4

Ticarət və xidmət

4,0

4,3

22,8

74,0

100

27,8

232,9

Digər sahələr

2,0

2,0

12,1

39,9

41

21,6

118,7

diaqram 10

1

994-1999-cu illər ərzində Azərbaycan iqtisadiyyatına yatırılmış birbaşa xarici investisiyaların ölkələr üzrə xüsusi çəkisi, %

Cədvəl13


Azərbaycan iqtisadiyyatına yatırılmış birbaşa xarici

investisiyaların ölkə üzrə bölgüsü. (mln. doll. ABŞ)






1994

1995

1996

1997

1998

1999

1994-999

Cəmi

150,6

218

540

1155

1430

755

4248

Türkiyə

40

52

73

188

204

103

660

ABŞ

61

208

383

416

166

1237

-

Böyük Britaniya

6

28

81

184

210

163

672

Almaniya

1

1

4

27

38

7

78

Rusiya

3

15

44

85

82

47

276

Italiya

-

-

-

13

15

38

66

Yaponiya

2

5

17

42

67

13

146

Fransa

1

-

-

14

17

44

76

Norveç

1

12

35

69

95

63

275

S.Ərəbistanı

2

2

7

12

15

6

44

BƏƏ

-

1

2

8

16

8

35

Isveçrə

1

1

4

20

20

15

61

Iran

0,6

1

1

9

41

24

76,6

Digərləri

90

39

64

101

194

240

728

Mənbə: Azərbaycan Iqtisadiyyat Nazirliyi.

Respublikada dövlət sektorunun getdikcə azalmasına baxmayaraq bu sektora orta müddətli kapital qoyuluşları üzrə proqram tətbiq olunmaqdadır. 1998-2000-ci illər üçün Azərbaycanda dövlət sektoruna orta müddətli investisiya proqramı (DSOIP) 1997-1999-cu illəri əhatə edən bir il öncəki uyğun proqram üzrə hazırlanmışdır. Proqramın hazırlanmasının bu metodu onun daha effektli olması üçün istifadə edir. 1996-cı ildə bu proqramı hazırlamış Ticarət Nazirliyinin hesablamalarına görə Azərbaycanın xarici investisiya tələbatı 12 mlrd. 296 mln. dollardır. Respublika Iqtisadiyyat Nazirliyinin hesablamalarına görə isə bu rəqəm 20 mlrd. dollara bərabərdir. Bu həcmdə investisiyaları ölkəyə cəlb edilməsində Azərbaycan dövlətinin qarşısında çox böyük vəzifələr durur, belə ki, əlverişli investisiya iqlimi imecinin formalaşması ölkə üçün çox vacibdir. Əlbəttə, iqtisadiyyatın inkişafı üçün daxili investisiyalardan daha səmərəli olardı, belə ki, ölkə daxilində böyük həcmdə milli kapital toplanmışdır və bunun da bir hissəsi hər il ölkədə bu və ya digər yollarla ixrac edilir. Mənim fikrimcə, əgər ölkədə toplanmış qeyri-leqal kapitala qanunvericilik maneəsi aradan qaldırılsa (Rusiya təcrübəsi), həmin kapitalın sahibləri öz ölkələri-Azərbaycan üçün mühüm və pltensial istehsallara çevrilə bilərlər.

MDB ölkələri arasında hazırda investisiya əməkdaşlığı üzrə aktiv əlaqələr qurulmaqdadır. (Cədvəl 14) Bu ölkələr uzun müddət qarşılıqlı asılılıq şəraitində mövcud olduqlarını nəzərə alaraq bu sahədə müsbət meyllər yarada bilər ki, bu da regionda makroiqtisadi sabitliyə gətirmiş olar. Artıq MDB ölkələri arasında dövlətlərarası komitet (DIK) yaradılmış və ölkələr arasında ümumi investisiya məkanının yaradılması işi ilə məşğuldur. DIK-in investisiya sferasında əsas sənədi 1993-cü ildə Aşqabadda imzalanmış “Investisiya fəaliyyəti sferasında əməkdaşlıq” sazişidir. Lakin qeyd edək ki, MDB ölkələri arasında investisiya əməkdaşlığı o zaman müsbət effekt verə bilər ki, MDB tam inteqrasiya məkanına-birliyə çevrilsin, son zamanlar isə bə’zi əks proseslər müşahidə olunmaqdadır.

Xarici investisiyalarla xarici ticarət arasında olaq əlaqə mə’lumdur və bu əlaqənin xarakteri iqtisadiyyatın seçilmiş sektorundan asılıdır. Xammal sektorunda dünya praktikasından göründüyü kimi birbaşa xarici investisiyalar xarici ticarət axınına stimullaşdırıcı tə’sir göstərir. Məsələn, konkret, Azərbaycandan xammal axını-ixracı artır, TMK-ana ölkələrinin xammal üzrə importu isə artır. Son zamanlar Respublikamız ixracatın strukturunun onun ümumi həcmini artırmaqla dəyişmək istiqamətində tədbirlər həyata keçirir, belə ki, TMK-nın bütün digər üstünlüklərindən istifadə etməyə cəhd göstərərək e’maledici sənaye sahələrinin inkişafına çalışır.


Cədvəl 14


Postsosialist ölkələrə investisiya e’tibarlılıq göstəriciləri.

Yer

Ölkə

E’tibarlılıq göstəricisi

59

62

63



79

84

93



104

129


131

136


137

139

145


163

Latviya

Litva


Estoniya

Rusiya


Kazaxıstan

Özbəkistan

Moldova

Ukrayna


Belarusiya

Ermənistan

Tacikistan

Azərbaycan


Türkmənistan

Gürcüstan



57,71

56,66


56,54

49,74


45,91

39,41


36,31

29,69


29,10

25,62


25,61

25,11

24,60


17,04



Nəticə və təkliflər


Beynəlxalq təsərrüfatın inkişafının müasir dövrdə bilavasitə birbaşa xarici investisiyalar nəticəsində meydana çıxmış transmilli şirkətlərin beynəlxalq istehsal prosesində aktiv iştirakı nəticəsində kapital, əmək və digər resursların beynəlxalq miqrasiyasının payının artması ilə müşahidə edilən transmilliləşmə prosesinin miqyasları genişlənməkdə davam edir. Transmilliləşmə prosesində TMK-ların hakim mövqeyi və tə’sir dərəcəsi maliyyə, işçi qüvvəsi, texnologiya, xammal komponentlərlə təchizat, xidmət və satış sahələri kimi strateji mühüm sferalarda idarəetmə əməliyyatlarının konsentrasiyası ilə şərtləndirilir. Dünya iqtisadiyyatında TMK-ın transmilliləşmə prosesində rolunu müxtəlif siyasi-iqtisadi istehsal-ticarət, sahibkarlıq, sistem və makroiqtisadi aspektlərlə analiz etmək mümkündür. XXI əsrin astanasında transmilli kompaniyaların ümumilikdə dünya təsərrüfatı və qlobalizasiya prosesi ilə qarşılıqlı əlaqəsinin makroiqtisadi analizdə nəzərdən keçirilməsi mühüm əhəmiyyət kəsb edir.

Əmtəələrin xarici bazarlara çıxarılmasının geniş və həm də müxtəlif əlverişli üsulların mövcud olmasına baxmayaraq TMK-lar birbaşa xarici investisiyalara daha çox üstünlük verir. Bilavasitə xarici investisiyalarla bağlı olan TMK-larhazırda dünya ÜDM-nun 5/1 – 4/1 hissəsini «idarə edir», dünya ticarətinin isə 3/1 hissəsi firmadaxili ticarətin payına düşür. Bununla da transmilliləşmə prosesində TMK-lar dünya təsərrüfatının əsas tərkib hissəsinə çevrilir.

Hazırda bütün keçid iqtisadiyyatlı ölkələr kimi Azərbaycan da istehsalın iflic vəziyyətinə düşməsi, informasiya və digər problemlər qarşısında qalmışdır ki, onları da təkcə həll etmək Respublika üçün qeyri-mümkündür. Sadaladığımız səbəblərdən iqtisadiyyata milli kapital qoyuluşları kəskin şəkildə aşağı düşmüş və xarici investisiyaların cəlb edilməsi ilə bu vəziyyətdən çıxma şəraiti yaranmışdır.

Lakin bə’zi məsələləri araşdırdıqda aydın olur ki, Azərbaycan hökumətinin investisiyalarla bağlı iqtisadi siyasəti optimal deyil: belə ki, əsasən xarici birbaşa investisiyalara üstünlük verilməklə milli investisiya mənbələrinə cüz’i miqdarda istifadə edilir. Qeyd etsək ki, Azərbaycanın 1 mlrd. dollar həcmində valyuta ehtiyatları var, (bü məbləğin 360 mln. dolları neft fondunda saxlanılır) onda bu vəsaitlərin 70-80%-dən səmərəsiz istifadə edildiyini görərik (əmtəə, bu vəsaitlərin qalan hissəsi valyuta əməliyyatları ilə bağlı proseslər üçün ayrılmalıdır). Belə ki, bu vəsaitlərin bilavasitə istehsal prosesinə investisiya olunması, fikrimcə daha çox effekt verərdi.

Bir məsələyə də diqqət yetirək: aydındır ki, TMK-lar hər bir dövlətin «sağ əlidir», bu baxımdan Azərbaycanda da «böyük biznesi» yaradılması istiqamətində ilk addımların atılması ona artıq gəlib çatmışdır. Respublika hökuməti iri sahibkarlıq subyektlərinə münbit şərait yaratmaqla (həmçinin korrupsiyanın qarşısını almaqla) və onlara tam «dəstək» verməklə ölkədə TMK-ın yaranması üçün ilk addımlar ata bilər. Hazırda Azərbaycanda «böyük biznesin» yaradılması üçün aşağıdakı potensial sahələri mövcuddur:

I. Neft hasilatı və e’malı;

II. Neft sənayesi ilə bağlı olan kimya sənayesi;

III. Aqrobiznes.



Respublikada TMK-ın yaranmasında bir çox maneələr (bürokratik maneələr, korrupsiya, müharibə şəraiti, iqtisadiyyatın zəif olması və s.) mövcud olsa da, bə’zi müsbət cəhətlər var ki, bütün bunlar da Azərbaycan ölkəsinin gələcəkdə iri transmilli şirkətlərə məxsus olacağı haqqında optimist fikirləşməyə imkan verir

Ədəbiyyat siyahısı


  1. Доминик Салвадоре – «Международноя экономика», Москва-1999

  2. Авдокушин Е.Ф. – «Международные экономические отношение», Москва-1999

  3. Киреев А. – «Международная экономика» Москва-2000

  4. Под.ред.проф. Осьиовой и проф. Колесова – «Мировая экономика: экономика зарубежных стран», Москва-2000

  5. Булатов А.С. – «Мировая экономика», Москва-1999

  6. Рыбалкина - «Международные экономические отношение» Москва-2000.

  7. Ломакин В.К. – «Мировая экономика» Москва-1999

  8. Уилям Р. Шари, Гордон Дахили. Александр, Джерри В.Бейли – «Инвестиции», Москва-1999

  9. Гаджиев Ш. – «Азярбайджан на пути к мировому сообществу – стратегия внешнеэкономического развития», Киев-2000

  10. «World Investment Report 2000: Cross-border Mergers & Acquisitions and development», UN-2000

  11. «Доклад о мировых инвестициях, 2000: ПИИ и праблемы развития», UNCTAD

  12. “World Investment Report 2000: the challangeof development”, UN-2000

  13. “World Bank Annual Report”, WB-1999

  14. I.H.Alıyev, S.A.Ibadov – «Azərbaycan Iqtisadiyyatı», Bakı- 1998

  15. Просеси данным Госкоомстата Азярбайджана, «Азярбайджан в статистических показателях в 1999 г.», Баку-1999

Internet mənbələri


  1. Михали Шимаи, профессор, Венгрская Академия Наук – «Роль и влияние транснациональных корпораций в глобальных сдвигах в конце ХХ столетия», 1999

  2. Михали Шимаи, профессор, Венгрская Академия Наук – «Государство и транснациональные компании в процессе транснационализация», 2000

  3. «Financial Times» qəzeti, sentyabr, 2000 – aprel 2001 nömrələri. www.financialtimes.net

  4. www.yahoo.com-“global FDI inflows and outalows report”

“trancnational cjrporations and FDI”
1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə