Referat Giriş I fəsil. Dünya təsərrüfat sisteminin inkişafında birbaşa xarici investisiyaların əhəmiyyəti




Yüklə 0.71 Mb.
səhifə5/6
tarix22.02.2016
ölçüsü0.71 Mb.
1   2   3   4   5   6

Mənbə: www.FinancialTimes.net



II.3. Azərbaycan iqtisadiyyatının dünya təsərrüfatı sisteminə qovuşmasında birbaşa investisiyaların yeri.

Azərbaycan Respublikasının iqtisadiyyatı müasir şəraitdə dünya transmilli şirkətlərinin aktiv fəaliyyət göstərmələri və xarici birbaşa investisiyaların cəlb edilməsi üçün əlverişli şəraitə malikdir. Xarici vəsaitlərin respublika iqtisadiyyatının daha çox yanacaq energetika kompleksinə yönəldiyi mə’lumdur ki, son zamanlarda bu sferada bağlanmış bir çox sazişlər bunu təsdiq edir. Ölkəyə cəlb olunan birbaşa xarici investisiyalar dövlət xarici borc problemi yaratmır və əksinə onun örtülməsi üçün əlavə vəsait mənbələri yaradır, istehsal və elmi-texniki kooperasiya vasitəsilə milli iqtisadiyyatın beynəlxalq təsərrüfata aktiv inteqrasiyasına münbit şərait yaradır.

Indiki şəraitdə bütün keçid iqtisadiyyatlı ölkələr kimi Azərbaycanda istehsalın aşağı düşməsi, informasiya və digər problemlər qarşısında qalmışdır ki, onlara da təkcə həll etmək Respublika üçün qeyri-mümkündür. Yuxarıda sadalanan səbəblərdən iqtisadiyyata milli kapital qoyuluşları kəskin şəkildə aşağı düşmüş və xarici investisiyaların cəlb edilməsi ilə bu vəziyyətdən çıxma şəraiti meydana çıxmışdır. Azərbaycan Iqtisadiyyat Nazirliyi tərəfindən ölkənin intensiv inkişafı üçün tələb olunan ümumi investisiya tələbatı hesablanmışdır. Belə ki, yalnız kənd təsərrüfatı və neft sənayesi ilə əlaqədar olmayan hasiledici sənaye sahələri üçün bu göstərici 9,64-10,64 mlrd. dollar təşkil edir. Ümumdünya birbaşa investisiya bazarının illik ixrac mümkün göstəricisi isə mütəxəssislərin fikrincə 200 mlrd. dollara bərabərdir. Deməli Azərbaycan özü üçün tələb olunan məbləği cəlb etmək üçün bu seqmentdə investisiya rejiminin liberallaşması siyasətini həyata keçirən, daha əlverişli investisiya iqliminə malik ölkələr ilə kəskin rəqabət aparmalıdır. Bu səbəbdən də Respublikada xarici investisiyaları stimullaşdırmaq baxımından əlverişli siyasi, iqtisadi, hüquqi, sosial və s. şəraitin yaradılması istiqamətində kompleks tədbirlər həyata keçirilməlidir.

Hazırda Azərbaycan iqtisadiyyatında investisiya iqliminə mənfi tə’sir göstərən bir çox obyektiv və subyektiv faktorlar mövcuddur. Bu risk amilləri isə mütəxəssislərin fikrincə əsasən 3 qrupa təsnifləşdirilə bilər. a) sosial-siyasi vəziyyət; b) iqtisadi şərait; v) hüquqi tə’minat. Qeyd edək ki, Azərbaycan xarici investisiyalar üçün qanunvericilik iqlimi göstəriciləri sistemində MDB ölkələri içərisində orta yerlərdən birini tutur, belə ki, ölkənin qanunvericilik iqlimi hələ də tam mükəmməl deyil.

Azərbaycan Respublikasında xarici investisiyaların hüquqi rejimi dörd səviyyədə əks olunur. Bu hüquqi rejim konstitusiya; qanun və digər hüquqi normativ aktlar səviyyəsində; ikitərəfli və çoxtərəfli hökumətlərarası və beynəlxalq çoxtərəfli razılaşmalar səviyyəsində mövcuddurlar. Respublika ərazisində xarici investisiyalar haqqında əsas qanunvericilik aktı 1992-ci ildə qəbul olunmuş «Xarici investisiyaların qorunması haqqında Qanun»dur. Qanuda bə’zi çatışmazlıqlar mövcud olsa da, xarici investisiyalara dövlət tə’minatı, həmçinin məhsul idxal-ixracında bə’zi gömrük və digər güzəştlər nəzərdə tutulur.

Respublikanın müstəqilliyin ilk illərində xarici investisiyalar haqqında bir çox qanunların qəbul edilməsinə baxmayaraq ölkəyə investisiya axını siyasi vəziyyətlə əlaqədar hələ də zəif idi. Digər postsosialist ölkələrdə olduğu kimi Azərbaycana da xarici investisiya axınları bir çox risklərdən sığortalanmaq üçün dövlət kompaniyaları ilə birgə müəssisələrin yaradılması formasında baş verirdi. 1990-cı ildə ölkədə cəmi 2 birgə müəssisə qeydə alınmışsa, 1993-cü ildə onların sayı 300-ə, 1999-cu ilin əvvəlinə isə 927-ə çatmış və ümumi nizamnamə fondunun (41,03 mln. dol.) 49,6%-i (20 mln. dol.) xarici şirkətlərə məxsus olmuşdur. (bax cədvəl 9,10).

Son üç il ərzində 100% xarici kapitala məxsus olan şirkətlərin – xarici firma firmalarının yaranması və artması müşahidə edilmişdir ki, bu da artıq müəyyən dərəcədə tə’minatlı investisiya şəraitindən xəbər verir. 1999-cu ilin əvvəlində belə firmaların sayı 250 olmuşdur ki, onların 32%-i Türk şirkətlərinin, 20%-i Rusiya və Iran, qalanları isə ABŞ, Böyük Britaniya, Almaniya, Isveçrə, BƏƏ və digər ölkə (30 ölkə) şirkətlərinin filiallarıdır.

cədvəl 9


Xarici kompaniya firmaları və birgə müəssisələrə birbaşa xarici investisiya qoyuluşları. (mln. dol.)


Ölkələr

Investisiya


1995-1999

1995

1996

1997

1998

199

1

Türkiyə

6,8

45,3

129,6

160,3

67,8

409,8

2

ABŞ

2,1

41,5

97,5

56,7

29,8

227,6

3

B.Britaniya

0,7

0,2

47,2

47,4

45,8

141,3

4

Iran

0,9

1,0

2,6

40,7

9,2

54,4

5

BƏƏ

0,7

1,7

8,0

16,6

7,6

34,6

6

Almaniya

1,2

4,2

16,0

2,1

6,2

29,7

7

Rusiya

0,7

2,3

5,5

10,3

-

15,9

8

Italiya

0,1

0,4

1,5

-

-

2,0

9

digər ölkələr

1,7

6,2

19,6

126,1

44,0

200,1

10

Cəmi

14,9

102,8

330,9

460,2

210,4

1119,2
1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə