Qubadlı rayon Həsən Qorxmaz adına mks xocalı soyqırımının 21-ci IL dönümünə aid arayış




Yüklə 19.75 Kb.
tarix27.02.2016
ölçüsü19.75 Kb.
Qubadlı rayon Həsən Qorxmaz adına MKS

Xocalı soyqırımının 21-ci il dönümünə aid arayış.
Xocalı Harayı

Azərbaycan respublikasının bütün bolgələrində hər il Xocalı faciəsinin ildönümü müxtəlif tədbirlər formasında qeyd olunur. Hər il olduğu kimi bu il Xocalı soyqrımının 21-ci ildönümünü biz Qubadlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemidə müxtəlif tədbirlər təşkil edərək yad edirik. Mərkəzi Kitabxananın foyesində Xocalı Soyqrımına dair müxtəlif başlıqlar altında kitab sərgiləri təşkil edir, ədəbi- bədii gecələr keçirir, dövrü mətbuatda çap olunan Xosalı soyqrımı haqqında materialların kartotekasını işləyir, faciə qurbanlarının foto stendlərini, kitabların biblioqrafik icmalını hazırlayıb oxucularla müzakirə edir, Mədəniyyət və Turizm şöbəsi ilə birlikdə qanlı faciəyə dair ədəbi-bədii kompozisiyalı gecə təşkil edilmişdir. Yaxın tariximizin faciəli səhifələrindən biri kimi Xocalı soyqırımı xaqımızın qan yaddaşına ədəbi həkk edilmişdir. Müharibə bəşəriyyətə həmişə ağır bəlalar gətirmiş, insanları dözülməz məhrumiyyətlərə əzab-əziyyətə düçar etmişdir. Xoçalı soyqırımı ermənilərin xalqımıza qarşı təcavüzü, vəhşiliyi, insana qarşı ən rəzil üsullardan istifadə etməsi bəşəriyyət tarixinə daxil olub və olacaqdır. O dəhşətli gecədə həlak olanlar xalqımızın milli azadlıqları yolunda apardıqları mübarizənin qurbanlarıdır, şəhidləridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə cəmi bir neçə saat ərzində 613 nəfərin, o cümlədən 106 qadının, 63 uşağın, 70 qocanın həyatına son qoyuldu. 8 ailə tamamilə məhv edilmiş, 487 nəfər şikəst olmuş, 1275 nəfər girov götürülmüşdür.

Xocalıda baş verənlər soyqrımı aktı olsa da, o zaman Azərbaycanda hakimiyyətdə olan qüvvələrin məsuliyyətsizliyi və səhlənkarlığı üzündən dünya içtimaliyyəti yetərincə məlumatlandırılmamışdır. Yalnız Umumilli lider Heydər Əliyev Azərbaycanda rəhbərliyə qayıdandan sonra erməni millətçilərinin xalqımıza qarşı törətdiyi dəhşətli cinayətlərin miqyası, o cümlədən Xocalı soyqrımı barədə həqiqət dünya dövlətlərinə, beynəlxalq ictimaiyyətin nəzərinə çatdırıldı. 1994-cü il martın 1-də ulu öndər Heydər Əliyev Xocalı soyqırımı ilə əlaqədar xüsusi fərman imzalanmışdır. Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 26 fevral –Xocalı Soyqırımı və Milli Matəm Günü elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir. 1997-ci il fevralın 25-də “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti tərəfindən fərman imzalanmışdır və fevralın 26-da saat 17.00-da soyqırım qurbanları bir dəqiqəlik sükutla yad edilirlər.

Ümummilli liderimiz hər zaman Xocalı faciəsinə xüsusi həssaslıqla yanaşırdı. Ulu öndər hər il faciənin ildönümdə keçirilən matəm tədbirlərində iştirak etmiş. Xocalı soyqrımını kədər hissi ilə xatırlamışdır.

Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan etmiş Ulu öndərimiz hadisələrə beynəlxalq aləmdə əsil siyasi qiymətin verilməsinin zəruriliyini vurğulamış, bu faciənin dünya içtimayətinə çatdırılması üçün xüsusi səy göstərmişdir. Faciəni xalqımızın böyük dərdi adlandırmış Heydər Əliyev eyni zamanda Azərbaycanımızın əsrlər boyu keçdiyi mübarizə , milli azadlıq yolunu şanlı, uğurlu yol kimi dəyərləndirmişdir.

Xocalı hadisələri bir daha onu göstərdi ki, ermənilər Azərbaycanın təkcə torpaqlarına göz dikmək, ərazimizi qəsb etmək yox, xalqımıza qarşı soyqrımı törətmək üçün vəhşi bir yola düşmüşlər. Bu Xocalı hadisələrində özünü açıq-aşkar büruzə verdi. O dəhşətli gecədə Azərbaycan xalqının ürəyinə bir süngü taxıldı. O süngü bizi sızıldadır. Bu yara hələ sağalmayıb bağlanmayıb bu yara qəlbimizdə həmişə olacaqdır. Gecə vaxtı dinc əhaliyə hücum etmək, öldürmək və onlara görünməmiş qəddarlıqla əzab-əziyyət vermək düşmənlərimizin nə qədər vəhşi olduğunu bir daha sübut edir”



Heydər Əliyev.
Tarix boyu erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı qanlı cinayətlər, terror aktları, soyqırım törədilib. Xocalı faciəsi bunlardan yalnız biridir, 26 fevral 1992-ci ildə Xocalı şəhərində dünyada misli görünməyən dəhşətli vəhşilik törədildi. Erməni hərbi birləşmələri bu qədim Azərbaycan şəhərini yerlə-yeksan etdilər. Köməksiz mülki əhali xüsusi amansızlıqla qətilə yetirildi. Südəmər körpələrə, əlsiz-ayaqsız qocalara, qadınlara, uşaqlara belə aman verilmədi. Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz qəddarlığı və qeyri-insanı cəza üsulları ilə bəşər tarixində tayı bərabəri olmayan vandalizim aktı kimi tarixə yazıldı.

Bu gün isə Azərbaycan diplomatiyası soyqırım haqqında həqiqətlərin, beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində intensiv iş aparır. Prezident cənab İlham Əliyev Xocalıda baş verənləri erməni millətçilərinin iki yüz ildən çox müddətdə xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətininən ən qanlı səhfələrindən biri kimi səciyyələndirib. Cənab İlham Əliyev demişdir. “Xocalı faciəsi təsadüfi hadisə deyildi, bu, ikiyüz ildən artıq müddətdə davakar erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırımı və etnik təmizləmə siyasətinin tərkib hissəsi idi.

Artıq ölkəmizdə son illər Xocalı soyqırımı hadisəsinin bütün dünyada tanınması istiqamətində geniş ideoloji-intelektual işlər görülür. Heydər Əliyev Fondunun prezdenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xüsusi səyi nəticəsində Azərbaycan həqiqətləri, Xocalı faciəsi haqqında kitablar, filmilər, sərgilər dünyanın hər yerində nümayiş etdirilib. Heydər Əliyev Fondunun Moskva nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” beynəlxalq informasiya və təşviqat kampanyası həyata keçirilir.

Azərbaycanlılara qarşı erməni şovinizmi dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya içtimaliyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır.

Hal- hazırda faciənin mənəvi və siyasi-hüquqi tanınmasına yonəlmiş kompaniya dünyanın 35-dən çox ölkəsində uğurla həyata keçirilir.

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) ali orqanı olan və İƏT dövlət başçılarının iştirakı ilə keçirilən İslam Zirvə Konfransının Misirin paytaxtı Qahirə şəhərində keçirilən 12-ci sessiyası Xocalı faciəsini soyqırımı aktı və insanlığa qarşı törədilmiş cinayət kimi tanıyıb.
İslam Konfransı Gənclər Formunun Mədəniyyətlərarası Dialoq üzrə Bas Koordinatoru Leyla Əliyeva tərəfindən təsis edilmiş “Xocalıya Ədalət!” beynəlxalq kampaniyası sözügedən Kommunikenin “Humanitar Məsələlər” başlığı altında qəbul edilən bəndində 57 ölkənin dövlət başçıları tərəfindən alqışlanıb. Həmin bənddə "1992-ci ilin fevralında Ermənistan Respublikası hərbi qüvvələri tərəfindən Xocalıda törədilən qətliamı  soyqırım və insanlığa qarşı cinayət” adlandırılır.
Xocalı faciəsi 2012-ci ilin noyabrında Cibutidə keçirilən İƏT Xarici İşlər Nazirləri Şurasının 39-cu Sessiyasında insanlığa qarşı cinayət və soyqırım aktı kimi tanınıb. 2013-cü ilin yanvarında Sudanın paytaxtı Xartum şəhərində keçirilən İƏT Parlamentlər İttifaqı Konfransının 8-ci sessiyası da həmçinin, DƏ-İKGF-nin hazırladığı qətnamə əsasında faciəni insanlığa qarşı cinayət və soyqırım aktı kimi tanıyıb.

ABŞ-nın bir çox ştatlarında Xocalı soyqrımı , insanlığa zidd olan Xocalı qətliamı soyqrım aktı kimi qiymətləndirilib.


Qeyd edək ki, ABŞ-da yaşayan azərbaycanlıların təşəbbüsü ilə Ağ Evin rəsmi veb səhifəsində yer alan "Biz xalqıq" (We the People) bölməsində yerləşdirilmiş petisiya faciənin 21-ci ildönümü ərəfəsində Xocalı soyqırımı və soyqrımı qurbanlarının anılması, Xocalı soyqrım aktının tanınması üçün əsas amillərdən biridir. ABŞ Prezidentinin bununla bağlı bəyanat verməsi üçün 10000 –dən artıq imza toplanmalıdırki, Prezident Barak Obama Xocalı soyqırımının tanınması üçün bəyanat versin.

Xocalı naləsi, Xocalı harayı Azərbaycan torpağına vurulan damğadır, şəhidlərin bu günə qədər alınmamış qisasdır. Xocalı soyqırımı bəşər tarixinin ən dəhşətli faciəsi kimi heç vaxt yaddaşlardan silinməyəcəkdir. Xocalıda tökülən qanlar bu torpağın üstündə açılan çiçəklərin rəngidir.Vaxt gələcək, ermənilər axıtdıqları qana görə tarixin ədalət məhkəməsi qarşısında dayanacaqdır. Çünki tarix heç nəyi unutmur. Neçə ki Azərbaycan var, Xocalı soyqrımı unudumayacaq. Gəlin biz də Xocalını və xocalıları unutmayaq.

.

Tərtib etdi: Kitabxana–Biblioqrafiya Proseslərinin Avtomatlaşdırılması Şöbəsinin müdiri: Alıyeva Ə.



Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə