Qurban Qurbanlı Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent




Yüklə 411.8 Kb.
səhifə2/6
tarix23.02.2016
ölçüsü411.8 Kb.
1   2   3   4   5   6

6.Proficiency tests. Peşəkarlıq, yaxud bacarıq testləri dil öyrənənin ümumi dil qabiliyyətini yoxlamaq üçün aparılan testlərdir. Ümumi dil qabiliyyəti dedikdə öyrənənin qrammatik biliyindən tutmuş eşidib anlamaya qədər bütün bilik və bacarıqları nəzərdə tutulur. Ona görə də belə testlərə oxu və yazı, dinləyib anlamaq və danışmaq kimi bacarıq və qabiliyyətləri yoxlayan çalışma növləri daxil edilir. Əslində bu növ testlərin kurikyulum və silabusla heç bir bağlılığı yoxdur. Testing of English as Foreign Language testı (TOEFL) bu test növünə misal ola bilər. Bu test dil öyrənənin ingilis dilindən ümumi dil qabiliyyətini yoxlayır və kiməsə ABŞ-da hər hansı bir ali məktəbdə təhsil alması və yaxud hər hansı bir işə qəbul edilməsi üçün icazə məqsədilə aparılır.

Ümumiyyətlə, tələbələrin bilik və bacarığını yoxlamaq üçün müxtəlif növ testlər vardır və bunlar müxtəlif məqsədlər üçün istifadə olunur. Ancaq sonda deyə bilərik ki, bütün növ testlərin yeganə məqsədi materialın öyrənən tərəfindən uğurlu şəkildə tam mənumsənilməsinə və müəllimin öz işini daha mükəmməl qurmasına kömək etməkdir.


Summary

The article deals with testing learners’ knowledge and habits in a foreign language learning and teaching process, the design of the tests and types of tests. Referring to the opinions of various scholars the author gives the basic criteria for test design and values the role of different kinds of testing in learning and teaching the foreign language.



Key words: test design, knowledge and habits, proficiency tests, placement tests, achievement tests, progress tests, diagnostic tests

Xülasə

Məqalədə xarici dilin öyrənilməsi və öyrədilməsi prosesində tələbələrin bilik və bacarığının yoxlanılmasından, testlərin növlərindən və tərtib olunmasından bəhs olunur. Müəllif müxtəlif alimlərin fikirlərinə əsaslanaraq testlərin tərtibatı üçün əsas meyarları göstərir və xarici dilin öyrənilməsi və öyrədilməsində müxtəlif növ testlərin rolunu dəyərləndirir.


Açar sözlər: testlərin tərtibatı, bilik və bacarıqlar, bacarıq testləri, yerləşdirmə testləri, müvəffəqiyyət testləri, progres testləri, diaqnostik testlər

Mirhəsən Eminov

pedaqogika üzrə fəlsəfə doktoru

Naxçıvan Dövlət Universiteti

“İngilis dili” kafedrası
Təbii sərvətlər tükənən dəyərlərdir, ancaq təhsil, bilik, elm əbədi, hər bir ölkənin gücləndirilməsinə töhfə verən amildir

İlham Əliyev

Təhsildə qloballaşma və innovativ yanaşmalar
Qloballaşma anlayışı latin dilində "Yer kürəsi" mənasını verən, qlobus sözündən yaranmışdır. Bu anlayışın mahiyyəti mövcud ədəbiyyatlarda əsasən belə izah edilir: Qloballaşma insanların, informasiyaların, əmtəə və kapitalın dünya miqyasında öz yerini maneəsiz dəyişmə prosesi olub, intensiv iqtisadı, siyası, sosial və mədəni əlaqələrin, informasiya inqilabının nəticəsidir. Qloballaşmanın əsas amilləri transmilli qurumların yaranması və inkşafı olub, nəticə etibarı ilə "sərhədsiz dünya"nin yaranmasına xidmət edir (1). Qloballaşma müasir informasiya texnologiyaların yaranması və inkişafı ilə üzvi surətdə bağlıdır.

Dünya sürətlə dəyişir və qloballaşır. Qloballaşan dünyada ölkə əhalisinin həyat səviyyəsinin yüksəldilməsi onun rəqabət qabiliyyətliyinin göstərcisi ilə bağlıdır. Bu zaman ölkə əhaisinin təhsil səviyyəsi, intellektual potensialı, siyasi iradəsi və milli birliyi mühüm rol oynayır . Biliklər, innovasiyalar və onların tətbiqi dəyər mənbəyi hesab edilir. Deməli, biz təhsilimizin keyfiyyətini yüksəltməklə yalnız bilik, bacarıq, vərdişləri və dünyagörüşünü inkişaf etdirmirik, həm də onların həyat səviyyəsini yüksəltmiş oluruq.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 aprel 2008-ci il sərəncamı ilə “2009-2015-ci illərdə Azərbaycanda elmin inkişafı üzrə Milli Strategiya” və bu strategiyanın reallaşdırılması üzrə Dövlət proqramı təsdiq edilmişdir (2). Cənab Prezident İlham Əliyev 2013-cü ili “İKT ili” elan etmışdir. Bütün bunlarda məqsəd elmdə, təhsildə, iqtisadiyyatda yeni texnologiyalardan istifadə edərək, ölkənin inkişafının intensivləşdirilməsini təmin etməkdir. Qeyd etmək lazımdır ki, innovasiya, innovativ inkişaf anlayışları hələ 1912-ci ildə Y. Şumpeterin “İqtisadi inkişaf nəzəriyyəsi” əsərində elmi ifadələr kimi işlədilmişdir. İlkin olaraq iqtisadiyyatın inkişafını nəzərdə tutan bu ifadələr sonralar digər sahələrə də tətbiq olunmağa başlamışdır. Bəs, innovasiya nə deməkdir? “Oxford Advanced Learner`s Dictionary” lüğətində bu ifadə yeni ideya kimi izah olunur. İngiliscə-Azərbaycanca lüğətdə isə “innovation” sözü yenilik kimi tərcümə olunur. Bəs, təhsildə bu ifadə necə tətbiq edilir? Düşünürük ki, pedaqoji innovasiya təhsildə aparılan innovativ fəaliyyəti, yəni fərqli düşüncənin nəticəsini nəzərdə tutur. Prof. Əmrulla Paşayev və prof. Fərrux Rüstəmovun yazdıqları “Pedaqogika” (yeni kurs) kitabında, prof. Fərahim Sadiqovun “Pedaqogika” adlı dərs vəsaitində innovativ təlimə aid fikirlər vardır. İnnovasiya məfhumu “Pedaqogika” (yeni kurs) kitabında belə izah olunur: “İnnovasiya yenilik deməkdir. Geniş mənada təlim, təhsil-tərbiyə, prosesinin gedişini və nəticələrini yaxşılaşdırmaq məqsədilə pedaqoji fəaliyyətdə həyata keçirilən yenilik başa düşülür.” Adı çəkilən müəlliflərə görə innovasiyalarin obyekti aşağidakı problemlərdir:

1.Təhsil-tərbiyə fəaliyyətinin motivasiyasını (öyrənməyə, oxumağa olan marağı) necə yüksəltmək;

2.Dərsdə öyrənilən materialin həcmini necə artirmaq;

3.Təlimin sürətini necə artirmaq;

4.Vaxt itkisini necə aradan qaldirmaq (6.s.121).

Prof. Fərahim Sadıqovun “Pedaqogika” kitabında pedaqoji elmin ayrı-ayrı sahələrində tətbiq olunan innovasiyalar mərhələlər üzrə sistemləşdirilmişdir (7.s.593).



Fikrimizcə, innovasiya prosesi və innovativ fəaliyyətlə əlaqədar bu nəzəri fikirləri praktiki olaraq dərs prosesində həyata keçirmək üçün müəllim şagirdlərini innovativ fəaliyyətə hazırlamalıdır, bir sözlə şagirdlər innovativ düşünməyə və əqli fəaliyyətə hazır olmalıdır. İlkin olaraq şagirdlər bu prosesə həvəsləndirilməli, onların təfəkkürü, təxəyyülü, iradəsi işə qoşulmalı və onların yaradıcı düşünmələri və yaradıcı fəaliyyət göstərmələri üçün şərait yaradılmalıdır. Aydındır ki, uşaqlar hələ inkişaf etməmiş yaradıcılıq imkanları ilə doğulurlar. Müəllim bu imkanları inkişaf etdirmək üçün dərsdə hər hansı bir məsələnin həlli variantını tapmağı şagirdlərə təklif edərsə, dərs vaxtı innovativ fəaliyyət üçün zəmin hazırlamış olar. Sinif otağında olan hər bir şagird problemin həlli üçün bir həll variantı deyə bilər, yəni şagirdlər tərəfindən yeni ideyalar irəli sürülə bilər. Elə bu fəaliyyət şagirdlərin yaradıcı-innovativ inkişaflarına aid bir nümunədir. Bəs, yaradıcılıq imkanlarını necə inkişaf etdirmək olar? Əvvəla, bu təkamül prosesidir və təlim-tərbiyə nəticəsində tədricən həyata keçirilməlidir. Bunun üçün şagirdlər elm öyrənməyə, yeni ideyalar irəli sürməyə, müstəqil fikirləşməyə həvəsləndirilməli, bu məqsədlə onlar fənn kabinələrindən, yeni təlim texnologiyalarından geniş istifadə etməlidirlər. Onlar ilkin olaraq müəllimin köməyi ilə hər hansı bir problemin həlli üçün yeni ideyalar, təşəbbüslər irəli sürməyi öyrənməlidir, sonra isə bu ideyalar və ya təşəbbüslər şagirdlər tərəfindən müzakirə olunmalı, qəbul olunmuş yenilik təcrübədə sınaqdan keçirilməlidir. Əgər yenilik təcrübədə özünü doğruldarsa, bu yeniliyi innovasiya kimi davamlı tətbiq etmək olar. Yeniliyin səmərəliliyini artırmaq üçün şagirdlərlə aşağıdakı məzmunda sual-cavab da aparmaq olar: Siz qeyd olunan problemlə bağlı nə düşünürsünüz? Nəzərdə tutulan yeniliyi təcrübədən keçirmək üçün hansı İKT vasitələrindən istifadə etmək istəyirsiniz? Əldə edəcəyiniz nəticənin üstünlüyü nədən ibarət olacaq? Bu çalışmalar bir yenilik gətirəcəkmi? Alınan cavablar vasitəsi ilə şagirdlərin həyata keçirəcəyi fikirləri bilmək, onların mülahizələrini lazım gələrsə düzgün formalaşdırmaq və istiqamətləndirmək olar. Bu zaman daha çox əqli çalışmalardan istifadə etmək və bu fəaliyyətə mane ola biləcək İKT texnologiyalarından istifadəni məhdudlaşdırmaq məqsədəuyğundur. Uşaqların əqli inkişafına erkən yaşlardan başlamaq lazımdır. Doğrudur, informasiya cəmiyyətində innovativ fəaliyyət tədris prosesində daim inkişaf etdirilməlidir. Belə innovativ fəaliyyət üçün konkret bir yol göstərmək çətindir. İnnovativ fəaliyyəti inkişaf etdirmək üçün pedaqoqlar, eləcə də müəllimlər psixologiyanın və fiziologiyanin nailiyyətlərindən yaradıcı istifadə etməlidirlər. Yəni öyrənənlərin innovativ inkişafı üçün psixoloji tədqiqatların nailiyyətlərindən, xüsusilə yaş psixologiyası və pedaqoji psixologiyanın qanunuyğunluqlarından istifadə etməklə uşaqları, yeniyetmələri və gəncləri idrakı inkişafa həvəsləndirmək məqsədəuyğundur. Təcrübəsini öyrəndiyimiz xarici ölkələrdə də innovasiya prosesinin üç mərhələdə aparılması nəzərdə tutulur: yaradıcı düşüncə tərzi, kəşf etmə və innovasiya. Yaradıcılıq mərhələsində yeni bir ideya irəli sürülür, sonra kəşf olunan bu ideya təcrübədə yoxlanılır. Son mərhələdə, yəni innovasiya mərhələsində əldə olunan nailiyyət davamlı olaraq tətbiq oluna bilər(http//:concurerentconcept.com). Bir sözlə, ekstensiv tədqiqat infrastrukturunun sistemli inkişafı və problemə hərtərəfli yanaşma innovasiyanın əsas şərtləridir.

Biz innovasiya məfhumunun daha geniş izahı ilə əlaqədar internet saytlarına da baş vurduq. İnternet saytından aldığımız cavab belədir: „İnnovasiya — yüksək səmərəliliyə malik yeniliyin tətbiqi, insanın intellektual fəaliyyətinin, kəşfinin, ixtirasının son nəticəsidir. İnnovasiya fəaliyyəti iqtisadi inkişafı və rəqabətliliyi təmin etmək üçün yeni ideyaların, elmi biliklərin, texnologiya və məhsulların müxtəlif istehsal və idarəetmə sahələrinə tətbiq edilməsidir. İnnovasiya fəaliyyətinin nəticəsi yeni və ya təkmilləşdirilmiş məhsul (iş, xidmət), texnoloji proses, həmçinin ictimai münasibətlərin müxtəlif sahələrində təşkilati-texniki, maliyyə-iqtisadi və digər hallar hesab edilir” (8).

Elm və təcrübə sübut edir ki, təlim və tərbiyənin köməyi ilə çox şeyi dəyişmək olar. Düşünürük ki, ənənəvi təhsil anlayışının transformasiyaya uğradığı bir dövrdə müəllim tədris materialının şüurlu surətdə mənimsənilməsi üçün innovativ yanaşmalardan səmərəli istifadə etməlidir. O, şagirdlərin hər birinin imkanlarını ayrılıqda nəzərə almalı və onları problemlərin həllinə cəlb etməlidir. Belə fərdiləşmiş təhsil fikir muxtəlifliyinə gətirir ki, bu muxtəlif fikirlərin içərisindən daha səmərəlisini elə şagirdlərin özlərinin köməyi ilə müəyyənləşdirmək olar. Beləliklə‚ yaranan yeni ideyanı, təşəbbüsü eksperimentdən keçirmək olar. Bu zaman müasir təlim texnologiyalarından geniş istifadə etmək məqsədəuyğundur. Məsələn, tədris olunan mətnə aid yeni sözləri müəllim izah edir. Dərsin bu mərhələsində şagirdlər adi lüğət kitablarından yox, elektron lüğətlərdən və ya kompüterdə olan lüğətlərdən istifadə edə bilərlər. Bu zaman qulaqcıqlardan istifadə etməklə həmin sözlərin nəinki mənasını, həm də tələffüz qaydasını elə ingilis dilli müəllimlərin özlərindən öyrənmək olar. Sözlərə aid cümlələrin oxunuşu zamanı şagirdlərin yeni sözlərin necə qavradığını müəllim yoxlaya bilər. Nəticədə müəllim şagirdlərin təlabatlarını, maraqlarını, davranış motivlərini, qabiliyyətlərini, yaradıcılıq imkanlarıını, intelektini, emosiyalarını, iradəsini, mənlik şüurunu inkişaf etdirərək, onlarda innovativ fikirlərin formalaşmasına nail olur.

Yalnız şagirdləri yox, ümumiyyətlə bütünƏsas » Tərcümə - Translation » Sözlər - Words » Sual  öyrənənləri innovativ fəaliyyətə cəlb etmək üçün müəllimin aşağıdakı qaydaları nəzərə alması gözlənilən nəticənin əldə olunmasına böyük köməklik göstərmiş olar:

Top of Form


  1. 1Yaxşı dərs yalnız müəllimin yaxşı öyrətməsilə yox, öyrənənlərin yaxşı öyrənməsi ilə ölçülür.

  2. Müəllimlər çox zaman dərsliklərdəki materialları tədris etməklə kifayətlənir. Dərsin məqsədi isə həmin materialları öyrənənlərə çatdırmaq yox, mövzuları mənimsətməkdir.

  3. Mövzunun izahından əvvəl onu örənməyin əhəmiyyətini öyrənənlərə anlatmaq öyrənənlərin dərsə marağını artırar və dərs səmərəli olar.

  4. Bəzən müəllimlər dərsdə izahata çox yer verirlər. Öyrənənlərin dərs prosesində müstəqil öyrənə biləcəklərini onlara öyrətmək onların dərsə marağını azalda bilər.

  5. Müəllim dərsdə öyrənənlərin bilik səviyyəsinə uyğun material seçməlidir. Əks təqdirdə dərs çox cansıxıcı olar. Öyrənənlərin bilik səviyyəsinə uyğun olmayan tapşırıq öyrənənləri ruhdan salar.

  6. Yeni mövzunun çətinliyini xüsusi vurğulamaq öyrənənlərin özünə inamını azaldar və dərs səmərəsiz olar.

  7. Bütün siniflərdə, xüsusilə paralel siniflərdə dərsi müxtəlif üsullarla tədris etmək dərsi maraqlı edər.

  8. Mövzu ilə bağlı sual verərkən öyrənənlərin cavabını gözləmədən sualı cavablandırmaq onları tənbəlləşdirər.

  9. Öyrənənlər danışarkən onlara diqqətlə qulaq asmaq bütün sinfi diqqətli olmağa sövq edər. Belə halda öyrənənlər daha məsuliyyətli olmağa çalışarlar.

  10. Öyrənənlərə bu günlə səsləşən materialları öyrənməyi öyrətmək lazımdır.

  11. Öyrənənlər onların bilik səviyyəsinə uyğun tapşırığı yerinə yetirdikdə bundan zövq alır və daha həvəslə növbəti tapşırığın icrasına başlayırlar. Onlar yorulmurlar, çünki tapşırıq həvəslə yerinə yetirilirsə beyinə qan cox daxil olur ki, bu da insanin iş qabiliyyətini artırır.

Nəzərə almaq lazımdır ki, innovasiya fərqli düşüncənin nəticəsidir. İnnovasiyaya verdiyimiz izahatdan göründüyü kimi, bilgi istehsalı və onu tətbiq edə bilmək innovasiya hesab olunur. Yəni hər bir öyrənənin fikrinə hörmətlə yanaşan, onların təşəbbüskarlığını qiymətləndirən, öyrənənlərin innovativ fəaliyyətinə qayğı göstərən müəllim ölkənin iqtisadi inkişafına kömək etmiş olur. Düşünürük ki, yüksək ixtisaslı kadrların hazırlığına nail olmaq üçün bütün təhsil ocaqlarında tədrisin səviyyəsi yüksəldilməli, İKT-nin imkanlarından geniş və səmərəli istifadə olunmalıdır. Hər bir müəllim öyrətməklə yanaşı, özü də daim pedaqoji, psixoloji və ixtisas biliklərinin artırılması qayğısına qalmalıdır. O, müasir texnologiyalara yiyələnməklə, yanaşi milli genafondu qoruyub saxlamalı, qlobal proseslərdən faydalanmaqla ölkəmizin rəqabət qabiliy­yətinin­ artırılmasına öz töhfəsini verməlidir.

Şirməmməd Qulubəyli,

filologiya üzrə fəlsəfə doktoru,

Naxçıvan Dövlət Universiteti

“İngilis dili” kafedrası
TƏRCÜMƏ VAHİDİ PROBLEMİNƏ DAİR

Ünsiyyətin bir forması olan tərcümə (istər yazılı, istərsə də şifahi formada) bu günkü globallaşmaya meylli dünyamızda müxtəlif dillərin, dinlərin və sivilizasiyaların daşıyıcıları olan insanlar, toplumlar, dövlətlər və qitələr arasında əvəzolunmaz intellektual körpü funksiyasını yerinə yetirir. Tarixi bəşəriyyətin tarixi qədər qədim olan tərcümə fəaliyyəti müasir dövrdə həm praktik nöqteyi-nəzərdən, həm də nəzəri müstəvidə müvəffəqiyyətlə tədqiq olunmaqdadır. Təbii ki, tərcümə prosesinin mahiyyəti, onun həyati əhəmiyyəti, çətinlikləri və s. barəsində müxtəlif dövrlərdə ayrı- ayrı fikirlər söylənmişdir. Lakin fundamental təhqiqat sahəsi, elmi - nəzəri araşdırma obyekti kimi tərcümə nəzəriyyəsi məhs iyirminci əsrin ortalarında formalaşmağa başlamışdır. Ona görə də tərcümə nəzəriyyəsi ilə bağlı bir çox məsələlər, o cümlədən tərcümə vahidi anlayışı haqqında müxtəlif mübahisəli fikirlər söylənilmişdir.

Müxtəlif növ təriflər verilən tərcümə prosesini ümumi şəkildə belə səciyyələndirmək olar: Tərcümə orijinalın məzmununu saxlamaq şərtilə bir dilin (məxəz dilin) vahidlərinin başqa bir dilin yaxud dillərin (hədəf dilin yaxud dillərin) vahidlərinə çevrilməsi prosesidir. Tərifdən güründüyü kimi, tərcümə fəaliyyəətində əsas məsələ transformasiya edilməli vahidin, başqa sözlə, tərcümə vahidinin müəyyənləşdirilməsidir. Təsadüfi deyildir ki, tərcümə nəzəriyyəsi ilə məşğul olan əksər tədqiqatçılar öz araşdırmalarında bu anlayışdan bu və digər dərəcədə bəhs etmişlər. Ölkəmizdə tərcüməşünaslığın əsas mərkəzi rolunu oynayan Azərbaycan Dillər Universitetinin bakalavr pilləsi (ingilis dili ixtisası) üzrə “Tərcümə nəzəriyyəsi” fənninin proqramında tərcümə vahidi anlayışına da yer verilmişdir (2, 3).

V. N. Komissarov tərcümənin linqvistik tədqiqinə həsr etdiyi kitabının altıncı fəslinin beşinci yarım-fəslində tərcümə vahidlərindən bəhs etmişdir. Alimə görə, tərcümə prosesində ya dilin ayrı-ayrı səviyyələrinə xas olan vahidlərdən (fonemlər, morfemlər, leksemlər) istifadə olunmalı, yaxud xüsusi tərcümə vahidləri müəyyənləşdirilməlidir. İkinci yol tətbiq olunduqda belə bir dilema ilə üz-üzə gəlirik: tərcümə vahidləri məxəz və hədəf dillərdən birində müəyyənləşdirilməli, yaxud onlar hər iki dilin materiallarının müəyyən parçaları arasındakı qarşılııqlı əlaqəni əks etdirməlidir?

V. N. Komissarova görə, tərcümə vahidi, hər şeydən əvvəl, orijinal mətndə müəyyənləşdirilməli, yəni məxəz dilin müəyyən bir seqmenti tərcümə vahidi rolunu oynamalıdır. O, tərcümə vahidini müəyyənləşdirməyin dörd üsulunu göstərmişdir:

a) Tərcümə vahidi məxəz mətnin minimal vahidi kimi müəyyənləşdirilir. Əgər tərcümə olunan mətn bu və ya digər dərəcədə uzun informasiyadan ibarətdirsə, tərcüməçi mətni müəyyən parçalara bölür və onları ardıcıllıqla tərcümə edir. Şifahi tərcümə, xüsusən sinxron tərcümə zamanı məsələ daha mürəkkəb olur, çünki bu halda tərcümə ediləsi mətnin müəyyən hissələrə ayrılması ancaq cümlənin quruluşundan deyil, həm də dilmancın yadda saxlama qabiliyyətindən asılı olur.

b) Orijinal mətnin hədəf dilə bir bölünməz seqment kimi tərcümə olunan minimal vahidi tərcümə vahidi kimi müəyyənləşdirilir. Məsələn, əgər “sky-scraper” sözü rus dilinə “небоскреб” (göydələn) kimi tərcümə olunursa, “sky” və “scraper” morfemləri tərcümə vahidləri hesab olunur. Lakin ingilis dilindəki “blackbird” rus dilinə “дрозд” (qaratoyuq) kimi tərcümə olunursa, deməli burada tərcümə vahidi kimi “black” və “bird” morfemləri deyil, məhz “blackbird” sözü çıxış edir. Yaxud “Don’t wash dirty linen in public” cümləsinin tərcüməsi zamanı (“Не выноси сор из избы” – “Evin sirrini bayıra çıxarma”) morfemlər və ya sözlər deyil, məhz bütöv cümlə (“Don’t wash dirty linen in public”) tərcümə vahidi kimi çıxış edir.

c) Tərcümə vahidi hədəf dilin vahidləri əsasında müəyyənləşdirilir. Başqa sözlə, hədəf dilin hər hansı qrammatik və ya leksik kateqoriyalarına ekvivalent olaraq məxəs dilin minimal leksem və ya qramem toplusu götürülür. Göründüyü kimi, tərcümə vahidini bu üsulla müəyyənləşdirərkən, əslində söhbət sırf tərcümə vahidlərindən deyil, iki dil sisteminin uyğun vahidlərindən gedir. Bu üsulun seçimi zamanı məxəz dilin müəyyən elementləri tərcümə olunmaya bilər. Yaxud həm gələcək, həm də keçmişə nəzərən gələcək zamanlar hədəf dilə gələcək zamanla tərcümə olunur.

ç) Tərcümə vahidinin müəyyənləşdirilməsi bilavasitə orijinal mətnin məzmun planına əsaslanır, yəni orijinal mətnin ən kiçik məzmun vahidi tərcümə vahidi kçimi çıxış edir. Bu istiqamətin tətbiqi zamanı tərcümə vahidi orijinalın məzmununun müxtəlif səviyyələrinin elementar mənaları arasından tərcümənin növündən asılı olaraq seçilib müəyyənləşdirilir (6, 185-190).

L.S. Barxudarov tərcümənin ümumi və xüsusi məsələlərinə həsr etdiyi “ dil və tərcümə” kitabında tərcümə vahidi anlayışına xüsusi yer ayırmış, onun tərcümə prosesində mühüm əhəmiyyət daşıdığını göstərmişdir. O, tərcümə vahidinin, tərcümə nəzəriyyəsinin ən mürəkkəb problemlərindən biri olduğunu, hətta bəzi təhqiqatçıların belə bir vahidin mövcud olmasını inkar etdiyini vurğulamışdır. Alim tərcümə vahidinin hansı meyar əsasında müəyyənləşdirilməsi, məxəz yaxud hədəf dildən çıxış edilməsi, dilin forma yaxud məzmun planının əsas götürülməsi kimi məsələlərin mübahisəli olduğunu qeyd etmişdir. Müəllifə görə tərcümə vahidi məxəz dilin hədəf dildə müvafiq qarşılığı olan ən minimal linqvistik vahididir.

L.S Barxudarovun fikrincə, dilin istənilən səviyyəsinin vahidi tərcümə vahidi ola bilər. Buna görə də tərcümə vahidini müəyyənləşdirmək üçün ,hər şeydən əvvəl, dil strukturunda ümumiyyətlə hansı dil vahidləri səviyyələrinin mövcud olduğunu müəyyənləşdirmək lazımdır. Beləliklə, müəllif tərcümə vahidlərini dil iyerarxiyasında mövcud olan səviyyələrin ( fonem, grafem, morfem, söz, söz birləşməsi, cümlə, mətn) əsasında müəyyənəşdirmişdir ( 3,174 – 191).

A. V. Fyodorov ümumi tərcümə nəzəriyyəsinin əsaslarına həsr etdiyi kitabında tərcümə prosesində dil vahidlərinin seçimi şərtlərindən bəhs edərkən tərcümə vahidi məsələlərinə də toxunmuşdur. Onun fikrincə, sözlər daimi müstəqil tərcümə vahidi kimi çıxış edə bilmir. Sözün mənası müstəqil olmur, istər məxəz, istərsə də hədəf dildə həmin məna kontekstdən asılıdır. Bəzən orijinaldakı bir söz digər dilə iki və ya daha artıq sözlə tərcümə olunur, yaxud məxəz dildəki bir neçə söz hədəf dildə bir sözə ekvivalent olur, hər hansı bir söz ümumiyyətlə tərcümə olunmur, əvəzliklər əsas nitq hissələri ilə əvəz olunur və s. Bu xüsusiyyət cümlə üçün də səciyyəvidir. Bəzən cümlənin mənası müstəqil olmayıb, ondan əvvəl və ya sonra gələn cümlələrin məzmunundan asılı olur. Bəzən məxəz dildəki bir cümlə hədəf dildə bir neçə cümlə ilə verilir və əksinə (4, 133-134).

Vinay və Darbelnet aşağıdakı üç termini ekvivalent terminlər hesab edir: fikir vahidi, leksikoloji vahid və tərcümə vahidi. Tərcümə vahidini nitqin tərkib hissələri hərfi tərcümə oluna bilməyən ən kiçik seqmenti kimi səciyyələndirən bu müəlliflər tərcümə vahidinin aşağıdakı tiplərini müəyyənləşdirmişlər:

1) funksional vahidlər;

2) semantik vahidlər;

3) dialektik vahidlər;

4) prozodik vahidlər.

Bu müəlliflər tərcümə vahidlərini həmçinin onlar arasındakı qarşılıqlı əlaqəyə və mətn daxilindəki sözlərə görə təsnif etmişlər:

1) sadə vahidlər. Bunlar bir sözdən ibarət olmaqla Vinay və Darbelnetə görə tərcümə prosesində ən çox işlənən vahidlərdir. Bundan başqa, sözlərin əvəz olunması cümlə strukturunda dəyişikliyə səbəb olmur.

2) mürəkkəb vahidlər (diluted units). Bu tip vahidlərin tərkibində bir neçə söz olur və həmin sözlər vahid bir ideyanın daşıyıcısı olduqlarından müəyyən bir leksik vahid əmələ gətirir.

3) Parçalanmış vahidlər. Bu növ tərcümə vahidləri sözün parçalanması sayəsində formalaşır (10, 85).

Tərcümə vahidinə dair P. Nyumarkın konsepsiyası da maraqlıdır. Bu müəllifə görə, cümlə təbii tərcümə vahididir (9, 65). Bununla belə, dilin bütün səviyyələri potensial tərcümə vahidləridir. O həmçinin söz, söz birləşmələri, cümlə, cümlə qrupları, idiomları da tərcümənin qrammatik və leksik yarım-vahidləri hesab edir. Alimin fikrincə, morfemlər, bəzi xüsusi hallar istisna olmaqla, ciddi şəkildə tərcümə vahidi hesab oluna bilməz.

P. Nyumark başqa bir kitabında qeyd edir ki, tərcümə vahidi normal olaraq məxəz dildə müəyyənləşdirilməlidir. İdeal tərcümə vahidi isə sözdür (8, 140).

Qeyd olunmalıdır ki, P. Nyumarkın tərcümə vahidi konsepsiyası qismən M. Hallideyin təklif etdiyi sxem əsasında qurulmuşdur (5). M. Hallidey tərcümə vahidinin aşağıdakı növlərini müəyyənləşdirmişdir: morfem, söz, söz qrupu, mürəkkəb cümlənin tərkib hissələri, cümlə.

Alman klassik poeziyasının Azərbaycan dilinə tərcüməsinin nəzəri və praktik prinsiplərini tədqiq edən Həmid Arzulu tərcümə vahidini belə səciyyələndirmişdir: “Daşlaşmış dil vahidi. Buraya dilin obrazlı ifadələri (frazeoloji birləşmələr, atalar sözləri və s.) xüsusi tərcüməçi münasibəti və məharət tələb edir” (6, 252).

Tərcümə vahidinin məzmun və təsnifinə dair fikirlərin siyahısını uzatmaq da olar. Lakin elə yuxarıdakı fikirlərdən də belə nəticəyə gəlmək olar ki, tərcümə vahidi anlayışı tərcümə nəzəriyyəsinin ən mübahisəli məsələlərindən biridir. Tərcümə vahidinə dair müxtəlif təsnifatları ümumiləşdirərək bu anlayışın aşağıdakı tiplərindən bəhs etməyi münasib bildik:

1) Fonem və qrafem tərcümə vahidi kimi.

Dilin əsas vahidi olan sözün mənası bilavasitə müəyyən səs kompleksi ilə bağlıdır. Məlum olduğu kimi, sözlər və qrammatik formalar arasında fərqləndirici funksiya daşıyan fonemlər lüğəvi məna daşıyıcıları deyil. Bununla belə, məxəz dilin fonemləri hədəf dildə uyğun fonemlər vasitəsilə verilirsə, deməli fonemlər bilavasitə tərcümə vahidləri kimi çıxış edir. Məsələn, ingilis dilindəki “William” xüsusi ismi dilimizə “Vilyam” şəklində tərcümə olunur. Fonemlər səviyyəsində aparılan bu növ transformasiya tərcümə-transkripsiya adlanır.

Transformasiya qrafemlər səviyyəsində reallaşırsa, yəni məxəz dildəki sözün tələffüzü deyil, yazılışı götürülürsə, buna tərcümə-transliterasiya deyilir. Məsələn, ingilis dilindəki “Hamlet” xüsusi ismi Azərbaycan dilinə “Hamlet” kimi tərcümə olunur, yəni ingilis dilinin qrafemləri Azərbaycan dilinin qrafemləri ilə verilir, transliterasiya edilir. Bu söz ingilis dilində “Həmlit” kimi tələffüz olunur. Deməli əgər həmin sözü tərcümə-transkripsiya etsəydik, məhz “Həmlit” kimi tərcümə etməliydik. Bununla belə, qeyd olunmalıdır ki, tərcümə-traskripsiya çox nadir hallarda təklikdə tətbiq olunur. Bu tərcümə növü əsasən tərcümə-transliterasiya ilə birlikdə tətbiq olunur. Məsələn, ingilis dilindəki “Newton” sözünün transkripsiyası “Nyutn”, transliterasiyası isə “Nevton”dur. Halbuki bu söz dilimizə “Nyuton” şəklində tərcümə olunur.

Təbii ki, fonemlər və qrafemlər səviyyəsində tərcümənin tətbiq dairəsi son dərəcə məhduddur, çünki bu səviyyədə tərcümə vahidindən əsasən xüsusi isimlər və coğrafi adların transformasiyasında istifadə olunur. Lakin bəzi siyasi və mədəniyyətlə bağlı sözlərin tələffüzündə də bu tərcümə növündən istifadə olunur. Məsələn: brain-drain –brein-drein, speaker – spiker, office-ofis və s.

2) Morfem tərcümə vahidi kimi

Sözün ən kiçik mənalı vahidi olan morfemlər bəzən tərcümə vahidləri kimi çıxış edir, yəni məxəz dildəki morfemlərə mənbə dildə müəyyən morfemlər uyğun gəlir. Məsələn, ingilis dilindəki “books” Azərbaycan dilinə “kitablar” şəklində tərcümə olunur, yəni “books” sözünün tərkib hissəsi olan “book” kök morfemi və ”s” şəkilçi morfemi Azərbaycan dilinə müvafiq olaraq “kitab” kök və “lar” şəkilçi morfemləri vasitəsilə transformasiya olunur. İki morfemdən ibarət olan “unusual” sözü də Azörbaycan dilinə analoji şəkildə iki morfemdən ibarət olan “qeyri-adi” sözü vasitəsilə tərcümə olunur.

3) Söz tərcümə vahidi kimi.

Dilin morfoloji müstəvisinin ən böyük və sintaktik səviyyəsinin ən kiçik vahidi olan söz daha çox məqamlarda tərcümə vahidi kimi çıxış edir. Müxtəlif dil ailələrinə və morfoloji sistemlərə mənsub olan ingilis və Azərbaycan dilləri fərqli söz sıralarına malikdir. Müqayisə edək:

1 2 3

He came home



1 3 2

O evə gəldi

1 2 3 4 5

His sister lives in Istanbul.

1 2 5 4 3

Onun bacısı İstanbul da yaşayır.

Lakin bəzi hallarda, xüsusən inversiya baş verdikdə söz səviyyəsində tərcümə mümkün olur. Məsələn: Who told you this? Kim dedi bunu sənə?

Nəzərə alınmalıdır ki, tərcümə vahidindən danışarkən məxəz dilin vahidi meyar götürülür. Ona görə də məxəz dildəki bir söz hədəf dildə bir neçə sözə, yaxud söz birləşməsinə uyğun gəldiyi hallarda söz səviyyəsində tərcümə hesab olunur. Məsələn: He can’t behave. O özünü apara bilmir.

Bu cümlədə məxəz dildəki söz hədəf dildə söz birləşməsinə uyğun gəlir. Deməli, orijinal mətndə söhbət söz səviyyəsində, tərcümə dilində isə söz birləşməsi səviyyəsində tərcümə vahidindən gedir.

4) Söz birləşməsi səviyyəsində tərcümə.

Bütöv cümlənin söz səviyyəsində tərcüməsinə nadir hallarda, quruluşca ən sadə cümlələrin tərcüməsi zamanı təsadüf olunur. Başqa sözlə, cümlədəki sözlərdən bir qismi söz, digərləri daha yüksək səviyyədə - söz birləşməsi səviyyəsində tərcümə olunur. Söz birləşməsi səviyyəsində tərcümə ən çox sabit birləşmələrin transformasiyası zamanı baş verir. Çünki həmin birləşmələrin mənası onların komponentlərinin mənalarının məcmusundan ibarət olmur və bu hallarda sözbəsöz tərcümə mümkün deyil. Belə məqamlarda bütöv söz birləşmələri tərcümə vahidləri kimi çıxış edir. Məsələn: to be on pins and needles iynə üstündə oturmaq, to pull oneself together – özünü ələ almaq, to come to the wrong shop – səhv ünvana müraciət etmək, to spill the beans - sirr vermək və s.

Bu tipli birləşmələrin hərfi tərcüməsi ancaq onların məxəz və hədəf dillərdəki quruluşu eyni olduqda baş verə bilir. Məsələn: to play with fire – odla oynamaq, to beat the record – rekord vurmaq və s.

5) Cümlələr səviyyəsində tərcümə

Söz birləşmələrinin də tərcümə vahidi kimi çıxış edə bilmədiyi hallarda tərcümə prosesi cümlələr səviyyəsində reallaşır. Bu vəziyyət də əsasən tərcümə edilən cümlələrin mənası idiomatik olduqda, yəni cümlələrin mənası onları əmələ gətirən söz və söz birləşmələrinin məcmusuna uyğun gəlmədikdə baş verir. Məsələn, atalar sözləri bu tipli cümlələrdəndir: There is no use crying over spilt milk – Sonrakı peşmançılıq fayda verməz. After dinner mustard – Toydan sonra nağara. Hunger breaks stone walls – Ac özünü qılınca çaxar. Deeds, not words – Az danış, çox çalış.

Yuxarıdakı misallardan göründüyü kimi, bu tipli transformasiya zamanı Azərbaycan dilindəki bütöv cümlə ingilis dilindəki cümləyə ekvivalent olur. Çünki sözlər və sözbirləşmələri səviyyəsində tərcümə mənanın təhrif olunmasına gətirib çıxarar. Məsələn, “After dinner mustard ” atalar sözünü hərfi tərcümə edək: Nahardan sonra xardal.

Bəzi başqa idiomatik məzmunlu cümlələr də bu üsulla tərcümə olunur: Keep of the grass – Çəmənliyi ayaqlama. Wet paint – Ehtiyatlı ol(un), təzə rənglənib. Slow, men at work – Yavaş sürün, yol işləri gedir. Many happy returns of the day- Ad günün mübarək olsun. The same to you– Sizdən belə ( sizinlə birlikdə).

6) Mətnlər səviyyəsində tərcümə

Bir çox hallarda, əsasən poeziyanın bədii tərcüməsi zamanı cümlələr belə tərcümə vahidi kimi çıxış edə bilmir və bütün mətn tərcümə vahidi kimi çıxış edir. Robert Berns poeziyasından bir nümunənin Azərbaycan dilinə tərcüməsi bu səviyyədə transformasiyaya misal ola bilər.

A Red, Red Rose
O my Luve's like a red, red rose
That's newly sprung in June;
O my Luve's like the melodie
That's sweetly play'd in tune.

As fair art thou, my bonnie lass,


So deep in luve am I:
And I will luve thee still, my dear,
Till a' the seas gang dry:

Till a' the seas gang dry, my dear,


And the rocks melt wi' the sun:
I will luve thee still, my dear,
While the sands o' life shall run.

And fare thee well, my only Luve


And fare thee well, a while!
And I will come again, my Luve,
Tho' it were ten thousand mile.
Eşqim al qızılgüldür

Mənim eşqim –tər qızılgül çələngi,

Qəlb oxşayır xoş ətiri, al rəngi.

Mənim eşqim bir şən, şaqraq şərqidir,

Ürəyə od salır incə ahəngi.
Sənin gözəllikdə yox bərabərin,

Mənim də saf eşqim dərindən – dərin.

Səni sevəcəyəm suyu büsbütün

Quruyan günədək göy dənizlərin.


Bəli, gülüm, sular guruyanadək,

Qayalar günəşdən əriyənədək.

Çiçəyim, eşqimdə sadiqəm sənə

Ömür karvanımda ən son anadək.


İndisə, yaxşı yol, əzizim, hicran

O kövrək qəlbini sıxmasın bir an!

Qoy vüsal yolları uzansın, nə qəm -

Yorub o yollar gələrəm, inan!

(Şeirin orijinaldan tərcüməsi məqalə müəllifinindir.)

Beləliklə, “dillər və mədəniyyətlərarası ünsiyyəti təmin edən xüsusi və məsul bir sahə” (1, 8) olan tərcümənin öz funksiyasını kifayət qədər professionallıqla yerinə yetirə bilməsi üçün tərcümə vahidinin mahiyyət və növlərinin müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Digər tərəfdən, müasir düvrdə maşın tərcüməsinin önəminin artması tərcümə vahidinin tədqiqini xüsusilə aktuallaşdırır.

Shirmammad Qulubayli

About the problem of translation unit


R E S U M E

This article deals with the notion of translation unit, which is one of the main disputable questions of the translation theory. Different ideas by the eminent scholars about the content and types of the mentioned conception are generalized. The author tries to give the most adequate classification of the levels of translation, the main types of translation unit. The essence of the translate unit is explained on the basis of the English as a source language and the Azerbaijani language as a target language. `

Key words: translation theory, a translation unit, a source language, a target language, translation- transcription, translation-transliteration
Ширмаммад Гулубайли

О проблеме единицы перевода

Р Е З Ю М Е

Статья посвящена понятию единицы переводаб которое является одним из спорных вопросов теории перевода. Раэные мнения ведущих исследователей о содержании и типах понятия единицы перевода обобщаютсяю. Автор старается представить самую адекватную классификацию основных уровней перевода и типов единицы перевода. Сущность этого понятия обясняется на основе переводов, в которых английский выступает как ИЯ, ф азербайджанский как ПЯ.

Ключевые слова: теория перевода, единицы перевода, исходный язык, язык перевода, перевод-транскрипция, перевод-транслитерация
Naxçıvan Dövlət Universiteti

1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə