Prof. Dr.; Gürcistan uyruklu; Ardahan Üniversitesi öğretim üyesi




Yüklə 0.67 Mb.
səhifə9/9
tarix22.02.2016
ölçüsü0.67 Mb.
1   2   3   4   5   6   7   8   9

Ø Kəndlər üzrə (əhalinin say çoxluğu ilə düzülür):

Sadaxlı

9.486

Qaracalar (Telav)

8.270

Qızılhacılı

7.124

Faxralı

6.891

Bolnis-Kəpənəkçi

6.766

Ləmbəli

6.254

Nazarlı

5.808

Soğanlıq–Ponicala

5.698

Kosalı (Qarayazı)

5.612

Alget (Görarxı)

5.017

Arıxlı

4.876

Ağtəhlə

4.229

Qaracalar (Qarayazı)

4.141

Qaçağan

3.974

Darbaz

3.743

Sabirkənd

3.713

Tüllər

3.698

Qabal

3.654

Sərticala-Muğanlı

3.558

Keşəli (Kürüstü)

3.322

Candar (Qarayazı)

3.118

Keşəli (Qaraçöp)

2.983

Qaratəhlə

2.936

Qasımlı

2.921

Ağəmmədli

2.867

Saraclı

2.841

Gəncələ

2.745

Yırğançay

2.678

Qaracalar (Qabal)

2.576

Uzuntala

2.333

Vaxtangis

2.332

Kolagir

2.319

Təzəkənd (Görarxı)

2.230

Zol-Güvəc

2.183

Əzizkənd

2.170

Təzəkənd (Qarayazı)

1.856

Yor-Muğanlı

1.830

Qaş-Muğanlı

1.815

Dəmyə-Görarxı

1.815

Şüləver

1.787

Aşağı-Saral

1.745

Imirhəsən

1.717

Kürtlər

1.711

Yuxarı-Qullar

1.704

Təkəli

1.682

Birlik

1.655

Qoçulu

1.623

Birinci-Kosalı

1.622

Hamamlı

1.596

Ikinci-Kosalı

1.587

Lecbədin

1.538

Daştəpə

1.462

Imir

1.445

Kəpənəkçi

1.383

Düzəyrəm

1.323

Qırıxlı

1.262

Ambarovka

1.249

Baydar

1.236

Bala-Muğanlı

1.205

Dəllər-Müşəvən

1.194

Mollaoğlu

1.180

Ayorta

1.174

Kalinin

1.156

Kirəc-Muğanlı

1.155

Yuxarı-Saral

1.135

Qazlar

1.134

Araplı

1.118

Yuxarı-Qarabulaq

1.114

Kosalar

1.056

Aşağı-Qoşaisə

1.053

Ilməzli

1.033

Axalşen

1.030

Ferma

909

Məmişli

908

Yuxarı-Oruzman

901

Xidisğuri-Körpüdibi

899

Daşdıoğullar

893

Paldı (Baldoy)

874

Ulaşlı

859

Hasanxocalı

846

Abdallı

829

Axlı-Lələli

805

Ərcivan-Sarvan

794

Qızılkilsə

774

Bəzəkli

763

Axlı-Mahmudlu

758

Hacıisakənd

750

Sop

746

Səfərli

738

Musoprian

724

Qəmərli

713

Mamey–Kirovka

706

Arxilosğali

700

Aşağı-Güləver

698

Sakadaqiano-Tatuşağı

678

Aşağı-Oruzman

660

Qarabağlı–Cicmatian

643

Gəyliyən

640

Aşağı-Qullar

628

Incəoğlu

618

Tecis

607

Yuxarı-Qoşaisə

604

Cəfərli

541

Tedosminda

541

Mığırlı

530

Seyidxocalı

527

Yuxarı-Güləver

522

Sarallar

501

Yaqublu

498

Yenikənd-Qayaqocalı

492

Bəytərəfçi

483

Kirovis

481

Şindilər

467

Dunus

454

Quşçu

452

Arakol

450

Xancığazlı

436

Təzəkənd (Burma)

433

Armudlu–Pantian

410

Baytallı

400

Qazret

400

Aqara

400

Bala-Bəylər

395

Gödəkdağ

362

Samsevris-Şəmşiöyü

361

Dəmirli

359

Qamışlı

355

Dağ-Qızılhacılı

341

Şahmarlı

341

Aşağı-Qarabulaq

333

Tamaris (qəsəbə)

330

Dəllər (Dağ)

313

Poladaur

311

Cəngilər

300

Vazian

296

Çölyan-Qızılhacılı

295

Ləvitana (Zezman)

290

Bərtəkər

289

Hallavar

288

Əsmələr

286

Vake

285

Codoret

280

Lök-Candar

258

Qaradaş

249

Suqala

243

Qaratikan

240

Ormeşən

206

Böyük-Bəylər

200

Burma

200

Qombor

200

Şıxlı

193

Molla-Əhmədli

192

Sisqala

181

Xutor-Lecbədin

177

Xocornu

176

Əngrəvan

162

Sənəb

157

Ağqula

150

Kipircik

140

Namtvrian

137

Hüseynkənd

135

Nörgüğ

124

Şahbuzlu

120

Çopurallar

108

Saca

106

Ambartəpə

106

Məmişlər

102

Ağalar

100

Tamaris

100

Kasriscğali

100

Leninovka

100

Kvenatkosa

100

Telovan

100

Salamməlik

98

Napilnar (Nəbillər)

86

Aqarak

78

Axalkalak

74

Gödəklər

73

Muxran

70

Budyonovka

55

Kaloubani

55

Köhnə-Vecis

54

Boğazkəsən-Tğispiri

53

Balıc

50

Bala-Darbaz

40

Samğeret

40

Axalsopeli–Təzəkənd

37

Livad

33

Daha

30

Soğutlu

27

Cızqar–Cincğar

20

Sakire

19

Qora

19


Qarapapaqlar Gürcüstan ərazisində cəmi 284.761 nəfər (141.237 kişi, 143.524 qadın) göstərilir ki, bu da ümuməhalinin 6,5 faizi deməkdir. Bizim qeyd: Bir faktı vurğulayaq ki, rəsmi məlumat-sorğu kitabında Gürcüstan'da müsəlmanların sayının 433.784 nəfər olduğu bildirilir. Bizim əlavə: Rəsmi statist məlumatdan fərqli olaraq, GÜRCÜSTAN'DA QARAPAPAQLARIN SAYI 500000 (YARIM MILYON) NƏFƏR HESAB EDILIR, ayrıca özəl (necə deyərlər, şəhər-şəhər, kəndbəkənd) araşdırmalarda Gürcüstan'da Qarapapaqların sayı 620 min nəfər hesablanmışdır.

Xatırladaq ki, 1989-cu ilin əhalisayımının nəticələrində Gürcüstan'dakı soydaşla­rımızın sayı 307.556 nəfər olmuşdu. Deməli, son 13 il ərzində, başqa sözlə, Gür­cüstan'ın müstəqilliyi dövründə Qarapapaqların sayında 22.795 nəfər azalma olmuşdur.

Bununla belə, xatırladaq ki, azalma təkcə Qarapapaqlarda olmamış, bu illər ərzində ölkədə ümumiyyətlə 1.029.306 nəfər, o cümlədən 126.220 nəfər Gürcü, 188.282 nəfər Erməni, 273.501 nəfər Rus və s. azalmışdır. Bunun müqabilində həmin müddət ərzində Gürcüstan'ın ümuməhalisində Qarapapaqların faiz payı 0,8 faiz artmışdır, yəni bu rəqəm 1989-cu ildə 5,7 faiz idisə, 2002-ci ildə 6,5 faizə yüksəlmişdi.

Genəlliklə, artım–azalım tərəzisində Qarapapaqların sayı baxımından artım – 6.322 nəfər Marneuli rayonunda, 3.103 nəfər Saqareco rayonunda (Qaraçöpdə), 1.212 nəfər Qardabani rayonunda, 289 nəfər Zalqa rayonunda; azalım – 14.391 nəfər Dmanisi rayonunda, 6.583 nəfər Rustavi şəhərində, 4.782 nəfər Bolnisi ra­yonunda, 3.249 nəfər Tbilisi şəhərində, 1.090 nəfər Kaspi rayonunda müşahidə olunmuşdur.

Rəsmi statistika bağlamında önəmli bir məqam açıqlanır: GÜRCÜSTAN'DA QARAPAPAQLAR SAY ETIBARILƏ GÜRCÜLƏRDƏN SONRA IKINCI, QEYRI-GÜRCÜLƏR ARASINDA BIRINCI YERI TUTURLAR.


Belə ki, ölkədə əhalinin say çoxluğu baxımından üçüncü yeri tutan Ermənilərin sayı 248.929 nəfərdir. Hərgah əvvəlki siyahıyaalmada (1989-cu ildə) Gürcüstan əhalisinin 8,1 faizini Ermənilər və 5,7 faizini Qarapapaqlar təşkil edirdilərsə, 2002-ci ildə bu rəqəmlər müvafiq olaraq 5,7 və 6,5 faiz nisbətlərində dəyişmişdi.

Gürcüstan'da cinslər arasında tənasübdə ən yaxşı göstərici Qarapapaqlara aiddir. Belə ki, hər min nəfər kişiyə Qarapapaqlarda 1016 qadın gəlirsə, bu rəqəm Ruslarda 2507, Ermənilərdə 1138, Gürcülərdə 1106-dır.

Eləcə də, əhalinin yaş bölgüsü baxımından da ən üstün göstəriciyə Qarapapaqlar malikdirlər. Belə ki, uşaqlar və yeniyetmələr Qarapapaqlarda 27,1 faizi təşkil edir, halbuki bu göstərici Gürcülərdə 20,9 faiz, Ermənilərdə 19,8 faiz, Rus­larda 8,4 faizdir.

Gürcüstan'dakı Azəri-Qarapapaq əhalisinin orta yaşı 30,7 ildir. Qarapapaqların yaş qrupları üzrə sayı belə bölünür: 1 yaşa qədər 4.202 (2.333 oğlan, 1.869 qız); 2–9 yaşlılar 46.821 (25.020+21.801); 10–19 yaşlılar 60.977 (31.245+29.622); 20–29 yaşlılar 45.517 (23.290+22.227); 30–49 yaşlılar 80.817 (39.168+41.676); 50–59 yaşlılar 17.672 (8.296+9376); 60–79 yaşlılar 30.060 (13.484+16.576); 80–89 yaşlılar 2.338 (632+1.706); 90–99 yaşlılar 601 (120+481); 100 və 100-dən yuxarı yaşlılar 64 nəfər (6+58). Deməli, bir ildə Gürcüstan'da 4.202 azərbaycanlı balası dünyaya gəlmiş, bunun da 2.333-ü oğlan (55,5%), 1.869-u qız uşağıdır (44,5%). 33.063 nəfər ahıl yaşlı (60 yaşdan yuxarı) ağsaqqalımız və ağbirçəyimiz ömür-gün sürür, bunlardan da 64 nəfər yurddaşımızın yaşı 100 ötmüşdü.

Soydaşlarımızın 283.414 nəfəri, yəni 99,5 faizi öz ana dilində danışır, 43.024 nəfər Gürcü dilini, 75.207 nəfər Rus dilini, müəyyən qismi də başqa dilləri sərbəst bilir.

Soydaşlarımızın 281.146 nəfəri Gürcüstan ərazisində doğulanlardır, başqa sözlə desək, soydaşlarımızın cəmi 3.584 nəfəri (1,25 faizi) özgə yerlərdən, o cümlədən 2.039 nəfər Azərbaycandan, 902 nəfər Ermənistandan, 356 nəfər Rusyadan, 159 nəfər Qazaxstandan, cəmi 30 nəfər uzaq xaricdən gəlmişdi.

Azərbaycanlı əhalinin bütövlükdə Aşağı Kartli diyarında 62,5 %, o sıradan Marneuli rayonunda 86,4 %, Bolnisi rayonunda 85 %, Dmanisi rayonunda 74,4 %, Qardabani rayonunda 43,6 %, Saqareco rayonunda 40,4 %, Laqodexi rayonunda 25,6 %, Telavi rayonunda 13,4 %, Zalqa rayonunda 10,5 %-i kənd yerlərində yaşayırlar.

Gürcüstan'da 171 kənddə elliklə Qarapapaqlar məskundurlar.

Gürcüstan'da əhalisinin çoxluğu baxımından ən iri kənd Sadaxlı kəndidir – burada 9.486 nəfər məskundur! Bu baxımdan ikinci yerdə Msxeta rayonunun Diğom kəndi (8.746 nəfər), üçüncü yerdə yenə də Qarapapaqlar yaşayan Telav-Qaracala kəndi (8.270 nəfər) durur. Qızılhacılı, Faxralı, Bolnis-Kəpənəkçi, Ləmbəli, Nazarlı, Soğanlıq-Ponicala, Kosalı (Qarayazı), Alget kəndləri də əhalisi 5.000 nəfərdən çox olan kəndlər cərgəsində öncül yer tuturlar.


* * *

Azər Süleymanov, Kamal Muradxanlı, Allahverdi Hümmətov, Ramil Bayramov da Gürcüstan Parlamentınin üzvləri kimi yerli Qarapapaqları təmsil etmişlər.

”Gürcüstan” qəzeti ictimai, iqtisadi, mədəni-ədəbi həyatımızın güzgüsü olaraq qalır, eyni zamanda "Qarapapaqlar", "Yazı", "Meydan" dərgiləri, "Region", "Ədəbi Gürcüstan", "Ziya" qəzetləri vb mətbuat orqanları çıxır.

Tbilisi'də Mirzə Fətəli Axundzadə adına Mədəniyyət Muzeyi, Marneulidə Gürcüstan Qarapapaqları Mədəniyyət Mərkəzi vardır.

Məscidlərimizin əksəri fəaliyyətdədir. Borçalı Aşıqlar Birliyi, Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsi fəaliyyət göstərməkdədirlər. Kəndlərimizdə saz dərnəklərimiz vardır.

... EHEY, ULU TARİXİM, QAN YADDAŞİM! NƏ QƏDƏR AÇİQ-AŞKARSANMİŞ!..




II İRAKLİ: Borçalılar yaxşı, mərd adamlardır.

İLYA ÇAVÇAVADZE:

Qarapapaqlar (Borçalılar) silah gəzdirməyi çox xoşlayırlar. O, acından ölər, amma bir xəncər tapar, hələ bir oğluna da. Qılınc da, tüfəng də...

AKAKİ SERETELİ:

Ağa Məhəmməd xan Tiflisi mühasirəyə alanda... Gürcülər tərəfdən vuruşanlar arasında Qazax-Borçalılar da varıymışlar. Onlar Gürcüstan uğrunda sanki vətənləri uğrunda başlarından keçmişlər.

MUSTAFA AĞA ARİF:

Hanı Baydar-Borçalı'nın bəyləri,

Meydan günü bir-birindən yeyləri.

ƏLİYAR QARABAĞLI:

Borçalı kimi bir yerin tarixini öyrənib yazmaq çox şərəfli işdir.

Akademik ZİYA BÜNYADOV:

Bir arzum var: Qazax–Borçalı mahalının tarixi ilə gələcəkdə kimsə ciddi məşğul olmalıdır. Çünki, belə bir böyük və cəsur camaatın uzun əsrlər boyu halı və vəziyyəti haqqında hələ ki, ciddi bir söz nə deyilib, nə də yazılıb.






1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə