Qədim dünya və orta əsrlər tarixi kafedrası kurs: I i




Yüklə 91.8 Kb.
tarix20.04.2016
ölçüsü91.8 Kb.


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

BAKI DÖVLƏT UNİVERSİTETİ



Qədim dünya və orta əsrlər tarixi kafedrası

KURS: I

İXTİSAS:AMERİKAŞÜNASLIQ

QRUP:060

TƏLƏBƏ:MƏDƏDOV PƏRVİZ

MÖVZU:Şimali Amerika

KURS İŞİ



Kafedra müdürü:AMEA-nın müxbir üzvü

Prof. Y.M.Mahmudov

Kurs işi rəhbəri:Tarix üzrə fəlsəfə

doktoru D.M.Əzimli

Bakı-2015

Plan

Giriş......................................................



I Fəsil.............Şimali Amerika materikinin cografiyası.

II Fəsil............Şimali Amerika materikinin tədqiqatı.

IIIFəsil............Şimali Amerika materikinin ölkələri.

Nəticə..................................................

GİRİŞ

Şimali Amerikanın ümumi sahəsi 24,2 mln km2 olub, Şimal və Qərb yarımkürəsində yerləşib. O, qərbdən Sakit, Şərqdən Atlantik, Şimaldan Şimal Buzlu okeanı ilə əhatə olunub.O, cənubda Panama kanalı vasitəsi ilə Cənubi Amerikadan, şimal-qərbdən Berinq boğazı vasitəsi ilə Avrasiya materikindən ayrılır.



2001-ci ildə əhalisi 454.225.000-dır. Asiya və Afrikadan sonra üçüncü böyük qitədir və əhali olaraq da Asiya, Afrika və Avropadan sonra ən sıx dördüncü qitədir.Şimal Amerikanın Cənub Amerikaya tək quru əlaqəsi dar Panama Kanalıdır.

Uçqar nöqtələri. Şimalda-Mercison burnu, Cənubda-Maryato, qərbdə-Prins-Uels, şərqdə Sent-Çarlz burnudur.

Sahil xəttləri Şimalda və şərqdə daha çox girintili-çıxıntılı olduğundan çoxlu ada və yarımadaları var.

Adaları. Şimalda-Kanada-Arktika arxipelaqı, Qrenlandiya, şərqdə-Nyufaundlend, şərqdə Bermud, Baham, Böyük və Kiçik Antil, qərbdə Aleut.

Yarmadalar. Kaliforniya, Alyaska, Labrador, Yukatan, Florida.

Cərəyanları. Qolfsrim, Antil, Alyaska, Passatlararası (isti), Kaliforniya, Labrador (soyuq)

Körfəzləri. Hudzon, Müqəddəs Lavrenti, Meksika, Fandi, Kaliforniya, Alyaska.

Dənizləri. Karib, Sarqass, Baffin, Bofort, Berinq.

Vulkanları. Orisaba, Taxumulko, Reynir.

Kəşfi X əsrdə ilk dəfə normand dənizçiləri (vikinqlər), 1492-çi ildə Kolumb, daha sonra isə A.Vespucci burada olmuşdur. Şm. Amerikanın tədqiqində Hudzon, A.Makkenzi və s. səyyahların da böyük rolu olmuşdur.

Şm.Amerikanın ən hündür nöqtəsi Kordilyer dağlarının Alyaska silsiləsində yerləşən Mak-Kinli (6193 m) dağıdır. Kordliyer dağlarında tez-tez vulkan və zəlzələlər olur. Burada çoxlu qeyzerlər (Yellouston parkında), çayların açdığı dərin dar dərələr-kanyonlar var. Ən iri kanyon Kolorado çayındadır.Şm.Amerikanın ən alçaq yeri Ölüm dərəsindədir (-85 m).

I Fəsil

Şimali Amerika - Qərb yarımkürəsində, Amerika qitəsinin şimal hissəsinə verilən şərti addır. Şimali Amerika materikinin sahəsi 24.247 milyon kv. km-dir. Sahil xəttinin uzunluğu 60 milyon km-dən çoxdur. Materikin parçalanmış şimal sahili çoxlu sayda körfəz və adalardan ibarətdir. Dünyanın ən böyük adası sayılan Qrenlandiya burada yerləşir.

"Amerikanın kəşfi" deyəndə birinci olaraq Şimali Amerikanın kəşfi nəzərdə tutulur. Materikin kəşfini bir neçə mərhələyə ayırmaq olar. Arxeoloji tapıntılar əsasında müəyyən olunmuşdur ki, Amerikaya ilk öncə 30-40 min il bundan əvvəl asiyalılar gəlmişlər. O zaman Berinq boğazı olmamışdır. İndiki Asiya ilə Şimali Amerika bitişik ərazi imiş və asiyalılar da oradan Alyaskaya köç edib məskunlaşmışlar. Sonradan isə onlar cənub istiqamətində yayılmışlar. Asiyalılardan xeyli sonra, təxminən VII – X əsrlərdə vikinqlər və qədim norman dənizçiləri Şimali Amerikanın sahillərinə yaxınlaşmışlar. Lakin vikinqlərin Nyufaundlend adasına üzmələri epizodik xarakter daşımışdır. Odur ki, bunu Amerikanın avropalılar tətəfindən fəthi kimi qiymətləndirmək olmaz. Amerikanın sözün əsl mənasında fəthi yalnız Ameriqo Vespuççi Amerika materikini kəşf etdikdən sonra mümkün olmuşdur.

XVIII əsrin ortalarında Şimali Amerikanın ərazisi üç Avropa dövləti olan Böyük Britaniya, Fransa və İspaniya arasında bölüşdürülmüşdü. Ən böyük əraziyə İspaniya malik idi, lakin britaniyalılar daha çox əhaliyə malik koloniyalara sahib idi. Corciyadan tutmuş Nova Skotiyayadək Britaniya koloniyalarında o vaxt təxminən 2 milyona yaxın ağ adam yaşayırdı. Əhali başlıca olaraq ingilislərdən ibarət idi, onlardan başqa şotlandlar, irlandlar, hollandlar, almanlar, fransızlar və isveçlilər də Şimali Amerikadakı Britaniya koloniyalarında yaşayırdılar. 40 min əhalisi olan Filadelfiya o vaxt Britaniya İmperiyasının ikinci ən böyük şəhəri idi. Koloniyalar əhalisinə görə ana vətəndəki iri məhəllələrə bənzəyən qruplardan ibarət idi. 1754-cü ildə Britaniya höküməti Nyu Yorkdakı Albani şəhərində fransızlara qarşı gözlənilən müharibədə koloniyaların birliyini təmin etmək ümidi ilə konqres çağırdı.

XV əsrdə Şimali Amerika əhalisinin sayı təqribi hesablamalara görə 12-16 mln. nəfər imiş. Bunlar yalnız yerli aborigenlər imiş və qəbilə şəklində yaşayırmışlar. Mayya, astek, ink, siu, aleut həmin qəbilələrin ən böyükləri və tanınanları imiş.

Qədim Lavraziya materikinin bir parçasıdır. Materikin əsas hissəsi Şimali Amerika platforması üzərində olduğundan materikin 2/3-si düzənliklərdən ibarətdir. Bu düzənliklərin üzəri qədim dövrlərdə buzlaşmaya məruz qalmışdı. Materikin şimalındakı düzənliklər Kanada kristallik qalxanının üzərindədir. Materikin daxili hissələrində Mərkəzi və Böyük düzənliklər yerləşmışdir. Materikin cənub-şərqində səthi çayların gətirdiyi çöküntülərlə örtülü Missisipi ovalığı, cənubunda isə Meksika körfəzinin və Atlantik okeanının sahilboyu ovalıqları yerləşir. Materikin şərqində paleozoy yaşlı Appalaç dağları yerləşir. Bu dağlar qədim olduğundan hündür deyildir. Kordilyer dağları — materikin qərbində Sakit okean sahilində yerləşir. Bu dağlar Alp dağəmələgəlmə mərhələsində yarandığından hündürdür. Bu dağlar 2 litosfer tavasının Sakit okean və Şimali Amerika tavalarının toqquşduğu ərazidə yerləşir. Bu dağlar 3 hissədən ibarətdir: 1. Şərqi və ya Qayalı dağlar, 2. Qərb və ya Sakit okean qurşağı, 3. Daxili qurşaq (Böyük hövzə yaylası).

Hər tərəfdən dağ silsilələri ilə əhatə olunduğundan bura rütubətli hava kütlələri daxil ola bilmir və nəticədə yarımsəhra landşaftı yaranır. Şimali Amerikanın ən hündür nöqtəsi Kordilyer dağlarının Alyaska silsiləsində yerləşən Mak-Kinli (6193 m) dağıdır. Kordliyer dağlarında tez-tez vulkan və zəlzələlər olur. Burada çoxlu qeyzerlər (Yellouston parkında), çayların açdığı dərin dar dərələr-kanyonlar var. Ən iri kanyon Kolorado çayındadır. Şimali Amerikanın ən alçaq yeri Ölüm dərəsindədir (-85 m).

Vulkanlar

Orisaba, Taxumulko , Reynir , Şasta , Kolima , Popokatepetl , Momotombo , Veniamino

İqlimi


Materikin iqliminin platformasında coğrafi mövqeyinin, relyefinin, sahəsinin atmosfer sirkulyasiyasının, okean cərəyanlarının rolu böyükdür. Materikin şimalında və cənubunda dağlar olmadığından şimaldan arktik, cənubdan isə tropik kütlələri əraziyə maneəsiz olaraq daxil olur. Bu iki hava kütləsi materikin daxili hissələrində qarşılaşdıqda tornado adlı güclü küləklərin-qasırğaların yaranmasına səbəb olur. Materikin iqliminin formalaşmasına Şimal Buzlu okeanı və Atlantik okeanları böyük təsir göstərir. Çünki istər şimalda, istərsə də şərqdə hündür dağlar olmadığından bu okeanlar üzərində formalaşan hava kütlələri manesiz olaraq materikin içərisinə daxil olur. Bundan fərqli olaraq materikin qərbindəki Kordilyer dağları Sakit okeandan gələn hava kütlələrinin materikin daxili hissələrinə hərəkət etməsinə mane olur. Kordilyer dağları Sakit okeandan gələn rütubətli havanın qarşısını aldığından materikin qərb sahillərinə daha çox yağıntı düşür. Şm. Amerika ekvatorial iqlim qurşağından başqa bütün 6 iqlim qurşaqlarına malikdir:

1. Arktik qurşaq-qütb dairəsindən şimalda yerləşən və Şimal Buzlu okeanının təsiri altında olan əraziləri əhatə edir. Arktik hava kütlələri hakimdir. Ilboyu soyuq və az yağıntılıdır.

2. Subarktik qurşaq da yayda mülayim, qışda arktik hava kütlələri hakim olduğundan yay sərin, rütubətli; qış soyuq və quru olur.

3. Mülayim qurşaq Şm. Amerikada ən geniş ərazidə yayılıb. 40-600 şm enlikləri arasını əhatə edir. Mülayim hava kütlələri hakimdir. Relyefdəki fərqlər və okeandan uzaqlığı nəticəsində bu qurşaq daxildə 3 iqlim tipi- qərbdə-dəniz, daxili hissədə-kontinental, şərqdə isə mülayim-kontinental iqlim tipii yaranır.

4. Subtropik qurşaqda-okean cərəyanlarının, relyefin, hakim küləklərin təsiri altında 3 iqlim tipi yaranır. Qərbdə-Aralıq dənizi iqlim tipi, daxili hissədə kontinental, şərqdə-musson iqlim tipi yaranır.

5. Tropik qurşağının 2 tipi var. 1) Kaliforniya yarımadasında (soyuq Kaliforniya cərəyanının təsiri nəticəsində) və Meksika dağlıq yaylasında tropik səhra iqlimi yaranır. 2) Materikin şərqində rütubətli tropik iqlim qurşağı yaranır. Bu iqlim tipinin yaranmasına səbəb isti okean cərəyanları və bu əraziyə okeandan rütubətli passat küləklərinin əsməsidir.

6. Subekvatorial qurşaq materikin ucqar cənubunu əhatə edir. Il boyu yay isti və rütubətli, qış quraq olur.

Çayları


Çayları 3 hövzəyə aiddir. I. Atlantik okeanının çayları-Missisipi, Missuri, Ohayo, Reo-Qrande, Müqəddəs Lavrenti və s. Missisipi materikin ən uzun və bol sulu çayıdır.Hövzəsindı yumşaq gilli süxurlar geniş yayıldığına görə , çayın suyu sarı rəngə çalır. Missipi sözünün mənası da hind dilində " lilli çay " deməkdir. Bu çaydan suvarmada geniş istifadə olunur, qolları üzərində çoxlu bəndlər və su-elektrik stansiyaları tikilmişdir. Mənbəyini Yuxarı gölün qərbindəki göl və bataqlıqlardan götürür. Yağış və qar suları ilə qidalanır. Mənsəbində iri delta yaradır. Ən uzun qolları Missuri və Ohayo çaylarıdır.Appalaç dağlarının şərq yamaclarından axan çaylar qısa və bolsuludur. Bu çaylar böyük hidro enerji ehtiyatına malikdir. Böyükk göllər hövzəsində Müqəddəs Lavrenti və Niaqara çayları vardır. Məhşur Niaqara şəlaləsi də eyni adlı çayın üzərindədir. II. Sakit okeanın çayları –daha qısa, sürətli və astanalıdır. Ən iri çayları Kolorado, Kolumbiya və Yukondur(hind dilində " böyük çay " ). Bu çaylar üzərində iri kanyonlar( Kolorado çayının əmələ gətirdiyi Böyük Kanyonun uzunluğu 320 km , dərinliyi isə 1800 metrdir) və SES-lər var. III. Şimal buzlu okeanının çayları əsasən qar suları ilə qidalanır. Ilin çox hissəsi buzla örtülüdür. Ən iri çayı Makkenzidir. Yukon Kanadada və ABŞda şimal-qərbdə yerləşən çay, Berinq dənizinə, Sakit okeana tökülür. Çayın uzunluğu 3100 km, hövzəsinin sahəsi təxminən 832 min km² bərabərdi.Çay Kanadanın Yukon cənub rayonunun, Marş gölündən başlıyır. Sonra isə Alyaska ilə sərhədə şimal-qərb tərəfə axır,və Alyaska ştatını iki bərabər hissəyə bölür. Mauntin-Villeci keçendən sonra qollara bölünərək delta yaradır. Çayın təxminən yarısı düzənlik xarakteri daşıyır.Yukonun dərəsi 30 km qədərdi, çay sularının gur vaxtında 15-20 m qədər qalxır. Maydan sentyabra qədər gəmiçiliyə yararlıdır. Çayın aşağı axarını rus dəniz zabiti Lavrentiy Zaqostkin tərəfindən tədqiq edilmişdir

1843 ildə yuxarı axarına şotland Robert Kempbell çatdı. Kempbell Liard çayından hərkət edərdi, daha sonra o,sonradan Pelli adlandılacağı, çaya keçdi. Bu çayı keçdikdən sonra o Lyuis çayına çatdı. Robert elə burda durmağı məsləhət bilərək, Makkenzi dayaq məntəqəsinə qayıtdı.Yukon çayı XX-ci əsrin Klondayk qızıl hərisliyi ilədə məhşurdu.

Adının etimologiyası

«Yukon» sözü Quiçin (Gwich’in) tayfasının dillindən «Böyük çay» kimi tərcümə olunur. Çayın aşağı axıntısı eskimos dillində «Kvikpak» (Böyük çay) adlanırdı. Kvikpak və Yukon çaylarının bir çay kimi yalnız 1863 ildə sayılmağa başladı. Çayın bütöv hissəsi isə,Alyaskanın ABŞ-a satılmasından sonra, aid edilməyə başladı.

Tarix

XVIII əsrin sonunda məhşur kanadalı tədqiqatçı və xəz satıcısı Aleksandr Makkenzi hindulardan eşitdiki, qərbdə Makkenzi çayı kimi böyük çay axır və orda ticarət postu yerləşir. 1792-ci ildə Makkenzi naməlum çaya Atabaski şəhərindən çatmağa cəhd göstərdi. 550 mil keçdikdən sonra o,qışı keçırtmək üçün Smoki çayı ətrafında fasilə etdi. Həmin ilin yaz fəslində o, səfərinə davam etdi və 1200 mil keçərək, 22 iyulda Sakit okean sahilinə çatdı. Onun çayı tapmaması səbəbi, onun Yukondan xeyli cənubda olması idi.



Gölləri

Kaynozoyun IV dövründə buzlaşmanın olması və iqlim şəraiti nəticəsində materikin şimalında göl çoxdur. Bu göllərə –Böyük Ayı, Böyük Kölə, Atabaska, Vinnipeq və Böyük Göllər aiddir. Böyük Göllərə 5 göl; Yuxarı, Ontario, Huron, Eri və Miçiqan gölləri daxildir. Bu 5 göl müxtəlif yüksəklikdə pilləvari şəkildə yerləşmiş və Müqəddəs Lavrenti çayı vasitəsi ilə Atlantik okeanı ilə əlaqəlidir. Eri və Ontario gölləri arasında Niaqara şəlaləsi yerləşib (Kanada ilə ABŞ arasında yerləşir. Hündürlüyü 50 m, eni 1100 m-dir) Dünyanın ən iri şirin gölü olan Yuxarı göl bu göllərdən biridir.Materikin daxilində göllər dayaz və duzludur. Məsələn: Böyük Duzlu (və ya şor), Yuta və s.

Şimali Amerikada təbii zonalar

Materikin şimalında enlik, cənub və mərkəz hissəsində isə meridianal istiqamətdə dəyişir. Zonallığın bu çür pozulmasına səbəb relyef və Qolfstrim cərəyanının təsiridir. Materikin düzənlik hissəsində iqlim xüsusiyyətlərindən asılı olaraq aşağıdakı təbii zonalar yaranır:

1. Arktik səhralar zonası-Qrelandiya və Kanada-Arktika arxipelaqının şimal hissəsini tutur. Yay qısa, sərin, qış uzun və sərtdir. Bitkiləri mamır, şibyə, tipik heyvanı ağ ayıdır.

2. Tundra zonası — Subtropik iqlim qurşağında yerləşib. Bataqlıq tundra-qleyli torpaqlarında cırtdan tozağacı və söyüd ağacları bitir. Heyvanları müşk öküzü, karibu (şimal) maralı, ağ kəklik, şimal tülküsü və canavardır.

3. Meşə tundra zonası — iynəyarpaqlı ağaclardan ibarətdir .

4. Meşə zonası – materikin 1/3 hissəsini əhatə edir. a) Şimalda iynəyarpaqlı meşələr tayqa adlanır. Torpaqları podzoldur. Bitkiləri ağ və qara şam, bizon otu, heyvanları skuns, ondatra, qunduz, yenot, bizon və s. b) Qarışıq meşələr — Böyük Göllər və Şimali Appalaç dağlarını əhatə edir. Torpaqları cimli-podzal və boz meşə tipidir. c) Enliyarpaq meşə zonası Mərkəzi düzənliyin şərqini və Appalaç dağlarının cənubunu əhatə edir. Torpaqları qonurdur. d) Materikin cənub-şərqində Atlantik okeanı sahilində sarı və qırmız torpaqlar üzərində rütubətli həmşəyaşıl meşələr yayılmışdır. Sakit okean sahili meşələrində hündürlüyü 100 m, diametri 9 m olan həmişəyaşıl sekvoyya (mamont) ağacı bitir.

5. Meşə-çöl zonası boz meşə və qara torpaqlar üzərində formalaşmışdır .

6. Çöl zonası –mülayim və subtropik iqlim qurşağının şabalıdı və qara torpaqları üzərində formalaşıb. Şm.Amerikanını çöl zonası preri adlanır və əkinçilikdə geniş istifadə olunur.

7. Yarımsəhra və səhralar –Kordilyer dağlarının daxilini, Kaliforniya yarmadası və Meksika yaylasını əhatə edir. Bu zonanın boz, qonur və acıq şabalıdı torpaqları üzərində kaktus, yovşan və tikanlı şoran bitkilər bitir.

8. Savanna və həmişəyaşıl rütubətli meşələr-materikin cənubunda qırmızı-qonur və sarı torpaqlar üzərində formalaşmışdır. Əhalisi — 400 mln nəfərdir. Əhali buraya 25-40 min il əvvəl şimal-şərqi Asiyadan Berinq boğazı vasitəsilə gəlmişdir. Onlar monqoloid irqinə mənsub idi. Şimali Amerikanın yerli əhalisi olan hindu, eskimos və aleutların əcdadı da onlardır. Aleutlar Alyaska yarımadası və Aleut adalarında, eskimoslar materikin şimalında və Qrelandiyada yaşayır. Amerika kəşf olunduqdan sonra bura Avropadan ingilis, ispan, fransız və s. Afrikadan zəncilər köçmüşdür. Şimali Amerikadakı bütün ölkələrin hamısının dünya okeanına çıxışı var.

XIX əsrin başlarında nə şərq tərfdən ruslar, nədə qərb tərəfdən britaniyalılar tərəfindən Yukonun orta axınının tədqiqatı üçün cəhdlər edilmirdi. Yalnız 1830 ildə Adolf Etolinin başlığı altında rus səyahət briqadası Nort-Sound-u tədqiq etdilər. Növbəti ildə Rus Amerikasının başçısı Vranqel leytenant Tebenkova əmr verdiki, Sent-Maykl adasında yaşayış məskəni salsın və bundan sonra, çayın deltasında, məhsəbində və qollarında arayışlar aparıldı.

Təbiəti


Hövzəsinin böyük hissəsi Subarktika qurşağındadı. Bitkiləri bu ağaclardan ibarətdi: ağcaqovaq, tozağacı, qovaq, şam və küknar, tipik fauna təmsilçiləri: ondatra, qunduz, adi gəlincik, tülkü, adi vaşaq, canavar və s.1991 ildə Laberj gölündən Teslin çayından 46 km sahəsində yer Kanadanın qorunmalı olan çaylar siyahısına alınıb.

II Fəsil

Kolumbun sonuncu ekspedisiyası belə Asiyaya qərb istiqamətdə dəniz yolunun açılması problemini həll edə bilməsə də, kəşf olunmuş torpaqlara avropalıların axınının başlanğıcını qoydu. Zəngin sərvətlərə malik olmaq üçün ispanlar, ingilislər və fransızlar arasında kəskin mübarizə başlandı.

Ispanlar qərb istiqamətdə hər hansı bir keçid, yaxud boğazın olması fikrini əsas tutmaqla Meksika körfəzində geniş tədqiqat işləri aparmağa başladılar və qısa bir müddətdə bütün körfəzin sahil zolağını öyrənməyə müvəffəq oldular. 1500-cü ildə Xuan de-la-Kosoyun Kubanın ada olması fikrini səkkiz ildən sonra da olsa öz təsdiqini tapdı. 1513-cü ildə Ponse-deLeon tərəfindən Florida yarımadası aşkar edildi. Ispanlar körfəzdən qərbə keçidin olmadığına əmin olmaqla Florida yarımadasının şimal-şərq hissələrində tədqiqatı davam etdirməyi qərara aldılar. Onlar 1517-ci ildə Yukotan sahillərinə üzərək burada əhali ilə sıx məskunlaşmış, pambıq parçadan geyimə malik olan və qızıl əşyaları üstündə gəzdirən hindularla rastlaşırlar. Şimali Amerikada bu kəşf Kordovanın təşkil etdiyi ekspedisiyanın ən böyük kəşfi sayıla bilər. Çünki avropalıları maraqlandıran qızıl mənbələrinin müəyyən edilməsinin əsası qoyulmuşdur. Bu məlumatı alan ispanlar növbəti il Ernando Kortesin başçılığı altda daha yaxşı təşkil olunmuş, soyğunçuluq məqsədi daşıyan dəstəni ölkəni tədqiq etməyə göndərir. VeraKrus Kortes dəstəsindən bir neçə nəfər ayıraraq 5700 m hündürlüyə malik olan Ponokatenelinin qarlı zirvəsinə göndərməklə Mexiko şəhərinə daha münasib yolu seçir və 1519-cu ildə onu zəbt edir. Kortes ölkənin bütün hissələrinə ekspedisiyalar təşkil etməklə öz dövrü üçün böyük sayılan Oaxaka, Sakatula, Vera-Krus, Kolima kimi şəhərlərin əsasını qoydu. Salvador və Qvatemalonu zəbt edərək 1522-ci ildə təşkil olunmuş dəstə Sakit okean sahillərinə çatır və Sakatulu limanının əsasını qoyur.

Fransisko Veskes de Koronadonun 1540-cı ildə təşkil olunmuş ekspedisiyası coğrafi baxımdan daha qiymətli sayılır. Bu ekspedisiyanın nəticələri materikin daxili hissələri haqqında insanlarda geniş təsəvvür yaratmaqla onun xəritələşdirilməsinin əsasını qoydu.

Kortes və Koronadonun ekspedisiyalarından sonra bir müddət sakitlikdən sonra yenidən canlanma baş verdi. 1565-ci ildə Meksikanın şimal-şərqində yerləşən Montereyə çatmış ispanlar, 1583-cü ildə həmin məntəqənin cənubunda Leon şəhərinin əsasını qoydular. 1590-cı ildə isə Montereyin şimalında yerləşən Monklovada məskunlaşmağa başladılar. Kinonun başçılığı altında ispanlar 1698-ci ildə Kaliforniya körfəzinə çıxdılar və 1701-1702-ci illərdə Kanionlu Kolorado çayını tədqiq etməyə başladılar. Beləliklə, ispanların təşkil etdikləri ekspedisiyalar Meksika və ondan cənubda yerləşən əraziləri tədqiq etməklə tədricən təsir dairəsinə saldılar.

Ingilislər apardıqları tədqiqatların nəticələrinə görə həmin dövr üçün fransız və ispanlardan geri qalırdılar. Onlar 1650-ci ilə qədər Şimali Amerikada böyük əhəmiyyətə malik heç bir kəşf etməmişlər. Müəyyən əhəmiyyətə malik olan tədqiqatın başlanğıcı ingilislər üçün Boston şəhərinin sahildə yerləşdiyi Massaçusets körfəzinə daxil olmaları sayılır. Tədricən Floridadan sahildə yerləşən Bransuikə qədər ingilis müstəmləkəsinə çevrildi. Materikin daxili hissələrini tədqiq etmək üçün daha bir neçə ekspedisiyalar təşkil edildi. 1640-cı ildə ingilislər Delaver körfəzindən başlayaraq Konneberq çayını keçməklə Kanadaya çatdılar. Ingilislərin həmin dövrdə əsas məqsədi sahil zonasında məskunlaşmaqdan ibarət olduğundan Atlantik okeanının sahillərinin tədqiqinə daha çox üstünlük verilirdi. Ona görə də yerli əhali tədricən materikin qərbinə doğru sıxışdırıldı.

XVIII əsrin sonunda ingilislərin Missisipi çayı sahillərinə çıxmasına baxmayaraq, yenə də tədqiqat işlərində ardıcıllığa fikir verilmirdi. Ona görə də məlumatların əsas hissəsi yerli əhali, tacirlərin sözlərinə əsaslanırdı. Qərbə doğru ilk rəsmi ekspedisiya Konrado Vayzerin rəhbərliyi altda təşkil olundu. 1748-ci ildə ingilislərin qərbə doğru irəliləməsi onların Oqayo çayına çatmasına və vadini tədqiq etmələrinə səbəb oldu. Andre Mişe isə Hudzon körfəzindən Florida yarımadasına qədər ixtisası ilə əlaqədar olaraq bitki örtüyünü öyrənməyə müvəffəq oldu.

Hudzon körfəzinin cənubu, qərbi və şimalı əsas etibarı ilə ingilislər tərəfindən tədqiq edilmişdir. Əsas məqsəd Sakit okeana şimal-qərb dəniz yolunun tapılması idi.

Asiyaya şimal-qərb yolunun tapılması üçün ticarət kompaniyasının ayırdığı nullar nəticə vermədiyindən Ingiltərədə baş verən narazılıqlar bu yolun axtarılması üçün ekspedisiyaların təşkilini yenidən sürətləndirdi. Belə ki, 1742-ci ildə Midilton, 1746-cı ildə Çesterfild tərəfindən həyata keçirilən ekspedisiyalar Çinə şimal-qərb yolu ilə keçməyə cəhd göstərdilər. Semuel Xernanın təşkil etdiyi ekspedisiyanın mahiyyəti daha əhəmiyyətli idi. O, 1769-cu ildə ekspedisiyaya çıxmaqla məqsədi həmin Hudzon körfəzindən qərb istiqamətdə Asiyaya yol açmaq, həm də hindilərdən filiz mənşəli faydalı qazıntıların yerini öyrənmək idi. Lakin qarşıya qoyulmuş məqsəd nəticəsiz olaraq qalmaqda idi. Semyuel Xern daha iki dəfə cəhd göstərsə də şərqə su yolunun tapılması nəticəsiz qaldı. Ekspedisiyaların nəticələrindən tam razı qalmayan Xern yazır: «Çətin ki, mənim ekspedisiyalarımın nəticələri bütövlükdə Ingiltərəyə, hətta bir kompaniyaya kifayət qədər xeyir versin. Ancaq mən mənim üzərimə qoyulan işin öhdəsindən vicdanla gəlməyə çalışdım və Hudzon körfəzindən qərb istiqamətdə Sakit okeana yolun olması kimi hər cür fikrə son qoydum.»

Şimal-qərb istiqamətdə su yolunun tapılmaması nəhayət tacirlərin sahildən əl çəkərək materikin daxili hissələrinə çəkilmələrinə səbəb oldu. Beləliklə, səyyah tədqiqatçı Antoni Xendri 1774-cü ildə materikin daxili hissəsində KamberlendXaus adı altında ticarət məntəqəsi yaratdı.

Mühüm əhəmiyyətə malik olan ekspedisiyalardan biri Aleksandr Makkenzinin rəhbərliyi altında olmuşdur. O, 1789-cu il, iyun ayının 3-də ekspedisiyaya çıxır. Qarşıya qoyduğu əsas məqsəd Böyük Nevolniçye gölü ilə Şimal Buzlu Okeanı arasında əlaqənin olub-olmamasını müəyyən edilməsi idi. Nevolniçye çayı ilə eyni adlı gölə üzməklə 10 gün tədqiqat aparır və hazırda öz adına olan Makkenzi çayı vasitəsilə şimal istiqamətdə üzməyə başlayır. Nəticədə Böyük Nevolniçye gölünün Şimal Buzlu Okeanla əlaqəsi müəyyən edilmiş oldu. Lakin bu kəşf Makkenziyə böyük şöhrət qazandırmadı və onun adı görkəmli səyyahlar arasında özünə yer tapmadı. Buna baxmayaraq o, Ingiltərəyə qayıtmaqla Atlantik okeanından Sakit okeana materikin daxili hissələrindən çıxmaq üçün ekspedisiyanın təşkil olunmasına icazə almağa nail oldu. Makkenzi 1793-cü il iyul ayının 22-də Kanada ərazisindən keçməklə Sakit okeanın Din körfəzinə çataraq qarşıya qoyduğu məqsədə nail olur.

Fransızlar Şimali Amerikanın daxili hissələrinin tədqiq edilməsində ispan və ingilislərlə müqayisədə daha çox fərqlənirlər. Onlar hər tərəfə çıxış yoluna malik Müqəddəs Lavrentiya çayını çıxış məntəqəsi kimi qəbul etməklə gələcək nailiyyətlərinin əsasını qoymuşdular. Bu təbii su yolu fransız missionerlərini özünə elə cəlb etmişdir ki, onlar çox qısa bir müddətdə Fransanı ən böyük müstəmləkə və var-dövlət sahibi etmək məqsədilə materikə güclü axın yaratdı. Onların Kanada haqqında ilk bilikləri XVI əsrin sonunda və XVII əsrin əvvəllərində (1603-1605) Müqəddəs Lavrentiya vadisində,

Yeni Şotlandiya yarımadasında, Fandi körfəzində və materikin sahilində Kennebek çayına qədər ərazidə olmuş Samyuel Şamplenə əsaslanır. Onun ən əhəmiyyətli ekspedisiyası sonuncu olan üçüncü ekspedisiyası olmuşdur. Bu ekspedisiya müddətində o, Ottava, Natav, Frenç-River çaylarında, Nipissinq gölündə üzərək tədqiq etmiş, daha sonra isə Ontario və Huron göllərində olmuşdur. Tədqiqatın nəticələri onun davamçılarının nailiyyətlərinin əsasını qoymuşdur.

Son dövrdə Şimali Amerikanın tədqiq edilməsində küllü miqdarda din xadimləri iştirak etməyə başlamışdılar. Əsas məqsədləri müstəmləkə dövlətlərindən asılı olmayan teokratik monarxiya dövlətləri yaratmaq olduğu üçün, onlara etibar edilməsə də, fransızlar təsir dairələrini genişləndirmək və əhalini xristianlaşdırmaq məqsədilə keşişlərdən müvəffəqiyyətlə istifadə edirdilər.

La-Sall 1681-ci ildə Illinoys çayı vasitəsi ilə Missisipiyə keçməklə Meksika körfəzinə qədər üzür. Bütün bu əraziləri Luizian adı altında birləşdirərək fransız krallığına mənsub olduğunu elan edir. Missisipinin deltasını axtararkən öz dəstəsi tərəfindən öldürülməsi fransızların tədqiqat işlərinin geniş miqyasda tədqiqat işlərinin aparılmasına kifayət qədər öz təsirini göstərdi.

XVII əsrin sonlarında fransızlar Missisipi hövzəsinin tədqiqini daha da gücləndirdilər. La-Sallın ekspedisiya üzvlərini özündə birləşdirən Akri Tonti Missisipi çayı ilə onun qolu olan Arkanzasa çatır və bu çayın gəminin üzməsi mümkün olan sahəyə qədər hərəkət edir. Daha sonra Red-River çayında bir müddət üzməklə quru ilə ekspedisiyanı davam etdirir.

1697-ci ildə fransızlar yenidən Meksika körfəzi sahillərində məskunlaşmağı qərara alırlar. Missisipi çayının şərq hissəsində yerləşən, hazırki Mobil şəhərinə üstünlük verirlər. Xəstəlik, ölüm hallarının yüksəkliyi vəziyyəti xeyli çətinləşdirsə də yeni məntəqələrin yaranma prosesi davam edirdi.

1721-ci ildə Missisipi çayının sol sahil vadisi, körfəz sahiləndə yeni Orleanın əsası qoyuldu. Qurğuşun yataqlarının zənginliyi haqqında gələn xəbərlər fransızların istiqamətini şimala, SenFransis çayına və Qərbi Tennesə doğru dəyişdi. Onlar 1725-ci ildə tədqiqat sahəsini Missuriyə çatdırdılar. Fransızların tədqiq etdiyi sahələrdə yaratdıqları ticarət məntəqələri tədricən ispanların mənafeləri ilə toqquşmağa başladı. Ona görə də Meksika ərazisində normal ticarət əlaqələrinin yaradılması mümkün olmadı.

Beləliklə, Kolumb və Vespuççidən sonra Amerika qitəsi avropalılar tərəfindən sürətlə tədqiq olunmaqla müstəmləkəyə çevrilməkdə idi.

III Fəsil

Amerika Birləşmiş Ştatları.

Amerika Birləşmiş Ştatları Şimali Amerikada dövlətdir. Sərhədlərini şimalda Kanada, cənubda Meksika ilə bölüşür. ABŞ federativ respublikadır. ABŞ Konstitusiyası 1787-ci ildə qəbul edilmişdir (1789-cu ildən qüvvədədir). Konstitusiyaya bu günə qədər 26 dəyişiklik edilmişdir, onlardan 10-u 1789-cu ildə Hüqüqlar haqqında Bill adı ilə qəbul olunmuşdur. Ali qanunverici hakimiyyət orqanı olan Konqres Senatdan və Nümayəndələr Palatasından ibarətdir. Məhkəmə sistemi federal və yerli məhkəmlərdən təşkil edilib.

ABŞ-da əsas danışıq dili ingilis dilidir. Amerika qanunlarına görə hər hansı dilin federal səviyyədə rəsmi dil olması göstərilməyib, buna baxmayaraq bəzi qanunlar ingilis dili bilməyi tələb edir. 2007-ci il statistikasına görə yaşı 5-dən yuxarı olan ABŞ əhalisinin 80%-i, yəni 226 milyon nəfər yalnız ingilis dilində danışır. Amerika əhalisinin 12%-nin istifadə etdiyi ispan dili ölkədə ikinci ən geniş yayılmış və ən çox öyrənilən dildir. Bəzi amerikalılar ingilis dilinin rəsmi dil kimi elan olunmasını tələb edirlər. Ştatlar arasında yalnız Havay adalarında ingilis dili və havay dili rəsmi dil elan olunub. ABŞ-ın asılı ərazisi olan Puerto-Rikoda rəsmi dil ispan dilidir.

ABŞ konstitusiyasının birinci əlavəsi dinin dövlətdən ayrı olduğunu ehtiva edir.Bu əlavə dövlətin təməlini qoyan insanlar tərəfindən dövlət dininin müəyyən olunmasına qadağa kimi başa düşülürdü. Amerika hökuməti ölkədə rəsmən dini statistikanı aparmır. Lakin The world factbook-un 2007-ci il məlumatına əsasən ABŞ əhalisinin 51,3%- protestant, 23,9% -katolik, 12,1%-hər hansisa konfessiyaya məxsus, 1,7%-mormonlar,1,6%-digər xristian konfessiyasına, 1,7%-yəhudi, 0,7%-buddist, 0,6%-müsəlman, 2,5%-başqa və ya göstərilməyib, 4%-ateistdir.

Amerikada hökumət xalq hökumətidir. Konqres üzvləri, başçı, əyalət səlahiyyətliləri, qəsəbə və şəhərləri idarə edənlər xalq tərəfindən seçilir. Hakimlər də, birbaşa xalq tərəfindən seçilir və ya seçilmiş səlahiyyətlilər tərəfindən təyin edilir. Cəmiyyət vəzifəliləri, vəzifələrini yaxşı etmədikləri və ya qanunları ciddi bir şəkildə pozduqda vəzifədən kənarlaşdırılırlar.Konstitusiya insanların haqq və azadlıqlarını təminat altına alır. Bu hüquq və azadlıqlar 1791-ci ildə konstitusiyaya əlavə olunan və İnsan Haqları Bəyannaməsi adı verilən ilk on dəyişiklikdə ifadə edilir.Konstitusiya hökumətin səlahiyyətlərini üç yerə ayırmışdır: Prezidentə aid olan icra hakimiyyəti, Konqresin hər iki palatasını əhatə edən qanunverici hakimiyyət və başda ali məhkəmə olmaqla məhkəmə hakimiyyəti. Konstitusiya onların hər birinin səlahiyyətlərini çərçivəyə salır və lazım olduğundan çox səlahiyyət sahibi olmasına icazə vermir.Əyalət hökumətlərində də sistem federal hökumət sisteminin eynisidir. Ümumilikdə ölkə rəhbərliyində həmişə Respublikaçılar partiyası üstündür. 1993-2001-ci illər arasında Demokratlar həm Nümayəndələr Palatasında, həm də Ağ Evdə üstünlüyü ələ aldılar. 2001 və 2004-cü il seçkilərində qazanan respublikaçılar olmuşdu.

Dövlət 50 ştatdan, Kolumbiya federal dairəsi və asılı ərazilərindən ibarətdir. Ştatlar rayonlara bölünürlər. ABŞ-da 3141 rayon var.

Kanda.


Kanada Şimali Amerika qitəsində dövlətdir. Atlantik, Sakit və Şimal Buzlu okenların sahilində yerləşir, Amerika Birləşmiş Ştatları ilə, şimali-qərbdə Qrenlandiya ilə həmsərhəddir. Kanada ərazisinin ölçüsünə görə Rusiyadan sonra dünyada ikinci yeri tutur. Ölkənin ərazisi bir çox təbii zonalarla təmsil olunur. Relyefində düzənliklər üstünlük təşkil edir. Qərbində uzanan Kordilyer dağ sistemi insanların təsərrüfat fəaliyyətini çətinləşdirir. Lakin Kanadanın ABŞ-la sərhəd olması, tarixən ölkədə işgüzar insanların məskunlaşması və üç okean sularının onu əhatə etməsi ölkənin sürətlə inkişaf etməsinə səbəb olmuşdur.

Kanadanın avropalılar tərəfindən işğalınadək burada eskimoslar və hindular yaşayırdı. 1605-ci ildə fransızlar, 1623-cü ildə isə ingilislər Kanada ərazisində ilk yaşayış məntəqələrinin əsasını qoydular. 18-ci əsrin ortalarında (1756-1763) Fransa və Böyük Britaniya arasında yeddi illik müharibədə britaniyalıların qələbəsi nəticəsində Kanada Britaniyanın müstəmləkəsinə çevrilmiş və yalnız 1931-ci ildə müstəqillik əldə etmişdir.

Kanada 10 əyalətə (qərbdən şərqə doğru: Britaniya Kolumbiyası, Alberta, Saskaçevan, Manitoba, Ontario, Kvebek, Nyu-Brunsvik, Şahzadə Eduard Adası, Yeni Şotlandiya və Nyufaundlend və Labrador) və 3 bölgəyə (qərbdən şərqə doğru: Yukon, Şimal-Qərb Əraziləri və Nunavut) ayrılmışdır.Əyalətlərin federal rəhbərlikdən geniş nisbətdə muxtariyyəti varsa da bölgələrin müstəqilliyi daha azdır.

Xristianlar — 77,2 %

Katoliklər — 43,6 %

Dinsiz — 17 %

Digər — 6,2 % (əsasən İslam)

Ölkənin təhsil sisteminə dövlət məktəbləri daxil olduğu kimi, özəl məktəblər də daxildir. Konstitusiyaya görə təhsil yalnız əyalətin ixtiyarında yerləşir. Nəticədə, müxtəlif ölkələrdə təhsil sistemi əhəmiyyətli dərəcədə müxtəlif ola bilər.Lakin, ümumilikdə ölkədə təhsil standartları eyni dərəcədə yüksəkdir. Kanada universitetlərinin diplomları bütün dünyada tanınır. Kanada universiteləri müasir maddi-texniki avadanlıqla təchiz edilir və yaxşı kitabxanaları var. Kanad ali məktəblərinin əsas tərəfi elm və təcrübə ilə sıx əlaqədir. Ümumilikdə Kanadanın ali təhsil sistemi ABŞ ali təhsil sisteminə uyğundur.Bir halda ki, Kanadada iki dövlət dili – ingilis və fransız dili var, tələbələr bu iki dillərdən birində təhsil ala bilər. Bəzi universitetlərdə təhsilin iki dildə olmasına baxmayaraq, tələbələrin daxil olması üçün iki dili yaxşı bilmək elə də vacib deyil.

Kanadanın ərazisi min illərlə müasir hindu və eskimosların soyları tərəfindən, 4 əsr öncə isə avropalılar tərəfindən məskunlaşmışdır. Müxtəlif ölkələrdən immiqrasiya prosesinin uzun müddət davam etməsi ölkə əhalisinin etnik tərkibinə ciddi təsir göstərmişdir.İndi ölkədə əhalinin böyük hissəsini ingilis mənşəli (13 milyon nəfər) və Kvebek vilayətində məskunlaşan fransız mənşəli kanadalılar (9 milyon nəfər) təşkil edir. Digər etnik qruplar (almanlar, italyanlar, ukraynalılar, ruslar və b.) əhalinin 33 %-ni,yerli əhali isə 1.3 %-ni təşkil edir.Əhali ölkə ərazisi üzrə qeyri-bərabər, başlıca olaraq ABŞ-la sərhəd boyunca daha sıx yerləşmişdir. Əhalinin 77 %-i şəhərlərdə yaşayır. İldə 30 min nəfərin Kanadaya immiqrasiya etməsi əhalinin artımına müsbət təsir göstərir. İri milyonçu şəhərləri Monreal,Toronto və Vankuverdir. Şimalda iri torpaq sahələri isə demək olar ki, mənimsənilməyib. Kanadanın həyatında bir çox şey güclü cənub qonşusu ABŞ-la münasibətlərlə müəyyənləşir. Dünyada bir–biri ilə ikitərəfli ticarət həcminə görə ABŞ və Kanada ilə rəqabətə girə biləcək başqa cüt ölkə yoxdur.

Kanadanın təbii resursları olduqca böyük və müxtəlifdir. Bunlara əlvan, nəcib və nadir metallar, dəmir filizi, uran, neft, təbii qaz, daş kömür, asbest və başqa minerallar daxildir. Bununla yanaşı sərt təbii şəraitə malik olan Şimal ərazilərinin zəngin mineral resursları hələ mənimsənilməyib. Hidroenerji resurslarının böyük təsərrüfat əhəmiyyəti var və potensial ehtiyatına görə dünyada birinci yerlərdən birini tutur. Həm də bu ehtiyatlar ölkə ərazisi üzrə bərabər paylanmışdır. Şimalda Filli-Makkenzi çay sistemi, qərbdə dağ çayları, mərkəzdə Saskaçevan-Nelson, şərqdə Eri və Ontario gölləri arasında Niaqara şəlaləsi daha böyük ehtiyatlara malikdir. Həm nəqliyyat üçün, həm də turizmin inkişafı üçün meşələrlə əhatə olunmuş çoxsaylı göllərin böyük əhəmiyyəti var. Meşə resursları dünya miqyasında əhəmiyyətə malikdir. Ölkə ərazisinin 1/3-dən çoxu iynəyarpaqlı meşələrlə örtülüdür.

Bütün İnkişaf Etmiş Ölkələrdə olduğu kimi Kanadada da sənayenin sahəvi strukturu mürəkkəbdir. Energetika təsərrüfatı neft və təbii qaza, həm də Kanadada elektrik enerjisinin 2/3-dən artığını verən SES-lərə əsaslanır. Ölkədə atom energetikası inkişaf edir. Emaledici sənayenin strukturunda metallurgiya və maşınqayırma hakim mövqe tutur. Qara metallurgiyanın başlıca mərkəzi Hamiltondur. Ucuz elektrik enerjisinə və zəngin yerli xammala (boksit istisna olmaqla) əsaslanan əlvan metallurgiya, xüsusilə Qayana və Yamaykadan gətirilən boksit əsasında alüminium istehsalı sahəsi güclü inkişaf etmişdir. Qara metallurgiyadan fərqli olaraq bu sahə ixracat əhəmiyyəti daşıyır.

Kanadanın pul kredit sistemi tarixən formalaşmağa başlamışdır. Bu 1867–ci ilə qədər təşəkkül tapmışdır. Kanadanın dövlət kimi yaranmasına qədər pul münasibətlərinin kollonial tipi mövcud idi. Burada pul kimi fransız, ispan, portuqal gümüş pulları və həmçinin kağız pullar da dövr edirdi. 1670-ci ildən mübadilə vasitəsi kimi Kanadada duz işlənirdi. Lakin bu daxili münasibətlərə nisbətən az yer tuturdu.Bu zamanda Kanadada hamının dediyi kimi ticərət dövriyyəsi birbaşa əmtəələrin mübadiləsilə baş verirdi. Əmtəələrin birbaşa mübadiləsi daxili bazarda bir neçə səbəbə görə baş veriridi: Yolların pis vəziyyətdə olması, yerli bazarların məhdud olması və.s. Kağız pulun mübadiləsinə şərait yaransa da, 1685-ci ildə fransız kolloniyaları buna qarşı çıxdılar. Kağız pullar 18 –ci əsrin sonlarında fransız kolloniyalarının hakimiyyətinin sona çatdığı dövrdə təşəkkül tapmağa başladı. 1825–ci ildə İngiltərənin rəsmi olaraq qızıl monometalizmə keçməsi təsdiq olunduqdan sonra Kanadanın valyuta vahidi funt sterlinq oldu.1870-ci ildən Kanadanın valyuta vahidi Kanada dolları oldu.Bu valyuta vahidi britaniya funt sterlinqinə əsasən təşəkkül tapdı.Kanada dollarıı, nəhayət ABŞ dolları ilə dəyişdirilə bilinərdi hansı ki, o da belə qızıla əsaslanırdı. 1908–ci ildən ölkədə qəpiklər-dəmir pullar kəsilməyə başladı. Əsas gümüş olmaq etibarilə, dəmir pullar 1908-1919–cu illər arası kəsilirdi. Banknotların emissiyasının mərkəzləşdirilməsi 1935-ci ildə Kanada Bankının yaranmasına səbəb oldu.Onun milliləşdirilməsi isə 1938 –ci ilə təsadüf edir.



NƏTİCƏ

Dünya iqtisadiyyatı ayrı-ayrı dövlətlərin iqtisadiyyatından formalaşdığına görə çox çevik xarakterə ,dəyişən mühitə malikdir.Planetmizin iqtisadiyyatının formalaşmasında ,inkişafında və sosial-iqtisadi səmərəliliyinin yüksəldilməsində Amerikanın rolu böyükdür.Xüsusilə ABŞ və Kanadanı misal göstərmək olar . Amerika iqtisadiyyatının dünya iqtisadiyyatına təsiri çoxşaxəlidir.Bu təsir çox vaxt TMK-nın vasitəsilədaha çox şaxələnir və güclənir.ABŞ-ın TMK-nın digər ölkələrdə yerləşmiş müəssisələri ildə orta hesabla 3 trilyona qədər məhsul istehsal edir və xidmətlərgöstərir ki, bu da Amerikanın ÜMM-nın 4-%-dəndə çoxdur.TMK-nın müəssisələri yerləşən ölkələrin iqtisadiyyatına güclütəsir göstərir.Amerikada formalaşdırılmış iqtisadi ,sosial-mənəvi,hüquqi,texniki,idarəetmə potensialı imkan verir ki,texniki tərəqqinin sürətlənməsi ,sosial məsələlərin həlli,sənayenin və kənd təsərrüfatının intensiv yolla inkişaf etdirilməsi məsələsi yüksək səviyyədə həll edilsin.

Amerikanın dünya iqtisadiyyatına təsiri təkcə iqtisadi potensialının güclü olması deyil , həm də iqtisadiyyatın sağlam olması ilə şərtlənir.Amerika iqtisadiyyatının ən mühüm hərəkətverici qüvvələrindən biri burada elmi-texniki potensialdır. Amerikanın güclənməsinə dünyada gedən proseslər bir qayda olaraq müsbət təsir göstərib.Məhz burada dünya müharibələri,müxtəlif regionlarda millətlərin bir-birləri ilə ümumi dil tapması və ümumiyyətlə , Amerikanın yerləşdiyi coğrafi mövqeyi nəzərdə tutulur.Amerika iqtisadiyyatının hərəkətverici qüvvələri arasında öz resursları iləyüksək səviyyədə təmin olmaq heç də pis yer tutmur.Resurslarla temin olunmaq buradakı dövlətlərin xarici ölkələrdən aslılığını minimuma endirir.Bu gün Amerikada elm inkişaf edir. Xüsuslə ABŞ-ın “ağıl axını” siyasəti həyata keçirməsi dünyanın müxtəlif yerlərindən elm adamlarının buraya miqarsiyasına səbəb olmuşdur.

Ədəbiyyat.

Аверкиева Ю.П Индейцы северной Америки Москва,1974.

Галич Мануел История доколумбовых цивилиэаций Пер.с исп Москва. 1990.



Соди Д.Великие культуры Месоамерики. Москва.1985.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə