Referat Giriş I fəsil. Dünya təsərrüfat sisteminin inkişafında birbaşa xarici investisiyaların əhəmiyyəti




Yüklə 0.71 Mb.
səhifə4/6
tarix22.02.2016
ölçüsü0.71 Mb.
1   2   3   4   5   6

Diaqram 6


T
ranssərhəd "M&A" («birləşmə əldə edilmə») dəyər həcmi və ÜDM-da faizlə çəkisi, 1987-1999-cu illər.


- tранссярщяд "M&A"



- ÜДМ-да tранссярщяд "M&A" –нын фаiзля пайы

Mənbə: UNCTAD, doklad o mirovıx investiüiəx 2000.

Son illərdə vertikal "M&A"-nın yüksək artım templəri müşahidə edilir. Qeyd edək ki, əgər 80-cı illərdə əksər transsərhəd «birləşmə və əldə edilmələr» qısamüddətli maliyyə gəlirləri məqsədilə həyata keçirilirdisə, hazırda bu əməliyyatların əksər hissəsi uzunmüddətli strateji və iqtisadi məqsədlər güdür.

1980-1999-cu illər ərzində bütün «birləşmə və əldə edilmələrin» (yə’ni – transsərhəd və milli "M&A" ümumilikdə) sayı 42% artmışdır. Ümumi «birləşmə və əldə edilmələrin» ümumdünya ÜDM-a nisbətdə ümumi dəyəri 0,3%-dən (1980) 8%-ə (1999) artmışdır. Bu perioda "M&A" artımında əsas iki «dalğa nəzərə» çarpmışdır. 1988-1990-cı illərdə və 1995-ci ildən sonra dövr üçün. Sonuncu dövrdə "M&A" bumu bir çox səbəblərlə bağlı olmuşdur: maliyyələşmə mexanizminin təkmilləşdirilməsi, adi səhm emissiyası, səhm mübadiləsi və korporotiv borc instrumentlərindən istifadə və s. UNCTAD-ın tədqiqatlarına görə transsərhəd "M&A"-nın ümumi həcmi 2000-ci ildə 1 trln. dolları ötəcəkdir.


Diaqram 7


T
ranssərhəd «birləşmə və əldə edilmələrin» həcminin tiplər üzrə strukturu (horizontal, vertikal və konqlomerat), 1987-1999-cu illər, faizlə

Mənbə: UNCTAD, doklad o mirovıx investiüiəx 2000.

1999-cu ildə transsərhəd "M&A"-nın ümumi dəyər həcminin dünya üzrə BXI idxalına münasibəti 80% təşkil etmişdir. "M&A" IEÖ-də BXI idxalının əsas kanalı kimi çıxış edir. IEOÖ-də isə fərqli olaraq yeni proyektlərə BXI yatırımları üstünlük təşkil edir. Lakin eyni zamanda bu ölkələrdə "M&A" formasında BXI idxalının həcmi sür’ətlə artır. Mərkəzi və Şərqi Avropada son illər "M&A"-ın payı ümumi BXI idxalında güclü surətdə dinamik olmuşdur, bu isə həyata keçirilən özəlləşdirmə prosesi ilə əlaqədardır. (diaqram 8)

Ümumi dəyəri 1 mlrd. dollar təşkil edən 109 «meqa sazişlər» də daxil olmaqla ümumi transsərhəd "M&A"-nın 90%-i IEÖ-də yerləşmişdir. Qərbi Avropa firmaları 1999-cu ildə transsərhəd "M&A" sahəsində yüksək aktivlik göstərmişlər, belə ki, "M&A" çərçivəsində bu ölkələrdə alış həcmi 354 mlrd. dollar, satış həcmi isə 519 mlrd. dollar təşkil etmişdir. Bu əməliyyatların əsas hissəsi Avropa Birliyi ölkələrində (vahid valyuta tətbiqi və regional inteqrasiya prosesinin stimullaşdırılması sahəsində həyata keçirilən tədbirlər nəticəsində) həyata keçirilmişdir.


Diaqram 8


T
ranssərhəd «birləşmə və əldə edilmələrin» dəyər həcminin BXI axınlarının ümumi həcminə faiz ilə münasibəti, ölkə qrupları və dünya üzrə, 1987-1999-cu illər.


- IЕЮ



- дüнйанын бütüн юлкялярi

- IЕОЮ



- Мяркязi вя Шяргi Авропа

Mənbə: UNCTAD, doklad o mirovıx investiüiəx 2000.

Ayrı-ayrı ölkələr arasında bu sahədə ən iri satıcı ölkə ABŞ olmuşdur ki, 1999-cu ildə "M&A" çərçivəsində satışın ümumi həcmi 233 mlrd. dollara bərabər olmuşdur. Alış əməliyyatlarının həcminin azalması isə ABŞ-da meqasövdələşmələrin sayının azalması ilə bağlıdır.

Yaponiyada isə vəziyyət bir qədər fərqlidir. Belə ki, yapon TMK-ları əsasən yeni proyektlərə investisiya yatırımları həyata keçirilir. Lakin bütün hallarda bu ölkədə də transsərhəd "M&A" formasında alqı-satqı əməliyyatlarının sayı və həcmi getdikcə artmaqdadır. (cədvəl 5)

1999-cu ildə transsərhəd "M&A"-nın e’maledici sənayenin bir çox sahələrində aktivliyi müşahidə edilmişdir. Əsasən avtomobil, kimya, əczacılıq sənaye sahələrində, həmçinin qida məhsulları, içkilər və tütün istehsalında bu əməliyyatların payı yüksək olmuşdur. Bu sahələrdə «birləşmə və əldə edilmə» əməliyyatların əksər hissəsi horizontal xarakter daşımışdır: onlar miqyas effektinin əldə edilməsinə texnologiya sferasında sinergizmin təchizatına, bazarda nüfuzun artırılması və s. məqsədlərə yönəlmişdir.


Cədvəl 5


Transsərhəd «birləşmə və əldə edilmələr»: satış və alış, regionlar üzrə, 1990-1999-cu illər. (mlrd. dollar)




Satış

Alış

1990

1995

1997

1998

1999

1990

1995

1997

1998

1999

IEÖ:

134,0

164,6

234,7

445,1

644,6

143,2

173,7

272

511,4

677,3

Avropa Birliyi

62,0

75,1

114,6

187,9

344,5

86,5

81,4

142

284,4

497,7

ABŞ

54,0

53,2

81,7

209,5

233,0

27,6

57,3

80

137,4

112,4

Yaponiya

0

0,5

3,1

4,0

15,9

14,0

3,9

2

1,3

9,8

IEOÖ:

16,0

15,9

64,3

80,7

63,4

7,0

12,8

32

19,2

41,2

Afrika

0

0,2

1,7

0,7

0,6

-

0,1

-

0,2

0,4

Latın Amerikası və Karib

11,0

8,6

41,1

63,9

37,2

1,6

4,0

10

12,6

24,9

Avropa

-

-

-

-

0,3

-

-

-

-

-

Asiya

4

6,9

21,3

16,1

25,3

5,4

8,8

21

6,4

15,9

Sakit okean regionu

-

0,1

0,3

-

0,1

-

-

-

-

-

Mərkəzi və Şərqi Avropa

0

6,0

5,8

5,1

10,3

-

0,1

0

1

1,6

Dünya

150

186,6

304,8

531,6

720,1

150,6

186,6

304

531,6

720,1

Mənbə: UNCTAD, doklad o mirovıx investiüiəx 2000.

Transmilliləşmə prosesində meydana çıxan problemlərdən biri də TMK-ların həyata keçirdikləri transsərhəd əməliyyatlarının «daxili mühasibat» prosesində «itirilməsi» hallarının baş verməsidir ki, bu zaman onlar yerləşdikləri bazarin milli nəzarətindən yayınırlar. Məsələn, TMK-lar firmadaxili ticarətdə transfert qiymətlərdən istifadə edir ki, bu da baza və ya qəbuledici ölkəni büdcəsinə vergilərin daha az ödənilməsi ilə zərər vurur. Həmçinin səhmdar kapitalında çarpaz iştirak, səhm katirofkalarının digər ölkələrdə yerləşdirilməsi və istehsal resurslarının digər ölkələrdən alınması TMK-ların milli mənsubluğunu və mülkiyyət hüququ sərhədlərinin mövcudluğunu heçə endirir. Digər problemlərə misal olaraq TMK-ların mikromaraqları ilə BXI-dan maksimum mənfəət əldə etmək siyasətini həyata keçirməyə can atan qəbuledici ölkələrin maraqları ilə üst-üstə düşməməsini göstərmək olar. Bütün bunlar isə BXI qəbul edən ölkələrdən proseslərə daha kompleks yanaşmanı və neytral iqtisadi siyasət yürütməyi tələb edir.



§4. Transmilliləşmə prosesində TMK-lar və onların aparıcı rolu.
Dünya iqtisadiyyatının müasir inkişaf səviyyəsində transmilliləşmə prosesi geniş şəkildə özünü biruzə verməkdədir. Bu prosesdə əsas aparıcı qüvvə artıq qeyd edildiyi kimi TMK-lardır. TMK-lar ana kompaniya və xarici filiallardan ibarət təsərrüfat birlikləridir. Ana kompaniyalar xarici filialların kapitalında olan pay vasitəsilə onların fəaliyyətini idarə edir. Bu pay adətən xarici filial səhmlərinin və onların ekvivalentlərinin 10%-dən çox olur.

XX əsrin sonu XXI əsrin əvvəllərində TMK-ların beynəlxalq fəaliyyət miqyasları kəskin surətdə genişlənir: hazırda bu şirkətlər kommersant, investor, yeni texnologiya yayıcıları, beynəlxalq əmək qüvvəsinin stimulyatoru kimi çıxış edirlər. TMK-lar dünya mal, xidmət texnologiya, kapital bazarlarının dinamika və strukturunun əsas müəyyənediciləri rolunu oynayırlar. Həmçinin bu şirkətlər müxtəlif ölkələrin şirkətləri arasında istehsal əlaqələrinin genişlənməsi və dərinləşməsi prosesini gücləndirərək istehsalın beynəlmilləşməsi prosesində aparıcı rol oynayırlar.

XX əsrin 70-ci illərində artıq iqtisadi leksikonda beynəlxalq korporasiya fenomeni daha aktiv işlənməyə başladı ki, bunlar da BXI-ın geniş inkişafı nəticəsində meydana çıxmışdır. Ümumdünya BXI-ın və beynəlxalq ticarətin əsas hissəsi bu korporasiyaların payına düşür. TMK-lar beynəlxalq korporasiyaların bir növü olub istehsalın beynəlmilləşməsi bazasında ana kompaniya və xarici filiallar tərəfindən mal və xidmətlərin beynəlxalq istehsalı ilə məşğul olur. 90-cı illərin sonlarında TMK-ların həyata keçiridiyi beynəlxalq istehsalın həcmi ümumdünya ÜDM-nın 7%-ni təşkil etmişdir.

Ümumiyyətlə, əksər iri TMK-lar, ABŞ, Avropa Biriliyi və Yaponiyaya aiddir. Son zamanlar YSÖ –nin transmilli şirkətləri dünya iqtisadiyyatında aktiv iştirak edir. TMK-ların sahəvi strukturu isə aşağıdakı kimidir: bu şirkətlərin 60%-i istehsal (əsasən elektronika, maşınqayırma, kimya və əczacılıq sənaye sahələrində); 30%-i xidmət; 3%-i isə hasiledici və kənd təsərrüfatı sənayesində fəaliyyət göstərir.

Dünya iqtisadiyyatı müasir mərhələsində 63000 ana kompaniyalara, 690000 xarici filiallara və beynəlxalq firmalararası razılaşmaların geniş şəbəkəsinə malik olan transmilli kompaniyalar praktiki olaraq dünyanın bütün ölkələrini və fəaliyyət sahələrini əhatə edərək beynəlxalq istehsalın əsasını təşkil edir. 100 ən iri qeyri-maliyyə TMK-ları praktiki olaraq əsasən IEÖ-ə əsaslanmış (yə’ni, ana kompaniyaları bu ölkələrdə yerləşir) və 1998-ci ildə onların xarici filial aktivlərinin payı ümumi xarici filial aktivlərinin 1/8 hissəsini-2 trln. dollar təşkil etmişdir. Bu yüz iri kompaniyanın xarici filiallarında 6 mln. nəfər işçi çalışmış, xarici satış həcmi isə 2 trln. dollara bərabər olmuşdur. Bu şirkətlərin əsas fəaliyyət sferasını isə elektronika, elektroavadanlıq istehsalı, avtomobil, neft, kimya və əczacılıq sənaye sahələri təşkil etmişdir. (cədvəl 7).

Qeyd olunmalıdır ki, TMK-lar ümumilikdə «iri şirkət» təsəvvürünü yaratsa da, onların tərkibinə IEOÖ və IEÖ-in iri kompaniyalar ilə yanaşı həmçinin nisbətən kiçik şirkətlər də (məsələn, son illərdə beynəlxalq istehsal ilə məşğul olmağa başlamış Mərkəzi və Şərqi Avropanın, digər IEOÖ-in kiçik və orta miqyaslı TMK-ları) daxildir. IEOÖ-in bə’zi kompaniyaları dünyanın yüz ən iri TMK-ları arasında transmilliləşmə göstəricisinə görə geri qalsa da öz ölçülərinə görə kifayət qədər böyükdürlər, məsələn «Petroleos de Venesuela» kompaniyasının xarici aktivlərinin ümumi həcmi 8 mlrd. dollara bərabərdir. (cədvəl 8) TMK-filiallarının əksər hissəsi inkişaf etməkdə olan ölkələrdə yerləşir. Bunu 6-cı cədvəldən də əyani görmək olar.


Cədvəl 6

TMK-ların region və ölkələr üzrə ana kompaniya və xarici filiallarının sayı, ədədlə



Region (ölkə)

Il

Ana kompaniyaların sayı

Xarici filialların sayı

IEÖ

1999

48791

94269

Qərbi Avropa

1999

37580

61594

Almaniya

1998

8492

12042

Birləşmiş Krallıq

1998

1094

2683

ABŞ

1997

3387

19103

IEOÖ

1999

12518

355324

Asiya

1999

10332

327310

Latın Amerikası və Karib hövzəsi

1999

2019

24345

Dünya üzrə

1999

63459

689520

Mənbə: Word Investment Report, 2000,

TMK-ların nəzəri konsepsiyalarına diqqət yetirək: müasir TMK nəzəriyyələri bu kompaniyaları əmtəə istehsalı və satışı ilə məşğul olan müəssisə kimi nəzərdən keçirərək onlara firma nəzəriyyələrini aid edir. Əksər beynəlxalq kompaniyalar öz fəaliyyətlərinə milli bazarlarda başlamış, sonralar isə baza ölkələrinin müqayisəli üstünlüklərindən və öz müəssisələrinin rəqabət üstünlüklərindən istifadə edərək fəaliyyət dairələrini genişləndirmiş, qəbuledici ölkələrdə istehsalın təşkil edilməsi üçün BXI-lar həyata keçirmişdir.

TMK-ların əsas xüsusiyyətləri – BXI əsasında əmtəə istehsalı və satışı ilə məşğul olan xarici filialların mövcudluğu transmilli şirkətlər üzrə tədqiqatçılar tərəfindən birbaşa investisiyalara aid bir neçə modelin yaradılmasına gətirib çıxarmışdır ki, bu modellər birinci paraqrafda nəzərdən keçirilmişdir. (inhisarçı üstünlüklər modeli; texnoloji səbəblər modeli; əmtəənin həyat dövrü modeli; beynəlmilləşmə modeli; eklektik model; maksis model).

TMK-ların fəaliyyətinin və BXI-ın nəzəri əsaslarının analizi milli kompaniyalarla muqayisədə TMK-ların effektiv fəaliyyətinin əsas mənbələrini müəyyən etməyə imkan verir:



  • Təbii resurs, kapital, istehsalat təcrübəsi, NIOKR nəticələrindən geniş istifadə ilə yalnız bir ölkədə iqtisadi fəaliyyət göstərən və xarici bazarlarda yalnız idxal-ixrac əməliyyatları ilə iştirak edən firmalara nisbətən müxtəlif üstünlüklərə malik olmaq;

  • Daxili bazarın tələbatlarının, iqtisadi artım tempinin, işçi qüvvəsinin qiyməti və ixtisasının, digər iqtisadi resurslardan istifadə əlverişliliyinin, infrastrukturanın, həmçinin siyasi sabitliyin tətqiqi və nəzərə alınması ilə müxtəlif ölkələrdə xarici müəssisələrin optimal yerləşdirilməsi imkanları;

  • Xarici filialların yerləşdiyi ölkələrdə də borc vəsaitləri daxil olmaqla ümumi kapitalın bütün TMK miqyasında akumlyasiya imkanları və həmin vəsaitin kompaniya üçün daha əlverişli şəraitdə investisiya olunması;

  • Öz məqsələri üçün bütün dünyanın maliyyə resurslarından istifadə imkanları. ABŞ Ticarət Nazirliyinin mə’lumatlarına görə Amerika korporasiyalarının xarici filiallarının ümumi aktivlərinin həcmi 90-cı illərin ortaları üçün 2 trln. dollar həcmində qiymətləndirilmişdir.

Bu filialların maliyyələşdirilməsində yalnız ana kompaniyalar deyil, həmçinin qəbuledici və üçüncü ölkələrin fiziki və hüquqi şəxsləri də iştirak edir. (şəkil 3) Ümumiyyətlə TMK-ların xarici filialları ana kompaniyanın maliyyə vəsaitləri yanaşı, həmçinin qəbuledici və üçüncü ölkələrin kommersiya və maliyyə institutlarının borc vəsaitlərindən geniş istifadə edir.

Şəkil 3


Amerika TMK-larının xarici filiallarının maliyyələşmə mənbələri



1 – qəbuledici ölkələrdə hüquqi və fiziki şəxslər (45%)

2 – üçüncü ölkələrdə hüquqi və fiziki şəxslər (23%)

3 – ana kompaniyalar (13%)

4 – ABŞ fiziki və hüquqi şəxslər (3%)

5 – yenidənmaliyyələşmə və digər mənbələr hesabına özünü maliyyələşdirmə (16%).



  • Müxtəlif ölkələrdə əmtəə, valyuta və maliyyə bazarlarının konyunkturası haqqında intensiv informasiyaya malik olmaq nəticəsində kapitalın TMK-lar tərəfindən maksimal gəlir gətirəcəyi ölkələrə axını və maliyyə resurslarının minimal rislərlə ölkələr üzrə bölüşdürülməsi imkanları;

  • Rassional təşkilati struktura malik olma;

  • Istehsal və satışın optimal təşkili, firmanın yüksək rputasiyasının saxlanması da daxil olmaqla beynəlxalq menecment təcrübəsi. Effektiv fəaliyyətin bu tipi dinamikdir, aktivlərin həcmi ilə mütənasib olaraq effektivlik artır.

TMK-ların strukturuna nəzər yetirməzdən əvvəl bə’zi məsələləri aydınlaşdıraq. Ümumiyyətlə, TMK beynəlxalq korporasiya adlanan qurumun bir növüdür. Beynəlxalq korporasiyaların başlıca əlaməti baza ölkədən investisiya qəbul edən ölkəyə BXI həyata keçirilməsi ilə müəyyən edilir. Baza ölkə-beynəlxalq korporasiyanın əsas ana kompaniyasının yerləşdiyi ölkədir. Qəbuledici ölkə isə BXI əsasında yaradılmış və beynəlxalq korporasiyaların qız, assosiativ kompaniyaları və ya filialları yerləşən ölkədir. Beynəlxalq korporasiyaların iki tipi mövcuddur:

  • TMK: ana kompaniyası bir ölkənin kapitalına məxsusdur və dünyanın müxtəlif ölkələrində filialları fəaliyyət göstərir;

  • Çoxmilli korporasiyalar: ana kompaniyası iki və daha çox ölkəyə aiddir.

Lakin qeyd edək ki, beynəlxalq korporasiyaların bu qaydada tipləşdirilməsi şərti xarakter daşıyır. Bə’zi iqtisadçılar xarici ölkələrdə minimum 6 xarici filialı olan və illik dövriyyəsi 1 mlrd. dollardan az olmayan korporasiyaları TMK hesab edir. TMK-ların əsas xüsusiyyətləri kimi bir mərkəzdən idarə edilən, müxtəlif ölkələr arasında beynəlxalq istehsal sisteminin yaradılması, müxtəlif ölkələrdə yerləşən müəssisələr arasında korporasiyadaxili ticarətin yüksək intensivlik dərəcəsi, baza və qəbuledici ölkələrdən əməliyyatlar üzrə qərar qəbul edilməsində nisbi müstəqillik, qapalı korporasiyadaxili struktur çərçivəsində qabaqcıl texnologiyanın ötürülməsi və s.-ni göstərmək olar.

TMK-ların optimal idarəetmə strukturu ana kompaniyanın xarici filialların fəaliyyətini idarə etməsinə imkan verməklə bərabər, həmçinin xarici filial menecerləri öz bazarlarının konyunkturasına uyğun qərarlar qəbul etmək və fəaliyyət göstərmək müstəqilliyinə də malikdirlər.

Baş ana kompaniya – TMK müəssisəsi sisteminin administrativ mərkəzidir. Onun funksiyalarına adətən aşağıdakılar aiddir: digər kompaniyalarla birləşmə və ya yenilərinin «əldə edilməsi», həmçinin qeyri-effektiv şö’bələrin ixtisra haqqında qərar verilməsi, ümumi TMK sistemində uzunmüddətli istehsal, investisiya və maliyyə siyasətinin hazırlanması və xarici filial NIOKR xərcləri üzərində nəzarət.

Xarici filialların əsas təşkilati formaları aşağıdakılardır:



  • Qız kompaniyası (Subsidiary) – ana kompaniya xarici müəssisə səhmlərinin 50%-dən çoxuna malikdir və bu müəssisənin idarə subyektlərini tə’yin edir;

  • Assosiativ kompaniya (associate) – ana kompaniya xarici müəssisə səhmlərinin 10-50%-nə sahibdir. Ana kompaniya idarə etmədə iştirak etsə də, müəssisənin bilavasitə özü bu prosesdə təkmilləşdirilməsi iştirak edə bilməz;

  • Şö’bə (Branch) və ya filial – tam olaraq ana kompaniyaya aiddir.

Idarəetmə strukturunun təkmilləşdirilməsi problemləri TMK rəhbərliyi tərəfindən mal və xidmət assortimentinin nəzərə alınması ilə həll edilir. Bircinsli məhsul üzrə ixtisaslaşan korporasiyalar öz idarəetmə strukturunu coğrafi – regional prinsiplər əsasında qurur. Coğrafi – regional idarəetmə strukturunun bariz nümunəsi kimi Isveçrə şirkəti olan «Nestle» firmasını göstərmək olar:

Şəkil 4


«Nestle» korporasiyasının coğrafi prinsiplər üzrə idarəetmə strukturu (A, V, S-məhsul tipidir)

Idarəetmə strukturunun digər bir təşkil edilmə üsulu «Ceneral Elektrik» korporasiyasına aiddir. Bu korporasiya dünya üzrə ən müxtəlif çeşidli məhsullar istehsal edir: aviasiya mühərrikləri, sənaye plasmatsları, işıqlandırma cihazları, energetika qurğuları, tibbi avadanlıqlar, məişət cihazları və s.

«Ceneral Elektrik» korporasiyasında beynəlxalq istehsal və satışın idarə edilməsi əmtəə prinsipləri üzərində qurulmuşdur. Qəbuledici ölkələrdə sahibkarlıq fəaliyyəti üzrə məs’uliyyət istehsal departamentinin icraedici rəhbərliyinin üzərinə düşür. Burada əsas məsələ qəbuledici ölkələrdə xarici filialların məhsul assortimentinin yerli şəraitə adaptasiyası prosesidir.

Şəkil 5


«Ceneral Elektrik» korporasiyasının əmtəə prinsipi üzrə idarəetmə strukturu (A, V, S, - regional və ölkələr üzrə istehsal filialları)

Göstərilən bu iki idarəetmə strukturunda TMK-ların ana kompaniyaları və xarici filialları arasında operativ qarşılıqlı əlaqə yaradır, onlar arasında aktiv kapital, texnologiya, məhsulu və s. komponentlərin mübadiləsi prosesi həyata keçirilir.

Müəssisənin yerləşməsi, subtəchizatçı və satış bazarlarının optimal kombinasiyası ilə beynəlmiləl istehsalın təşkil edilməsi korporasiyalar arasında effektiv əməkdaşlığın yaradılmasında mühüm rol oynayır. 90-cı illərin əvvəllərində «Folksfagen» (AFR) korporasiyasının «Şkoda» (Çexiya) firmasının kontrol səhm paketini əldə etməsi ilə qısa bir müddətdə bir çox modelləşdirmə əməliyyatları həyata keçirmiş, avtomobil istehsalında proqressiv texnologiya tətbiq edərək özünün və Çex tədqiqat mərkəzləri həmçinin konstruktor büroları bazasında yeni modellər yaratmışdır.

Beynəlxalq korporasiyalar baza və qəbuledici ölkələr arasında iqtisadi əlaqələrin müəyyən formasına çevrilmişlər ki, bir çox hallarda onlar milli qanunverici və icraedici aparatlardan deyil, öz korporasiya daxili maraqlarından asılı olurlar. Müasir şəraitdə TMK-lar tərəfindən həyata keçirilən beynəlxalq investisiyalaşdırmanın ayrı-ayrı tərəfləri regional səviyyədə sərt tənzimlənsə də hazırda bu prosesin heç bir universal qaydası işlənib hazırlanmamışdır. Baza ölkələri TMK-ların fəaliyyətini korporasiyalar haqqında mövcud olan milli qanunvericilik vasitəsilə tənzimləyir və bu zaman TMK və ölkənin milli korporasiyaları arasında heç bir fərq qoyulmur. Qəbuledici ölkələrdə də investisiyalar haqqında milli qanunvericilik aktları TMK fəaliyyətini tənzimləyir. Bu sahədə BVF və Dünya Bankının himayəsi altında TMK-lar üzrə BMT komissiyaları çərçivəsində qarşılıqlı münasib qaydalar qəbul edilmişdir. Bu qaydaların əsas prinsipləri kapitalın beynəlxalq hərəkətinin maksimum azadlığının tə’min edilməsi, milli kapital bazarlarının liberallaşdırılmasıdır. Beynəlxalq investisiyalaşdırma qaydalarına aşağıdakı prinsiplər aiddir:



  • Sərbəst daxilolma hüququ. TMK-lara hüquqi dövlətlərin ərazisində filial yaratmağa müstəsna səlahiyyət verir. Bu qayda investisiya qəbul edən hökumətindən hər hansı bir xüsusi icazə alınmasını tələb etmir. Lakin bir çox hallarda daxilolma hüququ ölkənin iqtisadi təhlükəsizliyini təhlükə altına aldıqda və ya məqsədəlirin milli qanunvericiliyə zidd olduğu hallarda dövlət tərəfindən məhdudlaşdırıla bilər. Bə’zi ölkələrdə xarici investisiyalarla yaradılan bir çox müəssisələr qadağan edilir;

  • Ədalətli və bərabər hüquqlu rejimi. Milli və xarici investorlara bərabər hüquqlu şərait yaratmaq məqsədi güdür. Qəbuledici ölkələrin dövlətləri tərəfindən həyata keçirilən güzəşt və s. imtiyazlar həm yerli, həm də xarici investorlar üçün eyni olmalıdır;

  • Kontraktın icrasının dayandırılma mümkünlüyü;

  • Mübahisələrin tənzimlənməsi. TMK və qəbuledici ölkələr arasında baş verən mübahisələrin aradan qaldırılmasının ən münasib üsulu danışıqlar yoludur. Əgər nəticə vermirsə mübahisələr Dünya Bankı nəzdnində 115 ölkənin imzaladığı investisiya mübahisələrinin tənzimlənməsi haqqında beynəlxalq konvensiya əsasında qəbuledici ölkənin müstəqil arbitraj məhkəməsində həll olunur.

Beynəlxalq korporasiyalar həyata keçirdikləri iqtisadi siyasət çərçivəsində baza və qəbuledici ölkələrə müəyyən tə’sirlər göstərir. TMK-ların iqtisadi effekti BXI-ın iqtisadi effekti ilə uyğun gəlir. (şəkil 2) TMK-ların baza ölkəsində kapital xaricə yatırılması ilə daha effektiv istifadə nəticəsində gəlirlər h senqmentinə, qəbuledici ölkədə isə kapitalın xaricdən axını nəticəsində daxili investisiyalaşdırma ilə kapitaldan gələn gəlirlər g senqmentinə bərabərdir.

Xaricdə istehsal sahələrinin yaradılması ilə baza ölkədə işçi yerlərinin itirilməsi və qəbuledici ölkədə isə əksinə yaradılması ilə nəticələnir. Digər tərəfdən, xaricdə filialların yaradılması ilə baza ölkəsinin büdcə gəlirləri də azalır, çünki bu filiallar ölkə sərhəddindən kənarda yerləşdikləri üçün ölkənin vergi sisteminə cəlb edilə bilməz.

Bütün bunlara baxmayaraq, makroiqtisadi təhlildən aydın olur ki, baza ölkələri üçün milli kapitalın xaricdə daha effektiv istifadəsindən gələn fayda məşğulluğun ixtisarı və vergi sisteminin itkilərindən daha çoxdur.

TMK-lar ilə qarşılıqlı münasibətlərdə qəbuledici ölkələr daha çox onlar tərəfindən siyasi təzyiqlər və TMK-ların milli təhlükəsizliklə əlaqədar sahələrə daxil olmaqdan çəkinirlər. Bu isə bə’zi sahələrə xarici investisiya qoyuluşlarını qadağan edən qanunların qəbulu ilə nəticələnir. Həmçinin TMK filialları fəaliyyət göstərən ölkələrdə də yerli istehsalçıların rəqabətə tab gətirə bilməmələri səbəbindən proteksionist tətbirlərin həyata keçirilməsi də tez-tez müşahidə edilir. Lakin qeyd edək ki, bir çox ölkələr ümumi yığımın aşağı səviyyəsi və investisiya çatışmazlığı səbəbindən müxtəlif vergi və s. güzəştlər hesabına TMK-ların cəlb edilməsinə çalışır ki, bu da onların ümumi iqtisadi inkişaf səviyyəsini artırır.

Beynəlxalq korporasiyaların baş kompaniyaları və filialları arasında birbaşa investisiyalar şəklində kapital və əmtəə hərəkəti baş verir. Bu prosesdə iştirak edən əmtəələrin qiymətləri adi bazar qiymətlərindən fərqlənir (aşağı olur):

Transfert qiymətlər – borclar qiymətlərindən fərqlənən və müxtəlif ölkələrdə yerləşmiş filiallar arasında baş verən gəlirlərin ötürülməsi, vergilərin ixtisarı məqsədilə istifadə edilən korporasiyadaxili qiymətlərdir.

Transfert qiymət ilə bazar qiymətləri arasındakı fərqi müəyyən etmək üçün əmtəənin daşınması və çatdırılmasının korporasiyadaxili qiyməti ilə uyğun ölkələr üzrə həmin əmtəənin digər müstəqil-iqtisadi subyektlər vasitəsilə daşınma və çatdırılma qiymətlərini bilmək kifayətdir.

Qeyd edək ki, korporasiyadaxili ticarətin həcmi getdikcə artmaqdadır və onun ölçüləri çətin qiymətləndirilir. Buna görə də Transfert qiymətlər kapitalın BXI formasında beynəlxalq hərəkətinin uçotuna güclü təhrifedici tə’sir göstərir.

Cədvəl 7


Dünyanın 20 ən iri TMK-sı: xarici aktivlərin həcminə görə təsnifləşdirmə, 1998-ci il (mlrd. doll. və min nəfər)


Reytinq-1998

Korporasiya

Ölkə

Sahə

Aktivlər

Satış

Məşğulluq

Transmilliləşmə indeksi %-lə

Xarici aktivlər

Transmilliləşmə indeksi

xarici

ümumi

xarici

ümumi

xarici

ümumi



75

«Ceneral Elektrik»

ABŞ

Elektronika sən.

128,6

355,9

28,7

100,5

130

293

36,3



85

«Ceneral Motors»

ABŞ

Avtosənaye

73,1

246,7

49,9

155,5

-

396

30,9



45

«Royal Daç/Şell qrup»

Niderl.,BK

Neft sən.

67,0

110

50

94,0

61

102

58,0



76

«Ford Motor Ko»

ABŞ

Avtosənaye

-

237,5

43,8

144,4

171,3

345,2

35,4



19

«Ekson Ko»

ABŞ

Neft sən.

50,1

70,0

92,7

115,4

-

79

75,9



60

«Toyoto»

Yaponiya

Avtosənaye

44,9

131,5

55,2

101

113,2

183,9

50,1



54

«IBM»

ABŞ

EHM sən.

43,6

86,1

46,4

81,7

150

291

53,0



21

«BP AMOKO»

BK

Neft sən.

40,5

54,9

48,6

68,3

79

99

74,9



59

«Daymler Kraysler»

Almaniya

Avtosənaye

36,7

159,7

125,4

154,6

208,5

441,5

50,4



3

«Nestle SA»

Isveçrə

Qida məhs.sən.

35,6

41,1

51,2

52,0

225,6

231,8

94,2



51

«Folksfagen»

Almaniya

Avtosənaye

-

70,1

52,3

80,2

142,5

298

53,8



7

«YUNILEVER»

Niderl.,BK

Qida məhs. sən.

32,9

35,8

39,4

44,9

240,9

265,1

90,1



63

«Syus lyenes dezo»

BK.,Fransa

kommunal xidmətlər

-

84,6

12,9

34,8

126,5

201

45,6



73

«Uold Martstors»

ABŞ

Pərakəndə satış

30,2

50

19,4

137,6

-

910

37,2



8

«AVV»

Isveçrə

elektroavadanlıq

-

32,9

23,1

27,7

154,2

162,7

89,1



43

«Mobil Corpor.»

ABŞ

neft sən.

-

42,8

29,7

53,5

22,1

41,5

58,6



17

«Didjeo plk»

BK

içki istehsalı

27,9

46,3

10,5

12,4

65,3

77

76,7



38

«Xonda Motor So ltd»

Yaponiya

avtosənaye

26,3

41,8

29,7

51,7

-

112,2

60,2



52

«Siemens AQ»

Almaniya

elektronika

-

66,8

45,7

66

222

416

53,6



41

«Soni Korp»

Yaponiya

elektronika

-

52,5

56,6

56,6

102,5

173

59,3

Mənbə: www.FinancialTimes.net

Cədvəl 8

IEOÖ-in 15 ən iri TMK-sı: xarici aktivlərin həcminə görə təsnifləşdirmə, 1998-ci il (mln. doll. və min nəfər)





Reytinq-1998

Korporasiya

Ölkə

Sahə

Aktivlər

Satış

Məşğulluq

Transmilliləşmə indeksi %-lə

Xarici aktivlər

Transmilliləşmə indeksi

xarici

ümumi

xarici

ümumi

xarici

ümumi



34

«Petroleos de Venesuela»

Venesuela

neft sən.

7926

48816

11003

25659

6,026

50,8

23,7



14

«Daewoo Co»

Koreya Resp.

avtosənaye

-

22135

-

30547

-

15

49,4



6

«Cerdayn Meteson H. Ltd»

Honq-Konq




5954

9565

7921

11230

-

160

67,6



12

«Semeks, SA»

Meksika

tikinti sən.

5639

10460

2334

43,5

9,75

19,8

52,4



35

«Petronas Petroliam»

Malayziya

neft sən.

5564

26184

3757

11133

2,7

18,5

23,2



8

«Lani Limited»

CAR

kağız sən.

4574

6475

3246

4308

10,7

23,6

63,8



19

«Xatçison Uampoa Ltd.»

Honq-Konq




-




-

-

-

-

-



9

“Sanken qrup”

Koreya Resp.




3851

13389

2191

6639

20,8

39,8

39,4



39

«Petroleu Brazili SA»

Braziliya

neft sən.

3700

33180

1300

15520

0,4

42,1

6,8



49

«Nyu Vorld Devepelopment So»

Honq-Konq

tikinti sən.

3414

13465

376

3628

0,03

16,5

13,3



45

«Çayna SKIKo»

Çin

tikinti sən.

3290

7300

1950

5890

5,5

239

26,8



31

«IPFSA»

Argentina

neft sən.

3278

13146

880

5500

1,7

9,5

19,8



36

«LG Electronics»

Koreya Resp.

elektronika

3127

12824

4841

12213

27,8

60,7

36,6



21

«Çayna NKEIKo»

Çin

ticarət

3000

4950

7920

13800

0,5

8,4

41,4



17

«Keppel Ko ltd»

Sinqapur




2598

17321

376

2127

1,7

12

15,7
1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə