Qurban Qurbanlı Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent




Yüklə 411.8 Kb.
səhifə5/6
tarix23.02.2016
ölçüsü411.8 Kb.
1   2   3   4   5   6

Səfərova Röya

Naxçıvan Dövlət Universiteti

İngilis dili” kafedrasının müəllimi


Qiymətləndirmə və onun növləri

Qiymətləndirmə öyrənənlərin fəaliyyətini müşahidə edərək, onlar haqqında kifayət qədər məlumat toplayaraq mülahizələr irəli sürməkdir. Biz öyrənənləri müxtəlif səbəblərə görə müxtəlif metodlardan istifadə edərək qiymətləndiririk. Qiymətləndirmə zamanı müəllimin çox obyektiv olması vacib şərtlərdən biridir. Biz öyrənənləri həm rəsmi həm də qeyri-rəsmi olaraq qiymətləndirə bilərik. Qeyri-rəsmi qiymətləndirmə zamanı biz öyrənənlərin onlara verilən işin öhdəsindən necə gəldiklərini, verilən tapşırıqları necə yerinə yetirdiklərini müşahidə edir və sonda, bəzi hallarda bu göstərdikləri təlim prosesi ilə bağlı öz münasibətimizi bildiririk. Rəsmi qiymətləndirmə zamanı biz öyrənənləri müxtəlif test tapşırıqları və ya imtahan vasitəsilə qiymətləndirir və sonda onlara dərəcə və ya qiymət veririk.

Aşağıda öyrənənləri nə üçün qiymətləndirmənin 7 səbəbi göstərilmişdir:



1.Kursun əvvəlində biz onlara bilik səviyyələrini, yəni nəyi bilib, nəyi bilmədiklərini yoxlamaq üçün testlər veririk. Bü cür yoxlama diagnostik yoxlama adlanır. Burdan əldə edilən məlumatlar bizə, öyrənənlərə nəyi tədris etməyimizə, yaxud dilin hansı aspektlərində öyrənənlərin nəyə ehtiyacı olduqlarını müəyyən etməyə əsas verir.

2.Öyrənənlər dil məktəblərinə və ya gecə məktəblərinə getdikdə həmin müəssisə öyrənənlərin hansı səviyyədə olduğunu aydınlaşdırmaq üçün onlara bəzi testlər təqdim edir. Bu yerləşdirmə testləri adlanır. Biz bu yerləşdirmə testlərinin nəticələrinə əsasən öyrənənlərin dərs və sinif səviyyələrini müəyyən edirik.

3.Kursun artıq bir hissəsini tədris edib bitirdikdən sonra biz öyrənənlərin öyrədiləni nə səviyyədə mənimsədiklərini aydınlaşdırmaq istəyirik. Bu məqsədlə istifadə olunan yoxlama müvəffəqiyyət testi adlanır. Bu cür yoxlama üsulu eyni zamanda sillabusda əhatə olunan mövzular və ya dərslikdəki hər hansı bir bölmənin öyrənənlər tərəfindən nə dərəcədə əhatəli mənimsədiklərini müəyyən etmək üçün istifadə olunur.Bildiyimiz kimi, sillabus nəyin tədris ediləcəyini müəyyən etmək məqsədilə tərtib edilir və öyrənmənin məqsədini müəyyənləşdirmək də əsas şərtdir. Çünki, bu məqsədlərin spesifik cəhətlərindən asılı olaraq, tez bir zaman ərzində həmin fənni birlikdə öyrənənlər öz bacarıqlarını inkişaf etdirmək arzularına görə bir-birindən fərqələnəcəklər. Bu məlumatı biz əsasən öyrənənlərin bu və ya digər sahədə bir çətinliyinin olub olmadığını, və əgər olarsa da, daha nələr edə biləcəyimizi təyin etmək üçün istifadə edirik. Bu da formativ qiymətləndirmə adlanır.

4. Bəzi müəllimlər öyrənənlərinin müvəffəqiyyətlərini semestr boyunca test tapşırıqları vasitəsilə qiymətləndirməyi üstün tutmurlar, kurs boyunca onlara bəzi tapşırıqlar verirlər, sonra isə onlara bu tapşırıqlara görə orta hesabla yekun bal verilir. Bəzi müəllimlər fikirləşir ki, bu cür qiymətləndirmə metodu- davamlı qiymətləndirmə öyrənənlərin kursu necə mənimsədiklərinin tam göstəricisidir və eyni zamanda semestr sonu imtahanlardan daha formal və ədalətlidir. Azyaşlıların siniflərində bu cür qiymətləndirmə sinfə əsaslanmış qiymətləndirmə adlanır.

5.Digər qiymətləndirmə üsulu portfolio adlanır. Bu öyrənənlərin kurs boyunca əldə etdikləri və yerinə yetirdikləri tapşırıqların bir yerə toplanıb müəllimlərə təqdim etməsidir. Bəzən bu öyrənənlərin və ya grup yoldaşlarının işləri ilə bağlı şərhləri də ola bilər. Davamlı qiymətləndirmə kimi portfolio da öyrənənlərin öz bacarıqlarının dərhal nümayiş etdirməsinə zəmin yaradır. Həmin portfolioda müxtəlif yazılar, məqalələr,video və ya audio materiallar, təqdimat və ya müsahibə materialları saxlanıla bilər.

6.Dərs ilinin və ya kursun sonunda biz öyrənənlərin bütün tədris ilinin materiallarını necə mənimsədiklərinə əmin olmaq üçün onlara müxtəlif testlər verə bilərik. Bu cür qiymətləndirmə summativ qiymətləndirmə adlanır. Öyrənənlər adətən bu cür qiymətləndirmənin müqabilində giymət və ya bal alır.

7.Bəzən öyrənənlər dili nə dərəcədə yaxşı mənimsədiklərinə əmin olmaq üçün test yoxlamalarından istifadə edirlər. Testin məzmunu kurs boyunca keçirilən mövzuları əhatə etmir. Bu cür test bacarıq testi adlanır.

Diaqnostik, yerləşdirmə, müvəffəqiyyət, summativ və bacarıq testləri - hamısı rəsmi yoxlamanın növləridir.

Qiymətləndirmə tapşırıqları öyrənənlərin bilik səviyyəsini təmin etmək üçün ən gözəl vasitədir. Qiymətləndirmə tapşırıqları çov vaxt obyektiv və subyektiv olur. Obyektiv və subyektiv tapşırıqlar arasındakı başlıca fərq qiymətləndirən şəxsin öz fikrinə nə dərəcədə əsaslanıb düzgün cavabı qiymətləndirməsidir. Obyektiv tapşırıqlarda qiymətləndirənin cavabın yanlış və ya doğruluğu haqqında fikir yürütməsinə ehtiyac olmur, çünki orda ancaq bir cavab olur. Məs: duzgün cavabı seç, boşluqları doldur, qeyd et və s. obyektiv tapşırıqların növüdür.

Obyektiv testlərin üstün cəhəti ondan ibarətdir ki, qiymətləndirmədə heç bir şərhə ehtiyac olmur. Bu onu göstərir ki, onlar çox cəld qiymət verir və nəticələr çox dəqiq olur ki, bu da müəllimlər və tələbələr üçün çox vacib amildir. Obyektiv testlərin çatışmayan cəhəti isə ondan ibarətdir ki, onları cavablandırmaq çətin olur, və bu testlərdə dil bacarığı yoxlanılmır, dilin əsaslandığı biliyin bacarıq və vərdişləri yoxlanılır.

Subyektiv tapşırıqlar zamanı qiymətləndirən cavabın doğruluğunu və ya cavabın nə dərəcədə doğru olduğunu müəyyən etmək üçün oz mülahizəsinə ehtiyac duyur. Bu növ testlərə məqalələr, müsahibələr, qrup müzakirələri və inşalar aiddir. Bu cür tapşırıqlar vasitəsilə çox şeyi qiymətləndirmək olar. Məs: məqalələri yoxlayarkən, nəzərdən keçirərkən siz həm də qrammatik qaydalara, fikirlərin doğruluğuna, təsvirinə və təşkilinə fikir verə bilərsiniz və ona əsasən də qiymətləndirmə apara bilərsiniz..

Aşağıda ingilis dilinin tədrisi zamanı rəsmi qiymətləndirmədə tez-tez istifadə olunan bir neçə tapşırıq növləri var:



Reading Writing

  • True/false questions Copying

  • Yes/no questions Jumbled words

  • Multiple-choice questions Labelling

  • Open comprehension questions Form filling

  • Information transfer?e.g.table completion Sentence/dialogue completion

  • Ordering paragraphs Completing the middle/end of a story

  • Choosing titles for texts or paragraphs Story writing

  • Close tests Picture/diagram description

Writing essays/compositions/emails

Listening Speaking

  • True/false questions Repeating words/sentences

  • Yes/no questions Responding to prompts/functions

  • Multiple-choice questions Describing pictures/objects/films,etc.

  • Open comprehension questions Giving (short) presentations

  • Information transfer?e.g. table completion Discussions

  • Listen and complete the gaps/sentences Interviews

  • Tick the word/sentence you heard Role-play

  • Following instructions for mapping a route Problem- solving in groups

  • Choose the adjective/picture/diagram,etc

  • Dictation

Grammar Vocabulary

  • Multiple-choice questions Labelling

  • Sentence/dialogue completion Categorising

  • Transformation exercises Word-building

  • Error correction Word maps/mind maps(diagrams

  • Gap-filling showing relationships between words

In the same lexical set )

Matching


Odd one out

Finding/giving synonyms/antonyms/

definitions/lexical sets

Rəsmi qiymətləndirmədən fərqli olaraq qeyri-rəsmi qiymətlənmdirmə zamanı tapşırıqlardan istifadə olunmur, ya da çox nadir hallarda öyrənənlərə dərəcələr verilir, çünki qeyri-rəsmi qiymətləndirmədə əsas məqsəd bu deyil. Həm də rəsmi qiymətləndirmədən fərqli olaraq qeyri-rəsmi qiymətləndirmə daha çox etibarlı və dəqiq olmur.

Müəllim auditoriyanı qrup işində müşahidə edə bilər, məs, ümumi təsir səviyyəsini mühakimə edə, ya da onlara hər hansı bir layihə hazırlığına nə dərəcədə cəlb olunmalarına, yaxud da birlikdə komanda şəklində iş prosesini müşahidə edə bilər. Bu cür qeyri-rəsmi qiymətləndirmə müəllimlərə tələbələrin nəyə ehtiyacları olduqlarını, onların ümumi bacarıq səviyyələrini və sinifdəki mövqelərini öyrənməyə imkan verir. Bu məlumatlar eyni zamanda gələcək dərs prosesinin hazırlanmasında da öz əksini tapır.

Qeyri-rəsmi qiymətləndirmə ən çox aşağı sinif şagirdlərinə tətbiq edilir, çünki rəsmi qiymətləndirmədə onlar bir o qədər də yaxşı nəticələr vermirlər. Eyni zamanda öyrənənlər bir birlərinin də bilik səviyyələrini yoxlamaq üçün müxtəlif test üsullarından istifadə edirlər.

Qiymətləndirmə bizim hər hansı bir fənni necə tədris etməyimizə, nəyi öyrətdiyimizə və öyrənənlərin dərsə necə motivasiya olmalarına təsir edə bilər. Qiymətləndirmə qeyd etdiyimiz kimi ədalətli olmalıdır. Bu o deməkdir ki, summativ və müvəffəqiyyət testləri ancaq keçirilən mövzuları əhatə etməli və qiymələndirmə zamanı dəqiq və inandırıcı olmalıdır. Qiymətləndirmə vasitəsilə həm də müəllim tələbələrin hansı sahədə zəif və güclü olduqlarını da müəyyən edir.
Naxçıvan Dövlət Universiteti

Rahilə Bağırova

“İngilis dili” kafedrasının

baş müəllimi


Tərcümənin növləri

Xarici dillərin tədrisində tərcümənin rolu və mövqeyi haqqında danışmazdan əvvəl “tərcümə” sözünün nə məna daşıdığını izah etmək lazımdır. Tərcümə hər hansı bir dildə ifadə edilmiş fikrin başqa bir dilə keçirilməsidir və beləliklə demək olar ki, tərcümə iki müxtəlif dillərdə danışan insanlar arasında anlaşmanı təmin edən bir vasitədir. Tərcümə xüsusi bacarıq tələb edən bir sahədir, tərcüməçi hər iki dildə fikirləşməyi bacarmalı və düzgün ekvivalentləri tapmalıdır ki, onun fikri tam və dolğun şəkildə başa düşülsün.

Tərcümə peşəkar və həvəskar insanlar tərəfindən edilir, bundan başqa tərcümə həm tədris metodu, həm də ünsiyyət vasitəsi kimi aparılır. Əgər müəllim şagird və tələbələrə bir mətni tərcümə etməyi tapşırırsa, bu zaman məqsəd tərcümə metodundan istifadə etməklə onlara xarici dil öyrətməkdir. Peşəkarların tərcüməsi isə müxtəlif dillərin daşıyıcıları arasında ünsiyyətin qurulmasına xidmət edir.

Bildiyimiz kimi, tərcümə şifahi və yazılı şəkildə aparılır və bunlardan hansı növün işlənməsi tərcümənin tələb olunduğu şəraitdən, verilmiş vaxtdan və məqsəddən asılı olur. Xarici dillərin tədrisində əsasən aşağıdakı tərcümə növlərindən istifadə edilir:



  1. Sözbəsöz tərcümə, bu zaman xarici dildə deyilmiş bütün sözlər doğma dildəki ekvivalentləri ilə əvəz edilir, yalnız xarici dilin qrammatik quruluşu olduğu kimi saxlanılır.

Məsələn; The boy was punished by his parents.

Oğlan valideynləri tərəfindən cəzalandırıldı.



  1. Uyğun tərcümə, xarici dildə ifadə olunmuş bir fikir ana dilinin qrammatik və leksik qaydalarina uyğun şəkildə tərcümə olunur.

Məsələn; The boy was punished by his parents. Valideynlər oğlanı cəzalandırdılar.

  1. Sərbəst tərcümə, şagirdlər verilmiş mətni oxuyur, sonra hər bir şagird onu başa düşdüyü səviyyədə tərcümə edir, əlbəttə ki, müəllim ciddi səhvlərin aradan qaldırılmasına nəzarət etməlidir.

  2. Ədəbi- bədii tərcümə xüsusi bilik və bacarıq tələb edir və orta məktəb proqramlarına daxil edilmir.

Tərcümənin tətbiq edildiyi sahə təkcə dərs prosesi deyil, o, həm də ünsiyyət yaratmaq məqsədi ilə ictimai həyatın müxtəlif sahələrini əhatə edir . Ayrı-ayrı sahələr inkişaf edib təşəkkül tapdıqca həmin sahələrin fərqli dildə danışan mütəxəssisləri arasında ünsiyyət güclənir, geniş informasiya mübadiləsinə zərurət yaranır. Bu prosesləri təmin etmək üçün tərcüməyə ehtiyac artır. Nəticədə tərcümə sahəsində tələblər günbəgün artır və dəyişir. Hazırda tərcüməçilik etmək bir sahədən o birinə problemsiz keçid bacarığı, çeviklik tələb edir. Tərcümənin əhatə dairəsi geniş olduğu üçün hər bir sahənin öz tərcümə növləri və qaydaları mövcuddur. Məsələn, siyasi tərcümə, texniki tərcümə, hüquqi tərcümə, məhkəmə tərcüməsi, dini tərcümə, iqtisadi tərcümə, tibb sahələri üzrə tərcümə, ədəbi tərcümə və.s

  1. Bədii tərcümə.

Bədii tərcüməyə bədii əsərlərin, yəni hekayə, povest, roman, poeziya, dram əsərlərinin tərcüməsi daxildir. Bədii ədəbiyyat estetik- kognitif funksiya daşıyır. Bədii ədəbiyyatdakı fikirlər bədii şəkildə təqdim olunur və bu bədiilik və rəmzilik məxəz və hədəf dillərində üst-üstə düşməyə bilər. Məsələn, azərbaycanlılar bayquşda bədbəxtlik əlaməti olduğuna inandıqları halda, ingilislər onu müdriklik rəmzi hesab edirlər.

Eyni zamanda, bədii janrlarinn hər birinin özünəməxsus xüsusiyyətləri, ifadə tərzi olduğundan, onların tərcüməsi də bunları hədəf mətndə əks etdirməlidir. Bədii mətnlərin içərisində tərcümə üçün ən çətin olanı poeziyadır. Hətta bəzi dilçilər poeziyanı “tərcüməolunmaz” kimi xarakterizə etmişdir. Bu da onunla izah olunur ki, hər bir dilin şeirinə fərqli struktur, qafiyə, ritm və başqa poetik elementlər xasdır. Şeiri tərcümə edərkən eyni məzmunu hədəf dildə ifadə etməkdən ötrü eyni, yaxud oxşar poetik elementləri tapmaq çox zaman çətin və ya qeyri- mümkün olur.

İngilis və ingilisdilli xalqların folklor və klassik poeziyasını, elecə də V.Şekspirin bir çox faciələrini orijinaldan Azərbaycan dilinə birbaşa tərcümə etmiş sabir Mustafa “Bədii tərcümədə poetik ekvivalentlər “ adlı monoqrafyasında yazır:” Mən bir qayda olaraq həmişə ayrı-ayrı sözləri deyil, ümumifikri, əsas ideyanı müfəssəl əks etdirməyə, orijinalin poetik ifadə tərzini, milli koloritini saxlamağa çalışıram.’’

Bəzi poetik fikirlə, ifadələr tərcüməçinin qanına, ruhuna hopmuş ana dilinin cövhəri ilə qarışmasa, ana dilində poetik səviyyəyə qalxa bilmir, elə tərcümə olaraq qalır. Bədii tərcümə tələb edir ki, mütərcimlər mütləq öz işçi dillərinin bilicisi olmaqla yanaşı, həm də bədii sənətdə qələmini sınamış insanlar olsunlar.



2.Praqmatik tərcümə bədii tərcümədən məqsədə görə fərqlənir. Bədii mətnlər təxəyyül

aləminə məxsus olduğu halda, praqmatik mətnlər faktlar aləminə məxsus olur. Praqmatik tərcümə ilə müqayisədə bədii əsərlərin tərcüməsinə az əhəmiyyət verilir, çünki dövrümüzün informasiya və texnologiyalar zamanı olması və bu sahədə mübadilənin surətli şəkildə həyata keşirilməsi üçün məhsuldar şəraitin mövcudluğu informativ tərcüməyə ehtiyacı getdikcə artırır. Bu tərcümə faktlara əsaslandığına görə burada informasiya əcnəbi dilə olduğu kimi ötürülür. Bu növ tərcümə ayrı-ayrı elm, texnika və fəaliyyət sahələrinə aid mətnlərin ana dilindən xarici dilə ötürülməsini nəzərdə tutur. Elmin sahələrinə uyğun olaraq bu tərcümənin müxtəlif, həm də zəngin növləri formalaşıb inkişaf etmişdir.



3.Hüquqi tərcümə öz tələbləri və özünəməxsusluqları ilə çox fərqlənir və böyük əhəmiyyət kəsb edir. Hüquqi tərcümənin əsas qolu olan məhkəmə tərcüməsi məhkəmə işlərilə bağlı həm yazılı tərcüməni, həm də bu sahədə həyata keçirilən dilmanclığı əhatə edir. İttiham olunan hər bir şəxsin, mühacirlərin tərcüməçi ilə təmin olunmaq hüquqları var. Məhkəmə tərcüməsi də mühacirlərin çox olduğu ölkələrdə daha geniş yayılmışdır.

Məhkəmə tərcüməsinin tarixi Amerikada 1500-ci illərin əvvəllərindəki ispan müstəmləkəsi dövrünə gedib çıxır. 1945-1946-cı illərdə Beynəlxalq Hərbi Tribunalın Nizamnaməsində ədalətli məhkəmənin təmin olunması üçün dildən istifadə imkanı ilə bağlı bir müddəa daxil edildi, lakin bu dilmanclığın keyfiyyəti ilk dəfə 1970-ci illərin sonlarında tənzimlənməyə başladı.

Məhkəmə dinləmələri zamanı sinxron və ardıcıl tərcümədən istifadə olunur. İşin gedişində müəyyən sənədlərin, məsələn, ərizə, şikayət, şahid ifadəsi və qərarların yazılı tərcüməsinə və ya üzündən oxuna-oxuna tərcüməsinə ehtiyyac olur. Həm də məhkəməyə təqdim olunan lent yazılarının dinlənilməsi və yazıya köçürülüb tərcümə olunması da tələb edilə bilər. Eyni bir məhkəmə tərcüməçisi tərcümənin müxtəlif növ , forma və tərzlərindən istifadə etdiyi kimi , müxtəlif cinayət əməllərilə bağlı tamamilə fərqli mövzular üzrə tərcümələr də etməli olur, yəni tərcüməçinin tibbi biliyi , oğurluqlarla ,cinayətlərlə əlaqədar məlumatı olmalıdır. Eyni zamanda, tərcüməçi cinayətkarların istifadə etdiyi sleng, arqo və jarqon sözlərdən də baş çıxara bilməlidir.

Məhkəmə dilmanclığı həmişə gözlənilməz məqamlarla dolu olduğu üçün tərcüməçi əvvəlcədən işlə əlaqədar mümkün qədər çox məlumat toplamalı , müvafiq terminologiya ilə maraqlanmalıdır. Bu sahədə tərcümə dəqiqlik və məxfilik tələb edir. Burada səhvən deyilmiş bir sözün və ya ifadənin tərcümədə düzəldilmiş variantda verilməsi vəziyyəti təhrif etmiş olur.

Tərcüməçi işin gedişində özünü təmkinli aparmalı və öz subyektiv münasibətini biruzə verməməlidir. Məhkəmə tərcüməçiliyinin ən böyük çətinliyi ondadır ki , hər bir ölkənin öz qanunları olduğuna görə buradakı terminlərin hansı anlayışları ifadə etməsi məhz həmin ölkənin sakinlərinə aydındır. Buna görə də hüquqi terminlərdə məna fərqləri var.

4.Dini tərcümə də tərcümənin tarixən müəyyən inkişaf yolu keçmiş növlərindəndir. Belə ki, İncilin və müqəddəs Quranın müxtəlif dillərə tərcümə edilməsi tərcümənin bu növünün nə qədər zəruri və məsuliyyətli olduğunu göstərir. Həm islam , həm də xristiyanlıq monoteist dinlər olduğundan burada bəşəriyyətin yaranması haqqında məlumatlar çox vaxt üst-üstə düşür. Peyğəmbərlərin adları, dini mərasimlər , şərtlər və tələffüzlər fərqli olsa da , çox vaxt hər iki dində mövcud olduqlarına görə tərcümədə onları bildirən söz və ifadələri ekvivalent kimi işlətmək olar. Ancaq təkcə müsəlman dininə və ya digərlərinə xas olan anlayışları tam başa düşmək üçün dini ədəbiyyat oxumaqla bu sahəyə aid terminləri bilmək zəruridir.

5.Təbabətlə bağlı tərcümə də qədim bir tarixə malikdir, çünki təbabət elminin kökləri qədim dövrlərə gedib çıxır. Bu sahədə çalışan tərcüməçilər anatomiyanı, təbabəti dərindən bilməli, eyni zamanda həm ana dilində, həm də hədəf dildə tibbi terminlərə yiyələnməlidir. Tibbi terminologiyanın başqa sahələrdən fərqləndirən cəhət ondan ibarətdir ki, tibbi terminlər latın və yunan mənşəli sözlərdən ibarətdir, hətta onların tərkibindəki qrammatik elementlər də latın və yunan mənşəlidir. Beləliklə də, tibbi terminlərin strukturuna diqqətlə baxdıqda onları asanlıqla başa düşmək olur. Lakin təbabət sahəsinin sürətli inkişafı, yeni yaranan xəstəliklər və onların tapılan və ya axtarılan əlacları yeni terminlərin yaranmasına səbəb olur. Tibbi tərcüməçi nəinki tibbi biliyə, terminlərə sahib olmalı, həm də təbabətlə bağlı canlı xalq dilində işlənən söz və ifadələri də hər iki dildə bilməlidir. Xüsusilə şifahi tərcümədə fərqli dillərdə danışan xəstələrlə onların həkimləri arasında ünsiyyət təşkil etmək üçün elmi dildə danışan mütəxəssislərin suallarını və tapşırıqlarını xəstələrə əksər hallarda danışıq dili vasitəsilə çatdırmaq lazım gəlir. Bu sahədə tərcüməçidən yüksək diqqət və məxfilik tələb olunur.

6. Ekran tərcüməsi kino və televiziyanın inkişafının nəticəsidir. Tərcümənin bu növü filmlərdəki və televiziya proqramlarındakı dialoqların subtitr vasitəsilə tərcüməsindən, dublyajdan və diktorun ana dilində verdiyi məlumatların məzmununun hədəf dildə verilməsindən ibarətdir.

Subtitrlər eşitmə qabiliyyəti zəif olan və ya heç eşitməyən insanları, eləcə də ikidilli ölkənin bütün əhalisini, bəzi ölkələrdə isə mühacirlərdən ibarət icmaları da əhatə etmək üçün nəzərdə tutulur. Subtitrlər ekranın aşağı hissəsində bir və ya iki sətrlik sahədə yerləşdirilir ki, görüntünün qarşısını tam almasın.

Ekran tərcüməsinin digər bir növü dublyajdır, yəni filmin hədəf dildə səsləndirilməsidir. Bunun subtitrdən üstünlüyü ondadır ki, tamaşaçı artıq oxumağa vaxt itirmir, öz dilində filmi və ya tamaşanı seyr edir. Dublyaj tərcüməsində dialoqun arzuolunmaz hissəsini dəyişmək mümkün olduğu halda , subtitrdə bu imkan yoxdur. Dublyaj tərcüməsində əsas çətinlik sözlərin uzunluq və qısalıq baxımından hər iki dildə oxşar olmasını və ekranda aktyorların ağız və dodaq hərəkətlərinin hədəf dilə çevrilmiş sözlərlə uyğunlaşmasını təmin etməkdir.

7. Biznes tərcüməsi dedikdə reklam tərcüməsi nəzərdə tutulur. Bu növ tərcümə xalqın təkcə dil xüsusiyyətlərini deyil, həm də mədəni fərqlərini nəzərə alaraq uyğunlaşmağa daha çox yer verməsilə səciyyələnir. Reklam ticarət və marketinqlə sıx bağlı olan kütləvi ünsiyyət formasıdır. Ticarət mallarının, xidmətlərin reklamının məqsədi istehsalçıdan müştəriyyə informasiyanın axınını təmin edərək potensial alıcınını məlumatlandırmaq, inandırmaq və almağa sövq etməkdir. Reklamlar mətninə, ifadə tərzinə görə ölkədən-ölkəyə fərqlənir, buna görə də reklam konkret ölkənin əhalisinin mədəni xüsusiyytlərinə uyğunlaşmalıdır, bu vəziyyət beynəlxalq aləmdə ” lokalizasiya “ deyilən bir anlayışı ortaya çıxarır. Yerli mühitin ictimai-mədəni və siyasi-hüquqi komponentləri reklamın tərcüməsində nəzərə alınmalıdır. Bu, lokalizasiyanın əsas mənasını təşkil edir. Reklam mətnlərində xüsusi qrammatik forma, lakonik, qeyr-adi leksikonla yanaşı, mədəniyyət fərqləri də tərcüməçinin nəzərindən qaçmamalıdır.

Nəticədə konkret şəkildə demək olar ki, tərcümə həm xarici dillərin tədrisində, həm də fərqli dillərdə danışan insanlar arasında ünsiyyət yarada biləcək əvəzsiz bir vasitədir. Onun köməyilə dünya xalqları bir-birinin sivilizasiyası haqqında məlumat alır, bir-birlərinə informasiya ötürür və fikir mübadiləsi edirlər. Tərcüməçilik məsuliyyətli, xüsusi vərdiş və bacarıqlar, mükəmməl bilik tələb edən və çox böyük bir əhəmiyyət kəsb edən sənətdir.



Bagirova Rahila

Abstract

Types of Translation

The article deals with the notion of translation which is of great importance in teaching and international understanding and its different types. Besides, the specific peculiarities of each type, ties and similarities existing between these fields have been explained in the article.


Key words: word for word, undesirable, target language, specialist, wisdom, coincide
Багирова Рахиля

Резюме

Виды перевода

В статье повествуется о значении перевода и о его видов, имеющих большое значение в процессе обучения и в создании общения между народами. В статье также комментируются специфические особенности отдельных отраслей перевода, связи между этими отраслями, идентичные качества переводов.



Ключевые слова: дословно, нежелательный, язык - цель, специалист, мудрость, соответствие


Məmmədova Rübabə

“İngilis dili” kafedrasının müəllimi


Tələbələrin səhvlərininin düzəldilməsi yolları

İngilis dili ilə Azərbaycan dilinin quruluşunda bir sıra əsaslı fərqlər olduğundan tələbələr dilin öyrənməsində bir çox səhvlər edirlər.

Əlbəttə, dərs zamanı səhvləri düzəltmək üçün müəllimlərin istifadə etdiyi çoxlu tədris metodları var. Tədris metodları müxtəlif amillərdən asılıdır. Belə ki, tələbələrin qavrama imkanlarından asılı olaraq səhvlərin məzmunu və xarakteri, öz növbəsində müəllimlərin düzəliş ücün istifadə etdikləri tədris metodikası da dəyişir.

Dərs prosesində düzəldilməsi lazım olan əsas səhvlər aşağıdakılar hesab olunur:

1.Qrammatik səhvlər

2.Leksik səhvlər

3.Təlləffüz (fonetik) səhvləri

4.Yazı səhvləri

Səhvlərin düzəlişi zamanı müəllim hər bir tələbənin psixoloji vəziyyətini bilməli və onun xarakterinə, psixologiyasına uyğun qaydalardan istifadə etməlidir.

Səhvlərin düzəlişi həm də tələbənin etdiyi səhvin xarakterindən, onun yaranma səbəbindən və fəaliyyətın növündən asılıdır.Bura psixoloji amil, sosial amil, ətraf mühit kimi təsirlər aiddir.

Müəllimləri təəccübləndirən bir məsələ var ki, bəzən tələbə eyni səhvi dəfələrlə təkrar edir. Əlbəttə ki, səhvlər hamısı eyni deyil.Bəzi səhvlər dərin kök salmış kimi görünsə də, bəziləri asanlıqla tələbənin özü tərəfindən düzəldilə bilir.

Tələbə nə üçün səhv edir?

Julian Edgə görə tələbə səhvləri dörd əsas səbəbə görə edir. Birinci səbəb, onlar öz ana dilini ingilis dili ilə qarışdırır və səhv edirlər.Buna azərbaycan dilində üç, ingilis dilində isə on altı zamanın olması faktı daha çox təsir edir və tələbə zamanların işlənməsində coxlu səhvlərə yol verir.

İkincisi, onlar qaydanı öyrənir, lakin ondan cox geniş miqyasda istifadə etmirlər və hesab edirlər ki, qaydanı dərindən bilirlər. Belə ki, tələbə sifətin müqayisə dərəcəsinin –er və more ilə düzəldiyini bilir, lakin hər iki qaydadan eyni anda istifadə edir və I am younger than you əvəzinə, I am more younger than you deyir.Tələbə sifətin dərəcələri ilə bağlı biliyini dərinləşdirdikcə və bu qaydadan daha cox istifadə etdikcə belə səhvlər aradan qaldırılır və ya tələbə indiki və keçmiş zamanda olan cümlələrdən cox istifadə etdiyi üçün daha az,bitmiş zamanlarda olan cümlələrdən az istifadə etdiyi daha çox səhvə yol verir. Bu cür səhvlər inkişafla bağlı (developmental) səhvlər hesab olunur və tədris prosesinin bir hissəsidir.

Üçüncüsü Julian Edg həmcinin bildirir ki, tələbələr bəzən səhvləri bilərək edir, çünki onların istədiyi yeganə şey səhv edərək və ya səhv etməyərək məlumat almaqdır.

Dördüncüsü o hesab edir ki, tələbələr səhv edirlər, cünki onlar bəzən fikirlərini ifadə etmək üçün tələsir və ya diqqətsiz olurlar.

Səhvlər və onların düzəlişi haqqında Julian Edg aşağıdakıları təklif edir.O, səhvləri üç böyük kateqoriyaya bölür:slips, errors, attempts.

1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə