Qurban Qurbanlı Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent




Yüklə 411.8 Kb.
səhifə6/6
tarix23.02.2016
ölçüsü411.8 Kb.
1   2   3   4   5   6

Slips(sürüşmələr)-elə səhvlər kateqoriyasıdır ki, tələbə onu bir işarə ilə düzəldə bilir.Bu səhvləri düzəltmək üçün müəllim jestlərdən,pauzadan, intonasiyadan istifadə edə bilər və ya üz ifadəsi ilə, müəmmalı baxışla, tələbəyə nəyi isə səhv etdiyini başa sala bilər. Bu cür səhvlər hansısa qrammatik qaydanı bilməməkdən deyil, diqqətsizlikdən və ya tələskənlikdən irəli gəlir. Əgər tələbə ingilis dilində mübtəda ilə xəbər arasında uzlaşmanı bilirsə və There is a table and six chairs in the room əvəzinə There are a table and six chairs deyirsə, müəllim müəmmalı baxışla və ya there deyib pauza verməklə və ya a table sözünü vurğuyla deyərək tələbəni səhvini düzəltməyə məcbur edə bilər.

Errors (səhvlər)-elə səhvlər kateqoriyasıdır ki tələbənin onları aradan qaldırması üçün izahata ehtiyacı var.Belə səhvlər diqqətsizlikdən deyil, hər hansı bir qrammatik qaydanı heç bilməməkdən və ya dərindən mənimsəməməkdən irəli gəlir.Əgər tələbə mübtəda ilə xəbər arasında uzlaşmanı bilirsə lakin neither ...nor ifadəsində xəbərin özünə yaxın mübtəda ilə uzlaşdığını bilmirsə və Neither my brothers nor my sister is at home əvəzinə Neither my brothers nor my sister are at home deyirsə,hec bir jestdən, intonasiyadan, pauzadan istifadə etməyin faydası yoxdur.Muəllim bu qrammatik qaydanı birbaşa izah etməlidir.

Attempts (cəhdlər)elə səhvlər kateqoriyasıdır ki,tələbə hansısa bir fikri ifadə etməyə calışır, lakin bu fikri ifadə etməyin dəqiq qaydasını bilmir. Müəllifə görə əgər müəllim bilirsə ki, tələbə fikrini ifadə etmək üçün lazımi qədər bilik öyrənməyib, bu zaman onun etdiyi səhvlər attempts hesab olunur.

Tələbənin ingilis dilində tam yox, natamam biliyi varsa, deyək ki, indiki və keçmiş zamanı öyrənib və o I wish I went my aunt’s house last summer deyirsə, deməli hansısa bir fikri(Kaş keçən yay xalamgilə gedərdim) ingilis dilində ifadə etməyə çalışır, lakin onu düzgün qrammatik quruluşda ifadə edə bilmir. Bu cür səhvlər attempts hesab olunur.Burada artıq slips və ya errors-dən söhbət gedə bilməz.

Səhvlərin hansı kategoriyadan olmasını aydınlaşdırmaq müəllimin tələbəni tanımasından, tələbənin biliyinin hansı səviyyədə olmasını bilməsindən asılıdır.Belə ki yuxarıdakı səhv (I wish I went my aunt’s place last summer) hər hansı bir tələbə üçün slip, başqa biri üçün error, digəri üçün attempt ola bilər və ya eyni bir tələbə ücün bu gün attempt, bir ay sonra error, bir il sonra slip ola bilər və bunu onun müəllimi aydınlaşdırır.

Müəllimlərin əksəriyyəti razılaşır ki, səhv etmək tədris prosesinin bir hissəsidir və hər bir tələbə yaşından, səviyyəsindən asılı olmayaraq səhv edə bilər. M. Bartram və R. Valton təsdiq edirlər ki, səhv etmək təbiidir və tələbələr səhv edərək öz biliklərini inkişaf etdirirlər.

J. Scrivener öz məktəb illərini xatırlayaraq 1998-ci ildə yazır ki, o dövrdə səhvlər qəbuledilməz idi .Səhv edənlər tənbəl hesab olunurdu və mən müəllimin səhvlərinə cavab verərkən səhv etməkdən qorxurdum. Müəllif həmcinin təsdiq edir ki, səhv edərək daha cox öyrənmək olar və müasir dövrdə səhvlər tələbənin uğurlarının işarəsidir və səhvlər müəllimə göstərir ki, tələbə öz dili üzərində işləyir, onlar səhv etməkdən qorxmur, ingilis dilində danışmaqdan çəkinmirlər. Şübhəsiz ki, bu yolla və səhv edə-edə özlərinin ikinci dillərini inkişaf etdirirlər.

A. Doffun fikirləri J.Scrivenerin fikirləri ilə üst-üstə düşür. O, tələbələrinin səhvlərindən qorxan və tələbənin səhv etməməli olduğunu fikirləşən müəllimləri tənqid edir. A. Doff hesab edir ki, bu gün dil qaydalar sistemi kimi öyrədilməlidir və tələbələr bu sistemi başa düşməlidirlər. Səhv etmək təbii və qaçılmazdır və həm də faydalıdır. Səhvlər müəllimlərə kömək edir ki, onlar tələbənin nəyi bildiyini və nəyi öyrənməli olduğunu bilsinlər.

Səhvlər necə düzəldilməlidir?

J. Edg səhvləri düzəltməyin üç yolunu təklif edir. Self-correction(özü düzəltmə), peer correction(tay-tuşun düzəltməsi) ,teacher correction (müəllimin düzəltməsi).

Self-correction həmişə səhvləri düzəltməyin ən yaxşı yolu hesab olunur.Tələbə səhvlərini özü düzəltməlidir. Bu onlar üçün daha xoş və stressizdir.

Müəllim tələbəyə nəyi isə səhv etdiyini işarə edir və tələbə öz səhvini özü düzəldir. J.Edg bu üsuldan daha cox slip-lərdə istifadə etməyi məsləhət görür.



Tələbələr səhvlərini həmişə özləri düzəldə bilmirlər.Bu halda müəllim sinifdə başqa bir tələbədən onun səhvini düzəltməyi xahiş edir və bu peer-correction adlanır.Bu yolun bir neçə üstün cəhəti vardır. Birincisi, bir tələbə səhvi düzəltməyə cəlb edilərkən, digərləri qulaq asır və diqqətlərini səhvə yönəldirlər. İkincisi, müəllim öz tələbələri haqda daha çox məlumat toplaya bilir. Üçüncüsü, bu yol tələbələr arasında əməkdaşlığı gücləndirir.

Nə səhvi edən tələbə özü, nə də digər tələbələr səhvi düzəldə bilməyəndə müəllim özü səhvi izah edir və düzəldir. Bu üsul teacher correction adlanır.

J. Edg danışıq fəaliyyəti zamanı yerinə yetirilməli üç əsas məqamı vurğulayır.Birinci tələbələr sərbəst olmalı,özlərini sərbəst ifadə etməli,müəllim səhvlərə görə tələbənin sözünü tez-tez kəsməməlidir.İkinci tələbə hiss etməlidir ki, müəllim onun nə dediyi ilə maraqlanır və ona diqqətlə qulaq asır. Üçüncü müəllim elə bir şərait yaratmalıdır ki, tələbə səhv etdiyi üçün utanmasın.

Ilk növbədə o bu səbəbdən gecikdirilmiş düzəltmədən(delayed correction) istifadə etməyi məsləhət görür.Bu üsul daha cox böyük qruplarda tələbələr cütlükdə çalışdıqda istifadə olunur.Müəllim sinifdə gəzərək tələbələrin tapşırığı başa düşdüklərinə, necə işlədiklərinə nəzarət edir. Müəllim səhvləri eşitdikcə qeydlər aparır.Tələbələr tapşırığı qurtardıqdan sonra müəllim səhvləri löhvədə qeyd edərək tələbələrdən onları düzəltməyi xahiş edir.

Daha sonra J. Edg normal söhbət(normal conversation) adlanan üsulu təklif edir.Edg bu üsulu dil öyrətmənin ayrılmaz bir hissəsi hesab edir.Bu halda müəllim səhvlərə iki yolla reaksiya verə bilər.Səhvi vurğulayaraq təkrar etməklə və ya səhvi düzəldərək düzgün cümləni təkrar etməklə. Edg aşağıdakı nümunəni göstərir:

Student: I’m going there all the Tuesdays.

Teacher: Oh, you go there every week, do you? You must like it.

Əsas məsələ təbii olmaq və özünü normal söhbət edirmiş kimi aparmaqdır.

Digər bir üsul J.Harmerin “The Practice of English Learning Teaching” kitabında təqdim olunan zərif düzəliş ”gentle correction” adlanan üsuldur.Müəllim tələbəni izləyir və səhv eşitdiyi zaman ehtiyatla tələbəyə nəyi isə səhv etdiyini işarə edir.Məsələn, müəllim deyə bilər. ”Well that is not quite right” və ya “ We don’t say he goed,.. we say went”.

S.Karşen sərbəst söhbət(free conversation) zamanı səhvlərin düzəlişini azaltmağı təklif edir.

P. Urun fikrincə, müəllimlər nəyin səhv yazıldığını və yaxud səhv səsləndiyini əsasən intuisiya ilə hiss edirlər. Müəllifə görə əgər yeni qayda və ya söz dərindən izah olunur və mənimsənilirsə, dəfələrlə düzgün işlədilirsə, bu zaman tələbələr daha az səhv edəcəklər.

Nəhayət sonda bu nəticəyə gəlmək olar ki, səhvlər tədris prosessinin ayrılmaz hissəsidir və onlar düzəldilməlidir. Lakin bu düzəlişlər ehtiyatla edilməli və tələbəni dili öyrənməyə ruhlandırmalıdır.



İstifadə olunmuş ədəbiyyatlar:

1. Heaton, J. 1990. Classroom Testing. Longman

2. Hicks, D. Littlejohn, A. 1998. Cambridge English for Schools (CES). Teacher’s Book. Level Two. Cambridge University Press.

3. Thompson, M. 2001. Putting students to the test. Issue Twenty.Forum, July.

4. Underhill, N. 1987. Testing Spoken Language. Cambridge University Press

5. Kay Burke. How to Assess Authentic Learning, 3rd Edition. ©1999 SkyLight

Training and Publishing Inc..

6. Anželika Ozerova Types of Tests Used in English Language.University of Latvia Riga. 2004

8. Təhsildə Qloballaşma və IKT Mövzusunda Beynəlxalq Konfransın materialları. 17-19 May 2008.

9. AMEA-nın Xəbərləri, 2010, №1 (2)

10. “Azərbaycan” qəzeti, 13 yanvar 2011-ci il

11. Eminov M.S. Təlimdə fəallıq. Naxçıvan: Məktəb‚ 2009‚ 166 s.

12. Kazımov N.M. Məktəb pedaqogikası. Bakı: Çaşıoğlu, 2005, 448 s.

13. Paşayev Ə.X, Rüstəmov F.A. Pedaqogika.Yeni kurs. Bakı: Caşıoğlu, 2002, 512 səh.

14. Sadiqov F.B. Pedaqogika. Bakı: Adiloğlu, 2009, 600 s.

16. Abdullayeva Failə. Peşəkar tərcümənin əsasları. Bakı: UniPrint, 2010, 218 s.

17. Azərbaycan Dillər Universiteti. Bakalavr pilləsi (ingilis dili ixtisası üzrə)

“Tərcümə nəzəriyyəsi” fənninin proqramı. Bakı, 2004, 8 s.

18. Бархударов Л. С. Язык и перевод (Вопрос общей и частной теории

перевода) Мосва: Международные отнощения, 1975, 240 с.

19. 4. Федоров А. В. Основы общей теории перевода (лингвистические

проблемы). Москва: Высшая школаб 1983, 303 с.

20. Halliday, M. A. An introduction to functional grammar. London, Melbourne

and Auckland: 1985

21. Həmid Arzulu. Alman klassik poeziyasının Azərbaycan dilinə tərcüməsinin

nəzəri və praktik prinsipləri. Bakı: Elm, 2003, 256 s.

22. Комиссаров В. Н. Слово о переводе (Очерк лингвистического учения о

переводе). Москва: Международные отношения, 1973, 216 с.

23. Newmark, P. Approaches to translation. Singapore: Prentice hall international

(UK) ltd. 1988, 200 p.

24. Newmark, P. A textbook of translation. Singapore: Prentice hall international

(UK) ltd. 1988.

25. Vinay, J. P. and Darbelnet, J. A methodology for translation. In L. Venuti

(Ed.), The translation studies reader (pp. 84-93). London: Routledge, 1995

26. Məmmədov T.Ə. “Kompüteri öyrənmək istəyirəm.”Bakı, Elm 2003.

27. Mərdanov M.C. Azərbaycan təhsilinin dünəni, bu günü və sabahı.Bakı,2006.

28. Almaz Həsrət. Azerbaycanda təhsil sahəsində İKT-nin aktiv şəkildə tətbiq olunması. 2009.

29. Azərbaycan Respublikasının Təhsil Qanunu. Bakı Öyrətmən nəşriyyatı(1993)

30. Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulum),,Kurikulum ,, jurnalı, 2008, N1

30. Z.Veysova . Fəal \interaktiv təlim . Müəllimlər üçün dərs vəsaiti(2007)

31. Diane Larsen Freeman.Techniques and Principles in Language Teaching(2000)II edition

32. Aliyeva R., Mehtiyeva T. ,John Silver ,,Interactive teacher training,,(2002)

33. Vernon.F.Jones.S.Jones ,,Comprehensive Classroom Management(1997)

34. Jim Scrimvener,,Learning teaching,,(1998)

35. The Teaching Knowledge Test Course. Mary Spratt, Alan Pulverness,Melanie Williams

36. George Gule “The Study of Language “ 2006 səh. 165-169

37. Rogova G.V. “Methods of teaching English”, Leningrad, Izdatelstvo “Prosveşenie”, 1975

38. P. Ur “A Course in Language Teaching”

39. A. O. Hadley “Teaching Language in Context”

40. J. Harmer “The Practice of English Language Teaching”

41. M. Spart, A. Pulverness, M. Williams “The TKT-Teaching Knowledge Test Course Modules1, 2, 3”

42. J. Edge “Mistakes and Correction”

43. J. Scrivener “Learning Teaching”

44. K. Beare “Student Correction during Class. How and When”



İstinad edilmiş internet mənbələri:


  1. www.olemiss.edu

  2. www.education.com

  3. www.teachingenlish.org.uk

  4. eltj.oxfordjournals.org

  5. az.vikipedia.org

  6. Kayzen.az/blog/psixologiya/hafizə/html

  7. Kayzen.az/blog/psixologiya/yaddaş/html

  8. www.youtube.com\watch. effortless English lessons

  9. http://azerdict.com

  10. www.britishcouncil.org.


Mündəricat:


    1. Qurbanlı Qurban.

Xarici dillərin öyrədilməsi prosesundə informsiya kommunikasiya texnologiyalarlndan istifadə: imkanlar, realizələr və perspektivlər............................................................................................................1

    1. Quliyeva Ceyran.

Testlər, onların tərtibatı və növləri...................................................6

    1. Eminov Mirhəsən.

Təhsildə qloballaşma və innovativ yanaşmalar............................13

    1. Şirməmməd Qulubəyli.

Tərcümə vahidi probleminə dair........................................18

    1. İhamə Məmmədova.

Bədii tərcümə: dünəni və bu günü.................................................26

    1. Səkinə Paşayeva.

Xarici dilin tədrisində psixoloji faktorlarin rolu..........................28

    1. Elza Aşurova.

Xarici dilin tədrisində informasiya-kommunikasiya texnologiyalarının əhəmiyyəti……………………….....................……..32

    1. Tehranə Salmanova.

İngilis dilinin tədrisi zamanı yeni təlim strategiyalarının tətbiqində müəllimin rolu...........................................................................36

    1. Cəlilzadə Aidə.

Lüğətin inkişafının sərbəst strategiyası..........................................42

    1. Səfərova Röya.

Qiymətləndirmə və onun növləri...................................................49

    1. Rahilə Bağırova.

Tərcümənin növləri....................................................................... 52

    1. Rübabə Məmmədova .

Tələbələrin səhvlərinin düzəldilməsi yolları.............................................58

    1. İstifadə olunmuş ədəbiyyatlar.............................................................................62

    2. İstinad edilmiş internet mənbələri......................................................................64

    3. Mündəricat.........................................................................................................65



1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə