Qurban Qurbanlı Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent




Yüklə 411.8 Kb.
səhifə3/6
tarix23.02.2016
ölçüsü411.8 Kb.
1   2   3   4   5   6

İhamə Məmmədova

fil.ü.f.dok.

“İngilis-dili” kafedrasının

baş müəllimi


Bədii tərcümə: dünəni və bu günü
Son illərdə elm və texnika inkişaf etdikcə, ölkələr arasında mədəni və iqtisadi əlaqələr möhkəmləndikcə tərcümənin də rolu artır.

Dünyada bir ildə tərcümə edilmiş yüz minə yaxın kitabın oxuculara təqdim olunması artıq tərcümənin bütün ölkələrdə özünə, necə deyərlər, “vətəndaşlıq pasportu” almasına dəlalət edir.

Tərcümə fəaliyyəti problemlərini kompleks şəkildə öyrənən tərcümə nəzəriyyəsi belə bir fikri təlqin edir ki, bədii ədəbiyyat sahəsində dəqiq tərcüməyə təlabat son illər daha da artmışdır.

Bədii tərcümə problemlərinə maraq günü-gündən artır, dərinləşir. Qeyd etmək lazımdır ki, tərcüməçilik fəaliyyəti intellektual baxımdan əhəmiyyətli dərəcədə gərgin bir prosesdir. Tərcüməçi hər iki dildə özünü tam sərbəst hiss etməklə yanaşı, qəbul etdiyi və ötürməli olduğu məlumatı (mətni, nitqi) təfərrüatlarına qədər dərk etməli, onu orijinala daha yaxın şəkildə ikinci bir dilə çevirməyi bacarmalıdır.

Bədii tərcümə prosesində mütərcim özünün məntiqinə əsaslanaraq və yerli koloritin saxlanmasına çalışaraq orijinalda təsvir olunan məkanı yaxşı öyrənməli və onu tərcümədə canlandırmalıdır.

Bəzən orijinaldakı dialektlər mütərcimlər üçün çətinlik törədir. Geniş oxucu kütləsinə məlum olmayan bu dialektləri mütərcim yerli koloriti saxlamaq şərtilə Azərbaycan dilinin imkanlarından istifadə edərək onlar arasında seçim etməlidir.

Demək olar ki, “Necə tərcümə etməli?” sualına tərcümə nəzəriyyəsi tam cavab vermişdir. Ancaq “Nəyi tərcümə etməli?” sualı da az əhəmiyyət kəsb etmir və bu sualın digər vacib cəhəti burasındadır ki, nəyi, hansı müəllifin hansı əsərini seçmək məsələsi sırf subyektiv məsələdir və yalnız tərcüməçinin öz zövqünün, bacarığının və yaradıcılıq imkanlarının tələbləri müstəvisindən həll edilməlidir. Dünya ədəbiyyatında gözəl nümunələr çoxdur, ancaq heç bir cəhəti ilə seçilməyən, oxucuya təzə heç nə verə bilməyən əsərlər də yox deyildir. Müasir tərcüməçinin nəyi seçə bilmək bacarığı onun istedadının bir cəhətidir. XX əsrin ilk onilliklərinə qədər bədii tərcümə təsadüfdən- təsadüfə yalnız bəzi həvəskarlar tərəfindən həyata keçirilirdi və heç bir nəzəri əsası yox idi. Artıq əsrin ortalarına doğru onların həm keyfiyyəti, həm də sayı inkişafa doğru dəyişikliyə uğradı.

Azərbaycan tərcüməçiləri rus və dünya ədəbiyyatının klassik nümunələrinə müraciət etməyə başladılar.

Təəssüf ki, Azərbaycan mütərcümləri yalnız rus dilindən dünya ədəbiyyatı nümunələrini tərcümə edirdilər. Həmin dövrün mütərcümləri arasında X.Əzizbəyli, P. Təhmasib, Ə. Qasimi, Ə.C. İbrahimov və başqalarının etdiyi tərcümələr tədqiqat obyekti ola bilər.

Müasir dövrün başlanğıcında əsas simalardan biri kimi İsmixan Rəhimovun adı xüsusi qeyd olunmalıdır.

Əllinci illərin axırlarında İ Rəhimov məşhur ingilis şairi C.Q. Bayronun üç poemasının “Abidoş gəlini”, “Gavur” və “Korinfin mühasirəsi” poemalarını tərcümə edərək Azərbaycanın tanınmış şairləri B. Vahabzadə, A.Aslanov, N.Gəncəliyə təqdim etmişdir.

Qeyd etmək lazımdır ki, Azərbaycan Pedaqoji Xarici Dillər Universitetində tərcümə kafedrasına rəhbərlik etdiyi müddətdə orijinaldan tərcümə edən (ingilis, fransız, ispan dillərindən) mütərcümlərin yetişdirilməsində İ.Rəhimovun mühüm rolu olmuşdu. Bu mütərcümlərdən Q. Paşayev, Z.Ağayev, S.Mustafa, Ş.Xəlillinin adları Azərbaycan oxucusuna yaxşı tanışdır.

Avropa Birliyinin TEMPUS proqramı çərçivəsində, əməkdaşı olduğum Naxçıvan Dövlət Universitetində artıq iki ildir ki, tərcümə ixtisası fəaliyyət göstərir. Layihənin məqsədi Bolonya prosesinin tələblərini nəzərə almaqla Azərbaycanda tərcümənin tədrisində islahatlar aparmaq, tədris planlarını, tədris və təlim prosesini daha da təkmilləşdirməkdir..

2011-ci ilin noyabr ayında TEMPUS proqramı çərçivəsində layihə iştirakçısı olan universitetlərin bir qrup əməkdaşı ilə İtaliyanın Milan Tərcüməçilik Məktəbində  təcrübə keçdik. Xatırladaq ki, Milan Tərcüməçilik İnstitutu tərcümə sahəsində peşəkar mütəxəssislər hazırlayan qabaqcıl təhsil müəssisəsidir. Məktəbdə təşkil olunan seminarlarda iştirak etdik, sinxron tərcümə dərslərini keçirildiyi kabinələrlə tanış olduq.

Universitetimizdə növbəti tədris ilində tələbələrə müxtəlif tərcümə sahələri, eləcə də bədii tərcümənin nəzəri və praktik kursu tədris ediləcək. Bu kursun əsas məqsədi gələcək tərcüməçilərə bədii əsərlərin xarici dilə və ya xarici dildən ana dilinə tərcümə edə bilmələri üçün zəruri olan bilik və bacarıqların verilməsidir.

Düzgün bədii tərcümə, orijinal mətnə uyğun olmalıdır. Mütərcim tərcümə zamanı tərcümə etdiyi dildə idiomların, sözlərin mətnaltı mənasına fikir verməli, sözlərin axıcılığının, üslub və ahəngin qorunub saxlanmasında diqqətli olmalıdır.

Tərcüməçi tələbə yadda saxlamalıdır ki, hər iki dili mükəmməl bilən şəxs dillərarası əlaqənin yaradılması kimi mühüm bir vəzifəni həyata keçirə bilər.

Düşünürəm ki, tərcüməçi tələbələr tərəfindən ingilis dilindən edilmiş poeziya və nəsr nümunələrinin çapında Naxçıvan Dövlət Universitetinin orqanı olan “ Yeni Fikir” qəzeti çox böyük rol oynayacaqdır. İlk qələm təcrübələri kimi bu tərcümələrdə nöqsanlar ola bilər, lakin illər ötəcək, bu mətbu orqanın zəhmətinin hədər getmədiyinin şahidi olacağıq.

Sonda onu da qeyd etmək yerinə düşər ki, vaxtilə bütün əsərlərin ikinci dil vasitəsilə tərcümə edildiyi respublikamızda inkişaf mərhələsi elə kamillik zirvəsinə çatıb ki, artıq bütün əsərlər birbaşa orijinaldan tərcümə olunur.




Səkinə Paşayeva

Naxçıvan Dövlət Universiteti

“İngilis dili” kafedrasının

müəllimi


Xarici dilin tədrisində psixoloji faktorlarin rolu

Xarici dilin tədrisi əsrlər boyu öz aktuallığını qoruyan məsələlərdən olmuşdur. Belə ki, lap qədim zamanlardan bəri xarici dil öyrənmək insanların ən ümdə məqsədi olmuşdur. Əbəs yerə demirlər ki, bir dil bir insana bərabərdir. Əlbəttə ki, hər hansı bir yeni dil öyrənən insan nəinki həmin dilin leksik, qrammatik, sintaktik və s. kimi xüsusiyyətlərinə bələdçilik edir, bununla yanaşı həmin dilin mövcud olduğu regionun, aid olduğu xalqın adət -ənənəsi, milli mentaliteti, coğrafi quruluşu, siyasi – iqtisadi mövqeyi və s. kimi biliklərə yiyələnir.

Dil yalniz ünsiyyət vasitəsi deyil, dil dünya fəlsəfəsidir. Dil dünya haqqında təsəvvür yaradan təbii intellektual sistemdir. Hər bir dil ayrılıqda dünya haqqında bilik, dünyanı görmək və anlamaq üçün vasitədir.

“ Dünyada neçə dil var?” sualının cavabını tapmaq o qədər də asan deyil. Çünki bunun üçün bəzi problematik məsələlərə cavab tapılmalıdır. Məsələn ,”Dil üçün yazılı formanın olması vacibdirmi?”, “Hər hansı bir dili neçə nəfər danışmalıdır ki, həmin dil müstəqil dil statusunu ala bilin?”, “Dialektl ilə dil arasında olan fərq hər zaman anlaşılırmı?” və s. Göründüyü kimi, hətta alimlər belə dilin sayı barədə olan suallara tam dəqiq şəkildə cavab tapa bilmirlər. Bəzi mənbələrə əsasən bu rəqəm 6900, bəzi mənbələrə əsasən isə dillərin sayı 6800 -dür . Amerika Linqvistika Cəmiyyəti danışılan dillərin sayının 6800 olduğunu təsdiqləyir. Təbii haldır ki, dillərin sayı dövrlərə görə dəyişir, çünki dilləri danışan xalqlar başqa xalqlarla assimilasiyaya uğraya bilər, ümumiyyətlə məhv ola bilər ki , bu da öz növbəsində dillərin sayının dəyişməsinə bilavasitə təsir göstərə bilər. Məhz buna görə “ölü dil” deyilən bir termin mövcuddur ki , bunu danmaq qeyri – mümkündür. Ən bariz nümunə kimi ölü dillərə latın dilini misal göstərmək olar.

Alimlərin fikrinə görə, son yüz il ərzində 3000-dən 6000-ə qədər dili ölüm təhlükəsi gözləyir. Dilin saxlanması üçün həmin dildə ən azı 100 min insan danışmalıdır. Dünyanın yeddi dili dünya dillərı hesab edilir: ingilis dili, ispan dili, ərəb dili, rus dili, fransız dili, alman dili, portuqal dili. ( az .vikipedia .org)

Ən çox danışılan dil dedikdə insanın ağlına ilk olaraq ingilis dili gəlir. Danilmaz bir faktdır ki, ingilis dili internet dili, biznes dili, siyasət, idman dilidir. Amma həqiqətdə bu belə deyil. Belə ki, dünyanın ən çox danışılan dili Kök dillər qrupuna aid olan çin dilidir ki, 880 milyon dil daşıyıcısı vardır. İkinci sırada 325 milyon dil daşıyıcısı ilə Roman dillərinə aid olan ispan dili və ən nəhayətində 315 milyon dil daşıyıcısı ilə German dilləri qrupuna aid olan ingilis dili dayanır .

Dilin tədrisi olduqca mürəkkəb, çətin, amma labüd və vacib bir prosesdir . Metodistlər hər zaman bunu asanlaşdırmağın yollarını araşdırmış və müxtəlif metodlar irəli sürmüşlər. Dilin öyrənilməsində psixoloji faktorlar xüsusilə nəzərə alınmalıdır. Bəzən bunun nəzərə alınmaması göstərilən cəhdlərin hamısının boşa çıxmasına səbəb ola bilər və əgər psixoloji faktorlara düzgün riayət etməklə dil öyrənilərsə, bu çətin tapşırıq yox, əyləncəli bilik oyunu ola bilər.

Hər hansı bir xarici dilin öyrənilməsində yaddaş , hafizə ən mühüm rol oynayan psixoloji meyarlardandırlar. Yaddaş informasiyanın toplanması, saxlanması və yenilənməsi üçün beynin funksiyalarından və fəaliyyət növlərindən biridir. (Kayzen.az/blog/psixologiya/yaddaş/html)

Hafizə bütün canlılarda vardır. Hətta bitkilərin də yaddaşı olması ilə bağlı elmi fikirlər söylənilir. Geniş mənada hafizənin cali orqanizmin informasiyanı təsbit edən anadangəlmə və həyatda qazanilan mexanizm kimi də xarakterizə etmək olar. Hafizə keçmiş təcrübənin beyində nəqşləndirilməsi, yadda saxlanması sayəsində sonralar onun tanınma və yada salınmasından ibarət mürəkkəb psixi fəaliyyətdir. (Kayzen.az/blog/psixologiya/8065/hafizə/html)

Hafizənin insan həyatında və fəaliyyətində əhəmiyyəti olduqca böyukdür . Öyrənmə isə bu fəliyyətlərin ən başında gəlir. Xarici dilin tədrisi zamanı hafizədən, yaddaşdan elə istifadə etməliyik ki öyrəndiyimiz hər hansı bir məlumat, informasiya yaddaşımızda qısamüddətli və səthi olaraq yox, uzunmüddətli və daimi olaraq qalsın. Həm yaddaşımız, həm də biliyimiz qarşılıqlı şəkildə inkişaf etsin, təkmilləşsin. Çünki öyrənmədə əsas köməkçi yaddaşdır.

Əfsuslar olsun ki, bəzən bunun əksinin şahidi oluruq . Belə ki yeni dil öyrənməyə baslayan adam yanlış halda qısa müddətdə çoxlu söz öyrənməyə meyilli olur. Çünki dil öyrənmək istəyən adamın ağlına gələn və verdiyi ilk sual “Neçə aya ingilis dilini öyrənib danışa bilərəm?” olur. Bu səbəbdən də lüğətdən çoxlu söz əzbərləyərək yadda saxlamağa çalışırlar. Ola bilsin ki , buna müəyyən dərəcədə nail olub onların bəzilərini qısa bir müddətdə yadda saxlaya bilərlər. Lakin bu metod sadəcə bir müddət, özü də qısa bir müddət üçün keçərli ola bilər. Çünki bu zaman beynimizdə, yaddaşımızda bu sözləri gücləndirmirik , yaddaşımızda onlara forma , məna, məlumat vermirik, sadəcə əzbərləyirik. Bu zaman beynimizin sağ yarımkürəsini passiv halda saxlayıb, sadəcə olaraq sol yarımkürəsindən istifadə edərək əzbərləməyə çalışırıq. Nəticə etibarı ilə bu sözlər beynin yadda saxlanma konseptinə uyğun olmadığından əzbərləmə cəhdi boşa çıxır. Çünki yaddaş, hafizə beyində şəkilləri saxlayır, oxuyub eşitdiyimizi yox, gördüyümüzü əzbərləyir. Elə bu səbəbdən də izlədiyimiz bir filmi və ya gördüyümüz qəzanı unutmuruq. İllustrasiyalı biliklər, məlumatlar tez yadda qalır və unudulmur. Əgər bir söz öyrənmək məqsədimizdədirsə, bu zaman həmin sözü tək olaraq götürüb dəfələrlə səsli şəkildə əzbərləməyə çalışsaq, heç nə xatırlamarıq, ya da çox qisa bir müddət üçün bu mümkün ola bilər. Daha yaxşı olar ki, söz fərdi yox, söz qrupu daxilində, ən yaxşı halda isə mətn daxilində öyrənilsin. Məsələn “read” “oxumaq” sözünü öyrənmək istəyirik. Edəcəyimiz şey həmin sözü cümlədə işlədərək yaddaşımıza həkk etmək olmalıdır. Məsələn , “Anna reads adventure stories every night .” “Ann hər axşam macəra hekayələri oxuyur.” Bu cümlə daxililndə “read” sözü daha asan yadda qalacaq, çünki beynimizdə şəkil canlanacaq . Cümlə vasitəsilə bizim beynimizə əlavə məlumatlar qəbul olunur ki, bu da öz növbəsində yaddaşı gücləndirir və beynimizdə bir neçə sual meydana çıxır. “Who is Ann?”, “What does she read every night?” , “When does she read adventure stories?”, “ What kind of stories does she read every night?” .

Bu metodun vasitəsilə biz yalnız söz bazasını genişləndirmirik, həmçinin qrammatik vərdiş də güclənir. Məsələn , “Anna reads adventure stories“ cümləsində felin sonundakı “s” xəbərin üçüncü şəxsin təkində olduğuna işarə edir və biz bunu nəzəri yox, praktik şəkildə öyrənirik və anlayırıq ki, bu yalnız Ann-ə yox, he, she və ya üçüncü şəxsin təkində olan hər hansı bir mübtədaya aid ola bilər. Unutmayaq ki, hər hansı bir yerli dil daşıyıcısı uşaq vaxtı dil öyrənən zaman saatlarla oturub tək halda lüğətdən söz əzbərləmir, ya da danışmaq üçün qrammatika oxumur, ətrafda olan hadisələrə reaksiya verərək yalnız söz yox, söz qrupu və cümlələr eşidərək ana dilini mənimsəyir və təbii olaraq, heç zaman unutmur. Məhz dil öyrənən də bu aspektdən yanaşarsa, dil öyrənmək həm effektli, əyləncəli, daha uzunmüddətli, həm də məqsədəuyğun olacaqdır.

Məlum məsələdir ki, insan maraq göstərdiyi şeyi daha yaxşı yadda saxlayır və onu beyninə daha çox həkk edir. Danilmaz bir faktdir ki, növundən asılı olaraq musiqi əksər insanların maraq dairəsinə aid olan bir incəsənət növüdür. Məhz bu incəsənət növundən də istifadə edərək qalıcı sürətdə söz bazamızı genişləndirə bilərik. Məsələn: ingilis dilində olan hər hansı bir lirik mahnının mətnini səhifənin bir tərəfində, bir neçə sözünü çıxarmaq şərtilə hazırlayıb, səhifənin digər hissəsində isə həmin çıxarılmış sözləri pərakəndə şəkildə yazaraq bu tapşırığı yerinə yetirmək olar. Qeyd emək lazımdır ki, mətnin içərisindən çıxarılmış həmin sözlər öyrənənlər üçün yeni olmalıdır. Bu lirik nümunə çalışma kimi hazırlanıb, vərəqlər dil öyrənən tələbələr arasında paylaşıldıqdan sonra musiqiyə qulaq asılmalı və buraxılmış sözlər yerinə qoyulmalıdır. Sözlər yerinə qoyulduqdan sonra həmin yeni sözlər üzərində müzakirə aparılaraq mənaları qeyd olunmalı və cümlə daxilində istifadə edilməlidir. Bu yolla həm dinləmə bacarığımız inkişaf edir, həm də yeni sözlər öyrənmək mümkün olur. Üstəlik öyrənmə əzab yox, əyləncə xarakteri daşıyır .

Söz oyunu vasitəsilə də sözləri daha asan yadda saxlamaq və öyrənmək mümkündür. Balaca kartlarda sözü mənaları və tələffüzü ilə birlikdə yazaraq, qrup şəklində (məsələn, 6 nəfərlik) bu tapşırığı yerinə yetirmək mümkündür. Misal üçün, pickle (şoraba , turşu ) sözünü götürək. Kartı götürən şəxs sözü başqasına deməmək və göstərməmək şərti ilə bu sözün mənasını başqalarına izah etməyə çalışmalıdır. Məsələn , pickle sözü üçün –

`` It is a thing. It is an eatable thing, especially in winter. I think most people like it. We can eat this with our meal. It is salty but very tasty. It can be prepared from different vegetables.`` Bu üsul da çox yararlı və yaradıcıdır. Çünki sözü izah etmək üçün ətraflı şəkildə danışmaq lazımdır ki , bu da öz növbəsində nitqin inkişafına, bununla yanaşı yeni sözün yadda qalmasına kömək olacaqdır.

Sonda unutmamalıyıq ki, dil öyrənmək müasir həyatın ən vacib tələblərindən biridir. Bunu asan və yadda qalan etmək üçün yaddaşımızdan məqsədə uyğun şəkildə istifadə etməliyik ki, müsbət nəticə əldə edə bilək. Əgər düzgün yol seçsək, yaddaşımız bu barədə bizə ən yaxın köməkçi ola bilər.



ELZA AŞUROVA

Naxçıvan Dövlət Universiteti

“İngilis dili” kafedrasının

baş müəllimi


XARİCİ DİLİN TƏDRİSİNDƏ İNFORMASİYA – KOMMUNİKASİYA TEXNOLOGİYALARININ ƏHƏMİYYƏTİ
Azərbaycan informasiya kommunikasiya texnologiyaları üçün regional mərkəz olmaq niyyətindədir.”

İlham Əliyev


Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev 21 avqust 2004 – cü il tarixində təsdiq etdiyi “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı proqramı” (2005--2007- ci illər) ölkəmizdə bu prosesə start verdi. Bundan sonra 10 iyun 2008-ci il tarixində ölkə başçısı tərəfindən qəbul edilmiş “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırilması üzrə Dövlət Proqramı” isə İKT-dən istifadə etməklə ölkəmizdə beynəlxalq standartlara uyğun keyfiyyətcə yeni təhsil modelinin qurulmasını, vahid elektron təhsil məkanının yaradılmasını və təhsil məkanına inteqrasiya etdirilməsini əsas məqsəd kimi qarşıya qoyub. Azəbaycan Respublikasının Təhsil Nazirliyi 2010 –cu ili ölkəmizdə “Təhsildə İKT ili ”élan edib və bu sahədə çoxlu işlər görülüb.

Müasir dövrdə elm və texnikanın inkişafinda İKT-nin böyük rolu var.Bu isə ilk növbədə universitetlərdən, tələbələrdən, müəllimlərdən və onların İKT-dən necə istifadə etmələrindən başlayır. Ona görə də hər bir təhsil işçisi prezidentimizin imzaladığı sərəncama uyğun olaraq təhsil sistemində İKT-nin inkişaf etdirilməsinə öz köməkliyini göstərməlidir.

Ölkəmizdə beynəlxalq dil olan ingilis dilinə tələbat artdığından dil öyrənən şəxslərin sayı artmaqdadır. Bu gün xarici dili tədris edən hər bir müəllim ilk növbədə hərtərəfli kommunikativ qabliyyətə malik olmalıdır. Real dil mühütünün olmadığı bir şəraitdə , biz müəllimlər öz dərs dediyimiz tələbələrə nümunə olmalıyıq. Biz müəllimlər tədrisi təşkil edərkən , tələbələrin marağını, təlabatını və səviyələrini nəzərə alaraq, köhnə metod və materiallardan istifadə etməməliyik , yeni İKT metodunu tədrisdə tətbiq etməliyik. Xarici dilin tədrisi prosesində dil öyrənən tələbələrə tədris olunan dildən kommunikativ məqsədlərlə istifadə etmək ücün səmərəli şəraitin yaradılması olduqca vacibdir. Bizim vəzifəmiz dili yüksək səviyyədə tədris edib , keyfiyyətli mənimsəmə əldə etmələrinə nail olmaqdır. Əsl müəllim hər bir tələbəsinə qayğı göstərərək , onlara fərdi şəkildə yanaşmağı bacarmalı , müəllim tələbə arasındakı münasibətlər səmimi , qarşılıqlı hörmət , məsulliyyət və əməkdaşlıq üzərində qurulmalıdır. Belə bir tədrisdə məqsədimiz cəmiyyətə yararlı, savadlı, dünyagörüşlü tələbələr yetişdirməkdir.

Müasir müəllim dərsin tədrisində İKT- ni tətbiq etməli , müasir tələbə isə nəinki ondan xəbərdardır , hətta gündəlik həyatı və təhsili prosesində istifadə etməlidir.

Bu gün biz müəllimlər qürurla deyə bilərik ki , təhsilin inkişafı getdikcə yaxşıliğa doğru gedir. Dünya təcrübəsi göstərir ki , müasir texnologiyaların inkişafı digər sahələrlə yanaşı təhsilə də təsir göstərib. Təhsil sisteminin informasiyalaşdırılması prosesində müəllim əsas yer tutur. Bu sahədə müvəffəqiyyət məhz müəllimin İKT sahəsində biliklərin səviyyəsindən və onun bu sahədə olan vərdişlərinin tədrisdə tətbiqindən birbaşa asılıdır. Təhsilin informasiyalaşdirilmasinda müəllimin əsas yer tutmasi dünya səviyyəsində artıq qəbul olunub. Müəllimlərin İKT-nin tədrisində bilikli olması sonda müsbət nəticəyə gətirib çıxarır.

Artıq hansı üsullarla dərslər keçdiyimizə, metodları tətbiq etdiyimizə , hansi qurğulardan istifadə edilən, proqramlara nəzər salsaq görürük ki, təhsilimiz dünya təhsil sisteminə doğru böyük addımlar atır.

Universitetimizin yaratdığı şərait nəticəsində xarici ölkələrin təhsilindən nümunələr və proqramlar götürərək biz onlardan dərslərimizdə istifadə edirik. Bütün eksperimentlərdən istifadə gözəl nəticələr verib və biz onları qruplarimiza tətbiq edirik, başqa gənc müəllimlərə nümunə oluruq, göstəririk ki, bu cür dərs keçəriksə, tələbə üçün daha effetktli olar və tələbə müəllimin müdaxiləsi olmadan da dərsləri öyrənə bilər. Yəni burada tələbənin dərsi mənimsəməkdən başqa yolu qalmır. Bu gün biz müəllimlər xaricdə təcrübə keçirik. Xaricdə keçirilən təcrübələrin təbii ki, effekti olur. Orada gördüklərimizi tətbiq edirik və görürük ki, xaricdəki bəzi təlim metodlarını keçməkdə fayda var.

Mən fəxrlə deyə bilərəm ki, gənc nəsilin İKT-yə marağı və meyli daha çoxdur. Onlar kiçik yaşlarından bu texnologiyanı gördükləri və maraqları olduğu üçün daha tez qavrayırlar və reaksiya verə bilirlər, intellektual səviyyələri güclənir. İKT-nin imkanlarından tədrisdə istifadə edərkən qeyd etməliyəm ki, interaktiv rejimdə keçirilən dərslərdə tələbələrin mərkəzi fiqur olması əsas şərtdir, müəllim, onun konsultantı, onun fərasətini və orijinal bacarığını qiymətləndirən, tələbəni aktivliyə, müstəqilliyə, təşəbbüskarlığa həvəsləndirən rolunda çıxış edir. İnteraktiv rejimdə keçilən dərslər bütün uşaqların, utancaq və psixoloji qüsuru olan tələbələrin dərs prosesinə aktiv qoşulmasına şərait yaradır. Mən dəfələrlə müşahidə etmişəm ki, interaktiv üsulda zəif tələbə suala səhv cavab verərkən müəllim tələbənin səhvlərini auditoriyaya deyil, onun özünə fərdi qaydada göstərir və onları necə düzəltməyi çox aydın başa salır. Belə tədris tələbənin özünə inamını artırmaqla yanaşı onun psixoloji maneələrini, fənn qarşısındakı qorxusunu yox edib aradan qaldırır. Bir sözlə interaktiv dərslər təhsilin motivasiyasını yüksəldir.

Respublikamız müstəqillik qazandıqdan sonra bütün sahələrdə olduğu kimi təhsil sahəsində də islahatlar aparılmış , müxtəlif ölkələrlə layihələr imzalanmışdır. Belə layihələrdən biri Avropa İttifaqının Tempus proqramında ölkəmizin iştirakıdır. Qürurla deyə bilərəm ki , Naxçıvan Dövlət Universiteti bu layihənin fəal iştirakçısıdır və biz müəllimlər xarici ölkələrdə olaraq təcrübəmizi artırıb layihədən bəhrələnmişik.

Bir məsələni də qeyd etmək istəyirəm ki, İKT sahəsində universitetimiz uğurla irəliləyir. Universitetimizin rektoru .................İsa Həbibbəyli İKT savadının artırılmasına xüsusi diqqət yetirir və bu sahədə müəllimlərə var gücü ilə kömək edir. Müəllimlərin ixtisasından asılı olmayaraq İKT ilə işləmək və onlardan düzgün istifadə etmək bacarığına çox böyük önəm verir. Hamımız razılaşırıq ki, İKT savadı olmayan mütəxəssislərin bu gün dövlət və özəl müəssisələrdə iş tapması çox çətindir. İKT biliyinə mükəmməl yiyələnməyin ilk yolu orta məktəbin ibtidai siniflərindən başlayaraq təhsilin İKT əsasında qurulması, məktəblilərin kompüter, internetlə işləməyə psixoloji hazırlanması uşaqların savadlı və istedadlı kadr kimi yetişməsində çox mühüm rol oynayır.

Bundan əlavə bizim universitetimizdə yaradılan şəraitdən istifadə edərək biz müəllimlər İKT-nin köməyi ilə bir dərs prosesində müxtəlif hazırlıqlı tələbələrə fərqli yanaşma və metodları ilə öyrətmə sistemini tətbiq etməklə qavrama qabiliyyətlərinə uyğun tapşırıqlar veririk. Müəllimin verdiyi suala tələbələrin hamısı kompüter vasitəsilə eyni zamanda cavab verməklə dərs prosesində aktiv iştirak edirlər, müəllimlər isə dərs boyu tələbələrin aktivliyini qoruyub saxlayırlar.

Mən bir məsələnı də qeyd etmək istəyirəm ki, dərslikdə olmayan, müəllimin özü tərəfindən hazırlanmış testi və ya düşünülmüş maraqlı tapşırıqları kompüterdə prezentasiya şəklində hazırlayır.

İKT- ilə dərs tədris etmək həmkarlarım kimi mənim üçün də yad metod idi. Lakin, bu işin dərinliyinə vardıqca görürük ki, İKT-nin təhsildə tətbiqi və inteqrasiyası tələbə və müəllimlərimizin, müasir biliklərə və bacarıqlara malik olan yeni nəslin formalaşmasına bir başa təsir edən yüksək mahiyyətli metoddur. Bu metod tələbələrin və həmkarlarmın fikrincə, maraqlı, faydalı və təlimin fərdiləşməsi deməkdir. Təbii ki, burada müəllimin fərdi bacarıqları, təlim metodları, kompüter, elektron lövhə bilikləri ilə birləşdirilərək ortaya faydalı iş qoyulmalıdır. İKT müəllim və tələbələri aktivliyə yönəltməklə yanaşı onları internet araşdırmaları aparmağa daim yenilikləri öyrənməyə və onun verdiyi faydalı nəticəni paylaşmağa imkan verir. Bu sahədə faydalı işlər görmək üçün mütəmadi internetdən istifadə etməliyik və edirik.

Mən öz təcrübələrimdən görürəm ki, təlimdə İKT-dən istifadə etməyin üstün cəhəti ondan ibarətdir ki, bu üsulla aparılan dərslərdə tələbələrin bir-birindən köcürmək və ya yoldaşından məsləhət almaq kimi mənfi halların qarşısını almaq olur. İKT-dən istifadə həm də fənn müəllimlərinin texniki bilik və bacarıqlarının inkişafına müsbət təsir göstərir. Bunun üçün hər bir fənn müəllimi müasir İKT-dən istifadə etməyi mükəmməl öyrənməsi və hər bir mövzunu hansı proqramda daha yaxşı tədris olunmasını dəqiq bilməsi vacibdir. Aparılan müşahidələr göstərir ki, İKT vasitəsi ilə aparılan dərslər tələbələri cox maraqlandırmaqla yanaşı, həm də onların təlimə həvəsini artırır.

İKT – nin xarici dilin tədrisində istifadəsi tələbələrin təhsilində, gələcək həyatlarında uğur qazanmalarına, internetdən istifadə etmələrinə və kamilliyinə kömək edəcək. İKT-dən istifadə ünsiyyətə aparıb cıxarır. Ünsiyyət yaratmaq ücün hər bir tələbənin dil bacarığı olmalıdır. Xarici dili bilən hər bir kəs öz xalqının milli dərərlərini bütün dünyaya catdıra bilir.

İKT-nin təhsil sisteminə səmərəli tətbiqi tədris prosesinə yeni ruh, yeni nəfəs vermək, tələbələr ücün çox cəlbedici, onların maraqlarına uyğun sadə və keyfiyyətli yeni təhsil modelini qurmaqdır.

ABSTRACT
The importance of information and communication technologies in

teaching foreign language

The article is devoted to the investigation of the importance of information and communication technologies in teaching foreign language.
Резюме

Значение ИКТ в преподавании иностранного языка

В статье рассматриваются активные методы преподавания инoстранного языка с применением новейших компьютерных технологий.

1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə