Referat Giriş I fəsil. Dünya təsərrüfat sisteminin inkişafında birbaşa xarici investisiyaların əhəmiyyəti




Yüklə 0.71 Mb.
səhifə3/6
tarix22.02.2016
ölçüsü0.71 Mb.
1   2   3   4   5   6

Diaqram 4


B
eynəlxalq istehsal ilə bağlı olan ümumi məhsul və satış, dünya üzrə ÜDM və ixracat həcmləri, 1982-1999-cu illər (indeks 1982=100)

Dünya üzrə ümumi BXI axınlarının (1999-cu ildə 865 mlrd. dollar) əsas kapitala ümumi daxili yatırım həcmində xüsusi çəkisi hazırda 14% təşkil edir ki, bu göstərici 20 il əvvəl 2% idi. Analoji göstərici ümumdünya ÜDM-a nisbətdə 5%-dən 16%-ə yüksəlmişdir.

(cədvəl 4)

BXI və beynəlxalq istehsal: 1982-1999-cu illər.



(mlrd.doll., faizlə).




Cari qiymətlərlə dəyər həcmi (mlrd. doll.)

Orta illik artım tempi (%-lə)

1982

1990

1999

86-90

91-95

96-99

1998

1999
BXI idxalı

58

209

865

24,0

20,0

31,9

43,8

27,3

BXI ixracı

37

245

800

27,6

15,7

27,0

45,6

16,4

BXI idxalının yekun qiyməti

594

1761

4772

18,2

9,4

16,2

20,1

18,8

BXI ixracının yekun həcmi

567

1716

4759

20,5

10,7

14,5

17,6

17,1

Transsərhəd birləşmə və əldə etmə

-

151

720

26,4

23,3

46,9

74,4

35,4

Xarici firmaların satış həcmi

2462

5503

13564

15,8

10,4

11,5

21,6

17,8

Xarici firmaların ümumi məhsul həcmi

565

1419

3045

16,4

7,1

15,3

25,4

17,1

Xarici firmaların ümumi aktivləri

1886

5706

17680

18,0

13,7

16,5

21,2

19,8

Xarici firmaların ümumi ixracatı

637

1165

3167

13,2

13,9

12,7

13,8

17,9

Xarici firmalarda işçilərin sayı (mln.nəfər)

17433

23605

40536

5,6

5,0

8,3

11,4

11,9

qeydlər:

ÜDM:-faktor xərcləri üzrə

10611

21473

30016

11,7

6,3

0,6

-0,9

3,0

Əsas kapitala ümumi yatırımlar

2231

4686

6058

13,5

5,9

-1,4

-2,1

-0,3

Royalti və digər ödəmələr

9

27

65

22,0

14,2

3,9

6,3

0,5

Mal və qeyri-faktor xidmətlərin ixracatı

2041

4173

6892

15,0

9,5

1,5

-1,8

3,0

Mənbə: «UNCTAD, Doklad o mirovıx investiüiəx, 2000 qod: Transqraniünıe sliəniə i priobreteniə i proüess razvitiə».

Beynəlxalq istehsalın genişlənməsi və dərinləşməsi prosesi onun ölkələr üzrə yayılması və gəlirliyin tə’min olunması sahəsində yeni məsələlər meydana çıxmışdır. Son onilliklərdə bu prosesin geniş miqyas almasına baxmayaraq dünyanın heç də bütün ölkələri prosesdə bərabər dərəcədə iştirak etməyib. Beynəlxalq istehsalatda hətta minimum iştirak etməyə belə imkan yaradan BXI əsasən bir qrup ölkələrdə cəmləşmişdir: 1999-cu ildə ümumdünya BXI axınlarının 74%-i yalnız 10 ölkəyə məxsus, 80%-i isə yalnız 10 IEOÖ-ə yönəlmişdir. Anoloji mənzərə ölkələrin beynəlxalq istehsalatda iştirak dərəcəsini xarakterizə edən transmilliləşmə indekslərinin analizində də nəzərə çarpır. (diaqram 5.) Bir faktı qeyd etmək lazımdır ki, ölkələr üzrə beynəlxalq istehsalın konsentrasiya dərəcəsi zaman keçdikcə heç də azalmır. Həmçininin az miqdarda BXI istiqamətlənmiş zəif ölkələrdə daxili investisiyalaşdırma çox aşağıdır ki, bu ölkələr qarşısında duran əsas vəzifələr daha çox və «keyfiyyətli» BXI cəlb etməklə milli iqtisadiyyatın ixrac yönümünü, qabaqcıl texnologiya, işçi qüvvəsinin ixtisaslarının artırılması və s. məsələləri həll etmək mümkün olsun. Transmilli münasibətlərin mövcudluğu onun qiymətləndirilməsi zərurətini meydana çıxarmışdır, bu məqsəd üçün UNCTAD özündə beş əsas kateqoriyanı (satış, istehsal, məşğululuq, aktivlər, investisiya) birləşdirən vahid kompleks transmilliləşmə göstəricisinin tətbiq olunmasını təklif etmişdir. Bu göstəricinin tətbiqi maraqlı bir faktı açıqladı: 1980-1995-ci illər üçün göstəricinin orta qiyməti 50%-ə bərabər olduğu halda, 100 iri amerika TMK-sı üçün 26-30%-ə bərabər olmuşdur.

Ümumiyyətlə, transmilliləşmə indeksi dörd göstəricini orta qiyməti kimi hesablanır: son üç il ərzində BXI idxalının əsas

Diaqram 5

Ölkələr üzrə transmilliləşmə indeksləri,

1997-ci il, faizlə.

a) Inkişaf etmiş ölkələr



b


) Inkişaf etməkdə olan ölkələr

Mənbə: Word Investment Report, 2000,

kapitala qoyulan ümumi yatırımlara nisbəti; cari ildə idxal edilmiş BXI-ın ÜDM-a nisbəti; cari ildə xarici fillialların ümumi xalis məhsulunun ÜDM-a nisbəti; cari ildə xarici filialların işləyən işçilərin ümumi işləyən adamların sayına nisbəti.

Dünya iqtisadiyyatında son zamanlar transmilliləşmə prosesinin miqyasları kapitalın, əməyin və digər resursların beynəlxalq miqyrasiyasının sür’ətlənməsi ilə genişlənməkdədir – transmilliləşmə çox kanallı bir prosesə çevrilmişdir. 1993-cü ildə TMK-lar tərəfindən həyata keçirilən satış əməliyyatlarını ümumi həcmi 5,2 trln.doll., 1997-ci ildə 7 trln.doll., 1999-cu ildə isə qeyd edildiyi kimi 14 trln.doll. olmuşdur. Bu göstərici 1997-ci ildə ümumdünya ixracıtının 114%-inə, dünya ÜDM-un isə 22%-nə bərabər olmuşdur. 80-ci illərdən başlayaraq TMK-nın ümumi satış həcmi dünya ümumi istehsalından 40%, ümumdünya eksportundan isə 30% artıq olmuşdur. (Cədvəl )

Amerika TMK-nın xarici istehsalı ölkənin eksportundan 4 dəfə, Ingiltərədə isə 2 dəfə çoxdur.

80-ci illərdən TMK kapitalının qiymətli kağızlar bazarı vasitəsilə beynəlmilləşməsi prosesi güclənməyə başladı. Bu dövrlərdə daha çox nəzərə çarpan proseslərdən biri TMK-ın ana kompaniyaları və ya xarici filiallarının təşkil etdikləri birgə müəssisələrin yaradılmasının sür’ətlənməsi olmuşdur. ABŞ TMK-nın xarici filiallarının 46%-i digər tə’sisatlarının aksiyalarına malikdir. Bu növ praktikanın yayılması bir çox funksional tələbatlarla bağlıdır, belə ki, mülkiyyətin bu cür strukturu transfert qiymətlərdən istifadəni və lisenziyalarla, gəlir və s. ilə manipulyasiyanı asanlaşdırır. Kompaniyanın beynəlmilləşmə dərəcəsini onun xarici və daxili təsərrüfat fəaliyyətinin nisbəti ilə müəyyən olunur (investisiyalar, məşğulluq, istehsal, satış, NIOKR). Belə ki, BXI ilə ÜDM arasındakı münasibətlərin dinamikliyinin analizindən görünür ki,bütün inkişaf etmiş ölkələrdə bu göstərici 1980-ci ildə 6%-dən 90-cı illərin sonlarına 12,5%-ə qədər artmışdır. Avropa Birliyi ölkələrində bu göstərici uyğun olaraq 6,3% və 15,6%, ABŞ-da 8,1% və 10,2% , Yaponiyada isə 1,8% və 6,9% təşkil etmişdir.

90-cı illərin ortalarından başlayaraq Belçika, Isveçrə və Holland TMK-nın ümumi kapital yatırımlarının 67%-i xaricə istiqamətlənmişdir. Royal Dutch Shell və Philips kompaniyaları üçün xarici investisiyalar daxili kapitalın 70%-ni, Exon- 80%, IBM- 50%-ni təşkil etmişdir. Bu prosesdə NIOKR sahəsində xarici fəaliyyət də əsas rol oynayır.

BMT-nin tədqiqatlarına görə, 90-cı illərində TMK-lar dünya üzrə 150 mln. nəfəri işlə tə’min etmişdir. TMK işçilərinin 50%-i sənayecə inkişaf etmiş ölkələrdə çalışmışlar. Qeyd edək ki, IEOÖ-də 1mln. dollarlıq kapital yatırımı təxminən 25 min nəfərlik, IEÖ-də isə 9 min nəfərlik iş yerinin açılması ilə nəticələnir. IEOÖ-də TMK-ların 70%-i azad ticarət zonalarında, 30%-i xidmət, digərləri isə hasiledici sənaye sahələrində fəaliyyət göstərir.

Transmilliləşmə prosesisinin nəzərə çarpan xüsusiyyətlərindən biri də 90-cı illərdə kompaniyaların birləşmə və əldə edilməsidir. (ingiliscə – "M&A") Bu proseslərə yönələn strategiya vasitəsilə kompaniya böyük həcmli kapitalı daha tez səfərbərliyə almaq imkanı əldə edir. 90-cı illərin statistikasına görə ümumdünya BXI-nın 90%-i IEÖ-in ana kompaniyalarına məxsus olmuşdur, belə ki, onlar tərəfindən idarə edilən sfera daha geniş olduğundan digər metodlar da nəzərdən keçirilir.

Hazırki dövrdə bir çox sənaye ölkələrində kompaniyaların restrukturizasiya prosesi həyata keçirilir. «Securites Data Co» firmasının tədqiqatlarına görə 1997-ci ildə təkcə ABŞ-da kompaniyaların birləşməsi üzrə əməliyyatların ümumi həcmi rekord məbləğə-652 mlrd. doll. bərabər olmuşdur. Birləşmələrinin sayının artmasının əsas səbəblərindən biri də fond bazarının artmaqda olan həcmidir. Aksiyaların qiymətlərinin getdikcə qalxması kompaniyalara qeyri-nəğd ödəmələrlə «əldə etmə» əməliyyatlarını həyata keçirməyə imkan verir, bu zaman əməliyyat səhmlərlə həyata keçirilir. Həmçinin, ABŞ kimi ölkələrdə iqtisadi artım birləşmələrin kompaniyalar üçün daha effektiv ekspansiya vasitəsi olduğu mənzərəsini yaradır. Lakin qeyd edək ki, birləşmə və əldə etmə prosesinin başlıca səbəbi qlobal rəqabətin kəskinləşməsidir, kompaniyalar bu əməliyyatlar vasitəsilə sanki «yaşamaq uğrunda mübarizə aparır» və səhm kontrol paketlərinin birləşmə və əldə edilməsi bütün dünyaya yayılmışdır. Müasir dövrdə transmilli xarakter daşıyan böyük miqyaslı vahid sənaye proyektlərinin həyata keçirilməsi, iri həcmli maliyyə əməliyyatlarının aparılması istiqamətində beynəlxalq əməkdaşlıq razılaşmalarının sayı artmaqdadır. TMK-nın genişlənməsinə misal olaraq, «Renault» konserninin «SAAB» şirkətini; «BMW»nin «Rolls-Roys»-i; «Wolksfagen»-in; «Shkodi» şirkətinin kontrol səhm paketinin alınması ilə «əldə edilməsini», «Mercedes» (AFR) və «Kraysler» (ABŞ) kimi iri avtomobil nəhənglərinin birləşməsini göstərmək olar.

Son dövrlərdə BXI-ın artımında əsas rol oynayan mühüm faktor kompaniyaların formalaşmaqda olan qlobal alqı-satqısı bazarında mövcud olan transərhəd «birləşmə və əldəedilmələrdir» (Transsərhəd "M&A"). Sonuncu onillikdə beynəlxalq istehsalın genişlənməsi yalnız yeni proyektlərə investisiya yatırımları ilə deyil, həmçinin transərhəd "M&A" ilə əlaqədar olmuşdur. (burada özəlləşdirilmiş dövlət müəssisələrinin xarici investorlar tərəfindən əldə edilməsi də daxildir): həyata keçirilmiş transərhəd "M&A"–in dəyər həcmi 1987-ci ildə 100 mlrd.doll.-dan 1999-cu ilə 720 mlrd. doll.-a qədər artmışdır. (diaqram doll.). qeyd edək ki, transərhəd "M&A"-nin dəyər həcmi ilə BXI-ın həcmləri öz aralarında bir çox səbəblərlə bağlı olaraq müqayisə olunmazdır. Bu səbələrə "M&A"-nın maliyyələşmə metodları, BXI-ın qiymətlənidirilməsi zamanı istifadə edilən ödəmə balansı metodologiyası və s. aiddir. Lakin hər halda investisiyanın yeni proyektlərə və ya "M&A"-ya yatırılmasından asılı olmayaraq, hər iki halda beynəlxalq istehsalın miqyasları genişlənir.

Ümumilikdə bütün transsərhəd "M&A"-nin yalnız 3%-i «birləşmələrə», digər 97%-i isə «əldə edilməyə» aiddir. Burada da ümumi «əldə edilmələrin» 66%-ni tam «əldə etmələr» təşkil edir. Subkontrol səhm paketlərini (10-49%-i) satın alınması ilə əlaqədar olan «əldə etmələr» IEÖ-də ümumi transsərhəd «əldə edilmələrin» 1/3 hissəsini, IEOÖ-də isə 1/5 hissəsini təşkil edir. Funksional olaraq transsərhəd "M&A"-nın horizontal (eyni sahəli kompaniyalar arası), vertikal (müştəri ilə təchizatçı və ya alıcı ilə satıcı arasında "M&A"), konqlomerat (eyni sahə ilə əlaqədar olmayan kompaniyalar arası) tipləri fərqləndirilir. (diaqram 7) Dəyər həcmi baxımından ümumi transsərhəd "M&A"-nın 70%-i horizontal tipə aiddir. (miqdar baxımından isə 50%-i).


1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə