Referat Giriş I fəsil. Dünya təsərrüfat sisteminin inkişafında birbaşa xarici investisiyaların əhəmiyyəti




Yüklə 0.71 Mb.
səhifə2/6
tarix22.02.2016
ölçüsü0.71 Mb.
1   2   3   4   5   6

Burada iM-idxal; X-ixrac; NA (net assets) –aktivlərin xalis satışı (əcnəbilərə satılmış və onlardan alınmış aktivlərin dəyər fərqləri); NR (net interest) -faizlərin xalis ödənişi (xaricə kapital qoyuluşlarından gələn faizlərlə xaricə ödənilən faizlərin fərqi).


Aktiv satışları (mülkiyyət hüququ, qiymətli kağızlar, qızıl və s.) bütün hallarda ölkəyə kapital axınıdır. Faiz ödəmələri isə əvvəllər alınmış kapitaldan istifadəyə görə ödənilir. Satılan aktivlər yüksək olduqca, cəlb olunmuş kapitala görə faiz ödəmələri gələcəkdə daha yüksək olacaq. Deməli aktivlərin xalis satışı nə qədər yüksək olarsa (hazırda), gələcəkdə alınacaq xalis faiz ödənişləri bir o qədər aşağı olar. Əgər (1) bərabərliyini çevirsək alarıq:

iM-X-NR=NA

Burada bərabərliyin sol tərəfi ölkənin cari balansıdır:-mal və xidmət balansı plyus kapital üzrə xalis faiz ödəmələri; bərabərliyin sağ tərəfi isə kapital hərəkəti balansıdır.

Valras qanunundan belə çıxır ki, mal və xidmət ticarəti balansı əks işarə ilə kapital balansına bərabər olmalıdır.

I.2. Birbaşa investisiyalar kapitalın beynəlxalq hərəkətinin müasir aparıcı forması kimi.

Dünya iqtisadiyyatında kapitalın hərəkət subyektləri və yaranma mənbələri rolunda xüsusi kommersiya strukturları, dövlət, beynəlxalq iqtisadi və maliyyə təşkilatları çıxış edir. Dünya praktikasında kapital köçürməsi və xarici investisiya anlayışları arasında fərq mövcuddur. Kapital köçürülməsi-əcnəbi portnyorlarla əməliyyatlardan ödəmələr, borcların verilməsi (5 ilə qədər), kapital yerləşdirilməsi məqsədilə xarici kompaniyaların səhm, obliqasiya və digər qiymətli kağızlarının əldə edilməsi, qiymətli kağızlar portfelinin difersifikasiyası və s. prosesləri özündə birləşdirir.

Xarici investisiya anlayışı-kapitalın köçürülməsinin elə bir formasıdır ki, kapital istiqamətlənmiş ölkədə kompaniyanın idarə və təşkili məqsədini güdür.

Beynəlxalq statistikada «Xalis kapital ixracı» məfhumu da işlənilir. Buna aşağıdakılardır daxildir:

a) xüsusi subsidiyalar;

b) rəsmi subsidiyalar;

v) birbaşa investisiyalar;

q) orta, uzunmüddətli borclar;

d) qısamüddətli kapital;

e) Beynəlxalq valyuta fondunun kreditləri.

Kapital ixracının xüsusi formalarına isə aşağıdakılar aiddir:

-a) xalis divident və gəlirlər;

b) xüsusi resusların rəsmi köçürülməsi;

v) rəsmi ehtiyatların istifadəsi.

Kapital ixracının formalarının təsnifləşdirilməsi bu prosesin müxtəlif tərəflərini əks etdirir. Dünya bazarında hərəkət edən kapital mənbə baxımından xüsusi və rəsmi (dövlət) kapitala bölünür: (şəkil 1)

-Dövlət kapitalı-dövlət və ya dövlətlərarası təşkilatların qərarı ilə xaricə köçürülən və ya qəbul edilən dövlət büdcəsi vəsaitidir. Buna aiddir: dövlətin verdiyi bütün borclar, ssuddalar, qrantlar, yardımlar. Beynəlxalq dövlətlərarası təşkilatların verdikləri kreditlər də dövlət kapitalına aiddir (BVF, Dünya Bankı kreditləri və s.).

-Xüsusi (qeyri-dövlət) kapitalt - Xüsusi firma, bank və digər qeyri-dövlət təşkilatlarının idarəedici orqanlarının qərarı ilə vəsaitlərinin xaricə köçürülməsi və ya qəbulu. Bura xaricə xüsusi firma tərəfindən kapitalın investisiya olunması, ticarət kreditlərinin verilməsi, banklararası kreditləşmə aiddir.

Kapitalın ixracı haqqında qərarların qəbul olunma prosesində firmalar avtonom olsalar da dövlət onu tənzim və idarəetmə hüququna malikdir.

Kapital istifadə xarakterinə görə aşağıdakı kimi təsnifləşdirilir:

-Sahibkarlıq kapitalı: gəlir əldə etmək məqsədilə birbaşa və ya dolayı yolla istehsala qoyulmuş kapitaldır. Mənbə rolunda əsasən xüsusi kapital çıxış edir;

-Borc kapitalı: faiz əldə etmək üçün verilən vəsaitdir. Əsas mənbə kimi dövlət kapitalı çıxış etsə də, xüsusi mənbələrdən kreditləşmənin həcmi getdikcə artır;

-Orta və uzunmüddətli kapital: 1 ildən artıq müddətə verilən kapitaldır. Birbaşa və portfel investisiyalar şəklində qoyulmuş sahibkarlıq kapitalı, dövlət krediti şəklində verilən borc kapitalı uzunmüddətlidir;

- Qısamüddətli kapital: 1 ilə qədər müddətə verilən kapitaldır. Buna ticarət kreditləri, bank depozitləri və digər maliyyə institutlarının hesablarında olan vəsaitlər aiddir.

Kapital ixracının daha praktik əhəmiyyət kəsb edən formaları yatırılma məqsədinə görə təsnifləşdirilir:

-Birbaşa investisiyalar: Investisiya istiqamətlənmiş ölkədə obyekt üzərində investorun idarəetmə qabiliyyətini saxlayan və uzunmüddətli iqtisadi maraqlar məqsədilə kapital qoyuluşu. Bə'zi dövlət müəssisələrinin kiçik həcmli xarici investisiyaları nəzərə alınmazsa, bu kapital qoyuluşu bütünlükdə xüsusi sahibkarlıq kapitalı ilə əlaqədardır.

-Portfel investisiyalar: kapitalın xarici qiymətli kağızlara qoyulmasıdır. Bu investora investisiya obyektinin real idarə edilməsinə səlahət vermir. Bu investisiyalar əsasən xüsusi sahibkarlıq kapitalına əsaslanır. Qeyd edək ki, dövlətlər də tez-tez qiymətli kağızlar emisiya edir və ya xarici qiymətli kağızları alır.



Hər bir konkret ölkə tərəfindən qəbul edilən kapitalın beynəlxalq hərəkəti formaları həmin ölkənin investisiya və bank qanunvericiliyində öz əksini tapır.

Cədvəl 1

Kapitalın beynəlxalq hərəkətinin funksional bölünməsi


1. Birbaşa investisiyalar

Xaricdə, ölkə daxilində

Uzunmüddətli qarşılıqlı iqtisadi maraqlar yaradan rezident və q/rezident arasında kapital hərəkəti.

2. Portfel investisiyalar

Aktivlər

Qiymətli kağızların alqı-satqısı ilə əlaqədar kapital hərəkəti.

Passivlər

Digər investisiyalar

Aktivlər

Beynəlxalq kredit və bank depozitləri ilə əlaqədar hərəkəti

Passivlər

Rezerv aktivləri

Monetar qızıl

Tədiyyə balansı saldosunu örtmək üçün dövlətin istifadə etdiyi aktivlərlə əlaqədar kapital hərəkəti

Xüsusi borc hüququ

BVF-də rezerv səviyyəsi

Xarici valyuta

Ümumilikdə və ya ayrı-ayrı qruplar üzrə kapital hərəkətinin miqyasları ölkələrin möhkəmləndirilmiş tədiyyə balanslarının baza göstəriciləri üzrə təxmini qiymətləndirilə bilər. Qeyd etmək lazımdır ki, son onilliklərdə birbaşa investisiyalar üstünlük təşkil edirdisə də, 90-cı illərin əvvəllərindən başlayaraq portfel investisiyaların rolu digərlərinə nisbətən artdı.

-Investisiya vəziyyəti: Ölkənin investisiya vəziyyəti bu ölkənin xaricdə malik olduğu aktivlərlə, ölkədaxilində əcnəbilərə aid aktivlər arasındakı nisbətdir. Bu aktivlərə isə qiymətli kağızlar və birbaşa investisiyalar aiddir.

Birbaşa xarici investisiyalar. (BXI)

- Kapital ixracının mühüm forması olub əmtəə istehsalının dünya bazarı mərhələsində dünya təsərrüfatı mərhələsinə keçid şəraitində artıq yalnız əmtəənin beynəlxalq köçürülməsi deyil, həm də istehsal amilləri, əsasən də birbaşa investisiyalar şəklində kapital köçürülməsi baş verir.

BXI – bir ölkənin rezidentinin (birbaşa investorun) digər ölkə rezidentinə (müəssisə) olan uzunmüddətli marağıdır. BXI-ların tərkibinə aşağıdakılar aiddir:

-Kompaniyalara aid kapitalın xaricə yatırılması firmaların kapitalı və qız və assosiativ müəssisələrə aid səhm payları;

-gəlirlərin re-investisiyası;

-Korporasiyadaxili kapital köçürmələri: - Lakin bütün ölkələrdə birbaşa investisiyalar yuxarıda göstərilən şəkildə olmur. BXI-ın xarakterik xüsusiyyəti müəssisələr arasında uzunmüddətli işgüzar əlaqələrin yaranması, investorun vəsait qoyduğu müəssisənin idarəsinə əhəmiyyətli nüfuz etməsidir.

Xarici investisiya müəssisəsi-

Səhmdar müəssisədə səhm və səslərin, qeyri-səhmdar müəssisələrdə isə onların ekvivalentlərinin 10%-dən çoxu xarici ölkə rezidenti-birbaşa investistora aid olan müəssisədir.

Xarici investisiya müəssisəsi aşağıdakı formalarda ola bilər:

-Qız kompaniyası:-burada birbaşa investor ümumi kapitalın 50%-dən çoxuna malikdir;

-assosiativ kompaniya:-birbaşa investor ümumi kapitalın 50%-ə qədərinə sahibdir;

-Filial:-tamamilə birbaşa investora aiddir.

Birbaşa investor-xaricə birbaşa investisiya qoymuş dövlət və xüsusi təşkilatlar, fiziki və hüquqi şəxslər, onların birlikləridir.

BXI-ların səbəbləri: BXI-ların idxal və ixrac səbəbləri müxtəlifdir. Ən əsas səbəb isə-kapitalın elə bir ölkəyə qoyulma cəhdidir ki, o, ən yüksək mənfəət gətirsin, vergi səviyyəsi minimum olsun və risk diversifikasiyası edilsin. BMT-nin iqtisadi təşkilatları tərəfindən aparılan tədqiqatlar göstərir ki, BXI-ların idxal və ixracının spesifik səbəbləri əhəmiyyətli dərəcədə kəsişir, onların bu prosesdə nisbi rolları isə müxtəlifdir.

BXI ixrac səbəbləri:

-texnoloji liderlik: korporasiyasının NIOKR xərcləri artdıqca, onun BXI ixracının həcmi də artır.

-orta əmək haqqı ilə ölçülən işçi qüvvəsinin ixtisas üstünlükləri. Korporasiya daxilində əmək haqqı yüksək olduqca, onun BXI ixracının həcmi artır.

-reklam üstünlükləri, iqtisadi miqyas, firmanın özünün miqyası: reklam xərcləri, istehsal miqyası və ölçülər korporasının BXI ixracı ilə düz proporsionaldır:

-Istehsalın təmərküzləşmə dərəcəsi:-müəyyən əmtəənin istehsalın korporasiya daxilində təmərküzləşmə dərəcəsi yüksək olduqca BXI ixracı artır;

-Təbii resurslarla tə'min olunma dərəcəsi-formanın müəyyən təbii resurslara tələbatı çox olduqca, həmin resurslarla zəngin olan ölkələrə BXI ixracı artır;

-Digər səbəblər:-istehsal müəssisəsinin istehlakçıya yaxın olması səbəbindən əmtəənin ona çatdırılma xərclərinin aşağı olması, xarici ölkə daxilində ifadəedilən müəəssisələrin yaradılması həmin ölkənin idxal baryerlərinin dəf olunma mümkünlüyü və s.

BXI-ların idxal səbəbləri:

-texnoloji üstünlük: firmanın ümumi satış həcmində NIOKR xərclərinin payı çox olduqca, onun xaricdən BXI idxalının həcmi artır. BXI adətən xarici yeni texnologiyanın idxalı ilə bağlı olur və bununla birbaşa investor müəssisə üzərində kontrolu saxlamağa çalışır;

-işçi qüvvəsinin ixtisas səviyyəsi, reklam üstünlükləri: korporasiya daxilində əmək haqqı və reklam işləri çox olduqca onun BXI idxalı həcmi də çox olur;

-istehsalın və firmanın özünün ölçüləri: daxili bazarda firmanın istehsal həcmi yüksək olduqca BXI idxalı aşağı düşür. Ölçüsü isə BXI idxalı ilə düz mütənasibdir.

-Istehsalın təmərküzləşmə dərəcəsi-firma daxilində yüksək olduqca (müəyyən məhsul üzrə), BXI idxalı aşağı olur.

-kapitala olan tələbat-BXI idxalı ilə proporsianal artır;

-korporasiyaların ölkə daxilində istehsal xərcləri, milli filialların sayı çox, ölkədaxili bazarın həcmi böyük olduqca BXI idxalı artır;

-Daxili əmtəə bazarının müdafiə səviyyəsi:-kapital idxalı əmtəə idxalına alternativ kimi çıxış etdiyindən əgər daxili bazarın gömrük və s. müdafiəsi yüksək olarsa, BXI idxalı artır:



  • Digər səbəblər: BXI-lara əsaslanan sənayenin ixrac oriyentasiyalı olması, dövlət iqtisadi inkişaf proqramının olması və s.

  • BXI-ların iqtisadi effekti.

Fərz edək ki, kapitalın beynəlxalq hərəkətinin yeganə səbəbi onun müxtəlif ölkələrdə yatırılmasından əldə edilən müxtəlif səviyyəli gəlirlərdir. Tutaq ki, I bir ölkə AK həcmində kapitala, II ölkə isə AK1 həcmində kapitala malikdir. (şəkil 2)

(şəkil 2) BXI-ların iqtisadi effekti


Iki ölkənin birlikdə kapitalı KK1 –ə bərabərdir. S1 və S2 düz xətləri I və II ölkələrə uyğun olaraq kapital qoyuluşlarından asılı olaraq istehsal həcminin artımına göstərir. Əgər kapitalın beynəlxalq miqyasda hərəkəti mövcud deyilsə I ölkə malik olduğu bütün kapitalı ölkə daxilində investisiya edir və KS həcmində mənfəət (faiz, divident və s.) əldə edir. Həmçinin II ölkə də belə hərəkət edir və K1D mənfəəti əldə edir. I ölkənin kapital qoyuluşlarından sonra istehsalının həcmi a+b+c+d+e+f –seqmentlərinin dəyərinə bərabər olur. Burada kapital sahiblərinin gəliri a+f –dir. Qalan hissələr isə torpaq və əmək kimi digər istehsal amillərinin sahiblərinin gəliridir. II ölkənin istehsal həcmi s+k+y-ə bərabərdir ki, kapital sahiblərinin gəlirləri y+k-dır. Burada KS < K1D-dən görünür ki, kapitalın gəlirliyi I ölkədə II ölkədəkinə nisbətən aşağıdır.

Fərz edək ki, hər iki ölkə kapitalın sərbəst hərəkətinə tam şərait yaradır. Investisiyaların gəlirliyi bu 2 ölkədə müxtəlif olduğundan AV kapitalının bir hissəsi I ölkədən II ölkəyə köçürüləcək və nəticədə onların gəlirliyi hər iki ölkədə balanslaşaraq BR səviyyəsində olacaq. I ölkədə burada qalmış və həmçinin II ölkəyə investisiya olunmuş kapital nəticəsində istehsalın həcmi «a+b+c+d+e+f+h» olur ki, burada «a+b+c+d» məhsulu ölkədaxili investisiyalar hesabına, «h+e+f» isə II ölkədə xarici investisiya hesabına istehsal olunur. Burada kapitaldan onu II ölkəyə investisiya etməklə daha səmərəli istifadə nəticəsində həmin kapital qoyuluşu nəticəsində istehsal olunmuş ümumi məhsul əvvəlki məhsuldan h seqmenti qədər çoxdur. Nəticədə kapital sahiblərinin gəlirləri «a+b+d+e+f+h»-a qədər artır, digər istehsal amillərinin gəlirlilik səviyyəsi isə s seqmentinə qədər azalır. Digər tərəfdən I ölkədən II ölkəyə kapital axını nəticəsində II ölkədə kapital qoyuluşunun gəlirliyi K1D-dən K1 F=VK-ya qədər azalır. Lakin II ölkədə həm daxili kapitalın, həm də I ölkədən xarici kapitalın investisiya olunması ilə daxili istehsal «i+y+k»dan «i+k+y+g+h+e+f»-ə qədər artır. Burada h+e+f xarici investorun gəlirləridir və beləliklə II ölkədəki daxili istehsal artımı yalnız g seqmenti qədər olur. II ölkədə kapital qoyuluşlarının gəlirliyinin azalması ilə kapital sahiblərinin gəlirləri «y+k»-dan K-a azalacaq, digər istehsal amilləri sahibkarlarınınkı isə i –dən «i+g+j»-ə artacaq. Bütün dünya ölkələri baxımından isə kapitalın bir ölkədən digərinə hərəkəti nəticəsində istehsalın ümumi həcmi [a+b+c+d+e+f]+[k+j+I]-dən [a+b+c+l+d]+[e+f+g+h+i+j+k]-ya artacaq. Yə'ni bu artım «g+h» seqmentləri həcmində olacaq. Burada h II ölkəyə məxsus olub I ölkədən idxal olunmuş kapital hesabına yaranır.

Beləliklə kapitalın beynəlxalq hərəkəti də əmtəələrin beynəlxalq hərəkəti kimi istehsal amillərinin daha effektiv bölüşdürülməsi və istifadəsi nəticəsində istehsalının həcminin artmasına səbəb olur. Bu prosesdə kapital ixracatçılarının gəlirləri artır, həmin ölkədə digər istehsal amilləri sahiblərinin (əsasən əmək və torpaq) gəlirləri isə azalır. Kapital idxal edən ölkələrdə isə kapital sahiblərinin gəlirləri azalır, digər istehsal amilləri sahiblərinin gəlirləri isə artır.

BXI-nın həcminin qiymətləndirilməsi tarixi reprospektivdə praktiki olaraq qeyri-mümkündür. Bu BXI-ın milli statistikalarının olmaması və müxtəlif ölkələrdə onların qəbul edilməsindəki müxtəlifliklərdir.

Müasir vəziyyətdə bütün BXI cari bazar qiymətləri ilə müəyyən olunur:-yə'ni aktiv və passivlər onların əldə edildikləri vaxtdakı qiymətləri ilə müqayisədə yenidən qiymətləndirilməsi yolu ilə. Bir çox statistik müəssisələr BXI haqqında informasiyaları tarixi qiymətlərdə və cari bazar qiymətlərində göstərirlər və onların qiymətləndirilməsi isə fond birjalarında xarici investisiya müəssisələrinə aid səhmlərin cari kapirovkaları yolu ilə həyata keçirilir. Bu haqqda mə'lumatlar BVF-nun hər il buraxdığı dünya ölkələrinin tədiyyə balansları haqqında bülletenlərdə dərc olunur.

Qeyd etmək lazımdır ki, BXI-ın əksər hissəsi qarşılıqlı investisiyalar şəklində IEÖ-in öz aralarında gedir. Əsas birbaşa investorlar aparıcı sənaye ölkələri-ABŞ, Yaponiya, Almaniya, B.Britaniya, Fransadır.

Son illər ABŞ idxal etdiyi qədər də kapital ixrac edir. IEOÖ-dən isə aparıcı investor ölkələr əsasən neft idxal edən-Səudiyyə Ərəbistanı, Oman, Ərəb Respublikası və YSÖ-i - Cənubi Koreya və Sinqapurdur. Keçid iqtisadiyyatlı ölkələrin investisiya idxal və ixracında hələ ki, beynəlxalq əhəmiyyəti o qədər də çox deyil.

BXI-ın siyasi əhəmiyyəti artdıqca birbaşa investorlar həm öz ölkəsinin, həm də investisiya qoyduqları ölkələrin dövlət orqanlarının diqqətlərindən «bəhrələnirlər».

-Dövlət tə'minatının verilməsi. Bu tə'minat həm baza ölkə, həm də investisiya qəbul edən ölkə tərəfindən verilə bilər. Investisiya dövlət tə'minatı əksər ölkələr tərəfindən ikitərəfli və regional sazişlər vasitəsilə təmin olunur. Dünya səviyyəsində isə investisiya tə'minatı BVF nəzdində yaradılmış investisiya tə'minatı üzrə çoxtərəfli agentliklər tərəfindən tə'min olunur. Tə'minatın şərtləri Avropa birliyi ölkələri və digər IEOÖ arasında bağlanmış Lomayka konvensiyası, həmçinin beynəlxalq təşkilatların çoxtərəfli sənədlərində əks olunur;

-Xarici investisiyaların sığortası. Dövlət və ya xüsusi agentliklər tərəfindən həyata keçirilir. ABŞ-da BXI-ın sığortalanması ilə Dövlət Investisiya Sığorta və Tə'minatı Korporasiyası (OPIC-Overseas Private Investment Corporation) məşğul olur:

-Investisiya mübahisələrinin tənzimlənməsi. Bu məqsədlə üzv ölkələri arasında beynəlxalq arbitraj prinsipi qəbul edilmişdir;

-Administrativ və diplomatik dayaqlar;

-Vergilərin aşağı salınması və s.

Beləliklə, birbaşa xarici investisiyaların meydana çıxma səbəblərinə fikir verdikdə, bir neçə səviyyənin mövcud olduğunu görərik: belə ki, ölkə daxilində istehsal olunan hər hansı bir «fərqləndirilmiş» məhsulun istehsalının daha çox gəlir əldə edilməsi məqsədilə xaricdə təşkil edilməsi nəticəsində horizontal inteqrasiya meydana çıxır. Məsələn, «XEROX», «Jilette», «Toyota», «IBM» və s. transmilli kompaniyalar xaricdə filiallar yaratmaqla oraya ötürülən texnologiyadan istifadə üzrə nəzarət hüquqlarını tam olaraq özlərində saxlayır. BXI-ın mövcudluğunun digər bir səbəbi istehsal üçün zəruri olan xammalın əldə edilməsi üzərində nəzarət yaradılması və xammala təchizatın əlverişli qiymətlərlə tə’min edilməsidir ki, bu zaman da vertikal inteqrasiya meydana çıxır (BXI-ın bu növü əsasən IEOÖ-də və xammalla zəngin bə’zi IEÖ-də daha çox yayılmışdır). Bu səbəbdən bir çox inkişaf etmiş ölkələrin TMK-ı Kanada, Yamayka, Venesuela, Avstraliya, Azərbaycan və s. ölkələrdə geniş fəaliyyət göstərir.

Indi isə birbaşa xarici investisiyaların dünya ölkələri üzrə paylanması və həmçinin dinamikası ilə bağlı olan göstəriciləri nəzərdən keçirək:

Ümumiyyətlə 90-cı illərdə inkişaf etmiş ölkələrdən inkişaf etməkdə olan ölkələrə güclü birbaşa investisiya axını olmuşdur ki, bunun da əsas hissəsi Asiya və Latın Amerikasının 10-15 ölkəsində cəmlənmişdir. 90-cı illərdə ümumi xarici investisiya axınlarında dünyanın ən kasıb ölkələrinin payı 5-6% təşkil etmişdir ki, bu da həmin ölkələrin xarici investorlar üçün az əhəmiyyətli olduğu səbəbindəndir.

1999-cu ildə transsərhəd «birləşmə və əldə etmə»nin (ingiliscə-cros-border “M&A”) yüksək artımı nəticəsində dünya üzrə BXI ixracı əvvəlki illə müqayisədə 16% artaraq 800 mlrd. doll. olmuşdur. 2000-ci ildə bu rəqəmin 1 trln. dolları keçəcəyi ehtimalı böyükdür. IEOÖ-ə birbaşa xarici investisiya yatırmaları 1999-cu ildə 1998-ci ilə nisbətən 16% çox – 208 mlrd. doll. olmuşdur, bununla belə bu ölkələrin dünya üzrə ümumi BXI idxalında payı 1997-ci ildə 38%-dən 1999-cu ildə 24%-ə enmişdir. (Diqram 1).

Diqram1.

I
EOÖ-in ümumdünya BXI axınlarından xüsusi çəkisi, 1980-1999-cu illər, (%-lə)

Mənbə: UNCTAD, Doklad o mirovıx investiüiəx. 2000.

1999-cu ildə inkişaf etmiş ölkələrin payına ümumi BXI idxalının 3/4 hissəsi – 636 mlrd. dollar düşmüşdür. ABŞ və Böyük Britaniya həm iri investisiya idxalatçısı, həm də ixracatçısı kimi çıxış etmişdir. 1999-cu ildə Birləşmiş Krallıq investisiya ixracı üzrə ABŞ-ı qabaqlayaraq birinci yerə çıxmış və 199 mlrd. dollar investisiya ixrac etmişdir. ABŞ-da mövcud olan “M&A” davamlı iqtisadi artımla əlaqədar olaraq iri həcmdə BXI idxalatçısı rolunu oynayır, belə ki, həmin ildə onların idxal etdikləri BXI-ın həcmi 276 mlrd. dollar olmuşdur (cədvəl 2).

1999-cu ildə Avropa Birliyi (AB) ölkələrində yerləşmiş TMK-lar xaricdə 510 mlrd. dollar həcmində investisiya yatırmışlar ki, bu da ümumdünya BXI ixracının 2/3 hissəsinə bərabərdir. AB çərçivəsində bu investisiyalar əsasən Böyük Britaniya, Fransa və Almaniya tərəfindən ixrac edilmişdir, iri idxalatçı ölkələr isə Britaniya və Isveç olmuşdur. 1997-ci ildən AB ölkələrindən ixrac edilən BXI-ın həcmi «M&A» ilə əlaqədar daxili investisiyaların həcmindən daha çox olmuşdur, lakin buna baxmayaraq TMK-ın yeni sektorlara can atması ilə bağlı olaraq birbaşa investisiya axınları mövcud olmaqdadır.

Yaponiyaya BXI axınları dörd dəfə artmış 1999-cu ildə 13 mlrd. dollara çatmışdır. Bu investisiya axınlarının əsas hissəsi transsərhəd "M&A" ilə əlaqədar olmuşdur ki, bu mənzərə də Yaponiyadan "M&A"-in bir çox problemlərlə üzləşdiyini əks etdirir. Eyni zamanda Asiya maliyyə böhranından heç də az zərər çəkməmələrinə baxmayaraq yapon TMK-ı beynəlxalq istehsalda yenidən aktivləşirlər, lakin 1999-cu ildə Yaponiyadan ixrac edilən BXI-ın həcmi 6% azalaraq 23 mlrd. dollara bərabər olmuşdur.

Son illər Şərqi və Cənub-Şərqi Asiyaya BXI axınlarının əvvəlki səviyyəsi yenidən bərpa olunmuş, Latın Amerikası və Karib hövzəsinə birbaşa investisiya yatarımları artmışdır. Bir çox ekspertlərin proqnozlarına görə son illər Şərqi və Cənub-Şərqi Asiyaya BXI axınları kəskin azalmalı idi, lakin bunun əksinə olaraq 1999-cu ildə regiona yatırılan BXI-nın səviyyəsi 11% artaraq 93 mlrd. dollara çatmışdır. Kapitalın əsas hissəsi yeni sənaye ölkələri-Koreya Respublikası, Sinqapur, Tayvan və həmçinin Honq-Konqa(Çin) istiqamətləndirilmişdir ki, bu ölkələrdə idxal BXI-ının həcmi son illər 70%-ə qədər artmışdır. Təkcə Honq-Konqda investisiya axınlarının həcmi 50% artaraq 1993-cü ildə 23 mlrd. dollar olmuşdur. Bunun əsas səbəbi isə Honq-Konqda bazalanmış yerli və xarici investorların vəsaitlərinin «geri qaytarılma» siyasətinin həyata keçirilməsi və həmçinin gəlirlərin reinvestisiyasının geniş surətdə tətbiq olunması olmuşdur. Asiya böhranından ən çox əziyyət çəkmiş beş ölkədən üçündə (Indoneziya, Tayland, Filippin) BXI idxalı azalmışdır. Son dörd il ərzində Çin Xalq Respublikasına qoyulan investisiyaların həcmi 40 mlrd. dollardan aşağı olmadığı halda 1999-cu ildə bu rəqəm 8% aşağı enmişdir.

Ümumiyyətlə, regionda BXI-ın canlanması sektorial səviyyədə həyata keçirilən liberallaşdırma və transsərhəd "M&A" üçün əlverişli şəraitin yaradılması ilə əlaqədar olmuşdur. Maliyyə böhranından daha çox zərər çəkmiş beş Asiya ölkəsində (Malayziya, Indoneziya, Koreya Respublikası, Taylanda və Filippin) 1999-cu il üçün transsərhəd "M&A" ümumi dəyər həcmi rekord səviyyəyə çatmışdır. (15 mlrd.doll.). "M&A" faktiki olaraq TMK-lar tərəfindən regionda investisiya yatırımları üçün istifadə edilən mühüm kanala çevrilmişdir, belə ki, 1994-1996-cı illərdə bu sahədə həyata keçirilən əməliyyatların ümumi dəyəri 7 mlrd.doll. olduğu halda, 1997-1999-cu illərdə anoloji göstərici 20 mlrd.doll. olmuşdur.

Cənubi Asiyada BXI idxalı 1999-cu ildə 13% enərək 3,2 mlrd.doll. təşkil etmişdir. Bu regionda isə əsas investisiya qəbuledicisi Hindistan olmuşdur (2,2 mlrd.doll.). Mərkəzi Asiya ölkələrində isə BXI axınları liberallaşdırma və tənzimləmə sahəsində reformarların aparıldığı ilk dövrlərə nisbətən öz dinamikliyini itirmişdir, belə ki, 1999-cu ilə bu göstərici azalaraq 2,8 mlrd.doll. təşkil etmişdir. Sakit okeanın ada ölkələrində və Qərbi Asiyada BXI idxalı artaraq uyğun olaraq 250 mln.doll. və 6,7 mln.doll. bərabər olmuşdur.

Asiya ölkələrindən BXI ixracatı maliyyə böhranından sonra yenə də artmağa başlamış və 1999-cu ildə 64% artaraq 37 mlrd.dollara çatmışdır, lakin bu göstərici böhrandan əvvəl də olduğu kimi yenə də aşağıdır. Asiya regionundan ixrac edilən BXI-ın 50% son illərdə Honq-Konq tərəfindən həyata keçirilir.


Cədvəl 2

Birbaşa xarici investisiya ixracı, ölkə və regionlar üzrə,

mln. doll. 1994-1999



Region və ölkələr

1994

1995

1996

1997

1998

1999

Dinamika,1994-1999

Inkişaf etmiş ölkələr

240487

306822

331963

404153

651873

731765

491280

Qərbi Avropa

133665

174080

204381

246464

444747

533244

399579

Almaniya

18859

39049

50804

40733

91159

50596

31737

Birləşmiş Krallıq

32199

43562

34047

61586

119018

199289

167090

ABŞ

73252

92074

84426

99517

146052

150901

77658

Inkişaf etməkdə olan ölkələr

42124

50259

57763

64335

33045

65638

23514

Latın Amerikası və Karib hövzəsi

6094

7305

5823

15050

9405

27325

21231

Asiya

35484

42738

51885

47418

22818

37239

1845

Neft ixrac-edən ölkələr

3326

1939

7300

4093

724

4129

803

Dünya üzrə

282902

357537

390776

471906

687111

799928

517026

Asiya TMK-nın xaricə investisiya yatırımlarının ixtisarı 1999-cu ildə də müşahidə olunmuşdur, belə ki, bə’zi hallarda Asiya TMK-nın xarici filiallara digər ölkə kompaniyalarına satılmış, bə’zən isə onlar xarici TMK-lar tərəfindən sadəcə olaraq «əldə edilmişlər». Asiya maliyyə böhranı zamanı bir çox region TMK-larından fərqli olaraq ucuz aktivlərin əldə edilməsi imkanlarından geniş istifadə etmiş Honq-Konq, Sinqapur və Tayvan TMK-ı öz maliyyə vəziyyətlərini sabit saxlamış və qonşu ölkələrdə geniş "M&A" əməliyyatları həyata keçirmişlər.


Cədvəl 2

Birbaşa xarici investisiya idxalı, ölkə və regionlar üzrə,

mln. doll., 1994-1999



Region və ölkələr

1994

1995

1996

1997

1998

1999

Dinamika,1994-1999

Inkişaf etmiş ölkələr

145135

205693

219789

275229

480638

636449

491314

Qərbi Avropa

82967

119012

114940

138986

259924

315123

232156

Almaniya

7135

12025

6572

11097

21163

26822

19687

Birləşmiş Krallıq

9253

19966

24435

33227

63649

82182

72929

ABŞ

45095

58772

84455

105488

186316

275533

230438

Inkişaf etməkdə olan ölkələr

104920

111884

145030

178789

179481

207619

102699

Latın Amerikası və Karib hövzəsi

30091

32816

45890

69132

73767

90485

60394

Asiya

68606

73324

92434

101575

96504

105621

37015

Neft ixrac-edən ölkələr

24277

23268

30662

39116

28401

27162

2885

Dünya üzrə

255988

331844

377516

473053

680082

865487

609499

Mənbə: Word Investment Report, 2000, UN.

Latın Amerikası və Karib hövzəsi ölkələrinə BXI axınları artmaqda davam etmiş və 1999-cu ildə 23% əvvəlki ilə nisbətən artaraq rekord səviyyəyə – 90 mlrd. dollara çatmışdır. Braziliya son dörd il müddətində regionda ən investisiya qəbuledicisi olmuş və daxil investisiyaların böyük hissəsi – 31 mlrd. doll. daxili bazarda xidmət və e’maledici sənaye sahələrinə Argentinaya yatırılan BXI-ın da həcmi artaraq 1999-cu ildə 23 mlrd. dollara çatmışdır. Meksikada isə aparılan «ixrac yönümlü iqtisadiyyat» siyasətinin nəticəsində 1999-cu ildə ölkəyə qoyulmuş 11 mlrd. dollar investisiyanın 90%-i ixrac yönümlü e’maledici istehsal sahələrinə yönəlmişdir. Regiona investisiya axınlarının əsas stimullaşdırıcısı rolunda əsasən, Argentina, Braziliya və Çili də həyata keçirilən özəlləşdirmə prosesində Avropa TMK-nın aktivi iştirak etməsidir.

Mərkəzi və Şərqi Avropa ölkələrində BXI axınları son üç ildə sabit şəkildə artaraq 1999-cu ildə 23 mlrd. doll. təşkil etmişdir, lakin bu göstərici ümumdünya BXI axınlarının 3%-inə bərabərdir. Əvvəlki illərdə olduğu kimi 1999-cu ildə də Rusiya Federasiyası, Polşa və Çexiya regionda əsas investisiya mənbəyi Avropa birliyi ölkələrinin TMK-dır. Bu regionda investisiyaların sahəvi strukturuna fikir versək, onların əsasən xidmət və e’maledici sənaye sahələrinə istiqamətləndiyini görərik. Daxili bazarların böyük investisiya tələbatı xarici investisiyalar üzrə liberallaşdırma tədbirlərinin həyata keçirilməsi Mərkəzi və Şərqi Avropa ölkələrini xarici investorlar üçün daha da cəlbədeci edir, lakin region BXI ixracında kiçik paya (3 mlrd. doll.)malikdir.

Afrika ölkələrinə yatırılan BXI-ın həcmini 1998-ci ildə 8 mlrd.doll.-dan 1990-cu ildə 10 mlrd.doll. çıxmasına baxmayaraq, regionun ümumdünya BXI axınlarında payı çox aşağıdır. Lakin qeyd edək ki, 90-cı illərin əvvəllərinə nisbətən bu göstərici xeyli artmışdır ki, bu da ölkələrdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün daha əlverişli şəraitin yaradılması tədbiri ilə əlaqədar olmuşdur. Regiona BXI axınlarının neqativ aspektlərindən biri də investisiyaların əksər hissəsinin bir neçə Afrika ölkəsində konsentrasiyasıdır.

UNCTAD və Beynəlxalq Ticarət Palatasının 2000-ci ildə dünyanın 296 aparıcı TMK-sı arasında aparıcı tədqiqatlar nəticəsində belə bir qənaətə gəlmişdir ki, Afrikaya BXI axının son illər müşahidə olunan mülayim səviyyəsi yaxın gələcəkdə artaraq davamlı yüksək səviyyəyə qalxacaqdır. Göstərilən təşkilatların sorğularında iştirak etmiş 65 kompaniyanın 1/3 hissəsi yaxın 3-5 ilə ərzində Afrikaya böyük həcmdə investisiya yatıracaqlarını qeyd etmişlər. Cənubi Afrika və Misir investisiya qoyuluşu baxımından TMK-lar üçün daha cəlbedicidir. Lakin daha az inkişaf etmiş ölkələrə də (Efiopiya, Mozambik, Tanzaniya və s.) yaxın perspektivdə iri həcmli kapital yatırılacaq BXI-ın yatırılması baxımından əlverişli sənaye sektorları kimi turizm, təbii resurs sahələri, telekommunikasiya sahələri nəzərdən keçirilir. Aparılan tədqiqatlardan o da mə’lum olmuşdur ki, Afrika dövlətlərinin xarici investisiyalara tə’minat verməsi baxımından bu ölkələrin «reputasiyası» olmalıdır ki, bu da daha kompleks tədbirlərin həyata keçirilməsinin kontinent dövlətlər üçün zəruri edir.

Fəsil 2.Birbaşa xarici investisiyalar transmilliləşmə prosesinin tərkib hissəsi kimi

II.1. Birbaşa xarici investisiyalar və dünya iqtisadiyyatında transmilliləşmə prosesi.
Dünya təsərrüfatının müasir vəziyyətində bilavasitə birbaşa xarici investisiyalar nəticəsində meydana çıxmış transmilli kompaniyaların beynəlxalq istehsal prosesində aktiv iştirakı nəticəsində kapitalın, əmək və digər resursların beynəlxalq miqrasiyasının payının artması ilə müşahidə edilən transmilliləşmə prosesinin miqyasları genişlənməkdə davam edir. Transmilliləşmə prosesində TMK-ın hakim mövqeyi və tə’sir dərəcəsi maliyyə, işçi qüvvəsi, texnologiya, xammal və komponentlərlə təchizat, xidmət və satış sahələri kimi strateji mühüm sferalarda idarəetmə əməliyyatlarının konsentrasiyası ilə şərtləndirilir. Dünya iqtisadiyyatında TMK-ın transmilliləşmə prosesində rolunu müxtəlif siyasi-iqtisadi, istehsal-ticarət, sahibkarlıq, sistem və makroiqtisadi – aspektlərlə analiz etmək mümkündür. XXI əsrin astanasının da transmilli kompaniyaların ümumilikdə dünya təsərrüfatı və qlobalizasiya prosesi ilə qarşılıqlı əlaqəsinin makroiqtisadi analizdə nəzərdən keçirilməsi mühüm əhəmiyyət kəsb edir.

Transmilliləşmə prosesini meydana çıxaran TMK-lar dünya iqtisadiyyatında yeni «güc mənbələri» olmaqla həm də beynəlmilləşmə prosesinin əsas aparıcı qüvvəsidir. Belə ki, müasir xarici iqtisadi fəaliyyətdə artıq xarici ticarət deyil, mal və xidmətlərin istehsal və satışının bilavasitə xarici bazarlarda təşkil edilməsi əməliyyatları dominantlıq edir: bu üsulla həyata keçirilən satış əməliyyatlarının həcmi ümumdünya mal və xidmət ixrac əməliyyatlarının həcmini qabaqlayır, ümumdünya ixracatının özü isə tədricən TMK-ın müxtəlif şö’bələri arasında aparılan firmadaxili ticarətə çevrilməkdədir. Bunlardan belə nəticəyə gəlmək olur ki, TMK fəaliyyəti nəticəsində dünya təsərrüfatı beynəlmiləşərək vahid mal, xidmət, kapital, işçi qüvvəsi bazarına çevrilir.

Transmilliləşmə prosesinin aparıcı qüvvəsi olan TMK-ların sayı artıq XX əsrin əvvəllərində az deyildi, lakin mə’lum olduğu kimi onların kütləvi şəkildə yayılması əsrin ikinci yarısına təsadüf edir. TMK-ın dünya iqtisadiyyatında belə kütləvi yayılmasını dünya ölkələrinin təsərrüfat həyatlarındakı sür’ətli beynəlmilləşmə və liberallaşdırma prosesləri, həmçinin şirkətlərin ştab-qərargahlarının xarici filialların iqtisadi fəaliyyətlərinin aktiv idarə etməsinə imkan yaradan rabitə-əlaqə və informasiya vasitələrində həyata keçirilən radikal tədbirlərin meydana çıxması aktiv şəkildə stimullaşdırılır.

Əmtəələrin xarici bazarlara çıxarılmasının geniş və həm də müxtəlif əlverişli üsullarının mövcud olmasına baxmayaraq TMK-lar birbaşa xarici investisiyalara daha çox üstünlük verir. Bu halda TMK-lar xarici ölkələrin iqtisadi resurslarına birbaşa «çıxış» imkanı əldə edir və öz kapitalı, istehsal birlikləri, sahibkarlıq bacarığını istehsal prosesinə cəlb edərək bütün planet səviyyəsində daha effektiv istehsal və satış şəbəkələri yaratmış olurlar.

Bilavasitə birbaşa xarici investisiyalarla bağlı olan TMK-lar hazırda ümumdünya ÜDM-nun 1/5-1/4 hissəsini «idarə edir», dünya ticarətinin isə 1/3 hissəsi firmadaxili ticarətin payına düşür. Bununla da transmilliləşmə prosesində TMK-lar dünya təsərrüfatının əsas tərkib hissəsinə çevrilir. Lakin qeyd edək ki, dünya iqtisadiyyatının bə’zi subyektləri (milli iqtisadiyyatlar, inteqrasiya birlikləri, beynəlxalq təşkilatlar) ilə TMK-ın maraqları bə’zən üst-üstə düşməyə də bilər.

Ümumiyyətlə «transmilli kooperasiya» məflumu dedikdə müxtəlif ölkələrdə yerləşmiş, razılaşdırılmış fəaliyyət vasitəsilə ümumi məqsədin əldə edilməsinə yönəlmiş istənilən saylı hüquqi və iqtisadi cəhətdən müstəqil müəssisələr arasında uzunmüddətli əməkdaşlıq müəssisəsi başa düşülür. Istehsal-birləşmə müəssisəsi və burada həyata keçirilən texniki-texnoloji proseslər; müəssisənin səhmdar birliyi olub-olmaması belə əməkdaşlığın formasını müəyyən edir. Sonuncunun mövcudluğu TMK-ı meydana çıxarır, belə ki, əksər korporativ strukturlar maliyyə-sənaye qurumlarının birləşməsidir.

Diaqram 2

D


ünyanın 15 əsas inkişaf etmiş ölkəsində ana TMK-ların sayı, ədədlə

Mənbə: Word Investment Report, 2000,

Müxtəlif ölkə müəssisələrinin əməkdaşlıq fəaliyyətlərinin əsas qlobal məqsədi hər bir iştirakçının daha yüksək müvəffəqiyyət əldə etməyə can atmasıdır, bunları nəzərə alaraq transmilliləşmə prosesinin səbəblərini açıqlayaq:


  1. Birlik müəssisəsinin gəlirliyini artırılması

  2. Xərclərin azaldılması. Beynəlxalq əməkdaşlıqda xərclərin azaldılması istehsalın genişləndirilməsi, hou-hau mübadiləsı, daha əlverişli xammal bazarlarının əldə olunması, beynəlxalq əmək bölgüsünün üstünlüklərindən istifadə nəticəsində mümkün olur.

  3. Risklərin azaldılması. Bu, hər bir kooperasiya iştirakçısının yatırılan kapital payının azaldılması ilə, həmçinin uğursuzluq zamanı itkilərin razılaşdırılmış bölgüsü ilə həyata keçirilir.

  4. Yeni bazarlara çıxmaq imkanlarının mövcudluğu.

  5. Resursların daha effektli istifadəsi.

Son 20 il ərzində dünya iqtisadiyyatında BXI-ın həcminin kəskin şəkildə artması nəticəsində transmilli iqtisadi sektorun genişlənməsi prosesi sür’ətlənməkdədir. BMT-nin mə’lumatlarına görə hələ 90-cı illərin ortalarında dünyada 276 min xarici firmalara malik 44508 TMK fəaliyyət göstərirdi. (cədvəl ) Dünya üzrə ana kompaniyaların 80%-i, xarici firmaların isə 33%-i IEÖ-də göstərmişdir. (diaqram 2) üçün bu göstəricilər uyğun olaraq 19,5% və 50%, postsosialist ölkələrə isə 0,5 və 17% olmuşdur. TMK-lar beynəlxalq fəaliyyətlərini adətən yeni kompaniyaların yaradılması və ya əldə edilməsi, yaxud da digər birgə müəssisələrin yaradılması ilə genişləndirirlər. Belə ki, bu əməliyyatlar üçün kapitalın xaricə ixracı və ya gəlirlərin reinvestisiyası tələb olunmur. Aktivlərin çoxaldılması və kontrolun əldə edilməsinin digər metodları da mövcuddur. (Məsələn, borcun ödənilməsi ilə yerli əsas kapitalın mənimsənilməsi).

Müasir dünya təsərrüfatında transmilliləşmə prosesini meydana çıxaran transmilli şirkətlər hazırda beynəlxalq istehsalın əsas aparıcı qüvvəsi kimi çıxış edir. TMK isə bilavasitə birbaşa xarici investisiyalara əsaslandığından dünya ölkələri bu investisiyaların istiqamətləndirilməsi və onlar üçün əlverişli şəraitin yaradılması sahəsində bir sıra kompleks tədbirlər görmək zərurəti qarşısında qalmışlar. Beynəlxalq istehsalın inkişafı sahəsində dünya ölkələri miqyasında normativ səviyyələrdə bir çox pozitiv dəyişikliklər həyata keçirilmişdir, belə ki, 1991-1999-cu illərdə ölkələrin birbaşa xarici investisiyaları tənzimləyən qanunvericilik aktlarında həyata keçirilən 1035 dəyişikliyin 94%-i BXI üçün əlverişli şərtlərin formalaşmasına yönəlmişdir. (cədvəl 3) (diaqram3)

cədvəl 3

Milli normativ səviyyələrdə dəyişikliklər, 1991-1999.






1991

1992

1993

1994

1995

1996

1997

1998

1999

Investisiya rejimlərində dəyişiklik etmiş ölkələrin sayı həmçinin:

35

43

57

49

64

65

76

60

75

BXI üçün daha əlverişli şərtlərin yaradılması:

80

79

101

108

106

98

135

136

141

BXI üçün daha az əlverişli şərtlərin yaradılması

2

-

1

2

6

16

16

9

30

Ümumi dəyişikliklərin sayı

82

79

102

110

112

114

151

145

171

diaqram3

BXI üzrə qanun və normativlərdə həyata keçirilən dəyişikliklərin istiqamətləri, % ilə.


Mənbə: Word Investment Report, 2000,

Son 20 il ərzində beynəlxalq istehsalın yüksək artım templəri müşahidə edilmişdir. Beynəlxalq istehsal göstəriciləri olan ümumi məhsul həcmi və xarici firmaların ümumdünya satış həcmi bu illərdə uyğun olaraq ümumdünya ÜDM və ümumixracatdan daha sür’ətlə artmışdır. (diaqram 4) Xarici filialların ümumdünya satış həcmi (1980-ildə-3trln. dollar; 1999-cu ildə isə 14 trln. dollar) dünya ixracatının həcmində hazırda iki dəfə çoxdur, beynəlxalq istehsalın ümumi məhsul həcmi isə dünya ÜDM-nun 1982-ci ildə 5%-nə bərabər idisə, hazırda 12,5%-nə bərabərdir. (cədvəl 4)

1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə