Prof. Dr.; Gürcistan uyruklu; Ardahan Üniversitesi öğretim üyesi




Yüklə 0.67 Mb.
səhifə7/9
tarix22.02.2016
ölçüsü0.67 Mb.
1   2   3   4   5   6   7   8   9

Habelə soydaşlarımız Tiflis qubernyasının başqa yerlərində də – Tiflis şəhərində, Tiflis, Telav, Sığnaq qəzalarında da yığcam yaşayırdılar. Tiflis'də bizimkilər 1835-də 723, 1865-də 1.523, 1876-da 2.310, 1886-da 1.275 nəfər idilər, onlar şəhərin əsasən Meydan, Müsəlman Qəbiristanı, Sololak, Bağlar məhəllələrində, İrakli küçəsində, Aleksandrovski bağı, Soldat bazarı tərəflərdə cəmləşmişdilər. Tiflis qəzasında 1880-də 9.438, 1886-da 6.437 nəfər soydaşımız qeydə alınmışdı, ən çox bizimkilər Qarayazı nahiyəsindəydilər – 1886-da burada əhalinin 94,6 faizə qədərini (4.754 nəfər) onlar oluşdururdular; kəndlər üzrə 1886-da Soğanlıq'da 40 ailə – 269 nəfər, Ağtəhlə'də 122– 1091, Qaratəhlə'də 67–655. Qaracalar'da 86–563, Zirbit'də 9–38. Gölkənd'də (Candar'da) 37–253, Qaratəpə'də 19–63, Qaçalar'da (Kosalı'da) 161–887, Qaçalar'da (Nazarlı'da) 109–684. Məşədabad'da 1–9, Kosalar'da (Qarakənd'də) 27–250. Musavən 3–15, Sərtcala-Muğanlı 99–637. Sığnaq qəzasında yurdlarımız Qaraçöp'də və Eldar düzündəki kəndlərimiziydi, 1886-da qəzada 3.220 nəfər soydaşımız varıydı, Eldar düzündəki Qanlıkənd'də 110 ev–655 nəfər, Lənətkənd'də 112–849, Qaraçöp'dəki Yor-Muğanlı kəndində 76–463, Düzəyrəm'də 19 – 130, Ləmbəli'də 116–799, Keşəli'də 67–366, Tüllər'də 31 – 260. Telav qəzasında 1880-də 1.599, 1869-da Qaracala kəndində 1372, Kəpənəkçi'də 242 nəfər soydaşımız siyahıya alınmışdı.

Ermənilər burada 1838-də 3.634, 1880-də 23.251, 1886-da 34.123 nəfəriydilər, onlar 18-ci yüzildə Qarabağ'dan, 19-cu yüzilin otuzuncu illərində Ərzurum yörələrindən buraya köçürülmüşdülər, yüzilin sonlarına doğru Heydərbəy, Ağbat, Aşqala, Şüləver, Xaçınlı, Barmaqsız, Güllükərək, Cəlaloğlu, Dmanis, Güvəc, Gurtan, Mqart, Nərdivən, Opret, Uzunlar, Cöçkən, Şahnazar, Şınıx icmalarında məskənləşmişdilər.

Gürcülər də Borçalı'da 1838-də 669, 1886-da 3.864 nəfərdən ibarətiydilər, Güməret, Disix, Dmanis, Güvəç, Şüləver camaatlarında yaşayırdılar. (Sözgəlişi: İlya Çavçavadze “Borçalı Qəzası” məqaləsində bildirmişdir ki, bəzi kəndlərdə Gürcülər ana dillərini yadırğamışlar, ya da çoxu Gürcü dilində Azərbaycan sözləri işlədir, Azərbaycanca hər kəs bilir).

Yunanlar Borçalı'da 1838-də 764, 1886-da 17.815 nəfəri təşkil edirdilər, Borçalıların və Gürcülərin Berzenlər dedikləri, Türkcə danışan bu Yunanlar ən öncə 18-ci yüzildə Osmanlı'dan gəlib Ağtala'da mis, gümüş yataqlarında işləyirdilər, hərbi olaylar üzündən Barmaqsızkörpü (Zalqa) tərəflərə köçmüşdülər, 1810, 1820, 1830-lu illərdə Ərzurum'dan, Anadolu'dan, Urmya'dan Ermənilərlə bərabər 505 Yunan ailəsi gətirilib, Ağbulaq'da və Zalqa'da yerləşdirildi.

12 qəsəbə və kənddəki Rusların sayı 1886-da 5.948 nəfərə çatırdı (çoxu zabit uşaqlarıydı).

Burada Almanların da yüz iyirmi illik tarixi olmuşdur, onlar 18-ci yüzildə Yekaterina'nın manifestiylə Virtemberq krallığından, Lüksemburq'dan Rusya'ya, oradan 19-cu yüzilin başlarında Yelizavetpol (Gəncə) qəzasının Şəmkir dövlət torpaqlarına, oradan da Borçalı'ya gətirilərək, üzümçülüyü, maldarlığı, pendirçiliyi gəlişdirməkdən ötrü Yekaterinenfeld, Aleksandersilf qəsəbələrində, başqa yerlərdə məskunlaşdırılmışdılar. 1886-da 1.471 nəfəriydilər.

Borçalı'da 33 nəfər Yəhudi də qeydə alınmışdı.

1871-də Tiflis qubernyasının təsviri materialları məcmuəsində Mığırlı'dan başlayıb gündoğara doğru Kür'əçən uzanan Borçalı çökəyi haqqında oxuyuruq ki, burada 63 çoxadamlı kənd var, ikisi Erməni, qalanı Müsəlman kəndləridir.

... Toponimlər. Xəritələrdə, səyahətnamələrdə, statistik hesabatlarda, tarixi-publisistik əsərlərdəki yer-yurd adlarımızın çoxu indikilərlə, demək olar ki, eynidir. Bəzi fərqlər də nəzərə çarpır; örnəyin: Çələbli-Yadigarlı, Çələbli-Tarxanlı, Xutor-Nazarlı (Nəcbəddin yaxınında), Tərkivan, Mollacalı, Bərəhli (Qaçağan yaxınında), Gurçala, Saramqar, Canəhmədli, Bəyeli, Qayaqocalı, Şamalı, Çatıqran (Ulaşlı yaxınında), Şətikər, Kərliklər, Dağar (Qullar tərəfdə), Dəmirçilər (Qırıxlı tərəfdə), Yüzbaşılar, Ağvazalı, Əmirxanlı, Başaçıq, Saqqaltutan, Güvənciroba, Kültəpəli, Qurbağaoğlu (Kürüstü'ndə), Səmədli, Torpaqqala (Körarxı'da), Anaxatır (Arıxlı'yla bərabər, ondan yuxarıda çayın hər iki toyunda), Güləvən (Kolayır yanında), Muluxsalı, Ağkörpü (Saraclı yanında), Böyük Qəmərli, Varkətli, Qışlaq, Şibillər, Kövşənli, Şeytanlı, Cirəm, Gədikli (Bolnis'dən yuxarıda), Cərəyer, Qədirqulu, Mahmudlu, İkiqapılı Məryəmli, Qağma (Qarabulaq tərəfdə), Qələmçə, Qayıtmaz, Eyuboğlu, Sıxalnar, Səfikli, Ursevən, Dəmirbulaq, Zayılıstan, Əmbərli, Torpaqqala, Keyvanbulhasan, Karvansara (Güməret bölgəsində), Cincavad (Pinəzər vadisində), Comuşbatan, Leyləyeşən (Səfərli yanında), Vərzəgər, Molla Maxsudlu, Pərəncik, Əvəncik, Hacılıq (Hamamlı tərəfdə), İpnar, Saca, Maçkatala (Qızılhacılı tərəfdə) vb kəndlərimiz, el-obalarımız da olmuşdur. Yüzilin başlarında Şüləver tərəflərə Alağac da deyilmişdir; yer-yurdlarımız başqa biçimlərdə də adlandırılmışdır, örnəyin: Xancığazlı – Hacıqazılı, Qoçulu – Qapalı vəya Cabala, Kosalar – Kosalar-Kolayır, Bala Muğanlı – Kolayır Muğanlısı, Dəştoğullar – Ağbabalı, Hasanxocalı – Nəsibli, Marneuli – Künjürüt, Molla Əhmədli – Bala Kolayır, Sisqala – Saaloğlu, Rəncbər – Polkovnikli (Körpülü), Ambarovka – Əmbərli (Qəmbərli) vəya Yağılca, İvanbəyli – Dəvədamlar, Ağqula – Ağkənd, Abdallı – Haceli, Tanzya – Tağılı, Qaradaş – Snore, Kipricik – Sarıməmmədli, Samsevris – Şəmşöyü, Qarabulaq – Zurdakənd, Söyünkənd – Karvansaray, Maşavera – Qoruncuq, Mahmudlu – Şamdüyə, Dağ Qızılhacılısı – Nabələdəv vəya Təhməzqulu, Məmişli – Dağətəyi, Şindilər – Kəpənəkçi, Şüləver – Başkeçid (dağda), Lök-Candar – Leyləyeşən, Şüləver – Siyavurdya kimi də verilmişdir. Sözgəlişi: Tiflis qubernyasının təsviri üçün materyallar məçmuəsinin 1870-ci il buraxılışında, başqa qaynaqlarda Marneuli'nin həm də Künjürüt qeyd edilməsi ilgincdir və Marneuli adıyla bağlı Sulxan-Saba Orbeliani'nin, Davit Çubinaşvili'nin Gürcücə şərab saxlanan yer anlamlı maran, bitki adı mərnə kəlmələrini bildirmələriylə yanaşı, qədim Türkcədə mərnənin Küncüt (vəya Qulançar) bitkisinə deyildiyini də, Marneuli'yi Mərnəli izahlamağı mümkün saydığımızı da xatırladırıq.

Xəritələrdə çay, dağ, dərə, təpə, qala, bulaq adlarımıza da rast gəlirik; örnəyin, yüzilin sonunadək Dəbəd çayının adı Borçalı getmişdir; yüzilin əvvəllərində Anaxatır da deyilən çay sonralar Xram adlandırılmışdır; Maşaver çayının bir adı Qorunçaq olmuşdur; İmir yaxınında Xram'a qarışan çay Çanaxçı çay, Trialet dağları Ərçivan sıra dağları kimi də xatırlanmışdır; qaynaqlardakı Başkeçid bölgəsində Şindilər, Lök, Keçid, Əyriqar, Əyridağ, Lələqar daqları, Armudlu (Oruzman, Sölüoğlu) gölü, Qarabulaq, Şamdüyə yaxud Mahmudlu, İstisu çayları, Sarp, Fındıq, Arxnal, Karvansaray, Hamam, Şindilər, Əngirəvan dərələri, Sərdar bulağı, Lələqar, Busuqala qalaları; Bolus'un yuxarısında Baltalı dağı, Qurdağzı keçidi, Ağkörpü vəya İtkörpü çayı, aşağıda Tapanlı dağları, Eldağ, Sağsağan çayı, Saxundərə, Qayalı dağ, Dəlikdaş qalası; Candar'dan yuxarıda Gorxana təpəsi; Yağılca dağlarında Ağburun zirvəsi; Ərcivan tərəfdə Çürüksu çayı; Kürüstü'ndə Bağlar, Söskürtlü cala; Xram (Ehram) boyunda Göytəpə, Kiliktəpə, Urustəpə, Çardaxtəpə, Qayarcala, Dəlikdağ, Surudaş, habelə Qarayazı'da Balatəpə, Nalbəndtəpə, Kəditəpə, Dağdağanqılıcı dağları, Təkətərvin başı, Qoşakol, Qaradüz, Uzundərə, Buzxana, Qışlaqlar toponimlərimiz də ilgi doğurur. (Sözgəlişi: Tiflis qubernya statistik komitəsi əsərlərinin 1886-cı il birinci sayında Borçalı qəzasının ayrıca bütöv xəritəsi var).

... Və öndər, sayımlı adamlarımız. Qaynaqlarda adları çəkilənlərdən Borçalı'dan 71 Ləzgi quldurunun qovulmasında vəya öldürülməsində mərdlik görsətmiş Borçalı ağa-bəylərindən Əmircan ağa Həsən oğlu, Seyid bəy, Sarvan sakini Gülməmməd Şərif oğlu, Ləcbəddin ağası Əli, Qafqaz canişininin sərəncamıyla üzərində Rus imperatorunun şəkli olan qızıl medala layiq görülmüş Ağakişi bəy, Baydar Almaz sultan, Dəmirçihasanlı İsa sultan, şahzadə Aleksandre'nin Abbas Mirzə'yə məktublarını çatdıran Dəmirçihasanlı Xəlil Şəkərəli oğlu, Görarxı Əli Hümmət oğlu, Aleksandre Mirzə'yi izləməkdən ötrü Borçalılardan oluşan yüz atlı dəstəylə qarovulda dayanmış poruçik İlyaz ağa, həmən dəstədə olmuş Qaracalar kətxudası Mirzə Əli ağa, Ərcivan-Sarvan'da Bayramlı ağa nəsli, Qoşakilsə'də igid Əhməd, Cəfər yüzbaşı, Nəsib bəy, Məhəmməd bəy, Sarvan'dan yüzbaşı Şərif oğlu Qasım, İran'a köçərək Abbas Mirzə sarayında qulluğa girmiş Qarapapaq Nağı bəy və başqaları ehtiramla yada düşürlər. 1832-də Rusların Gürcüstan'dan qovulması qəsdində İrakli şahın oğlu, Borçalılarla birgə Səlmas'da yaşamış Aleksandre başda olmaqla onun təşkilatçılarına Borçalılardan Hasanxocalı kənd sakini 25 yaşlı Molla Zaman, onun silah dostları Hasanxocalı koxası Şıxəli, eyni kəndin və qonşu kəndlərin sakinləri Qurban Şəmşi oğlu, Qurban Sədi oğlu, Ənvər Allahverdi oğlu, Hacı Hüseyn oğlu, Kosa Mustafa, Görarxı Koxa Əli, Arıxlı Əli Eyyub oğlu, Hallavar Əlyar Qaraxan oğlu, Yekaterinenfeld sakini Mustafa Seyid Kazım oğlu, Kəpənəkçi Bayram Əli oğlu, Dmanis sakini Hümbət, Gülöyür Qədim Nağdəli oğlu, Abdallı İsmayıl, Bala Məhəmməd, Vəliəli Emin oğlu və başqalarının yaxın yardımçı olduqlarını arxiv bəlgələri təsdiqləyir. Həmən vaxtlar Borçalı Mustafa əfəndi, Gürcüstan şiələrinin baş axundu Tanrıverdi, 1850-də Voronsov'u Candar yaxınında qarşılamış Dəmirçihasanlı Əhməd sultan, Daşdəmir, Araplı Məhəmməd ağa, Sarvan İbrahimxəlil ağa, Kəpənəkçi Mustafa ağa, habelə yüzilin ikinci yarısında Qarayazı–Qaratəpə tərəfdə Sultan ağa, Müqəddəs Giorgi təqaüdçüsü Həsən bəy Ağalarov, Krım hərbində vuruşmuş Rus ordusunun zabitləri Alı ağa, Mustafa ağa Mürsəqulovlar, Tanrıverdi Novruzov, Borçalı müftüsü Hacı Həmid əfəndi, Sarvan sakini Molla Mustafa Talıbzadə, Nayvəli, Təhlə'dən Qarabağlı Allahverdi'yi ehtiramla xatırlayırıq.



19-cu yüzildə də Yadigaroğlular seçilmişdilər. 1820-li illərdə onlar öz zadəganlıq imtiyazlarını bərpa etməyə çalışdılar. 12 nəfər Gürcü əsilzadəsi tanıqlıq etdi ki, Ağacan və Mustafa bəy Yadigaroğlular öz qohumlarıyla mahiyətcə həqiqi zadəganlardır. Gürcüstan ali hökuməti genəl məclisinin Gürcü üzvləri bildirdilər ki, Yadigaroğlular'ın sələflərinin daşıdıqları naib-eşikağasıbaşı rütbesi tərcümədə general-adyutant canişini deməkdir, bu rütbə knyaz və zadəganlığa bərabəriydi. Bunlara əsaslanan Gürcüstan Zadəganları Deputat Məçlisi və sonra Gürcüstan ali hökumətinin genəl məclisi Yadigaroğlular'ın zadəgan ləyaqətini tanıdı, onları əsilzadə-zadəgan kitabının 5-ci hissəsinə daxil etməyi qərara aldı. Yadigaroğlulardan Tiflis sakinləri Ağacan (Ağhacan) və Mustafa bəy 1825-də Qafqaz canişini Yermolov'a ərizəylə müraciət edərək, onların zadəgan ləyaqətlərini təsdiqləməyi rica etdilər. Üstəlik, öz kökənlərini sübutdan ötrü 1723-də naib-eşikağasıbaşı Yadigaroğlu Bahadur bəyə arxları idarə etmək xüsusunda Gürçü valisi fərmanını, Yadigaroğlu Sadıq bəyə və onun oğullarına Sınıq Körpü əhalisini əmlakla birlikdə mülk kimi bağışlamaq haqqında şah İrakli'nin 1797-ci il fərmanını, Çələbli'də dörd kəndi Yadigaroğlulara bağışlamaq haqqında şah Giorgi'nin fərmanını əlavə etdilər. Yermolov hökumət senatına 1825-ci il 26 iyun tarixli raportuyla əsaslı səbəb olmadan Yadigaroğlulara zadəganlıq verməkdən imtina etdi. 1846-da Qafqaz canişininin uyğun fərmanıyla Yadigaroğluların zadəganlıq ləyaqətləri bərpa olunmuşdur, Sınıq Körpü'dən Loru dərəsinəcən torpaqlar onların ixtiyarına verildi. Bu nəslin adamları ictimai-hərbi fəaliyyətləriylə irəli çıxırdılar. Sənədlərdən Məhəmməd Sadıq Bəy'in ciddi ictimai-diplomatik görəvlər yerinə yetirdiyi, o cümlədən İrəvan hakimi Məhəmməd xanın Sisyanov'a məktubunu çatdırdığı, Mirzə Mehdi xan Astrabadi'nin “Tarixi-Nadiri” (“Çahannüma”) əsərini kitab halında tərtiblədiyi, Sadıq bəyin oğlu xanəndə Allahverdi'nin yüzilin başlarında Ruslara qarşı qiyamın əsas örgütçülərindən olduğu, Tiflis'dən İrəvan'a gizli məktublar apardığı, 1832-ci il qəsdində də əli olduğu aydınlaşır. Yadigaroğlulardan İsrafil bəy 1853 Kırım müharibəsi zamanı Borçalılardan min nəfərlik könüllü yığma süvari ovçu döyüşçülər yığaraq, ordu tərkibində ikinci süvari müsəlman briqadası oluşdurmuşdu, general-mayor rütbəsi almışdı. Mirzə Fətəli Axundzadə'ylə səmimi sirdaş olmuşlar. Mirzə Fətəli ölüm yatağında olanda başı üstündə İsrafil bəy dayanıbmış. Ağa bəy Yadigarov (1823–1892) nəinki təkcə Borçalı'nın Rusya'da ali təhsil almış ilk ziyalısı, eləcə də Peterburq universitəsinin ilk azərbaycanlı məzunuydu. Uşaq vaxtlarında onu yaxın qohumu, Peterburq universitəsinin professoru, kafedra müdürü Mirzə Cəfər Topçubaşov öz yanına aparmış, oxutmuşdur. 1837–1844 illərində Peterburq'da gimnazyada təhsil almış, 1844-də Mirzə Cəfər'in xahişinə, çarın razılığına əsasən və gimnazyanı birinci dərəcəylə bitirdiyinə görə Peterburq universitəsinə dövlət hesabına imtahansız qəbul olunmuşdur. 1848-də buraxılış imtahanlarını yüksək qiymətlərlə başa vurmuş, Şərq filologyası üzrə namizəd dərəcəsi almışdır. Peterburq'da qardaşı, imperatorun qoruçu əmələsinin fərmandehi İsrafil bəy'in yanında qalmışdır. Tiflis'ə gəlmiş, Qafqaz çanişininin sərəncamıyla onun dəftərxanasında masa rəisinin baş yardımçısı atanmışdır, 35 il qulluq etmişdir, qulluqdaykən bir çox önəmli məsələlərə baxmış, o sıradan 1861-də Şirək düzündə yaylayan Qaraçöp, Borçalı sakinlərinin ərizəsini olumlu həll etmişdir. Sonra canişin baş idarəsində çalışmışdır. 1865-də saray müşaviri rütbəsi almış, 1881-də dördüncü dərəcəli Vladimir ordeninə (xaçpərəst olmayanlara) layiq görülmüşdür. 1883-də bu idarə ləğv olunanda o da əməkliliyə ayrılmış, xalq məsləhətçisi kimi soydaşlarına fayda vermişdir. 1892-də vəba xəstəliyindən vəfat etmişdir. Ağa bəy Ərəb, Fars, Türk əlifbasının islahına, təkmilinə çalışmış, bu xüsusda məcmuə-kitabça da yazmış, M. F. Axundzadə'ylə məsləkdaş olmuşdur. İsrafil bəy kimi, Ağa bəy də Akaki Sereteli'ylə yaxın dostluq etmişdir.

Peterburq'da kadet korpusunda yüksək hərbi təhsil almış, Qafqaz ordusunda xidmət etmiş, general-mayor rütbəsinə layiq görülmüş, Rus-Türk müharibəsində Rus qoşununun rota fərmandehi olmuş Əsədulla bəy, xanəndə Allahverdi, İsrafil bəyin nəvəsi və adaşı, mayor rütbəsinəcən yüksəlmiş, Qafğaz süvari briqadasının tərkibində vuruşmuş, zabitlərə məxsus Giorgi ordeninin ikinci dərəcəsini almış, xeyriyyəçi kimi tanınmış, o sıradan Gəncə'dəki İmamzadə məscidinin künbəzini öz puluyla ucaltdırmış İsrafil bəy, Tiflis zadəganlar məclisi tərəfindən Borçalı'dan zadəganlar bankına üzv seçilmiş Sadıq bəy, mülkədar Həsən bəy, habelə Kərim bəy, Arçil bəy, Vəli bəy, David bəy və başqaları da Yadigaroğlular nəslinin yetirmələridir.

Borçalı qaçaqlarının şöhrətli adı mərdlik, hünər rəmzi kimi yaddaşlarımıza hopmuşdur.

Arıxlı Eyyub oğlu Əli ağa 1818-dən əvvəl və sonraların adıbəlli qaçağı olmuş, atlı qarovul dəstəsinə başçılıq etmişdir. Tarixin hafizəsindən: Ləzgilər və Ahısqa Türkləri Kartli'nin yuxarısına basqın etmiş xeyli Gürcüyü, o sıradan knyaz arvadı Maya'yı əsir götürmüşdülər. General Yermolov, Əli ağayı çağırmış, həmən xanımı Ahısqa paşasının hərəmxanasından azad edərsə, onun bütün əməllərini bağışlayacağına söz vermişdi. Əli ağa knyaz arvadını gətirib, Tiflis'də Yermolov'a təqdim etmişdi. O, 1826–1828 illərində İran'la hərbdə partizan həmlələriylə seçilmiş, sonra Tiflis türməsinə düşmüş, oradan qaçmış, yenidən qaçaqçılığa başlamış, Borçalı'da, Məngilis'də, Pəmbək'də, habelə Qars çivarlarında ad-san qazanmışdı. 1850-də Voronsov onun qonağı olmuş, jurnalist Luka İsarlişvili, Əli ağanın kömrükxana müdürü yardımçısı işlədiyini, ucaboy, dolubədənli, çəld, mərd və son dərəçə güclü olduğunu bildirmişdir.

Yüzilin birinci yarısında Qaçaq Həsən, Qaçaq Daşdəmir kimi mərdlərimiz də olmuşdur.

Borçalı Koroğlu'su – Qasımlı Səməd bəy Sibir'ə sürgün olunmuş, Həştərxan'da vaqonu qırmış, 18 dəlisiylə vətənə dönmüşdü. Yaponya Qafqaz'a hücum edəndə torpaq sevgisi üstün gəlmiş, yadellilərə qarşı vuruşmuş, onun üstündə atası Daşdəmir'i sürgün etmişdilər, sonra çar hökuməti onu bağışlamış, mülk vermişdi, ancaq yenə Səməd bəy hökumətlə barışmamış, İran'a, Türkiyə'yə keçmişdi. “Droeba” qəzetindən: “Səməd bəy gördü ki, Borçalı böyükdür, amma qayda-qanun yoxdur, ona görə də Borçalı'da vətəndaş hökuməti – haqq divanı qurdu, Qarağacdakı Çaxçax yaylağında oturub, suçluları cəzasına çatdırdı, zərərçəkənlərə pul verdi, hökumətə də, öz yurduna da yardımda bulundu. Borçalı pristavı Mamikonov'un xalqa zülmünün qarşısını aldı”. Səməd bəy əlində bir stəkan çay tutduğu halda xaincəsinə, paxıllıqla öldürülmüşdü. Aşıq Şenlik onunla dost olmuş, onu ətdən qala, aslan görümlü deyə vəsf etmişdi. Səməd bəygil doqquz qardaş olmuşlar, hamısı da güllədən-qurşundan ölmüşdür. Bu qardaşlardan Astan ağa da məşhurlaşmışdı. O, Rus-Yapon hərbində bir alayı xilas etmiş, buna görə Giorgi ordeni almış, yüz adamla Yaponların arxasına keçmiş, onları geri çəkilməyə vadar etmişdi. Sonralar yaylaq müdürü olmuş, qaçaqlıq vaxtı yaylaqda gecə atışmasında bilməyərəkdən öz qardaşı Əli ağayı güllə ilə vurmuşdu. Qardaşı ölümcül halda: – Heç nə istəmirəm, bircə qardaşım Astan ağa biləydi məni kim öldürdü, – deyəndə Astan ağa: – Əli, – deyə qışqırmış, qardaşı onun sinəsi üstündə gözlərini yummuşdu. Bundan sonra o, dəli kimi olmuşdu. Astan ağaya yanmış kösöy demişlər. Kor İsmayıl əvvəlcə Səməd bəyin dəstəsində olmuş, onunla bərabər Türkiyə'yə, Şamdıra'ya keçmişdi. Aşıq Şenlik'in “Koroğlu'dan çoxdur bunun ədası, Zaloğlu'dan artıq gələr sədası” deyə öydüyü Abdallı İsmayıl Borçalı'da qovğalar törətmiş, Kəşmir'i, Şiraz'ı vəlvələyə salmış, Osmailı'ya keçmiş, sonra doğma yurda qayıtmışdı. O, kasıb ailədən olmuş, qaynatası Görarxılı qaçaq Şeytan Süleyman'ın qisasını alaraq ağayı öldürdükdən sonra Tiflis'də qazamata salınmış, burada Astan ağayla dostlaşmışdı.

Mehralı bəy də əvvəlcə Səməd bəyin dəstəsində qaçaqlıq etmiş, sonralar Qars'da və bütün Anadolu'da igidliik, paşalıq zirvəsinə uçalmışdı. Yəmən'də şəhidliyə qovuşmuşdu. Əsil-nəsli Darvaz kəndindən olmuşdur (Mehralı bəy haqqında Valeh Hacılar dəyərli kitablar yazmışdır).

Hünərvər yurddaşlarımızdan Halay bəy Mürsəqulu ağa nəslindəniydi, gimnazyanın bir neçə sinfini oxumuşdu, Rus dilində çox yaxşı danışırmış, namərd düşmənini öldürdüyünə görə Sibir'ə sürgün olunmuş və oradan qaçıb gələndən sonra başına dəstə yığaraq, qaçaqlıq etmiş, daha sonralar Türkiyə'yə qaçmışdı. Rus bilim adamı, jurnalisti Vasil Veliçko Halay beydən tapdanmış ədalətin bərpaçısı, xalqa zülm edənlərin düşməni, şücaətli, mətanətli qaçaq kimi danışmışdır. Halay bəy bir dəfə dörd çaparla bərabər Borjom'da milyonçu Erməni qadınını şəxsən samovar qoyub, süfrə açıb, qulluq görsətməyə məcbur etmişdir. 1898-də Türkiyə'də Halay bəyi Astan ağa köhnə incikliyə görə çadırda öldürmüşdür.

Arıxlı Koxalıların Hacıxəlil ağa da bu vaxtlar qaçaqlıq etmiş, mərd olmuşdu. O da Rus hökuməti əlindən Türkiyə'yə keçmişdi.

Kəpənəkçi Emin ağa müftü yanında üç il Quran'ı mükəmməl öyrənmişdi, Ağbulaq'da da zabit xanımından Rus dili dərsi almış, gimnazyayı yarımçıq qoymuş, orman akademyasını bitirmiş, Şüləver'də qəza idarəsində tərcüməçi işləmişdi. Öz həmkəndlisini öldürəndən sonra qaçaq düşmüşdü. Astan ağayla əvvəlcə aralarında inciklik olmuş, sonra dostlaşmışdılar. Emin ağa nəinki öz soydaşları, eləcə də Gürcülər arasında ədalət tərəfkeşi kimi tanınmışdı. Emin ağanın deyimidir: "Özgələr arxasınca sürünməkdənsə öz sunurumuz önündə getməyi həməşə əsvəl tutaq!"

... Etnoqrafik yaşam tərzimizi İlya Çavçavadze geniş açıqlamışdır. O, Borçalıların geyimlərini belə təsvir etmişdir “Kişinin geyimi – böyük züllə papaq qış, yay başlarına qoyurlar... Çuxa, arxalıq, eləçə də bunların üstündən kürk mütləqdir. Xəncər, enli şalvar və çarıq. Kimin də imkanı var, gümüş, bürünç kəmər, qılınc, tüfəng bağlayır. Onların içindən igid, boy-buxunlusu, yaxşı geyim-gecimlisi çoxdur. Arvadlar başlarına nazik çit örtürlər, üstündən alabəzək, ya qırmızı örtük bağlayırlar... Qadınlar arasında qəşəngini, girdəsifətlisini, qaragöz, qaraqaş, göyçək ağız-burunlusunu, sərv ağacı tək qəddi-qamətlisini, həyat eşqi aşıb-daşanını da tapmaq olar”, Adı keçən məqalədən: “Borçalılar silah gəzdirməyi çox xoşlayırlar. O, evdə acından ölər, amma özünə bir xəncər tapar, hələ bir oğluna da. Qılınc da, tüfəng də”; “Plovu lap çox sevirlər. Onların hazırladıqları plov yağda və şəkər-kişmiş içində üzür”; “Borçalı qəzası tərəfdə yaşayan Gürcülərin hamısı Tatar (Türk) dilində danışır”. Abdulla Şaiq'in xatirələrindən: “Evləri yeraltı daxmalardan ibarət olan Sarban iri kəndlərdən sayılırdı. Daxmaların ortasında ocaq qalanır və damın ortasındakı baca tüstüyü zor-güçlə çəkirdi. Daxma içindəki avadanlıq və adamların üst-başı his qoxuyurdu. Daşdan tikilmiş evlər çox az idi”.

... Yüzilin ilk onillərində camaatı ağalar yönətirdilər, sonra hər kənddə bir, iki vəya üç koxa, onlara yardımçı olaraq da məhəllələr üzrə yasovullar (çauşlar) seçilirdi. Sonralar pristav və onun yardımçıları rəhbərlər oldular.



Yüzilin əvvəllərində kəndlərdən mülk kimi vergi toplanırdı. Örnəyin, Giorgi'nin qızı Dariya'nın mülkü olan Hasanxocalı'da 1803-də 80 manat pul, 20 manatlıq əşya, habelə taxıl, yulaf, arpa yığılmışdı. Şahqızı Mariya'nın mülkü Kolagir və Muğanlı kəndlərinin hərəsindən 100 manat toplanmışdı. Arıxlılar vergi vermirdilər, onlar qoşuna əsgər göndərirdilər. Genəlliklə, Borçalı'da bir neçə kəndi çıxmaq şərtiylə qalanları əsgər vermirdilər, ona görə hərbi töycü (əsgər pulu), əlavə olaraq, yay qarovul dəstəsinin, hökumət çaparlarının xərcini ödəmək üçün də pul verirdilər. 1860-lı illərədək Borçalı'da bizimkilərdən kəndlilərin çoxu xizanlar, yəni ağaların torpaqlarına sığınanlar, bir qismi də kəndli asılılığından azad tərxanlar, dövlətə təhkimli olanlarıydı. Sonra isə dövlət kəndliləri çoxluq təşkil etdi. 1885-də qəzada 6.321 ailə dövlət kəndlisi, 2.247 ailə razılaşma ilə ortaq kimi məskunlaşanlar, 1.774 ailə keçici mükəlləfiyyətlilər, 1.280 ailə xizan və icarədar, 496 ailə özəl mülkiyyətlilər, 164 ailə ruhani təbəqəsiydi.

... Borçalı torpağı öz münbitliyi, bar-bəhrəsiylə həməşə diqqəti çəkmişdir. İlya Çavçavadze: "Borçalı'nın torpağı bərəkətlidir, onun içi mürəkkəb kimi qaradır, eyni yer hər il əkildikcə daha artıq məhsul verir". Qəzada torpaqdan istifadənin ən çox yayılmış biçimi icmaydı. Torpağın paylaşdırılmasının üsullarından başlıca yeri “ampa-çərək” (həmkar-çərək) adlanan, yəni hərəyə işinə görə yer verilməsini öngörən bərabər pay düzəniydi. Otlaqlar camaatın genəl istifadəsindəydi. Ən çox taxıl, arpa, buğda, darı, çəltik, duyü, kartof, yulaf, pərinc (buğda növü) becərilirdi, üzümçülük, bostançılıq, meyvəçilik gəlişdirilirdi. Yüzilin lap əvvəllərində Kolagir'də yaxşı tut bağı salınmışdı, ildə yüz manatlıq ipək istehsal olunurdu. Ləcbəddin'də də barama qurdu bəslənən saraylar tikilmişdi. 1888-də Araplı'da, Axlımahmudlu'da, Baytallı'da, Saral'da, Seyidxocalı'da, Şamalı'da, Şüləver'də 139 fut ipək hazırlanmışdı. Eyni il Borçalı'da 13.000 çərək payızlıq buğda, 4.500 çərək yazlıq buğda, 300 çərək yulaf, 2.800 çərək arpa, 1.600 çərək kartof əkilmişdi, 397 desyatin bostan (qarpız, yemiş, xiyar, soğan), 20 desyatin bağ varıydı, 155.306 desyatin ormanıydı. Tiflis qarpız-yemişlə buradakı bağ-bostanlar sayəsində təmin olunurdu. 1863-ə qədər pambıq, 1890-lı illərəcən tütün əkilmiş, sonra dayandırılmışdı. Borçalı buğdası butün Qafqaz'da, İran'da, Türkiyə'də məşhuruydu. Borçalı'nın "Tərəkəmə" çörəyi Tiflis'də ən baha qiymətə (20 qəpiyə) satılırdı. "Güney Qafqaz dövlət kəndlilərinin iqtisadi durumunu öyrənmək üçün materyallar" məcmuəsində (1885) belə məsəl də xatırlanmışdır: "Borçalı çökəyiiin çörəyi şah süfrəsinə yarayır". Burada uzüm növlərindən ən çox "Borçalı", "Sarısaçaq", "Çaqqalboğan", "Lək" yayılmışdı. "Borçalı" adlı üzüm tənəyinin salxımı iri və dolu, yumru, ətli, bənövşəyi-qırmızı qabıqlı, yumşaqıydı. Burada həmçinin qızıl boyaqotu (indiqo), zəfəran (şafran), başqa tropik bitkilər də bitirdi. Ormanlarımız şam, çinar, fındıq, palıd, cökə, ağçaqovaq, ağcaqayın, toz ağacı, vələs, dəmirqara və başqa ağaclarla zəngin olmuşdur. Ləlvər, Başkeçid dağlarının doğal dərman bitkilərinin sədası çox yayılıbmış. Əlverişli doğal ortam, biçənəklərin, otlaqların bolluğu burada heyvandarlığın gəlişimini də şərtləndirirdi. "İveria" qəzetindəki "Borçalı qəzası" məqaləsindən: "Xalqın varı mal-qoyundur. Hər ailənin on başdan yüzə qədər varıdır – öküzü, camışı, atı, eşşəyi, qoyunu. Bəzisinin at ilxısı da var... Yağlı qoyun ətini ləzzətlə yeyirlər”. 1838-də Borçalı'da 35 min iribuynuzlu, 600 min xırdabuynuzlu heyvan, 4 min at qeydə alınmışdı. Yerli inək cinsi "Tərəkəmə" adlanırdı, yüzilin sonlarına yaxın belə inəklər çoxalmış, 48 min başı keçmişdi. Borçalı ellərindən, ən çox da Sarvan, Görarxı, Qızılhacılı, Dəmirçihasanlı'dan hər il 25–30 min pud yun verilirdi, Tuş qoyunuyla Borçalı "Tərəkəmə" qoyununun qarışığından alınan yarımbəyaz yuna bazarda “dönmə” deyilirdi. 1870-də Borçalı'da mindən çox dəvə saxlanırdı, o cümlədən Yırğançay'da 400, Dəmirçihasanlı'da 180, Görarxı'da 60 dəvə varıydı, dəvələrdən yükdaşıma. qoşqu məqsədiylə istifadə olunurdu, həmçinin onun südündən qımız, yağ, pendir hazırlanırdı, yunu da işə yarayırdı. Arıçılıq da yayılmışdı, yüzilin sonlarında 6.585 pətək bal verilirdi.

1899-da Borçalı'da 8.600 inək, 7.600 camış, 140.000 qoyun, 2.300 keçi, habelə çoxlu at, eşşək, qatır varıydı. Həmən il Tiflis'dəki Qafqaz sərgisində Borçalı “Tərəkəmə” inəyinin südlülüyüylə, möhkəmliyiylə seçildiyi qeyd olunmuşdu, habelə Qızılhacılı kəndindən Əmrah Qurban oğlunun gətirdiyi “qurut” özəlliklə dəyərləndirilmişdi. Başkeçid'də alaçıx dəyələrini Platon İoseliani “Tamerlan'ın və Cingizxan'ın ordusuna” bənzətmişdi.

Borçalı'da iki balıq ovu məntəqəsi varıydı – biri Borçalı-Dəvəd, biri də Ehram çaylarında; birinci ildə 177 manat, ikincisi 120 manat gümüş pul iltizam (dövlətə xeyir) verirdi. Arıxlı ilə Kolayır arasında piçix (piçxuli, xramuli), sazan, alabalıq tutulur, qızardılır, Tiflis'ə satışa aparılırdı. Qaynaqlara görə, hələ 8-ci yüzildən əvvəl də bu tərəflərdə arxlar, kanallar varıymış. 1885-dən yeni arxlar çəkilişi başlandı. Həmən il yazdan payıza kimi tavad Svimon Sereteli'nin kəndindən Ləcbəddin'ədək 20–25 verst, Arıxlı'dan Görarxı'yadək 16 verst uzunluğunda arxlar təzələndi, arxların dərinliyi bir sajından artıqıydı.

Borçalı'da dörd pendir karxanası açıldı, burada əsasən Almanlar işləyirdilər. Bunlardan ən böyüyü Mahmudlu (Şamdüyə) kəndindəki Kuçenbax'ın fermasıydı, onun məhsulu qıraq ölkələrə də göndərilirdi. Yüzilin sonlarında Borçalı'da ildə iki min pud pendir (çoxu İsveçrə, bir qismi Holland pendiri), 300 pud yağ (o cümlədən 250 pud kərə yağı) ürətilirdi. Habelə Başkeçid'də kətan toxumundan yağ hazırlayan zavod, Yekaterinenfeld'də, İmirhasan'da, Kolagir'də, Ləmbəli'də, Sadaxlı'da uzüm-meyvə suları, bəhməz, şərab zavodları varıydı.

... Borçalı doğal sərvətləri – qızılı, gümüşü, filizi, qurğuşunu, manqanı, mərməri, inşaat daşıyla şöhrət qazanmışdı. Allahverdi misxanasında ildə 130 min puddan çox, Şamlıq'da 11 min puda yaxın, Çatax çuqun əritmə karxanasında 85 min puddan artıq filiz hasil edilirdi, mis və dəmir filizi Tiflis'ə, habelə Bakı qubernyasındakı Lahıc mis ayırma zavoduna göndərilirdi. Qəzetlər xəbər verirdi ki, Borçalı'da neft tapılıb, tezliklə Oldenberq'in başçılığıyla quyular qazılacaq və hər gün buradan ən azı bir milyon pud neft çıxarılacağı gözlənilir (“Snobis Purtseli”, 1896, 26 oktyabr). Borçalı'ya xaricdən kapitalistlər axışırdılar. Səfərli yaxınındakı şüşə karxanası, Ormeşən yaxınındakı əhəng zavodu, ayrı-ayrı yerlərdəki dulusçuluq, kirəmit, kərpic, dəri zavodları, Sarvan'dakı, Muğanlı'dakı, Qoşakilsə'dəki boyaqxanalar yerli xammal əsasında çalışırdılar. Əsrin axırlarında Alman, Rus, İsveç biliciləri axtarış apararaq, Axtala'da, Çatax yanındakı Əbülmusa adlanan yerdə, habelə Başkeçid, Ehram, Alget boylarında qızıl səpintiləri aşkarlamışdılar. Platon İoseliani'nin tanıqlığına görə, Ehram çayında ən yaxşı dəyirman daşı əldə olunurmuş. Bolnis vadisinin, Dəvəd çayının inşaat daşı, Şüləver'in, Sadaxlı'nın mərmərə oxşar əhəng daşı, Başkeçid'in manqanı da məşhurlaşmışdı.

Mədən sularından Yekaterinenfeld'ə çatmamış Sunulu təpədə Turş bulağın dörd sajın hündürlükdən tökülən karbon qazlı suyu çox manşırıydı.

... Borçalı ormanlarında ceyran, qaz, ördək, dovşan, kəklik, qırqovul, turac, çaylarda qızılbalıq, naqqa, qarabalıq, alabalıq, şirbit vs ovlanırdı.

... Tiflis–İrəvan–Qars dəmiryolunun çəkilişi Borçalı üçün böyük önəm kəsb elədi. Qafqaz canişininin təsdiqlədiyi sivil idarənin dövlət şosse yollarından ikisi Borçalı'dan gedirdi; biri – Lök dağından gündoğarda Sarvan'dan, Şüləver'dən keçib Borçalı çayı boyunca Ağzıböyük (Ağzıbörü) aşırımınacan uzanan, ikincisi – Lökdən günbatarda Sarvan'dan, Yekaterinenfeld'dən keçib Qoruncaq (Maşaver) çayı boyunca Cəlaloğlu'yaçan uzanan yoluydu və bu yolların bütövlükdə Tiflis qubernyasından ötrü birinci dərəcəli iqtisadi-ticarət önəmi varıydı. 1885-də Borçalı'da 79 çörək mağazası, 174 dükan işləyirdi, yüzilin lap axırlarında genəl ticarət nöqtələrinin sayı 233-ə çatmışdı və bunun 68-i manufaktura dükanıydı, 114-ü qalantereya, xırdavat, baqqal dükanları, 51-i çayxanalarıydı. 1869-dan Sarvan'dakı böyük həftəbazarda alış-veriş gedirdi. Təbriz'lə, Qars'la ticarət ilişkiləri genişlənmişdi.

Sınıq Körpü, Dəmirçihasanlı ellərini birləşdirən ağac körpü, Ehram üstündəki Kolayır körpüsü, Alget üstündəki Görünküt körpüsü və başqa körpülərin ticarət, genəlliklə, əhalinin iqtisadi durumundakı rolu böyüküydü. Borçalıların xahişinə əsasən knyaz Voronsov, Ehram üzərində qədim daş körpünün bərpasına icazə vermişdi və Borçalıların qatılımıyla bərpa işləri 1850-də başlanmış, 1854 noyabrında başa çatmışdı.

... Yüzilin sonlarına yaxın Borçalı'da 16 məscid varıydı, Sarvan'da Axund Mustafa Süleyman oğlu və bir çox başqaları sayımlı din adamlarıydı.

... 1827-də Borçalı'da bizimkilər üçün qəza məktəbləri açmaq təşəbbüsü irəli sürülmüşdü. 1828-də Tiflis'də açılan amanatlar məktəbində Borçalı ağalarının girov gətirilmiş uşaqları da (o sıradan Mürsəqulu ağanın oğlu Allahverdi ağa vb) oxuyurdular. N. Muravyov-Qarslı'nın səyahətnaməsində adı ehtiramla çəkilən Tiflis'də 1817-də Türk dili müəllimi Mirzə Babacan'ın, 1833-də Tiflis'də gimnazya müəllimi olmuş Mirzə Abdulla Vəzirov'un əsli Borçalı'danıydı. Uşaq yaşlarından Tiflis'də yaşamış, sonra Peterburq'da professor kimi məşhurlaşmış Mirzə Cəfər Topçubaşov'un anası Borçalı Yadigaroğlular nəslindəniydi. Tiflis'də açılan Əliyyə (şiə) və Öməriyyə (sünnü) məktəblərində Borçalı uşaqları da oxuyurdular. Əsrin son çərəyində Qızılhacılı'da, Sarvan'da açılan dünyəvi məktəblər Borçalı'da maarifin gəlişimində təkan oldu. Qori seminaryasının Borçalı yetirmələri Abbas və Hüseyn Minasazlılar, Səməd bəy Hacıəlizadə, Aslan İsmayılov, Paşa bəy Hüseynov, Nəriman Nərimanov, Əlimirzə Nərimanov, Mirzə Rza Əlizadə, Məmməd Məmmədov və başqaları ellərimizdə maarif ziyasını şölələndirdilər. Nəriman Nərimanov: “Bəşərin geridə qalmış qisminə bacardığım qədər yardım etmək fikrim ilk dəfə burada – Qızılhaçılı'da yaranmışdır”. 1877-də Tiflis qubernyasında 76 məscid məktəbi varıydı, 1890-da onların sayı 111-ə çatmışdı, 1880-də mədrəsə açmağa təşəbbüs görsədilmişdi.

Borçalı'da əlyazı kitabları da meydana çıxdı, Bakı'da Əlyazıları İnstitutu'nda saxlanan 1818-ci (h. 1234) ildə Məhəmməd Sadıq bəy Yadigaroğlu-Tiflisi'nin tərtib etdiyi Mirzə Mehdi xan Astrabadi'nin “Tarixi-Nadiri” (“Cahannüma”) əsəri və 1838-ci (h. 1254) ildə Abbas Molla İsmayıl oğlu'nun Borçalı'da tərtib etdiyi (Farsca şikəstə-nəstəliq xəttiylə) əlyazı kitabları, habelə Gürcüstan Əlyazıları İnstitutu'nda saxlanan 19-cu yüzilə aid Borçalı'da Əmirxaslı kəndində köçürülmüş 16-cı əsr müəllifi Məhyəddin Məhəmməd Bərdəli'nin “Hədaiq” əsəri önəmlidir.

... Mədəniyyətdən danışanda öncə memarlığın gəlişmiş olduğunu qeyd etməliyik. Tiflis'dəki bişmiş qırmızı kərpicdən tikilmiş, məsciddən, onun ibadət salonundan, otaqlardan, hündür minarədən ibarət olmuş, genəl quruluşu və xaricə açılan beştağ-eyvanları, geniş ibadət salonu memarlıq çözümünə görə diqqəti cəlb etmiş qədim məsçiddə, habelə 17-ci yüzildə Osmanlıların tikdikləri Cümə məscidində 19-cu yüzilin axır onillərində bərpa işləri aparılmış, Cümə məscidində milliyətcə Kazan Tatarlarından olan müftü minarə ucaltmışdı. Borçalı'nın Görarxı, Arıxlı, Sadaxlı, Saral və başqa kəndlərindəki məsçid binaları da memarlıq baxımından valehedicidir. Mədəniyyət abidələrimizdən biri olan, Bəylər kəndi yaxınındakı Bozqala'yı 1816-da seyr etmiş Rus generalı N. Muravyov-Qarslı'nın təsviri: “Qala uca qayada, kəndlər və bağlar düzümlənmiş gen düzənlikdə qərar tutmuşdur. Daş döşənmiş nazik əyri-üyrü cığır yüksək sürüşkən daş pillələrlə qayaya, qalaya qalxır”. Böyük Muğanlı kənd qəbiristanında 1817-ci (h. 1233) ildə vəfat etmiş Kazım xan oğlu Məhəmməd və Əli qardaşlarının başdaşında iki adam şəkli yonulmuş, habelə həmən hərimdə yonma daşdan papaq fiquru, at, yüyən, üzəngi təsvirləri var. Borçalı'nın müqəddəs məzar daşlarındakı əski yazıları oxumuş səriştəli etnoqraf-alim Məşədixanım Nemətova'ya təşəkkür duyğularıyla qeyd edək ki, Böyük Muğanlı qəbristanındakı və başqa məzarlıqlardakı başdaşlarında Quran ayələrinin, digər bilgilərin yazılışı burada xəttatlığın da gəlişdiyini görsədir. Araplı türbələrində şeirlə yazı da ilgincdir.

Yadigaroğlulardan Allahverdi xanəndəliyi davam etdirmişdi. 1829-da A. S. Puşkin Ərzurum'a gedərkən yolüstü iki həftə Tiflis'də qaldığı vaxt Ortacala bağlarında Allahverdi də çalıb oxumuşdu. Nikoloz Barataşvili'nin atası Meliton ona şeir həsr etmiş, Gürcü liriki Qriqol Orbeliani Allahverdi'yi “qoca bülbül” adlandırmışdı.

Borçalı ellərində aşıq və el şairlərindən Xəstə Hasan, Aşıq Nuru, Aşıq Şenlik, Aşıq Oruç, Qul Qarani, Aşıq İsmayıl, Dost Pirməmməd, Alxas Ağa, Dollu Abuzər, Quşçu İbrahim, Abbasəli, Soğanlıq Abbas, Şikəstə Pəri, Aşıq Qəhrəman, Dollu Aşıq Mustafa, Qara Zülal, Molla Xalis, Tiflis'də Kazım, Divanə yaşayıb yaratmışdılar. Atası Sarvan'da Mustafa Süleyman oğlu, anası ata tərəfdən Sarvan'da Bayramlılardan, ana tərəfdən Dəmirçihasanlı'da Əminlilərdən olan Abdulla Şaiq də Borçalı ədəbi mühitinin yetirməsiydi.

Bu çağlar Borçalı həyatı Nəriman Nərimanov'un, Abdulla Şaiq'in, əslən Borçalı'nın Serakvi (Zirəkli) kəndindən Mixeil Cavaxişvili'nin əsərlərində bədii əksini tapmışdır.

1886-da Tiflis'dəki Qafqaz yun sərgisində Sarvan'dan gətirilmiş Borçalı qumral qoyunuyla Tuş qoyununun qarışığından alınan “dönmə” adlı yun, 1889-da yenə belə səpgili sərgidə Borçalı sakini İsmayıl Mürşüd oğlunun gətirdiyi ipəkdən toxunma cecim yüksək dəyərləndirilərək, gümüş mükafata layiq görülmüşdü... 19-cu yüzildə də Borçalı xalılarının, xalçalarının bəzək motivlərində mifik izlər güclüydü, stilizə olunmuş təsvirlər üstünüydü. Əsasən Qızılhacılı'da toxunmuş “Ziynətnişan” vəya “Zeyvənişan” çeşnili xalı, Lətif Kərimov'un zənnincə, Borçalı Qarapapaqlarının adıyla bağlı olan “Papaqlı” xalıları, Borçalı'da toxunmuş və Azərbayçan İncəsənət Muzeyi'ndə saxlaian “Qaraqoyunlu” xalısının çeşniləri, “Faxralı”, “Qaraçöp”, “Qarayazı”, “Qaçağan”, “Qurbağalı”, “Ləmbəli”, “Dəmirçihasanlı” xalıları hər "inçə naxışda, ilmə-düyündə, əriş-arxaçda nənələrimizin ürəklərinin hərarətini, arzu-istəklərinin işığını, ahıllarımızın dağ təmkinini, oğul-qızlarımızın qeyrətini, bu torpağın gül-çiçəyinin ətrini, saf sularının büllurluğunu yaşadır.


İYİRMİNCİ YÜZİL

▬▬▬▬▬▬▬▬▬

Yüzilin ilk illərində Borçalı qəzasına Türkiyə'dən, İran'dan Ermənilər, Yunanlar, qubernyanın başqa bölgələrindən də Gürcülər gətirilib yerləşdirildilər. Örnəyin, Kaspi'dən Apsiauri, Xevsuret'dən Tsiklauri, Raca'dan Xomasuridze, Burduladze, Metreveli, Lobjanidze, Sxirtladze, Davlianidze, Pşav'dan Miqriauli, Xizanaşvili, Cavaxet'dən Aspanadze, Kaxet'dən Zirakaşvili nəsilləri gəlib Marabda, Güməret, Məcevan, Cavax kəndlərində məskənləşdilər.

1905-də Erməni–Müsəlman çatışması Borçalı'ya da sirayət etdi, özəl qatışıq komissiya oluşduruldu, noyabrın 21–22-də Tiflis'in Meydan, Hallavar məhəllələrində Erməni–Müsəlman toqquşmasında 34 adam öldü, 55 adam yaralandı. Borçalı ağsaqqalları Kəpənəkçi'dən Emin ağa, Faxralı'dan Oruc ağa, habelə Gürcü xeyriyyə cəmiyyətinin xəttiylə knyaz Çavçavadze və başqaları Bolnis-Xaçınlı'da, Bolnis-Kəpənəkçi'də, Şüləver'də, Başkeçid'də, Bosleb'də qırğını dayandırdılar.

Bu vaxtlar qəza mərkəzi Şüləver'iydi. Yerli (zemstvo) yönətim üsulunun tətbiqinə dair 1909 oktyabr müşavirəsində Dəmirçihasanlı'dan Osman Sadıq oğlu iştirak etdi. Borçalı'da 46 qlasnı (məclis üzvü) seçildi, bunun 40 nəfəri qəza və nahiyə məclislərində, qalanı quberniya və vilayət məclislərində təmsil olundu. Qəzada 6 zemstvo birimi oluşduruldu.

1913-də Qafqaz Canişin Şurası'nın hazırladığı var olan qubernyaların sərhədlərində dəyişikliklər layihəsində etnik prinsiplərə görə Borçalı qəzasının güney-günbatar qismini İrəvan quberniyasına, quzey-gündoğar budağını Yelizavetpol (Gəncə) qubernyasına birləşdirmək ön görülürdü. Eyni il noyabrın 6-da və dekabrın 18-də Mehdi ağa Sultanov'un, Əhmədmirzə Məmməd oğlu'nun, Şamil Abbas oğlu'nun, Əbdürrəhman Qayıbov'un da daxil olduqları özəl komissiya bu səmtin iqtisadi baxımdan daha çox Tiflis'lə ilişkidə olduğunu diqqətə alaraq, “Borçalı qəzasını Tiflis qubernyasının tərkibindən ayırmağın arzuedilməzliyinə” yekdilliklə tərəf çıxdı. 1914 yanvarın 24-də Tiflis Qubernya Şurası bu qərarı təsdiqlədi.

1917-də Qafqaz'da yenidən sərhəd bölgüsü məsələsi qalxdı. Ermənilər Borçalı'nın Loru nahiyəsi və başqa ərazilər hesabına Gümrü (Aleksandropol) qubernyası oluşdurmaq xəyalına düşdülər. Həmən il Borçalı qəza komissarı Əbdürrəhim Bəy Haqverdiyev'in başqanlığıyla Loru nahiyəsi bütün camaatları təmsilçilərinin qurultayı çağırıldı və qərara alındı: “Tiflis qubernyası hüdudlarından heç vəchlə ayrılmamalı və yeni oluşdurulan Aleksandropol qubernyasına birləşməməli”. Noyabrın 10-da Tiflis'də əlahiddə müşavirə də Borçalı'nın parçalanması əleyhinə qətnamə qəbul etdi.

1917-də Nikolay hökuməti taxtdan endirilib, Rus əsgərləri Türkiyə sərhədindən qayıdarkən Borçalı bəylərindən Mursaqulların Almaz ağa, Cöyrü oğlu Qara başlarına dəstə yığıb, Sandar stansyasında şalonlara həmlə etdilər, silahlar ələ keçirmək istədilər. Atışmada 500 nəfərimiz öldürüldü, bir çoxu zindanlara yollandı. Arçil Yadigarov Rus əsgərlərindən camaatı qurtardı. Cöyrü oğlu Qara qaça bildi. Öldürülənlər arasında Mursaqullardan Almaz ağa, Əbzər ağa, İsmayıl ağa, leytenant Abdulla ağa da varıydı.

1918-in mayında güney Qafqazda üç xalq cümhuriyyətinin istiqlal bəyannamələri oxunandan sonra Borçalı üç çümhuriyyət arasında son dərəcə mürəkkəb mübahisəli əraziyə çevrildi. Gürcüstan'dakı bütün müsəlmanlar adından Borçalı'nın sünnü qazısı Yusif əfəndi Allahyarzadə, şiə qazısı Məhəmməd Şeyx Məhəmmədəli, Borçalı xeyriyyə cəmiyyətinin sədri Qurbanəli əfəndi Xəlilzadə və başqaları müraciət qəbul edərək, “mərkəzi üsul-idarə Tiflis şəhərində olmaqla Türkiyə'nin himayədarlığı altında “Qarapapaq” adıyla yarımmüstəqil xanlıq kimi tanınması” haqqında məsələ qaldırdılar. Borçalı məsələsi haqqında Gürcüstan'la Azərbaycan arasında yazışmalar bir yana qaldı, üçüncü dövlətin – Ermənistan'ın iddiaları gücləndi. Erməni siyasətbazları fitnələrə əl atdılar, qəfildən Ermənistan qoşun hissələri Gürcüstan'ın sərhəd postlarına basqına keçdilər. Gürcüstan'ın ultimatumuna məhəl qoymayan Erməni qoşunu hücumu davam etdirdi. Şüləver–Sadaxlı qisminin döyüş meydanına çevrilməsiylə ilgili olaraq qəza inzibati idarələri Şüləver'dən Yekaterinenfeld'ə köçdü. Ermənilər qan tökə-tökə irəlilədilər. Yerli müsəlmanlar öz başlarına özləri çarə qılmaqdan ötrü tədbirlər tökdülər. Təcavüzdən qorunmaq üçün Qars İslam Şurası'nın bünyəsində Borçalı Milli Şurası oluşduruldu, onun rəisi Qars İslam Şurası'nın rəisi olmuş Kəpənəkçi Emin ağa Hacalıyev seçildi.

Dekabrın 17-də Borçalı üstündə Erməni–Gürcü müharibəsi rəsmən bəyan olundu. Voronsovka, Yekaterinenfeld, Sadaxlı, Dəmyə, Ləmbəli, Saral, Ağməmmədli, Bəytərəfli, Axlılələ, Allahverdi tərəflərdə qanlı savaşlar getdi. Dekabrın 31-də ingilislərin müdaxiləsiylə müharibə dayandırıldı. Yanvarın 9-dan 17-dək Tiflis'dəki Ermənistan – Gürcüstan konfransında Loru neytral (tərəfsiz) bölgə sayıldı. (Borçalı üstündə müharibə və onun sonucları müəllifin “Paralanmış Borçalı” kitabında ayrıntılı şərh olunmuşdur).

* *


... Borçalı qəzasının ərazisi 1902-də 6.567, 1905-də 6.870, 1915-də 6.408, 1917–21 illərində 4.360 kvadrat kilometriydi.

... Yüzilin başlarında Tiflis qubernyasında bizimkilər 107.623 nəfəriydilər, bunun 63.337-si Borçalı qəzasında, 7749-u Tiflis qəzasında, 6635-i Tiflis şəhərində yaşayırdı. Borçalı qəzasında bizimkilər Borçalı nahiyəsində 36,065 nəfəri, Trialet nahiyəsində 10.560 nəfəri, Yekaterinenfeld nahiyəsində 13.762 nəfəri, Loru nahiyəsində 3.058 nəfəri təşkil edirdilər. 1918-də də Borçalı'da və Qarayazı'da əhalinin çoxu bizimkiləriydi. Özəlliklə, Borçalı'nın orta hissəsində əhalinin 93 faizi (36.615 nəfər), Qarayazı'da 88,8 faizi (7.419 nəfər) bizimkilərdən ibarətiydi.

... Üzdə olan, seçilən öndər adamlarımızdan yüzilin ilk illərində Borçalı ellərinin kətxudaları olmuş Baydar'da – Molla Abdulla İbiş oğlu, Dəmirçihasanlı'da – Osman Sadıq oğlu, Görarxı'da – Məmmədsöyün Süleyman oğlu, Sadaxlı'da – Nağı Adıgözəl oğlu, Arıxlı'da – Yolçu Nəbi oğlu, Qızılhacılı'da – Hümbət Nəzərəli oğlu, Qaçağan'da – Kərbəlay İsmayıl Miki oğlu, Körpülü'də – Aslan Mürşüd oğlu, Qırıxlı'da – Xəlil Mustafa oğlu, Saral'da Məşədi Balı Bala oğlu, Bolnis-Kəpənəkçi'də – Allahverdi Göyüş oğlu, Darbaz'da – Alı Əhməd oğlu, Saraclı'da – Paşa ağa Naibzadə, Sarvan'da – Əliməmməd Söyün oğlu, Faxralı'da – Təhməzqulu Dünyamalı oğlu, Ərçivan-Sarvan'da – Hümbət Kərbəlay Əhməd oğlu, habelə Ağtəhlə'də – Həsənəli Kərbəlay Əli oğlu, Qaraçalar'da – Ömər İbrahim oğlu, Gölkənd'də (Candar) – Həsən Çopur oğlu, Qacalar'da (Kosalı) – Cəlil Əhməd oğlu, Sığnaq qəzasının Muğanlı icmasında – Əli Dünyamalı oğlu, Qanlıkənd'də – Murtuzəli İsmayıl oğlu, Telav'ın Qaracalar'ında İlyaz ağa Səfiyev, Tiflis'də vəzifələrdə işləmiş Həsən və Sadıq Yadigarovlar, 1912-də “Bəsdir, Oyan” kitabını yazmış, 1915-də Tula'da haqqında kitab çıxmış, 1918-də Qars İslam Şurasının rəisi seçilmiş Emin ağa, 1916-da Rus əsgərlərinə divan tutmuş Qaçağanlı Mustafa Tağı oğlu, Məmmədtağı Axund oğlu, Qasımlı Kərəm, 1919-da Gürcüstan Müəssisan Məclisi'nin üzvü seçilmiş Hüseynqulu Məmməd oğlu Məmmədov, habelə Tiflis'ə gəlib Borçalıların içtimai işlərinə yaxından qatılmış Borçalı qəza komissarı, Özəl Güney Qafqaz Komitəsi'nin Borçalı qəzasında vəkili Əbdürrəhim Bəy Haqverdiyev, Gürcüstan Milli Şurası'nın üzvləri, Borçalı qəza qlasnısı Əziz Şərif, Əliheydər Qarayev, Mirzə Hüseyn Həsənzadə, Gürcüstan Müsəlman Milli Məclisi'nin sədri Əlimirzə Nərimanov, ağsaqqallar, mərhəmətləriylə seçilmiş Yüzbaşıların Kərim ağa, Mansır ağa, Uzunbaşoğlu Məhəmməd, Molla İsə, Dəli Nəsib, Məmmədəli bəy, Qurban ağa, Haqverdi, Yusuf əfəndi, Yunus əfəndi, İsaoğlu Nuru, Hacılıların İsa, Qobeslərin Kərim, Kəlbi ağa, Rüstəm ağa, Aslan ağa, İsrafil ağa, Süleyman ağa, Rəşid ağa, Çopur Mustafa, Molla Paşa, İsmayıl kişi, Qazı əfəndi, Ağ Molla, Kolqıranoğlu İsmayıl, Alıoğlu Paşa, Molla Musa, Şatıroğlu İsmayıl, Əsgər kişi, Ömər kişi, Dünyamalı kişi. Çıraq kişi, Əlləzli Əbdüləli, Şirətli Söyünqulu, Həsənli Təhməzqulu, Balammədli İman, Böyük Ağa, Ayorta Qara və başqalarının hörməti böyüküydü.

... 1910-da Kəpənəkçi Emin ağanın təqdim etmiş olduğu, indi Gürcüstan Dövlət Muzeyində qorunan “Borçalı azərbaycanlı qadınının geyim dəsti” – arxalıq, çəmbərə, çalma-kələğay, şərf, şalvar-tuman, məzər, çorab, köynək o vaxtkı etnoqrafik geyim tərzimiz haqqında çox qiymətli saxlançdır.

... Bu illərdə çəmi quberniyada 114 müsəlman məktəbi varıydı və onlarda 680 şagird oxuyurdu, habelə 1905-də Arıxlı'da, 1910-da Sadaxlı'da, Görarxı'da, sonra Qaçağan'da, Qasımlı'da, Saraclı'da, Faxralı'da, Saral'da, Qızılkilsə'də, Lök-Candar'da, Soyuqbulaqda dünyəvi məktəblər açıldı. Yüzə qədər məscid və dini məktəblərimiz, Cəlil Məmmədquluzadə'nin şəxsi məktəbi, “Leyli” qızlar məktəbb, Tiflisdə'ki Azərbaycan Xalq Universiteti, Azərbaycan məktəbləri, ev təhsili ocaqları da maarifimizə təkan vermişlər. Arıxlı'dan Hüseyn, Sirəçəddin, Ziyəddin Əfəndizadələr, Tiflis'dən Teymur Qulubəyov, Əlimirzə Nərimanov, Məmməd bəy Ömərbəyov, Məmməd bəy Məmmədov, Ələsgər Abbasov, Faxralı'dan Mirzə Rza Əlizadə, Sarvan'dan Kərim Şərifli, Rüstəm Şərifli, Hüseyn Minasazlı, Təcis'dən Ziyad Şərifov, Telav-Qaracalar'dan Əbdül Manafi-Sofiyev və başqaları Qori seminaryasının Borçalı yetirmələriydi. 1918–1920 illərində ana dilində tədrisə keçidlə bağlı milli maarifimiz də gəlişdi. Tiflis'də üç məktəb, habelə Şeyx Nizami adına yüksək dərəcəli ibtidai məktəb, Borçalı'da Arıxlı, Bolnis-Kəpənəkçi, Görarxı, Qızılhacılı, Sarvan, Sadaxlı, Təcis, Qaçağan, Kosalı, Muğanlı kəndlərində ibtidai məktəblərimiz fəaliyyət göstərirdi. Ancaq yenə də genəl durumdan rahatsızlıq vardı. Nəriman Nərimanov yazırdı: "Borçalı bəyləri, ağaları kimi qeyri ölkələrdə xabi-qəflətdə qalanlara təəccüb etməlidir! Nə əcəb bunlar qeyri şəhərlərdə din qardaşlarının hümmətini görüb, ya eşidib hümmətə gəlməyiblər?".

... Tiflisdə yaşamış ilk maarifçi qadınlarımızdan Rəhilə Hacıbababəyova, Azərbaycanın ilk peşəkar qadın rəssamı Qeysər Kaşıyeva, gözəl musiqiçi, pianoçu Kişvər Əliyeva, görkəmli xanəndə Məçid Behbudov, akvarel, portret, tablo ustadı Abbas Huseyni, əslən Sarvan kəndindən olan Abdulla Şaiq, yazıçı-publisistlər Ömər Faiq Neymanzadə, Hüseyn Minasazlı, aşıqlar, el şairləri Nəbi, Ağacan, Sadıq, Bayram, Balakişi, Güllər Pərisi, Dollu Əbuzər, Tüləhmədoğlu, Yetim Söyün, Usuf, Abbas, Şikəstə Pəri, Alxas ağa, Hüseynxan, Hüseyn, İbrahim Abdulla, İsmayıl, Hasan, Nədir, Şaban, dramaturqlar Kərim Şərifli, Mirzə Əli Abbasov və başqaları Borçalı–Tiflis mədəni-ədəbi mühitinin yetirmələri olmuşlar.

"Molla Nəsrəddin" dərgisinin Borçalı təmsilçisi Mirzə Həsən Məcruh onun səhifələrində Borçalı həyatını işıqlandırmışdır. 1918–1920 illərində Tiflis'dəki “Şərq” basmaxanasında azərbaycanca kitablar (o sıradan Kolayır kəndindən şair Məhəmməd Rzazadə Mühəqqər'in “El şeirləri” toplusu) buraxılmışdır, “Gələcək”, “Al Bayraq”, “Yeni Dünya”, “Tartan-Partan”, “Vətən” dərgiləri, qəzetləri çıxmışdır, teatr truppaları fəaliyyət görsətmişlər.
* * *
1921-ci il 12 fevral gecəsi Sovet ordusu Şüləver'də şura bayrağı dalğalandırdı.

Gürcüstan'da şura hökuməti qurulan kimi oluşdurulmuş İnqilab Komitəsi özəl bəlgəylə Borçalı'nın taleyini yerli əhalinin öhdəsinə buraxdı. Rusya Kommunist (Bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Qafqaz Bürosunun qərarıyla oluşdurulmuş ərazi məsələlərini tənzimləyən komissiya iyunun sonlarında Tiflis'dəki iclasında Loru probleminə ayrıca baxdı, iyulun 7-də Qafqaz Bürosu Stalin'in iştirakıyla öz iclasında bütün neytral (tərəfsiz) zonanın Ermənistan tərkibinə daxil edilməsi haqqında qərar çıxardı. Ermənilərə “beynəlmiləlçilik” siyasətiylə peşkəş verilən Loru–Voronsovka bölgəsi 2.575 kvadrat kilometrə yaxınıydı, bu, Borçalı qəzasının, demək olar, yarı parasıydı.

Gürcüstan Müsəlmanlarının İşləri Şurasının sədri Ömər Faiq: “Əhalisinin 80 – 85 faizini müsəlmanlar təşkil edən Borçalı qəzasında heç kəs onlarla hesablaşmır... Bütün Borçalı qəzası öz-özlüyündə qarşı-qarşıya duran iki düşərgəyi xatırladır: bir tərəfdən azlıq təşkil edən Almanlar, Ermənilər, Aysorlar, Malakanlar, Gürcülər, Yunanlar – yönətənlər; digər tərəfdən çoxminlik müsəlmanlar kütləsi – yönətilənlər kimi”.

1929-da Borçalı qəzası rayonlara bölündü. Bölgədə kəndliləri kütləvi şəkildə kollektiv təsərrüfatlara (kolxozlara) yazmağa başladılar, ilin sonlarında Borçalı rayonunda MTS (maşın-traktor stansiyası) yaradıldı. Kolxoz quruluşunun gedişatı Borçalı'da qarmaşıq oldu. Şura hökumətinin tərəfdarlarıyla əleyhdarları üzləşdilər. Sarvan, Görarxı, Qızılhacılı, Qaçağan, Sadaxlı, Arıxlı, Faxralı ellərini silahlı üsyan bürüdü. Dəmirçihasanlı'da İsaxan üsyanı da bu vaxt oldu (sözgəlişi: bu haqqında Hamlet İsaxanlı'nın qiymətli məqaləsi dərç olunmuşdur – "Xalq qəzeti", 1996, sayılar 148, 149, 150). Kulaklığı ləğv etmək, "təmizlik" bəhanəsiylə, xalqın gözünü qırmaqdan ötrü bir çoxları güllələndilər, yaxud çox-çox uzaqlara sürgünə göndərildilər. 1932-də kollektivləşmə başa çatdı. Kolxoza girməyənlərə vergi qoyuldu, köhnə zənginlərə birər inək saxlandı, qalan mal-qarası kolxoza verildi.

1937-nin repressiyası (bulanımı) Borçalı'yı da göynətdi...

1941–1945 illəri İkinci Cahan Hərbində Sovet ordusu sıralarında Alman faşistlərinə qarşı Borçalı'dan minlərlə gənc vuruşdu, neçələri geri qayıtmadılar.

1950-li illərdə bərpa, altmış-yetmişli illərdə, qismən də sonra aqrar-sənaye təsərrüfat-iqtisadiyyat yönündə gəlişim Borçalı'da da rahat getdi, beşillik planlar artıqlamasıyla ödənildi, bir çox sənaye obyektləri oluşduruldu, inşa-tikinti genişləndi.

Səksənli illərin sonlarına doğru yaşayışda qarmaşıqlıq görülməyə, duyulmağa başladı. 1989 iyunun 24-də Marneuli şəhər meydanındakı mitinqdən sonra bölgədə toplumsal-siyasal durum gərginləşdi.

* *
... 1922–1929 illəri arası Borçalı qəzasının ərazisi 2.952 kv.km., 1949-da Dmanisi rayonu 1.223, Marneuli 970, Bolnisi 747, Qardabani 714 kv. km., 1979-da Dmanisi 1.208, Marneuli 955, Bolnisi 804, Qardabani 1.734 kv. km. olmuşdur. 1926-da qəzada 16 nahiyə, 185 kənd, 1949-da Marneuli rayonunda 70, Bolnisi rayonunda 44, Qardabani rayonunda 19, Dmanisi rayonunda 18 kənd varıydı.

Rəsmi statist hesabatlarda Azərbaycanlıların sayı 1922-də Borçalı qəzasında 47.562, 1923-də 42.036 (68,9%), 1926-da 50.979 (59,3%), 1959-da Gürcüstan'da 153.600 (3,8%), 1970-də 217.800 (4,6%), 1989-da 307.556 (5,7%) qeydə alınmışdır.



1926 ili əhalisayımına görə, Türklər (bizi belə adlandırırdılar) Borçalı qəzasında çoxluğu tuturdular, belə ki, Borçalı (Sarvan) rayonunda 37.005 nəfər genəl əhalinin 23.680-i (64%), Lüksemburq rayonunda 25.174 nəfərin 15.060-ı (60%), Başkeçid rayonunda 24.468 nəfərin 12.254-ü (50%) bizimkiləriydi, bundan əlavə, Zalqa rayonunda 1.856, Ağbulaq rayonunda 834 nəfər soydaşımız varıydı. Kəndlər üzrə bizimkilər (ailə–nəfər): Borçalı rayonunda Araplı 61 – 258. Aşağı Saral 81 –320, Yuxarı Saral 61 – 267, Axlılələ 42–182, Axlımahmudlu 44 – 194, Bəyazitli 20 – 56, Dəmyə-Görarxı 56 – 340, Daştəpə 20 – 37, İmir 53 – 175, Seyidxoçalı 30 – 105, Qayaxoçalı 20 – 99, Qırıxlı 89 – 216, Yuxarı Qullar 22 – 48, Aşağı Qullar 32 – 104, Hacıisəkənd 8 – 61, Baydar 160 – 582, Gültəpəli 24 – 126, Ləcbəddin 95 – 546, Bəyük Muğanlı 133 – 617, Kürtlər 167 – 556, Əzizkənd (İvanbəyli) 131 – 1050, Görarxı 325 – 2378, Səbriyəkənd (Mamğallı) 155 – 914, Ambarovka (Ambarlı) 21 – 133, Dəmirçihasanlı (Kəpənəkçi) 135 – 480, İlməzli 41 – 240, Kosalı 171 – 734, Böyük Keşəli 113 – 602, Bala Keşəli 24 – 198, Ağkörpü 8 – 34, Ağqula 25 – 109, Zirəkli 4 – 17, Mamay 52 – 96, Mollaoğlu 45 – 192, Sadaxlı 445 – 2033, Bala Muğanlı 65 – 198, Sarvan 484 – 2493, Qızılhacılı 404 – 1888, Candar 93 – 366, Hallavar 38–129, Böyük Bəylər 36 – 106, Bala Bəylər 29 – 89, Ağməmmədli 105 – 575, Baytallı 19 – 51, Bəytərəfçi 33 – 140, Təkəli 150 – 495, Quşçu 29 – 90, Qaçağan 266 – 1246, Ulaşlı 70 – 258, Qasımlı 140 – 688, Qırıxlı-Muğanlı 50 – 207, Xacıkəzli 13 – 72, Canəhmədli 8 – 33, Xocornu 148 – 172, habelə Şüləver 48 nəfər (qatışıq), Marneuli 109, Sandar (stansiya) 26 nəfər; Lüksemburq rayonunda Bolnis-Kəpənəkçi 408 – 2257, İnçəoğlu 23 – 117, Mığırlı 24 – 102, Sarallar 20 – 155, Dəmirsu 11 – 44, Görcülər 18 – 67, Abdallı 40 – 232, Ağayurt 79 – 290, Araqala 36 – 191, Bəytəkər 22 – 123, Musapirilər 32 – 288, Muşəvlər 53 – 314, Seneb 8 – 36, Zol-Güvəc 91 – 474, Qaradaş 11 – 68, Qaratikən 6 – 33, Çürük Qəmərli 11 – 40, Aşağı Güləver 28 – 153, Yuxarı Güləver 39 – 231, Darbaz 208 – 1144, Dəmirli 20 – 109, Kipircik 15 – 102, Əsmələr 8 – 43, Qoçulu 76 – 383, Cəfərli 37 – 144, Sisqala 30 – 172, Dəştioğullar 40 – 184, Mollaəhmədli 9 – 54, Saraclı 316 – 1438, Yuxarı Qoşakilsə 33 – 168, Aşağı Qoşakilsə 68 – 371, Faxralı 470 – 2321, Şahbuzlu 46 – 236, Arıxlı 306 – 1585, Kolagir 82 – 430, habelə Lüksemburq 316, İmirhasan 104 nəfər; Başkeçid rayonunda Hamamlı 127 – 858, Əngirəvan 21 – 133, Yuxarı Bəzəkli 18 – 80, Aşağı Bəzəkli 52 – 325, Boğazkəsən 13 – 22, Dəllər 31 – 253, Məmişli 64 – 362, Yuxarı Oruzman 82 – 490, Aşağı Oruzman 45 – 273, Səfərli 76 – 463, Axçingil 3 – 11, Başkeçid 12 – 45, Bağçalar 15 – 104, Dunus 26 – 195, Gəyliyən 42 – 305, Ormeşən 67 – 487, Qızılkilsə 88 – 588, Şindilər 70 – 462, Şorşolet 11 – 78, Yırğançay 174 – 1078, Dağ Muğanlı 45 – 355, Lök-Candar 49 – 325, Saatlı 40 – 295, Qamışlı 72 – 509, Armudlu 23 – 112, Gödəkdağ 26 – 155, Göybulaq 4 – 19, Dağ Arıxlı 41 – 290, Dağ Qızılhacılı 67– 423, Yaqublu 59 – 377, Lager 38 – 198, Məmişlər 20 – 113, Mehtiağalar (Muzdurlar) 12 – 65, Salamməlik 29 – 158, Salamməlik-Səfihli 33 – 183, Saca 87 – 476, Soqutlu 8 – 30, Qarabulaq 110 – 765, Qəmərli 67 – 406, Şahmarlı 40 – 248, Söyünkənd 17 – 70 nəfər; Zalqa (Barmaqsız) rayonunda Ərcivan-Sarvan 151 – 760, Gəldiqar 33 – 231, Tecis 96 – 466, Minaskənd 7 – 37, Çölyan 64 – 355, Ağbulaq'da 4, Dağet 8, Şıxeli (Qəmərli) 249, Kosalar 572 nəfər.

12 nahiyədə kargüzarlıq (dftrxana işlri) Türkcə aparılırdı.

Cəmi Gürcüstan'da 1923-də 72.926 (3,8%) Azərbaycanlı qeydə alınmışdı. Borçalı qəzasından əlavə, Tiflis qəzasında 12.711 (9,5%), Sığnaq qəzasında 5.199 (4,1%), Telav qəzasında 1.552 (1,7%), Duşet qəzasında 119 (0,2%), Qori qəzasında 249 (0,1%), habelə Tiflis şəhərində 3.255, Qori şəhərində 19, Telav şəhərində 14, Kutais şəhərində 46 nəfər bizimki varıydı. 1926-da Tiflis rayonunda 11.444 (Avçala 24, Qrmağele 157, Ağtəhlə 1.792, Qardaban 16, Qışlaq 83, Qaratəhlə 842, Qaracala 711, Suçəkən 8, Vedzis 21, Telovan 59, Txinval 101, Msxaldid 133, Şləməngdərə 19, Zəylilərdərə 49, Codoret 101, Soğanlıq 738, Qocor 14, Birlik 158, Qışlaq 163, Təzəkənd 388, Mixaylovka 45, Nazarlı 1.621, Rustavi 14, Ulyanovo-Voyekovo 179, Kosalı 2.004, Qaratəpə 1.071, Yuxarı Kəpənəkçi 338, Aşağı Kəpənəkçi 86, Candar 661); Məngilis rayonunda 280 (Göhnar 40, Zəzəkənd 68, Nəbillər 154, Məngilis 18); Msxeta rayonunda 243 (Sixisdziri-Cömbərli 117, Calabaşı 126); Tiflis şəhərində 5.836; Qare-Kaxet (Saqareco) rayonunda 1.429 (Qombor 574, İkievli 70, Paldı-Çənçqərib 37, Muğanlı 1.118); bütövlükdə Gürcüstan Sovet Cümhuriyyətində 72.986 nəfər soydaşımız yaşayırdı.

1989-da Marneul rayonunda 91.923 (76,3%), Bolnis rayonunda 53.808 (66%), Qardaban rayonunda 48.781 (42,5%), Dmanis rayonunda 33.107 (63,9%), Tiflis şəhərində 17.000 (1,3%), Saqareço rayonunda 15.804 (26,3%), Rustavi şəhərində 11.576 (7,3%), Kaspi rayonunda 2.872 (5,2%), Zalqa rayonunda 2.281 (5,1%), Msxeta rayonunda 2.199 (4%), Karel rayonunda 1.426 (2,8%) nəfər olmuşuq.

... 1920–1924 illəri arası Borçalı'dan, o sıradan Oruzman, Kəpənəkçi, Darvaz, Bəzəkli, Yırğançay, Qəmərli, Ağalıq, Faxralı ellərindən, Qarayazı'dan, Loru'dan, Qaraçöp'dən, Ahısqa'dan 45 min Qarapapaq dəyişmə yoluyla Qars tərəflərə aparıldı.

1944-də Borçalı'dan, Ahısqa'dan 115 min əhali, 198 kənd Qazaxıstan çöllərinə sürgün edildi.

1989–1991 illərdə bəlli olaylar, Erməni–Azərbaycanlı qarşıdurmasının Borçalı'ya da sirayət etməsi sonucunda baş dəhlizimizin Başkeçid qapısının Dağ-Muğanlı, Saatlı elləri gizlin sövdələşmə tələsinə urcah olub boşaldı, Bolnis şəhərindən 760, Kazret qəsəbəsindən 450, Dmanis şəhərindən 120 ailə, başqa yerlərdən də xeyli adam Azərbaycan'a köçdü.

... 1924–1925 illəri arasında Qorunçaq (Maşaver), Qələmçə (Qantiadi) kəndlərinə Gürcüstan'ın orta bölgələrindən, 1941-də Asuret'ə, Bolnis'ə və 1956-da Racisuban'a İmeret'dən, Svanet'dən, Raca'dan, 1989-da ayrı-ayrı yerlərə Svanet'dən Gürcü ailələri köçürülüb yerləşdirildilər.

... Milli təhsilimiz maraqlı gəlişim yolu keçmişdir. Sovet yönətiminin ilk çağlarında kəndlərimizdə dördillik ibtidai məktəblər, yeddiilliklər, doqquzilliklər, kəndli-gənclər məktəbləri, Tiflis'də, Sarvan'da, Lüksemburq'da, Başkeçid'də, Ahısqa'da padaqoji texnikumlar açıldı. 1934–1935 tədris ilində Gürcüstan'da cəmi 33.114 nəfər Türk (Azərbaycanlı) balası təhsil alırdı, bunun 4840-ı Borçalı rayonunda, 3556-sı Başkeçid rayonunda, 3314-ü Lüksemburq rayonunda, 1843-ü Qarayazı rayonunda, 1055-i Tiflis şəhərində, 367-si Ağbulaq rayonunda, qalanları başqa bölgələrdə idi. Sonralar da icbari (zorunlu) orta öyrətim gerçəkləşdirildi.

... Ellərimizin bəziləri rəsmən başqa cür adlandırıldı: Sarvan kəndi – Borçalı kəndi (1932, 13 fevral), Barmaqsız kəndi – Zalqa qəsəbəsi, Qaratəpə kəndi – Qarayazı kəndi (1932, 22 dekabr), Şüləver qəsəbəsi – Şaumyan qəsəbəsi (1932, 28 dekabr), Ağbulaq qəsəbəsi – Tetrisxaro qəsəbəsi (1940, 19 oktyabr), Lüksemburq qəsəbəsi – Bolnisi qəsəbəsi (1943, 3 aprel), Valdheym kəndi – Kirovisi kəndi (1943, 5 avqust), Traubenberq kəndi – Tamarisi kəndi (1944, 18 fevral), Qarayazı qəsəbəsi – Qardabani qəsəbəsi, Başkeçid kəndi – Dmanisi qəsəbəsi, Borçalı kəndi – Marneuli qəsəbəsi, Qarayazı rayonu – Qardabani rayonu, Başkeçid rayonu – Dmanisi rayonu, Borçalı rayonu – Marneuli rayonu (1947, 18 mart), Qarakilsə kəndi – Vake kəndi (1949, 1 ıyul), Qələmçə kəndi – Qantiadi kəndi, Qorunçaq kəndi – Maşaver kəndi, Mahmudlu kəndi – Mtisdziri kəndi, Armudlu kəndi – Pantiani kəndi, Qaşqatala kəndi – Sakire kəndi, Dəmirbulaq kəndi – Sarkineti kəndi, Busuqala kəndi – Kariani kəndi (1949, 12 iyul), Çatax kəndi – Poladauri kəndi (1951, 6 sentyabr), Görarxı kəndi – Alget kəndi (1959, 3 avqust), Boğazkəsən kəndi – Tğispiri kəndi (1959, 9 noyabr); sonra Soğanlığ'ın adı Poniçala, Bolnis-Kəpənəkçi'nin adı Kvemo-Bolnisi qoyulmuşdur...



(1994-də Bolnisi rayonunda kəndlərimizin adlarının qeyri-rəsmi olaraq dəyişdirilməsinə cəhd göstərilmişdir.

... Öndər soydaşlarımızdan əllinci illərədək Xəlil Hacılarov, Əşrəf Yüzbaşov, Məmmədhəsən Yüzbaşov, Mansır ağa Kərim oğlu, Əli Tağızadə, Həsən Qapalov, Kərim Şərifov, Adil Kərəkməzli, Ömər Faiq, Əbdül Eyyubov, Hüseyn Zeynalov, Məhəmməd Qarabağlı, Əlixan Hüseynov, Əli Bağırov, Dəllər Qaraca, Səməd Şərifov, Zahid Zeynalov, Əziz Əzizov, İbrahim Acalov, Məmi Çəlilov, Hacı Lələ, Uzunbaşoğlu Nəbi, Qlava Tanrıverdi, Cəlal Aşırov, Sinəninöyünün Nəbi, Keçəllərin Baba kişi, Əli Rzazadə, Əlimirzə Nərimanov, Əsgər Məmmədəlizadə, Cıcıroğlu Söyün, Ziya Borçalı, Əli Mursaqulov, Böyükağa Talıblı, Yəhya Qarabağlı, Əliyar Qarabağlı, Ömər Osmanlı, Çopur oğlu Alı, Çopur Alı, Qoca oğlu Qoca, İsmayıl Yaqubov, Məhəmmədəli Məsilli, Vəli oğlu Haçı, Haçabaş oğlu Mehdi, Seyid Hüseyn Hadızadə, Molla Mustafa oğlu Mahmud, İsaxan və Qurban Hacıbayramlılar, Bəkir Mustafayev, Əmrah Aslanov, Tahir İsayev, Mirzə Hacıyev, Paşa Əliyev, Hüseyn əfəndi, Kərim Rəhimov, Məşədi kişi, Yavıx oğlu Söyün, Həsən Məmmədov, Həbib Əlizadə, Seyfulla Əlizadə, Qızxanım Əfəndizadə, İbad Əliyev, Vahid Əliyev, Hacı Hacıyev, Mustafa Qazızadə, İbrahim Sadıqov, Həsən Əlləz oğlu, Müseyib Güləhmədzadə, Paşa Əkbərov, Osman Məmmədəli oğlu, Mövlud Nadirov, Müseyib Məmmədov, Məmməd Vəliyev, Yusif Məmmədəlizadə, Lətif Bayramov, Məmməd Əlməmmədov, Mustafa Məmmədov, Murtuz Bağırov, Binəli Mahmudov, Allahverdi Eyyubov, Xeyransa Sultanova, İsmayıl Axundov, Əli Süleymanov, Rüstəm Gülməmmədov, Yunis Məmmədzadə, İslam Axundov, İsmayıl Mursaqulov, Mövlud Nazıyev, Sədi Müftiyev, Musa Xəlil oğlu, Salatın İnayətzadə, Rəşid pəhləvan, Zor Məmməd, Rüxsarə Şərifova, Həsən Mollayev, Məmməd Əlizadə, Əli Sultanov, Osman Eyyubov, Əziz Mursaqulov, Kazım Nəbiyev, Abdulla Mahmud oğlu, İbrahimxəlil Rzaquluyev, İsa Mahmudov, Yunis Abdullayev, Əhməd Quluyev, İsmayıl Qaralov, Qocaoğlu İsə, Molla Qara, Molla Şərif, Ayvazoğlu Məhəmməd, Şəkər ağa, Keçəllərin İsmayıl, Qazıöyünün Şəmil, Yetimoğlu Hümbət, Nağıoğlu İsmayıl, Molla Həmidoğlu Diri, Şərifli Musa, Minə qarı, Hürü Kərimova, Hürü Çarçıyeva, Seyid Abbas, Seyid Əsədulla, Məhəmməd ağa Mursaqulov, Qara Sona, Gövhər xanım, Cəmil Orucov, Aslan Orucov, Həbib Zeynalov, Şəmistan, Həsən Xeyirlilər, Məmid Musayev, Hüseynqulu Şabanov, Musa Əliyev, Həsən Səbri, Həsən Mursaqulov, Ənnağı Mursaqulov, Haçıxəlil Bayramov, Məmməd Cəfərli, Məhəmməd Süleyman oğlu, İbrahim Süleymanov, Allahverən Süleymanov, Nəsib Haçıyev, Əli Fərəçoğlu, İslam Yusifov. Hüseyn Mehti oğlu, Ələkbər Seyfi, İbrahim İsfahanlı, Əli Şıxıyev, Hüseynalı Bayramov, Səfər İrişov, Əli əfəndi, İbrahim Tağıyev, Məçid Seyidov, Təkəli Mehti ağa, Əmrah ağa, Rüstəm Şərifov, Sarı Məhəmməd, Kərim Kərimov, Şəmistan Əliyev, Mirzə Məmmədov, Abbas Ağayev, Nədir Hacıyev, Yunus Haçıyev, Mədəd Muradov, Əyyub Aşırov, Qəhrəman Aşırov, Molla Çamal, Molla İbad, Məmiş Hüseynov, Əhməd Eminov, Muxtar Qurbanov, Muxtar Əliyev, Alı Xanzadə oğlu, Kəyan Naibov, Mehdi Məmmədov, Oruc Qocayev, Hümbət Daşdəmirov, Bağır Hümbətov, Ömər Ömərov, Məmməd Həsənli, Xaçca Şıxıyeva, Tanrıverdi, Əsəd, Əsgər Qarabağlılar, Mələyoğlu Qaraca, Mələyoğlu Mahmud, Nəbi Əhmədov, Aqronom Hümmət, Molla Xalıl, Oyçuoğlu Məhəmməd, Oyçuoğlu Söyün, Molla Musa, Molla Məhəmməd, Ağmollaoğlu İsə, Cəfəröyünün Nəbi, Xalsaöyünün Allahverdi, Mələyoğlu Binnət, İdris Məmmədov, Abbasəli Quluyev, İdris Məhəmməd oğlu, İsgəndər Rüstəmov, Xalıl Musa oğlu, Hacıxəlil Həsənov, Mursağlıöyünün İsə, Söyün Aşır oğlu, Abdallı Qəşəm, Mahmud Rüstəmoğlu, Xanmədöyünün Mirzə, Kərim Qurbanov, İsa Gülməmmədov, Rüstəm oğlu Hacıxəlil, Qayalı Binnət, Alıöyünün Məmmədqulu, Alıöyünün Abdal, Mahmud Gərəkməzli, Hətəm Ayvazov, Qasım Əliyev, Qaraqaşoğlu Məhəmməd, Mollahəmidoğlu Məhəmməd, Molla Mahmud, Təhməzoğlu Vəli, Məmmədoğlu Yunus, Qəşəng Məmməd, Məşədi Əli, Nəbi Nəbiyev, Məmməd Qurbanov, Xubanoğlu İsə, Cəlal İbrahimov, Cüllet oğlu Salman, Müseyib Əlizadə, Hüseynpaşa Qarayev, Əli Kələyev, Bəşir Əliyev, Alı Bədəlli, Mehdi oğlu Məhəmməd, Parabaşoğlu Camal, Qaracaoğlu Məhəmməd, Molla Sədi, Lahıcoğlu Abdı, Mustafa Qurbanov, Qara Bediyev, Bilal Məmmədov, Əmiraslan Əmiraslanov, Oruc Hətəm oğlu, Seyid Mirağa, Seyid Həşim, Şeyx Məhammədəli, Əli Yusufov, Əli Məhərrəmov, Hümmət Cəfərov, Kərimağa oğlu Məhəmməd, Axund Xəlil, Molla Qurban, Arıxməmmədoğlu Namaz, Orucoğlu Asdan, Gəncəoğlu Namaz, Gəncəoğlu Söyünalı, Almədəd Qazızadə, Qaracaöyünün İbrahim, Seyid Miri, Sofuoğlu Mahmud, Talıb kişi, Şərifoğlu Məhəmməd, Xocaoğlu Hamza, Mərdanoğlu İsmayıl, Şirinoğlu Yunus, Məşədi Qəhrəman, İdnoy kişi, Hacıqulu İdnoyoğlu, Gülxanım Mirzəyeva, Rüstəm Məmmədov, Halay Yusifov, Yusif Nəbiyev, Bəxtiyar Nağı oğlu, Həmid Qurbanəli oğlu, Şahalı Zeynal oğlu, Molla kişi Mursağullu, Həsənoğlu Məhəmməd, Oruç Nəsibov, Mehralı Həsənov, Əlnamaz Əlizadə, Qaraş Məmmədov, Məhəmmədəli Məmmədov, Həsrət Bayramov, Koroğlu Əhməd, Mehralı Əhmədov, Nurəli Süleyman oğlu, Abbasəli Qarabağlı, Hasanalı Adıgözəl oğlu, Əlibala Göyçəyev, Carçı oğlu Söyün, Məşədi Əhməd, İman oğlu Söyün, Sarı oğlu Alı, Kərim oğlu Rüstəm, Sarı oğlu Nəsib, Qoca oğlu Qurban, Əlləz Orucov, Şamil Yolçuyev, Məhəmməd Səfərov, İbrahim İbrahimov, Süleyman İsgəndərzadə, Məcidoğlu Söyün, Xıdıroğlu İslam, Məmmədoğlu Tağı, Orucoğlu Alı, Qurbanoğlu Məhəmməd, Yusif Süleymanov, Səməd Əhmədov, Hümmət Əhmədov, İsmayıloğlu Məmməd, Qaraxanlıların Nəsib, İsə, Məhəmməd Abbasov, Xeyransa Mehdiyeva, Əcəbnaz Məmmədova, Əmirxan Abbasov, Güllü Söyün qızı, Sultan Bayram qızı, Hürzət Məmmədova, Söyün İsmayıl oğlu, İsmayıl Ocaqqulu oğlu, Qiyas Orucov, Ziyəddin İsmayılov, Məmməd Qocayev, Məhərrəm İsmayılov, Şəfioğlu Əmiraslan, İncəoğlu İsmayıl, Alıoğlu Kərəm, Orucoğlu Abbas, İsə Nazıyev, Abdulla Acalov, Qara Osman, Osman ağa, Baba Seyid, Qurbanoğlu Rəhim, Təhməzquluoğlu Nədir, Həmid İsmayılov, Qara Nəvi, Sarı Usuf, Şəmiloğlu Süleyman, Əsmələr İsə, Məşədi Heydar, Tamaların Qurban, Xəlifələrin Abbas, Cəbrayıl, Hasanqara, Bozoğlu Məhərrəm, Sərməstli Qara kişi, Səməd Xəlilov, İsrafil Abbasov, Osman Çavkalov;

Əllili illərdən sonra sayseçmə yurddaşlarımızdan Aslan Mansırov, Mahmud Quluyev, Məmməd Nəbizadə, Məhəmmədəli Novruzov, Əli Əliyev, Hüseynqulu Məmmədov, İsmayıl Çıraqov, Yusif Hacıyev, Abbas Kərimov, Məmməd Bayramov, Yunus Bayramov, Xan Oruç oğlu, İslam İsayev, Binnət Mahmudov, Musa Həsənov, Abbas İsmayılov, Bəstioğlu Məhəmməd, Daşdəmir Qocayev, Əjdər Tağıyev, İslam Bədəlli, Rüstəm Həsənov, Məhəmmədəli Babakişiyev, Əli Qocayev, Ordenli Qərib, Həsən Qarayev, Qoca Fətullayev, Hacı Daşdəmirov, Abdulla Daşdəmirov, Neymət Tomayev, Vəli Tomayev, Şahvələd Musayev, Qulu Quluyev, Nəbi Musayev, Məsim Əliyev, Eyvaz Həsənov, Nəbi Nəbizadə, Çoban Musayev, Qəhrəman Şabanov, İmran Kərimov, Yusif heydərov, Teymurxan Çovdarov, Yusif Yusifov, Yusif Çerpanov, Zəhra Çıraqova, İsa Xəlilov, Gülsənəm Əliyeva, Sona Verdiyeva, Kəklik Mikiyeva, Flora Dəmirçiyeva, Tamam Abdullayeva, Mahmud Kərimov, Təhməz Pirverdiyev, Həsrət Gəncəyev, Məmməd Xiyalov, Əbdüləli Qarabağlı, Zamanağa Zamanov, Abbasəli Məmmədov, İbrahim Məmmədov, Teymuraz Cəfərli, Məsmə Alı qızı, Yəhya Məmmədov, Şaban Qaralov, Mehralı Cəlilov, Polux Poluxov, Tofiq Qarayev, Zülal Seyidov, Həsən Həsənov, Kamal Hacılarov, Emin Eminov, İsə Bayramov, Pənah Mahmudov, Şatırlı Ələddin, Yolçu Çıraqov, Niyazi Acalov, Cəlil Kələyev, Kamal Məmmədov, Bəkir Qaralov, Almaz Rzaquliyev, Abbas Fətullayev, Hüseynəli Məmmədov, Əli Yüzbaşov, İsgəndər Mursaqulov, Məsim Məmmədov, Məhərrəm Həsənov, Mustafa Aslanov, Daşdəmir Bayramov, Cəlal Musayev, Məmməd Sadıqov, Veyis Mehmanov, Mehralı Abbasov, Bədirxan Gərəkov, Süleyman Süleymanlı, Kamil Məmmədov, Polad Məmmədov, Valeh Hacıyev, Çahangir Orucov, Ziyadxan Məmmədov, İstanbul Bayramov, Noyruz Bayramov, Allahverdi Hümmətov, Rza Qurbanov, Fərhad Gəncəyev, İmran Həsənov, Roza Xudayeva və çoxlarını görsədə bilərik.

... Aşıqlar, el şairləri Abbasəli Quşçu, Sadıq Sultanov, Nəbi Faxralı, Məcruh, Mühəqqər, Şenlik, Xındı Məmməd, Ağacan, Usuf, İbrahimxəlil, Xəstə Namaz, İsa Borçalı, Məsim Bəyazitli, Düdükçü Dursun, Teymur, Əlixan Qarayazılı, Dədə Əmrah, Hüseyn Saraclı, Sədi Ulaşlı, Nədir Mollaoğlu Faxralı, Təhlə Novruz, Musa, Abbasqulu, Göycə, Kamandar, Yetim Mahmud, Məhəmməd Sadaxlı, Əhməd Sadaxlı, Nurəddin Qasımlı, Əli Hüsənoğlu, Əli Faxralı, Həsənəli Təhməzoğlu, Cavad Həsənoğlu, İslam, Əhəd, Murad, Aslan, Hüseyn Qırıxlı, Gülabı, Səməndər, Ziyəddin, Mürsəl, Hacı Şindili, Şamı, Bafəli, Rza, Cəmil, Allahverən, Xoca Məhəmməd, Sona, Oruc, Alıqara və b.; şairlər, nasirlər Ziya Borçalı, Cəmil Mursaqulov, Vəli Tomayev, Məmmədhüseyn Bəxtiyarlı, Hidayət Bayramov, Tahir Hüseynov, Abbas Abdulla, Eyvaz Borçalı, İsa İsmayılzadə, Vilayət Rüstəmzadə, Əflatun Saraclı, Mövlud Süleymanlı, Vəli Əliyev, Əlixan Binnətoğlu, Dünyamalı Kərəm, Əli Səngərli, Əli Abbasov, Rəşid Hacallı, Zəlimxan Yaqub, Valeh Hacı, Bəhram Mehdi, Əli Vüqarlı, Talıb Nikbin, Mədəd Coşğun, Səadət Buta, Tariyel Qəribli, Osman Əhmədoğlu, Əlixan Düşkün, Müzəyyət Yusifli, Çoban Rəşid, Allahverdi Təhləli, İmir Məmmədli, Eyvaz Əlləzoğlu, Əbdüləli, Tapdıq Yolçu, Dilqəm, Zahid Ələmpaşalı, Yaşar, İmdad, Qurban Əzizli, Nizami Məmmədzadə, Aslan Görarxılı, Rafiq Hümmət, Qasım Abbasəli, Zümrüd Qurbanlı, Məhəmməd Həsənli, Səməd Qaraçöp, Rəşid Faxralı, Nizami Saraclı, Bahəddin Oruclu, Murtuz Ərcivanlı, Tapdıq Qızılhacılı, Dəryeynur, Çoban Amma və b.; tərcüməçilər Nəsib Yusifoğlu, İmir Məmmədli; alimlər Abbas Kirəcli, Ziya Borçalı, Əliyar Qarabağlı, Adil Mişiyev, Valeh Hacıyev, Həmid Vəliyev, Mədəd Çobanov, Şurəddin Məmmədli, Gülnara Gocayeva, Akif Nuruyev, Telman Quluyev, Fərhad Xubanlı, Alı Musayev, Mahmud Haçıxəlilli və b. saz-söz ocağımızı şölələndirmişlər. 1947-ədək Tiflis Azərbayçan Teatrı, 20-li illərdə Gürcüstan Türk Yazıçılar Cəmiyyəti, Borçalı'da ədəbi dərnəklər, 30-lu illərdə Gürçustan Yazıçılar İttifaqının Azərbaycan bölümü, 70–80-li illərdə “Çeşmə”, “Dan Ulduzu”, “Pöhrə”. “Qönçə” ədəbi birlikləri, “Sevinc”, “Könül”, “Sarvan” musiqi ansamblları fəaliyyət göstərmişlər. “Yeni Fikir”, “Yeni Kənd”, “Dan Ulduzu”, “Qızıl Şəfəq”, “Gənc Nəsl”, “Yeni Qüvvə”, “Sovet Gürcüstanı” qəzetləri. dərgiləri. rayon qəzetləri çıxmışdır. “Əşar Məcmuəsi”, “Qığılçım”, “Çeşmə”, “Dan Ulduzu” topluları nəşr olunmuşdur.

Gürcüstan'ın müstəqillik, istiqlal qazanması mücadilələrinə yerli Qarapapaqlar da fəal qatılmışdılar. bir ara Borçalı'da insan, maşın oğurluğu, quldurluq, soyğunçuluq mafiya səciyyəsi daşımışdı.

Bu gərginlikdə “Qeyrət” xalq hərəkatı toplumsal həyatımızda önəmli rol oynamışdı.

1995-də partiya siyahısıyla Novruzov, Müqəddəs Neymətov, Hidayət Hüseynov, Ramiz Bəkirov müstəqil Gürcüstan'ın parlamentinə üzv seçilmişdilər.

Milli ictimai, mədəni-xeyriyyə birliklərimiz – “Qeyrət”, “Dayaq”, “Ozan”, “Birlik”, “Ümid” cəmiyyətləri fəaliyyət göstərmişlər.

... Genəl əhalisayımızda 1990-da 555 nəfər əskilmə, 1991-də 1.947 nəfər artım, 1992-də 2.904 nəfər artım, 1993–1996 illərində qismən sabit artım qeydə alınmışdı. Hesablamalarda sayımız yarım milyon görsədilmişdir.

... Yaklaşık 200 milli məktəbimiz, kollecimiz, Tbilisi Dövlət Pedaqoji Universitetində dil-ədəbiyyat bölümümüz vardı. Marneulidə bir neçə ali təhsil ocağında Azərbaycanlı gənclər mütəxəssislər olaraq yetişmişlər.


İYİRMİBİRİNCİ YÜZİL

▬▬▬▬▬▬▬▬▬▬▬▬

Gürcüstan'da 2002-ci ilin yanvarında keçirilmiş əhalinin siyahıya alınmasının nəticələrinə görə (bax, "საქართველოს მოსახლეობის 2002 წლის ეროვნული საყოველთაო აღწერის ძირითადი შედეგები" – Gürcüstan əhalisinin 2002-ci il birinci milli hamılıqla siyahıyalınmasının əsas nəticələri, Tbilisi: Gürcüstan Dövlət Statistika Departamenti, 2003; 3 cilddə, Gürcücə), Gürcüstan­'dakı Qarapapaqlar barəsində önəmli bilgilər əldə edirik.

2002-ci ildə Gürcüstan'ın uluslararası aləmdə ta­nınmış sınırlar daxilində ərazisi 69.500 kvadrat kilometrə, əhalisi 4.601.500 nəfərə bərabər olmuşdur.

Gürcüstan'da ümuməhalinin 83,3 faizini Gürcülər (3.661.173 nəfər), qalan qismini (16,7%) başqa millətlərin təmsilçiləri tuturlar.

Qarapapaqlar yığcam yaşayan rayonların ərazi, əhali göstəriciləri:


rayonlar

ərazisi

(kv.km.)


əhalisi

(nəfər)


ölkə əhalisinə nisbətdə

Marneuli rayonu

Qardabani rayonu

Bolnisi rayonu

Dmanisi rayonu



935

1.304,1


804

1.198,8


124.332

115.140


81.920

52.208


2,7%

2,6%


1,7%

0,6%

1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə